Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-351/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Sea Breeze” İstirahət Mərkəzində mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 7,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da ünvan 2 ünvanında yerləşən “103'” adlı yeməkxananın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 7,426 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda 2,885 qram və 4,541 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən çıxıb maşının motorunu qızdıran zaman kənarda olan kolların yaxınlığında 02 ədəd bükümün olduğunu görmüş, həmin bükümlərə baxan zaman onların içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan “şüşə” kimi tanıdığı maddə olduğunun şahidi olmuşdur. Psixotrop maddə istifadə etməsə də, onun “şüşə” olduğunu bilmişdir. Çünki televiziya kanallarında və internetdə həmin maddəni bir neçə dəfə görmüşdür. Həmin maddəni götürüb istifadə etməsi barədə düşünmüşdür. Həmin gün tanışları Cavid, Elgiz, Tofiq, Nizami, Elvin və Çingizlə birlikdə görüşmək barədə danışmış və işdən çıxıb həmin yerə getmək qərarına gəlmişdir. İşdən çıxıb görüş yeri kimi təyin edilmiş Suraxanı rayonunda yerləşən “103” kafesinin qarşısına gəlmişdir. Orada tanışları ilə birlikdə çay içib söhbət etmişlər və saat 22 radələrində kafedən çölə çıxmışdır. Kafenin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun, Nizaminin, Elvinin və Çingizin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və həmin maddələri üzərilərində saxlamaları barədə onlarda məlumat olduğunu deyərək hər birini BMCMİ-nə dəvət etmişlər. Etiraz etməyərək Baş İdarəyə gəlmişlər. Baş İdarədə onun, Nizaminin, Elvinin və Çingizin tutulma səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Onlar siyahıda olan istənilən vəkillərin hüquqlarını müdafiə etmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət olunmuş və hər birinə təqdim olunmuşlar. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyi, bu prosesdə videoçəkilişdən istifadə olunacağı bildirilmiş, onlar etiraz etməmişlər. Videoçəkiliş başlanılan zaman ilkin olaraq onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmişdir. Üzərində metamfetamin olduğunu demiş və əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümü, belində olan bıçağı və mobil telefonu təqdim etmişdir. Sorğu zamanı maddələrin psixotrop maddə metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülmüşdür. Bundan sonra Nizaminin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində psixotrop maddə və bıçaq olduğunu deyərək masaya doğru yaxınlaşıb şalvarının sağ yan cibindən 02 ədəd bükümü, bıçağı, pulları və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını bildirmiş, bükümlər, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra Elvinin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində psixotrop maddə olduğunu demiş və masaya doğru yaxınlaşaraq şalvarının sol yan cibindən 02 ədəd bükümü, mobil telefonları və sürücülük vəsiqəsini təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin bükümlər qablaşdırılaraq götürülmüş, mobil telefonları və sürücülük vəsiqəsi də götürülmüşdür. Bundan sonra Çingizin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində psixotrop maddə olduğunu demiş və masaya doğru yaxınlaşaraq şalvarının sağ yan cibindən 02 ədəd bükümü, mobil telefonu, açarları və tibbi maskanı təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bükümlər qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, qalan əşyalar özünə geri qaytarılmışdır. Bundan sonra Cavidin üzərinə baxış keçirilməyə başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində qanunsuz əşya olmadığını deyərək mobil telefonu və pulu təqdim etmişdir. Sorğu zamanı Cavid üzərində qanunsuz əşya olmadığını, onların narkotik vasitələri üzərilərində saxlamalarından məlumatlarının olmadığını bildirmiş, bundan sonra onun üzərindən aşkar olunan telefon və pul özünə geri qaytarılmışdır. Bundan sonra Elgizin üzərinə baxış keçirilməyə başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində qanunsuz əşya olmadığını demiş və mobil telefonları, pulları təqdim etmişdir. Sonradan üzərindən 01 ədəd qəbz aşkar olunmuş, sorğu zamanı Elgiz üzərində qanunsuz əşya olmadığını, onların narkotik vasitələri üzərilərində saxlamalarından məlumatlarının olmadığını bildirmiş, bundan sonra onun üzərindən aşkar olunan əşyalar, pullar və qəbz özünə geri qaytarılmışdır. Bundan sonra Tofiqin üzərinə baxış keçirilməyə başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində qanunsuz əşya olmadığını deyərək mobil telefonu, pulları və digər əşyaları təqdim etmişdir. Sorğu zamanı Tofiq üzərində qanunsuz əşya olmadığını, onların narkotik vasitələri üzərilərində saxlamalarından məlumatlarının olmadığını bildirmiş, bundan sonra üzərindən aşkar olunan mobil telefon, pullar və digər əşyalar özünə geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, X3, X1 və X4 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid13, Şahid9, Şahid11 və Şahid12 daxil olmuşdur. Həmin şəxlərin Suraxanı rayonu, F.Kərimzadə küçəsi 2 ünvanında yerləşən “103” adlı yeməkxanada olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 22:00 radələrində sözü gedən yeməkxananın qarşısında xarici görünüşləri Təqsirləndirilən şəxs, Nizami Musayevə, Elvin Qurbanova və Çingiz Xudiyevə oxşar şəxslərin və onların yanında daha şəxsiyyətləri sonradan məlum olan Şahid15, Şahid14 və Şahid16 olmaları müəyyən olunmuş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs, Nizami Musayevə, Elvin Qurbanova və Çingiz Xudiyevə üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə BMCMİ-nə getmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs, Nizami Musayevin, Elvin Qurbanovun və Çingiz Xudiyevin üzərilərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları, qəbul etmələri və satışı ilə məşğul olmalarında şübhəli olmaları ehtimal edildiyindən onların üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xmiü baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs, Nizami Musayevi, Elvin Qurbanovu, Çingiz Xudiyevi, Şahid15, Şahid14 və Şahid16 Baş İdarənin akt zalına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs, Nizami Musayevə, Elvin Qurbanova və Çingiz Xudiyevə hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət edilmiş və həmin şəxslərə təqdim olunaraq etirazlarının olub-olmaması soruşulmuşdur. Bu zaman həmin şəxslər vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs, Nizami Musayevə, Elvin Qurbanova və Çingiz Xudiyevə üzərilərinə şəxsi axtarış, həmçinin Şahid14, Şahid16 və Şahid15 üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən iatifadə olunacağı izah olunmuşdur. Həmin şəxslər etiraz etməmiş, bundan sonra video çəkiliş başlanılmış və təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və əynində olan şalvarının arxa kəmər hissəsində olan 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və həmin bükümlər açıldıqda metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz hər hansı əşya aşkar edilməmiş, sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş metamfetamini və bıçağı 28 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə, bıçağı isə marağı olduğu üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan maddələr və bıçağ qablaşdırılıb götürülmüş, ona məxsus mobil telefon da götürülmüşdür. Bundan sonra X3 üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, bu zaman təhqiqatçı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif olunmuşdur. Bu təklifdən sonra Nizami Musayev üzərində psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən mobil telefonu, əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümü, pulları və əynində olan şalvarının sağ arxa cibində olan 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Nizami Musayev təqdim etdiyi 02 ədəd bükümün içində psixotrop maddə olduğunu bildirmiş və həmin bükümlər açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Nizami Musayevin təqdim etdiyi qara rəngli parça qabın içində olan bıçağa da baxış keçirilmiş, sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı Nizami Musayev üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və bıçağı 28 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə və bıçağı isə marağı olduğu üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Nizami Musayevin üzərindən aşkar olunmuş 02 ədəd büküm və bıçaq ayrı-ayrılıqda qablaşdırılıb götürülmüş, pullar özünə qaytarılsa da, mobil telefonu götürülmüşdür. Bundan sonra X1 üzərinə şəxsi axtarış aparılmağa başlanılmış bu zaman sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Elvin Qurbanov üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 bükümü, mobil telefonları, özünə məxsus sürücülük vəsiqəsini çıxardıb təqdim etmişdir. Elvin Qurbanov təqdim etdiyi 02 ədəd bükümün içərisində metamfetamin olduğunu bildimiş və bükümlər açıldıqda metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Elvin Qurbanovun üzərindən başqa qanunsuz əşya aşkar olunmamış, sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş metamfetamini 28 fevral 2022-ci il tarixdə təxminən saat 17:00-18:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Elvin Qurbanovun üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan metamfetamin qablaşdırılıb götürülmüş, həmçinin mobil telefonlar və sürücülük vəsiqəsi də götürülmüşdür. Bundan sonra X5 şəxsi axtarış başlanılmış və ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Çingiz Xudiyev üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü, açarları, mobil telefonu və tibbi maskanı təqdim etmiş, sonuncunun təqdim etdiyi 02 ədəd bükümün içərisində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş və bükümlər açıldıqda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Çingiz Xudiyevin üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, sorğu zamanı Çingiz Xudiyev üzərindən aşkar edilmiş metamfetamini 28 fevral 2022-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Çingiz Xudiyevin üzərindən aşkar olunmuş 02 ədəd büküm qablaşdırılıb götürülsə də, açarlar, tibbi maska özünə qaytarılmış, həmçinin sonuncunun üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Bundan sonra Şahid15 üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Şahid15 üzərində qanunsuz əşya olmadığını bildirib, mobil telefonunu və pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, baxış zamanı Şahid15 üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı Şahid15 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs, Nizami Musayevin, Elvin Qurbanovun və Çingiz Xudiyevun üzərində psixotrop maddə olmasından məlumatının olmadığını, həmin şəxslərlə tanışlıq münasibətlərinin olduğunu, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etmədiyini, həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş pul və mobil telefon onun özünə qaytarılmışdır. Bundan sonra Şahid14 üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu zaman Şahid14 üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, 02 ədəd telefonları və pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid14 üzərindən qanunsuz əşya aşkar olunmamış, sorğu zamanı sonuncu onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs, Nizami Musayev. Elvin Qurbanov və Çingiz Xudiyevlə aralarında tanışlıq münasibətlərinin olduğunu, özünün narkotik vasitələr və ya psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmin şəxslərin üzərilərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş pul, mobil telefonlar və qəbz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid14 özünə qaytarılmışdır. Bundan sonra Şahid16 üzərinə baxış keçirilməyə başlanılmış, baxış zamanı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Şahid16 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, mobil telefonu, pulları, qəbzləri, vizit kartları, pul qabını, sürücülük vəsiqəsini, şəhadətnaməni, plastik bank kartını, tibbi maskanı, mənzil açarını və saqqızı təqdim etmişdir. Şahid16 üzərindən başqa qanunsuz əşya aşkar olunmamış, sorğu zamanı sonuncu onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs, Nizami Musayev, Elvin Qurbanov və Çingiz Xudiyevlə aralarında tanışlıq münasibətlərinin olduğunu, özünün narkotik vasitələr və ya psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmin şəxslərin üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş əşyalar Şahid16 özünə qaytarılmış bundan sonra videoçəkiliş dayandırılmış, daha sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Şahid5, Şahid9, Şahid11, Şahid12 və Şahid13 Əlibala oğlu digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonunda yerləşən “103” adlı kafenin qarşısında tanışları Rauf, Nizami, Elvin, Çingiz, Tofik və Elgizlə birlikdə olduqları zaman 12-13 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşdular. Onlar özlərini təqdim etdilər. Bundan sonra polis əməkdaşları Raufa, Nizamiyə, Elvinə və Çingizə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlamaları və daşımaları barədə məlumat daxil olduğunu bildirdilər. Bu zaman həmin şəxslər üzərlərində psixotrop maddə olduğunu qeyd etdilər. Bundan sonra polis əməkdaşları onları BMCMİ-nə dəvət etdi. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəldilər. Baş İdarədə Rauf, Nizami, Elvin, Çingiz və Elgiz müdafiəçi ilə təmin edildi və şübhəli şəxs qismində tutuldular. Sonra video çəkilişdən istifadə edilməklə Rauf, Nizami, Elvin, Çingizin üzərinə şəxsi axtarış, onun, Tofikin, Elgizin üzərinə isə baxış keçiriləcəyi izah olundu. Heç biri buna etiraz etmədi. Bundan sonra şəxsi axtarış başlanıldı və şəxsi axtarış zamanı Raufun və Nizaminin hər birinin üzərindən 02 ədəd sellofan bükümdə metamfetamin və 01 ədəd bıçaq, Elvinin və Çingin üzərindən isə 02 ədəd sellofan bükümdə metamfetamin aşkar olunaraq polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirildi. Baxış zamanı onun üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarımın sol yan cibində olan 01 ədəd “Ketel” markalı mobil telefonu və şalvarının sağ yan cibində olan 10 manat pulu masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Sorğu zamanı o, Rauf, Nizami, Elvin və Çingizlə aralarında tanışlıq münasibətlərinin olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Rauf, Nizami, Elvin və Çingizin üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirdi. Baxış zamanı aşkar edilmiş 10 manat pul və 01 ədəd “Ketel” markalı mobil telefon özünə qaytarıldı. Daha sonra Elgiz və Tofikin üzərinə baxış keçirildi. Baxış zaman Elgiz və Tofikin üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilmədi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid6, Şahid7, Şahid8, Şahid10, həmçinin Şahid14 və Şahid16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid6, Şahid7, Şahid8, Şahid10, həmçinin Şahid14 və Şahid16 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 16-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 72-78-ci vərəqələrində olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid6 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və əynində olan şalvarının arxa kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçılarının şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli dəridən hazırlanmış qabın içində olan bıçağa bənzər predmetə baxış zamanı məlum oldu ki, həmin predmet dəmir materiallı, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Həmin predmetin üzərində əqrəb şəkilləri həkk olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri və 01 ədəd bıçağa bənzər predmeti 28 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə və bıçağa bənzər predmeti isə marağı olduğu üçün üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin İ cildinin 129-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1242 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasi DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan dörd ədəd zərfdə: - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,885 qram, 4,541 qram, ümumi təmiz çəkisi 7,426 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin İİ cildinin 109-113-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-290/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 203-205-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 233 və 315.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzanın çəkilməsindən şərti olaraq azad edilmişdir. Cinayət işinin İİ cidlinin 240-cı vərəqində olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısnın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİİ cildinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 1035 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sidromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 41-57-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,326 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində nümunəvi davranışına görə rəhbərlik tərəfindən həvəsləndirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD-R diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 12-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 7,426 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri, iş yeri və həbsdə saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (08 ay 20 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,326 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-351/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-351/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver