Məhkəmə qərarları › İş №1(005)-358/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-358/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-358/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı Dövlət Universitetinin “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında müqavilə ilə mülki müdafiə fənni üzrə müəllim işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istiladə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə X3 təhsil aldığı Rusiya Federasiyasında yerləşən universitetdən Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə köçürmə yolu ilə qəbul olunmasına köməklik göstərməsi adı ilə Mələk Abbaszadənin anası Zərərçəkmiş şəxs yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov” adına istirahət parkında 16.500 manat pul vəsatini alıb ələ keçirərək Zərərçəkmiş şəxs 16.500 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Zilfı oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, ifadəsində göstərmişdir ki, 2010-cu ildən Bakı Dövlət Universitetinin rəhbərliyi ilə olan razılaşmaya və bağlanmış müqaviləyə əsasən həmin universitetin “Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında” saat hesabı olaraq müəllim kimi Mülki Müdafiə fənnini tədris edir. 2020-ci ilin yaz aylarında Pənah adlı tanışı ona zəng edərək qohumu Zərərçəkmiş şəxs onunla görüşmək istədiyini bildirmişdir. Pənah adlı tanışı onun BDU-da müəllim işlədiyini bilmişdir. Pənah adlı tanışından Zərərçəkmiş şəxs hansı səbəbdən onunla görüşmək istədiyini soruşduqda Pənah bu barədə məlumatsız olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Pənah adlı şəxsdən BDU-da tanışının olub-olmadığını soruşduqda Pənah Zərərçəkmiş şəxsva onu tanıdığını demişdir. Zərərçəkmiş şəxs ilə 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda, Təbriz küçəsində yerləşən, “Panda” uşaq geyimləri mağazasının yaxınlığında görüşmüşdür. Zərərçəkmiş şəxs ilə onun arasında olan söhbət zamanı Zərərçəkmiş şəxs 2019-cu ildə X5 tərəfindən keçirilən qəbul imtahanında qızı Mələk Abbaszadə keçid balını toplaya bilmədiyindən ixtisası üzrə BDU-nə qəbul ola bilmədiyini ona demişdir. Daha sonra Zərərçəkmiş şəxs qızı Mələk Abbaszadə BDU-nə qəbul ola bilmədiyindən qızı Mələyin Rusiya Federasiyasında hazırda adını xatırlamadığı universitetə qəbul olduğunu bildirib qızı Mələyin BDUnə köçürmə yolu ilə qəbul olunmasına köməklik etməyini ondan xahiş etdikdə Zərərçəkmiş şəxs qızı Mələk Abbasovanı BDU-nə köçürmə yolu ilə qəbul olunmasında köməklik göstərəcəyini demişdir. 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla bu dəfə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov” istirahət pakrının girişində görüşüb ona qızı Mələyin BDU-nə köçürlüməsi ilə bağlı 16.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs ilə görüşdə olarkən Zərərçəkmiş şəxs qızı Mələk Abbaszadəyə məxsus köçürmə üçün lazım olan sənədləri götürmüşdür. Daha sonra yəni 2021-ci ilin yanvar ayında universitetlər üzrə köçürmələr müvəqqəti olaraq dayandırılmış və bir müddət sonra Zərərçəkmiş şəxs 1.500 manat pulu geri qaytarmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs 2000 manat, sonra isə 500 manat qaytarmış və onun Zərərçəkmiş şəxs 8000 manat borcu qalmışdır. O, köçürmə qaydasını heç kimə müraciət etmədən telebe.edu.az saytına daxil olaraq köçürmə üçün lazım olan sənədləri həmin saytda lazım olan qrafalara doldurmuş və köçürmə üçün müraciət qəbul olunmuşdur. Elm və Təhsil Nazirliyi tərəfindən 1 ay müddəlində araşdırılıb nəticəyə uyğun cavab verilməli idi. O, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 16.500 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xocalı şəhərində qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2011-ci ildən 2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunda arxiv müdiri vəzifəsində işləsə də hazırda heç bir yerdə işləmir. 2019-cu ildə X5 tərəfindən keçirilən qəbul imtahanında onun qızı Mələk Abbasova keçid balını toplaya bilmədiyi üçün ixtisası üzrə Bakı Dövlət Universitetinə qəbul ola bilməmişdir. Növbəti günlərdə onun özü Bakı Dövlət Universitetinə getmiş və təsadüfən orada Təqsirləndirilən şəxs Zilfı oğlu ilə tanış olmuşdur. Belə ki, Bakı Dövlət Universitetinin qarşısında olan zaman özünü Bakı Dövlət Universitetinin müəllimi kimi təqdim edən Təqsirləndirilən şəxs Zilfı oğlu ona müraciət edən şəxslərin suallarını cavablandıran zaman o, Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetinin müəllimi olduğunu düşünüb Təqsirləndirilən şəxs müracitə etmişdir. Təqsirləndirilən şəxs qızı Mələk Abbasovanın qəbul imtahanından keçid balını toplaya bilmədiyini və bu səbəbdən də Bakı Dövlət Universitetinin ’’Beynəlxalq Münasibətlər” fakültəsinə qəbul olunmadığı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs söhbət zamanı ona artıq uzun illər Bakı Dövlət Universitetində müəllim işlədiyini və onun qızı Mələk Abbasovam Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər" fakültəsinə qəbul olunmasında köməklik edə biləcəyini deyib qızına aid sənədləri ondan İstədiyi üçün o, da qızı Mələk Abbasovanın sənədlərini, yəni məcburi köçkünliik haqqında vəsiqəni, attestatı, imtahan vərəqəsini, şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun qızı Mələk Abbasovaya aid sənədləri götürərək X2 qəbul olunması üçün Elm və Təhsil Nazirliyindəki tanışları olan vəzifəli şəxslərin vasitəsilə həll edəcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nörməsinə zəng edərək onun qızı Mələk Abbasovanın Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olunması üçün 40.000 manat pul lazım olduğunu və əvvəl 20.000 manat verməli olduğunu bildirdikdə, o, Vüqar müəllimə ona 16.500 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxslə onun arasında olan razılaşmaya əsasən 2020-ci ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov” istirahət parkının girişində görüşüb 16.500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onunla görüşə gələrkən Təqsirləndirilən şəxs yanında digər şəxslər olmamışdır. O, Təqsirləndirilən şəxslə görüşə qohumu X4 ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxs 16.500 manat pulu Elşad Məhəlləmovun iştirakı ilə vermişdir. Elşad Məhəlləmov hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Təqsirləndirilən şəxs pulu sayaraq 16500 manat olduğunu görüb götürmüş və onun qızı Mələk Abbasovam qısa zamanda Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər" fakültəsinə Elm və Təhsil Nazirliyindəki tanışları olan vəzifəli şəxslər vasitəsilə qəbul etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir vəzifəli şəxsin adını və pulu hansı vəzifəli şəxsə verəcəyini ona deməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək qəbulla bağlı müəyyən problemlərin olduğunu və bu səbəbdən onun qızı Mələk Abbasovanın BDUya qəbulunun gecikdiyini demişdir. Belə olan təqdirdə Təqsirləndirilən şəxs onu aldatdığını düşünmüş və pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs hər dəfə onun qızının Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər" fakültəsinə qəbul etdirəcəyi vədini verərək pulu geri qaytarmamışdır. Cinayət işi materiallarında olan notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəyən ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. İşdə olan 13 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-nin icraatında olan ********* saylı cinayət işi üzrə AR CM-nin 178.1 maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3 (CM-nin 73-1.1) maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, onun barəsində CM-nin 178.1 maddəsi ilə xitam qərarı olsa belə, hazırki cinayət əməli həmin qərardan əvvəl törədildiyindən, hazıri iş üzrə icraata xitam verilməsi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan: Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin Qara Qarayev filialının xx.xx.2023-cü il tarixli, 196 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 4.125 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (16.500 manat-25 faizi 4.125 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs götürülmüş səsyazıları olan “CD” disk cinayət materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə həmin hissədə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut sübut-1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar