Məhkəmə qərarları › İş №1(005)-356/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-356/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-356/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akid qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizlin olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizlin olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli elektron məlumat daşıyıcı hesab edilən plastik bank kartını və indentifikasiya nömrəsini(pin kod) cinayətkar niyyətindən məlumatsız olan Şahid1 əldə etdikdən sonra plastik bank kartının balansındakı pulun 240 manatını xx.xx.2022-ci il tarixdə, saat 01:37-də Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 889ci məhəllə, ev 82 ünvanında quraşdırılmış bankomatda nağdlaşdırmaqla ələ keçirmiş, daha sonra istifadəsində olan mobil telefondakı mobil tətbiqlərə Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli plastik bank kartının məlumatlarını daxil edib xx.xx.2022-ci il tarixdə, saat 15:36-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 10,5 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 1,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:28-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 15,24 manat, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 18,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 23:18-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 31 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 2,16 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 4,33 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 3,14 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 5,10 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 1,16 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 3,06 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 7,69 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 6,05 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 6,31 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:29-da “Wolt” mobil tətbiqi vasitəsi ilə 59,4 manat, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 41,07 manat, xx.xx.2022-ci il tarixdə, saat 03:50-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 150 manat, xx.xx.2022-ci il tarixdə, saat 04:52-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 47,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 06:53-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 17,63 manat, xx.xx.2022-ci il tarixdə, saat 10:01-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 10,53 manat, xx.xx.2022-ci il tarixdə, saat 02:55-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 113,15 manat, xx.xx.2022-ci il tarixdə, saat 03:04-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 85 manat və xx.xx.2022-ci il tarixdə, saat 15:05-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 7,40 manat olmaqla ümumilikdə 648,62 manat ödəniş edilməsinə nail olub vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 888,62(səkkiz yüz səksən səkkiz manat altımış iki qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizlin olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 107 ünvanında yerləşən "xxxx" MMC-nin gözətçi köşkündən Zərərçəkmiş şəxs2 məxsus danışıq konturu olmayan 5 manat qiymətində ***-***-**-** saylı "xxxx" MMC-yə aid və 5 manat qiymətində ***-***-**-** saylı "xxxx" MMC-yə aid nömrəli 609,6 manat dəyərində 01 ədəd “Redmi Note 9S 128GB” markalı **********18640 və **********18657 İMEİ kodlu mobil telefon aparatını gizlin talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 619,6(altı yüz on doqquz manar altımış qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və və 177.2.3-1ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatdadır və faktiki olaraq ailəsilə birlikdə həmin ünvanda yaşayır, 3 azyaşlı övladı vardır. Rəsmi olaraq ailəli olmasa da hal-hazırda ərindən ayrılmış və övladlarıyla birlikdə valideyinləriylə yaşayır. Təxminən 1 il bundan əvvəl X3 ortaq tanışları vastəsilə tanımış və onunla dostluq münasibəti olmuşdur. Muraz kafe işlədirmiş, o da həmin kafeyə tez-tez gedib-gəlirmiş. Murazın vastəsilə isə qardaşı Turalı tanımışdır. Turalı tanıdıqdan sonra Murazla demək olar ki, münasibəti kəsmiş və Turalla birlikdə yaşamağa başlamışdır. Turalla atası Zərərçəkmiş şəxs1 Nərimanov rayonu, “Metro park” ticart mərkəzinin yaxınlığında kiosk işlədirlər. Tural demək olar ki, bütün gününü həmin kisokda keçirir, o da tez-tez həmin kioska gedirmiş və orada Turalla birlikdə olurmuş. Turalın atası Zərərçəkmiş şəxs1 birinci dəfə onu həmin kioskda görəndə Turaldan onun kim olmağını soruşmuş, Tural isə cavabında kisokda satıcı olduğunu ona bildirdikdən sonra Zərərçəkmiş şəxs1 onu təhqir edərək Turala onu qovmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə də kioska gələn zaman onu orada görmüş və bu zaman da daha ağır söyüşlərlə onu təhqir etmiş və onu oradan qovmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 əsəbləşmiş və ondan intiqam almaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 “Kapital Bank”a məxsus plastik bank kartı Turalda olurmuş. Tural kioskda müştəriləri yola salan zaman bir neçə dəfə həmin plastik kartı ona vermiş və plastik kartdan pul çıxartmağını xahiş etmişdir. O da bir neçə dəfə Turalın xahişi ilə yaxınlıqda olan bankomatdan pul çıxardaraq Turala vermişdir. xx.xx.2022-ci il tarixdə Tural yenidən atası Zərərçəkmiş şəxs1 məxsus “Kapital Bank”a aid plastik bank kartını ona vermiş və həmin kartdan xatırlamadığı məbləğdə pul çıxartmağını istəmişdir. O da yaxınlıqda olan bankomatdan pul çıxardaraq Turala vermişdir. Lakin həmin gün Zərərçəkmiş şəxs1 məxsus həmin plastik kart onda qalmışdır. Axşam saatlarında Turalla sağollaşaraq ona evə getdiyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanında yerləşən “Kapital bank”a məxsus bankomatdan 240 manat pul çıxartmışdır. Həmin 240 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra plastik kartda olan məlumatları götürmüş və xx.xx.2022-ci il tarixdə Turalla görüşən zaman plastik kartı ona geri qaytarmışdır. Artıq həmin plastik karta məxsus məlumatları öz mobil telefonuna köçürübmüş və mobil telefonuyla bankdan qeydiyyatdan keçmişdir. Bundan sonra müxtəlif vaxtlarda həmin plastik kartla ödənişlər etməyə başlamışdır. Belə ki, “Bolt food” tətbiqi vastəsilə mağazalardan yeməklər sifariş edirmiş və həmin yeməklərin pulunu da həmin kartla ödəyirmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində xatırlamadığı məbləğlərdə sifarişlər edirmiş və etdiyi sifarişlərin pulunu Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş həmin plastik bank kartıyla ödəmişdir. xx.xx.2023-cü il tarixdə M.Araz 52C ünvanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 17-ci PŞ-nə gəlmişdir. Orada Zərərçəkmiş şəxs1 plastik kartından pul oğurlanması ilə bağlı soruşan zaman artıq etdiyi cinayət əməlinin polis əməkdaşlarına məlum olduğunu bildiyi üçün etdiyi əməli onlara etiraf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 təxminən 1 ildir tanıyır və aralarında səmimi dostluq münasibəti vardır. Həmin 1 il müddət ərzində Habil ilə ilə bir neçə dəfə görüşüb yeyib-içmişlər. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Habil ona zəng edərək ünvan 7 ünvanında yerləşən “Barjomi” adlı kafedə olduğunu bildirmiş və onu da həmin kafeyə qonaq çağırmışdır. Habilə gələcəyini demiş və bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində “Barjomi” restoranına gəlib Habil ilə görüşmüş və birlikdə bir qədər spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Habil işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 107 ünvanında yerləşən "xxxx" MMC adlı kolbasa fabrikinə getməli olduğunu, gecəni həmin fabrikdə gözətçi kimi qalacağını bildirmiş və onda də birlikdə gedərək gözətçi köşkündən spirtli içki içməyə davam etdiklərini istəmişdir. Etiraz etməyib Habillə birlikdə həmin fabrikə gəlmişdir. Fabirkə gəldikdən sonra Habillə birlikdə gözətçi köşkündə oturub bir qədər də spirtli içki qəbul etmişlər. Habil içkinin təsirindən sərxoş olduğundan köşkün içində yuxuya getmişdir. Habilin yatdıqdan sonra köşkün içindəki masanın üzərində olan Habilə məxsus “Redmi Note 9S” markalı mobil telefonu oğurlayaraq cibinə qoymuş və köşkdən çıxaraq yaşadığı evə getmişdir. Yolda olan zaman Habilin telefonun üzərində olan mobil nömrələri çıxaraq hazırda xatırlamadığı yerdə zibilliyə tullamış, telefonu isə format etmişdir. Həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tanışı olan Məhəmməd ilə “Porto” adlı oteldə görüşmüşdür. Məhəmmədlə görüşən zaman Məhəmməd bir nüçə müddət öncə ona müvəqqəti istifadə üçün verdiyi “Samsung J5” markalı mobil telefonu geri istəmişdir. O Məhəmmədin verdiyi həmin telefonu satdığından Habilə məxsus “Redmi Note 9S” markalı oğurladığı telefonu Məhəmmədə vermiş və həmin telefonun dostu tərəfindən ona pay verildiyini bildirmişdir. Həmin vaxtdan da Habildən oğurladığı telefonu tanışı olan Şahid2 istifadə etmişdir. Lakin, Məhəmməd həmin telefonu oğurladığını bilməmiş, Məhəmməd verdiyi telefonun dostu tərəfindən ona pay verildiyini bilmişdir. Əməlindən peşmandır, himayəsində 3 yetkinlik yaşına çatmayan övladı var. Yekunda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqaüdçüdür və buna görə də aylıq 280 manat “Kapital” bankdan təqaüd alır. Həmin təqaüd onun adına tərtib edilmiş “Kapital Bank”a məxsus 4169 7416 2475 8858 nömrəli plastik bank katına yüklənir. Həmin təqaüd kartı çox vaxt oğlu Turalda olur. Kartdan Turalında istifadə etməsinə baxmayaraq həmin bank kartında olan pul ona məxsusdur. 2022-ci ilin dekabr ayında “Kapital” banka kredit üçün müraciət etmiş və oradan 3500 manat kredit götürmüşdür. Aldığı 3427 manatı isə onun istifadəsində olan 4169 7416 2475 8858 nömrəli plastik bank kartına yükləmişlər. Yanvar ayınadək hissə-hissə həmin pullardan istifadə etmişdir. Şahid1 onun oğludur və oğlu, “Metropark” ticarət mərkəzinin yaxınlığında yerləşən Günay kafesinin qarşısında tütün məmulatlarının satışı ilə məşğuldur. Xatırlamadığı tarixdə oğlunun işlədiyi yerə gedən zaman orada bir nəfər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi görmüşdür. Zəhradan xoşu gəlmədiyindən onu oğlunun iş yerindən qovmuş və bir daha ora gəlməməsini, oğluyla görüşməməsini bildirmişdir. Təxminən bir həftə sonra yenidən oğlunun işlədiyi yerə gələn zaman Zəhranın orada olduğunu görmüş, oğlunu danladıqdan sonra Zəhranı bir daha oğluyla görüşməməsi üçün oradan qovmuşdur. 2022-ci ilin noyabr ayının 6 və 7-sində 240 manat təqaüd almalıymış. Noyabr ayının ortalarında bankamata gedərək təqaüdünü çıxartmaq istəyən zaman kartında pulun olmadığını görmüşdür. Fikirləşmişdir ki, həmin pulu oğlu Tural çıxartmışdır. Sonradan isə Turaldan bu barədə soruşmaq yadından çıxmışdır. Bundan başqa, 01 dekabr 2022-ci il tarixdən etibarən onun mobil telefonuna istifadəsində olan “Kapital” banka məxsus **********758858 nömrəli plastik kartından pul çıxmasına dair bildirişlər gəlirmiş. Həmin bildirişlərdən aydın olurmuş ki, pullar “bolt food” vasitəsi ilə sifariş edilmiş yeməklərin ödənişi olaraq onun kartından çıxır. O da fikirləşirmiş ki, oğlu Tural özünə yemək sifariş edir. Turala bu barədə desə də Tural ona məxsus kartdan pul çıxartmadığını bildirmişdir. Kartından pulların hara göndərilməsi barədə maraqlanan zaman məlum olmuşdur ki, Zəhra onun istifadəsində olan “Kapital” banka məxsus **********758858 nömrəli plastik kartını öz mobil nömrəsində aktiv edərək mobil telefon vastəsilə kartdan yeməklər sifariş etmişdir. Tural ondan pulu geri tələb edən zaman isə Zəhra etdiyi əməli etiraf etsə də pulu olmadığından ona məxsus pulu geri qaytara bilməyəcəyini bildirmişdir. Onun adına tərtib edilmiş “Kapital Bank”a məxsus 4169 7416 2475 8858 nömrəli plastik bank katından Zəhra tərəfindən xx.xx.2023-cü il tarixdə bankomat vasitəsi ilə 240 manat pul nağdlaşdırılmış, bundan başqa Zəhra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “bolt food” mobil tətbiqi vasitəsi ilə yeməklər sifariş edib həmin kartdan ümumilikdə 648,62 manat ödəniş etmişdir. Odur ki, ümumilikdə ona 888,62 manat maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mona Liza” restoranının yaxınlığında yerləşən "xxxx" MMC-də sürücü kimi işləyir. Təqsirləndirilən şəxs 1 ilə yaxın müddətir tanıyır və aralarında dostluq münasibəti vardır. xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Barjomi” adlı kafedə oturub bir qədər yeyib-içdikdən sonra Zəhra ilə əlaqə saxlamış və Zəhranı da həmin kafeyə qonaq kimi dəvət etmişdir. Bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Zəhra “Barjomi” restoranına gəlmiş və birlikdə bir qədər spirtli içki qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Zəhra ilə birlikdə “Barjomi” restoranından çıxıb onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 107 ünvanında yerləşən "xxxx" MMC adlı kolbasa fabrikinə getmişlər. Həmin gün, fabrikdə gözətçi kimi qalmalıymış. Zəhra ilə birlikdə işlədiyi həmin fabrikdəki gözətçi köşkündə oturub bir qədər də spirtli içki qəbul etmişlər. Spirtli içkinin təsirindən sərxoş olduğundan köşkün içində yuxuya getmişdir. Bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 01:55 radələrində yuxudan ayıldıqda Zəhranın köşkdə olmadığını görmüş və buna görə də Zəhraya zəng etmək üçün telefonunu götürmək istədikdə telefonunun yerində, yəni köşkün içindəki masanın üzərində olmadığını görüb başa düşmüşdür ki, Zəhra telefonunu da götürərək gedib. Telefonunun Zəhra tərəfindən oğurlandığını düşündüyündən bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zəhra onun 609,6 manat dəyərində “Redmi Note 9S 128GB” markalı **********18640 və **********18657 İMEİ kodlu mobil telefonunu, üzərindəki balansı olmayan ***-***- **-** saylı 5 manat dəyərindəki nömrə və balansı olmayan ***-***-**-** saylı 5 manat dəyərindəki nömrə birlikdə oğurlayıb ona ümumilikdə 619,6 manat maddi ziyan vurmuşdur. Ona dəyən zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsa qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Metropark” ticarət mərkəzinin yaxınlığında yerləşən Günay kafesinin qarşısındakı köşkdə tütün məmulatlarının satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun atasıdır və təqaüdçüdür. Buna görə də aylıq 280 manat “Kapital” bankdan təqaüd alır. Həmin təqaüd atasının adına tərtib edilmiş “Kapital Bank”a məxsus 4169 7416 2475 8858 nömrəli plastik bank kartına yüklənir. Həmin təqaüd kartı çox vaxt onda olur. Kartdan istifadə etməyinə baxmayaraq həmin bank kartında olan pul atasına məxsusdur. 2022-ci ilin dekabr ayında atası “Kapital” banka kredit üçün müraciət etmiş və oradan 3500 manat kredit götürmüş, aldığı 3427 manatı isə onun adına olan 4169 7416 2475 8858 nömrəli plastik bank kartına yükləmişlər. Yanvar ayınadək hissə-hissə həmin pullardan istifadə etmişlər. Təqsirləndirilən şəxs Cəlil qızını 1 ilə yaxındır tanıyır və aralarında səmimi münasibət vardır. Zəhra tez-tez onu işlədiyi köşkə gəlib onun yanında otururmuş. Atası bir neçə dəfə Zəhranı onun yanında görüb bunu ona irad bildirmişdir. Köşkdə müştəriləri yola salan zaman bir neçə dəfə atasının həmin plastik kartını Zəhraya verib plastik kartdan pul çıxartmağını xahiş etmişdir. Zəhra da bir neçə dəfə onun xahişi ilə yaxınlıqda olan bankomatdan pul çıxardaraq ona vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən atasına məxsus “Kapital Bank”a aid həmin plastik bank kartını Zəhraya verib kartdan xatırlamadığı məbləğdə pul çıxartmağını istəmişdir. Zəhra da yaxınlıqda olan bankomatdan pul çıxardaraq ona vermişdir. Lakin həmin gün atasına məxsus həmin plastik kart Zəhrada qalmışdır. Bir neçə gün sonra Zəhra kartı qaytarıb ona vermişdir. Bundan bir müddət sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında atası ona məxsus bank kartından 240 manat pul çıxarıldığını və internet vasitəsi ilə yeməklər sifariş verilib pulunu onun kartıyla ödəndiyini bildirmişdir. Bundan məlumatı olmadığını bildirmiş və atasına məxsus bank kartındakı pulun Zəhra tərəfindən ələ keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs atasına məxsus bank kartındakı pulu ələ keçirdiyindən heç bir məlumatı olmamışdır. Zəhra gizlin olaraq atasına məxsus bank kartındakı pulu ələ keçirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildən tanıyır. Belə ki, Zəhra onlarla qonşuluqda yaşamışdır. Lakin həmin vaxtlar Zəhranı tanısa da onunla heç bir münasibəti olmamışdır. Bir müddət sonra isə Zəhranın ailəsi onların yaşadığı məhəllədən köçmüşlər. 2022-ci ilin dekabr ayında Zəhranı yenidən görmüş və onunla ilə dostluq münasibəti yaranmışdır. Demək olar ki, Zəhra ilə hər gün görüşürmüşlər və günün əksər hissəsini biryerdə keçirmişlər. Zəhra ilə həm də cinsi münasibəti də olmuşdur. Zəhranın mobil telefonu olmadığından ona özünə məxsus “Samsung J5” markalı mobil telefonu işlətmək üçün vermişdir ki, Zəhra ilə əlaqə saxlaya bilsin. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Zəhra ilə “Porto” hoteldə görüşmüşlər. Zəhradan mobil telefonunu geri istəyən zaman Zəhra ona “Redmi” markalı arxa hissəsi yaşıl rəngli mobil telefonu vermiş və ona bildirmişdir ki, həmin telefonu işlətsin. O da heç nə demədən həmin mobil telefonu ondan götürmüş və özünə məxsus ***-***-**-** saylı mobil nömrəni Zəhranın ona verdiyi “Redmi” markalı mobil telefona taxaraq mobil telefonu işlətməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil nömrəmə zəng edib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. 17-ci PŞ-nə gələdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ona mobil telefon verib vermədiyini soruşmuşlar. O, isə onlara Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona “Redmi” markalı, arxa hssəsi yaşıl rəngli olan mobil telefon verdiyini bildirmişdir. Zəhradan “Redmi” markalı mobil telefonu haradan əldə etdiyini soruşan zaman Zəhra həmin mobil telefonu ona dostu tərəfindan pay şəklində verildiyini bilirmişdir. Təqsirləndirilən şəxs ona verdiyi mobil telefonu geri istəyən zaman Zəhra həmin mobil telefona özünə aid şəkil və “mail” adresini yazdığını bildirmiş və ona verdiyi mobil telefonun əvəzində ona “Redmi” markalı mobil telefonu vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəsxin MSY-dən azad olunması barədə 20 yanvar 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Bank məlumatlarına baxış keçirilməsi” haqqında 02 iyun 2023-cü il tarixli protokoldan və 01 ədəd diskdən görünür ki, Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabına dair məlumatlara baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə, saat 01:37-də Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 889-ci məhəllə, ev 82 ünvanında quraşdırılmış bankomat vasitəsi ilə 240 manat nağd pulun Təqsirləndirilən şəxs tərəfindən məxaric edildiyi, həmiçinin Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə, saat 15:36-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 10,5 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 1,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:28-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 15,24 manat, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 18,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 23:18-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 31 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 2,16 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 4,33 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 3,14 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 5,10 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 1,16 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 3,06 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 7,69 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 6,05 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:00-da “Bolt” mobil tətbiqi vasitəsi ilə 6,31 manat, xx.xx.2022-ci il tarixdə, saat 00:29-da “Wolt” mobil tətbiqi vasitəsi ilə 59,4 manat, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da “Bolt food” mobil tətbiqi vasitəsi ilə 41,07 manat, xx.xx.2022-ci il tarixdə, saat 03:50-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 150 manat, xx.xx.2022-ci il tarixdə, saat 04:52-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 47,9 manat, xx.xx.2022-ci il tarixdə, saat 06:53-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 17,63 manat, xx.xx.2022-ci il tarixdə, saat 10:01-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 10,53 manat, xx.xx.2022-ci il tarixdə, saat 02:55də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 113,15 manat, xx.xx.2022-ci il tarixdə, saat 03:04-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 85 manat və xx.xx.2022-ci il tarixdə, saat 15:05-də “Bolt food” mobil tətbiqi vasitəsi ilə 7,40 manat olmaqla ümumilikdə 648,62 manat internet üzərindən ödənişlər edildiyini müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə, saat 01:37-də Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 889-ci məhəllə, ev 82 ünvanında quraşdırılmış bankomat vasitəsi ilə 240 manat nağd pulun onun tərəfindən məxaric edildiyini, eləcə də mobil telefonuna yükləmiş olduğu mobil tətbiqlər vasitəsi ilə etmiş olduğu sifarişlərin pulunu ümumilikdə 648,62 manat olmaqla həmin bank kartı vasitəsi ilə ödəmişdir. “Baxış keçirilməsi və götürmə” haqqında 02 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 özü ilə gətirdiyi 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim edib, həmin mobil telefonu Təqsirləndirilən şəxs alan zaman onu oğurluq yolu ilə əldə edilməsindən məlumatsız olduğunu bildirmiş, Şahid2 təqdim etdiyi 01 ədəd mobil telefon baxış zamanı “Redmi Note 9S 128GB” markalı, **********18640 və **********18657 İMEİ kodlu olduğu müəyyən edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 15:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəsxin MSY-dən azad olunması barədə 03 iyun 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 02 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 04 ədəd mobil telefonun arasında X1 istintaqa təqdim etmiş olduğu mobil telefonu tanıyaraq həmin mobil telefonun ona məxsus olduğunu və Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 9/4250 saylı rəyəndən görünür ki, 01 ədəd çin istehsalı olan “Xiaomi” markalı mobil telefonun 2023-cü ilin may ayına orta bazar qiyməti 120 manat təşkil edir. Ekspertiza xərci 50 manat təşkil edir. Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabına dair məlumatların əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, şahid, zərərçəkmiş şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.2 və 177.2.3-1-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-1-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsoğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; himayəsində yetkinlik yaşına çatmayan övladlarının olması zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.2 və 177.2.3-1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı həbsdə saxlanıldığı 04 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabına dair məlumatların əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut 01 ədəd “Redmi Note 9S 128GB” markalı, **********18640 və **********18657 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı, (CPM-132). ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dğvlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi oglu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 04 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 2(iki) il, 05 (beş) ay 22 (iyirmi gün) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış- Zərərçəkmiş şəxs1 adına “Kapital Bank”da rəsmiləşdirilmiş 4169 7416 2475 8858 nömrəli kart hesabına dair məlumatların əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 9S 128GB” markalı, **********18640 və **********18657 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar