Məhkəmə qərarları › İş №1(005)-351/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-351/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-351/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin vəkili -30 saylı vəkil bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri –“Leqal Serviz” vəkil bürosunun vəkili Müdafiəçi3, “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi2 Qurbanəli oğlunun iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Yardımlı rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum edilmiş, 02 aprel 2013-cü il tarixdən 26 fevral 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə dövlətin qanunla qorunan mənafelərinə və fiziki şəxsin qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) sədrinin 02 aprel 2013-cü il tarixli QK-22 nömrəli əmri ilə 02 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməklə 26 fevral 2019-cu il tarixədək həmin vəzifədə işləməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinin xx.xx.2015-ci il tarixli 20 nömrəli əmrinə əsasən, qəbul edilmiş ilkin sənədlərin ilkin ekspertizası işinin təşkili, mənzil fondunun və bağ sahələrinin rəsmiləşdirilməsi işinin təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı işinin təşkili, arxiv işinin təşkili, təşkilatlardan və vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması işinin təşkili və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qeydiyyat orqanına müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin daşınmaz əmlak üzərində hüquqlarının tanınmasına və mülkiyyətə dair çıxarış almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən, əvvəlki Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 saylı qərarına əsasən qüvvədə olan kooperativlərinin tərkibində Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə mərhum X8 ayrılmış 1487 saylı 1200 m2 olan bağ sahəsinə sonuncunun istifadə və mülkiyyət hüququ yarandığı və bu hallar işlədiyi və rəhbərlik etdiyi idarədə saxlanılan sxematik xəritə və arxiv sənədləri ilə təsdiq olunduğu halda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı sənədinin verilməsi ilə bağlı Şüvəlan qəsəbə sakini X2 istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış həqiqi məzmunu təhrif edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 saylı nömrəli sərəncamına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsi olan 1487b nömrəli bağ sahəsinin sonuncuya ayrılmasına dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı saxta orderi əsasında xx.xx.2015-ci il tarixli ********** saylı müraciəti ilə əlaqədar "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 9.1.1-ci maddəsinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportunun, plan-cizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul etməsini tələb etdiyi halda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın və "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"da nəzərdə tutulmuş eyni məzmunlu qanunvericilik tələblərini qəsdən pozaraq, mərhum - X6 adına qeyd olunan qərar və sərəncam əsasında verilmiş torpaq sahəsi üzrə rəhbər vəzifə tutduğu qurumun İnventarlaşdırılması bürosunda yer quruluşu üzrə mühəndis vəzifəsində işləyən Şahid6 tərəfindən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX- 08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və bağ sahəsində mübahisə predmeti var” yazıldığı halda və qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqində həmin torpaq sahəsi ilə bağlı Hüquq şöbəsi qrafasında yalnız müayinə aktı olduğu, kadastr şöbəsi qrafasında “1487b” saylı bağ nömrəsi sxematik xəritədə əks olunmadığı qeyd olunduğu, 51 saylı BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar olunmadığı, dövlət arxiv idarəsindən verilmiş arxiv arayışı olmadığı halda toplanmış sənədlərdə uyğunsuzluq və araşdırma aparılmasının zəruriliyi ilə bağlı ciddi şübhə doğuran halların mövcudluğuna baxmayaraq, xx.xx.2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin inzibati binasındakı xidməti otağında həmin torpaq sahəsi ilə bağlı tərtib olunmuş çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan dövriyyə vərəqinin baş mühəndis, rəis müavini qrafasında şəxsən imzalamaqla öz imzası ilə təsdiq edib, eyni qaydada çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəyə isə rəhbəri olduğu idarənin İnvertarlaşdırma şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektoruna və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə "icra edin" məzmunlu dərkənar qoyaraq sənədi icraya yönəltməklə vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib, qanunsuz olaraq hazırlanmış sənədlər qovluğunu və Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışı Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş cinayət təqibinin müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş Şahid8 vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsindən, yəni “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinə əsasən, Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin düzgünlüyünü ərazi idarəsinin rəisi kimi yoxlamayaraq, qeyd olunan hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışı imza və təsdiq etməklə nəticədə mülkiyyət hüququnu təsdiq edən çıxarışla torpaq sahəsinin X2 mülkiyyətinə verilməsini təmin etdikdən sonra həmin torpaq sahəsinin sonuncu ilə alıcı X16 Mardaxayeviç arasında bağlanmış 9 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçməsinə və X16 Mardaxayeviçin adına xx.xx.2016-cı il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsinə nail olub, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmini ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə, eləcə də ölmüş şəxs X6 hüquqi varisi Zərərçəkmiş şəxs1 əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək və ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə olub 2015-ci ildə. O 2015-ci ilin sentyabr ayında 1 saylı Bakı Ərazi İdarəsi rəis müavini vəzifəsində işləmişdir. Ona idarə rəisi tərəfindən səlahiyyətlər verilmidir. Həmin səlahiyyətlərə çıxarışın, qeydiyyat vəsiqəsinin, plan ölçüsünün verilməsi aid olmamışdır. İdarə rəisi tərəfindən ona verilmiş səlahiyyətlər sənədlərin qəbulu, arxiv işinin təşkili, qeydiyyat işinin təşkilindən ibarətdir. Sənədlərdən də göründüyü kimi vətəndaş müraciət etmişdir. ”Daşınmaz əmlakın Dövlət reyestri haqqında qanunda” yazılıb ki, vətəndaş mövcud olan sənədin əslini və şəxsiyyət vəsiqəsini, yaxin etibarnamə ilə idarənin müvafiq şöbəsinə təqdim edə bilər. Sənədlər təqdim olunduqdan sonra onlarda qüsür aşkarlanmamışdır. Belə ki, sənədlərdə qüsur aşkarlanmadığı üçün sənədlərin qəbul şöbəsi “Zed” işarəsi qoyaraq sənədləri İdarənin dövriyyəsinə qəbul etmişdir. Sənəd arxiv şöbəsinə daxil olduqdan sonra araşdırılmış və ordan da texniki şöbəyə göndərilmişdir. Texniki şöbədə sənədlərə baxış keçirilmiş və kordinatlar vurulmuşdur. Sənədlər dövriyyədə olan zaman mühəndis tərəfindən müayinə aktı tərtib edilmiş, kadastr şöbəsinə daxil olmuş, kadastr həmin sahənin qeydiyyatda keçib-keçməməsinə dair hər hansı qeyd daxil etməmişdir, yəni oda “Zed” işarəsi qoymuşdur. Bütün bunlardan sonra sənədlərin hüquqi cəhətdən əsaslı olub-olmaması ilə bağlı dövriyyə işi olaraq bu sənədlər hüquq şöbəsinə göndərilmiş və idarənin digər şöbələrinə yönəldilmişdir.Bütün təşkilatlarda olduğu kimi sənədlərin əsaslı olub-olmaması ilə bağlı hüquq şöbəsi rəy təqdim edir. O yalnız hüquq şöbəsinin verdiyi rəyə əsasən viza qoyub ki, qanunauyğun icra edilsin. Hüquq şöbəsinin rəyı təqdim olunmuş, yazılmışdır ki, ”Daşınmaz əmlakın Dövlət reyestri haqqında” qanunun 8.10-cu maddəsinə əsasən qeydiyyat aparıla bilər. Sənədlər ən sonda ona təqdim olunmuşdur. O da hüquqi rəyin üzərinə dövriyyə olaraq “icra edilsin” qeydi yazmışdır. Onun “icra et” sözü o demek deyil ki, çıxarış və plan ölçü verilsin.Sonradan o sənədlər yenidən plan ölçü hazırlanması üçün texniki şöbəyə gedir, plan ölçü hazırlanır, plan ölçü şöbə müdürü tərəfindən, sektor müdürü və idarənin baş mühəndisi tərəfindən təsdiq olunur. Onlar hazırlandıqdan sonra texkini cəhətdən hər hansı problem oldadıgı halda sənədlər qeydiyyat şöbəsinə verilir.Qeydiyyat şöbəsi sənədlərə bir daha baxır, problem yoxdursa çıxarışı hazırlayır və çıxarışı qeydiyyat şöbəsinin müdiri imzalayır. Şöbə müdirinin səlahiyyəti vardır ki, problem çıxarsa bu işi dayandırsın. Sənədlərdə hər hansı çatışmamazlıq olarsa hüquq şöbəsinin səlahiyyəti var ki, o iş dayandırılsın. Hələ ona gəlməmişdən əvvəl idarə rəisinə xidməti məlumat yazılmalıdır ki, təqdim olunmuş sənədlərdə aşağıdakı nöqsanlar aşkar olunub, iş 1 ay müddətə dayandırılsın. Lakin bu işdə belə bir xidməti məlumat olmamışdır. O sənədlərdə saxtakarlığın olmasına dair hər hansı irad olmamışdır. Sonra çıxarış imzalanması üçün idarə rəisinə təqdim olunur. İdarə rəsinin birbaşa səlahiyyətidir ki, sənədlərə bir daha baxsın, çatışmamazlıq olmadığı təqdirdə sənədə imza atır. Eldar müəllimi çoxdan tanıyır, münasibətləri normal olub. 2020ci ildə o idarə rəisi olan zaman Eldar müəllim ona zəng etmişdir və dedimişdir ki, “mən sənə nə pislik etmişəm ki, sən mənim oğlumun torpağını satmısan”. O da deyib ki, elə bir hal ola biməz. Eldar müəllim ona demişdir ki, Natiq adlı oğlan ona zəng edib deyib ki, həmin torpağın sahibi odur. O da Eldar müəllimə demişdir ki, bir gün nümayəndəsini onun yanına göndərsin, o adaşdırıb məlumat verəcək. Eldar müəllim nümayəndəsini göndərmiş, birlikdə qovluqlara baxmışlar və o demişdir ki, bağların vəziyyətini bilirsiz, niyə gedib daş daş üstünə qoymamısız. Onlar da deyiblər ki, uşag rəhmətə gedib, başları qarışıb, sənəd ala bilməyiblər. O da hamını dəvət edib məsələni araşdırmaq qərarına gəlmişdir. Bir müddət sonra o Eldar müəllim, Natiq müəllim ilə birlikdə görüşmüşlər, sənədləri ortalığa qoymuşlar ki belə problem var. Eldar müəllim ona təklif etmişdir ki, verilən çıxarışı ləğv etsin, ona yenisini versin. O da bunu edə bilməyəciyini, onun səlahiyyətində olmamasını Eldar müəllimə demişdir. O sözdən sonra ondan incimişlər. Qərara gəlinmişdir ki, Baki İnzibati məhkəməsinə müraciət edilsin. Bir müddət sonra o işdən azad olunmuşdur. Eldar müəllim ona zəng edərək bildirmişdir ki, məhkəmə onun xeyrinə qərar qəbul edib, lakin reyestr idarəsi qeydiyyata almır, çünki həmin torpaq sahəsinin başqa fiziki şəxsə aid olduğu görünür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487 saylı, 1200 kv.m olan bağ sahəsi mərhum atası X8 məxsus olmuşdur. Qeyd olunan bağ sahəsi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə atası X8 ayrılmışdır. X10 30 avqust 2001-ci il tarixdə vəfat etdiyi üçün onun hüquqi varisi kimi tanınmışdır. Bu hallar, ölüm haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və həmin tarixli “Miras payın bağışlanması haqqında müqavilə” ilə təsdiq edilir. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6218/2020 saylı qərarı ilə “Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə atası X8 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən 1487 saylı 1200 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə, yəni X8 məxsus olması barədə arayış verilməsi öhdəliyi” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra həmin məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra həmin qurum tərəfindən X6 adına arayış verilmişdir. Həmin arayış əldə olunduqdan sonra həmin bağ sahəsinə dair adına çıxarışın və texniki pasportun alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Həmin İdarənin xx.xx.2021-ci il tarixli çıxarışın verilməsindən imtina məktubuna əsasən “1487b” saylı bağ sahəsi digər fiziki şəxsin adına dövlət reyestrində qeydiyyatda keçdiyi üçün ona “1487” saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi mümkün olmadığı bildirilmişdir. Lakin, qeyd olunan bağ sahəsinin nömrəsi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının tələb etdiyi bağ sahəsinin nömrəsi ilə uyğunluq təşkil etmir. Bundan başqa onun mülkiyyət hüququna dair dövlət reyestrində qeydiyyatını tələb etdiyi sahə boşluq təşkil edir və orada hər hansı tikinti mövcud deyildir. Eyni zamanda həmin məktubda o da qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatına əsasən “1487 b” saylı bağ sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və ********** nömrəli çıxarış verilmişdir. 09 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə həmin bağ sahəsi X7 tərəfindən Yefremov Abram-Sevi Mardaxayeviçə satılmışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən, 51 saylı BTK-ya dair ayrıc aktının arxiv qovluğunda aşkar olunmaması və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən “1487b” saylı bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması qeyd olunmuşdur. Göstərilən xüsusatların hər birinin əks olunduğu sənədlərin, yəni X2 adına olan xx.xx.1993-cü il tarixli 300 nömrəli orderin, X6 adına olan xx.xx.1997ci il tarixli 35 saylı orderin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların, Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinin, 1 saylı Bakı Ərazi İdarəsinin məktublarının, Bakı İnzibati Məhkəməsinin qərarının və digər zəruri sənədlərin surətləri araşdırmaya təqdim edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinə çıxarış almaq mümkün olmadığından həmin məsələ ilə əlaqədar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli İŞ № e-2-1(112)-3501/2022 saylı Qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487 saylı 1200 kvm olan bağ sahəsi ilə əlaqədar naturada faktiki yerləşdiyi yerə uyğun onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Adları çəkilən şəxslərin heç biri mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazini belə dəqiq tanımır. Həmin torpaq sahəsi xx.xx.1997-ci il tarixdən, yəni Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının 1364 saylı Sərəncamından sonrakı dövrdə onlara məxsus olmuşdur. Həmin torpaq sahəsi mişar daşları ilə hasara alınmışdır və həmin ərazidə hal-hazırda da heç bir tikinti işləri aparılmamışdır. Həmin torpaq sahəsinə dair çıxarış verilməkdən imtina edilir və öz adına çıxarış ala bilmir. Faktiki həmin torpaq sahəsi onların istifadəsindədir və həmin torpaq sahəsinə heç kəs müdaxilə etmir. (iş vərəqə c.2, iş.v.240-252) Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 1988-ci ildə Ermənistan Spitak rayonunda zəlzələ olduqdan sonra ailəliklə oradan köçüb Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bina evində məskunlaşmışdır. 2011-ci ildə oğlu Aslan bildirmişdir ki, qəsəbə sakini və makler kimi tanıdığı Şahid2 adlı şəxs torpaq satır. Qeyd etmişdir ki, oğlu, Ərəstunun oğlu ilə hərbi xidmətdə birlikdə olmuşdur. O, bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Ərəstun adlı şəxsdən 12.000 manat müqabilində hər hansı sənəd olmadan 0,6 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin evin tikilişi 2013-cü ildə başa çatmışdır. Ərəstun adlı şəxs Şüvəlan qəsəbəsində yaşamış, əslən Şuşa şəhərindəndir. Həmin torpaqda fərdi yaşayış evi tikib qurtardıqdan bir müddət sonra Abram Yefremov adlı şəxs həmin torpaq sahəsinə gələrək həm oranın, həm də ona bitişik olan 0,6 ha torpaq sahəsinin ona məxsus olduğunu, bununla bağlı orderə sahib olduğunu bildirmişdir. Bundan sonra o Ərəstunu çağırmış və məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Həmin vaxtı Ərəstun yox Hacı adlı şəxs onun yaşadığı evə gəlmiş və Hacı Abramla çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, digər 0,6 ha torpaq sahəsini Ərəstun 15.000 manata bacısı Aygünə satmışdır. Bundan sonra Ərəstun ona hər hansı bir işə qarışmamağı, məsələni Hacı adlı şəxsin qaydasına qoyacağını bildirmişdir. Sonradan Hacı adlı şəxsin məsələni həll etdiyini demişdir. Bir müddət sonra Abram yenidən yaşadığı evə gəlmiş və artıq onun əlində yaşadığı torpaq sahəsinə dair çıxarış olmuşdur. O, yenidən Ərəstunu çağırmış və bu məsələni həll etməyi bildirmişdir. Yenə də Ərəstun Abraamla birlikdə evindən çıxıb getmişdir. O, Ərəstundan məsələnin nə yerdə qaldığını soruşmuş və Ərəstun Abraama başqa torpaq sahəsi veriləcəyini bildirmişdir. Sonradan Abramla aralarında belə bir razılaşma olmuşdur ki, Ərəstuna məxsus olan 0,12 ha torpaq sahəsinə onun adına çıxarış alınacaq, daha sonra həmin torpaq sahəsi tərəfindən Abram Yefremova satılacaq, Abram isə öz növbəsində ona və Aygünə satılan torpaq sahəsinin 0,6 ha hissəsini ona, 0,6 ha hissəsini isə Aygünə satacaq. Bundan sonra guya həmin torpaq sahəsini 1993-cü ildə almağını təsdiq edən xx.xx.1993-cü il tarixli 300 nömrəli saxta order hazırlanmış və həmin order əsasında çıxarış alınmış, həmin bağ sahəsi isə 1487b kimi nömrələnmişdir. Həmin orderi ona Ərəstun təqdim etmişdir. Halbuki, o, xx.xx.1993-cü il tarixdə hər hansı torpaq sahəsi almamışdır. Digər Abrama məxsus bağ sahəsi isə 1466 kimi nömrələnərək ona da çıxarış alınmış və qarşılıqlı olaraq o, 1487b saylı 0,12 ha torpaq sahəsini Abrama, Abram isə 1466 saylı bağ sahəsinin 0,6 ha hissəini ona, 0,6 hissəsini isə Aygünə satmışdır. Abramın 1466 saylı bağ sahəsinə qanunsuz sənədlərlə çıxarış alıb-almamasından isə məlumatsızdır. Belə qanunsuz hərəkət etməyinə səbəb Abram tərəfindən hədə-qorxuya məruz qalmağı olmuşdur. Belə ki, Abram keçmiş Energetika nazirinin müavini Şahid5 yaxın adamı olmuş və o, həmin şəxslə onu hədələyərək evini sökdürəcəyini bildirmişdir. O, isə evinin sökülməyindən qorxaraq adına qanunsuz yollarla çıxarış alınmasına razılıq vermişdir. İstəyi yalnız evinin əldən çıxmasının qarşısını almaq olmuşdur. Etdiyi hərəkətə görə peşmandır. Həmin vaxtlarda, hətta indidə sözügedən ərazidə hər hansı sənəd təqdim edilmədən torpaq sahələri satılır. Buna görə də o, buna əhəmiyyət vermədən Ərəstundan hər hansı sənəd təqdim edilmədən ondan torpaq sahəsi almışdı. Abram torpaq sahəsinin dəyişdirilməsinə etiraz etdiyinə görə və öz torpağını, yəni ev tikdiyi torpağı, yaxud bunun müqabilində 30.000 manat pul tələb edirdi. Buna görə də onun razılaşması bir qədər vaxt aparmış və sonda razılıq vermişdi. xx.xx.1993-cü il tarixli, 300 nömrəli order əsasında 1487b saylı bağ sahəsinə order almışdır. Həmin orderin əslini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (BTE) təqdim etmişdir. Həmin orderi Ərəstun ona təqdim etmişdir. Sözügedən torpaq sahəsinə çıxarışı xx.xx.1993-cü il tarixli, 300 nömrəli order əsasında əldə etmişdir. Həmin torpaq sahəsinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması, habelə həmin torpaq sahəsinin xx.xx.1997-ci il tarixli 35 saylı order əsasında X8 məxsus olması barədə hər hansı məlumatı olmamışdır. Qeyd olunan torpaq sahəsini Şahid2 alan zaman Hacı adlı şəxsi də tanımamışdır. Abram gəldikdən sonra Hacı adlı şəxs də Ərəstun vasitəsilə ortaya çıxmışdır. Ərəstundan eşitdiyinə görə Hacı Abramı hazırki 1487b saylı torpaq sahəsinin yerləşdiyi əraziyə aparmış, həmin vaxt Hacının yaxın adamı kimi Niyaz adlı şəxsdə orada iştirak etmiş, o və Aygünə satılmış 0,12 ha torpaq sahəsinin əvəzinə Abrama həmin torpaq sahəsini təklif etmişlər. Abram onlarla razılaşmış, lakin onlara inamı olmadığı üçün sənədləşmənin onun adına aparılmasını bildirmiş, o, da öz növbəsində buna razılıq vermişdir. Daha sonra Ərəstun ona xx.xx.1993-cü il tarixli 300 nömrəli orderi təqdim etmiş və həm Ərəstunun, həm də Hacının tapşırıqlarına əsasən həmin orderlə bir neçə dəfə DƏDRX-nin Bakı Ərazi İdarəsinə getmişdir. Orada dəqiq olaraq kimə yaxınlaşmağını xatırlamır, girdiyi otaqlarda bir neçə şəxs əyləşmiş və ona müəyyən sənədləri imzalatdırıb yola salmışdırlar. 0,6 ha torpaq sahəsini Ərəstundan aldıqdan sonra o, çıxarış alınmasından ötrü əlavə olaraq ondan 3000 manat pul istəmiş, həmin məbləği Ərəstuna vermişdir. Hər iki torpağa çıxarış alındıqdan sonra Ərəstun və Aygündən 3000 manat pulunun geri qaytarılmasını tələb etmiş, həmin məbləğin 1000 manatını Aygün nağd qaydada qaytarımış, 2000 manatı isə aralarında borc müqaviləsi bağlandığı üçün hissə-hissə ödəmişdir. Onlar tərəfindən ona 6000 manat pul verilməsi təmamilə yalan məlumatdır. Bildirmişdir ki, bir müddət əvvəl Ərəstunla görüşü olmuş, Ərəstun bildirmişdir ki, yalandan bildirmişdir ki, guya ona 6000 manat pul vermişdir. Bunu etməkdə məqsədi Aygünün adına rəsmiləşdirilmiş 0,6 ha torpaq sahəsinin pulla ondan alınmasını göstərmək və əlavə sualların yaranmasının qarşısını almaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şüvəlan qəsəbəsində usta kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Buna görə də qəsəbə sakinləri onu çox yaxşı tanıyır və kiminsə alqı-satqı məsələləri olduqda ona müraciət edirlər. X7 qonşusudur, münasibətləri yaxşı olmuşdur. 2014-cü ildə Yusiflə söhbət əsnasında ona Şüvəlan qəsəbəsində 0,6 ha torpaq sahəsinin 12.000 manata satıldığını, lakin torpağın sənədlərinin olmadığını bildirmişdir. Qeyd etmişdir ki, həmin torpaq sahəsini Şüvəlan qəsəbəsində Qress adlanan yerdə Hacı adlı şəxs satırdı. Yusif qiymətlə razılaşmış və birlikdə torpaq sahəsinə baxış keçirmişdir. Bundan sonra Yusif torpağın sənədsiz olması səbəbindən gələcəkdə hər hansı probleminin olub-olmamayacağını soruşmuş, o isə hər hansı problem olmayacağını bildirmişdir. Həmçinin, Hacı adlı şəxs ona bildirmişdi ki, həmin torpaq sahəsinin və ona bitişik olan digər 0,6 ha torpaq sahəsinin sənədləri çıxarış alınmasından ötrü Daşınmaz Əmlaka göndərilmişdir. Hacının bu məlumatından sonra digər 0,6 ha torpaq sahəsini də bacısı Şahid3 təklif etmişdir. Aygün və onun həyat yoldaşı torpağa baxış keçirtmiş və həmin torpaq da sənədsiz 15000 manata Aygünə satılmışdır. Bildirmişdir ki, həmin torpaq sahələrinə həm Yusif, həm də bacısı Aygün 300 manat əskiklə pul vermış, hər biri üçün əlavə olan 300 manat pulu isə öz cibindən qoyaraq pul məbləğlərini Hacı adlı şəxsə təqdim etmişdir. Buna səbəb Yusifin və bacısının kasıb olması səbəbindən onlara köməklik etmək istəməyi olmuşdur. Təxminən 1 il keçdikdən sonra, yəni Yusif artıq həmin torpaq sahəsində ev tikdikdən sonra ona zəng edərək bildirmişdir ki, ona satılan torpağın başqa sahibi çıxmış, adı isə Abramdır. Bundan sonra bu barədə Hacıya məlumat vermiş və onunla birlikdə Yusifin evinə getmişdir. Orada Yusifdən aldığı 12.000 manat pulu Hacıya verdiyini bir daha bildirmiş və Hacı da bunu etiraf etmişdir. Daha sonra Hacı məsələyə özünün aydınlıq gətirəcəyini bildirmiş və söhbət bununla da yekunlaşmışdır. Daha sonra Hacı onunla telefon əlaqəsi saxlayaraq Abramla görüşdüyünü, məsələnin tezliklə yoluna qoyulacağını qeyd etmişdir. Qısa müddət keçdikdən sonra Abram onunla telefon əlaqəsi saxlamış və bacısı Aygünə satılmış torpaq sahəsinin də orderlə ona məxsus olduğunu bildirmişdir. O, həmin torpağın müqabilində Hacıya 15.000 manat pul verdiyini bildirmiş, lakin Abram buna baxmayaraq, onları da həmin torpaqdan çıxaracağını bildirmişdir. Sonradan Yusif bildirmişdir ki, bir qədər aralıda 0,12 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinə çıxarış alınacaq, Abram isə Yusifə və Aygünə satılmış ümumilikdə 0,12 ha torpaq sahəsinə çıxarış alacaq. Qeyd etmişdir ki, Yusifin ona bildirdiyi 0,12 ha torpaq sahəsi barədə məlumatı olmamış, həmin torpağın kimə məxsus olduğunu bilməmişdir. Bundan sonra Yusif həmin 0,12 ha torpaq sahəsinə çıxarış alaraq Abrama satmış, Abram isə öz növbəsində çıxarışla ona məxsus olan 0,6 ha torpaq sahəsini Yusifə, digər 0,6 ha torpaq sahəsini isə bacısı Aygünə satmışdır. Həmçinin Yusif ona bildirmişdir ki, Aygünə verilməli olan 0,6 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz edir, çünki Abrama 0,12 ha torpaq sahəsi vermişdir, buna görə də Aygünə məxsus olan 0,6 ha torpaq sahəsi ona qalmalıdır. O, Aygünə satılmış torpağı vermək istəmədiyini bildirmişdir. Buna görə də bacısı Aygünə görə tərəfindən Yusifə əlavə olaraq 6000 manat nağd qaydada pul verilmişdir. Həmçinin alqı-satqı günü bacısı Aygün 1.000 manat nağd qaydada Yusifə pul vermiş, 2.000 manat isə notarial qaydada pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı bağ sahəsinin kimə məxsus olub-olmaması barədə məlumatı olmamış, həmin orderin necə hazılandığını, kim tərəfindən verildiyini bilməmişdir. Yusif demişdir ki, ona məxsus 0,12 ha torpaq sahəsi olmuşdur, lakin həmin bağ sahəsinə saxta yollarla çıxarış alınmasından tamamilə məlumatsızdır. Yusif bacısı Aygünə verilməli olan torpaq sahəsini ona vermək istəməmiş və buna görə də onunla mübahisələri olmuşdur. O, Abrama 0,12 ha torpaq sahəsini verdiyini, əvəzində isə Aygünə məxsus olan 0,6 ha torpaq sahəsinin də Abram tərəfindən ona verilməli olması ilə izah etmişdir. xx.xx.1993-cü il tarixli, 300 nömrəli orderdən məlumatı olmamışdır, həmin orderi o, təqdim etməmişdir. Hacı adlı şəxs Şüvəlan qəsəbəsində yaşayır. O, bir neçə şəxsə torpaq satmış, sonradan həmin torpağın əsas sahibləri üzə çıxmış, hətta tikilmiş evlər sökülmüşdür. Onun barəsində Xəzər RPİ-də araşdırma olmuş və eşitdiyinə görə əvvəl həbs olunmuşdur. Qeyd olunan torpaq sahəsinə çıxarışı Yusifin özü almışdır. O, çıxarış alınması üçün ondan pul almamışdır. Qeyd edilən problemlər yarandıqdan sonra Yusifin əlavə olaraq 0,12 ha torpaq sahəsinin olması barədə onun özündən eşitmişdir. Yusif 0,12 ha torpaq sahəsinin ona aid olduğunu, Abrama 0,12 ha torpaq sahəsi verdiyi üçün 0,6 ha torpaq sahəsini də Aygünə vermək istəmədiyini bildirirdi. O, Yusifə 300 manat da pul köməklik etmiş, sonradan həmin pulu Yusif qaytarmışdır. Hacı qeyd edilən torpaq sahəsini onun vasitəsilə sənədsiz Yusifə və Aygünə satmışdır. Yusif bacısı Aygünə satılmış 0,6 ha torpaq sahəsini ona vermək istəmədiyi üçün bacısı Aygünlə birlikdə Energetika Nazirliyində Şahid5 qəbulunda olmuş, göstərilənlər barədə ona da məlumat vermiş, Şahid5 isə öz növbəsində öz aralarında razılaşmağı bildirmişdir. Bundan sonra Xəzər rayon polis idarəsində rəis Azər adlı şəxsin qəbuluna da getmiş, o bununla bağlı Yusifi də dəvət etmiş və məsələni razılaşma yolu ilə həll etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid2 qardaşıdır. 1993-cü ildə X9 ilə ailə həyatı qurmuşdur. 2014-cü ildə Şüvəlan qəsəbəsində olan 0,6 ha torpaq sahəsini 14.700 manat ödəməklə Ərəstundan almışdır. Ərəstun ilk olaraq həmin torpaq sahəsinin sənədlərinin qaydasında olduğunu bildirmiş, sonradan isə məlum olmuşdur ki, həmin torpaq sahəsinin sənədləri yoxdur. Bildiyinə görə Ərəstun həmin torpağı Hacı adlı şəxsdən almışdır. Hətta Ərəstundan eşitdiyinə görə o, 300 manat da öz cibindən pul qoymuş və Hacıya vermişdir. Ərəstun həmçinin öz növbəsində ümumiyyətlə respublikada çıxarış verilməsinin dayandığını, buna görə də torpağın sənədlərinin gecikdiyini qeyd etmişdir. Bir müddət keçdikdən sonra Abram Yefremov ortaya çıxmış və həmin torpaq sahəsinin, habelə qonşusu Yusifə satılmış 0,6 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Ərəstundan aldığı məlumata görə ona məlum olmuşdur ki, Hacı və onun yaxın adamı Niyaz adlı şəxs bir qədər aralıda yerləşən 0,12 ha boş torpaq sahəsinə Yusifin adına çıxarış alıb həmin torpaq sahəsini Abrama verəcək, Abram isə öz növbəsində ona məxsus olan torpaq sahəsinin 0,6 ha hissəsini ona, 0,6 ha hissəsini isə Yusifə verəcəkdi. Həmçinin, Ərəstun bildirmişdir ki, Hacı və Niyaz Abramla yaxındır, Hacıya verilmiş 15.000 manat pul dolayı yolla Abrama çatmışdır. Yusifin adına rəsmiləşdirilən torpaq sahəsinin sahibinin kim olmasından məlumatsız olmuş, həmin torpaq sahəsinə hansı yollarla çıxarış alınmasını bilməmişdir. Bu müddət ərzində çıxarışın alınmasına xərclərin çıxılması adı ilə Ərəstuna əlavə olaraq 3000 manat pul da vermiş, Ərəstunun deməsinə görə həmin pulun üzərinə 3000 manat da qoyaraq 6000 manat pulu Yusifə vermişdir. Yekunda isə Yusif çıxarışın alınmasına çıxılan xərclər adı ilə ondan şəxsən nağd qaydada 1000 manat, notariat qaydada təsdiq edilmiş borc müqaviləsi əsasında isə 2000 manat pul almışdır. Həmin borc müqaviləsinin surətini araşdırmaya təqdim etmişdir. Hər iki torpağa çıxarış alındıqdan sonra Yusif onun adına rəsmiləşdirilmiş 0,12 ha torpaq sahəsini Abrama satmış, lakin Abrama məxsus olan 0,12 ha torpaq sahəsini isə tam olaraq özünə götürmək istəmişdir. Bununla bağlı Yusiflə mübahisələri olmuşdur. Bundan sonra Ərəstun vəfat etmiş qardaşı Ceyhunun dostu olmuş, həmin vaxt Energetika nazirinin müavini vəzifəsində işləyən Şahid5 qəbuluna gedəcəyini, bu işdə köməklik etməsi barədə xahiş edəcəyini bildirmişdir. Həmçinin Şahid5 da Abramla dost, Yusiflə isə həmyerli idi. Buna görə də o, hər iki tərəfə təsir edə bilirdi. Ərəstunla birlikdə o da qəbula getmiş, orada Şahid5 bütün olanları danışmış, o isə öz növbəsində köməklik edəcəyini bildirmişdir. Bundan təxminən 1 ay sonra Şahid5 köməkliyi ilə Abram həmin 0,6 ha torpaq sahəsini ona, digər 0,6 ha torpaq sahəsini isə Yusifə satmışdır. Əlavə olaraq bildirmişdir ki, Yusif 3000 manat pulu ondan guya çıxarışın alınmasına xərcinin çıxılması adı ilə almışdır. Həmçinin 3000 manat da torpaqla bağlı sənədlərin düzəlməsinə görə Ərəstuna vermişdir. Ərəstundan aldığı məlumata görə isə o, verdiyi 3000 manatın üstünə 3000 manatda qoyaraq 6000 manat pulu Yusifə vermişdir.Lakin Ərəstunun onun əvəzinə pul verməsinə inanmır. O, həmin torpaqla bağlı 21.000 manat pul xərcləmişdir. 1487b saylı torpaq sahəsinə çıxarış alınmasına əsas olmuş xx.xx.1993-cü il tarixli 300 nömrəli saxta orderin dəqiq olaraq kim tərəfindən verildiyini bilmir. Amma Ərəstundan eşitdiyinə görə həmin orderi Yusifə Hacı adlı şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, rəhmətlik Yefremov Abram-Sevi Mardaxayeviç dostu olan və halhazırda X3 yaşayan X4 qayınatası olmuşdur. 2013-cü ilin oktyabr ayında Abraam Yefremov Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 12 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə çıxarış almağa köməklik göstərməyini xahiş etmişdir. O isə köməklik göstərəcəyini bildirmişdir. 2014-cü ilin aprel ayında rəhmətlik Abram onunla görüşmək istədiyini bildirmiş və onunla razılaşmışdır. Qeyd etmişdir ki, həmin vaxtı Energetika Nazirinin müavini vəzifəsində işləyirdi. 2014-cü ilin aprel ayında Abram ilə görüşmüş, söhbət zamanı Abram ona əvvəl çıxarış alınması üçün müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsində ev tikildiyini və yaxın zamanda bundan xəbər tutduğunu demişdir. O, bununla bağlı sürücüsü Rauf Kərimovu və Abram dayını birlikdə həmin torpaq sahəsinə göndərmişdir ki, torpaq sahəsində olan evin kim tərəfindən tikildiyini və torpağı satan şəxsi öyrənsinlər. Onlar həmin torpaq sahəsinə getmiş və ona bildirmişlər ki, həmin torpaq sahəsini Hacı adlı şəxs Ərəstun adlı şəxs vasitəsilə Yusif adlı şəxsə satmışdır. Sonradan da məlumatı olmuşdur ki, həmin torpaq sahəsinin 6 sotunu Yusif, 6 sotunu isə Ərəstun bacısı Aygünə satmışdır. Yusif həmin torpaq sahəsində ev tikmiş, lakin həmin vaxtı Aygün torpağı alsa da ev tikməmişdi. Bundan sonra həmin torpaq sahəsinə getmiş və orada Hacı, Ərəstun və Yusiflə görüşmüş və həmin torpağın Abraam dayının olduğunu bildirmişdir. Onlar heç bir etiraz etməmiş və həmin torpağın boşaldılması tələbini qoymuşdur. Bundan sonra Abraama torpaq sahəsinə aid saxta olmayan sənədlərlə çıxarış alması üçün Əmlak komitəsinə müraciət etməsini demiş və həmçinin özü də Əmlak komitəsində olan rəhbər şəxslərdən birinə zəng edərək Abrama məxsus olan yəni Yusifin ev tikdiyi torpaq sahəsinə tezliklə çıxırışın verilməsinin surətləndirilməsini xahiş etmişdir. Sonradan Abraam həmin torpaq sahəsinə dair çıxarış almışdır. Yusif artıq həmin torpaq sahəsinin Abraama məxsus olduğunu və çıxarış aldığını, həmçinin Abramın ondan torpaq sahəsini boşaltmasını tələb etdiyini gördükdə Ərəstun və Hacı adlı şəxsdən bu məsələni həll etmələrini tələb etmiş, çünki həmin torpaq sahəsini o pulla almışdı. Bir müddət sonra Hacı və Ərəstun Yusiflə belə razılığa gəldi ki, həmin ərazidə Abrama başqa torpaq sahəsi veriləcək. Sonradan onlar Abrama həmin ərazidə başqa bir torpaq sahəsi göstərdilər və Abram həmin torpaq sahəsinin sənədləşdirilərək ona verilməsinə razılaşdı. Qeyd etmişdir ki, Abraam həmin torpaq sahəsinin başqa şəxsə aid olduğunu bilmirdi. Sonradan Yusif Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı, 1200 kv.m olan bağ sahəsinə aid orderi gətirərək onlara göstərdi. O, həmin orderə baxdıqda orderin köhnə kağız vərəqədə olduğunu və 1993-cü il tarixdə Yusifə verildiyini görmüşdü. Həmin order onda heç bir şübhə yaratmamışdı, lakin təəcüblü gəlmişdi ki, Yusif nə üçün həmin torpaq sahəsində ev tikməmiş, Abrama məxsus torpaq sahəsində ev tikmişdir. Bundan sonra 2015-ci ildə həmin torpaq sahəsinə Yusif çıxarış almış və Abrama satmış, Abram da öz növbəsində özünə məxsus torpaq sahəsinə aid olan çıxarışı ləğv edərək Yusifə satmışdır. Yusifin həmin ərəfədə çıxarış alınması üçün kiməsə pul verib-vermədiyini bilməmişdir. Təxminən 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəllərində Zəfər ona zəng edərək bildirmişdir ki, Abrama satılmış torpaq sahəsi problemlidir. Milli Məclisin deputatı Zərərçəkmiş şəxs1 məxsusdur. Ondan nə edə biləcəyini soruşduqda Zəfər onunla görüşmək istədiyini və məsləhətləşmək istədiyini demişdir. O, isə bu məsələdən narahat olaraq səhəri günü Zərərçəkmiş şəxs1 zəng edərək ondan Şüvəlan qəsəbəsində torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. O torpaq sahəsi olduğunu bildirmişdir. O isə Eldar müəllimə həmin torpaq sahəsinə dair Abram adlı şəxsə çıxarış verildiyini bildirmişdir. Eldar müəllim ona bildirmişdir ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq və telefon danışığını bitirmişdir. O bu cür danışığını gördükdə məyus olmuşdur. Təxminən 2-3 gün sonra Zəfər ona zəng edərək bildirmişdir ki, Eldar müəllimin nümayəndələri onunla görüşüb və onu da dəvət edir. O, dərhal onlarla görüşmüş, görüş zamanı Zəfər və Eldar müəllimin nümayəndələrinə baş verən hadisəni danışmış və mövcud vəziyyətdən çıxış yolu kimi bildirmişdir ki, bu məsələnin həlli üçün Eldar müəllim, Abram dayı və Əmlak komitəsi birlikdə məhkəməyə müraciət etsin, məhkəmə Yusifin saxta sənədlə aldığı çıxarışı ləğv etsin, həmin torpaq sahəsinə dair Eldar müəllimə çıxarış verilsin, Yusifin və Aygünün ev tikidiyi torpaq sahəsinə aid olan çıxarış ləğv edilsin və Abrama çıxarış verilsin. Öz növbəsində Yusif və digər şəxslər özləri problemlərini həll etsin. Buna baxmayaraq Eldar müəllim onun dediyi ilə razılaşmayaraq özü iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona təəcüblüdür ki, həmin torpaq sahəsinə çıxarış verilibsə necə ola bilər ki, həmin torpaq sahəsinə ikinci çıxarış verilə bilər. Birinci çıxarış ləğv edilməlidir ki, yeni çıxarış verilsin. Qeyd etmişdir ki, o, heç vaxt Eldar müəllimə qeyd olunan torpaq sahəsini 2015-ci il tarixdə Əmlak komitəsində işləyən Zəfər adlı şəxsə 20.000 manat pul verərək almasını deməmişdir. Zərərçəkmiş şəxs1 göstərdikləri yalandır, heç vaxt o mövzuda danışıq olmamışdır. Telefon danışığı yuxarıda göstərdiyi kimi və qısa zamanda olmuşdur. Zərərçəkmiş şəxs1 zəng edib həmin məlumatı verməsəydi onun məlumatı çox gec olardı. O, Şahid2la görüşən zaman onun vaxtı ilə aralarında yaxın münasibət olan rəhmətlik Ceyhunun qardaşı olduğunu bilmiş və onunla münasibət yaranmışdır. Bu səbəbdən onlar sonradan ona müraciət etmiş və Yusifin Aygünə məxsus olan torpaq sahəsini vermək istəmədiyini demişdilər. O, Yusifdən bu məsələnin düzgün həll etməsini tələb etmişdir. Bundan sonra Abram həmin 0,6 ha torpaq sahəsini Aygünə, digər 0,6 ha torpaq sahəsini isə Yusifə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2017-ci ilədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İnvertarlaşdırına şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektorunda müdir vəzifəsində çalışmışdır. 2017-ci ildən 2022-ci ilin fevral ayınadək şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləmişdir. 2022-ci ilin fevral ayından DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirınənin təşkili şöbəsinin Texniki inventarlaşdırına işləri sektorunun mühəndis-inventarlaşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ona təqdim edildikdən sonra bildirmişdir ki, həmin tarixdə İmran Vəliyev artıq iki aydır ki, işlədiyi vəzifəsindən kənarlaşdırılmış və onun vəzifəsini müvəqqəti olaraq o, icra etmiş və müayinə baxış aktından da göründüyü kimi İ.Vəliyev adının üzərində xətt qoyaraq öz imzasını qeyd etmişdir. Həmin imza ona məxsusdur. Yusif İsgəndərov xx.xx.2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir ki, ona məxsus torpaq sahəsinə çıxarış verilsin. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0,12 ha 1487B nömrəli torpaq sahəsinə dair xx.xx.1993-cü il tarixli 300 saylı order təqdim etmişdir. xx.xx.2015-ci il tarixdə yer quruluşu üzrə mühəndis işləmiş Şahid6 həmin torpaq sahəsinə baxış keçirmiş və akt tərtib etmiş, faktiki torpaq sahəsi 1185 kvadrat metr təşkil etmiş, bağ sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmış və bağ sahəsində tikili yoxdur qeyd olunmuşdur. Aktın qeyd hissəsində “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və Bağ sahəsində mübahisə predmeti olduğu” göstərilmişdir. O, hal hazırda xatırlamır ki, bağ sahəsinə dair digər tərəflər kimlər olmuşdur və hansı sənədlərin surəti təqdim edilmişdir. Lakin bildirmişdir ki, həmin torpaq sahəsinə dair ekspertiza vərəqinin 3-cü qrafası olan Arxiv qrafasında torpaq sahəsinin arxiv siyahısında adı olduğu və 2021 nömrəli sərəncam olduğu qeyd olunmuşdur. Həmin müayinə aktı torpağa baxış keçirmiş mühəndis Ramin Məınınədov tərəfindən imzalandıqdan sonra o, öz imzası ilə təsdiq etmiş və sənədlər aidiyyatı üzrə İdarənin Kadastr şöbəsinə göndərilmişdir. Kadastr şöbəsində sənədlər yoxlanılmış və bağ nömrəsinin sxematik xəritədə əks olunmadığı göstərilmişdir. Lakin bildirir ki, sxematik xəritə hüquqmüəyyənedici sənəd deyil, əsas sənəd sərəncam və orderdir. Bundan sonra sənədlər qeydiyyatın ekspertiza şöbəsinə göndərilir və orada müayinə aktı və kadastrın qeydi olduğu göstərildikdən sonra sənədlər idarənin hüquq şöbəsinə göndərilir. Hüquq şöbəsində isə torpağın müayinə aktı olduğu qeyd olunur və nəticədə sənədlər toplusu İdarə rəisinin müavininə təqdim edilərək çıxarış verilməsi üçün imzalanır. Həmin dövrdə müavin Təqsirləndirilən şəxs işləmişdir. Qeyd etmişdir ki, bir neçə gün sonra torpağa baxış keçirmiş mühəndis Şahid6 yanına gələrək bildirmişdir ki, sözü gedən torpaq sahəsinə baxış keçirdikdə müəyyən etmişdir ki, torpaqda mübahisə predmeti var yəni başqa şəxs tərəfindən həmin torpaq sahəsinə əvvəl müraciət olunmuşdur. O, bunu eşitdikdə Şahid6la birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Qəbul zamanı Zəfər müəllimə bildirmişdir ki, Raminin dediyinə görə sözügedən torpaq sahəsində mübahisə var və digər şəxslər tərəfindən fevral ayında müraciət olunmuşdur. Zəfər müəllim isə cavabında «torpağın faktiki vəziyyəti necə varsa müayinə aktında göstərilsin, idarə özü bilər» demişdir. Bundan sonra onun qəbulundan çıxmış və müayinə aktını Ramin təhvil vermişdir. Lakin bildirmişdir ki, Zəfər müəllim həmin sözləri çox razı halda demişdir. Həmçinin, məlumat üçün bildirmişdir ki, əgər Aktda mübahisə predmetinin olduğu göstərilirsə, bu zaman həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilir, yalnız mübahisə aradan qalxdıqdan sonra yenidən baxış keçirilir və bundan sonra çıxarış verilir. Mübahisə predmeti ona görə yazılıb ki, digər şəxsin həmin torpağa iddiası olmuşdur. Lakin göründüyü kimi həmin aktın tərtib edilməsindən 7 gün sonra, mübahisə predmeti aradan qaldırılmadan həmin torpaq sahəsinə çıxarış verilmişdir. Hətta məhkəmələrdə torpaq sahəsinin qeydiyyata alınması barədə qərar qəbul olunub icraya göndərilsə belə mübahisə predmeti olarsa o qərar icra edilmir, məsələyə yenidən baxılır. Bu özü onu göstərir ki, çıxarış müvafiq pozuntularla verilmişdir. Torpağa çıxarış verilməsi üçün orderdən əlavə İcra hakimiyyətinin sözügedən ərazi üçün sərəncamı, ayrıc aktı olmalı və həmin torpaq sxematik xəritədə öz əksini tapmalıdı. Həmin torpaq sahəsinə dair sərəncam da olmamışdır. Əslində order idarəyə təqdim olunmamışdan əvvəl dövlət arxivinə müraciət olunmalıdır. Order təqdim olunduqdan sonra da arxiv arayışı sənədlər toplusunda olmalıdır. Əgər dövlət arxivində orderə aid arxiv arayışı yoxdursa həmin sənəd etibarsızdır. Məhkəmə iclasında 16 saylı cəzaçəkmə müəssisində cəza çəkən videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid6 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2019-cu ilin avqust ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin İnventarlaşdırılması bürosunda yer quruluşu üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Yer quruluşu üzrə mühəndis kimi vəzifəsi torpaq sahələrinə texniki baxış keçirib onun sahəsini ölçüb, çəkib təqdim etmək və s. olmuşdur. 2015-ci ilin sentyabr ayında idarə tərəfindən sözü gedən bağ sahəsinə dair sənədlər yəni xx.xx.1993-cü il tarixli 300 saylı orderin əsli və Yusif İsgəndərovun ərizəsi texniki baxış keçirilməsi üçün ona təqdim olunmuşdur. O, ərizə üzərində olan telefon nömrəsi ilə əlaqə saxlamış və həmin şəxsə bildirmişdir ki, torpağa baxış keçirmək lazımdır. O, torpaq sahəsinə həmin şəxslə birlikdə baxış keçirən zaman ona məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinin mülkiyyət hüququnun tanınması üçün digər fiziki şəxs tərəfindən 2015-ci ilin fevral ayında müraciət olunmuşdur və idarəyə sənədlər təqdim olunmuşdur. Həmin vaxtı xatırlamışdır ki, 2015-ci ilin fevral ayında müraciət edən şəxslər hal-hazırda baxış keçirdiyi ərazini ona göstərir. 2015-ci ilin feral ayında təqdim olunan sənədlər 1487 saylı bağ sahəsinə aid olmuşdur. 2015-ci ilin sentyabr ayının 8-də 1487 saylı torpaq sahəsinə baxış keçirən zaman ona həmin torpaq sahəsinə aid olduğu deyilən 1487b saylı order təqdim edilmişdi. O, həmin vaxtı təəccüblənmiş və artıq baxış keçirilməsi vəzifəsi olduğu üçün baxış keçirmişdir. Həmin vaxtı ona aydın olmuşdur ki, sözü gedən torpaq sahəsi mübahisəlidir. Baxış zamanı tərəfindən həmin torpaq sahəsində baxışa aid akt tərtib edilmiş, faktiki torpaq sahəsi 1185 kvadrat metr təşkil etmiş, bağ sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır və bağ sahəsində tikili yoxdur qeyd olunmuşdur. Aktın qeyd hissəsində “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487 saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və Bağ sahəsində mübahisə predmeti olduğu” göstərilmişdir. Müayinə baxış aktında yazdığı kimi sözügedən bağ sahəsi sxematik xəritəyə əsasən (bağlara aid yerləşmə sxemi) 1487 saylı bağ sahəsinin həqiqi yeri idi, çünki, sxematik xəritədə 1487B saylı bağ haqqında heç bir məlumat yox idi. Həmçinin bağ sahələri yerləşmə ardıcıllığına görə yalnız rəqəmlərlə sıralanırdı və orada a, b, c kimi hərflər yox idi. Həmin torpaq sahəsinə dair ekspertiza vərəqinin 3-cü qrafası olan Arxiv qrafasında torpaq sahəsinin arxiv siyahısında adı olduğu və 2021 nömrəli sərəncam olduğu qeyd olunmuşdur. O, həmin vaxtı elə zənn etmişdir ki, həmin sənədə imtina veriləcək. Baxış aktında da göstərmək istəmişdir ki, vətəndaşın göstərdiyi ərazi orderdə 1487b yazıldığı üçün həmin ərazidir. Lakin orada yalnız 1487 saylı bağın olduğunu və 1487b saylı bağın olmadığını bilmişdir. Bu səbəbdən də aktda göstərmişdir ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Həmin müayinə aktı tərəfindən imzalandıqdan sonra şöbə müdiri vəzifəsini icra edən Şahid7 təqdim olunmuş, o da müayinə aktını yoxlayıb imza etmiş və görmüşdür ki, gördüklərini yazmışdır. Bundan sonra sənədlər aidiyyatı üzrə İdarənin Kadastr şöbəsinə göndərilmişdir. Kadastr şöbəsində sənədlər yoxlanılmış və bağ nömrəsinin sxematik xəritədə əks olunmadığı göstərilmişdir. Lakin bildirmişdir ki, sxematik xəritə hüquqmüəyyənedici sənəd deyil, əsas sənəd sərəncam və orderdir. Bundan sonra sənədlər qeydiyyatın ekspertiza şöbəsinə göndərilmiş və orada müayinə aktı və kadastrın qeydi olduğu göstərildikdən sonra sənədlər idarənin hüquq şöbəsinə göndərilmişdir. Hüquq şöbəsində isə yalnız torpağın müayinə aktı olduğu qeyd olunmuş, lakin bağ sahəsində faktiki mübahisə predmeti olduğu haqqında heç bir məlumat qeyd etməmişdir. Əslində hüquq şöbəsində əgər müayinə baxışında mühəndis tərəfindən qeyd olunan mübahisə predmeti haqqında qeyd olarsa onlar öz rəyini bildirməli və sənəd imtinaya getməlidir. Lakin burada əksinə olaraq sənədlər toplusu İdarə rəisinin müavini tərəfindən çıxarış verilməsi üçün imzalanmışdır. Həmin dövrdə müavin Təqsirləndirilən şəxs işləmişdir. Bildirmişdir ki, yazdığı müayinə aktının üzərində bütün şöbələr tərəfindən çıxarış verilməsinə imtina edilsin sözləri yazılmışdı. Bir müddət sonra şöbə rəisi vəzifəsini icra edən Şahid7 onun yanına gələrək bildirmişdir ki, rəhbərlik yəni müavin Təqsirləndirilən şəxs göstəriş vermişdir ki, yazdığı müayinə aktı dəyişilməli və əvvəl yazdığı kimi yeni baxış aktına yenidən köçürməlidir. O, bunu eşitdikdə etiraz etmiş və Şahid7lə birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Qəbul zamanı Cavanşir müəllim Zəfər müəllimə bildirmişdir ki, Raminin dediyinə görə sözügedən torpaq sahəsində mübahisə var və digər şəxslər tərəfindən fevral ayında müraciət olunmuşdur. Zəfər müəllim ondan soruşduqda o, Cavanşir müəllimin dediyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, “sən torpaq sahəsində nə müayinə etmisənsə onları baxış aktında olduğu kimi göstər, qalan işlərə qarışma, idarə özü bilər”. Bundan sonra onun qəbulundan çıxmış və müayinə aktını olduğu kimi yenidən köçürmüşdür. Sonradan eşitmişdir ki, Zəfər bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarış onun aktı əsasında verilmişdir. Lakin o, özünü sığortalamaq üçün bunu bildirmişdir. Çünki o, aktda torpağın mübahisəli olduğunu və sxematik xəritədə həmin bağın 1487b saylı nömrəsinin əks olunmadığını göstərmişdir. Əgər Aktda mübahisə predmetinin olduğu göstərilirsə, bu zaman həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilir, yalnız mübahisə aradan qalxdıqdan sonra yenidən baxış keçirilir və bundan sonra çıxarış verilir. Mübahisə predmeti ona görə yazılıb ki, digər şəxsin həmin torpağa iddiası olmuşdur. Bu özü onu göstərir ki, çıxarış müvafiq pozuntularla verilmişdir. Torpağa çıxarış verilməsi üçün orderdən əlavə İcra hakimiyyətinin sözügedən ərazi üçün sərəncamı və həmin torpaq sxematik xəritədə öz əksini tapmalıdır. Həmin torpaq sahəsinə dair sərəncam da olmamışdır. Əslində order idarəyə təqdim olunmamışdan əvvəl dövlət arxivinə müraciət olunmalıdır. Əgər dövlət arxivində orderə aid sərəncam vətəndaşa təqdim olunarsa sonra reyestr xidməti həmin sənədləri qəbul etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli İŞ № 2-1(112)-6218/2020 saylı Qərarından görünür ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1364 nömrəli sərəncamına əsasən X8 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən, 1487 saylı, 1200 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X10) məxsus olması haqqında arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli İŞ № 2-1(112)-3501/2022 saylı Qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən, 1487 saylı, 1200 kv.m olan bağ sahəsi ilə əlaqədar naturada faktiki yerləşdiyi yerə uyğun Zərərçəkmiş şəxs1 mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2015-ci il tarixli 36/230 saylı məktubundan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 saylı qərarına əsasən qüvvədə olan kooperativlərin tərkibində Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487 saylı 1200 m2 olan bağ sahəsi mərhum X8 ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubundan görünür ki, ünvan 4nə dair çıxarış "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində icraatda olan zaman aidiyyəti şöbələrdə ekspertiza olunmuşdur. Sənədin icraya yönəldilməsi həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Təqsirləndirilən şəxs imzası əsasında həyata keçirilmişdir. Hazırlanmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin dövrdə idarə rəisi olmuş Şahid8 tərəfindən təsdiq olunmuşdur. Həmçinin bildiririk ki, Şahid8 xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən Şahid8 əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən ləğv edilmişdir. Təqsirləndirilən şəxs 2 aprel 2013-cü il tarixindən 26 fevral 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini, 26 fevral 2019-cu il tarixindən 16 mart 2020-ci il tarixinədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən ləğv edilmişdir. Məlumat üçün bildiririk ki, qeyd edilən məsul şəxslər hal-hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olan orqanlarda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş X2 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 saylı nömrəli sərəncamına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsi olan 1487b nömrəli bağ sahəsi X5 ayrılmışdır. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı 0.1185 m2 olan bağ sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan 9 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 4 ünvanında yerləşən 0.1185 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə X16 Mardaxayeviçin mülkiyyətinə verir. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı 0.1185 m2 olan bağ sahəsi Yefremov Abram-Sevi Mardaxayeviçin xüsusi mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 9 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Yefremov Abram-Sevi Mardaxayeviç ünvan 5 ünvanında yerləşən 0.117216 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsini alıcı X2 və 0.05721 ha torpaq sahəsini alıcı Şahid3 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş arxiv qovluğunda mövcud olan xx.xx.2015-ci il tarixli ********** saylı ərizənin surətindən görünür ki, X7 hüquqların dövlət qeydiyyatı haqqında ilkin qeydiyyat aparılması və daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında ilkin texniki pasportun alınması üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin rəisinə müraciət etmiş və ərizəyə order əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş X2 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının qeyd hissəsindən görünür ki, “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və bağ sahəsində mübahisə predmeti var” qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqində həmin torpaq sahəsi ilə bağlı Hüquq şöbəsi qrafasında yalnız müayinə aktı olduğu, kadastr şöbəsi qrafasında “1487b” saylı bağ nömrəsi sxematik xəritədə əks olunmadığı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan “Dövriyyə vərəqinə” Təqsirləndirilən şəxs baş mühəndis, rəis müavini qrafasında şəxsən imzalamaqla öz imzası ilə təsdiq etdiyi, eyni qaydada çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəyə isə rəhbəri olduğu idarənin İnvertarlaşdırma şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektoruna və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə "icra edin" məzmunlu dərkənar qoyaraq sənədi icraya yönəltdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********38 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51 saylı BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********53 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan bağ sahəsinin X2 istifadəsinə verilməsi qeyd olunmuş, lakin konkret olaraq hansı torpaq sahəsinin olması barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********20 saylı məktubundan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən X2 bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi və ərizə ilə təqdim edilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0.12 hektar torpaq sahəsi olan 1487b saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1993-cü il tarixli 300 nömrəli order əsasında Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1487b saylı bağ sahəsi (0.12 hektar) xx.xx.2015-ci il tarixdə X2 adına dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər toplusunda Dövlət arxiv idarəsindən verilmiş arxiv arayışı aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********2 saylı məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində Şahid8 işləmişdir, xx.xx.2016-cı il tarixdən Şahid8 əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli QK-53 nömrəli əmri ilə ləğv edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixindən 26 fevral 2019-cu il tarixinədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini, 26 fevral 2019-cu il tarixindən 16 mart 2020-ci il tarixinədək Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin xx.xx.3030-ci il tarixli QK-19 nömrəli əmri ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli **********2 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Əsasnaməsindən görünür ki, İdarə müvafıq ərazi üzrə aşağıdakı vəzifələri yerinə yetirir: paralel olaraq yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək; hüquqların qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş, sənədləri qəbul etmək; təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunu müəyyənləşdirmək; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək və bu əsaslar olduqda dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatları daxil etmək; hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq; dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatların tam və düzgün olmasını təmin etmək; pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək; dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində dəyisməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın reyestr nömrəsi vermək; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək; hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək; dövlət reyestrini, ərizə jurnalını, reyestr kitablarını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq; hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə qanunla müəyyən edilmiş müddətdə yazılı məlumat vermək; məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək; qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilən Azərbaycan Respublikasınm dövlət əmlakının reyestrinə daxil olan məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə ipotekaya qoyulmasına dair məlumatları dövlət reyestrinə daxil etmək; daşınmaz əmlakla bağlı olan məhdudiyyətlərin (yüklülüklərin) o cümlədən, servitutun, uzufruktun, etibarlı idarəetmənin, icarənin, istifadənin, lizinqin və həbsin dövlət qeydiyyatını aparmaq; ipotekanın dövlət qeydiyyatını aparmaq, məlumatları reyestrə daxil etmək və bu barədə çıxarış vermək, daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək; yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; daşınmaz əmlakın qiymətləndirilməsi (dövlət müəssisə və obyektləri istisna olmaqla) istiqamətində tədbirlər görmək; hüquqların dövlət qeydiyyatı, ölçü işləri və texniki inventarlaşdırılması zamanı aşkar olunan qanun pozuntuları (zəbt olunmuş torpaqlar, özbaşına inşa olunmuş tikililər, artırmalar, yenidənqurma, genişləndirmə və s.) haqqında aidiyyəti üzrə məlumat vermək və qanunvericiliyə uyğun digər müvafiq tədbirlər görmək; dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib- edilməsində və aparılmasında iştirak etmək, daşınmaz əmlakın dövlət reyestri və kadastrı, habelə ünvan reyestrinin məlumatlarını Komitənin vahid avtomatlaşdırılmış informasiya sisteminə müəyyən edilmiş qaydada daxil etmək; ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək; daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək; bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək; qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada alınan dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsini təmin etmək, habelə göstərilən xidmətlər müqabilində alman xidmət haqqını mədaxil etmək; İdarənin rentabelli işləməsi və iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər hazırlamaq, qabaqcıl təcrübəni öyrənmək və istehsalata tətbiq etmək, xidmətlərin göstərilməsinə dair tariflər barədə əsaslandırılmış təkliflər hazırlamaq və Xidmətə təqdim etmək; İdarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlamaq, təhlil etmək, təkliflər vermək; fəaliyyət istiqamətlərindən irəli gələn mübahisələr barədə hüquqi və fiziki şəxslərin ərizə və şikayətlərinə baxmaq, müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək; İdarənin müasir lazımi avadanlıqlarla və yeni proqram-texniki vasitələrlə təmin olunması məsələsinin həlli ilə əlaqədar Xidmətə təkliflər vermək; bu Əsasnamə ilə müəyyən edilən vəzifə və hüquqlarını Komitə tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023ci il tarixli **********44 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinin xx.xx.2015-ci il tarixli 20 saylı əmrindən görünür ki, qəbul edilmiş ilkin sənədlərin ilkin ekspertizası işinin təşkili, mənzil fondunun və bağ sahələrinin rəsmiləşdirilməsi işinin təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı işinin təşkili, arxiv işinin təşkili, təşkilatlardan və vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması işinin təşkili idarənin rəis müavini Təqsirləndirilən şəxs həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023ci il tarixli **********44 saylı məktubuna əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında 29 iyun 2004-cü il tarixli qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportunun, plan-cizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul edilir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı orderi, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqi və bağlar və mənzillər (ilkin) dövriyyə vərəqi, çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəy, Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış, X16 Mardaxayeviçin adına xx.xx.2016-cı il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış 11 mart 2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli məktubdan və Bakı Ağır Cinayətlər məhkəməsinin 22 aprel 2022-ci il tarixli İş 1(101)- 100/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, sonuncu ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə barəsində verilmiş xasiyyətnamədə sonuncu müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə dövlətin qanunla qorunan mənafelərinə və fiziki şəxsin qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etməsi öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs özünu təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, CM-in: 75.1, 75.1.1-ci, 75.1.2 maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-nin 15.1 maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur CM-in 308.1 maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayət və və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 2015-ci ilin sentyabr ayında törətmişdir. Göstərilən cinayət əməlinin törədilmə vaxtının sentyabr 2015-ci il tarixi olmasını və həmin əməlin törədilməsi vaxtından səkkiz ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddələrində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddələrində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı order, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqi və bağlar və mənzillər (ilkin) dövriyyə vərəqi, çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəy, Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış, X16 Mardaxayeviçin adına xx.xx.2016-cı il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddələrində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar