Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-350/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, məhkum olunmamış, Şəki rayonu, Suçma ərazi dairəsi, Suçma kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində fərdi evdə yaşayır, xx.xx.2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində alkoqol sərxoşluğu vəziyyətində işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə yuylması üçün verilmiş Zərərçəkmiş şəxs məxsus ‘‘Mercedes Benz E270 CDİ minik” markalı, **-DE-*** dövlət nömrə nişanlı avtomobili hərəkətə gətirərək, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə idarə edərək, həmin yerdən qaçırdıqdan sonra ünvan 2 ünvanının yaxınlığında avtomobil yolunda sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə irəli idarə edərkən idarəni itirərək yolun sağ kənarında dayanmış Şahid2 məxsus “Mercedes Benz E320” markalı **-UU-*** dövlət nömrə nişanlı və X6 məxsus “Ford” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşmuş, “Mercedes Benz E270 CDİ” minik” markalı, **-DE-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində mülkiyyətçisi Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 6580,0 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində işləyir. Şahid1 onunla qonşuluqda olan emalatxanada usta işləyirdi. Münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci ildə gecə saatlarında Dünyamalı yumaq üçün “Mercedes Benz 270 CDİ minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ona təhvil verərək getmişdir. O, həmin gün spirtli içki qəbul etdiyindən avtomobillə ailə üzvlərini görməyə getmək istəmişdir, xx.xx.2022-ci il tarixdə saat 02 radələridə Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində hərəkətdə olarkən idarəetməni itirib yolun sağ kənarında park edilmiş avtomobilləri vurmuşdur. Bundan sonra içkili olduğu üçün hadisə yerindən yayınaraq qaçmışdır. Bir az uzaqlaşdıqdan sonra avtomobili saxlayıb, avtomobilə baxarkən polis əməkdaşları ona yaxınlaşıb, hadisə barədə məlumat aldıqdan sonra sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis əməkdaşı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb edilməklə barəsində inzibati protokol tərtib edilmişdir. Dünyamalı tərəfindən ona yuyulması üçün verilmiş “Mercedes Benz 270 CDİ minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili və ya avtomobildə olan hər hansı bir əşyanı oğurlamaq niyyəti olmamışdır. Sadəcə olaraq heç kimdən icazə almadan avtomobili sürmək və sonradan yerinə qaytarmaq məqsədi ilə avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyandan 400 manat Şahid1 vermişdir. Hazırda ziyanı tam olaraq ödəmək imkanı yoxdur amma hissə-hissə ödəyə bilər. 01 azyaşlı övladının olmasını, aliment ödəməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E270 CDİ minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili 17500 manat ödəməklə almışdır. Avtomobili aldıqda ünvan 5 ünvanda yerləşən Dünyamalı adlı şəxsin avtomobil təmiri emalatxanasında yoxlatdırmışdır. Avtomobildə bəzi nasazlıqlar aşkar edildiyindən təmir edilməsi üçün aralarındakı razılaşma əsasında avtomobili Dünyamalı adlı şəxsə vermişdir. Dünyamalı avtomobili təmir etdikcə dəyişdirdiyi hər bir detalın pulunu ondan alırmış. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Dünyamalı onun mobil nömrəsinin Whatsapp ani mesajlaşma tətbiqinə videogörüntü ataraq, avtomobilin artıq tam hazır olduğunu və avtomobildə təmizlik işləri getdiyini bildirmişdir. O, da səhər gedib avtomobilini təmirdən götürmək qərarına gəlmişdir. Ancaq xx.xx.2022-ci il tarixdə səhər saatlarında polisdən ona məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilməsi barədə məlumat gəlmişdir. Bununla əlaqədar olaraq o, polis idarəsinə getdikdə bilmişdir ki, təmirdən sonra usta Dünyamalı onun avtomobilini avtoyuyucuya vermiş, həmin avtoyuyucuda işləyən Bilal adlı şəxs isə sərxoş vəziyyətdə avtomobili sürərək yol-nəqliyyat hadisəsi törətdiyini öyrənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir, ona 6580 manat məbləğində ziyan vurulmuşdur və qaytarılmasını tələb edir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən avtomaşın emalatxanasında usta kimi işləyir. Zərərçəkmiş şəxs yeni aldığı “Mercedes Benz” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin oktyabr ayının əvvələrində, dəqiq xatırlamadığı gündə təmir etdirmək məqsədilə ona vermişdir. Bir neçə gün ərzində həmin avtomobili təmir edib saz vəziyyətə gətirdikdən sonra avtomobili 05 noyabr 2022-ci il tarixdə saat 01 radələrində yumaq və salonunu təmizləmək üçün işlədiyi emalatxananın yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində fəhlə-yuyucu işləyən Təqsirləndirilən şəxs Məhəbbət oğluna vermişdir. Bilalla aralarındakı razılığa görə Bilal həmin avtomobili yuduqdan və təmizlədikdən sonra işlədiyi avtoyuma məntəqəsində saxlamalı və səhər tezdən o, özü avtomobili yuma məntəqəsindən götürməli imiş. Həmin gün səhər saat təxminən 07 radələrində yaşadığı evdə olan zaman iş yoldaşı ona zəng vurub, Bilalın həmin avtomobili yuyub, təmizlədikdən sonra heç kimdən icazə almadan və özbaşına idarə edib, işlədiyi avtoyuma məntəqəsindən şəhərə getdiyini bildirmişdir. Sonradan öyrəndiyinə görə Bilal Zərərçəkmiş şəxs məxsus həmin “Mercedes Benz” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili gecə yuduqdan sonra idarə edib Bakı şəhəri, Z.Bünyadov prospekti istiqamətindən Eldar Babayev küçəsi ilə «Yeganə» adlanan şadlıq sarayı istiqamətinə hərəkətdə olarkən avtomobilin idarəsini itirərək qəza törətmiş və hadisə yerindən qaçmışdır. Məhkəmənin sualına cavab olaraq şahid bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi üçün aramızda danışıqlar olmuçdur. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 400 manat pul vermişdir, həmin pulu isə avtomobilin təmiri ilə bağlı xərclərə işlətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilmiş və təqsirləndirilən şəxsin bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Məhəbbət oğlu xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən avtomobillərin təmiri sexindən Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıraraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə-əmtəəşünaslıq eskpertizasının xx.xx.2024cü il tarixli 9/3190 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 1999-ci il buraxılış “Mercedes Benz E270” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmirbərpa xərcinin 6400,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Təqdim edilmiş qüsur aktında 29-cu sırada göstərilən ehtiyat hissəsi görünmədiyindən həmin ehtiyyat hissəsi üzrə tədqiqat aparılmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən 27 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən 28 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Axtarışda olan şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi barədə” 16 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan AZ- İV №553201 nömrəli X3 görünür ki, təqsirləndirilən şəxsin 01 azyaşlı övladı vardır və xx.xx.2023-cü il tarixli Göyçay Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs uşağın saxlanması üçün aliment tutulur. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət işi üzrə 9180 manat maddi ziyan vurulması və mülki iddiaçı kimi tanınması barədə xx.xx.2024-cü il tarixli ərizəsindən aydın olur ki, ərizə qanunvericliyin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən eyni əməllər zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından aydın olur ki, avtomobil və ya başqa nəqliyyat vasitəsini dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Bununla da şəxs mülkiyyət əleyhinə olan - avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməlini törətmiş olur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 01 azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (14-16 mart 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosesual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, “X8” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. “X8” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, hal-hazırkı halda zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaçı kimi tanınması barədə vəsatət baxılmamış saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işində maddi sübut hesab edilən “Mercedes-Benz E270” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı minik avotmobilinin maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutma altında saxlanıldığı 02 (iki) gün (14-16 mart 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “Mercedes-Benz E270” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı minik avotmobilinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınması barədə ərizəsi baxılmamış saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-350/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-350/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver