Məhkəmə qərarları › İş №1(005)-357/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-357/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-357/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 17 mart 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu,“Ulduz" metro stansiyasının yaxınlığından 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 6,84 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla olunmamış mənbədən əldə edib üzərində saxlayaraq, həmin tarixdə ünvan 3 ünvanının qarşısına daşımış, 17 mart 2025-ci il tarixdə saat 22:55 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığı üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 6,84 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Azərbaycana təzə gəlib, uzun müddət Rusiyada yaşamışdır. Hazırda Atatürk parkında ofisiant işləyir. Saxlanıldığı gün, bayram vaxtı olmuş, axşam saatlarında işdən evə tez getmək istəmişdir. Həmin vaxt iş yoldaşı kim tanıdığı, lakin yaxın münasibətləri olmayan Rauf adlı şəxsdən borca pul istəmişdir, o da onunla bir yerə getmələrini, daha sonra pul vəsaitini verə biləcəyini bildirmişdir. Daha sonra Rauf ilə birlikdə pivə içmiş və metro vasitəsilə onunla birlikdə Ulduz metrostansiyasının yaxınlığına getmişlər. Daha sonra Rauf bir yerə gedib gələcəyini bildirmiş, biraz uzaqlaşan kimi polis əməkdaşları ona yaxınlaşıb şöbəyə aparmışlar. Şöbədə saxlanılarkən üstündə heç bir narkotik vasitə olmamış, həmin maddələr polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, onların ona dediklərini çəkiliş vaxtı deməsini istəmişlər. Bu səbəbdən qorxduğu üçün onlarla razılaşmış və dediklərini eyni ilə təsdiq etmişdir. Bildirdi ki, onun üzərində narkotik vasitə olmamış, sadəcə ev ilə tez əlaqə saxlamaq üçün çox narahat olduğundan şöbədə ona nə dedilərsə hamısı ilə razılaşmışdır. İttihamçının suallarına cavab olaraq, ona narkotik vasitə təqdim edən şəxsin ona saxlayan əməkdaşlar olmadığını, ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq, sözügedən narkotik vasitəni onun üzərindən aşkar olunmadığını, Raufun üzərində təxminən 10 qram narkotik vasitə aşkar olunduğunu, hər ikisinin eyni maşında şöbəyə aparıldığını, İlk dəfə narkotik vasitəndə marixuanadan 5-10 il əvvəl istifadə etdiyini, son iki-üç ildir ki, davamlı olaraq iki-üç ayda bir dəfə istifadə etdiyini göstərmişdir. Məhkəmənin suallarına cavab olaraq, şöbədə çox narahat olduğunu, ailə üzvlərinin harada olması barədə məlumatı olmadığını, ona görə də polis əməkdaşları nə dedisə onunla razılaşıb, təsdiq etdiyini, ona qarşı işgəncə, ləyaqəti alçaldan rəftara yol verilmədiyini, bu barədə heç bir hüquq mühafizə orqanına məlumat vermədiyini, Rauf adlı şəxsdən 20-30 manat pul vəsaiti borc almaq məqsədilə onunla görüşdüyünü, Gənclik metrostansiyası yaxınlığında pivə içdikdən sonra Rauf ilə Ulduz metrostansiyasına getdiklərini və orada da tutulduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında verdiyi ifadəsində elan edilmiş ittihamla özünü təqsirli bilərək, ittihamın məzmunu barədə ifadə verməmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilmiş və tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ifadəsini Azərbaycan dilində vermək istəyir. İfadəsinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazılaraq çap edilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs kimi malik olduğu hüquq və vəzifələri ona izah olundu, həmin hüquq və vəzifələrinə dair bildirişi aldı. İfadə verməkdən imtina etmək hüququ ona izah olundu. Bu gün ifadə vermək istəyir. Törədilməsində ittiham edildiyi cinayətin mahiyyəti ona izah olundu və aydındır. Ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Bildirir ki, təxminən 1-2 ildir ki, narkotik vasitə olan HıəşəAlən istifadə edir. 17 mart 2025-ci il tarixdə axşam saatlarında o, “insiaqram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından nəşə almaq üçün sonuncunun kart hesabına 40 manat pul köçürmüş, ona ünvan təqdim etmiş və nəşəni orada gizlətdiyini demişdir. O. da həmin ünvan üzrə ünvan 8 şəffaf rəngli sellofanda olan nəşəni götürüb şəxsi istifadəsi üçün əynindəki gödəkcənin sol yan cibinə qoymuşdur. Həmin tarixdə saat 22:55-də o, Nərimanov rayonu M.Nərimanov küçəsində yol gedərkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını deyərək ondan özünü təqdim etməyini istəyiblər. O, həmin vaxt üzərində narkotik vasitə olduğuna görə cavab verməkdən yayınmış və qaçmaq istəmiş, bu zaman həmin şəxslər onu saxlayaraq avtomobilə əyləşdiriblər və polis şöbəsinə apardıqlarını bildiriblər. Yol gedərkən söhbət zamanı o, etiraf edib ki, üzərində narkotik vasitə var. Daha sonra polis şöbəsinə dəvət edilmiş vəkilin iştirakı ilə o, tutulub, ona hüquq və vəzifələri izah edilib, sonra isə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o. əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 1 ədəd bükümdə olan “nəşə”ni təqdim etmiş və həmin büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri onun və hal şahidləri tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:55 radələrində ünvan 9 ünvanda Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə xidmətdə olduqları zaman bir şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görüb və bu səbəbdən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim ediblər. Həmin şəxsə yaxınlaşıb özü barəsində məlumat verməsini soruşduqda özünü şübhəli apararaq eləcə də, verilmiş suallara qeyri-müəyyən cavab verməsi və yanlarından qaçmağa cəhd etmiş, lakin onlar tərəfindən saxlanılmışdır. Həmin şəxsdən qaçmasını soruşan zaman üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Ona görə də. həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına getməyi xahiş ediblər. Həmin şəxs onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gəlmiş və onun PŞ-nin Növbətçi hissəsinə təhvil veriblər. Məlum olub ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Odur ki, bu barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinin adına raport tərtib ediblər. Sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin ləhqiqalçısı, polis mayoru fazil Osmanov tərəfindən xidməti otağında vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə /amanı Təqsirləndirilən şəxs təklif olunub ki. paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud is üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları \ə ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərində qoymuşdur. Sonra isə o, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra o, bildirib ki. üzərində başqa əşya yoxdur. Bundan sonra isə onun üzərinə tərəflərindən baxış keçirilmiş, heç bir əşya müəyyən edilməmişdir. Həmin maddənin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik maddə marixuana, yəni “nəşədir' və xx.xx.2025-ci il tarixdə Nərimanov rayonunda, Ulduz m/s yaxınlığından tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə instagram sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq həmin şəxsdən 40 manat müqabilində almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilməmiş, ona narkotik vasitə təqdim edilməmiş, saxlanılarkən təkbaşına olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və sonuncunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bayramov X2 Ümid Əkbər oğlunun göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:55 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2025-ci il tarixli, 7/467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm” yazılar və imzalar olan zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,84 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. 19 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 26 mart 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edir. Həmin sellofan bükümün içərisində yaşımtıl rəngli btki mənşəlli maddə aşkar edilir. Əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs sellofan bükülünün içərisində yaşımtıl rəngli, bitki mənşəlli maddənin marixuana, yəni nəşə olduğunu və tanımadığı şəxsdən aldığını bildirir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 17.04 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin Rusiya federasiyası tərəfindən xx.xx.2022-ci il tarixdən Dövlətlərarası axtarışa verilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 18 mart 2025-ci il tarixli, 1667 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəində dispanser qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut kimi tanınma haqqında” 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 6,84 qram narkotik maddə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 6,79 qram marixuana saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin şöbədə ona verildiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməyərək, narkotik vasitənin onun üzərindən aşkar edilmədiyini, polis əməkdaşları tərəfindən şöbədə ona məxsus olmayan narkotik vasitənin təqdim edildiyini, qorxduğu və ailəsi ilə əlaqə saxlamaq istədiyi üçün ibtidai istintaqda etirafedici ifadə verməyə məcbur olduğunu iddia etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin bu müdafiə arqumentlərini və məhkəmə istintaqının gedişində mövqeyini dəyişərək sonradan özünü tam təqsirli bilməsini işin faktiki halları və toplanmış mötəbər sübutlar kontekstində təhlil edərək aşağıdakı nəticəyə gəlir: Birincisi, təqsirləndirilən şəxsin ilkin məhkəmə iclasındakı "narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması" və "saxlanılarkən üzərində heç nəyin olmaması" barədə iddiaları iş üzrə toplanmış obyektiv sübutlarla, xüsusilə də şəxsi axtarışın gedişatını əks etdirən protokolla tamamilə təkzib olunur. Belə ki, xx.xx.2025-ci il tarixli "Şəxsin saxlanılması və üstünün yoxlanılması" protokoluna və ona əlavə edilmiş, məhkəmə iclasında tədqiq olunan videoçəkiliş materiallarına əsasən, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, öz iradəsi ilə, heç bir kənar təsir olmadan gödəkçəsinin sol cibindən narkotik vasitəni çıxararaq təqdim etmiş və onun "marixuana" olduğunu şifahi şəkildə bəyan etmişdir. Videoçəkilişdə təqsirləndirilən şəxsin davranışlarının sərbəst olması, nitqinin aydınlığı və hadisəni təfərrüatı ilə nəql etməsi onun iradəsinin zədələndiyinə dair iddiaları əsassız edir. İkincisi, təqsirləndirilən şəxsin "ibtidai istintaq zamanı təzyiqə məruz qalması" və "qorxduğu üçün etiraf etməsi" barədə ilkin müdafiə versiyası da məhkəmə tərəfindən tənqidi qiymətləndirilərək rədd edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və milli qanunvericiliyə görə, pis rəftar və ya təzyiq iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Məhkəmə belə iddiaları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq etməli və iddianı təsdiq edən kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin mövcudluğunu yoxlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin bu iddiasını heç bir obyektiv sübutla əsaslandıra bilmədiyini müəyyən edir. Hazırkı işdə Təqsirləndirilən şəxs saxlanıldığı andan vəkil ilə təmin edilmiş, dindirmə və axtarış hərəkətləri müdafiəçinin iştirakı ilə aparılmışdır. O, istintaq dövründə və ya sonradan prokurorluq və ya digər hüquq mühafizə orqanlarına, o cümlədən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə hər hansı fiziki və ya psixi təzyiqə məruz qalması barədə şikayət etməmiş, tibbi müayinə olmaq istəməsi barədə bəyan etməmişdir. Bu səbəbdən, məhkəmə onun ilkin inkaredici ifadəsini məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə taktikası kimi qiymətləndirir və ibtidai istintaq zamanı verdiyi ifadəyə üstünlük verir. Üçüncüsü, təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi faktı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi ilə də təsdiqini tapır. Rəyə əsasən, Təqsirləndirilən şəxs "kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu" aşkar edilmişdir. Şəxsin narkotik vasitə istifadəçisi olması və asılılıqdan əziyyət çəkməsi, onun üzərində aşkar edilmiş narkotik vasitənin məhz istehlak məqsədilə əldə edildiyini təsdiqləyən dolayısı sübut kimi çıxış edir və onun "narkotikdən xəbərsiz olması" versiyasını məntiqi cəhətdən təkzib edir. Dördüncüsü, təqsirləndirilən şəxsin sonuncu məhkəmə iclasında əvvəlki ifadələrindən imtina edərək, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsi və səmimi peşmançılıq çəkməsi, məhkəmə tərəfindən onun törətdiyi əməli dərk etməsi və islah olunma yoluna qədəm qoyması kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin (polis əməkdaşlarının) ifadələri, ekspertiza rəyləri və maddi sübutlar təqsirləndirilən şəxsin son etirafedici ifadəsi ilə tam uzlaşır və vahid sübutlar zənciri yaradır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşmançılığını və himayəsində 3 azyaşlı uşağın olmasını nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək, cəmi 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – Bakı, Sumqayıt və Abşeron şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli və profilaktik nəzarətdə saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan narkotik vasitənin qalığı – 6,79 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 72 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 04 (dörd) gün), təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: Bakı, Abşeron və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməklə profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan narkotik vasitənin qalığı – 6,79 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 72 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar