Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-353/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Sea Breeze” İstirahət Mərkəzində mühafizəçi işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qismində qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Musayev X3 Respublikası Astana şəhəri 2 saylı Almatı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikası CM-nin 181 -ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Astana şəhər 2 saylı Almatı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınaraq Qazaxıstan Respublikası CM-in 181-ci maddəsinin 2-ci hissəsinin “a" və “b” bəndləri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə tənzimlənərək 03 il 05 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.06 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən 7,454 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da ünvan 3 ünvanında yerləşən “103” adlı yeməkxananın qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 7,454 qram çəkidə psixotrop maddə metamfetamin iki ədəd bükümdə, ayrı-ayrılıqda 4,031 qram və 3,423 qram olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, subaydır, “Sea Breeze” İstirahət Mərkəzində mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə işdən çıxan zaman yaxınlıqda olan mağazaların birinə siqaret almaq üçün getmiş, mağazadan çıxıb maşınının yanına gəlmiş və maşının yanında 02 ədəd bükümün olduğunu görmüşdür. Həmin bükümlərə baxan zaman onların içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan “şüşə” kimi tanıdığı maddə olduğunu görmüş, psixotrop maddə istifadə etməsə də, onun “şüşə” olduğunu bilmişdir. Çünki televiziya kanallarında və internetdə həmin maddəni bir neçə dəfə görmüş, həmin bükümlərdəki maddəni götürüb istifadə etməsi və ya harasa atması barədə düşünmüşdür. xx.xx.2022-ci il tarixdə tanışları Şahid15, Şahid14, Tofiq Rzayev, Rauf Salehov, Elvin Qurbanov və Çingiz Xudiyevlə birlikdə görüşmək barədə danışmışlar və işdən çıxıb həmin yerə getmək qərarına gəlmişdir. İşdən çıxıb görüş yeri kimi təyin edilmiş ünvan 3 ünvanında yerləşən “103” kafesinin qarşısına gəlmiş, orada tanışları ilə birlikdə çay içib söhbət etmişlər və saat 22:00 radələrində kafedən çölə çıxmışdır. Kafenin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun, Rauf Salehovun, Elvin Qurbanovun və Çingiz Xudiyevin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və həmin maddələri üzərilərində saxlamaları barədə məlumat olduğunu deyərək onların hər birini BMCMİ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və BMCMİ-nə gəlmişlər. Baş İdarədə onun, Rauf Salehovun, Elvin Qurbanovun və Çingiz Xudiyevin tutulma səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıda olan istənilən vəkillərin hüquqlarını müdafiə etmələrinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra vokillər devet olunmuş və hər bizinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuşdur. Hər biri vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah olunmuş, etiraz etməmişlər. Videoçəkiliş başlanılandan sonra onun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmiş, üzərində psixotrop maddə və bıçaq olduğunu demiş və masaya doğru yaxınlaşaraq şalvarının sağ yan cibindən 02 ədəd bükümü, bıçağı, pulları və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin psixotrop maddə metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə X4, Təqsirləndirilən şəxs, X2 və X9 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid13, Şahid9, Şahid11 və Şahid12 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin şəxlərin ünvan 3 ünvanında yerləşən “103” adlı yeməkxanada olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 22:00 radələrində sözü gedən yeməkxananın qarşısında xarici görünüşləri Rauf Salehova, Təqsirləndirilən şəxs, Elvin Qurbanova və Çingiz Xudiyevə oxşar şəxslərin və onların yanında daha şəxsiyyətləri sonradan məlum olan Şahid15, X11 və Şahid16 olmaları müəyyən olunmuş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək BMCMl-nin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən Rauf Salehova, Təqsirləndirilən şəxs, Elvin Qurbanova və Çingiz Xudiyevə üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə BMCMİ-nə getmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Rauf Salehovun, Təqsirləndirilən şəxs, Elvin Qurbanovun və Çingiz Xudiyevin üzərilərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları, qəbul etmələri və satışı ilə məşğul olmalarında şübhəli olmaları ehtimal edildiyindən onların üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası istintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xmiü baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, bundan sonra Rauf Salehovu, Təqsirləndirilən şəxs, Elvin Qurbanovu, Çingiz Xudiyevi, Şahid15, Şahid14 və Şahid16 Baş İdarənin akt zalına aparmışlar. Orada təhqiqatçı Rauf Salehova, Təqsirləndirilən şəxs, Elvin Qurbanova və Çingiz Xudiyevə hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət edilmiş və həmin şəxslərə təqdim olunaraq etirazlarının olub-olmaması soruşulmuşdur. Bu zaman həmin şəxslər vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra Rauf Salehova, Təqsirləndirilən şəxs, Elvin Qurbanova və Çingiz Xudiyevə hüquq və vəzifələri izah edilib üzərilərinə şəxsi axtarış, həmçinin Şahid14, Şahid16 və Şahid15 üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı izah olunmuşdur. Həmin şəxslər etiraz etməmiş, bundan sonra video çəkiliş başlanılmış və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, bu zaman təhqiqatçı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən mobil telefonu, əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümü, pulları və əynində olan şalvarının sağ arxa cibində olan 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içində psixotrop maddə olduğunu bildirmiş və həmin bükümlər açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça qabın içində olan bıçağa da baxış keçirilmiş, sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və bıçağı 28 fevral 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə və bıçağı isə marağı olduğu üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm və bıçaq ayrı-ayrılıqda qablaşdırılıb götürülmüş, pullar özünə qaytarılsa da, mobil telefonu götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində qeyd etmişdir ki, xx.xx.2022ci il tarixdə tanışları Təqsirləndirilən şəxs, Şahid14, Tofiq Rzayev, Rauf Salehov, Elvin Qurbanov və Çingiz Xudiyevlə birlikdə görüşmək barədə danışmışlar və işdən çıxıb həmin yerə getmək qərarına gəlmişdir. İşdən çıxıb görüş yeri kimi təyin edilmiş ünvan 3 ünvanında yerləşən “103” kafesinin qarşısına gəlmiş, orada tanışları ilə birlikdə çay içib söhbət etmişlər və saat 22:00 radələrində kafedən çölə çıxmışdır. Kafenin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək Təqsirləndirilən şəxs, Rauf Salehovun, Elvin Qurbanovun və Çingiz Xudiyevin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və həmin maddələri üzərilərində saxlamaları barədə məlumat olduğunu deyərək onların hər birini BMCMİ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və BMCMİ-nə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs, Rauf Salehovun, Elvin Qurbanovun və Çingiz Xudiyevin tutulma səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıda olan istənilən vəkillərin hüquqlarını müdafiə etmələrinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra vokillər devet olunmuş və hər bizinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuşdur. Hər biri vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah olunmuş, etiraz etməmişlər. Videoçəkiliş başlanılan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmiş, üzərində psixotrop maddə və bıçaq olduğunu demiş və masaya doğru yaxınlaşaraq şalvarının sağ yan cibindən 02 ədəd bükümü, bıçağı, pulları və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin psixotrop maddə metamfetamin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilməyə başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, o da üzərində qanunsuz əşya olmadığını demiş və mobil telefonu və pulu təqdim etmişdir. Sorğu zamanı o, üzərində qanunsuz əşya olmadığını, onların narkotik vasitələri üzərilərində saxlamalarından məlumatlarının olmadığını bildirmiş, üzərindən aşkar olunan telefon və pul özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid8, Şahid9, Şahid12 və Şahid13 Əlibala oğlu Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid2, Şahid3, Şahid6, Şahid7, Şahid10 Sahi oğlu, Şahid11, Şahid14 və Şahid16 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ arxa cibində olan 01 ədəd bıçağa bənzər predmeti çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça qabın içində olan bıçağa bənzər predmetə baxış zamanı məlum oldu ki, həmin predmet dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Həmin predmetin üzərində “Stainless” sözü yazılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri və 01 ədəd bıçağa bənzər predmeti 28 fevral 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə və bıçağa bənzər predmeti isə marağı olduğu üçün üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1242 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,031 qram, 3,423 qram, ümumi təmiz çəkisi 7,454 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 7,454 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 7,354 qram. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-287/2022 saylı, 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Musayev X3 Respublikası Astana Şəhəri 2 saylı Almatı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikasının CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin A və B bəndləri ilə 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Astana Rayon Məhkəməsinin qərarı ilə barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 03 il 05 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə Qazaxıstan Respublikası Almatı Rayonu Astana Şəhər 2 saylı Rayon Məhkəməsinin qərarı ilə Qazaxıstan Respublikasının xx.xx.2016-cı il tarixli “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi ilə əlaqədar” “Amnistiya Haqqında” Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndi tətbiq edilmiş və xx.xx.2015-ci il tarixli qərar ilə 03 il 05 ay 02 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılmış və üzərində 01 il 08 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilərək məhkəmədən azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Astana Şəhəri 2 saylı Almatı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü və Astana Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində tanınmış və Qazaxıstan Respublikası CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin A və B bəndləri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə tənzimlənərək 03 il 05 ay 02 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2016-cı il tarixli Qazaxıstan Respublikasının Müstəqilliyinin 25 illiyi münasibəti ilə əlaqədar amnistiya aktı haqqında Qanunla əsas üzərində 01 il 08 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır və həbsdə olduğu müddət nəzərə alınaraq 01 il 08 ay 09 gün azadlıqan məhrum etmə cəzası saxlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9(101)-1/2020 saylı, 05 mart 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri ilə təqsirləndirilməsinə dair Astana Şəhər 2 saylı Almatı Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli hökmü və Astana Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınması, Təqsirləndirilən şəxs barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddəsi ilə tənzimlənərək ona 03 il 05 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi münasibəti ilə əlaqədar Amnistiya Aktı haqqında Qanununa əsasən Təqsirləndirilən şəxs üzərində 01 il 08 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06 iyun 2018-ci il tarixdən 13 iyun 2018-ci il tarixədək tutularaq saxlanıldığı müddət təyin olunmuş cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 20 fevral 2020-ci il tarixdən hesablanmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs barəsində hökmdən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan əmələ görə məhkum edilmiş şəxs üçün olduğu kimi eyni hüquqi nəticələrin yaranmasının təsdiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-353/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə Qazaxıstan Respublikası CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin A və B bəndləri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə tətbiq edilməklə qəti olaraq 01 il 08 ay 09 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 148 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X12 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 6 saylı evin 36 nömrəli mənzilində yaşayır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində 6 saylı MKİS-ə qonşulardan və sahə müvəkkilindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/285 nömrəli, 11 mart 2022-ci il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilən və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmet” yazı qeydləri olan bağlamadan aşkar edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X6 X16 xx.xx.2022ci il tarixli, 110/MEŞ saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X6 X16 14 mart 2022-ci il tarixli, 810/K saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Babitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X10 X1 01 mart 2022-ci il tarixli, 1036 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,354 qram qalmış psixtorop maddə metamfetamin və 01 ədəd bıçaq sübut kimi tanınmış və təqsirləndirilən şəxsi tanış etdikdən sonra DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş 15 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində nümunəvi davranışına görə rəhbərlik tərəfindən həvəsləndirilmişdir. "xxxx" MMC-nin X8 rəhbəri Əliyev F.A tərəfindən təqdim olunmuş 21 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də Təhlükəsizlik Xidməti Departamentində Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində müəssisənin daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etmişdir. Öz vəzifə səlahiyyətlərini həyata keçirərkən vəzifəsinə məsuliyyətlə yanaşmış, işin düzgün şəkildə həyata keçirilməsinə səy göstərmiş və üzərinə düşən bütün işləri vaxtlı-vaxtında yerinə yetirməklə özünü məsuliyyətli işçi kimi göstərmişdir. AZ-İ № 162727 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin 06-cı ayının 12-ci günündə 202 nömrə ilə qeyd edilmişdir. AZE 12565228 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağı vardır. 075011 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2006-cı il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 29 oktyabr 2021ci il tarixli, 21-1/3-9505 nömrəli məktubundan görünür ki, məhkum Musayev X13 Rayon Məhkəməsinin 7(007)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə şərti olaraq cəzasının çəkilməmiş qalan 04 ay 26 gün müddətindən vaxtından əvvəl azad edilmiş və cəza müddəti xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşina çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşadığı və çalışdığı yerlər üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, nəzərə alınmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. CM-in: 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır; 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 01 ədəd istifadəyə yararlı ov bıçaqı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş psixotrop maddənin qalığı – 7,354 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ballistik ekspertizanın xərci 64 manat təqsirləndirilən şəxsə aid edilməli, digər ekspertiza tədqiqatının ümumi dəyəri müştərək qaydada bölünməsi nəzərə alınmaqla cəmi 87 (səksən yeddi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatı üçün cəmi 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 7,354 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd istifadəyə yararlı ov bıçaqı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 87 (səksən yeddi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatı üçün cəmi 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Femida Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-353/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-353/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver