Məhkəmə qərarları › İş №1(005)-353/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-353/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-353/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplckt hissələrini və döyüş sursatını əldə edib saxlamış və satmaq məqsədi ilə daşıyıb üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq nömrəsi silinmiş yivli odlu silah olan, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhərdən saz və istifadəyə yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı, 5,45x39 mm kalibrli və həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 30 ədəd ştat patronları əldə edib saxlayaraq, satmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşıyaraq üzərində gəzdirmiş və xx.xx.2025-ci il tarixdə saat 10.17 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki bağlamadan nömrəsi silinmiş yivli odlu silah olan, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhərdən saz və istifadəyə yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı, 5,45x39 mm kalibrli və həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 30 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2023-cü ilin yaz aylarında Şabran rayonunda 2 №li məktəbin yaxınlığında beton hasarın yanında bağlamanın içərisində olan bir ədəd avtomat və 01 ədəd içərisində 30 ədəd patron olan daraq tapmışdır. Sonra onu gizlətmək qərarına gəlmiş və Şabran rayonu Taxtakörpü kəndinin yaxınlığında dağlıq ərazidə torpağa basdıraraq gizlətmişdir. Həbsdən azad olunduqdan kənddə ona qarşı edilmiş təzyiqlərdən qorxaraq silahı təhvil vermək qərarına gəlmişdir. Təxminən bir həftə əvvəl həmin avtomat, daraq və patronları gizlətdiyi yerdən götürüb evə aparmışdır. xx.xx.2025-ci il tarixdə isə həmin avtomat, daraq və patronları təhvil vermək məqsədilə götürüb Bakı şəhərinə gəlmişdir. 02 iyun 2025-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin şəxslər ona bildirmişdirlər ki, daxil olmuş əməliyyat məlumatı əsasında onu saxlamışdırlar və bu səbəbdən videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirəcəkdirlər. Oda artıq tutulduğunu anlayıb onlara etiraz etməmiş və baxışın keçirilməsinə icazə vermişdir. Çəkiliş başladıqdan sonra polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O bundan sonra bağlamaya bükülmüş avtomatı və içərisində 30 ədəd patron olan darağı təqdim etmişdir. Bundan əlavə bir ədəd “Samsung” markalı telefonuda təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi əşya “Koloşnikov” avtomatı və darağıdır. Təqdim etdiyi silah və onun içi patronlarla dolu darağı polis əməkdaşları tərəfindən qablaşdırıldıqdan sonra onlarla birlikdə 18-ci polis şöbəsinə gəlmişdirlər. Polis şöbəsində ondan aşkar edilərək götürülmüş avtomat, daraq və patronlara xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə yenidən baxış keçirilmişdir. Üzərimdən aşkar edilmiş avtomat, daraq və patronlar polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmiş, qablaşmanm üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfimdən imzalanmışdır. Bildirmişdir ki, həmin avtomat, daraq və patronları tapmışdır və onları satmaq məqsədi olmamışdır. Niyə Şabran rayonunda təhvil verməməsi ilə bağlı suala cavab olaraq, daha ağır ittihamla təqsirləndirilməkdən qorxduğunu, bu səbəbdən silahı təhvil vermək üçün Bakı şəhərinə gətirdiyini bildirmişdir. Saxlanılan, üzərinə baxış keçirilərkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində baxış keçirlərkən və saxlanılarkən ona qarşı hər hansı polis əməkdaşları və hər hansı şəxs tərəfindən, psixi, fiziki və ya mənəvi zorakılıq göstərilməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hansı səbəbdən ibtidai istintaqda silahı satmaq məqsədilə gətirdiyini, əvvəli məhkəmə iclaslarında isə silahı Etibar adlı şəxsə satmaq məqsədilə gətirdiyini bildirməsi ilə bağlı suala cavab olaraq, ibtidai istintaq zamanı qorxduğunu, daha ağır ittihamla ittiham olunmaması üçün istintaq orqanına bu məzmunda ifadə verdiyini, eyni ilə daha yüngül cəza almaq məqsədilə məhkəmə iclasında etirafedici ifadə verdiyini, lakin sözügedən silahı satmaq məqsədi olmadığını, heç kimlə sövdələşmədiyini, Etibar adlı şəxsin olmadığını, onunla əlaqə saxlamadığını bildirmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində elan edilmiş ittihamla özünü təqsirli bilərək, sözügedən silahı satmaq məqsədilə Bakı şəhərinə gətirdiyini, 1500 manata satmaq niyyətinin olduğunu, lakin hər hansı şəxslə sövdələşmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 iyun 2025-ci il tarixdə polis şöbəsinə “Rasim” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi və 02 iyun 2025-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanın qarşısına gəlməsi barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Rövşən Məmmədəliyev tərəfindən təsdiqlənmişdir. Bundan sonra onun və Nərimanov RPİ-nin 18ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. O da əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 10.17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi 14 ünvanda müəyyən edilərək tərəflərindən saxlanılmışdır. Bundan sonra sübut əhəmiyyətinə malik ola biləcək əşyaların, yəni odlu silahın olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun paltarında, əşyalarında ola biləcək qanunla əldə edilməsi, saxlanılması, gəzdirilməsi qadağan edilmiş əşyanın aşkar edilərək götürülməsi məqsədi ilə üstünün yoxlanılması başlanmışdır. Şəxsin üstünün və əşyalarının yoxlanılmasına başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Sony» markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi bildirilmiş və Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı mobil telefonu və içində 01 ədəd avtomat və içində 30 ədəd patron olan 01 ədəd daraq olan ağ-qara rəngli çantanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin avtomat və içində 30 ədəd patron olan darağı 2023-cü ilin yaz aylarında Şabran rayonunda 2 №li məktəbin yaxınlığında beton hasarın yanında tapdığını, sonra onu gizlətmək qərarına gəldiyini və Şabran rayonu Taxtakörpü kəndinin yaxınlığında dağlıq ərazidə torpağa basdıraraq gizlətdiyini, həbsdən azad olunduqdan sonra gəlir əldə etmək məqsədi ilə gizlətdiyi avtomatı satmaq qərarına gəldiyini, təxminən bir həftə əvvəl həmin avtomat, daraq və patronları gizlətdiyi yerdən götürüb evə apardığını, xx.xx.2025-ci il tarixdə isə həmin avtomat, daraq və patronları satmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirmişdir. Aşkar olunmuş odlu silah və içində 30 ədəd patron olan daraq qablaşdırılaraq üzəri 224 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka l(bir) ədəd disk əlavə olunmuşdur. İ İəmin disk, bir ədəd qablaşma və Təqsirləndirilən şəxs PŞ-də təhqiqatçının otağına gətirilmişdir. Orada diskə, bir ədəd qablaşmaya baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs CM-nin 228.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməyib və psixoloji təsir göstərilməmişdir. Qeyd etmişdir ki, icraatlarında çoxsaylı işlər olması ilə əlaqədar ilkin ifadəsində müəyyən yanlışlığa yol vermiş, Təqsirləndirilən şəxs saxlanılarkən həmin silahı satmaq üçün kiminləsə sövdələşdiyini bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin saxlanılması və üstünün yoxlanılması” 02 iyun 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bağlamada olan 01 ədəd avtomat və 01 ədəd içərisində 30 ədəd patron olan darağı təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi avtomat və darağı 2023-cü ilin yaz ayında 2 nömrəli məktəbin beton hasarından tapmışdır. Aşkar olunmuş predmet qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan maddi sübuta baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, 02 iyun 2025-ci il tarixində saat 10:17 radələrində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilən predmetə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bağlamada olan 01 ədəd avtomat və 01 ədəd içərisində 30 ədəd patron olan darağı təqdim etmişdir. Aşkar olunmuş predmet qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 iyun 2025-ci il tarixli, 6877/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd №si silinmiş silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir – darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 30 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bağlamada olan 01 ədəd avtomat və 01 ədəd içərisində 30 ədəd patron olan darağı təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi avtomat və darağı Şabran rayonunda taparaq Taxtakörpü deyilən yerdə gizlətdiyini bildirmişdir. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bağlamada olan 01 ədəd avtomat və 01 ədəd içərisində 30 ədəd patron olan darağı təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi avtomat və darağı Şabran rayonunda taparaq Taxtakörpü deyilən yerdə gizlətdiyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 4(005)- 686/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Həsənov X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 15,109-cu maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1992-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Dəvəçi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 101, 106-cı maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1995-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Dəvəçi Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 213-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Dəvəçi Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 106-cı maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1998-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 109-cu maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Dəvəçi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiya) 132, 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 25 iyul 2025-ci il tarixli, 3496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. “Sübutların qiymətləndirilməsi haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, üzərində nömrəsi silinmiş yivli odlu silah olan, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45 mm kaibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı, 5,45x39 mm kalibrli və həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 30 ədəd ştat patronlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Eyni zamanda şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk və maddi sübuta baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, sözügedən silahı həqiqətən də əldə edib saxladığını, lakin hüquq mühafizə orqanlarına təhvil vermək məqsədilə Bakı şəhərinə gətirdiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Maddə 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3 cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.1, 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Maddə 228.1 Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma – dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli Qərarı «Odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750- İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə etməsi, saxlaması və daşıması barədə ətraflı və səmimi ifadə vermişdir. Lakin, CPM-in 126.6-cı maddəsinin imperativ tələbinə görə, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsasını təşkil edə bilər. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsi, şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin bir-birinə uyğun olan, Təqsirləndirilən şəxs saxlanılması və üzərindən odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatının aşkar edilməsi hallarını təsdiq edən ifadələri ilə tam uzlaşır. Bundan əlavə, təqsirləndirilən şəxsin təqsiri iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş aşağıdakı sənədlərlə də təkzibedilməz şəkildə sübuta yetirilir: “Şəxsin saxlanılması və üstünün yoxlanılması” 02 iyun 2025-ci il tarixli protokol və ona əlavə edilmiş videoyazı məlumatlarına baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan odlu silahı könüllü olaraq təqdim etmişdir. Bu sənədlər həm odlu silahın məhz təqsirləndirilən şəxsdən götürülməsi faktını, həm də istintaq hərəkətinin qanunauyğun aparılmasını təsdiq edir. Məhkəmə ballistik ekspertizasının 03 iyun 2025-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd №si silinmiş silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir – darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Bütün bu sübutlar məcmu halında qiymətləndirildikdə, bir-biri ilə məntiqi əlaqədə olub, bir-birini tamamlayır və heç bir əsaslı şübhəyə yer qoymadan (ultra omnem dubitationem) Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirir. Təqsirləndirilən şəxsin və müdafiəçinin məhkəmə istintaqı zamanı təqdim olunmuş sübutların mümkünlüyü ilə bağlı hər hansı bir əsaslı vəsatəti olmamışdır. Məhkəmə qeyd edir ki, qanunsuz odlu silah dövriyyəsi yalnız milli hüquq qaydası üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradan ən təhlükəli cinayətkar təzahürlərdən biridir. Bu yanaşma, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 2-ci maddəsində təsbit edilmiş yaşamaq hüququnun təmin edilməsi ilə bağlı dövlətin pozitiv öhdəliklərindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, dövlətlər odlu silahların dövriyyəsinə effektiv nəzarəti təmin etmək üçün zəruri qanunvericilik və inzibati tədbirlər görmək öhdəliyi daşıyır. Qanunsuz odlu silah saxlama və daşıma kimi əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və mütənasib cəzanın tətbiqi dövlətin məhz bu pozitiv öhdəliyinin yerinə yetirilməsinin təzahürüdür. Bu baxımdan, odlu silahların qanunsuz dövriyyəsinin məhdudlaşdırılmasına yönəlmiş cinayət-hüquqi tədbirlər ictimai təhlükəsizliyin təmin edilməsi üçün zəruri və mütənasib hesab edilir və fərdin hüquqlarına qanuni müdaxilə sayılır. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə baxışındakı ifadələri arasındakı ziddiyyətləri qiymətləndirərkən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası və in dubio pro reo (şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur) prinsiplərini rəhbər tutur. Cinayət mühakimə icraatında şəxsin təqsirliliyi ehtimallara və ya yalnız subyektiv etiraflara deyil, mötəbər və obyektiv sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxsin ilkin ifadəsindəki "satış niyyəti" barədə məlumatlar iş üzrə digər obyektiv sübutlarla (alıcının müəyyən edilməsi, satışa dair danışıqların qeydə alınması və s.) təsdiqini tapmadığından, məhkəmə bu ziddiyyəti təqsirləndirilən şəxsin xeyrinə həll edərək, əməlin CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə gəlir. Habelə, məhkəmə qeyd edir ki, sözügedən xüsusat ilə bağlı da dövlət ittihamçısı tərəfindən vəsatət daxil olmamışdır. Təqsirləndirilən şəxsin odlu silahı "könüllü təhvil vermək niyyətində olduğu" və bu səbəbdən CM-in 228-ci maddəsinin "Qeyd" hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu barədə müdafiə mövqeyinə gəldikdə isə, məhkəmə bu arqumenti əsassız hesab edərək rədd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 2005-ci il 27 may tarixli Qərarının 15-ci bəndinin izahına görə, qanunsuz saxlanılan odlu silahın könüllü təhvil verilməsi o halda mövcud hesab edilir ki, şəxs həmin əşyaları öz iradəsi ilə hakimiyyət orqanlarına təqdim edir və ya onların saxlandığı yer barədə məlumat verir. Şəxsin özündə və ya olduğu yerdə odlu silahın olması barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat daxil olduqdan, həmin orqanların əməkdaşları tərəfindən axtarış və ya götürmə aparılarkən, yaxud şəxs saxlanılarkən onun silahı təqdim etməsi "könüllü təhvil vermə" kimi qiymətləndirilə bilməz. Bundan əlavə, şəxsin Şabran rayonundakı hüquq mühafizə orqanlarına müraciət etmək imkanı olmasına baxmayaraq, qorxaraq Bakıya gətirməsi ilə bağlı göstərdiyi xüsusatlara da tənqidi yanaşaraq rədd edir. Hazırkı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə polis orqanına gələrək silahı təhvil verməmişdir. Əksinə, o, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı ictimai yerdə saxlanılmış və silah onun üzərində aparılan axtarış zamanı aşkar edilərək götürülmüşdür. Saxlanılma təhlükəsi yarandıqdan sonra silahın polisə təqdim edilməsi könüllülük əlamətini istisna edir və məsuliyyətdən azad etmə üçün əsas yaratmır. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edildiyi və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl - qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə obyekt olaraq ictimai təhlükəsizliyə qəsd edən cinayət əməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, onun yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını cinayətlərin təhlükəli residivi olaraq müəyyən edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini dərindən tədqiq edərkən nəzərə alır ki, o, əvvəllər də cinayət törətməyə meyilli olmuş, məhkum edilmiş və uzun müddət məhkum həyatı yaşamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarının 3-cü bəndində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Bundan əlavə, məhkəmə CM-nin 65-ci maddəsinə müvafiq olaraq, təhlükəli residivə görə cəzanın sanksiyada nəzərdə tutulmuş daha cidi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməməsini də nəzərə alır. Göstərilənləri məcmu halında qiymətləndirən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruridir və ədalət prinsiplərinə tam cavab verir. Bundan əlavə cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 02 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış üzərində nömrəsi silinmiş yivli odlu silah olan, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45 mm kaibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı, 5,45x39 mm kalibrli və həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 30 ədəd ştat (3 ədədi istifadə edilmişdir) patronlar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş üzərində nömrəsi silinmiş yivli odlu silah olan, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45 mm kaibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı, 5,45x39 mm kalibrli və həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 30 ədəd ştat patronlar (03 ədədi istifadə edilmişdir) hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar