Məhkəmə qərarları › İş №1(005)-354/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-354/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-354/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cii ildə Zaqatala rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğtı ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi, 8 saylı inzibati binada qeydiyyatda olan və barəsində “həbs" qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və onun kompleks hissəsini əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxt və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd keçmiş SSR-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı olan 5.45 kalibrü “Kalaşnikov" konstruksiyalı, AK-74 modelli döyüş təyinatlı yivli-odlu avtomat silahını və 01 ədəd həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı olan 5.45x39 mm kalibrli patron tutumuna malik darağı əldə etdikdən sonra satmaq məqsədilə üzərində “Fila” yazısı olan qara rəngli idman çantasının içərisinə yerləşdirərək əlində saxlamaqla gəzdirmiş, 20 aprel 2023-eii il tarixdə saat 19 radələrində Nərimanov rayon 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gəlirilmiş və həmin tarixdə xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara idman çantasının içərisindən həmin 01 ədəd keçmiş SSR-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı olan 5.45 kalibrü “Kalaşnikov" konstruksiyalı, AK-74 modelli döyüş təyinatlı yivli-odlu avtomat silahını və 01 ədəd həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı olan 5.45x39 mm kalibrü patron tutumuna malik daraq aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Zaqalala rayonu, Əliabad kəndində yerləşən su arxının kənarı ilə gəzərkən torpaqlığın içərisində diqqət yetirdikdə görmüşdür ki, orada 1 ədəd üzərində sandıqçası olan avtomat silahı vardır. Düşünmüşdür ki, həmin avtomatı olduğu yerdən götürüb sonra Bakı şəhərinə gələrək bir nəfər şəxsə salıb pul əldə edə bilər. Buna görə avtomatı gördüyü yerdən götürüb yaşadığı evə getmişdir. Qərara gəlmişdir ki, Bakı şəhərinə gələrək həmin tapdığı avtomat silahını satsın və həmçinin iş yeri tapıb işləyər. Bu məqsədlə evdə olan geyim paltarlarını üzərinə «Fila» sözləri yazılmış qara rəngli idman çantasının içərisinə yığmışdır. Yerdən tapdığı avtomat silahını çantanın içərisindəki qara rəngli gödəkçəyə büküb çantanın içərisinə qoymuşdur. Həmin avtomatın lüləyinin borusunu yaşıl rəngli şalvarın sağ arxa cibinə qoymuş, sandıqçan isə həmin şalvara büküb qeyd olunan çantanın içərisinə qoyub digər geyim paltarlarının içərisində gizlətmişdir. Paltarları çantanın içərisinə yığıb bağladıqdan sonra 20 aprel 2023-cü il tarixdə günorta saatlarında Zaqatala rayonunda çıxıb yol maşını ilə Bakı şəhərinə gəlmişdir. Tapdığı avtomat silahını isə çantanın içərisində qeyd etdiyi qaydada yerləşdirmiş və sağ əlində çantanın içərisində gəzdirmişdir. Silahı tapmağı barədə kiməsə bildirməmişdir. Bakı şəhərinə çatdıqdan sonra gecəni qalmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsində yerləşən otellərdən birində qalmaq qərarına gəlmişdir. Buna görə sağ əlində çanta piyada həmin küçəyə gəlib çıxdıqdan sonra həmin küçənin 32 saylı ünvanının qarşında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov KPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona odlu silah əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirərək 16-cı Polis bölməsinə birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz elməyib razılaşmış və 16-cı Polis bölməsinin inzibati binasına getmişdir. Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə polis əməkdaşları ona xidməti otaqda video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarışın keçiriləcəyini demişlər və o, buna etiraz etməmişdir. Həmin vaxt xidməti otaqda polis əməkdaşları ona müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitənin olmasım, olduğu halda təqdim etməyi əks halda üzərinə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşlarının sözündən sonra o sağ əlindəkı üzərinə ‘‘Fila” yazısı yazılmış qara idman çantasını, qarışıq rəngli köynəyinin sağ üst cibindəki 01 ədəd 50 manatlıq pul əskinazını təqdim etmişdir. Əl çantasına baxış keçirilərkən içərisindən ona məxsus pal-paltar, 01 ədəd qara rəngli gödəkcə, həmin gödəkcəyə bükülmüş 01 ədəd qundağı və dəstəyi taxtadan, korpusu qara rəngli dəmirdən, yazıları silinmiş avtomat silahı, 01 ədəd yaşıl rəngli şalvar, həmin şalvarın sağ arxa yan cibindən 01 ədəd avtomata aid dəmir borusu, şalvara bükülü vəziyyətdə 01 ədəd həmin silaha bənzər sandıqça aşkar olunmuşdur. Polis əməkdaşlarının sorğularına cavab olaraq bildirmişdir ki, aşkar olunmuş silahı, borunu və sandıqçanı 18 aprel 2023cii il tarixdə yaşadığı Zaqalala rayonu Əliabad kəndində su arxının kənarında torpaqlıq yerdən tapmış və Bakı şəhərinə gəlməkdə məqsədi həmin silahı satıb pul əldə etmək olmuşdur. Bundan sonra polis əməkdaşları aşkar olunmuş 01 ədəd avtomat silahı, 01 ədəd sandıqçam və 01 ədəd avtomatının lüləyinin borusunu qablaşdıraraq üzərini möhürləmişlər. Bundan sonra hu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində odlu silah əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Asif və Azər birlikdə məlumat əsasında saat 19:00 ıadələrində ünvan 4 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ceyhunun əlamətləri ilə üst-üstə düşən, əlində qara rəngli idman çantası olan bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs öziinü xx.xx.1974-cü ildə Zaqalala rayonıı, Əliabad kəndində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim elmişdir. Onlar Ceyhuna qanunsuz olaraq odlıı silah əldə edərək daşımada şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-də dəvət etmişlər. Ceyhun da buna etiraz etmədikdən sonra sonuncunu Polis Bölməsinə apararaq barəsində araşdırma aparılması üçün Kipçatovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Ceyhuna üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ceyhun da üzərində “Fila” yazısı yazılmış qara idman çantasını və qarışıq rəngli köynəyin sağ üst cibindən 01 ədəd 50 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Ceyhunun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərinidən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Ceyhunun təqdim etdiyi və üzərində “Fila” yazısı yazılmış qara idman çantasına baxış keçirilərkən içərisindən ona məxsus pal-paltar, həmçinin 01 ədəd qara rəngli gödəkcə, həmin gödəkcəyə bükülmüş 01 ədəd qundağı və dəstəyi taxtadan, korpusu qara rəngli dəmirdən, yazıları silinmiş avtomat silah, 01 ədəd yaşıl rəngli şalvar, həmin şalvarın sağ arxa yan cibindən 01 ədəd avtomata məxsus dəmir boru, şalvara bükülü vəziyyətdə 01 ədəd həmin silaha məxsus daraq aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı iki gün əvvəl, yəni 18 aprel 2023-cü il tarixdə yaşadığı Zaqatala rayonunda yerləşən evinin yaxınlığında arxın kənarından tapdığını, xx.xx.2023-cü il tarixdə həmin silahı qara rəngli çantanın içərisinə yerləşdirib satmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə 01 ədəd “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomata məxsus dəmir boru və 01 ədəd daraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ceyhun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 16-cı PB-nin DİN-in əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur; 20 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolundan görünür ki, 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 16-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlindəki üzərində “Fila” yazısı yazılmış qara idman çantasının içərisindən qara rəngli gödəkcəyə bükülmüş vəziyyətdə 01 ədəd qundağı və dəstəyi taxtadan, korpusu qara rəngli dəmirdən, yazıları silinmiş avtomat silah, 01 ədəd yasil rəngli şalvarın sağ arxa yan cibindən 01 ədəd avtomata məxsus dəmir boru, şalvara bükülü vəziyyətdə 01 ədəd həmin silaha məxsus sandıqca aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə, o cümlədən baxış və götürülmə aparılması zamanı aparılan videoçəkilişlərin görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/307R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş Kalaşnikov konstruksiyalı 5.45 mm kalibirli, AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraqdır və istifadəyə yararlıdır. Təqdim edilmiş silahlardan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-584/2023 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd ədəd N-si silinmiş, zavod tisulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 5.45 mm kalibirli. Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, «Kalaşnikov» konstruksiyalı silahların funks onal əhəmiyyət daşımayan komplekt hissəsi olan daraq sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və 01 ədəd N-si silinmiş, 5.45 mm kalibirli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 01 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik. «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraq saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi iizrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-1311/25648/2023 nömrəli məktubun məzmunundan görünür ki. təqdim edilmiş 01 ədəd 5.45 mm kaiibrli N-si silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballisiik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respuolika Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2023-cii il tarixli 8046 nömrəli sorğuya cavab məktubunda xx.xx.1974-cü ildə Zaqatala rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Sülh küçəsi, 8 saylı inzibati binada qeydiyyatda olan, Zaqatala rayonu, Əliabad kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum ounmuş, əvvəlki məhkumluqları ödənilmişdir. Son olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cii maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. CM-in: 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır; 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd ədəd N-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 5.45 mm kalibirli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 5.45x39 min kalibrli patron tutumuna malik «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraq Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd ədəd N-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 5.45 mm kalibirli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 5.45x39 min kalibrli patron tutumuna malik «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar