Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-35/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:15 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Sabirabad Rayon xx.xx.2023-cü il tarixli, 7(056)-51/2023 saylı qərarı ilə cəza növü dəyişdirilərək barəsində cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonu, Aşıq Bayramlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, nömrəsiz fərdi evdə yaşayan, 22 iyun 2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin oktyabr ayının əvvəllərindən həmin ilin dekabr ayının ortalarına kimi olan müddət ərzində vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən “Dərnəgül” tikinti materialları bazarındakı tikinti materiallarının satışı məntəqəsindən Zərərçəkmiş şəxs məxsus 01 ədədinin dəyəri 70,65 manat olmaqla ümumi dəyəri 18722,25 manat olan, hər biri 7,85 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan ümumilikdə 265 ədəd, 01 ədədinin dəyəri 95,4 manat olmaqla ümumi dəyəri 9063 manat olan, hər biri 10,60 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan 95 ədəd, 01 ədədinin dəyəri 84 manat olmaqla ümumi dəyəri 504 manat olan, hər biri 6 metr uzunluqda, 11,4 santimetr diametrində, dəmir metalının qalınlığı 0,4 santimetr olan 6 ədəd və 01 ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 800 manat olan, hər biri 4 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan 40 ədəd dəmir boruları gizlin olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 29089,3 (iyirmi doqquz min səksən doqquz manat otuz qəpik) manat olmaqla, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin oktyabr ayının əvvəllərindən həmin ilin dekabr ayının ortalarına kimi olan müddət ərzində vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən “Dərnəgül” tikinti materialları bazarındakı tikinti materiallarının satışı məntəqəsindən Zərərçəkmiş şəxs məxsus 01 ədədinin dəyəri 70,65 manat olmaqla ümumi dəyəri 18722,25 manat olan, hər biri 7,85 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan ümumilikdə 265 ədəd, 01 ədədinin dəyəri 95,4 manat olmaqla ümumi dəyəri 9063 manat olan, hər biri 10,60 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan 95 ədəd, 01 ədədinin dəyəri 84 manat olmaqla ümumi dəyəri 504 manat olan, hər biri 6 metr uzunluqda, 11,4 santimetr diametrində, dəmir metalının qalınlığı 0,4 santimetr olan 6 ədəd və 01 ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 800 manat olan, hər biri 4 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan 40 ədəd dəmir boruları gizlin olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 29089,3 (iyirmi doqquz min səksən doqquz manat otuz qəpik) manat olmaqla, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir neçə ildir tanıyır, Ülvin də onun kimi Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül bazarı” adlanan bazarda fəhlə işləmişdir. Ülvinlə dost kimi aralarında səmimi münasibət yaranmış və mütəmadi olaraq bazarda onunla görüşürmüş. 2022-ci ilin yay aylarında işdən çıxmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində bazarın yaxınlığındakı kafelərdən birində Ülvinlə çay içib söhbət edən zaman söhbət əsnasında Ülvinə maddi vəziyyətinin pis olduğunu, çoxlu borcu olduğunu, işləmədiyindən borclarını qaytara bilmədiyini demişdir. Ülvin də maddi vəziyyətinin pis olduğunu, onun da borcları olduğunu bildirmişdir. Bu barədə danışıb çıxış yolu axtaranda hər ikisinin ağlına birlikdə oğurluq etmək gəlmişdir. Bu barədə, söhbətləşən vaxt Ülvin bildirmişdir ki, onun işlədiyi sexin yanında Azər adlı şəxsə məxsus tikinti materiallarının satışı mənətəqəsi var, həmin mənətəqədə pərakəndə formada yığılmış çoxlu sayda metal borular vardır. Tikinti materiallarının satışı mənətəqəsinin arxası boş sahəymiş, gecələr qaranlıq düşdükdən sonra boruları hissəhissə oğurlayıb daşıyaraq gölün kənarında gizlədib, hava işıqlandıqda isə maşın tapıb oğurladıqları həmin boruları yığıldığı yerdən götürüb “Dərnəgül bazarı”na gətirərək satmaq qərarına gəlmişlər. 2022-ci ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, saat 01 radələrində Ülvinlə görüşmüşlər və birlikdə Azərin tikinti materiallarının satışı mənətəqəsinə getmişlər. Azərin mağazasındakı borulardan hər birinin uzunluğu 7,85 metr, diametri 5,7 santimetr, dəmir metalının qalınlığı isə 0,3 santimetr olan 20 ədəd borunu Ülvinlə birlikdə bir-bir oğurlayıb daşıyaraq gölün ətrafındakı yolun kənarında gizlətmişlər. Boruları gizlətdikdən sonra razılaşmalarına uyğun olaraq Ülvin evlərinə getmişdir. O, isə səhər saatlarında “Baksol” adlı marketin yaxınlığında dayanmış, üzərində yükdaşıma qurğusu olan “QAZ 3129” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşının sürücüsünə yaxınlaşıb özünə məxsus boruların daşınmalı olduğunu bildirmişdir. Bundan sonra danışıb 25 manat razılaşmış, daha sonra borları maşına yükləmiş, “Dərnəgül bazarı”na gəlmişlər. Boruları müxtəlif mağazalara özününmüş kimi satmış və pulu Ülvinlə bölərək şəxsi ehtiyaclarına xərcləmişdir. Bu formada oktyabr, noyabr və dekabr aylarında bir neçə dəfə Azər adlı şəxsə məxsus tikinti materiallarını bu formada oğurlayıb satmışlar. Satdıqları şəxslərə həmin materialların özlərinə məxsus olduğunu bildirmişlə, oğurluq mal olmasından alıcıların xəbəri olmamışdır. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyan ödənilmişdir və onunla barışıq əldə edilmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə ildir tanıyır. Kamran da onun kimi “Dərnəgül bazarı” adlanan bazarda fəhlə işləyirdi. 2022-ci ilin oktyabr ayının əvvəllərində Kamranla söhbət edən zaman maddi vəziyyətinin pis olduğunu, çoxlu borcu olduğunu, işləmədiyindən borclarını qaytara bilmədiyini və buna görə də oğurluq etmək istədiyini bildirmiş, onun da kömək etməyini istəmişdir. Əvvəlcə tərəddüd etsə də, sonradan Kamrana razılıq vermişdir. Bu barədə, yəni haradan və necə oğurluq etmək barədə söhbətləşən vaxt işlədiyi sexin yanında Azər adlı şəxsə məxsus tikinti materiallarının satışı mənətəqəsi olduğunu, həmin mənətəqədə pərakəndə formada yığılmış çoxlu sayda metal borular olduğunu, Azər tək işlədiyindən materialların sayımını edə bilmədiyini, həmçinin də Azərin yerinin oğurluq etmək üçün münasib yerdə yerləşdiyini Kamrana bildirmişdir. Qərar gəlmişlər ki, dəmir boruları birlikdə oğurlayıb gölün kənarında gizlədəcəklər, satışını isə Kamran edəcək, əldə olunan pulu isə aralarında böləcəklər. Razılığa gəldiklərindən növbəti gün, yəni 2022-ci ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, saat 01 radələrində Kamranla Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül bazarı” adlanan bazarda görüşmüşlər və birlikdə Azərin tikinti materiallarının satışı mənətəqəsinə getmişlər. Həmin tikinti materialları məntəqəsinin ətrafı açıq olmuş və açıq sahədə yerləşmiş, həmiçin də hər hansı formada mühafizə olunmamışdır. Həmin yerdə çoxlu sayda dəmir borular yığılmışdır. Kamranla həmin boruları müxtəlif günlərdə hissə-hissə oğurlamağı planlaşdırmışlar. Belə olduqda Azərin borularının oğurlandığını hiss etməyəcəyini fikirləşmişlər. Belə də etmişlər, oktyabr, noyabr və dekabr aylarında Azərin mağazasındakı borulardan oğurlamaqla satmış və əldə olunan pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəmiş və onunla barışmışdır. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2010-cu ildən etibarən “Dərnəgül bazarı” kimi tanınan bazarda icarə əsasında metal avadanlıqların satışı mağazasını işlədir. Mağazanın ətrafı hasarlanmayıb və ya digər formadan mühafizə olunmur, metal avadanlıqlar çeşid müxtəlifliyinə uyğun olaraq pərakəndə şəkildə mağazada yığılmışdır. Şamaxı rayonu, Çaylı kəndində onun parnik sahəsi olmuş və 2022ci ilin mart ayında həmin parnikə aid, dəmir avadanlıqlardan hazırlanmış konstruksiyanın dəmir boruları mağazaya gətirib satışa qoymuşdur. Həmin vaxt apardığı hesablamaya əsasən 01 ədədinin dəyəri 70,65 manat olan, hər biri 7,85 metr uzunluqda 626 ədəd, 01 ədədinin dəyəri 95,4 manat olan, hər biri 10,60 metr uzunluqda 110 ədəd, 01 ədədinin dəyəri 84 manat olan, hər biri 6 metr uzunluqda 10 ədəd və 01 ədədinin dəyəri 20 manat olan, hər biri 4 metr uzunluqda 65 ədəd dəmir boruları mağazaya yığmışdır. Dəmir boruları mağazaya yığdıqdan sonrakı müddətdə, yəni 2022-ci ilin mart ayından həmin ilin oktyabr ayının əvvəllərinə qədər həmin boruların bir hissəsini satmış olsa da bir hissəsini sata bilməmiş, satılmamış borular isə mağazanın həyətində qalmışdır. 2022-ci ilin oktyabr ayından etibarən mağazada qalan boruların qismən azalması səbəbi ilə həmin boruların oğurlanmasına dair onda şübhələr yaranmağa başlanmışdır. Lakin, mağazada tək işlədiyi, yəni işçisi olmadığına görə sayma işləri apara bilməmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında mağazaya gələn zaman boruların bir qisminin yerində olmadığını aşkar etmişdir. Daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək sayını dəqiq bilmədiyi qədər dəmir boruların naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Daha sonra özü dəqiq hesablama apararaq müəyyən etmişdir ki, ona məxsus həmin dəmir borulardan 01 ədədinin dəyəri 70,65 manat olan, hər biri 7,85 metr uzunluqda 273 ədəd, 01 ədədinin dəyəri 95,4 manat olan, hər biri 10,60 metr uzunluqda 95 ədəd, 01 ədədinin dəyəri 84 manat olan, hər biri 6 metr uzunluqda 6 ədəd və 01 ədədinin dəyəri 20 manat olan, hər biri 4 metr uzunluqda 40 ədəd dəmir borular oğurlanmışdır. Bu səbəbdən ona ümumilikdə 29.654,45 (iyirmi doqquz min altı yüz əlli dörd manat qırx beş qəpik) manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyandan ayrı-ayrılıqda 15.000 manat məbləğində ziyan ona ödənilmişdir, oğurlanmış boruların bir qismi qaytarılmışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunların nəzərə alınmasını və təqsirlındirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və barışıq ərizələrini məhkməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir “Dərnəgül bazarı” adlanan bazarda icarə əsasında obyekt işlədir və metal alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin vaxt tanımadığı, adını sonradan öyrəndiyi Kamran adlı şəxs tanımadığı şəxsin idarə etdiyi “VAZ 3129” markalı, ağ rəngli avtomaşınla obyektin qarşısına gəlib ona yaxınlaşaraq özünə məxsus 14 ədəd dəmir boru olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin borulara baxmış və Kamrandan boruları haradan əldə etdiyini soruşmuşdur. Bu zaman Kamran ona geniş açıqlama verməmiş və həmin boruların özünə məxsus olduğunu demişdir. Boruların az sayda olması səbəbi ilə çoxda sorğu sual etmədən 5 ədəd dəmir borunu satın alıb Kamrana 470 manat pul vermişdir. Kamran ona heçnə demədən çıxıb getmişdir. Bundan bir neçə gün sonra həmin şəxs, yəni Kamran yenidən sürücüsünü tanımadığı “VAZ” markalı, başqa avtomaşınla yenidən obyektə gəlib daha 18 ədəd boru gətirdiyini və satmaq istədiyini demişdir. Bu dəfə şübhələnib daha ciddi şəkildə malların oğurluq olub-olmadığını soruşmuşdur. Lakin, Kamran inadla ona boruların özünün olduğunu demişdir. Ancaq işi ehtiyyatlı görmək üçün onun özü tərəfindən kağız parçasında qeydlər aparılmaqla imzaladığı kağızı yazdırmışdır. Bundan sonra 18 ədəd dəmir borunu Kamrandan təhvil almış və Kamran yenidən mal gətirəcəyini dediyi üçün sonrakı gəlişində ona pul verəcəyi barədə razılaşmışlar. Bir neçə gün sonra Kamran daha 20 ədəd dəmir boru gətirib ona satmış və Kamrana ikinci-üçüncü alqı-satqının qarşılığı olaraq ümumilikdə 1185 manat pul ödəmişdir. O bildirmişdir ki, həmin boruların Kamran tərəfindən oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmayıb. Hətta qeyd edilən malların oğurluq olmamasına təminat mövzusunda yazı yazdırıb imzalatmaqla kağızı özündə saxlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində icarə əsasında işlətdiyi metal avadanlıqların satışı məntəqəsində olduğu zaman özünü Kamran kimi təqdim edən bir nəfər şəxs ona yaxınlaşıb özünə məxsus olan dəmir borular olduğunu və satmaq istədiyini bildirmişdir. Kamran həmin dəmir boruları dövlət qeydiyyat nişanını xatırlamadığı, sürücüsünü isə tanımadığı “Qazel” markalı yükmaşını ilə gətirmişdir. Həmin “Qazel” markalı yükmaşınındakı dəmir borulara baxdıqdan sonra Kamranla danışıb 20 ədəd borunu ümumilikdə 549 manata ondan almışdır. Kamran boruları icarə əsasında işlətdiyi metal avadanlıqların satışı məntəqəsinə boşaldıb getmişdir. Boruları aldığı gündən bir gün sonra həmin boruları almaq istəyən müştəri olduğundan tanımadığı həmin şəxsə boruları satmışdır. Bundan bir neçə gün sonra, 2022-ci ilin oktyabr ayının ortalarında, dəqiq xatırlamadığı gündə, Kamrandan yenidən 20 ədəd borunu ümumilikdə 549 manata ondan almışdır, oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı gündə, Kamran yenidən gətirdiyi dəmir borulardan 14 ədəd borunu ümumilikdə 384 manata ondan almışdır. Boruları aldığı gündən bir neçə gün sonra onları satmışdır Kamran dəmir boruların özünə məxsus olduğunu, söküntüdən gətirdiyini, ona görə də boruları sökdükçə hissə-hissə gətirdiyini bildirmişdir. Kamran bir də 2022-ci ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, onun yanına gəlib satılıq boruları olduğunu, lakin maşın tapa bilmədiyindən gətirə bilmədiyini demişdir. Ondan özünə məxsus olan yük maşınını boruları gətirmək üçün verməyini istəmişdir. O da etiraz etməyib özünə məxsus “Mersedes 814” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük maşınını Kamrana vermişdir ki, boruları gətirsin. Kamran onun həmin yük maşınıyla gedib bir müddət sonra boruları gətirmişdir. Kamranın gətirdiyi borulara baxdıqdan sonra 15 ədəd borunu ümumilikdə 412 manata ondan almışdır. Kamran ona demişdir ki, boruları özlərinə məxsus istixanadan gətirir. Belə ki, istixananı sökdükcə çıxan boruları hissə-hissə gətirib satır. Həmin boruların oğurluq olmasından məlumatı olmamışdır Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, təxminən 4 ildir “Dərnəgül bazarı” adlanan bazarda icarə əsasında obyekt işlədir və metal alqı-satqısı ilə məşğul olur. 11 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Kamran əvvəllər tanımadığı bir nəfər sürücünün idarə etdiyi “QAZ 24” markalı, dövlət qedydiyyat nişanını xatırlamadığı avtomobillə onun icarə əsasında işlətdiyi obyektə gəlmiş və özünə məxsus dəmir boruları satmaq istədiyini bildirmişdir. Onun gəldiyi həmin avtomobilin üzərində quraşdırılmış yük yerində olan dəmir borulara baxıb gətirdiyi dəmir borunun hər metrini 4 manata ala biləcəyini bildirmişdir. Kamran onunla razılaşdığından onun gətirdiyi hər 11 ədəd dəmir borunu ümumilikdə 344 manata satın almışdır. Kamran ona bildirmişdir ki, həmin dəmir borular onun özünə məxsusdur. Sonradan polis əməkdaşları ona dedikdə dəmir boruların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 və Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsini 17ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus ümumi dəyəri 19500 manat olan dəmir boruların oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus dəmir boruların oğurlanması faktı Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən Dərnəgül bazarının arxa hissəsinə düşən yerdə baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən Dərnəgül bazarının arxa hissəsinə oğurluq etdiyi yeri göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən Dərnəgül bazarının arxa hissəsinə oğurluq etdiyi yeri göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəşünaslıq ekspertizası, ərzaq və sənayə mallarının əmtəəşünalıq tədqiqi ilə bağlı 9/1394 saylı və 9/2300 saylı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəylərindən görünür ki, ekpsetiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq nəzərə alınmaqla 2022-ci ilin oktyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 29654,50 manat müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi” haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi və üzərində Təqsirləndirilən şəxs1 dəmir boruları alınasına dair ərizə maddi sübut kimi qiymətlədirilərək cinayət materiallarına əlavə edilmiş, həmçinin Şahid2 təqdim etiyi 11 ədəd dəmir boru maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şübhəli edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixində protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbiri seçilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 225/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək qəti olaraq üzərində 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-51/2023 saylı qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)- 225/2023 saylı hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 1 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsə alınmış və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyandan 15000 manat məbləğində ödəniş geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyandan 15000 manat məbləğində ödəniş geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif etdiyindən onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1, əməlindən peşman olmasını, himayəsində yaşlı ailəsinin olması, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanla bağlı ödəniş edərək onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq, cəzanın icrası qaydalarını pozması, həmçinin yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilir və şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanla bağlı ödəniş edərək onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-225/2023 saylı hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin olunan cəzanın çəkilməmiş qalan 2 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-51/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək X1 təyin edilmiş 01 (bir) il, 01 (ay), 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (07-09 yanvar 2023-cü il) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 100,00 (yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-51/2023 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-225/2023 saylı hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət (07-09 yanvar 2023-cü il tarixi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Sabirabad Rayon xx.xx.2023-cü il tarixli, 7(056)-51/2023 saylı qərarı qərar ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs1 barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin, onun cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin İş üzrə maddi sübut - Şahid2 istintaqa təqdim etdiyi və üzərində Təqsirləndirilən şəxs1 dəmir boruların alınamasına dair ərizə cinayət materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Şahid2 təqdim etiyi 11 ədəd dəmir borunun saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100,00 (yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. Bakı şəhər 15 saylıVəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-35/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-35/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver