Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-36/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Tərcüməçi – X5 iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 30800 (otuz min səkkiz yüz) ABŞ dolları məbləğində pul borcunu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və 30 (otuz) manat məbləğində ödənilməmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qüvvəyə minmiş 19 noyabr 2018-ci il tarixli 2(011)-7308/2018 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqədar 10 gün müddətində verilmiş vaxtda yerinə yetirmədiyi halda inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 26 fevral 2020-ci il tarixli 3(011)-373/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə bildiriş təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərərçəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 12 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi 12-də yerləşən obyektdə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 12000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə X6 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs3 12000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 29 fevral 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “N Studio” qadın salonunda Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 28000 manat dəyərində «Epiray Mantis» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə Şahid6 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs2 28000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 24 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədzadə küçəsi ev 57, 36 saylı mənzilin qarşısında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 16000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 4000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs1 16000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında maddi vəziyyəti ilə əlaqədar internetdə olan elanlardan icarəyə lazer aparatı tapıb yalandan az miqdarda icarə haqqı kimi ilkin ödəniş etməklə həmin lazer aparatını icarəyə götürmək adı ilə götürüb girov qoymaqla əvəzində pul əldə etmək qərarına gəlmişdir. 2020-ci ilin fevral ayında sonradan adı ona məlum olan Təranə adlı şəxs özünə məxsus “3D Max” markalı lazer aparatını icarəyə verməsi barədə hazırda xatırlamadığı internet saytında elan yerləşdirmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarix yadında deyil, o, Təranə ilə telefon əlaqəsi saxladıqdan sonra onun ünvan 4 ünvanında icarə əsasında işlətdiyi salona gedib Təranə ilə görüşmüşdür. Danışıqları əsasında həmin lazer aparatını aylıq 800 manat olmaqla icarəyə götürəcəyini Təranəyə bildirmişdir. Danışıq zamanı Təranəyə öz adından onunla müqavilə bağlayacağını bildirmişdir. Lakin, onun niyyəti həmin lazer aparatını Təranədən icarə adı ilə alıb girov qoyaraq əvəzində pul əldə etmək olmuşdur. Təranə ilə razılığa əsasən lazer aparatına görə icarə haqqı olaraq aylıq 800 manat ödəmək olmuşdur. Buna görə 2020-ci ilin fevral ayının 8-də Təranənin işlətdiyi salona gəlib lazer aparatını icarəyə götürmək istədiyini bir daha bildirməklə, aylıq icarə haqqının 400 manatını həmin gün, qalan 400 manatını isə 2 gün müddətində ödəyəcəyinə dair ona söz vermişdir. Təranə ilə belə razılığa gəlmişlər ki, onlar birlikdə aparatı aparıb Zabrat qəsəbəsində yerləşdirməli, 3 gün ərzində aparat sınaqdan keçdikdən sonra aralarında müqavilə bağlanmalı idi. O, tanışı Sevda adlı şəxsə zəng edib borcunu qaytaranadək ona məxsus obyektə lazer aparatını qoymaq istədiyini dedikdə, Sevda razılaşmış və Zabrat qəsəbəsində olan özünə məxsus obyektə apararaq qoymaqlarını istəmişdir. Həmin gün icarə haqqı olaraq özü Təranəyə 400 manat vermişdir. Sonra lazer aparatını Təranənin işlətdiyi salondan götürüb birlikdə Zabrat qəsəbəsinə apararaq, tanışı Sevda xanımın kafesini işlədən işçidən açarı alıb həmin kafe ilə divar-divara olan boş obyektə qoyaraq, həmin obyekti gözəllik salonunu kimi işlədəcəyini bildirmişdir. Bundan 2 gün sonra Təranənin kart hesabına daha 200 manat köçürmüşdür. 11 fevral 2020-ci ildə Təranə ilə Zabrat qəsəbəsində yerləşən həmin obyektdə o və Səbinə görüşmüşlər. Lazer aparatını satan şirkətdən aparatın sazlığının yoxlanılması üçün Təranənin dəvəti ilə gəlmiş 2 nəfər texniki servis işçiləri bir daha aparatı yoxlayıb saz vəziyyətdə olduğunu bildirmişlər. Həmin gün bacısının xəstə uşağına təcili qan vermək lazım olduğundan xəstəxanaya getməli olmuş, Təranəyə müqaviləni sabahısı gün bağlayacağını bildirmişdir. Səhərisi gün saat 15-də görüşəcəyini Təranəyə desə də, onunla görüşməmişdir. O, Səbinə ilə birlikdə lazer aparatını obyektə qoyandan sonra tanışı Esmiraya yığıb aparatın yerini bildirmiş və aparatı buradan götürüb kimə istəyirsə girov verməsini bildirmişdir. xx.xx.2020-ci il tarixədək o, həmin obyektdə olanda lazer aparatını orada görmüşdür. Sonradan Səbinə ilə bu barədə maraqlanan zaman Səbinə də aparatın orada olduğunu bildirmişdir. Sonradan həmin aparata görə tanımadığı taksi maşını ilə Esmira ona 4500 manat pul göndərmiş və zəng vurub bildirmişdir ki, aparatı 5000 manata girov qoymuş, əvəzində 500 manat özünə götürmüşdür. O da həmin puldan təxminən 800-900 manat tanışı Səbinəyə vermişdir. Yerdə qalan pulla isə Sevdaya olan borcunu bağlamışdır. Esmira və Səbinənin onun Təranəni aldadaraq lazer aparıtını ələ keçirib girov qoymağı barədə hər hansı məlumatları olmamışdır. Onlara aparatın özünə məxsus olduğunu bildirmişdir. Həmin ərəfədə Təranə ondan aparatı geri istədiyi üçün aparatı ona geri qaytara bilməmiş və məhz bu səbəbdən Təranə barəsində polisə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Səbinə Təranənin aparatını 5000 manata Vüsal adlı şəxsə satmışdır. Bunu o, 18-ci PŞ-də bilmişdir. Səbinə Təranənin aparatını Vüsal adlı şəxsə satdıqdan sonra Vüsal aparatı internetdə satışa qoymuş, Təranə bunu görmüş və polisin köməkliyi ilə həmin aparatı geri almışdır. Bu barədə Vüsal adlı şəxs polisə şikayət etmiş və aparatı kimdən almasını bildirmişdir. Bundan başqa, o, 28 fevral 2020-ci il tarixdə «Lalafo.az» saytı vasitəsi ilə lazer cihazı elanlarına baxarkən orada ***-***-**-** mobil nömrəsinin sahibi olan Xəyalə adlı qadını görmüşdür. O, Xəyalə adlı qadına zəng vurub elanla maraqlanmış və danışıq zamanı səhərisi gün gəlib icarəyə verdiyi lazer aparatına baxacağını bildirmişdir. Xəyalə telefonda lazer aparatını aylıq 1500 manata verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, əvvəlcədən danışdıqları kimi ünvan 5 ünvanında yerləşən “N Studio” qadın salonunda Xəyalə ilə görüşmüşdür. Orada Xəyalənin icarəyə verdiyi lazer aparatına baxmış, həmin vaxtı Xəyalə aparatın dəyərinin 28000 manat olduğunu və aylıq 1500 manata icarayə verdiyini bildirmişdir. O, Xəyalənin təklifi ilə razılaşmış və yalandan vəd vermişdir ki, salon işlədəcəyi üçün lazer aparatının aylıq icarə pulunu hər ay 1500 manat olmaqla ödəyəcək. Razılaşdıqdan sonra həmin gün Zərərçəkmiş şəxs2 ilə arasında daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə o öz öhdəsinə götürmüşdür ki, 6 ay müddətinə hər ay 1500 manat ödəmək şərti ilə lazer cihazını icarəyə götürür, 6 aydan sonra isə lazer aparatını Xəyalə xanıma geri qaytaracaqdır. Onun lazer aparatını alan zaman aylıq icarə haqqı olan 1500 manatı hər ay ödəmək fikri olmamış, sadəcə aparatı icarə adı ilə alıb Esmiraya vermək niyyəti olmuşdur ki, Esmira da həmin lazer aparatını girov qoyub ona əvəzində pul versin. Xəyaləni inandırmaq üçün ona ilkin 400 manat pul vermiş və yerdə qalan pulu da 1-2 günə verəcəyini bildirmişdir. Tanımadığı taksi maşınına lazer aparatını qoyub öz yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi ev 137A, mənzil 649-a aparmışdır. Sonra isə tanışı Esmira ilə telefonda danışıb icarəyə götürdüyü lazer aparatını ona göndərəcəyini demişdir. Esmira da aparatı girova qoyub əvəzində ona pul verəcəyini bildirmişdir. Buna görə həmin gün təxminən günorta saatlarında tanımadığı taksi ilə lazer aparatını “Şamaxinka” adlanan ərazinin yaxınlığında yerləşən «Tərlan» şadlıq sarayının qarşısına göndərmişdir. Həmin gün gecə saatlarında Esmira ona 3800 manat pul göndərmişdir. Esmira ilə danışan zaman ona aparatı kiməsə 4500 manata girova qoyduğunu, 500 manatı özünə götürdüyünü, 200 manatı sənədləşməyə verdiyini, yerdə qalan pulu da ona göndərdiyini bildirmişdir. O, Esmira ilə razılaşmışdır. Əldə etdiyi 3800 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, həmin ərəfədə borcları çox olmuşdur. Həmin ərəfədə Xəyalə dəfələrlə ona zəng vurub aylıq icarə pulunu istəyən zaman ona hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Belə ki, yalandan ölkədə olan karantinlə bağlı işləyə bilmədiyini, aylıq icarə haqqını 1000 manat etməsini xahiş etmişdir. Xəyalə razılaşmışdır. Sonradan isə o müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Esmiraya lazer aparatını girov qoyduqdan sonra Esmiradan xahiş etmişdir ki, aparatı satmasın, yalnızca girov qoysun, gələcəkdə problem olarsa aparatı geri qaytara bilsin. Sonradan Xəyalə polisə şikayət edəndə ona məlum olmuşdur ki, Esmira aparatı girov qoyduğunu bildirsə də, sonradan tanımadığı kiməsə həmin aparatı satmışdır. Çünki, hər dəfə Esmiradan aparatı kimə girov qoyduğunu soruşsa da yalandan müxtəlif adlar vermiş və bu barədə heç nə bildirməmişdir. Bundan başqa, 2020-ci ilin mart ayında intertnetdə tapdığı lazer aparatını icarəyə verən qadınla danışıb aparatı icarəyə götürmək istədiyini bildirmişdir. Telefonda onunla danışan şəxs Nuranə adlı qadın olmuş, Nuranə telefonda lazer aparatın aylıq 650 manat verdiyini bildirmiş və Nuranəyə demişdir ki, həmin lazer aparatını icarəyə götürəcək. 24 mart 2020ci il tarixdə o, Nuranə adlı qadınla görüşmək üçün Binəqədi rayonunda yerləşən 246 nömrəli məktəbin qarşısına getmişdir. Görüş vaxtı aparata baxdıqdan sonra o, yalandan lazer aparatını tanışı Səbinə ilə birgə işlədəcəyini və aylıq ödənişlərini vaxtında edəcəyi barədə vədlər vermişdir. Nuranə lazer aparatını ölkədə olan karantinlə bağlı harada işlədəcəyini soruşan zaman o, aparatı özünə məxsus evdə işlədəcəyini, sonradan salonda işlədəcəyini bildirmişdir. Nuranəni inadırmaq üçün əvvəlcədən Nərimanov rayonu ərazisində 1 günlük 100 manat pulun müqabilində kirayə ev tutmuşdur ki, lazer aparatını gətirib həmin evə qoyar, sonradan isə Esmiraya göndərər. Nuranə onun təklifi ilə razılaşmışdır. Elə həmin gün Binəqədi rayonunda yerləşən 246 nömrəli məktəbin qarşısında yerləşən «Valery Beauty» salonundan Nuranəyə məxsus 01 ədəd «3D MAX» markalı lazer aparatını aylıq 650 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Həmin vaxtı Nuranə ilə görüşməyə tanımadığı taksi maşını ilə getmiş, tanımadığı taksi sürücüsü və Nuranənin tanışının köməkliyi ilə lazer aparatını avtomobilə yükləmişlər. Nuranə həmin vaxtı onunla birgə gedəcəyini bildirdiyi üçün o və Nuranə həmin avtomobilə əyləşmişlər. Onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Aristokrat» klinikasının arxasındakı kirayə tutduğu yaşayış binasının qarşısına gəlmışlər. Maşında olan zaman Nuranəyə icarə haqqı olaraq 500 manat pul vermiş və yerdə qalan 150 manat pulu 1 həftə ərzində verəcəyini bildirmişdir. Nuranə razılaşmışdır. Maşından düşəndən sonra taksi sürücüsü və Nuranənin yanında olan oğlan aparatı binanın 5-ci mərtəbəsinə qaldırmışlar və mənzilin qapısının qarşısına qoymuşlar. Həmin vaxtı evin açarı yadından çıxdığı üçün aparatı mənzilə qoya bilməmişdir. Nuranə isə işinin olduğunu bildirib çıxıb getmişdir. Bundan sonra o və Səbinə aparatı mənzilə qoymuşlar və onlar Esmiraya yığıb icarə adı ilə lazer aparatını aldığını bildirmişlər. Esmira aparatı ona göndərməsini söyləmişdir. Onlar da tanımadığı taksi şirkətinə taksi sifariş vermişlər və həmin taksinin sürücüsünün köməkliyi ilə Esmiraya göndərmişdir. Esmira da həmin lazer aparatını Şamaxinka deyilən yerdə yerləşən «Tərlan» şadlıq sarayının qarşısında götürmüşdür. Sonradan Esmira həmin lazer aparatını kiməsə girov qoyduğunu və əvəzində 4500 manat pul göndərmişdir. Həmin vaxtı Esmira onunla danışaraq aparatı 5000 manata girov qoyduğunu, 500 manatını özünə götürdüyünü bildirmişdir. O da əldə etdiyi puldan təxminən 1000 manat pulu Səbinəyə şəxsi ehtiyaclarına xərcləməsi üçün vermiş, Səbinənin onun lazer aparatını ələ keçirmək niyyətində olduğu barədə məlumatı olmamışdır. Qalan pulu isə öz problemlərinə xərcləmişdir. Əldə etdiyi puldan 150 manat icarə haqqı olaraq Nuranəyə göndərmişdir. Sonradan Nuranə ona yığaraq aparatı görmək istədiyini bildirdiyi üçün ona müxtəlif bəhanələr uydurmağa başlamışdır. Sonradan isə Nuranə polisə şikayət etmişdir. Onlar Esmiradan aparatı maraqlanan zaman yalandan aparatı kiməsə girov verdiyini bildirsə də aparatı geri verməmişdir. İnternetdə təsadüfən həmin aparatın satışa qoyulduğunu görüb həmin elanı qoyan adını bilmədiyi və hazırda nömrəsini xatırlamadığı qadınla danışıb aparatı ondan almış, Nuranənin aparatını gətirib polisə təhvil vermişdir. Lazer aparatını geri aldığı qadının adı və telefon nömrəsini hazırda xatırlamır. Sadəcə həmin qadından xahiş etmişlər ki, “həmin aparat başqasına məxsusdur, polisə şikayət edib və sizin pulunuzu hissə-hissə qaytaracağam”. Danışıq zamanı da həmin cavan qız aparatı kimdən aldığını onlara bildirməsə də aparatı internet vasitəsi ilə aldığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 2015-ci ilin sentyabr ayından tanıyır. Onunla 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında 30800,00 ABŞ dolları məbləğində pul borcuna görə müqavilə bağlamışdır. O, İlhamla müqavilə bağlasa da həqiqətdə ondan borc almamışdır. İlham borcu ona deyil onun əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı X4 vermiş, lakin kredit müqaviləsi onunla bağlanmışdır. O, əvvəllər yaşadığı şəxsə inandığı üçün müqaviləni imzalamış, həmin vaxtdan bir müddət üzərindən keçdikdən sonra o, 2018-ci ildə ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Qətnaməyə əsasən ondan 30800,00 ABŞ dolları və 30,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. Sözü gedən məhkəmə qətnaməsinin icrasını maddi imkanı kifayət qədər yüksək olmadığı üçün təmin edə bilməmişdir. Həmin cinayət əməllərini tək olaraq törətmiş, həmin lazer aparatlarının dələduzluq yolu ilə əldə etməsi barədə Səbinəyə məlumat verməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2019cu ilin əvvəllərində ABŞ-dan özü istifadə etmək məqsədi ilə dəyəri 16000 manat olan 01 ədəd «3D MAX» markalı lazer aparatını gətizdirmiş və bir həftə özü icarəyə götürdüyü gözəllik salonunda işlətmişdir. Ancaq dövlət işinə qəbul edildiyindən, həmin salonda işini dayandırmış, aparat boş qalmasın və aparata verdiyi pulu çıxartmaq üçün 2020-ci ilin mart ayının əvvəllərində saytlarda icarəyə verməyi barədə elan qoymuşdur. Həmin aparatın elanını qoyduqdan sonra 2020-ci ilin mart ayının 18-dən etibarən Lalə adlı qadın ona zəng edib, lazer aparatı ilə maraqlanmışdır. O da telefonda həmin lazer aparatını aylıq 650 manata icarəyə verdiyini bildirmişdir. Lalə adlı qadın da həmin aparatı gəlib ondan icarəyə götürəcəyini demiş və gözləməyini xahiş etmişdir. 24 mart 2020-ci ildə o, Lalə adlı qadınla Binəqədi rayonunda yerləşən 246 nömrəli məktəbin qarşısında görüşmüşlər. Həmin vaxtı Lalənin yanında başqa bir qadın da olmuş və özünü ona Səbinə adı ilə tanıtmışdır. Həmin görüş vaxtı hər ikisi lazer aparatını birgə işlədəcəklərini deyərək, aylıq ödənişlərini vaxtında ödəmələri barədə ona vəd vermişlər. Danışıq zamanı Lalə və Səbinə ona bildirmişlər ki, hələlik lazer aparatını salonda deyil, karantinlə əlaqədar, gizlin olaraq, icarəyə götürdükləri evdə işlədəcəklər. Eləcə də Lalə və Səbinə ona bildirmişlər ki, lazer aparatını indi götürsələr də, ölkədə karantin olduğundan karantin qutardıqdan sonra onunla rəsmi olaraq müqavilə bağlayıb, notariusda təsdiq etdirəcəklər. Həmin gündə o, Lalə və Səbinənin təklifi ilə razılaşmışdır. Elə həmin gün Lalə və Səbinə Binəqədi rayonunda yerləşən 246 nömrəli məktəbin qarşısında yerləşən, icarəyə işlətdiyi «Valery Beauty» salonundan ona məxsus 01 ədəd «3D MAX» markalı lazer aparatını aylıq 650 manat öədəmək şərti ilə icarəyə götürmüşlər. Həmin vaxtı onların yanında olan bir nəfər kişi onun yanında tanışı olan Şahid1 ilə birgə köməkləşib aparatı salondan götürüb, yanlarında olan həmin adı ona məlum olmayan kişinin idarə etdiyi avtomobilə qoymuşlar. O, həmin vaxtı Lalə və Səbinəyə onlarla birgə gedəcəyini, aparatı hara qoyacaqlarını görmək istədiyini bildirmişdir. Buna görə Lalə, Səbinə və o, birlikdə İsmayılın idarə etdiyi avtomobilə əyləşmişlər və onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Aristokrat» klinikasının arxasındakı yaşayış binasının qarşısına gəlmişlər. Avtomobildə olan zaman Lalə ona icarə haqqı olaraq 500 manat pul vermiş və yerdə qalan 150 manat pulu bir həftə ərzində verəcəyini bildirmişdir. Həmin vaxtı Səbinə də ona narahat olmamağını, yerdə qalan pulu 1 həftə ərzində ödəyəcəklərinə söz vermişdir. O isə onlara 1 həftə deyil, 10 gün vaxt verdiyini, 10 gündən sonra pulu vermələrini bildirmişdir. Həmin vaxtı hər ikisi, yəni Lalə və Səbinə bir daha vəd vermişlər ki, 150 manat pulu və sonrakı ayların icarə haqqını vaxtında ödəyəcəklər. Onlar avtomobildən düşəndən sonra onların yanında olan kişi aparatı İsmayılla birgə avtomobildən düşürüb binanın 5-ci mərtəbəsinə qaldırmışlar və mənzilin qapısının qarşısına qoymuşlar. Həmin vaxtı Lalə guya evin açarının başqa yerdə olduğunu və açarı indi gətirəcəklərini bildirmişdir. O isə işə tələsdiyi üçün aparatı orada onlara təhvil verib bundan sonra özləri aparatı mənzilə yerləşdirə biləcəklərini bildirib İsmayılla birgə çıxıb getmişdir. Təxminən 2-3 gün sonra Lalə ilə əlaqə yaradıb işlərin nə yerdə olduğunu soruşmuş, Lalə isə hər şeyin qaydasında olduğunu bildirmişdir. Lakin, həmin vaxtı o, bir az şübhələndiyi üçün təxminən 1 həftə sonra onların aparatı apardıqları mənzilə getmişdir. Lakin qapını açan olmamış və qapının üzərində olan çeklərdən görmüşdür ki, bir müddətdir həmin evdə yaşayış olmadığı üçün müəyyən borclar yığılaraq qalmışdır. Qonşulardan maraqlanan zaman isə bu binada lazer aparatının işlədiyilmədiyini, Lalə və Səbinə adlı qadını tanımadıqlarını, onun göstərdiyi mənzildə isə uzun müddətdir ki, heç kimin yaşamadıqlarını bildirmişlər. O, dərhal Laləyə yığıb harada olduğunu, mənzilə gəldiyini bildirsə də Lalə artıq həmin mənzildə yaşamadıqlarını söyləmişdir. O, isə Laləyə aparatı görmək istədiyini bildirsə də, Lalə aparatı sonra göstərəcəyini, aparatı guya Nərimanov rayonu ərazisində hansısa salona qoyduğunu bildirmişdir. Lakin, nə qədər israr etsə də ona aparatı göstərəcəyi barədə yalan vədlər vermişdir. Bu danışıqları bir neçə gün çəkmiş və o, artıq Lalədən aparatı geri verməyini tələb etmişdir. Lalə isə əvəzində ona taksi maşını ilə 150 manat pul göndərmiş və aparatın hər ay icarə haqqını, hətta bir neçə ayın pulunu birlikdə verəcəyini bildirmişdir. O, isə aparatı Lalədən geri verməsini tələb etməyə davam edərək, aparatı artıq icarəyə vermədiyini bildirmişdir. Bundan sonra Lalə onun zənglərinə cavab verməmişdir. O, məcbur olub Səbinəyə zəng etmişdir. Səbinə isə bu işlə maraqlanmadığını bildirib onunla danışmaqdan imtina etmiş və sonrakı zənglərinə cavab verməmişdir. O, artıq onlardan şübhələndiyi üçün 08 aprel 2020-ci ildə ərizə ilə 18-ci PŞ-nə şikayət etmişdir. Lalə isə hər dəfəsində ona müqavilənin müddətinin 24 aprel 2020-ci ildə bitdiyini söyləsə də, o, Laləyə ya aparatı ona göstərməsini, ya da aparatını geri verməsini, əvəzində verdiyi 650 manatı geri qaytaracağını bildirsə də, Lalə ona aparatı göstərməmiş və yalandan hər dəfəsində müxtəlif bəhanələr uydurmağa başlamışdır. Şikayətdən sonra dəfələrlə Laləyə zəng etsə də telefonlara cavab verməmişdir. Sonra öyrənmişdir ki, Səbinə və Lalə lazer aparatını ondan icarə adı ilə götürüb hansısa şəxsə ya satıblar ya da girov qoyublar. Sonrakı günlərdə o, lazer aparatının Lalə və Səbinə tərəfindən qaytarılmadığını görüb bu barədə polisə şikayət etmişdir. Ərizəsi ilə əlaqədar olaraq onu Nərimanov RPİ-nin İŞ-nə dəvət edib izahatı alınmışdır. Sonrakı günlərdə izahatını alan polis əməkdaşı Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları bir ədəd onun lazer aparatına oxşar aparat götürdüklərini bildirərək, həmin aparata baxmaq üçün onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişdir. Həmin PŞ-də ona təqdim edilən ağ-göy rəngli, sağ, sol və ön hissəsi göy rəngli, digər hissələri ağ rəngli, üzərində böyük və kiçik ölçülü monitor olan, üzərində 3 ədəd boru kəməri yuvası və 3 ədəd ağ-boz rəngli boru kəməri olan lazer aparatını böyük monitorunun üzərində cızıq izlərindən tanıyaraq onun aparatı olduğunu görmüş və bu barədə bildirmişdir. Sonrakı günlərdə ərizəsi əsasında həmin aparat ona qaytarılmışdır. Ancaq sonradan özü diqqətlə baxdıqda aparatın generatorunun və iki ədəd qoruyucu eynəklərinin olmadığını görmüşdür. Hazırda lazer aparatı ona qaytarılsa da, ona 1500 manat dəyərində ziyan dəymişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təxminən 2019-cu ilin əvvəllərində «Mesa Group» şirkətindən özü dəyəri 28000 manat olan 01 ədəd «Epiray Mantis» markalı lazer aparatı almışdır. Həmin lazer aparatı bir müddət ailələrinə məxsus ünvan 3 ünvanında yerləşən «N Studio» gözəllik salonunda istifadə edilmişdir. 2020-ci ilin fevral ayının sonlarında o, həmin lazer aparatını icarəyə verməyi barədə «Lalafo.az» saytında elan qoymuşdur. Həmin aparatın elanını qoyduqdan sonra 2020-ci ilin fevral ayının 28-də Lalə adlı qadın ona zəng edib lazer aparatı ilə maraqlanmışdır. O da telefonda həmin lazer aparatını aylıq 1500 manata icarəyə verdiyini bildirmişdir. Lalə adlı qadın da həmin aparatı gəlib ondan icarəyə götürəcəyini söyləmiş və gözləməyini xahiş etmişdir. 29 fevral 2020-ci ildə o, Lalə və birlikdə gəldiyi Səbinə adlı qadınla ünvan 3 ünvanında yerləşən «N Studio» qadın salonunda görüşmüşlər. Onlar hər ikisi lazer aparatına baxdıqdan sonra icarəyə götürmək istədiklərini bildirmişlər. Həmin görüş vaxtı Lalə və Səbinə lazer aparatını yeni açacaqları gözəllik salonunda birgə işlədəcəklərini və aylıq ödənişlərini vaxtında ödəmələri barədə vədlər vermişlər. Danışıq zamanı Lalə və Səbinə ona bildirmişdir ki, lazer aparatını Həsən Əliyev küçəsində yerləşən «Qızılgül» restoranın yanındakı icarəyə götürdükləri salonda işlədəcəklər. Həmin gün də o, Lalə və Səbinənin təklifi ilə razılaşmışdır. Elə həmin gün onlarla notarial qaydada müqavilə bağlamaq istəsə də, ona notariusdan bildirmişlər ki, əmlakın icarəsi ilə bağlı müqavilə bağlaya bilmirlər. Buna görə məcbur olub tanışlardan tapdığı daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə əsasında Lalə ilə arasında lazer aparatını icarəyə verməyi barədə müqavilə bağlamışlar. Müqavilədə lazer aparatını aylıq 1500 manata, ilkin olaraq 6 ay müddətinə verməyi barədə qeydlər aparmışlar. Müqavilə bağlanan kimi Lalə ona çıxardıb ilkin olaraq 400 manat vermişdir. Səbinə və Lalə yerdə qalan aylıq icarə pulunu 1-2 günə verəcəklərini bildirmişdir. Bundan sonra Lalə və Səbinə salondan ona məxus olan lazer aparatını götürüb hazırda xatırlamadığı maşına qoyub çıxıb getmişlər. Sonradan Lalə ona zəng vurub işə başlayan kimi yerdə qalan aylıq icarə haqqını verəcəklərini bildirmişdir. O da onlarla razılaşmışdır. Təxminən bir müddət sonra o, Lalə və Səbinənin dedikləri ünvandakı salonun qarşısından keçən zaman orada salonun işləmədiyini görmüş və buna görə Laləyə zəng vurmuşdur. Lalə isə ölkədə olan pandemiya ilə bağlı salonda deyil, mənzildə lazerdə aparatını işlətdiklərini bildirmişdir. O isə mənzildə lazer aparatının işlətməyin mümkün olmadığını və belədirsə lazer aparatını gətirib geri vermələrini bildirmişdir. Lalə isə ona narahat olmamağını, aylıq ödənişləri vaxında edəcəklərini bildirmişdir. Lakin, mart ayı bitsə də ona heç bir ödəniş etməmişlər. O, 2020-ci ilin aprel ayının əvvəlində bir də Laləyə yığmış, Lalə isə ölkədə olan pandemiya ilə bağlı işləyə bilmədikləri üçün mart ayının ödənişini edə bilməyəcəklərini, lakin aprel ayından etibarən hər ay vəziyyətlə bağlı 1500 manat deyil, 3 ay müddətinə hər ay 1000 manat icarə haqqını verə biləcəklərini bildirmişdir. O, yenə də Lalənin təklifi ilə razılaşmışdır. Dediyi vaxtda pulu göndərmədiyini görüb bir daha Laləyə yığmış və pulu, ya da ki, aparatı gətirib verməsini söyləmişdir. Lalə isə yalandan bəhanə edərək 1-2 günə pulu verəcəyini bildirmişdir. Hətta həmin ərəfədə ona Səbinə də yığaraq pulu tezliklə verəcəklərini bildirib ondan vaxt da istəmişdir. O, artıq Lalə və Səbinənin onu aldatdığını başa düşüb Lalədən aparatı geri verməyini tələb etmişdir. Lalə isə hər dəfəsində ona bəhanələr etməyə başlamışdır. Sonradan Səbinə ona zəng vurub guya lazer aparatını salonlarında işləyən işçisinin götürərək getdiyini, qısa müddətdə aparatı tapıb ona verəcəklərini bildirib buna görə onlara vaxt verməyini xahiş etmişdir. O, Lalə və Səbinənin onu aldatdığını, aparatı geri vermədiklərini görüb 2020-ci ilin may ayının ortalarında DİNnin 102 xidmətinə şikayət etmişdir. Şikayət etdiyi gündən sonra ona məlum olmuşdur ki, Lalə və Səbinə ondan aparatı alaraq hansısa şəxsə aparıb satmışlar. Lalə ondan aparatı icarə adı ilə götürən zaman Səbinə adlı qadın eyni ilə ona Lalənin verdiyi vədləri vermiş və aparatı birgə işlədəcəklərini söyləmişdir. Hətta sonradan o, aparatı geri tələb edən zaman Səbinə də ona yığaraq onlara vaxt verməyini xahiş etmişdir. O, müqaviləni Lalə ilə bağladığından ona 18-ci PŞ-də bildirmişlər ki, müqavilə kiminlə bağlanıbsa həmin şəxsin adını ərizə və izahatda yazsın. O da buna görə təkcə Laləni yazmış və həmin vaxtı izahatını qısa yazdığı üçün Səbinənin adını qeyd etməmişdir. Hadisə hazırki ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ondan 30800 ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ondan 30800 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi qeyd edilmişdir. Lalə inzibati məsuliyyətə cəlb edildikdən sonra da ona olan borcunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərimişdir ki, o, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayına qədər Bak şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 35D ünvanında icarə əsasında salon işlətmişdir. İşlərilə əlaqədar 2019-cu ilin sentyabr ayının 20-də «Az Beauty» şirkətindən 12000 manat dəyərində «3D Max» markalı lazer aparatını 15 ay müddətinə aylıq ödəniş etmək şərti ilə almışdır. 2020-ci ilin fevral ayına qədər həmin lazer aparatını icarə əsasında götürdüyü salonda işlətmişdir. Sonradan ailə vəziyyətilə əlaqədar həmin aparatı icarəyə vermək qərarına gəlmiş və buna görə müxtəlif saytlarda elan yerləşdirmişdir. Sonradan, yəni 2020ci ilin fevral ayının əvvəllərində onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əlaqə saxlayaraq işlətdiyi salona gəlmişdir. Danışıqları əsasında həmin lazer aparatını aylıq 800 manat olmaqla icarəyə götürəcəyini bildirmişdir. Lalə həmin vaxtı yanında Səbinə adlı tanışı ilə gəlmişdir. Hər ikisi ona bildirmişlər ki, onlar şərikdilər və ondan icarəyə götürəcəkləri lazer aparatanın pulunu, yəni 800 manatı vaxt-vaxtında ödəyəcəklər. Hətta ona bildirmişlər ki, şərik olsalar da alqı-satqını Lalə adlı qadının adından edəcəklər. Yenidən 2020-ci ilin fevral ayının 12-də Səbinə və Lalə onun salonuna gəlib lazer aparatını icarəyə götürmək istədiklərini bildirmişlər. Danışıqları belə olmuşdur ki, ona ilkin icarə haqqından 400 manatı həmin gün, yerdə qalan 400 manatı isə 2 gün müddətində ödəyəcəklərini söz vermişlər, o, aparatı onlarla birlikdə aparıb Zabrat qəsəbəsində yerləşdirməli olmuş, 3 gün ərzində aparat sınaqdan keçdikdən sonra onlardan biri ilə müqavilə bağlanmalı imiş. Buna görə də həmin gün Səbinə adlı qadın ona 400 manat ilkin ödəniş vermiş və lazer aparatını onun salonundan götürüb birlikdə Zabrat qəsəbəsinə gətirmişlər. Orada yerləşən boş bir obyektə həmin aparatı qoymuşlar və ona bildirmişlər ki, bu obyekti gözəllik salonunu kimi işlədəcəklər. Bu görüşdən 2 gün sonra Lalə adlı qadın onun kart hesabına əlavə olaraq 200 manat da göndərmişdir. Danışıqları əsasında sonradan o, Zabrat qəsəbəsində yerləşən obyektdə Səbinə və Lalə ilə görüşmüşdür. Hətta şirkətdən aparatın sazlığının yoxlanılması üçün onun dəvətilə 2 nəfər texniki servis işçiləri də gəlmişdir. Onlardan birinin adı Tural olsa da digərinin adının bilmir. Həmin vaxtı texniki işçilər də aparatı yoxlayıb saz vəziyyətdə olduğunu bildirmişlər. Lakin, həmin gün Lalə adlı qadın qızının doğuşu ilə bağlı təcili getməli olduğunu, müqaviləni xx.xx.2020-ci il saat 09:00-da bağlayacağını bildirmişdir. Səhərisi günü Lalə adlı qadın günorta 3-də görüşəcəyini söyləsə də həmin vaxtı telefonu yığarkən zəng çatmamışdır. Buna görə də o, Səbinə adlı qadının telefonuna yığmış, lakin zəngə cavab verən olmamıdır. O, mesaj yazaraq artıq əməkdaşlığa son qoyduğunu və aparatı geri gətirmələrini, əks təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra ona 42-ci PB-nin rəis müavinin kimi özünü tədim edən Atiq müəllim zəng vuraraq Səbinə adlı qadının tutulduğunu, digər qadının isə qaçdığını, buna görə həmin qadınla bağlı onda olan məlumatları göndərməyini xahiş etmişdir. Hətta bildirmişdir ki, həmin qadınlar onun aparatını maşınla Zabrat qəsəbəsində yerləşən obyektdən qaçırırlarmış. O da zəng vuranın şəxsiyyətini dəqiqləşdirib həmin şəxsin həqiqətən 42-ci PB-nin rəis müavini olduğunu öyrəndikdən sonra yenidən ona 42-ci PB-dən zəng olunmuş və PB-nə dəvət olunmuşdur. Sonradan onun işi Sabunçu RPİ-nin müstəntiqi Ramil Əliyevin icraatına verilmişdir. Həmin araşdırma zamanı «Az Beauty» şirkətindən xx.xx.2020-ci ildə ona zəng vurularaq aparatının yerinin müəyyən etmələri ilə bağlı məlumat vermişlər və bildirmişlər ki, dəqiqləşdirmək üçün özü gəlməlidir. O da alıcı qismində Bakı şəhəri Nərimanov rayonu, «Şərq bazarının» yaxınlığında yerləşən Vüsal və yoldaşı Səadətin işlətdiyi salona getmiş və orada satışa qoyulan aparatın onun aparatı olduğunu görmüşdür. Vüsal və Səadət aparatı 12000 manata satışa qoymuşdur. O, orada əlaqə nömrəsi qoyub çıxmış və xx.xx.2020-ci ildə şirkət vasitəsilə Ramil müəllimə müraciət etmişdir ki, aparatının tapıldığı yerdən götürülərək ona qaytarılmasında köməklik edilsin. Ramil müəllimlə danışıqları belə olmuşdur ki, həmin gün saat 15:00-da birlikdə həmin ünvana getsinlər. Hətta ona polisdən bildirilmişdir ki, şirkətdən həmin aparatı quraşdırmış texniki servis işçiləri də gəlməlidir. Buna görə o, bu barədə şirkətə məlumat vermişdir. O, buna görə şirkətə getmişdir ki, texniki servis işçiləri ilə birlikdə həmin salona getsin. Lakin orada olan zaman Vüsal və Səadət şirkətə gəlib onun onlarda olan lazer aparatının eyni isə maraqlandıqlarını görmüşdür. O, bu barədə şirkət əməkdaşlarına məlumat verib aparatımın həmin şəxslərdə olduğunu bildirmişdir. Buna görə şirkət əməkdaşları Vüsal və Səadətdən onlarda olan lazer aparatı ilə bağlı maraqlanan zaman onlar kobudluq edib oradan uzaqlaşmışlar. O, dərhal Ramil müəllimə yığıb məlumat vermişdir ki, ola bilsin həmin şəxslər aparatı oradan çıxardıb başqa yerə apararlar. Ramil müəllim də həmin yerə polis əməkdaşları ilə birgə gələcəklərini bildirib onun da ora gəlməsini söyləmişdir. O, şirkətin 2 nəfər texninki işçisi, şirkətin müdiri Yusif Rəhimovla birlikdə Vüsal və Səadətin işlətdiyi salona gəlmişlər. Onlar ora gəldikdə adını bilmədiyi Sabunçu RPİ-nin təhqiqatçısı da olmuşdur. Həmin polis əməkdaşı Vüsal və Səadəti salona gətizdirmiş və salonu açan zaman aparatın orada olmadığını görmüşlər. Həmin vaxtı ora müstəntiq Ramil müəllim də gəlib çıxmışdır. Ramil müəllim və təhqiqatçı Vüsal və Səadəti başa salmışlar ki, aparatın sahibi odur və həmin aparat sahibinə qaytarılmalıdır. Bu danışıqdan sonra Vüsal aparatın qonşunun evində olduğunu bildirmişdir. Salonun arxa tərəfindən keçib Vüsal və texniki servisin bir əməkdaşı aparatı götürüb salona gətirmişlər. O, görmüşdür ki, aparatın üzərində şirkətə məxsus etiket cırılaraq çıxarılmışdır. Aparatın ona məxsus olması dəqiqləşdirildikdən sonra müstəntiq Ramil müəllim protokol tərtib etmiş və o, həmin protokolu imza etmişdir. Lakin, Vüsal və Səadət həmin protokolu imza etməkdən, habelə özlərini təqdim etməkdən imtina etmişlər. Səhərisi gün Sabunçu RPİ-nə dəvət edilmiş və aparatı ona geri qaytarılmışdır. Lakin, aparatı təhvil alan zaman görmüşdür ki, aparatın üzərində olan 800 manat dəyərində kuşetkası, 200 manat dəyərində olan 2 ədəd eynəyi, 500 manət dəyərində diski yoxdur. Həmin aparat hazırda özündədir, həmin aparat özünə məxsusdur. 2020-ci ilin fevral ayının 12-də Səbinə və Lalə onun salonuna gəlib lazer aparatını icarə adı ilə götürüb Zabrat qəsəbəsindəki obyektdə almışlar. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, yoldaşı X7 ünvan 6 ünvanında icarə əsasında gözəllik salonu işlədir. 2020-ci ilin mart ayının əvvəllərində bir nəfər əvvəllər tanımadıqları, sonradan adı onlara məlum olan Lətafət adlı qadın salona gələrək «3D MAX» markalı lazer aparatının ucuz qiymətə satıldığını bildirmişdir. O, və yoldaşı Səadət işlətdikləri salona lazer aparatı lazım olduğu üçün Lətafət adlı qadından həmin aparatı satan şəxsin nömrəsini almışlar. Telefonda danışan şəxs özünü ona Səbinə deyə təqdim etmişdir. O, həmin qadınla Masazır qəsəbəsində görüşmüşdür. Görüşə o, yoldaşı Səadət ilə birgə getmiş və görüşün də məqsədi satılan lazer aparatına baxmaq olmuşdur. Səbinə ilə görüşən zaman yanında tanımadığı bir nəfər oğlan da olmuşdur. Həmin şəxsin adını və başqa məlumatlarını bilmir. O, onları Masazır qəsəbəsindən götürüb Zabrat qəsəbəsində yerləşən yaşayış evinə aparmışdır. Həmin evdə Səbinə adlı qadın ona aparatı göstərib özünə məxsus olduğunu, 18000 manata kreditə aldığını, uşağının əməliyyatı ilə bağlı təcili bu günə pul lazım olduğu üçün 5000 manata satdığını, özü gələcəkdə krediti hər ay ödəyəcəyini bildirmişdir. O da Səbinənin sözlərinə inanmış və lazer aparatını almağa razılaşmışdır. Səbinə adlı qadından aparatın sənədlərini tələb etsə də aparatın sənədlərinin evdə olduğunu, evin isə dağınıq vəziyyətdə olduğunu bildirib gələcəkdə sənədləri ona verəcəyinə söz vermişdir. O da yoldaşı Səadətlə məsləhətləşib həmin aparatı Səbinə adlı qadından almış və Zabrat qəsəbəsində yerləşən həmin evdə Səbinəyə 5000 manat pul vermişdir. Hətta o, Səbinəyə pul verən zaman Səbinənin şəklini çəkmiş və Səbinədən ona aparatı satması barədə adından qeyd aparmasını xahiş etmişdir. Səbinə də adi kağız vərəqəsinə «Mən Təqsirləndirilən şəxs lazer aparatı Səadət xanıma 5000 manata satdım» sözlərini yazıb öz imzası ilə təsdiqləmişdir. Səbinədən qeyd kağızında niyə Təqsirləndirilən şəxs sözünü yazmasını soruşan zaman adının əslində Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O da Səbinənin sözlərinə inanmışdır. Həmin kağızın və fotonun surətini 18-ci PŞ-də verdiyi izahatına əlavə etmişdir. Aparatı alıb işlətdikləri salona aparmış və bir müddət orada saxlamışdır. Arabir Səbinəyə yığıb aparatın sənədlərini istəsə də hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Sonradan borcları ilə əlaqədar həmin aparatı 2020-ci ilin may ayının əvvəllərində satmaq qərarına gəlmiş və buna görə «lazeroloq vatsap» qrupunda 10000 manat satmağına dair elan yerləşdirmişdir. Elandan sonra ona bir nəfər qadın zəng edərək gəlib aparata baxmış və 10000 manata almağa razılaşmışdır. Lakin, sonradan o, maraqlanan zaman məlum olmuşdur ki, həmin aparatın dəyəri 10000 manatdan yuxarıdır və buna görə satmaq istəməmişdir. Həmin müştəriyə də aparatı satdığını bildirmiş və aparatı salonun yanında yerləşən qonşunun həyətinə qoymuşdur ki, gəlib görməsin və o, pis vəziyyətdə qalmasın. Sonradan o, yoldaşı Səadətlə birlikdə «Az Beauty» lazer aparatlarının satışı ilə məşğul olan şirkətə getmiş və orada onun aparatını almaq istəyən həmin qadın müştərini görüb burada neylədiyini soruşan zaman özünə aparat almağa gəldiyini bildirmişdir. Orada olan zaman həmin şirkət əməkdaşlarına onlarda «3D Max» markalı lazer aparatı olduğunu bildirən zaman həmin aparatı haradan əldə etdiklərini orada işləyən əməkdaşlar onlardan soruşmuşlar. O da onlarda olan aparatı Səbinə adlı qadından aldığını bildirmişdir. Həmin gün, yəni 2020-ci ilin may ayının 14-də günorta saatlarında hazırda yadında qalmayan nömrədən onun telefonuna zəng gəlmişdir. Telefonda danışan şəxs özünü ona polis əməkdaşı kimi təqdim etmiş, lakin adını bilməmişdir. Həmin şəxs ona salonun yanına gəlməyini bildirmişdir. O da salonun yanına gələn zaman orada 7 nəfər kişinin və 1 nəfər qadının dayandığını görmüşdür. Həmin şəxslər mülki geyimdə olmuşlar. Onlar özlərini ona «Az Beauty» şirkətinin əməkdaşı kimi təqdim etmişlər və guya onların aparatını oğurladığını söyləmişlər. Hətta ona polisə məlumat verdiklərini və bir azdan Baş Polis İdarəsindən müstəntiqin gələcəyini söyləmişlər. Onlar ondan salonu açmağını və aparatı gətirməyini tələb etmişlər. O da heç nə oğurlamadığını, aparatı pulu ilə aldığını bildirmiş və qonşunun həyətindən aparatı birlikdə gətirib salona qoymuşlar. Onlar icazəsiz qonşunun həyətinə girmişlər. Aparatı salona qoyduqdan təxminən 20 dəqiqə sonra bir nəfər şəxs gəlib özünü BPİ-nin müstəntiqi Ramil Əliyev kimi təqdim etmiş və aparatın ora gələn xanıma məxsus olduğunu, həmin işlə bağlı tərəfindən araşdırma aparıldığını, aparatı xanım aparacağını bildirib, aparatı kimdən almışsa gedib həmin adamdan pulunu tələb etməyini söyləmişdir. O, həmin xanımın adını bilməsə də hicabla bir qadın olmuşdur. Bundan sonra onlar aparatı götürüb getmişlər və yoldaşı Səadət bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan isə o, ərizə ilə 18-ci PŞ-nə şikayət etmişdir. Şikayət edəndən sonra həmin hicablı qadının Təranə adlı şəxs olduğunu, Təranənin aparatını Səbinə və Lalə adlı qadın dələduzluq yolu ilə ələ keçirib ona satdıqları məlum olmuşdur. Hətta o, PŞ-də bilmişdir ki, Səbinə ona yalandan adının Təqsirləndirilən şəxs olduğunu bildirib kağızda qeyd aparsa da, onun əsil adı Şahid8 olmuşdur. Lalə adlı şəxs isə Səbinənin tanışı olmuşdur. O, Səbinədən lazer aparatını alan zaman həmin aparatı Lalə adlı qadından borcunun əvəzində aldığını və ya aparatın həmin qadına məxsus olduğunu bildirməmiş, Səbinə aparatın özünə məxsus olduğunu və kreditdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təxminən 4 ilə yaxındır ki, Səbinə adlı şəxsi Yasamal rayonunda qalan zaman tanımış və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə Səbinəyə görə tanımış və onunla yaxın münasibəti olmamışdır. 2020-ci ilin təxminən mart ayının əvvəlində Səbinə ona zəng vurub icarəyə salon axtardıqlarını bildirmişdir. O da ortaq tanışları Sevdanın belə bir obyekti olduğunu demiş və bu barədə Sevdaya məlumat vermişdir. Sonradan Səbinə ilə Sevda danışaraq razılığa gəlmişlər və Sevda Zabrat qəsəbəsindəki obyektini Səbinə və onun tanışı Laləyə icarəyə vermişdir. Bundan sonra Səbinə ona yığaraq icarəyə lazer aparatı götürdüklərini, həmin aparata görə ilkin ödəniş etmələri üçün 600 manat lazım olduğunu bildirmişdir. O, isə pulunun olmadığını demişdir. Bundan sonra Sevda ona yığaraq Səbinənin ondan 600 manat istədiyini və zamin durub durmadığını soruşmuşdur. O da zamin durduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Sevda 600 manatı Səbinəyə verib, hətta lazer aparatını işlətmək üçün Zabrat qəsəbəsindəki salonu da onlara arendaya vermişdir. Hətta o, bir dəfə həmin obyektə gedib, dedikləri lazer aparatını orada görmüşdür. O, həmin aparatın satılmasında heç bir iştirakı və rolu olmamışdır. Ümumiyyətlə o, həmin lazer aparatının satılmasından məlumatsız olmuşdur. Sonradan, yəni 2020-ci ilin təxminən may ayında Səbinədən bilmişdir ki, Səbinə həmin aparatı Lətafət adlı qadının vasitəsilə kiməsə satmış və problem yarandığı üçün Lətafətlə münasibətləri pozulmuşdur. Bundan başqa, 2020-ci ilin mart ayının 4-də Səbinə ona yığaraq Lalənin kreditə lazer aparatı götürdüyünü, lakin hazırda pula ehtiyacı olduğu üçün həmin aparatı satmaq istədiklərini bildirmişdir. Səbinə ondan həmin lazer aparatını 6000 manata satmaqda köməklik etməyini xahiş etmişdir. Səbinə də taksi ilə aparatı götürüb «Tərlan» şadlıq sarayının qarşısına gəlmişdir. O, orada Səbinə ilə qarşılamış və lazer aparatını Səbinədən təhvil alıb yaşadığı evə aparmışdır. O da bu barədə tanışı Rozadan maraqlanmış və Roza da maraqlanacağını bildirmişdir. Təxminən 1-2 gün sonra Roza ona yığaraq tanışı Günel adlı qadının həmin lazer aparatını 5500 manata almaq istədiyini, ilkin 5000 manat vercəyini, sonra isə 500 manat ödəyəcəyini bildirmişdir. O da Rozanın dediyi sözü Sabinəyə bildirmiş və Səbinə də razılaşmışdır. Buna görə Roza onun yaşadığı evə gələrək həmin lazer aparatını ondan almış və əvəzində 5000 manat vermişdir. O da həmin puldan 100 manat Rozaya hörmət etmiş, 50 manat da taksiyə vermişdir. Sonra isə Səbinəni çağırmış və Səbinəyə yerdə qalan 4650 manat pulu vermişdir. Səbinə isə ona oradan 100 manat əlavə də hörmət etmişdir. Yerdə qalan 4550 manat pulu isə götürüb getmişdir. O, həmin vaxtı Səbinədən xahiş etmişdir ki, pulu ondan almağı barədə ona kağızda yazılı iltizam versin. Səbinə də ona narahat olmamağını, səhərisi günü verəcəyini demişdir. Bundan sonra isə Səbinə çıxıb getmişdir. Onun Lalə ilə lazer aparatı ilə bağlı heç vaxt danışığı olmamışdır. Həmişə Səbinə onunla əlaqə saxlamışdır. Səhərisi günü Səbinə ona üzərində «mən Təqsirləndirilən şəxs lazer aparatını 4500 AZN girov qoymuşam, 2 həftə müddətində çıxardacam, əks halda satılmasına etiraz etmirəm xx.xx.2020 Ağalarova» sözləri və imzası olan kağız vərəqəsini gətirib vermişdir. O da həmin kağızı götürüb özündə saxlamış və oxumadan kağızı aparıb evdə saxlamışdır. Lakin, istintaq zamanı baxanda görmüşdür ki, həmin kağızda Lalə aparatı 4500 manata girov qoymasını qeyd etmişdir. Bundan başqa, 2020-ci ilin mart ayının 24-də Səbinə ona yığaraq Lalə ilə şərikinə kreditlə lazer aparatı aldıqlarını və pula ehtiyacları olduqları üçün həmin lazer aparatını 1 həftə müddətində girova qoyub pul əldə etmək istədiklərini, işlərini yoluna qoyduqdan sonra lazer aparatını girovdan çıxardacaqlarını bildirmişdir. O, həmin vaxtı Səbinəyə təzəlikcə lazer aparatını 5000 manata satdıqlarını, yenidən 2-ci lazer aparatını necə girovdan çıxardacaqlarını soruşmuşdur. Səbinə isə ona narahat olmamağını, lazer aparatını kreditdə aldıqlarını, sadəcə hazırda iş olmadığı üçün çətinliyə düşdüklərini, əldə edəcəkləri pulla işlərini yoluna qoyub lazer aparatlarını girovdan çıxardacaqlarını, həmin lazer aparatlarını açacaqları salonda işlədəcəklərini, girovdan 1 həftə ərzində çıxarda bilməsələr satılmasına etiraz etmədiklərini bildirmişdir. O da Səbinənin sözlərinə inanıb Roza ilə yenidən danışmış və lazer aparatına müştəri tapmasını xahiş etmişdir. O, Səbinəyə lazer aparatını göndərməsini demişdir. Bir müddət sonra Səbinə ona zəng vurub Lələnin taksi maşını ilə «Tərlan» şadlıq sarayının qarşısına lazer aparatını göndərdiyini bildirmişdir. O da həmin lazer aparatını taksidən təhvil alıb sürücünün köməkliyi ilə yaşadığı evə qaldırmışdır. Sonra isə Roza Tofiq adlı şəxslə onun evinə gəlmişdir. Tofiq təsadüfən onun tanışı çıxmışdır. Buna görə Tofiqlə söhbət əsnasında bildirmişdir ki, lazer aparatı tanışlarınındır və 1 həftə ərzində girovdan çıxardacaqlarını, əks təqdirdə satılmasına etiraz etmədiklərini bildirmişdir. Tofiq də ona lazer aparatını 4000 manat pulun müqabilində girova götürəcəyini, əgər 1 həftə ərzində verdiyi 4000 manata görə əlavə olaraq 300-400 manat veriləcəyi təqdirdə lazer aparatını qaytaracağını demişdir. O da Tofiqdən 4000 manatı almış, həmin puldan 200 manat Rozaya vermiş və 200 manat da özünə götürmüşdür. O, pulu alandan sonra Səbinəyə yığmış, Səbinə isə Lalə ilə birlikdə taksi maşını ilə yaşadığı evin yaxınlığına gəlmişdir. O da yerdə qalan 3600 manat pulu əlbəəl Səbinəyə vermişdir. Səbinə pulu alıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən «Həcər» Beauty salonu rəfiqəsi Şahid6 məxsusdur. Günel hazırda xəstəliyi ilə bağlı Türkiyə Respublikasındadır. Günel burada olmadığına görə salona müvəqqəti o, nəzarət edir. xx.xx.2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsindən polis əməkdaşları gələrək salonda olan lazer aparatı ilə maraqlanmışlar və haradan əldə etdiklərini soruşmuşlar. O da buna görə Günelə yığmış və Günel bildirmişdir ki, həmin lazer aparatını 2020-ci ilin mart ayının axırlarında Roza adlı qadından pul müqabilində almışdır. O, Günelin lazer aparatını nə vaxt və kimdən almasını bilməmiş, məlumatı olmamışdır. Hansı məbləğdə almasını da dəqiq bilmir. Günel də təxminən 2-3 gün ərzində ölkə ərazisinə qayıdacaqdır. Qeyd etmişdir ki, polis əməkdaşları həmin lazer aparatının başqa bir şəxsə məxsus olduğunu bildirdiyi üçün o, könüllü şəkildə həmin aparatı polis əməkdaşlarına təqdim etmişdir. O, Roza adlı qadını, Təqsirləndirilən şəxs, Şahid8 və ya Şahid2 tanımır, ilk dəfədir ki, eşidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, Səbinəni tanıyır. Səbinəni əvvəllər müəllimə kimi tanımışdır. 2019-cu ilin noyabr ayında onun oğlu xəstəliklə bağlı dünyasını dəyişmişdir və həmin vaxt Səbinə də yas mərasimində iştirak etmişdir. Ondan sonra Səbinə ona arada zəng vurub haləhvalını soruşmuşdur. 2020-ci ilin mart ayında o, rayona gedən zaman tanışı Röya adlı qadına yığıb ona olan borcunu qaytarmasını istəmişdir. Röya da ona Nərimanov rayonunda yerləşən “Şərq” bazarının arxa tərəfində olan gözəllik salonunda olduğunu və gəlib oradan pulu götürməyini istəmişdir. O da həmin ünvana getmişdir. Salonda Röyanın saçını Səadət adlı qadın düzəltmişdir. Həmin vaxtı ona telefonda Səbinə yığmış və lazer aparatı aldığını bildirmiş, lakin 8000 manata satdığını demişdir. O, aparat barədə maraqlanan zaman aparatın təzə olduğunu, 18000 manat kreditə götürdüyünü, pula ehtiyacı olduğu üçün indi 8000 manata satdığını bildirmişdir. Səbinə ondan bu barədə ətrafdakı tanışlardan maraqlanmasını və istəyən olarsa ona məlumat verməsini xahiş etmişdir. O, telefonda Səbinəyə hazırda belə tanışının olmadığını bildirmişdir. Salondan çıxdıqdan sonra rayona getmişdir. Təxminən bir gün sonra ona Səadət adlı qadın zəng etmiş və nömrəsini tanışı Röyadan aldığını bildirmişdir. Bu zaman Səadət ondan lazer aparatını almaq istədiyini və buna görə də Səbinənin nömrəsini verməyini istəmişdir. O da Səbinənin nömrəsini Səadətə vermişdir. Sonradan onlar arasında baş verənlərdən məlumatı olmamışdır. Təxminən 1-2 ay sonra Səadət ona yığıb Səbinədən lazer aparatını 5000 manata aldığını, bir müddət işlətdikdən sonra polis əməkdaşları tərəfindən lazer aparatının başqa şəxsə aid olduğundan aparıldığını, aparatın oğurluq olduğunu bildirmişdir. Səadət ondan Səbinənin 5000 manatı geri qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ünvan 6 ünvanında icarə əsasında gözəllik salonu işlədir. X9 isə onun həyat yoldaşıdır. 2020-ci ilin mart ayının əvvəllərində əvvəllər tanımadığı, lakin işlətdiyi salonda tanıdığı Lətafət adlı qadından ona məlum olmuşdur ki, həmin şəxsin tanışı lazer aparatı satır. O da buna görə Ləlafət adlı qadından həmin aparatı satan şəxsin nömrəsini almışdır. Telefonda danışan şəxs özünü ona Səbinə deyə təqdim etmiş və özünə məxsus lazer aparatını 8000 manata satdığını bildirsə də, o, o qədər pulunun olmadığını bildirmişdir. Səbinə də ona almaq istəsələr qiymətdə razılaşacaqlarını demişdir. Buna görə lazer aparatına baxmaq üçün yoldaşı Vüsalla birlikdə həmin qadınla Masazır qəsəbəsində görüşmüşdür. Səbinə ilə görüşən zaman yanında tanımadığı bir nəfər oğlan da olmuşdur. Həmin şəxsin adını və başqa məlumatlarını bilmir. Onlar oradan Zabrat qəsəbəsində yerləşən yaşayış evinə getmişlər. Həmin evdə Səbinə adlı qadın ona və Vüsala aparatı göstərib özünə məxsus olduğunu, 18000 manata kreditə aldığını, uşağının əməliyyatı ilə bağlı təcili bu günə pul lazım olduğu üçün satmaq istədiyini, özü gələcəkdə yerdə qalan krediti hər ay ödəyəcəyini bildirmişdir. Onlar da həmin lazer aparatına görə 5000 manat pullarının olduğunu bildirmişlər. Səbinə də onlarla razılaşmış və problem olmadığını demişdir. O və Vüsal Səbinənin sözlərinə inanmışlar və lazer aparatını almağa razılaşmışlar. Səbinə adlı qadından aparatın sənədlərini tələb etsələr də aparatın sənədlərinin evdə olduğunu, evin isə dağınıq vəziyyətdə olduğunu bildirib gələcəkdə sənədləri onlara verəcəyinə söz vermişdir. O da yoldaşı Vüsalla məsləhətləşib həmin aparatı Səbinə adlı qadından almışlar və Zabrat qəsəbəsində yerləşən həmin evdə Səbinəyə 5000 manat pulu yoldaşı Vüsal vermişdir. X13 pul verən zaman Səbinənin şəklini çəkmiş və Səbinədən onlara aparatı satması barədə adından qeyd aparmasını xahiş etmişdir. Səbinə də adi kağız vərəqəsinə «Mən Təqsirləndirilən şəxs lazer aparatı Səadət xanıma 5000 manata satdım» sözlərini yazıb öz imzası ilə təsdiqləmişdir. Səbinədən qeyd kağızında niyə Təqsirləndirilən şəxs sözünü yazmasını soruşan zaman adının əslində Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O və Vüsal da Səbinənin sözlərinə inanmışlar. Aparatı alıb işlətdikləri salona aparmışlar və bir müddət orada saxlamışlar. Arabir Səbinəyə yığıb aparatın sənədlərini istəsələr də hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Sonradan borcları ilə əlaqədar həmin aparatı satmaq istəmişlər, lakin satmaq fikrindən yayınmışlar. Lakin, 2020-ci ilin may ayının 14-də günorta saatlarında özlərini polis və «Az Beauty» şirkətinin əməkdaşı kimi təqdim edən şəxslər, habelə bir nəfər sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 adlı qadın işlətdiyi salona gəlib lazer aparatını götürmüşlər və bildirmişlər ki, həmin lazer aparatı Təranə adlı qadına məxsus olmuş, həmin şəxsi aldadıb aparatını ələ keçirdikdən sonra onlara satmışlar. O da aparatı pulu ilə Səbinə adlı qadından aldıqlarını bildirmiş, lakin buna əhəmiyyət verməyərək həmin lazer aparatını aparmışlar. O da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan isə yoldaşı Vüsal Hacıyev ərizə ilə 18-ci PŞ-nə şikayət etmişdir. Bu günədək də Səbinə onlardan aldığı 5000 manatı geri qaytarmamışdır. Səbinədən lazer aparatını alan zaman həmin aparatın başqa bir şəxsə məxsus olduğunu bildirməmiş, Səbinə aparatın özünə məxsus olduğunu və kreditdə olduğunu bildirmişdir.O, Təqsirləndirilən şəxs adlı şəxsi görməmiş, sadəcə Səbinə əsil adının Təqsirləndirilən şəxs olduğunu və buna görə kağızda «Mən Təqsirləndirilən şəxs lazer aparatı 5000 manat satdım» sözlərini yazdığını bildirmişdir. Sonradan isə PŞ-də Təqsirləndirilən şəxs Səbinənin rəfiqəsi olduğu, öz adının isə Şahid8 olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 27A ünvanında yerləşən «Həcər» Beauty salonu ona məxsusdur. 2020-ci ilin mart ayının əvvəllərində salonun daimi müştərisi olan Roza ilə danışıq zamanı ona bildirmişdir ki, tanışına məxsus lazer aparatı var və həmin lazer aparatını satmaq istəyir. Roza ondan həmin lazer aparatını almaq istəyib istəmədəyini soruşmuş, həmin aparatı tanışının 6000 manata satdığını demişdir. O da salon üçün həmin lazer aparatını almaq qərarına gəlmişdir. Lakin, Rozaya 6000 manat deyil, 5500 manatının olduğunu demişdir. Roza isə lazer aparatının özünə məxsus olmadığını, tanışı Esmira adlı qadına məxsus olduğunu, həmin şəxsdən maraqlandıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. Roza da telefonda danışdıqdan sonra Esmiranın 5500 manata aparatı satmasına razılıq verdiyini demişdir. Buna görə Roza ilə birlikdə 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən «Tərlan» şadlıq sarayının yaxınlığındakı yaşayış binasına getmişlər. O, taksidə gözləmiş və və 5000 manat pulu Rozaya vermiş, yerdə qalan 500 manat pulu isə qısa müddətdə verəcəyini demişdir. Roza isə pulu götürüb Esmiradan lazer aparatını alması üçün maşından düşüb binaya girmiş və təxminən bir neçə dəqiqə sonra Roza bir nəfər oğlanla lazer aparatını həyətə düşürdüb taksi maşınına qoymuşdur. O da həmin lazer aparatını işlətdiyi salona yerləşdirmiş və istifadə etməyə başlamışdır. Sonradan isə xx.xx.2020-ci ildə o, müalicəsilə bağlı Türkiyə Respublikasında olan zaman rəfiqəsi Ella ona yığaraq lazer aparatının polis əməkdaşlarının götürmək istədiyini bildirmişdir. O da telefonda polis əməkdaşları ilə danışdıqdan sonra məlum olmuşdur ki, həmin lazer aparatı başqa bir şəxsə məxsusdur. Buna görə də Ellaya lazer aparatını polislərə verməsini demişdir. O, Esmiranı görməmiş və lazer aparatının satışı ilə bağlı danışığı olmamışdır, o, Esmiranı bir dəfə əvvəllər müştəri kimi görmüş, hazırda görsə tanımaz. Onun lazer aparatı ilə bağlı danışığı Roza ilə olmuş və Roza ona Esmiranın adından danışmışdır. Roza ondan da 5000 manat pulu almışdır ki, aparıb Esmiraya verəcəkdir. O, Esmira ilə heç bir danışıq aparmamışdır. Roza ona həmin lazer aparatının tanışı Esmiraya məxsus olduğunu bildirmişdir. O da onun sözlərinə inanıb almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Esmiranı təxminən 30 ilə yaxındır ki, tanıyır. Belə ki, əvvəllər Esmira ilə bir qonşu olmuşlar və sonradan münasibətləri davam etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində o, Günel adlı qadının gözəllik salonunda olan zaman ona Esmira yığmış və qohumlarına məxsus gözəllik salonu bağlandığını, buna görə həmin qohumlarının lazer aparatlarını satdığını bildirmişdir. O da elə həmin vaxtı Güneldən lazer aparatı istəyib istəmədəyini soruşmuş və Esmiranın sözünə əsasən 6000 manata satıldığını demişdir. Hətta Esmira onun telefonuna başqa bir nömrədən fotoşəklini göndərmiş və Günel lazer aparatına baxıb bəyənmişdir. Təxminən 1-2 gün sonra Günel ona lazer aparatını almaq istədiyini, lakin 6000 manat deyil, 5500 manatının olduğunu demişdir. O da Esmiraya zəng vurub lazer aparatının qalıb qalmadığını soruşmuş, Esmira da lazer aparatının qaldığını bildirən zaman tanışı Günelin həmin lazer aparatını 5500 manata almaq istədiyini bildirmişdir. Esmira da onun təklifilə razılaşmışdır. Buna görə Günel ilə birlikdə 2020-ci ilin mart ayının əvvəllərində Esmiranın yaşadığı Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən «Tərlan» şadlıq sarayının yaxınlığındakı yaşayış binasına getmişlər. Günel taksidə gözləmiş və o, Güneldən 5500 manat pulu alıb Esmiranın yaşadığın mənzilə qalxmışdır. Esmiradan lazer aparatını alaraq əvəzində 5500 manat pulu Esmiraya yaşadığı evdə vermişdir. Sonra isə Esmira kimisə aşağıdan çağırmış və həmin şəxsin köməkliyi ilə lazer aparatını həyətə düşürdüb taksi maşınına qoymuşlar. Esmira ona etdiyi köməkliyə görə 100 manat hörmət etmişdir. Oradan Günel ilə birlikdə geri qayıtmışlar və Günel lazer aparatın özü ilə salona aparmışdır. Bu hadisədən təxminən bir müddət sonra, səhv etmirsə təxminən 20 gün sonra Esmira ona yığaraq qohumlarının lazer aparatını yenə satdığını bildirib ondan müştəri tapmasını xahiş etmişdir. O da Esmiranın sözlərinə inanıb tanışı Tofiqə bildirmişdir. Tofiq də razılıq vermişdir. Tofiqlə birlikdə Esmiranın yaşadığı ünvana getmişlər. O, Esmiranın evində kənarda dayanmış və Esmira Tofiqlə danışıb razılığa gəldikdən sonra evində olan 01 ədəd lazer aparatını 4000 manat pulun müqabilində Tofiq adlı şəxsə satmışdır. Tofiq də lazer aparatını götürüb çıxıb getmişdir. Həmin vaxtı Esmira ona lazer aparatını satmaqda köməklik edib müştəri tapdığından ona 200 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə Nərimanov metrostansiyası yaxınlığında görüşmüşlər. Görüş zamanı Lalə ona bildirmişdir ki, icarəyə salon tapıb lazer cihazı ilə orada xidmətlər göstərmək istəyir. Bu işlə bağlı həmin gün Nərimanov rayonu ərazisində yerləşən qadın salonlarından birinə onunla birlikdə getməsini təklif etmişdir. Onlar birlikdə adını bilmədiyi qadın salonuna getmişlər və orada ilk dəfə Xəyalə adlı qadını görmüşdür. Orada ona məlum olmuşdur ki, Xəyalə adlı qadın daşınmaz əmlakın icarəyə verilməsi müqaviləsi ilə Təqsirləndirilən şəxs lazer cihazını 1.500 manata, ona məlum olmayan müddətə icarəyə verir. Bundan sonra Təqsirləndirilən şəxs həmin salonun qarşısına taksi sifariş etmişdir. Taksi gəldikdən sonra Təqsirləndirilən şəxs kömək etmiş, birlikdə lazer cihazını avtomobilə yerləşdirmişlər. O, onlarla birlikdə Nərimanov metrostansiyasına kimi getmiş və orada onlardan ayrılmışdır. Lakin, daha sonra Təqsirləndirilən şəxs lazer cihazı ilə bağlı nə etdiyini bilməmişdir. Sonradan, yəni Lələnin Pərvanə adlı qadını axtaran zaman ona məlum olmuşdur ki, Lalə Xəyalənin aparatını Pərvanə adlı qadına girov qoyub əvəzində 4.500 manat götürmüş və sonradan ödənişləri edə bilməmişdir. Hətta sonradan Xəyalə Lalədən aparatını geri istəyən zaman o da Xəyaləyə zəng vurub Laləyə vaxt verməsi üçün xahiş etmişdir. Lakin, o və Lalə Pərvanəni neçə dəfə axtarsalar da tapa bilməmişlər. Bundan başqa qeyd etmişdir ki, Səadət Hacıyevanı və Vüsal Hacıyevi 2020-ci ilin mart ayında ortaq tanışlar vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs bir ildən artıq müddətdir ondan 5.000 manat borca pul almış və geri qaytarmamışdır. Buna görə ondan pulunu istəyən zaman ona borcunun əvəzində “3DMAX” lazer cihazını vermiş və bildirmişdir ki, həmin aparatı kreditə Təranə adlı qadından almışdır. Lalə ona bildirmişdir ki, aparatı ona borcunun əvəzində verir və özü Təranə adlı qadının pulunu hər ay kredit şəklində ödəyəcəkdir. Hətta bildirmişdir ki, Təranəyə həmin aparata görə müəyyən məbləğdə pul ödəyib və yerdə qalan pulu da hissə-hissə ödəyəcəkdir. O da buna görə borcunun əvəzində Lalədən həmin aparatı götürmüş və tanışlara lazer aparatının satılması barədə xəbər göndərmişdir. Bununla bağlı 2020-ci ilin təxminən fevral ayının sonları ya da mart ayının əvvəllərində həmin lazer aparatını Sabunçu rayonu, Zabrat qəsəbəsində tanışının evində Səadət və Vüsal adlı şəxsə 5.000 manata satmışdır. Satan zaman ondan cihazın sənədlərin istəmişlər, o aparatın sənədlərinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonradan bu barədə Lalədən maraqlanmış və ona məlum olmuşdur ki, aparat kreditdə olduğu üçün sənədlər şirkətdədir və şirkətə olan kredit borcu ödənildikdən sonra sənədlər veriləcəkdir. Sonradan isə onun Səadət və ya Vüsalla əlaqəsi olmamış, onlar da ondan sənəd istəməmişlər. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin may ayında Səadət ona zəng vurub bir neçə şirkət əməkdaşının gəlib aparatı apardıqlarını bildirmişdir və ondan verdiyi 5.000 manat pulu geri istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(011)-7308/2018 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs4 iddiası təmin edilərək Təqsirləndirilən şəxs 30800 ABŞ dolları məbləğində borc pul və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs4 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icrası Xətai rayon İcra şöbəsinə yönlənmiş, icra sənədi xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmiş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə bu barədə bildirişlər təqdim edilsə də o, məhkəmə qətnaməsini icra etməmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 manat cərimə cəzası ilə cəzalandırılmışdır. Məhkəmə qətnaməsinin icrası yenidən İcra şöbəsinə həvalə edilmiş, lakin Təqsirləndirilən şəxs yenidən qərəzli olaraq qətnamədə qeyd olunanları icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Şahid10 Şahid9 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(011)- 7308/2018 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30800 (otuz min səkkiz yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu Zərərçəkmiş şəxs4 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və 13367/2019-1-19 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(011)-7308/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 8(011)- 519/2019 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 3(011)-373/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəatai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilib, CM-nin 69.4-cü maddəsi tətbiq edilərək 1000 manat cəzimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə cəzasının qalan hissəsi 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 1(102)- 1097/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün və 15 noyabr 2017-ci il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası- 1 il 20 gün, ümumilikdə isə 1 il 22 gün təşkil edən müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış, 2 il 1 ay 14 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, onun üzərində qəti olaraq 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Daşınmaz əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanındakı lazer aparatını 6 ay müddətinə, aylıq 1500 manat məbləğinə X2 icarəyə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs lazer aparatını 5000 manata Səadət Hacıyevaya satmışdır. Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs lazer aparatını 4500 manata girov qoymuşdur; 20 sentyabr 2019-cu il tarixli, xx.xx.2019 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Zərərçəkmiş şəxs3 12.000 manat dəyərində olan “3D Max Lazer” aparatını almışdır. 02 yanvar 2019-cu il tarixli alq-satqı müqaviləsindən görünür ki, alıcı Zərərçəkmiş şəxs2 28.000 manat dəyərində olan epiray cihazı almışdır. “Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında” 17 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi lazer aparatı maddi sübut qismində götürülmüşdür; “Əşyaya baxış keçirilməsi haqqında” 17 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin lazer aparatının əlamətlərinə görə tanıyıb özünə məxsus olduğunu, həmin aparatı xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs və Şahid8 icarəyə verdiyini bildirdi; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 1 ədəd lazer aparatını və həmin aparata məxsus 3 ədəd boru kəmərini təhvil almışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3177 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “3 in 1 X14” yazıları olan lazer aparatının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 8000,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; 08 sentyabr 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus Tl20-Z6 nömrəli aparatı təhvil almışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)- 1070/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və məhkəmə iclas zalından dərhal buraxılmışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan gorunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında” 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi lazer aparatı maddi sübut qismində götürülmüşdür; “Əşyanın tanınmaya təqdim etmək haqqında” 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı X3 həmin lazer aparatının əlamətlərinə görə tanıyıb özünə məxsus olduğunu, həmin aparatı xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs və Şahid8 icarəyə verdiyini bildirdi; X3 tərəfindən yazılaraq imzalanan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “Epiray Mantis” markalı lazer aparatını təhvil almışdır; “Mülki iddiaçı qismində tanınma haqqında” 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 mülki iddiaçı qismində tanınmışdır; “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “3D Max” markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Epiray Mantis” markalı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “3 D Max” markalı lazer aparatı maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır; “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlif tövsif edilməsi və hissəvi xitam verilməsi haqqında” 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinə tövsif edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-36/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs olunması qərara alınmışdır; Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin ***-**** nömrəli, 16 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə könüllü olaraq 18-ci PŞ-yə gəlmiş və saxlanılması üçün Nərimanov MSY-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-6593 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə Zərərçəkmiş şəxs4 borcu olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(011)-7308/2018 nömrəli qətnaməsindən icra sənədi üzrə 16 yanvar 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, keçən müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmişdir. Borcun ödənilməməsinin onun Zərərçəkmiş şəxs4 borcu olmaması barədə qeyd etdiklərinə dair məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, borcun ödənilməsinə laqeyd münasibət göstərilməklə icra sənədinin icrasını tam təmin etməkdə hərəkətsizlik nümayiş etdirmiş, dəfələrlə rəsmi xəbərdarlıq edilmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngilləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə analoji cinayətlər törətdiyinə görə məhkum olunması, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona təyin edilmiş cəzalar qismən toplanılmalı (CM-in 66.2-ci), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “3D Max” markalı, 01 ədəd “Epiray Mantis” markalı və 01 ədəd “3 D Max” markalı lazer aparatının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, məhkəmə ibtidai araşdırma zamanı mülki iddiaçı qismində tanınmış X9 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 16 sentyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd “3D Max” markalı lazer aparatının Zərərçəkmiş şəxs3, 01 ədəd “Epiray Mantis” markalı lazer aparatının Zərərçəkmiş şəxs2 və 01 ədəd “3 D Max” markalı lazer aparatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. X9 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-36/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-36/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver