Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-356/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçilər X1 və X2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Fransa Respublikasının Paris şəhərinin Fontenay-Aux-Roses rayonunda anadan olmuş, Fransa Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Fransa Respublikası, Paris şəhəri, Noisy-Le-Sec qəsəbəsi, Rue Lavoisier-11, 93130 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 221.2.1-ci maddələri ilə; xx xxxxxx 1994-cü ildə X3 şəhərində anadan olmuş, X5 vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X6, Auckland şəhəri, Birkenhead qəsəbəsi, Ridgewood Cres küçəsi, 21 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 221.2.1-ci maddələri ilə; xx xxxxxx 1992-ci ildə Koreya Respublikasının Seul şəhərində anadan olmuş, Avstraliya İttifaqının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Avstraliya İttifaqı, Sidney şəhəri, Ness Ave küçəsi, 41/22 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin özgənin əmlakını qəsdən məhv etməklə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində tanışları X5 vətəndaşı Təqsirləndirilən şəxs2 və Avstraliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai yer sayılan ünvan 2 ünvanda yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nərimanov adına elektrik Deposu”na daş hasardan keçməklə heç bir əsaslı səbəb olmadan üzərlərində olan boyalarla qatarlara doğru hərəkət edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək aralarında olan vəzifə bölgüsünə əsasən qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayətkar niyyətlərini icra etmək üçün platformada dayanan qatarın 2825 nömrəli baş vaqonu və 1912 nömrəli orta vaqonlarının yan səthinə qrafıt çəkib xüsusi əhəmiyyətli mülki müdafiə dərəcəsinə malik olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarı zədələməklə 11751,23 (on bir min yeddi yüz əlli bir manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin təşkilatın gündəlik və kütləviictimai səciyyə daşıyan iş fəaliyyətini pozulmaqla paytaxt ərazisində sərnişin daşınması üzrə əhəmiyyətli sıxlığın müşahidə edilməsinə zəmin yaradıb özgənin əmlakını qəsdən zədələməklə ağır nəticələrə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin özgənin əmlakını qəsdən məhv etməklə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, X5 vətəndaşı Təqsirləndirilən şəxs2 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində tanışları Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Avstraliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai yer sayılan ünvan 2 ünvanda yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nərimanov adına elektrik Deposu”na daş hasardan keçməklə heç bir əsaslı səbəb olmadan üzərlərində olan boyalarla qatarlara doğru hərəkət edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək aralarında olan vəzifə bölgüsünə əsasən qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayətkar niyyətlərini icra etmək üçün platformada dayanan qatarın 2825 nömrəli baş vaqonu və 1912 nömrəli orta vaqonlarının yan səthinə qrafıt çəkib xüsusi əhəmiyyətli mülki müdafiə dərəcəsinə malik olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarı zədələməklə 11751,23 (on bir min yeddi yüz əlli bir manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin təşkilatın gündəlik və kütləvi-ictimai səciyyə daşıyan iş fəaliyyətini pozulmaqla paytaxt ərazisində sərnişin daşınması üzrə əhəmiyyətli sıxlığın müşahidə edilməsinə zəmin yaradıb özgənin əmlakını qəsdən zədələməklə ağır nəticələrə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin özgənin əmlakını qəsdən məhv etməklə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Avstraliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində tanışları Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və X5 vətəndaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai yer sayılan ünvan 2 ünvanda yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nərimanov adına elektrik Deposu”na daş hasardan keçməklə heç bir əsaslı səbəb olmadan üzərlərində olan boyalarla qatarlara doğru hərəkət edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək aralarında olan vəzifə bölgüsünə əsasən qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayətkar niyyətlərini icra etmək üçün platformada dayanan qatarın 2825 nömrəli baş vaqonu və 1912 nömrəli orta vaqonlarının yan səthinə qrafit çəkib xüsusi əhəmiyyətli mülki müdafiə dərəcəsinə malik olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarı zədələməklə 11751,23 (on bir min yeddi yüz əlli bir manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin təşkilatın gündəlik və kütləvi-ictimai səciyyə daşıyan iş fəaliyyətini pozulmaqla paytaxt ərazisində sərnişin daşınması üzrə əhəmiyyətli sıxlığın müşahidə edilməsinə zəmin yaradıb özgənin əmlakını qəsdən zədələməklə ağır nəticələrə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Paris şəhərində yerləşən kinostudiyada rəssam- qrafik kimi işləyir, gəliri kifayət çox olur ki, bir ildə bir neçə xarici ölkəyə səfər edə bilsin. O, bundan başqa Ermənistanda, Fransada və bir çox ölkələrdə metroların qatarlarına boya ilə şəkillər çəkmişdir. Bu hobbi kimi onda formalaşmışdır. Yeni Zellandiya Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs2 və Avstraliya İttifaqının vətəndaşı olan Təqsirləndirilən şəxs3 onun 10 illik dostlarıdır. Onlar birlikdə çox ölkələrdə olmuşlar. Əvvəlcədən razılaşıb qərarlaşdırmışlar ki, turist kimi Misir Dövlətinə gedəcək və orada görüşəcəklər. 2024-cü ilin mart ayının ortalarında onlar birlikdə Misir dövlətində görüşmüş, internet üzərindən araşdırma aparan zaman müəyyən etmişlər ki, Misirdən Azərbaycan Respublikasına getmək sərfəli qiymətə başa gəlir. Buna görə 25 mart 2024-cü il tarixdə Misir Dövlətindən təyyarə ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdən sonra hava limanında olarkən orada olan avtomobil icarəyə verən şirkətin sahibi “Sabir” adlı şəxsdən onunla tərtib edilmiş müqavilə ilə 5 gün müddətinə 300 avro qarşılığında “Hyundai” markalı avtomobil icarəyə götürmüşlər. Həmin avtomobili o və İsmael sürücülük vəsiqəsi ilə növbəli şəkildə idarə etmişlər. Bakı şəhərinə gəldikdən sonra əvvəlcədən sifariş etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən “Wyndham” otelində o 250 nömrəli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 217 nömrəli otaqda qalmaq şərti ilə yerləşmişlər. Onun qaldığı otağın pəncərəsindən metro qatarlarının yerləşdiyi depo ərazisi açıq şəkildə görünmüşdür. Həmin otaqda olarkən onlar depo ərazisinə girib qatarların üzərini qrafit boya ilə rəngləmək və şəkillərini çəkmək qərarına gəlmişlər. 27 mart 2024cü il tarixdə sosial şəbəklərdən əldə etdikləri məlumat əsasında “X11 Shop” adlı mağazadan 50-60 manat dəyərində müxtəlif rənglərdə sprey boyalar alıb idarə etdikləri avtomobil ilə yerləşdikləri otelə gəlmişlər. Həmin boyaları avtomobildən götürməklə hərənin çəkməli olduğu boya özündə qalmaqla otaqlarında qalmışdır. Əvvəlcədən aralarında olan razılığa əsasən 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində hər üçü deponun daş hasarından keçməklə depo ərazisinə daxil olmuş, həmin vaxt ətrafda kənar şəxs olmadığına əmin olduqdan sonra qatara yaxınlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs3 1912 nömrəli vaqonun, o və Təqsirləndirilən şəxs2 isə birlikdə 2825 nömrəli vaqonun üzərinə hər kəs özünə aid xəyalında tutduğu ada uyğun simvolik olaraq rəsm çəkmişlər. Daha sonra isə həmin qatarların şəkillərini çəkib qaldıqları otelə qayıtmışlar. Səhər saatlarında yenidən yuxudan durub onun qaldığı otaqdan, həmçinin otelin yanından saat təxminən 07 radələrində dayanmaqla dostu Təqsirləndirilən şəxs3 məxsus dronu havaya qaldırmaqla həmin qatarın hərəkətini qeydə almağa başlamışlar və bir qədər çəkiliş etmişlər. Çəkiliş bitdikdən sonra yenidən otelə qayıtmaqla hərə öz otağında yerləşmiş və saat 10 radələrində Türkiyə Respublikasına getmək üçün oteldən çıxdıqda polis əməkdaşları onları saxlayaraq, Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. Qatarları boyamaq onların hobbisidir və həmin vaqonları rəngləməkdə heç bir məqsədləri olmamışdır. Depo ərazisinin qapalı yer olmasını və vaqonların boyanması nəticəsində "xxxx" QSC-nə mühüm ziyan vuracaqlarını bilməmişlər. Bu əməl onun yaşadığı ölkədə cinayət sayılmadıgından, hesab etmişdir ki, burada da cinayət sayılmaz. Buna görədə əməlindən peşman deyildir. Hazırda "xxxx" QSC-yə dəymiş zərəri tam ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 186.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X8 şəhərində Okland Universitetində qrafık-dizayn ixtisası üzrə təhsil almış, fərdi qaydada qrafıkdizayner kimi işləyir və gəliri kifayət çox olur ki, bir ildə bir neçə xarici ölkəyə səfər edə bilsin. O, bundan başqa dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir çox ölkələrdə metroların qatarlarına boya ilə şəkillər çəkmişdir. Bu onda hobbi kimi formalaşmışdır. Fransa Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1 və Avstraliya İttifaqının vətəndaşı olan Təqsirləndirilən şəxs3 onun 10 illik dostlarıdır və onlar birlikdə çox ölkələrdə olmuşlar. Əvvəlcədən razılaşıb qərarlaşdırmışlar ki, turist kimi Misir Dövlətinə getsinlər və orada görüşsünlər. 2024-cü ilin mart ayının ortalarında onlar birlikdə Misir dövlətində görüşmüşlər. İnternet üzərindən araşdırma aparan zaman müəyyən etmişlər ki, Misirdən Azərbaycan Respublikasına getmək sərfəli qiymətə başa gəlir. Buna görə 25 mart 2024-cü il tarixdə Misir Dövlətindən təyyarə ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdən sonra hava limanında olarkən orada olan avtomobil icarəyə verən şirkətin sahibi “Sabir” adlı şəxsdən 5 gün müddətinə 300 avro qarşılığında dostu Təqsirləndirilən şəxs1 ilə tərtib edilmiş müqavilə ilə “Hyundai” markalı avtomobil icarəyə götürmüşlər. Həmin avtomobili o və dostu Təqsirləndirilən şəxs1 üzərində olan sürücülük vəsiqəsi ilə növbəli şəkildə idarə etmişlər. Bakı şəhərinə gəldikdən sonra əvvəlcədən sifariş etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən “Wyndham” otelində o və Təqsirləndirilən şəxs3 217 nömrəli otaqda, dostu Təqsirləndirilən şəxs1 isə 250 nömrəli otaqda yerləşmişlər. Qaldıqları oteldə Təqsirləndirilən şəxs1 otağındakı pəncərədən metro qatarlarının yerləşdiyi depo ərazisi açıq şəkildə görünmüşdür. Həmin oteldə olarkən onlar depo ərazisinə girib qatarların üzərini qrafıt boya ilə rəngləmək və şəkillərini çəkmək qərarına gəlmişlər. 27 mart 2024-cü il tarixdə sosial şəbəkələrdən əldə etdikləri məlumat əsasında “X11 Shop” adlı mağazadan 50-60 manat dəyərində müxtəlif rənglərdə sprey boyalar alıb idarə etdikləri avtomobil ilə yerləşdikləri otelə gəlmişlər. Həmin boyaları avtomobildən götürməklə hər kəs çəkməli olduğu boyanı özündə saxlamaqla otaqlarında qalmışlar. Əvvəlcədən aralarında olan razılığa əsasən 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində hər üçü deponun daş hasarından keçməklə depo ərazisinə daxil olmuş, həmin vaxt ətrafda kənar şəxs olmadığına əmin olduqdan sonra qatara yaxınlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs3 1912 nömrəli vaqonun, o və Təqsirləndirilən şəxs1 isə birlikdə 2825 nömrəli vaqonun üzərinə hər kəs özünə aid xəyalında tutduğu ada uyğun simvolik olaraq rəsm çəkmişlər. Daha sonra isə həmin qatarların şəkillərini çəkib qaldıqları otelə qayıtmışlar. Səhər saatlarında yenidən yuxudan durub Təqsirləndirilən şəxs1 qaldığı otaqdan, həmçinin otelin yanından saat təxminən 07 radələrində dayanmaqla dostu Təqsirləndirilən şəxs3 məxsus dronu havaya qaldırmaqla həmin qatarın hərəkətini qeydə almağa başlamışlar və bir qədər çəkiliş etmişlər. Çəkiliş bitdikdən sonra isə yenidən otelə qayıtmaqla hərə öz otağında yerləşmiş və saat 10 radələrində Türkiyə Respublikasına getmək üçün oteldən çıxdıqda polis əməkdaşları onları saxlayaraq, Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. Qatarları boyamaq onların hobbisidir və həmin vaqonları rəngləməkdə heç bir məqsədləri olmamışdır. Depo ərazisinin qapalı yer olmasını və vaqonların boyanması nəticəsində "xxxx" QSC-nə mühüm ziyan vuracaqlarını bilməmişlər. Hazırda "xxxx" QSC-yə dəymiş zərəri tam ödəmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 186.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sidney şəhərində elekton ticarət vasitəsi ilə paltarların satışı ilə məşğul olur və gəliri kifayət çox olur ki, bir ildə bir neçə xarici ölkəyə səfər edə bilsin. O bundan başqa dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Ermənistanda, Fransada və bir çox ölkələrdə metroların qatarlarına boya ilə şəkillər çəkmişdir. Bu hobbi kimi onda formalaşmışdır. Yeni Zellandiya Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs2 və Fransa Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1 onun 10 illik dostlarıdır və onlar birlikdə çox ölkələrdə olmuşlar. Əvvəlcədən razılaşıb qərarlaşdırmışlar ki, turist kimi Misir Dövlətinə gedib orada görüşsünlər. 2024-cü ilin mart ayının ortalarında onlar birlikdə Misir dövlətində görüşmüşlər. İnternet üzərindən araşdırma aparan zaman Misirdən Azərbaycan Respublikasına getmək sərfəli qiymətə başa gəldiyini müəyyən etmişlər və buna görə 25 mart 2024-cü il tarixdə Misir Dövlətindən təyyarə ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdən sonra hava limanında olarkən orada olan avtomobil icarəyə verən şirkətin sahibi “Sabir” adlı şəxsdən 5 gün müddətinə 300 avro qarşılığında dostu Təqsirləndirilən şəxs1 ilə tərtib edilmiş müqavilə ilə “Hyundai” markalı avtomobil icarəyə götürmüşlər. Həmin avtomobili dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sürücülük vəsiqələri ilə növbəli şəkildə idarə etmişlər. Bakı şəhərinə gəldikdən sonra əvvəlcədən sifariş etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən “Wyndham” otelində o və Təqsirləndirilən şəxs2 217 nömrəli otaqda, dostu Təqsirləndirilən şəxs1 isə 250 nömrəli otaqda yerləşmişlər. Qaldıqları oteldə Təqsirləndirilən şəxs1 otağındakı pəncərədən metro qatarlarının yerləşdiyi depo ərazisi açıq şəkildə görünmüşdür. Həmin oteldə olarkən onlar depo ərazisinə girib qatarların üzərini qrafıt boya ilə rəngləmək və şəkillərini çəkmək qərarına gəlmişlər. 27 mart 2024-cü il tarixdə sosial şəbəkələrdən əldə etdikləri məlumat əsasında “X11 Shop” adlı mağazadan 50-60 manat dəyərində müxtəlif rənglərdə sprey boyalar alıb idarə etdikləri avtomobil ilə yerləşdikləri otelə gəlmişlər. Həmin boyaları avtomobildən götürməklə hər kəs çəkməli olduğu boyanı özündə saxlamaqla otaqlarında qalmışlar. Əvvəlcədən aralarında olan razılığa əsasən 30 mart 2024-cü il tarixdə saat 00:30 radələrində hər üçü deponun daş hasarından keçməklə depo ərazisinə daxil olmuş, həmin vaxt ətrafda kənar şəxs olmadığına əmin olduqdan sonra qatara yaxınlaşmışlar. Bu zaman o, 1912 nömrəli vaqonun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə birlikdə 2825 nömrəli vaqonun üzərinə hər kəs özünə aid xəyalında tutduğu ada uyğun simvolik olaraq rəsm çəkmişlər. Daha sonra isə həmin qatarların şəkillərini çəkib qaldıqları otelə qayıtmışlar. Səhər saatlarında yenidən yuxudan durub Təqsirləndirilən şəxs1 qaldığı otaqdan, həmçinin otelin yanından saat təxminən 07 radələrində dayanmaqla ona məxsus dronu havaya qaldırmaqla həmin qatarın hərəkətini qeydə almağa başlamışlar və bir qədər çəkiliş etmişlər. Çəkiliş bitdikdən sonra isə yenidən otelə qayıtmaqla hərə öz otağında yerləşmiş və saat 10 radələrində Türkiyə Respublikasına getmək üçün oteldən çıxdıqda polis əməkdaşları onları saxlayaraq, Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. Qatarları boyamaq onların hobbisidir və həmin vaqonları rəngləməkdə heç bir məqsədləri olmamışdır. Depo ərazisinin qapalı yer olmasını və vaqonların boyanması nəticəsində "xxxx" QSC-nə mühüm ziyan vuracaqlarını bilməmişlər. Hazırda "xxxx" QSC-yə dəymiş zərəri tam ödəmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadələrində göstərmişdir ki, hüquq şöbəsinin rəisi vəzifəsində işlədiyi "xxxx" QSC dövlətin strateji müəssisəsidir. "xxxx" QSC-nin bütün obyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli 91 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na daxildir. “Mülki Müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2021-ci il tarixli 183 nömrəli Qərarına əsasən "xxxx" QSC-yə xüsusi əhəmiyyətli mülki müdafiə dərəcəsi verilmişdir. Strateji əhəmiyyət kəsb edən "xxxx" QSC-nin bütün obyektlərinin xüsusi mühafizə altında qorunmasını zəruri edən ən böyük faktorlardan biri odur ki, bu ictimai nəqliyyat növü ilə Bakı şəhərində sərnişinlərin kütləvi daşınması həyata keçirilir ki, qatarların müəyyən olunmuş qrafik üzrə hərəkətinin və sərnişinlərin vaxtında, fasiləsiz və təhlükəsiz daşınması təmin olunsun. X5 vətəndaşı Təqsirləndirilən şəxs2, Avstarliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 və Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 30 mart 2024-cü il tarixində gecə saat 00:30 radələrində "xxxx" QSC-nin Nərimanov elektrik deposunun ərazisinə gizli daxil olaraq metro vaqonlarını şəkillərlə və yazılarla boyamaqla dövlət əmlakına zərər vurmuşlar. Belə ki, 30 mart 2024-cü il tarixdə səhər vaxtlarında qatarlar xəttə buraxıldıqdan sonra “Nizami” stansiyası İ yolda 41 nömrəli marşurutun boş vaqonları 2825-2826 olan qatarın 4 və 5-ci vaqonlarının (2825-1912) üzərində kənar yazılar və şəkillər aşkar olunmuş, bu barədə aidiyyəti üzrə məlumatlar verildikdən sonra qatar maşinisti saat 07:00 radələrində “Nəriman Nərimanov” stansiyasında sərnişinləri düşürmək məcburiyyətində qalmış, daha sonra isə həmin qatar xətdən çıxarılaraq Nərimanov elektrik deposuna göndərilmişdir. Qatarların hərəkətində fasilə yaranmış, qatarlararası hərəkət intervalı pozulmuş, bu da haqlı olaraq sərnişinlərin kəskin narazılığına səbəb olmuşdur. Qatarın xətdən çıxarılması və Nərimanov elektrik deposuna göndərilməsi sərnişin itkisinə, həmçinin problemin aradan qaldırılması üçün əlavə xərclərə, material, işçi qüvvəsi və digər sərfıyyatlara səbəb olmuşdur. Barələrində cinayət təqibi aparılan X5 vətəndaşı Təqsirləndirilən şəxs2, Avstarliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 və Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin gündəlik və kütləvi-ictimai səciyyə daşıyan iş fəaliyyəti pozulmuş, ictimai təhlükəli əməl qərəzli şəkildə, paytaxt ərazisində sərnişin daşınması üzrə əhəmiyyətli sıxlığın müşayiət edildiyi günlərdən birində törədilməklə nəticə etibarı ilə metro vaqonunun xətdən çıxarılmasına səbəb olmuş, sərnişindaşıma fəaliyyətinə, sərnişin məmnunluğuna, Səhmdar Cəmiyyətin işgüzar nüfuzuna mənfi təsir göstərmişdir. Törədilmiş əməl nəticəsində "xxxx" QSC-yə ƏDV daxil olmaqla 11751 (on bir min yeddi yüz əlli bir) manat 23 (iyirmi üç) qəpik maddi ziyan dəymişdir. Hal-hazırda "xxxx" QSC-yə vurulmuş zərər ödənilmiş, maddi tələbləri yoxdur, qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nərimanov adına elektrik Deposu”na daş hasardan keçməklə platformada dayanan qatarın vaqonlarının yan səthinə qrafıt çəkib "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarı zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, X5 vətəndaşı Təqsirləndirilən şəxs2 və Avstarliya İttifaqının vətəndaşı Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən “Wyndham” otelində müəyyən edilmişdir. Həmin vaxt o həmin şəxslərə özünü təqdim edərək polis əməkdaşı olduğunu dedikdə həmin şəxslər ondan uzaqlaşmağa başlamışlar. O isə həmin şəxslərə dayanmalarını bildirib Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmiş və raportla aidiyyəti üzrə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdə "xxxx" QSC-nə çilingər vəzifəsinə işə qəbul olunmaqla fəaliyyətə başlamış, 2003-cü il tarixdən isə qatar maşinisti vəzifəsində xidmət etmişdir. İş qrafiki 8 saatdan ibarət olmaqla səhər və axşam növbələrinə bölünür. İş gününə isə müxtəlif sonuncu stansiyalarda dayandırılmış qatarları hərəkətə gətirməklə başlayır. 30 mart 2024-cü il tarixdə səhər saat 05 radələrində "xxxx" QSC-nin Nərimanov elektrik deposuna gəlməklə 34-cü yolda olan 2825-2826 nömrəli qatara yaxınlaşıb 2826 saylı vaqon hissədən qatara orada maşinistlər üçün nəzərdə tutulmuş kiçik platformadan daxil olmuşdur. Belə ki, qatar dayanan yerdə qatar saat təxminən 05 radələrindən yüksək gərginlik qoşulmaqla gərginlik altında olduğundan maşinistlər həmin qatara yalnız nəzərdə tutulmuş kiçik platformadan daxil ola bilir. Həmin vaxta qədər isə saat təxminən 01 radələrindən 05 radələrinədək qatar yüksək gərginlikdən ayrılmış olur. Saat 05 radələrində qatar gərginliyə qoşulmuş olduğundan o, 2826 saylı vaqon hissədən qatara daxil olub qatarın iç hissəsini müşahidə etməklə vaqonların akkumlyator və motor-kompressorunu qoşub ön tərəfə doğru hərəkət etmişdir. Orada qatar maşinisti üçün nəzərdə tutulmuş kabinada əyləşib elektrik pnevmatik avadanlıqlarını yoxladıqdan sonra qatarı hərəkətə gətirməklə “Dərnəgül” xətti istiqamətində sərnişinlərin daşınmasını həyata keçirməli olmuşdur. Həmin xətt üzrə hərəkətdə olarkən, yəni "xxxx" QSC-nin “Nizami” stansiyası İ yolda 41 nömrəli marşurutun boş vaqonları 2825-2826 olan qatarın 4 və 5-ci vaqonlarının (2825- 1912) üzərində kənar yazılar və şəkillər aşkar olunmuşdur. Odur ki, bu barədə aidiyyəti üzrə məlumat verdikdən sonra qatar yenidən xəttdən çıxarılmaqla Nərimanov elektrik deposuna qayıtmalı olmuşdur. O, da müvafiq olaraq saat 07:00 radələrində “Nəriman Nərimanov” stansiyasında qatarda olan sərnişinləri düşürərək depoya doğru istiqamətlənmiş və sonra depoda olan digər qatarı təhvil götürməklə iş gününə davam etmişdir. Qatarın xətdən çıxarılması nəticəsində qatarların hərəkətində fasilə yaranmış, qatarlararası hərəkət intervalı pozulmuş və qatarın Nərimanov elektrik deposuna göndərilməsi sərnişin itkisinə, həmçinin problemin aradan qaldırılması üçün əlavə xərclərə, material, işçi qüvvəsi və digər sərfıyyatlara səbəb olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və Şahid2 Hikmət oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 mart 2024-cü il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 2 ünvanda yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nərimanov adına elektrik Deposu”nda baş verməsi və hadisə zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 2825 nömrəli baş vaqonun və 1912 nömrəli orta vaqonun yan səthinə qrafıt (rəsmlər) çəkilməklə əmlaka ziyan vurulması müəyyən olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-296/2024 nömrəli qərarından görünür ki, CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o MSY-dən azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o MSY-dən azad edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 186.2.2 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Samir Axundov tərəfindən 30 mart 2024-cü il tarixdə tərtib edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin törədilməsi zamanı istifadə olunmuş 3 (üç) ədəd boya qabı, 4 (dörd) ədəd rəng fırçası və 2 (iki) ədəd sprey boya Təqsirləndirilən şəxs3 götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024cü il tarixli 5/455 №-li rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS 17.3.1” əməliyyat sistemi ilə təhciz olunmuş “İPhone 12 mini” markalı “A2399” modelli “**********03877, **********71401” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təhciz olumuş “İPhone 14 Pro” markalı “SİM” danışıq kartının yerləşdiyi yuvada olan “A2890” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir (mobil smartfonun “SİM” danışıq kartının yerləşdiyi yuvada “ımeı” kodu göstərilməmişdir). Təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təhciz olumuş “İPhone 15 Pro” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “İPhone 15 Pro” markalı mobil smartfonun “SİM” danışıq kartının yerləşdiyi yuvada “ımeı” kodunun və modelinin göstərilməməsi səbəbindən mobil smartfonun “ımeı” kodunu və modelini müəyyən etmək mümkün olmadı.
2. Tədqiq olunan “İphone 12 mini” markalı “A2399” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, video fayllar və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu,
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İPhone 12 mini” markalı “A2399” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “+33 6 3072 80 73” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Teubbie” adlı istifadəçi profildə “Telegram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat (çat seansı, çıxan, buraxılmış və gələn səsli zənglər) mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
4. Tədqiq olunan “İPhone 12 mini” markalı “A2399” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı müəyyən olunmadı.
5. Tədqiq olunan “İphone 12 mini” markalı “A2399” modelli mobil smartfonun yaddaşından pozulmuş məlumat müəyyən olunmadı. 6.Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbəblərə görə tədqiq olunan “İPhone 14 Pro” markalı “A2890” modelli və “İPhone 15 Pro” markalı mobil smartfonların yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol- password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı.
7. Rəyin “Tədqiqi hissesi”nin 6-cı bəndində göstərilən səbəblərə görə tədqiq olunan “İPhone 14 Pro” markalı “A2890” modelli və “İPhone 15 Pro” markalı mobil smartfonların yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, audio, foto, video fayllar, “Whatshapp” proqram təminatı, “Telegram” və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonların yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
8. Təqdim edilmiş arxa hissəsində “djı” yazısı olan dron idarəetmə pultunun “Menyu” hissəsinin “Album” bölməsində foto və video fayllar müəyyən olunmadı.
9. Təqdim edilmiş arxa hissəsində “djı” yazısı olan dron idarəetmə pultunun daxilindəki bir ədəd üzərində “SanDisk Extreme 128 GB” yazısı olan “micro SD” xarici yaddaş kartında müxtəlif xarakterli məlumatlar müəyyən olundu.
10. Təqdim edilmiş bir ədəd (adapterin daxilindəki) üzərində “SanDisk Extreme 128 GB” yazısı olan “micro SD” xarici yaddaş kartında hər hansi bir məlumat müəyyən olunmadı.
11. Tədqiq olunan arxa hissəsində “djı” yazısı olan dron idarəetmə pultunun daxilindəki bir ədəd üzərində “SanDisk Extreme 128 GB” yazısı olan “micro SD” xarici yaddaş kartından və bir ədəd (adapterin daxilindəki) üzərində “SanDisk Extreme 128 GB” yazısı olan “micro SD” xarici yaddaş kartından müxtəlif xarakterli pozulmuş fayllar bərpa olundu. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024cü il tarixli 9/2855 №-li rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin İstismar üzrə baş mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 2825 nömrəli baş vaqonun və 1912 nömrəli orta vaqonun zədələnməsi nəticəsində "xxxx" QSC-na dəymiş ziyanın məbləği 2024-cü ilin mart ayına 8135,23 manat müəyyən edilir. Akta qeyd edilən sərnişindaşıma üzrə 3616,00 manat itirilən gəlir əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid deyil. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, 3 (üç) ədəd boya qabı, 4 (dörd) ədəd rəng fırçası və 2 (iki) ədəd sprey boya, 1 (bir) ədəd “İphone 12 mini” markalı mobil telefon, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon, 1 (bir) ədəd “İphone 15 Pro” markalı mobil telefon, 1 (bir) ədəd qara rəngli xüsusi dron çantası, 1 (bir) ədəd üzərində batareyası, dörd cüt pəri və 360 dərəcəli görüntü almaq imkanına malik bir ədəd, alt qismində sadə olmaqla iki ədəd, ön qismində sadə olmaqla iki ədəd video-foto kamerları yerləşdirilmiş “DJİ” markalı “Mini 3 Pro” modelli dron, 3 (üç) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş batareya yerləşdirilmiş enerji doldurma bloku, 6 (altı) cüt ehtiyat istifadə üçün nəzərdə tutulmuş pər, 1 (bir) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı, 1 (bir) ədəd “Micro SD” yaddaş kartının istifadə edilməsi üçün “SanDisk” markalı adapter, 1 (bir) ədəd “Typ-C” modelli kabel, 1 (bir) ədəd üzərində “PGYTECH” sözləri yazılmış qara rəngli kiçik qutu içərisində yerləşdirilmiş 4 (dörd) ədəd “HD-ND8” modelli kamera qurğusu üçün linzalar, 1 (bir) ədəd kiçik ölçülü vintaçan, 1 (bir) ədəd üzərində “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı olan “DJİ RC” markalı “RM330” modelli dron idarəetmə pultu və məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş 1 (bir) ədəd “SanDisk” markalı 128 GB həcminə malik yaddaş qurğusu (USB Flash) sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələləri həll edilənədək saxlanmalarından ötrü məktubla Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-608/2024 nömrəli qərarından görünür ki, CM-in 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddəsinə, 21 iyul 2024-cü il tarixə kimi uzadılmışdır. Pul vəsaitinin məsul saxlanca verilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Wyndham otelində saxlanılmış Təqsirləndirilən şəxs1 məxsus 41 ədəd 50 euro əsginazdan ibarət ümumilikdə 2050 euro, 01 ədəd 20 sent, 02 ədəd 10 sent, 01 ədəd 05 sent, 03 ədəd 02 sent, 02 ədəd 01 sent əsginazdan ibarət olmaqla ümumilikdə 53 sent, 04 ədəd misir dövlətinə məxsus 10 pound nağd pul vəsaiti Bakı şəhər Baş Polis İdarəsinin maliyyə-plan şöbəsinə saxlanca verilmişdir. İş materiallarında olan № FJB**********665 saylı, 19 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Bakı Metropoliteni QSC-yə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl nəticəsində vurulmuş ziyan 11.755 manat tam ödənmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə çıxışları mərhələsində müdafiəçisi Təqsirləndirilən şəxs1 əvvəllər də eyni xarakterli hərəkətlərinə görə vətəndaşı olduğu Fransa Respublikasında 400 evro məbləğində cərimə olunmasını bildirmiş və bunu Clerc Theo özü də təsdiq etmişdir. CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. CM-nin 186.2.2-ci maddəsinə əsasən -Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri CM-in 186.2.2 və 221.2.1 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəri tam ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, xüsusilə qeyd olunan cinayətin törədilməsində təşəbbüskarlığı və fəallığı, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi, eləcə də eyni əmələ görə hətta vətəndaşı olduğu Fransa Respublikasında əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycan Respublikasında bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı qeyrisəmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmadığı nəzərə alınaraq, o, CM-in 186.2.2 və 221.2.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra CM-nin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarmalıdır. CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərin tam ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-in 186.2.2 və 221.2.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 186.2.2 və 221.2.1 maddələrinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar toplanmalı, onun şübhəli şəxs qismində tutulduğu 02 gün (1 sutkadan çox olmuşdur) Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərin tam ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-in 186.2.2 və 221.2.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 186.2.2 və 221.2.1 maddələrinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar toplanmalı, onun şübhəli şəxs qismində tutulduğu 02 gün (1 sutkadan çox olmuşdur) Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir. İş materillarından da göründüyü kimi De X4 Zelandiya dövlətinin və Təqsirləndirilən şəxs3 Avstraliya ittifaqının vətəndaşıdırlar və onların Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmənin üç formasını müəyyənləşdirir: 1. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi; 2. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi; 3. təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi yalnız işin müstəsna vəziyyəti və təqsirkarın şəxsiyyətinə aid olan məlumatlar birlikdə nəzərə alınmaqla təyin edilə bilər. Bu zaman cinayətin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan hallar (o cümlədən qanunda nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar) müstəsna hal kimi qəbul edilə bilər. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Məhkəmə maddi sübut Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 (bir) ədəd “İphone 12 mini” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2, 1 (bir) ədəd “İphone 15 Pro” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. Digər maddi sübutlar Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 3 (üç) ədəd boya qabı, 4 (dörd) ədəd rəng fırçası və 2 (iki) ədəd sprey boya hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 (bir) ədəd qara rəngli xüsusi dron çantası, 1 (bir) ədəd üzərində batareyası, dörd cüt pəri və 360 dərəcəli görüntü almaq imkanına malik bir ədəd, alt qismində sadə olmaqla iki ədəd, ön qismində sadə olmaqla iki ədəd video-foto kamerları yerləşdirilmiş “DJİ” markalı “Mini 3 Pro” modelli dron, 3 (üç) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş batareya yerləşdirilmiş enerji doldurma bloku, 6 (altı) cüt ehtiyat istifadə üçün nəzərdə tutulmuş pər, 1 (bir) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı, 1 (bir) ədəd “Micro SD” yaddaş kartının istifadə edilməsi üçün “SanDisk” markalı adapter, 1 (bir) ədəd “Typ-C” modelli kabel, 1 (bir) ədəd üzərində “PGYTECH” sözləri yazılmış qara rəngli kiçik qutu içərisində yerləşdirilmiş 4 (dörd) ədəd “HD-ND8” modelli kamera qurğusu üçün linzalar, 1 (bir) ədəd kiçik ölçülü vintaçan, 1 (bir) ədəd üzərində “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı olan “DJİ RC” markalı “RM330” modelli dron idarəetmə pultu hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməli, məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş 1 (bir) ədəd “SanDisk” markalı 128 GB həcminə malik yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhər Baş Polis İdarəsinin maliyyə-plan şöbəsinə saxlanca verilmiş Təqsirləndirilən şəxs1 məxsus 41 ədəd 50 euro əsginazdan ibarət ümumilikdə 2050 euro, 01 ədəd 20 sent, 02 ədəd 10 sent, 01 ədəd 05 sent, 03 ədəd 02 sent, 02 ədəd 01 sent əsginazdan ibarət olmaqla ümumilikdə 53 sent, 04 ədəd misir dövlətinə məxsus 10 pound nağd pul vəsaiti Təqsirləndirilən şəxs1 geri qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirlədirilən şəxlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona CM-nin 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 186.2.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 5.000 (beş min) manat cərimə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3.000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 7.000 (yeddi min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 gün nəzərə alınmaqla üzərində qəti olaraq 6.800 (altı min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 186.2.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 5.000 (beş min) manat cərimə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3.000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 7.000 (yeddi min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 gün nəzərə alınmaqla üzərində qəti olaraq 6.800 (altı min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 (bir) ədəd “İphone 12 mini” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2, 1 (bir) ədəd “İphone 15 Pro” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs3 geri qaytarılsın. Maddi sübut Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 3 (üç) ədəd boya qabı, 4 (dörd) ədəd rəng fırçası və 2 (iki) ədəd sprey boya hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 (bir) ədəd qara rəngli xüsusi dron çantası, 1 (bir) ədəd üzərində batareyası, dörd cüt pəri və 360 dərəcəli görüntü almaq imkanına malik bir ədəd, alt qismində sadə olmaqla iki ədəd, ön qismində sadə olmaqla iki ədəd video-foto kamerları yerləşdirilmiş “DJİ” markalı “Mini 3 Pro” modelli dron, 3 (üç) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş batareya yerləşdirilmiş enerji doldurma bloku, 6 (altı) cüt ehtiyat istifadə üçün nəzərdə tutulmuş pər, 1 (bir) ədəd ehtiyat istifadə üçün nəzərdə tutulmuş “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı, 1 (bir) ədəd “Micro SD” yaddaş kartının istifadə edilməsi üçün “SanDisk” markalı adapter, 1 (bir) ədəd “Typ-C” modelli kabel, 1 (bir) ədəd üzərində “PGYTECH” sözləri yazılmış qara rəngli kiçik qutu içərisində yerləşdirilmiş 4 (dörd) ədəd “HD-ND8” modelli kamera qurğusu üçün linzalar, 1 (bir) ədəd kiçik ölçülü vintaçan, 1 (bir) ədəd üzərində “SanDisk” markalı 128 GB həcminə malik “Micro SD” yaddaş kartı olan “DJİ RC” markalı “RM330” modelli dron idarəetmə pultu hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Maddi sübut 1 (bir) ədəd “SanDisk” markalı 128 GB həcminə malik yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər Baş Polis İdarəsinin maliyyə-plan şöbəsinə saxlanca verilmiş Təqsirləndirilən şəxs1 məxsus 41 ədəd 50 euro əsginazdan ibarət ümumilikdə 2050 euro, 01 ədəd 20 sent, 02 ədəd 10 sent, 01 ədəd 05 sent, 03 ədəd 02 sent, 02 ədəd 01 sent əsginazdan ibarət olmaqla ümumilikdə 53 sent, 04 ədəd misir dövlətinə məxsus 10 pound nağd pul vəsaiti Təqsirləndirilən şəxs1 geri qaytarılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Gültəkin Əsədova