Məhkəmə qərarları › İş №1(005)-354/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-354/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-354/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2002-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən Göyçay şəhəri, Z.Bünyadov küçəsi 15 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 11A, mənzil 2-də kirayənişin yaşayan, barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ON-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 11 mart 2022-ci ildə saat 11:10 radələrində ünvan 1 ünvanında yerləşən “İdrak” liseyinin yaxınlığında piyada hərəkət edən xx xxxxxx 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus balansında 5 manat danışıq limiti, 3 manat dəyərində ***-***-**-** GSM kartını olan 540 manat dəyərində “Xiaomi Poco X3 Pro” markalı mobil telefonu talamaq məqsədi ilə idarə etdiyi mopedlə ona yaxınlaşaraq mobil telefonu zəng etmək bəhanəsi ilə onu aldadıb aldıqdan sonra qaytarmadan mopedi sürüb ondan uzaqlaşıb gedərək açıq yolla mobil telefonunu talayaraq zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ümumilikdə 548 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində valideyinləri ilə birlikdə yaşadığını, əqli cəhətdən sağlam olduğunu, heç verdə işləmədiyini bildirmişdir. O, uzun müddət işsiz olduğu üçün mobil telefon əldə etmək və telefonu sataraq qazanc əldə edib maddi ehtiyaclarını qarşılamaq qərarına gəlmişdir. 11 mart 2022-ci il tarixdə, saat 09:00 radələrində anası X1 adına olan “Mon” markalı mopedi həyətdən götürüb minmiş və şəhərin küçələrində sürməyə başlamışdır. Saat 11:10 radələrində Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman 28 B ünvanın qarşısında əvvəllər tanımadığı, sonradan adını polisdə bildiyi məktəbli azyaşlı Zərərçəkmiş şəxs tək piyada küçə ilə əlində mobil telefonla getdiyini görüb ona yaxınlaşdığını və bir anlığa fikirləşərək onun yanında mopedi saxlamağı, ona guya telefonla danışmaq adı ilə ondan mobil telefonunu istəməsini və sonra telefonu ondan alıb ələ keçirib mopedi sürüb çıxıb getməsini qərara aldığını bildirmişdir. Bu məqsədlə mopedi sürüb küçədə gedən Tağızadə Zevnə yaxınlaşmış və ondan mobil telefonun zəng edib danışmaq üçün istəmişdir. Zərərçəkmiş şəxs ona inanaraq özünə məxsus “Xiaomi Poco X3 Pro” markalı mobil telefonu ona vermişdir. O, ondan mobil telefonu alan kimi idarə etdiyi mopedi sürüb oradan dərhal uzaqlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs arxasınca qışqırmış, telefonu qaytarmasını istəmiş və bir az dalınca qaçsa da o, mopedin sürətini artırıb ondan uzaqlaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs əldə etdiyi qara rəngli “Xiaomi Poco X3 Pro” markalı mobil telefonu satmaq və yaxud da lombarda qoyub pul götürmək qərarına gəlmiş, lakin özünə məxsus şəxsiyyət vəsiqəsi Göyçay rayonunda olduğu üçün alqı-satqı dükanları və lombard şəxsiyyət vəsiqəsi istədiyindən o, telefonu sata bilməmişdir. Bu zaman Nərimanov parkı tərəfindən mopedlə keçən zaman dostu Şahid2 yolu keçdiyini görmüş, mopedi yolun kənarına sürüb saxlamış və mopeddən düşüb Amilə yaxınlaşıb onunla salamlaşıb söhbət etməyə başlamışdır. Ona mopedin kredit borcunu vermək üçün pula ehtiyacı olduğundan mobil telefonunu lombarda qovub pul götürmək istədiyini, lakin şəxsiyyət vəsiqəsinin rayonda olduğu üçün bunu edə bilmədiyini demişdir. Amildən əgər mümkünsə şəxsiyyət vəsiqəsi üstündədirsə lombarda getməsini telefonu ora qoyub pul götürməsini xahiş etmişdir. Dostu Amil ona əgər 60 manat pul verərsə o, öz şəxsiyyət vəsiqəsi ilə mobil telefonu lombarda girov kimi qoyub pul götürə biləcəyini demişdir. Razılaşdıqdan sonra mobil telefonu ona vermiş və birlikdə Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında olan lombarda yaxınlaşmışlar və o, bayırda mopeddə gözləmiş, Amilin tək lombarda girib təxminən 15- 20 dəqiqədən sonra bayıra çıxdığını, telefonu 250 manata girov qoyub 250 manat pul götürmüşdür. O, 250 manat puldan 60 manat ona pul vermiş və qalan 190 manat pulu götürüb Amilə təşəkkür edib ondan aralaşmış və sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. 17 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində məhəllədə olarkən polis əməkdaşlarının ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişdir. Onunla sorğu sual zamanı o, polisdə telefonu necə ələ keçirdiyini etiraf edərək bu barədə izahat yazmış, polis şöbəsində o saxlanılarkən və onunla araşdırma aparılarkən ona qarsı heç bir zorakılıq və təzyiq edilməmişdir. Polis şöbəsində olarkən o, Zərərçəkmiş şəxs orada görmüş və tanımış, o da onu tanımış, ona qarşı etdiyi hərəkətə görə üzr istəmişdir. Şahid2 “Xiaomi Poco X3 Pro” markalı mobil telefonun özünə məxsus olduğunu demiş, həmin mobil telefonu necə əldə etməsi barədə onun məlumatının olmadığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o “İdrak” liseyinin 10-cu sinif şagirdidir. 11 mart 2022ci il tarixdə, saat təxminən 11:00 radələrində təhsil aldığı “İdrak” liseyindən çıxıb piyada yaşadığı ünvana tək getdiyi zaman saat təxminən 11:10 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28B ünvanında olduğu zaman bir nəfər əvvəllər tanımadığı sonradan polis bölməsində görüb tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə ona yaxınlaşmış və ondan zəng etmək üçün əlində olan mobil telefonunu istəmişdir. O həmin şəxsə özünə məxsus “Xiaomi Poco X3 Pro” markalı mobil telefonunu zəng etmək üçün uzadaraq verdikdən sonra Təqsirləndirilən şəxs kiməsə zəng etmək istəsə də, tələsik olaraq heç kimə zəng etmədən idarə etdiyi mopedlə ondan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs arxası ilə qaçsa da və ona səslənib dayanmağını və telefonunu qaytarmağını söyləsə də, o, əhəmiyyət verməyərək idarə etdiyi mopedi saxlamayaraq oradan uzaqlaşmışdır. O, sifətində tibbi maska olmadığı üçün onun sifətinin quruluşunu, boyunu yadında saxlaya bilmişdir. Həmin şəxsi o, 17 mart 2022-ci il tarixdə 16-cı PŞ-də olarkən görüb tanımış və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Telefonunu danışmaq adı ilə ələ keçirib ona qarşı soyğunçuluq etməsini və əməlindən peşman olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs telefonu ondan alarkən ona qarşı zorakılıq etməmiş və ona xəsarət yetirməmişdir, telefondan savayı ondan başqa hey bir şey götürməmişdir. “Xiaomi Poco X3 Pro” markalı mobil telefonun hazırki dəyəri təxminən 540 manat olmaqla, telefonun balansında 5 manat danışıq limiti, 3 manat dəyərində ***-***-**-** GSM kartı olmuşdur. Həmin telefonu onun üçün anası almış və ona hədiyyə etmişdir. Telefon onun istifadəsində olmuşdur və ona məxsus olmuşdur. Ona cəmi 548 manat məbləğində maddi ziyan dəydirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral avından etibarən Bakı şəhəri, Nərimanov ravonu, Təbriz küçəsində yerləşən lombardda girova qoyulan əmlakı qəbul edən şəxs kimi fəaliyyət göstərir. Onun vəzifəsi vətəndaşların lombarda girov kimi qoyduğu əmlakı qəbul edib qiymətləndirmək və qanuna uvğun faizlə pul verməkdən və sair hərəkətlərdən ibarətdir. 2022-ci ilin mart ayının 11-də, təxminən günorta saatlarında lombarda bir nəfər əvvəllər tanımadığı, sonradan adını bildiyi Şahid2 gəlmiş və o, “Xiaomi Poco X3 Pro” markalı mobil telefon təqdim etmiş və həmin telefonu bir ay müddətinə girov qoyub pul götürmək istədiyini bildirmişdir. O, telefona baxmış, onun normal və işlək vəziyyətdə olduğunu görmüş, ümumilikdə həmin telefona görə 300 manat pul verə biləcəyini, pulun 50 manatının faizə çıxılacağını bildirmişdir. O, razılaşmış və onun şəxsiyvət vəsiqəsinin kserosurətini çıxarmış, mobil telefonu qəbul edib girov bileti tərtib etmiş, həmin şəxsə biletə imza etdirdikdən sonra ona 250 manat məbləğində pul verdiyini demişdir. Bundan sonra o, girov kimi qoyulan əşyaların qeydiyyat kitabında müvafiq qeydiyyat apardığını bildirmişdir. Bir müddətdən sonra, yəni 13 aprel 2022-ci il tarixdə polis əməkdaşları lombarda gəlmiş və yuxanda qeyd etdiyi mobil telefonla bağlı maraqlanmışlar və o, onlara həmin mobil telefona aid sənədləri girov biletinin surətini Şahid2 şəxsiyyət vəsiqəsinin surətini, qeydiyyat kitabındakı qeyd vərəqini onlara göstərmiş, surətlərini polisə təqdim etmişdir. Şahid4 tərəfindən lombarda 250 manat pul ödənişi edildikdən sonra o, həmin mobil telefonu polisə təqdim etmiş və bu barədə müvafiq qəbz tərtib olunmuşdur. O, həmin mobil telefonun kim tərəfindən cinayət yolu ilə ələ keçirildiyini bilmədiyini, telefonu girov qoymuş Şahid2 girova dair sənədləşmə aparılarkən, pula ehtiyacı olduğu üçün telefonu girov qoymaq istədiyini bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid2, Şahid3, Şahid4 məhkəmə iclasına gəlməmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvandır. Hadisə sözügedən ünvanda avtomobil yolunun üzərində baş vermişdir. Avtomobil yolu asfalt örtüklüdür. Qeyd olunan avtomobil yolu 5 mərtəbəli yaşayış binalarının girişidir. Hadisə yerinin yaxınlığında avtomobil körpüsü vardır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, sözügedən ünvanda bir nəfər naməlum şəxs danışmaq adı ilə ondan mobil telefonunu alaraq çıxıb getmişdir. Hadisənin necə baş verdiyini izləmək üçün hadisə yerində TŞ və digər müşahidə kameraları olmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunan protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-366/2022 saylı, 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 13 aprel 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-128/2022 saylı, 15 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 28 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması hökm edilmişdir. “Əşyanın tanınması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs sıra nömrəsi ilə 3-də olan bir ədəd “Xiaomi Poco X3 Pro” markalı mobil telefonun ona məxsus olduğunu, telefonu rənginə, formasına, xarici görünüşünə, markasına görə tanıdığını bildirir. Həmin telefonun ondan Təqsirləndirilən şəxs tərəfindən açıq yolla talandığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/2675 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Çində istehsal edilmiş “Xiaomi” markalı, “M2102J20SG” (poco X3 pro) model mobil telefon aparatının satış üçün komplektləşdirməsinə daxil olan aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəvvən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. “Sübutların qiymətləndirilməsi barədə” 12 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, qəbz, girov bileti, Şahid2 şəxsiyyət vəsiqəsinin surəti, alış-satış kitabından qeydlər barədə 2 vərəqdən ibarət çıxarışların surəti “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınmış, “Xiaomi” markalı mobil telefonun sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Oğurlanmış telefon geri qaytarılmışdır və yaxşı vəziyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 13 iyul 2022-ci il tarixli, 21-1/10.928/3 nömrəli cavab məktubundan görünür ki, məhkum Kərimli X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 10 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs barəsində hökm xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzaya qismən birləşdirərək qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni 18 mart 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1.), maddi sübut kimi tanınan qəbz, girov bileti, Şahid2 şəxsiyyət vəsiqəsinin surəti, alış-satış kitabından qeydlər barədə 2 vərəqdən ibarət çıxarışların surəti cinayət işinin materiallarında saxlanılmalı, “Xiaomi” markalı mobil telefonunun zərərçəkmişə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Binədəqi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-128/2022 nömrəli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, yəni 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müddəti, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut kimi tanınan qəbz, girov bileti, Şahid2 şəxsiyyət vəsiqəsinin surəti, alış-satış kitabından qeydlər barədə 2 vərəqdən ibarət çıxarışların surəti cinayət işinin materiallarında saxlanılsın, “Xiaomi” markalı mobil telefonunun zərərçəkmişə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar