Məhkəmə qərarları › İş №1(005)-358/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-358/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-358/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 67987 saylı Hərbi Hissəsində çağırış üzrə xidmət edən, hərbi qulluqçu, kiçik çavuş, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyul 2020-ci il tarixdə, saat 14 radələrindən 06 yanvar 2021-ci il tarixdə, saat 15 radələrinədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu, Aşıq Qərib küçəsində yerləşən 181 saylı evdə xx xxxx 2005-ci ildə doğulmuş Zərərçəkmiş şəxs ilə bir neçə dəfə qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 67987 saylı Hərbi Hissəsində çağırış üzrə müddətli həqiqi hərbi xidmətini davam etdirir və kiçik çavuşdur. Zərərçəkmiş şəxs ilə 03 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X6rşısında tanış olmaqla, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ilə tanış olandan sonra, onunla həm mobil telefon vasitəsilə, həm də sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. İlk əvvəl, dost kimi münasibət qursalar da, sonralar bir-birilərini sevməyə başlamışlar. Zərərçəkmiş şəxs ilə 2 ilə yaxın müddət ərzində əlaqə saxlayıb bir neçə dəfə görüşsələr də, bu müddət ərzində aralarında heç nə olmamışdır. Sevgili kimi əl-ələ tutsalar da, onun hər-hansı bədən orqanına toxunmamış, qucaqlaşmamış və öpüşməmişlər. Onun Zərərçəkmiş şəxs qarşı niyyəti ciddi olmaqla, məqsədi gələcəkdə onunla evlənmək olmuşdur. Lakin, həmin vaxt Zərərçəkmiş şəxs 13- 14 yaşı olduğundan, ona el adəti ilə elçi göndərə bilməmiş və düşünmüşdür ki, hərbi xidmətini başa çatdırıb geri qayıdandan sonra, onunla evlənəcəkdir. Sonralar həm karantin vaxtı olduğu üçün Zərərçəkmiş şəxs ilə küçədə görüşə bilmədiyindən, həm də, sonuncunun anası Qanuni nümayəndə və babası Əjdər İsmayılov onun Zərərçəkmiş şəxs ilə bir-birilərini sevmələri haqqında məlumatlı olmadıqlarından, Zərərçəkmiş şəxs ilə danışıb tanışı Faiq adlı şəxsin kirayə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən 181 saylı evdə görüşmək qərarına gəlmişlər. Bu məqsədlə tanışı Faiqə qız tanışı ilə onun kirayə yaşadığı evdə hazırlığı edəcəyini deyib evin açarını ona verməsini xahiş edəndə, o, hər hansı problemin olmadığını bildirmiş və istəyəcəyi halda kirayə yaşadığı evin açarını ona verəcəyinə razılıq vermişdir. Zərərçəkmiş şəxs ilə razılaşdıqları kimi 28 iyul 2020-ci il tarixdə, saat 14 radələrində görüşüb birlikdə Faiqin kirayə yaşadığı evin qarşısına getmişlər. Faiqlə danışdıqları kimi sonuncu ora gedib evin açarını ona verəndən sonra, oradan getdi. O, Zərərçəkmiş şəxs ilə birlikdə evin içərisinə daxil oldular. Evin içərisində sevgili kimi bir müdddət söhbət edəndən sonra, hər ikisi ehtiraslanmışlar və qucaqlaşıb öpüşmüşlər. Sonra, soyunaraq hər ikisi könüllü razılıq əsasında Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını təmin edəndən sonra, evdən çıxaraq getmişlər. Ondan sonra, ayrı-ayrı vaxtlarda həmin evdə Zərərçəkmiş şəxs ilə təxminən 5-6 dəfə hər ikisinin könüllü razılığı əsasında qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olsalar da, ona qarşı digər hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Sonuncu dəfə, 06 yanvar 2021 -ci il tarixdə, saat 15 radələrində həmin ünvanda yerləşən evdə Zərərçəkmiş şəxs ilə görüşüb hər ikisinin könüllü razılığı əsasında onunla qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olmuşlar və 07 yanvar 2021-ci il tarixdə çağırış üzrə müddətli həqiqi hərbi xidmətə getdiyindən, Zərərçəkmiş şəxs ilə görüşləri olmamışdır. Göstərdiyi müddət ərzində Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olsa da, onunla təbii yolla cinsi əlaqədə olmamış, buna cəhd etməmiş, belə bir fikri olmamış, təbii yolla onunla cinsi əlaqədə olmalarını Zərərçəkmiş şəxs təklif etməmişdir. O, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olsa da, ona qarşı zor tətbiq etməmiş, zor tətbiq edəcəyi ilə hədələməmiş və onunla qeyri-təbii yolla cinsi əlaqəyə girməyə məcbur etməmişdir. Əksinə, Zərərçəkmiş şəxs təklifi ilə hər ikisi razılaşaraq bu cür münasibətə girmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə ailə quracağını, hazırda hərbi xidmətdə olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 03 iyul 2018-ci il tarixdən tanımaqla, onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla Bakı şəhəri Nərimanov rayonu ərazisində gəzintidə olarkəb tanış olmuşdur. Təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü olduğunu tanış olan zaman demişdir. Onunla tanış olandan sonra, həm sosial şəbəkə vasitəsilə, həm də, mobil telefonla bir-biriləri ilə əlaqə saxlamağa başlamışlar. İlk əvvəl, Təqsirləndirilən şəxsla dost kimi münasibət saxlasa da, sonradan bir-birilərini sevməyə başlamışlar. Təqsirləndirilən şəxsla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasa da, həmin müddət ərzində aralarında heç nə olmamışdır. Əvvəllər, Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman o onunla cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu ona təklif etsə də, həmişə onun təklifini rədd etmişdir. 27 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla mobil telefonla danışan zaman ona kiminsə evində görüşmələrini təklif edəndə, o, ilk öncə onun təklifini rədd etmişdir. Lakin, Təqsirləndirilən şəxs israr etdiyindən, onun təklifini qəbul etmiş və sabahısı gün Təqsirləndirilən şəxs onu aparacağı evdə onunla görüşməsinə razılıq vermişdir. Aralarında razılıq əldə olunandan sonra, 28 iyul 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxsla görüşmüş, daha sonra az müddət gəzişəndən sonra, saat 15 radələrində onun təklifi ilə onunla birlikdə tanışı Faiqin kirayə yaşadığı ev kimi təqdim etdiyi Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən 181 saylı birmərtəbəli evə getmişlər. Evin qarşısına çatandan sonra, Təqsirləndirilən şəxs Faiq adı ilə təqdim etdiyi bir cavan oğlan ora gedərək evin darvazasının və evin açarlarını Təqsirləndirilən şəxs vermiş və oradan çıxaraq getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilk öncə, evin darvazasını, daha sonra, evin qapısını açmış və onlar ikisi evə daxil olmuşlar. Həmin vaxt evdə onlardan başqa heç kim olmamışdır. O, Təqsirləndirilən şəxsla birlikdə evin yataq otağına daxil olandan sonra, hər ikisinin razılığı ilə ilk öncə, qucaqlaşıb öpüşmüşlər və paltarlarını soyunduqdan sonra, Təqsirləndirilən şəxs qeyri-təbii yolla, yəni arxa keçəcəkdən onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman təsadüfən sonuncunun cinsiyyət orqanı azacıq onun uşaqlıq yoluna daxil olduğundan, o, qızlıq pərdəsinin tamlığının pozulmasını zənn etmişdir. Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin edəndən sonra, sağollaşıb ayrılmışlar və o, yaşadığı mənzilə getmişdir. Yaşadığı mənzildə alt paltarına qan ləkələrinin düşdüyünün şahidi olsa da, qızlıq pərdəsinin tamlığının həqiqətən pozulmasına əmin olmamışdır. Bundan sonra, ayrı-ayrı vaxtlarda həmin evdə Təqsirləndirilən şəxsla təxminən 10-15 dəfə görüşmüş və hər ikisinin razılığı ilə qeyritəbii yolla, yəni arxa keçəcəkdən onunla cinsi əlaqədə olaraq cinsiehtirasını təmin etmişdir. 06 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində eyni evdə Təqsirləndirilən şəxsla sonuncu dəfə görüşərək hər ikisinin razılığı ilə onunla qeyri- təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olsa da, sabahısı gün, yəni 07 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hərbi xidmətə getdiyindən, ondan sonra görüşləri olmamışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu onun razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olsa da, göstərdiklərindən başqa ona qarşı digər seksual xarakterli hərəkətlər etməmiş, onunla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman ona qarşı hər hansı zor tətbiq etməmiş və ya zor tətbiq edəcəyi ilə hədələməmişdir. Təqsirləndirilən şəxsla tanış olduqları müddət ərzində öz təşəbbüsü ilə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişdir. Daha sonra, qeyd etmişdir ki, X3 2019-cu ilin yay aylarından tanımaqla, onunla münasibəti yaxşı olmuşdur. Belə ki, həmin ərəfələrdə anası Qanuni nümayəndə, xalası Yeganə və xalası qızı Aysu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə gedərək orada qalmağa 3 günlük yer götürmüş və istirahət etməyə başlamışlar. Emin Sadıqlı həmin istirahət mərkəzində müştəriləri əyləndirmək üçün skripka ifa etdiyindən, orada tanış olmuşlar və birbirilərindən telefon nömrələrini götürərək "Whatshapp web" proqramı vasitəsilə tanış kimi əlaqə saxlamağa başlamışlar. Emin Sadıqlı ilə tanış olan zaman ona 2005-ci il təvəllüdlü olduğunu demiş və o da, 27 yaşının olduğunu bildirmişdir. Emin Sadıqlı ilə danışan zaman sonuncu onunla görüşməsini təklif etsə də, onun təklifini qəbul etməmişdir. 2019cu ilin noyabr ayında Emin Sadıqlı ilə danışan zaman sonuncu israr edib onunla görüşməsini təklif edəndə, onun təklifini qəbul etmiş və saat 17 radələrində "Sahil" metrostansiyasının yaxınlığında Emin Sadıqlının skripka dərsləri keçdiyi yerdə onunla görüşmüşdür. Həmin vaxt Emin Sadıqlı ilə danışıb söhbət etsələr də, aralarında heç nə olmadan və Emin ona heç nə təklif etmədən sağollaşıb ayrılmışlar və oradan çıxaraq yaşadığı evə getmişdir. Aradan təxminən 2 həftə keçəndən sonra, Emin Sadıqlının təklifi ilə həmin yerdə yenidən onunla görüşəndə, Emin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini deyib bunu ona təklif etsə də, onun təklifini rədd etmiş və aralarında heç nə olmadan onunla sağollaşıb oradan çıxaraq yaşadığı evə getmişdir. 2020-ci ilin mart ayının sonlarında Emin Sadıqlı ilə danışan zaman o onunla görüşməsini təklif edəndə, onun təklifini qəbul etmiş və "20 yanvar" metrostansiyasının yaxınlığında onunla görüşmüşdür. Emin Sadıqlı əynindəki geyimi dəyişəcəyini deyib həmin metrostansiyanın yaxınlığında yerləşən kirayə yaşadığı mənzilə onu dəvət edəndə, onun dəvətini qəbul etmiş və hər ikisi birlikdə həmin mənzilə getmişlər. Həmin mənzilin hansı binada yerləşməsini hazırda xatırlamır. Saat 18 radələrində Emin Sadıqlı ilə birlikdə mənzilə daxil olanda, orada tanımadığı bir cavan oğlanın olduğunun şahidi olmuşdur. Emin Sadıqlıdan həmin şəxsin kimliyi barədə maraqlananda, Emin onun dostu olduğunu bildirmiş və çay içib gedəcəyini qeyd etmişdir. Tanımadığı həmin cavan oğlan çay içib oradan gedəndən sonra, Emin Sadıqlı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Emin Sadıqlı cinsi ethirasını təmin edəndən sonra, sağollaşıb oradan çıxaraq yaşadığı evə getmişdir. Ondan sonra, Emin Sadıqlı ilə telefonla əlaqə saxlasa da, görüşləri olmamışdır. Emin Sadıqlı ilə görüşən zaman Emin onun razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olsa da, göstərdiklərindən başqa ona qarşı digər seksual xarakterli hərəkətlər etməmiş, onunla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman ona qarşı hər hansı zor tətbiq etməmiş və ya zor tətbiq edəcəyi ilə hədələməmişdir. Sonralar, Emin Sadıqlı "Whatshapp web" proqramı vasitəsilə onunla əlaqə saxlayıb kiminləsə dalaşmasını bildirərək, ondan 100 manat pul borc istəyəndə, ona 100 manat pulunun olmadığını deyərək üstündə 50 manat pulun olduğunu söyləmiş və ona göndərə biləcəyini qeyd etmişdir. Emin Sadıqlı adına olan kartın şəklini ona göndərəndən sonra, o, pul köçürmə aparatlarından biri ilə həmin karta 50 manat pul göndərmişdir. Aradan 2-3 gün keçəndən sonra, Emin Sadıqlı mobil telefonla təkrarən onunla əlaqə saxlayıb mənzilin kirayə pulunu verə bilmədiyini deyərək ondan pul istəyəndə, ona pulunun olmadığını demiş, Emin Sadıqlı isə israr edərək atası Şahid1 pul götürüb ona göndərməsini desə də, atası Şahid1 pul istəyə bilməyəcəyini bildirmişdir. Emin Sadıqlı heç olmasa 20 manat xərclik pulu ona verməsini tələb etsə də, ona pul verməkdən imtina edərək, onun mobil nömrəsini telefonunun qara siyahısına əlavə etmişdir. Ondan sonra, Emin Sadıqlı ilə əlaqəsi kəsilmişdir. Bundan başqa vurğulamışdır ki, X5 14 fevral 2021-ci il tarixdən tanımaqla, onunla münasibəti yaxşı olmuşdur. Belə ki, göstərilən tarixdə, saat 19 radələrində o, anası Qanuni nümayəndə, azyaşlı bacısı Qəmər İsmayılova, qonşusu Vəfa Bəxtiyar və onun azyaşlı oğlu Rəvan Bəxtiyarla birlikdə sevgililər gününü qeyd etmək üçün yeyib-içmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu, Xutor qəsəbəsində yerləşən "Galata Meyhane" adı ilə tanınan restorana getmiş və masaların birinin ətrafında oturub özlərinə yemək sifariş vermişlər. Həmin vaxt qonşu masaların birinin ətrafında sonradan tanıdığı Samir Hüseynovun və Tural Hüseynovun tanımadığı digər şəxslərlə birlikdə oturub yemək yediklərinin şahidi olmuşdur. Yemək yeyən zaman anası Qanuni nümayəndə Samir X13 göstərərək Samir Hüseynovun diqqətlə onu nəzərindən keçirdiyini bildirmişdir. Bundan sonra, X22 Bəxtiyar baxışsalar da, bir- birilərinə heç nə deməmişlər. Yemək yeyib restorandan çıxan zaman tamam ayrı masanın ətrafında oturmuş sonradan adının Anar olduğunu bildiyi şəxs onun anası Qanuni nümayəndə yaxınlaşaraq, ondan mobil telefon nömrəsini istəyəndə, anası Qanuni nümayəndə mobil telefon nömrəsini həmin şəxsə vermiş və oradan çıxaraq yaşadıqları evə qayıtmışlar. Yolla gedən zaman anası Qanuni nümayəndə nə səbəbdən mobil telefon nömrəsini Anar adlı şəxsə verməsini soruşanda, anası Anar adlı şəxslə əlaqə saxlayıb danışacağını bildirmişdir. Danışıq əsnasında X1 xoşuna gəldiyini deyib onunla necə əlaqə saxlaya biləcəyini soruşanda, o, Vəfa Bəxtiyara "Galata Meyhane" restoranının instaqram səhifəsinə daxil olub izləyicilərini nəzərindən keçirməsini və ola bilsin Samir Hüseynovun həmin izləyicilərin siyahısında olacağını demiş və şəkildən onu tanıya biləcəyini nəzərinə çatdırmışdır. 2021-ci ilin mart ayının əvvəllərində X28 Hüseynovun instaqram səhifəsini tapa bilmədiyini deyəndə, bu işdə ona köməklik edəcəyini bildirmişdir. Sonra, o, "Galata Meyhane" restoranının instaqram səhifəsinə daxil olub izləyicilərini nəzərindən keçirəndə izləyicilərin içərisində Tural Hüseynovun olduğunu görmüş və profilindəki fotoşəkildən onu tanımışdır. Bu barədə Vəfa Bəxtiyara deyəndə, Vəfa bəlkə X15 Hüseynovla birlikdə fotoşəklinin ola biləcəyini və onun vasitəsilə Samir Hüseynovu tapa biləcəklərini deyib Tural Hüseynovun instaqram səhifəsini izləməsini ondan xahiş etdiyindən, o da, öz instaqram səhifəsindən Tural Hüseynovun instaqram səhifəsinə dostluq göndərmişdir. Tural Hüseynov instaqram sosial şəbəkəsində dostluğunu qəbul edəndən sonra, onun instaqram səhifəsi vasitəsilə Samir Hüseynovun instaqram səhifəsini tapmış və həmin səhifənin ünvanını Vəfa Bəxtiyara verərək səhifəyə necə daxil ola biləcəyini ona izah etmişdir. Sonra, o, instaqram sosial şəbəkəsi vasitəsilə Tural Hüseynovla tanış olsa da, Vəfa Bəxtiyar utandığından Samir Hüseynovun instaqram səhifəsinə yazmamış və onunla tanış ola bilməmişdir. Tural Hüseynovla tanış olan zaman ona 2005-ci il təvəllüdlü olduğunu demişdir. 08 mart 2021-ci il tarixdə, saat 19 radələrində anası Qanuni nümayəndə təklifi ilə o, anası Qanuni nümayəndə və Vəfa Bəxtiyarla bilikdə yenidən "Galata Meyhane" restoranına getmiş və orada masaların birinin ətrafında oturub özlərinə yemək sifariş vermişlər. Aradan təxminən 1 saat keçəndən sonra, Tural Hüseynov və Samir Hüseynov ikisi ora gələrək digər masaların birinin ətrafında oturmuşlar. Bu vaxt Tural Hüseynov onlara yaxınlaşıb onların oturduğu masanın ətrafında onlarla birlikdə oturmaqlarını təklif etsə də, anası Qanuni nümayəndə razılaşmadığından onlar oturduqları yerdən durmamış və digər masaya keçməmişlər. Həmin vaxt digər masaların birinin ətrafında Tural Hüseynovun sonradan adını bildiyi Ruslan adlı tanışı tanımadığı digər şəxslərlə birlikdə otursa da, onlara heç nə deməmişdir. Onlar yeməklərini yeyib restorandan çıxan zaman Tural Hüseynov onlara yaxınlaşıb onları avtomobillə evə aparmağını təklif edəndə, razılaşmışlar. Bundan sonra, Tural Hüseynovun təklifi ilə o, anası Qanuni nümayəndə və X26 adlı şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxa oturacağında, Tural Hüseynov özü isə avtomobilin qabaq sağ oturacağında oturmuş və onları yaşadıqları evə aparmışlar. Ruslan adlı şəxs idarə etdiyi avtomobillə onları yaşadıqları evə aparanda əlaqə saxlamaq məqsədilə anası Qanuni nümayəndə ilə bir-birilərinə telefon nömrələrini vermişlər. 09 mart 2021-ci il tarixdə, saat 19 radələrində yenidən o, anası Qanuni nümayəndə və Vəfa Bəxtiyarla birlikdə yemək yemək məqsədilə "Galata Meyhane" restoranına getmiş, restorana daxil olan zaman Ruslanın orada olduğunun şahidi olmuşdur. Bu vaxt Ruslan onlara yaxınlaşıb salamlaşaraq birazdan Tural Hüseynovun da, ora gələcəyini demiş və bir masanın ətrafında oturmaqlarını təklif edəndə, onlar razılaşmışlar. Sonra, Tural Hüseynov ona zəng edərək ora getdiyini və yolda olduğunu demişdir. Aradan təxminən 10-15 dəqiqə keçəndən sonra, Tural Hüseynov təkbaşına həmin restorana gəlmişdir. Samir Hüseynov orada olmadığından, Vəfa Bəxtiyarın xahişi əsasında o, X23 Hüseynova zəng edib ora çağırmasını demiş və X27 Hüseynova zəng edəndən az müddət sonra Samir Hüseynov da, ora gəlmişdir. Bundan sonra, onların təklifi ilə restoranda kabinetlərin birində masanın ətrafında oturaraq birlikdə yemək yemişlər. Bir yerdə yemək yeyəndən sonra, Ruslanın xahişi ilə onun xalası oğlu kimi təqdim etdiyi adını bilmədiyi şəxs onları idarə etdiyi avtomobillə yaşadıqları evə aparmışdır. Sonradan anası Qanuni nümayəndə ondan gizli həm Ruslanla, həm də, Anarla görüşməsi ona aydın olsa da, aralarında konkret hansı münasibətin olması haqqında məlumatı olmamışdır. Eyni zamanda, X24 Hüseynovla bir dəfə görüşməsi ona məlum olsa da, aralarında konkret hansı münasibətin olmasını bilmir. 12 mart 2021-ci il tarixdə yaşadıqları mənzildə atası Şahid1la anası Qanuni nümayəndənm arasında narazılıq yarandığı üçün sonuncu yaşadıqları mənzili tərk edərək valideynlərinə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə getdiyindən, o da, onunla birlikdə ora getmişdir. Həmin gün axşamüstü orada anası Qanuni nümayəndə ilə aralarında narazılıq yarandığından, oranı tərk edərək təkbaşına Bakı şəhəri Nərimanov rayonuna qayıtmış və hazırda dəqiq yerini xatırlamasa da, həmin rayonun ərazisində yerləşməklə "Divan" adı ilə fəaliyyət göstərən mehmanxanaya getmişdir. Mehmanxanada olan zaman Tural Hüseynovla əlaqə saxlayıb yerini ona deyərək onu ora dəvət etsə də, sonuncu həmin mehmanxanaya getməkdən imtina etmişdir. Gecəni həmin mehmanxanada təkbaşına qalandan sonra, səhər saatlarında oradan çıxıb Xırdalan şəhərinə anası Qanuni nümayəndə yanına getmiş və onunla barışmışdır. Onun ad günü mart ayının iyirmisinə təsadüf etsə də, həmin günü Novruz bayramı olduğundan, 19 mart 2021-ci il tarixdə, saat 19 radələrində ad gününü qeyd etmək üçün anası Qanuni nümayəndə, xalası Yeganə, xalası qızı Aysu və qonşusu Vəfa Bəxtiyarla birlikdə "Galata Meyhane" restoranına getmiş və orada ad gününü qeyd etmişlər. Ad gününü "Galata Meyhane" restoranında qeyd edən zaman Tural Hüseynov və Samir Hüseynov orada olmamışlar. Oradan çıxandan sonra, o, babası Əjdərə məxsus Nərimanov rayonu ərazisində yerləşən evə getsə də, anası Qanuni nümayəndə Xırdalan şəhərində yerləşməklə valideynlərinə məxsus evə qayıtmışdır. 20 mart 2021-ci il tarixdə o, təkbaşına Xırdalan şəhərinə anası Qanuni nümayəndə yanına getmişdir. Orada 3 gün qalandan sonra, 23 mart 2021-ci il tarixdə yenidən babası Əjdərə məxsus Nərimanov rayonunda yerləşən evə qayıtmışdır. Aradan 2-3 gün keçəndən sonra, yenidən təkbaşına Xırdalan şəhərinə anası Qanuni nümayəndə yanına qayıtmışdır. Təxminən 25-26 mart 2021-ci il tarixlərdə, axşamüstü anası Qanuni nümayəndə ilə bir yerdə olan zaman aralarında narazılıq yarandığından anasının qaldığı evdən çıxıb getmişdir. Evdən çıxandan sonra Tural Hüseynov ona zəng edib harada olduğunu soruşanda, baş verənləri ona danışmış və Tural onunla görüşməsini təklif edəndə, razılaşmışdır. Tural Hüseynovla danışıb razılaşandan sonra, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısında onunla görüşmüş və onun avtomobilinə əyləşərək Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən adını bilmədiyi mehmanxanaların birinə getmişdir. Tural Hüseynov mehmanxanada otaqların birini sifariş verəndən sonra, onlar ikisi həmin otağa daxil olmuşlar. X16 hər ikisinin razılığı ilə qucaqlaşıb öpüşəndən sonra, paltarlarını soyunmuşlar. Tural Hüseynov onunla oral sekslə məşğul olmaq istəməsini bildirərək cinsiyyət orqanını onun ağzına salmaq istəsə də, o, bundan imtina etdiyindən, hər ikisinin könüllü razılığı əsasında Tural Hüseynov onunla qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin etmişdir. Həmin gecə Tural Hüseynovla bir yerdə orada qalsalar da, səhər açılan kimi oradan çıxaraq getmişlər. 02 aprel 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı mənzildə olan zaman Tural Hüseynov ona zəng edib Samir Hüseynov və Vəfa Bəxtiyarla birlikdə Astara rayonuna getmək istədiklərini bildirmiş və ona da, onlarla bir yerdə getməsini təklif etmişdir. O, ilk öncə getmək istəmədiyini deyib bundan imtina etsə də, Tural Hüseynov onlarla getməyəcəyi halda Vəfa Bəxtiyarın da, getməyəcəyini bildirmişdir. Sonra, Vəfa Bəxtiyar onunla əlaqə saxlamış, bir yerdə gəzib vaxt keçirəcəklərini deyərək onlarla birlikdə Astara rayonuna getməsini təklif edəndə, onun təklifini qəbul etmişdir. Astara rayonuna getməklə əlaqədar aralarında razılıq əldə olunandan sonra,02 aprel 2021-ci il tarixə keçən gecə, saat 00:30 dəqiqədə "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Gənclik" Şadlıq Sarayının qarşısında o, Vəfa Bəxtiyar və Tural Hüseynovla görüşmüş və Samir Hüseynovun yaşadığı evin yaxınlığına getmişlər. X17 idarə etdiyi avtomobilə oturub Astara rayonuna yola düşmüşlər. Saat 05 radələrində Astara şəhərinə çatandan sonra, orada yerləşən "Astara" adı ilə fəaliyyət göstərən mehmanxanaya getmişlər, Samir Hüseynov və Tural Hüseynov mehmanxanada 2 otaq sifariş vermişlər. İlk öncə, o, Vəfa Bəxtiyarla bir otaqda olsa da, X25 bir otaqda qalacağını ona demiş və onun Tural Hüseynovla digər otaqda qalacağını söyləmişdir. Bundan sonra, X28 Hüseynovla bir otağa, o isə Tural Hüseynovla digər otağa keçmişlər. Tural Hüseynovla 2 nəfərlik çarpayıda uzanan zaman Tural onu qucaqlayıb ona yaxınlıq etmək istəsə də, bundan imtina etmişdir. Ona yaxınlıq etməsinə icazə vermədiyini görən Tural Hüseynov "bəs, onda bura nə səbəbə görə gəlmisən?!" deyəndə o, Tural Hüseynova "səninlə belə danışmamışdım axı" cavabını vermişdir. Sonra, Tural Hüseynov ona toxunmadan yanında uzanıb yatmışdır. Saat 08 radələrində yuxudan ayılanda Tural Hüseynov onu qucaqlayıb öpməyə başlamışdır. Tural Hüseynovu itələsə də, Tural yenə ona yaxınlıq etmişdir. Tural Hüseynov əl çəkməyib onun əl-qolunu tutduğundan, məcbur olub onunla razılaşmış və Tural Hüseynov qeyri-təbii yolla onunla cinsi əlaqədə olub barmağı ilə cinsiyyət orqanını oynadaraq cinsi ehtirasını təmin etmişdir. Tural Hüseynov bundan başqa ona qarşı digər hər hansı seksual xarakterli hərəkətlər etməmişdir. Sonra, X18 Hüseynov harasa hüzr yerinə gedib geri qayıdandan sonra, onlar birlikdə Lerik rayonuna getmiş və orada yeməkxanaların birində yemək yeyib Bakı şəhərinə qayıtmışlar. Yolla qayıdan zaman Vəfa Bəxtiyar onların bir yerdə olmadıqları görüntüsünü yaratmaq üçün " Whatshapp web" proqramı vasitəsilə ona səs göndərərək guya harada olduğunu soruşmuşdur. Astara şəhərində yerləşən mehmanxanada Tural Hüseynovun onunla qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olması barədə Vəfa Bəxtiyara və Samir Hüseynova heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilə bir-birlərini sevdiyini, ailə həyatı quracaqlarını, İlkindən heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq İlkinin azadlıqdan məhrum edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. 2021-ci ilin fevral ayının əvvəllərində qızı Zərərçəkmiş şəxs ona və rəfiqəsi X4 14 fevral sevgililər gününü restoranların birində keçirmələrini təklif etsə də, ilk öncə onlar buna razı olmamışlar. Lakin, Səlbi israr etdiyindən onlar onun təklifi ilə razılaşmışlar. 14 fevral 2021 -ci il tarixdə, saat 17 radələrində onlar birlikdə Bakı şəhəri Nərimanov rayonu, Xutor qəsəbəsində yerləşən "Galata Meyhane" adı ilə tanınan restorana getmişlər. Restoranda 1-2 saat oturub yemək yeyərək canlı musiqiyə qulaq asandan sonra, taksi ilə yaşadıqları mənzillərə qayıtmışlar. 08 mart 2021-ci il tarixdə qızı saat 19 radələrində o, qızı Zərərçəkmiş şəxs və Vəfa Bəxtiyarla birlikdə həmin restorana getmiş və Zərərçəkmiş şəxs öncədən sifariş verdiyi masanın ətrafında oturmuşlar. Zərərçəkmiş şəxs mobil telefonla danışa-danışa bir neçə dəfə restorandan bayıra çıxıb geri qayıdandan sonra, sonuncu dəfə bayıra çıxanda əlində 2 gül buketi ilə geri qayıdaraq onu və Vəfa Bəxtiyarı 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş və onlara dediyi sürprizin bundan ibarət olduğunu bildirmişdir. Yemək yeyəndən sonra, restoranı tərk edəndə, sonradan adının Ruslan olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq onunla tanış olmuş və onlar həmyerli çıxdıqlarından Ruslan idarə etdiyi avtomobillə onları yaşadıqları mənzillərə aparmışdır. Həmin vaxt sonradan Zərərçəkmiş şəxs tanışı kimi tanıdığı Tural Hüseynov da, avtomobilin qabaq sağ oturacağında oturmuşdur. 09 mart 2021-ci il tarixdə, saat 19 radələrində yenidən Zərərçəkmiş şəxs təklifi ilə o, Zərərçəkmiş şəxs və Vəfa Bəxtiyarla birlikdə həmin restorana getmişlər. Həmin vaxt Tural Hüseynov və Ruslan adlı şəxs orada olsalar da, onun xəbəri olmadan Zərərçəkmiş şəxs Tural X11 ora çağırmasını xahiş etdiyindən, Tural Hüseynovun telefon zəngi əsasında Samir Hüseynov da, ora getmiş, onlar kabinetlərin birində bir masanın ətrafında oturub yemək yemiş və yemək yeyəndən sonra yaşadıqları mənzillərə qayıtmışlar. Restoranda bir yerdə yemək yeyən zaman X22 Bəxtiyar tanış olub bir-birilərinin telefon nömrələrini götürsələr də, sonradan aralarında hansı münasibətin olmasından xəbəri olmamışdır. 12 mart 2021-ci il tarixdə yaşadıqları mənzildə əri Şahid1la aralarında narazılıq yarandığı üçün o, yaşadığı mənzili tərk edərək valideynlərinə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə getdiyindən, Zərərçəkmiş şəxs da, onunla birlikdə ora getmişdir. Həmin gün axşamüstü orada qızı Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yarandığından, sonuncu evi tərk edərək təkbaşına Bakı şəhəri Nərimanov rayonuna qayıtmışdır. Sabahısı gün, səhər saatlarında Zərərçəkmiş şəxs yenidən Xırdalan şəhərinə onun yanına qayıdıb onunla barışmışdır. 19 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxsnm ad gününü qeyd etmək üçün o, Zərərçəkmiş şəxs, bacısı Yeganə, bacısı qızı Aysu və Vəfa Bəxtiyarla birlikdə "Galata Meyhane" restoranına getmiş və orada Zərərçəkmiş şəxs ad gününü qeyd etmişlər. Oradan çıxandan sonra, Zərərçəkmiş şəxs babası Əjdərə məxsus Nərimanov rayonunda yerləşən evə getsə də, o, Xırdalan şəhərində yerləşən valideynlərinə məxsus evə qayıtmışdır. 20 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs təkbaşına Xırdalan şəhərinə onun yanına getmiş, orada 3 gün qalandan sonra, 23 mart 2021-ci il tarixdə yenidən babası Əjdərə məxsus Nərimanov rayonunda yerləşən evə qayıtmışdır. Aradan 2-3 gün keçəndən sonra, Zərərçəkmiş şəxs yenidən təkbaşına Xırdalan şəhərinə onun yanına qayıtmışdır. Təxminən 25-26 mart 2021-ci il tarixlərdə, axşamüstü Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yarandığından, saat 23 radələrində o, evdən çıxaraq getmişdir. Sonradan, o da, ona məlum olmuşdur ki, 03 aprel 2021-ci il tarixə keçən gecə qızı Zərərçəkmiş şəxs, qonşusu Vəfa Bəxtiyar, Tural Hüseynov və Samir Hüseynovla birlikdə Astara rayonuna getmiş, orada yerləşən "Astara" adı ilə fəaliyyət göstərən mehmanxanada Tural Hüseynov onun qızı Zərərçəkmiş şəxs ilə qeyritəbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, qeyd etmişdir ki, ilk öncə hər hansı məlumatı olmamaqla, qızı Zərərçəkmiş şəxs ona heç nə deməsə də, sonradan ona aydın olmuşdur ki, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs, X7 və X9 onun qızı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli hərəkətlər etmişlər. O, əvvəllər qızı Zərərçəkmiş şəxs adlarını qeyd etdiyi şəxslərlə tanış kimi münasibət saxlamasının şahidi olmaqla, bunun əleyhinə olduğunu qızı Zərərçəkmiş şəxs nəzərinə çatdırsa da, həmin şəxslərlə aralarında bu cür münasibətin olmasından xəbərsiz olmuşdur. Bütün bunlara baxmayarq onun və qızı Səlbinin hazırda İlkindən şikayətləri yoxdur. Sonunda qızı Səlbinin gələcək həyatının, gənc olmalarının, təqsirləndirilən şəxslə bir-birlərini sevdiklərinin, alə həyatı quracaqlarını, valideyn kimi təqsirləndirilən şəxsə qarşı tələb və şikayətlərinin olmamasının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 17 may 2021-ci il tarixli qərardan görünür ki, toplanılmış materialda AR CM-nin 152.1-ci maddısinin əlamətləri olduğundan, həmin maddə ilə cinayət işi başılanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertizası və X8” X20 canlı şəxsin ekspertizasının 13.04.2021-ci il tarixli, 168 nömrəli rəyindən görünür ki, 2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertizası və X8” X20 canlı şəxsin ekspertizasının 01.06.2021-ci il tarixli, 289 nömrəli rəyindən görünür ki, 2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. S. İsmayılovanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. S. İsmayılovada arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət fikir söyləmək mümkün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertizası və X8” X20 canlı şəxsin ekspertizasının 23.06.2021-ci il tarixli, 306 nömrəli rəyindən görünür ki,2002ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. İ.İ. Cəlilovun xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patologiya aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertizası və X8” X20 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01.06.2021-ci il tarixli, 1141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq baş vermiş hadisələri və iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlayaraq yada salmaq, habelə həmin hadisələr barəsində vermək iqtidarındadır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əmlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 26.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə əsas olmadığı üçün qüvvədə saxlanılması və s. qərara alınmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elma qızı məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını qeyd edib yekun məhkəmə qərarı çıxarılarkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin iş materiallarında olan ifadəsinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gələcəkdə zərərçəkmiş şəxslə qailə qurmaq niyyətinin olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırda hərbi xidmətdə olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gələcəkdə zərərçəkmiş şəxslə qailə qurmaq niyyətinin olmasını,zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırda hərbi xidmətdə olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Eyni zamanda məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 67987 saylı Hərbi Hissənin komandanlğına həvalə edilməli, ordu sıralarından tərxis olunduğu təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində hərbi nizamnamələrin tələblərini öyrənmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmalı və təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəqə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 67987 saylı Hərbi Hissənin komandanlğına həvalə edilsin. Ordu sıralarından təxris olunduğu təqdirdə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində hərbi nizamnamələrin tələblərini öyrənmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar