Məhkəmə qərarları › İş №1(005)-36/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-36/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-36/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun vəkili və nümayəndəsi Müdafiəçi2, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Bərdə rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 10 sentyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN №**********) "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri olan qardaşı X3 və digər təsisçilər tərəfindən verilmiş şifahi razılıq, xx.xx.2016-cı il tarixdə isə kooperativin sədri Tariyel Hacıyev tərəfindən verilmiş etibarnamə əsasında Cəmiyyətin Nizamnaməsinə əsasən, Kooperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək, kooperativin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarım müəyyən etmək, Təftiş Komissiyasının (Müfəttişin) apardığı yoxlamanın nəticələrinə baxmaq və müvafiq qərar qəbul etmək, qanunvericiliklə və kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şürasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, Ümumi Yığıncağın qərarına və ərizəsinə əsasən vaxtından əvvəl vəzifədən azad olunmaq və digər hüquqlara malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar cəmiyyətin faktiki rəhbəri kimi özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istiladə edərək təmsil etdiyi cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının «C» blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli 343 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan “Çinar-AN» MTK-nin sədri Hacıyev T.” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib mənzilin Zərərçəkmiş şəxs1 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manata cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan “Çinar-AN» MTK-nin sədri Abbasov G.Ş” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs2 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 3 ünvanında 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 məxsus 39.400 manat pulu ələ keçirib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs1 əmlakı olan 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2015-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 və qızı kimi təqdim etdiyi Şahid1 ilə birlikdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən ofisə gələrək "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa olunan 10 bloklu yaşayış binasında mənzil almaq istədiyini bildirmişdir. Birgə eskizə baxış keçirdikdən sonra Zərərçəkmiş şəxs1 “C” blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 78,99 kv.m. mənzili bəyəndiyi üçün sonuncuya həmin mənzili ümumi 47.394 manat məbləğinə satmışdır. Mənzilin bir kvadrat üçün qiyməti 650 manat olsa da, Elmiraya endirim edərək bir kvadrat metri 600 manat məbləğinə hesablanmışdır. Zərərçəkmiş şəxs1 həmin gün qeyd olunan məbləği ödəniş etdikdə onun tərəfindən müvafiq müqavilə, maliyyə arayışı və qəbz tərtib etdikdən sonra özü də imzalayıb, möhürlə təsdiq etdikdən sonra bir nüsxəsini Zərərçəkmiş şəxs1 vermiş, digər nüsxəsini özündə saxlamışdır. Zərərçəkmiş şəxs1 aldığı vəsait elə həmin binaların insasına sərf edilmiş, tikinti materiallarının borc kimi qalmış ödənişlərini həyata keçirməyə sərf etmişdir. Ona görə, qeyd olunan məbləği MTK-nın mühasibinə təqdim etməmişdir. Təxminən 2018-ci ilin əvvəllərində, sonra 2018-ci ilin ortalarında Zərərçəkmiş şəxs1 ofisə gələrək pula ehtiyacı olduğundan aldığı mənzili qaytarmaq niyyətinin olmasını bildirmiş, lakin satmaq istədiyi mənzilin qiymətinin aldığı qiymətdən baha satmaq niyyətində olmasını demişdir. Belə ki, təxminən 3 il ərzində binada müəyyən işlər görülmüş, əmlak bazarında qiymətlər qalxmışdır. O, buna etiraz etməyərək Elmiraya mənzilini başqa şəxsə satmasına icazə verdiyi halda, mənzili digər şəxsə satmışdır. Elmiraya isə 1 il müddətində 50.000 manat pul verməsini təklif etmişdir. Elmira ilə razılıqları şifahi olduğundan mənzili satmasına razı olmasına dair hər hansı bir sənəd tərtib etməmişdir. 2018-ci ilin avqust ayınadək Elmira adını bilmədiyi qohumu ilə ofisə gəlib gedib pulu nə zaman verəcəyi ilə maraqlanmış, həmin görüşlərin birində yenə də ofisdə Elmiraya 15.000 manat ödəmişdir. Təxminən 2018-ci ilin avqust ayının sonlarında isə əvvəllər Zərərçəkmiş şəxs1 satdığı mənzili rəsmi olaraq müştəri kimi Zərərçəkmiş şəxs2 bir kvadrat metr üçün 500 manata, ümumilikdə isə 39.450 manat dəyərinə satmışdır. Həmin ərəfələr müştəri az olduğundan və satış zəif olduğundan alqı-satqı qiymətləri aşağı enmiş, ona görə, əvvəl baha qiymətə satdığı mənzili Zərərçəkmiş şəxs2 daha ucuz qiymətə satmışdır. Bundan sonra təxminən 2020-ci ilin əvvəlinədək Zərərçəkmiş şəxs1 ilə dəfələrlə ofisdə görüşərək ona hər səfərində müxtəlif məbləğlərdə borcu qaytarmışdır. Belə ki, birinci dəfə 15000 manat, sonra 10000 manat, sonra 5000 manat, sonra 3000 manat, əlavə olaraq 3000 manat və sonda 4000 manat pul ödəmişdir. Elmira ilə sonuncu görüşləri 2020-ci ilin əvvəlində Yasamal rayonunda “Qələbə dairəsi” adlanan ərazidə baş tutmuş, həmin görüşdə Elmiraya 4.000 manat pul vermişdir. Sonuncu görüşlərindən bir müddət sonra Elmira ilə yenidən ofisdə görüşdükdə o, Elmira mənzili qaytarmaq istədiyi vaxt ona ödədiyi pulu dərhal qaytarmadığı üçün şəxsi işlərini görməkdən ötrü faizə borc pul götürdüyünü bildirmişdir. Elmira onun qısa müddət ərzində 47394 manatın əvəzində ona lazım olsa lap 50.000 manat pulu ödəyəcəyini, Elmira da borc aldığı şəxslərə borcunu ödəyəcəyini fikirləşmiş, lakin onun Elmiranın mənzilinə görə verdiyi pulu tam və vaxtında ödəyə bilmədiyi üçün sonuncu da faiz altında aldığı borcu qaytara bilməmiş, nəticədə borcun üzərinə yüksək faiz məbləğləri gəlmişdir. Ona görə, Elmira borcunun üstünə faiz yığılmasında onu günahkar bilib faizə götürdüyü borcun üzərinə gəlmiş borcu da onun ödəməsini tələb etmişdir. Həmin vaxt onun Elmiraya 7394 manat məbləğində borcu qalmışdır. Belə ki, əmlak bazarında satış həddindən artıq zəiflədiyindən işləri yaxşı getməmişdir. Elmiranın deməsinə görə, onun borclarını bağlamaqdan ötrü əlavə olaraq 20.000 manata ehtiyacı olmuş, əks halda borc yiyələri onu ciddi şəkildə narahat etmişlər. Elmiraya inanaraq bir insan və qadın kimi ona köməklik etmək istədiyi üçün sonuncuya borcundan əlavə 20.000 manata verəcəyinə söz vermişdir. Elmiranın borclu olduğu şəxslər tərəfindən narahat edilməməsi üçün formal olaraq Zərərçəkmiş şəxs1 qızı Şahid1 adına "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 7-ci mərtəbəsində 2 otaqlı mənzilin 102.000 manat məbləğində satılmasına dair formal müqavilə və maliyyə arayışı Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Belə ki, ona həmin müqaviləni borc yiyələrinə göstərməsi, həmin şəxslərin isə müqaviləni gördükdə onu incitməməsi, bundan əlavə isə özünün Elmiraya olan borcun təminatı kimi tərtib etmişdir. Müqavilə və maliyyə arayışı formal olduğundan nə Zərərçəkmiş şəxs1, nə qızı Şahid1, nə də ki, digər qohum tanışları tərəfindən hər hansı bir məbləğdə onlara ödəniş edilməmişdir. 18 mart 2020-ci il tarixdə müqavilə və maliyyə arayışı onun tərəfindən tərtib edilmiş, möhürlənmiş, bir nüsxəsi özündə, digər nüsxəsi Elmirada qalmışdır. Sənədlərə bir tərəfdən özü, digər tərəfdən qızının adından Elmira şəxsən imzalamışdır. Razılıqlarına əsasən o, Elmiraya 7394 manatın əvəzində 30.000 manat məbləğində pulu verdikdən sonra Elmira həm "xxxx" MTK-dan, həmdəki "xxxx" MTK-dan əldə etdiyi müqavilələri və digər sənədləri ona təhvil verməli olmuşdur. Təxminən 2-3 ay sonra Elmira ilə mobil telefonla əlaqə saxlayıb ofisə gəlməsini və 7.394 manat ödəməsini təklif etmiş, həmçinin gələrkən özü ilə sənədləri ləğv etməsi üçün "xxxx" MTK-dan əldə etdiyi müqavilənin və digər sənədlərin əslini gətirməsini xahiş etmişdir. Elmira isə bunları eşitdikdə birdən-birə gəlməkdən imtina edərək onu məhkəməyə verəcəyini demişdir. Buna təəcüb 40.000 manat ödədiyi halda hansı əsasla onu məhkəmə verəcəyini maraqlandıqda, sonuncu ondan güya heç bir məbləğdə pul almadığını demişdir. Sonraki müddət ərzində isə Elmira Abşeron Rayon Məhkəməsinə müraciət edərək şifahi razılığı olduğu halda Zərərçəkmiş şəxs2 satdığı mənzilin güya ki, Elmiradan xəbərsiz satıldığını, onun bu yol ilə pulunu ələ keçirməsi barədə ərizə ilə müraciət edərək qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsi tələbini irəli sürmüşdür. Elmira mənzildən imtina etdiyindən və mənzilin pulunu geri istədiyindən o, Elmiradan Abşeron rayonu, Xırdalan şəhəri, Baku-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasım “C” blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 78,99 kv.m olan mənzil üçün aldığı pulu sonuncuyua hisə-hissə qaytarmağa başlamışdır. Elmiraya ümumi olaraq 2018-ci ildən başlayaraq 40000 manat pul ödəmiş və cəmi 7394 manat borcu qalmışdır. Həmin pulları Elmiraya ayrı-ayrı vaxtlarda özünün ofisində görüşərək qaytarmışdır. Pulları qaytaran zaman çox vaxt tək olmuş, lakin Elmiranın ofisə gəlməsini və ondan pulu istəməsini ofisdə olanlar təsdiq edə bilərlər. Elmiradan aldığı 47394 manat pulu sonuncuya məxsus mənzili satdıqdan sonra qaytarmasına dair heç bir sənəd tərtib etməmiş, yalnız şifahi razılıq əsasında bunu vermişdir. Elmiranın mənzil istəyən zaman "xxxx" MTK-nin ofisinə gəlməsi və orada onu görməsi barədə dedikləri yalandır. Elmira onun ofisinin yerini bilmiş və daima ora gedib-gəlmişdir. Elmiranın onun yanına gəlməsinə səbəb sonuncuya məxsus mənzili satmasını və qısa vaxt ərzində pulunu qaytarmasını deməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs, məhkəməədn barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin mart ayında oğlu Cəlil üçün mənzil axtarırmış, bir çox rayonların ərazisində mənzil axtarsa da həmin vaxtda əlində olan məbləğə uyğun mənzili Xırdalan şəhərində tapacağını düşünmüşdür. Orada tikilən binalardan Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində "xxxx" MTK-nın inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasını bəyənmiş, binada olan şəxslərdən "xxxx" MTK-nın ofisinin yerini dəqiqləşdirib, ofisin ünvanı Nərimanov rayonu ərazisində “Ayna Sultanova” heykəlnini yaxınlığında olduğunu öyrənmişdir. 08 aprel 2015-ci o, qızı Pərvanə ilə birlikdə "xxxx" MTK-nın Nərimanov rayonunda yerləşən ofisinə gəlmiş, həmin ofisə daxil olub orada olan şəxslərdən mənzil almaq istədiyini söylədikdə həmin şəxslərdən özünü həmin MTK-nın məsul şəxsi kimi təqdim etmiş Nofəl adlı şəxs öz otağına dəvət etdikdən sonra onlara "xxxx" MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasında olan mənzilləri göstərmişdir. Eskiz üzərində baxış keçirdikləri mənzillərdən binanın “C” blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 78,99 kv.m. olan mənzili bəyənərək almaq qərarına gəlmişlər. Nöfəl bir kvadrat metr üçün 650 manat ödəməli olduğunu söyləsə də, danışıqlardan sonra endirim edərək bir kvadrat metr üçün 600 manat təyin edilmişdir. Ona görə də, çantasında əvvəlcədən hazırlıqlı olduğu üçün təxminən 50.000 manata yaxın puldan elə oradaca mənzil üçün 47.394 manat məbləğində pulu qızı Pərvanənin yanında şəxsən Nofələ vermişdir. Bundan sonra Nofəl ona imzalı, möhürlü müqaviləyə və maliyyə arayışına məlumatları özü qeyd etdikdən sonra ona imzaladaraq bir nüsxəsini özündə saxlayıb, digər nüsxələri ona təqdim etmişdir. Bundan sonra ofisdən çıxmışlar. Həmin gündən sonra ara-sıra aldığı mənzilə baxış keçirmək üçün qeyd etdiyi ünvana gedib-gəlmişdir. Həmin ərəfələrdə binada təmir-tikinti işləri getdiyindən mənzilin içərisinə girə bilməmişdir. Təxminən 2018-ci ilin avqust ayında özünə məxsus ünvan 6 ünvanında olan 3 otaqlı mənzilini 125.000 manata satmış və yaşamaq üçün Səbail rayonunda Bayıl qəsəbəsində yerləşən 1 otaqlı mənzilə köçmüşdür. Əlində olan pulu itirməmək üçün mənzil almaq qərarına gəlmişdir. Bir müddət uyğun mənzil axtardıqdan sonra Nərimanov rayonu, İ.Dadaşov küçəsində "xxxx" MTK-nın inşa etdiyi 1 bloklu çoxmərtəbəli yaşayış binasını bəyənmişdir. Həmin MTK-nın ofisinin yerini maraqlandıqda ofisin əvvəllər mənzil aldığı "xxxx" MTK ilə eyni ofisdə yerləşdiyini öyrənmiş və həmin binanı da Nofəl müəllimgil tərəfindən inşa olunmasını başa düşmüşdür. Nofəllə tanışlığı olduğu üçün buna sevinib həmin binada mənzil olduğu halda almaq qərarına gəlmişdir. Ofisdə olarkən Nofəl ilə görüşdükdə sonuncu ona qeyd olunan binadan münasib qiymətə mənzil satacağını söyləmiş, sonuncu ilə razılaşdıqdan sonra binaya və mənzillərə baxmış, Nofəl həmin 1 bloklu binanında əvvəl inşa edilmiş binaya birləşdiriləcəyini və binanın ümumilikdə 6 blokdan ibarət olduğunu qeyd etmişdir. Həmin binanın 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85 kv.m. olan mənzili bəyəndikdən sonra 18 mart 2020-ci il tarixdə oğlu Cəlil ilə birlikdə ofisə gəlmiş və Nofəl ilə ofisində görüşərək 1 kv.m. üçün 1200 manat, ümumilikdə 102.000 manat məbləğində pulu şəxsən Nofəlin ofisində sayaraq ödəmişdir. Həmin mənzili qızı Pərvanə üçün aldığından və Pərvanədən əvvəlcədən etibarnaməsi olduğundan Nofəl tərəfindən müqavilə və digər sənədlər qızı Pərvanənin adına rəsmiləşdirilmişdir. Bundan sonra Nofəl yenə də imzalı, möhürlü müqaviləyə və maliyyə arayışına məlumatları qeyd etdikdən sonra ona imzaladaraq bir nüsxəsinin özündə saxlayıb, digər nüsxələrini ona təqdim etmişdir. Bundan sonra özündə qalan pul vəsaitini oğlu üçün 2015-ci ildə "xxxx" MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi binadan aldığı mənzili təmir etdirmək niyyətində olduğu üçün qeyd olunan binanın “C” blokunun 9-cu mərtəbəsində 2 otaqlı 78,99 kv.m. sahəsi olan mənzilə baxmaq istərkən mənzilə təzə qapı qoyulmasını və bağlı olmasını görmüşdür. Binanın komendantından həmin mənzilin Zakir adlı şəxs tərəfindən alınmasını öyrəndikdə, sonuncunun mobil nömrəsini taparaq əlaqə saxlamış, həmin şəxslə danışdıqda Zakir həqiqətən də həmin mənzili Nofəldən almasını, mənzil üçün 39.450 manat ödəməsini, hazırda mənzili təmir etdirərək ailəsi ilə birlikdə yaşadığını söyləmişdir. Bunu dəqiqləşdirdikdə bir neçə dəfə Nofəlin ofisinə getsə cə, sonuncu ofisdə olmadığından onunla görüşə bilməmiş, habelə Nofəlin mobil telefonuna dəfələrlə zəng etsə də, zəngə cavab verən şəxslər Nofəlin gah rayonda olmasını, gah hüzrlə əlaqədar çıxması bəhanələrini gətirdiklərindən sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Nofəlin onunla görüşdən yayınmasını anlayıb, Nofəlin bilərəkdən onun mənzilini icazəsi və razılığı olmadan Zakirə satdığını və bu yol ilə onu aldadaraq pulu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra qeyd olunan mənzilin ona məxsus olmasını və onun mülkiyyətinə verilməsinin təmin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan vəkili məhkəmə iclaslarında iştirak etdiyindən sonuncudan "xxxx" MTK-nın nümayəndələri məhkəmədə çıxış edərək onun sonunculardan aldığı mənzilin əvəzinə ona guya ki "xxxx" MTK-nın Nərimanov rayonunda inşa olunan binasından mənzil vermələrini öyrənmişdir. Lakin bu cür hal olmamış, "xxxx" MTK-dən mənzil almaqdan ötrü 102.000 manat məbləğini tam şəkildə oğlu Cəlilin yanında şəxsən Təqsirləndirilən şəxs ödəmiş, sonuncu isə bunu təsdiq edən möhürlü və imzalı müqaviləni və maliyyə arayışını ona təqdim etmişdir. Sonraki müddət ərzində aldığı ikinci mənzilin müqqəddaratı barədə narahat olduğundan Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, onun ümumiyyətlə”Çinar-AN” MTK-dan aldığı mənzili satmaq fikri olmamış, bununla əlaqədar Nofələ müraciət etməmiş, sonuncudan heç bir məbləğdə pul almamışdır. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust-sentyabr ayında Nərimanov rayonu, İ.Dadaşov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisində restoran kimi fəaliyyət göstərəcək obyektdə boyaçı usta işləmişdir. Həmin vaxt əlində biraz pul yığdığından və kirayədə yaşadığından ailəsi üçün münasib qiymətə mənzil almaq qərarına gəlmişdir. Elə işlədiyi restoranın yerləşdiyi binanın tikintisini həyata keçirmiş "xxxx" MTKnın ofisi, həmin binada yerləşdiyindən ofisə yaxınlaşmışdır. Orada MTK-nın Murad adlı işçisi ilə görüşüb mənzil almaq istədiyini dedikdə, sonuncu hansı məbləğdə mənzil axtarmasını soruşmuşdur. Murada mənzil almaq üçün 40.000 manat pulunun olmasını dedikdə sonuncu həmin ünvanda mənzilin baha olmasını, "xxxx" MTK-nın rəhbərləri olan şəxslərə "xxxx" MTK-i məxsus olmasını və həmin şəxslər tərəfindən Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyində hündürmərtəbəli binaların tikintisini həyata keçirilməsi bildirmiş, bəyəndiyi və istədiyi halda həmin məbləğə uyğun qeyd olunan binada mənzil ala biləcəyini demişdir. Belə ki, Muradın deməsinə görə onun nağd alacağı təqdirdə bir kvadrat metr üçün 500 manat, kredit müqaviləsi ilə mənzil aldığı halda bir kvadrat metr üçün 650 manat ödəməli olmuşdur. Biraz düşünüb və mənzili nağd məbləğə alacağını qərarlaşdırıb mənzilə baxmaq istədiyini dedikdə, Murad onunla birgə qeyd olunan binada Zahid adlı işçisini qoşaraq həmin binaya göndərmişdir. Həmin ünvanda komendant Bayram adlı şəxsin otağında görüşdükdə binanın ümumi planına və mənzillərin siyahısına baxmış, binanın “C” blokunda 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 78,99 kv.m. olan boş mənzili bəyənmişdir. Bundan sonra Bayram və Zahidlə birlikdə mənzilə qalxdıqda bir mərtəbədə 6 mənzilin olmasını görmüşdür. Həmin mənzillərin 5 ədədi qapısız və təmirsiz, digər 1 mənzildə isə təmir işləri getməsinə fikir vermişdir. Komendant ona “78,9 B” mənzilini göstərdikdə qeyd olunan mənzili bəyənmiş, həmin şəxslərə mənzili onun üçün saxlatmaqlarını xahiş edib, qısa müddət ərzində mənzil üçün ödəməli olduğu və hesabladığı 39.450 manat məbləğində pulu rayondan toplayıb Bakıya qayıdaraq mənzili alacağına söz vermişdir. Təxminən 1 ay ərzində pulu topladıqdan sonra 29 avqust 2018-ci il tarixdə həyat yoldaşı Gülxanım və baldızı Kəmalə ilə birlikdə sonuncularında mənzili bəyənib-bəyənmədiklərini öyrənməsi üçün, almaq istədiyi mənzilə baxış keçirməkdən ötrü gəlmişlər. Həmin vaxt gələcəkdə hər hansı bir narahatçılıq olmamasından ötrü komendant Bayram ilə görüşərkən sonuncudan almaq istədiyi mənzildə hər hansı bir problemin olubolmamasını, mənzilin başqa şəxsə satılıb-satılmaması ilə maraqlanmışdır. Bayram otağında olan mənzil sahiblərinin siyahısı qeyd olunmuş jurnalı gözünün qabağında açaraq oradaki siyahıda onun almaq istədiyi mənzilin qarşısının qrafasının boş olmasını göstərib, həmin mənzilin heç kəsə satılmadığını demişdir. xx.xx.2018-ci il tarixdə baldızı Kəmalə ilə birgə mənzili almağı rəsmiləşdirməkdən ötrü “Təbriz" MTK-nın ofisinə gəlmiş, orada özünü məsul şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt X8 şəhərində tikilən evlərin onlara məxsus "xxxx" kooperativi tərəfindən tikildiyini demiş, bundan sonra birilkdə ofisdə mənzil sahiblərinin siyahısı qeyd olunan jurnala baxış keçirmiş, həmin jurnalda da almaq istədiyi “78,9 B” mənzilinin qarşısında olan qrafasının boş olduğuna, mənzilin başqa şəxsə satılmadığından əmin olmuşdur. Bundan sonra ofisdə əvvəlcədən gətirdiyi 39.450 manat pulu bir dəfəyə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Nofəl isə pulu sayıb təhvil götürdükdən sonra müqaviləyə və maliyyə arayışına məlumatları qeyd etdikdən və sənədləri özü imzaladıqdan sonra ona imzaladaraq bir nüsxəsini özündə saxlayıb digər nüsxələrini ona təqdim etmişdir. Həmin sənədlərə baxış keçirdikdə aldığı mənzilin yerləşdiyi binanın tikintisinin “Təbriz" MTK deyil, "xxxx" MTK tərəfindən həyata keçirildiyini öyrənmişdir. Belə ki, öyrəndiyinə görə hər iki MTK-nın rəhbərliyi eyni şəxslərdən ibarətdir. Sonraki müddət ərzində təxminən 2018-ci ilin sentyabr-dekabr ayları arasında ümumilikdə 22.000 manat məbləğində təmir xərclərini çəkmiş və 2018-ci ilin dekabr ayında mənzilə mebel və digər məişət əşyalarını yığdıqdan sonra ailəsi ilə birgə həmin mənzilə köçmüşdür. Hazırda həmin mənzildə yaşamağa davam edir. xx.xx.2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmış və istintaq orqanından hazırda yaşadığı mənzil binanın inşaatını həyata keçirmiş “Çinar- AN" MTK tərəfindən 2015-ci ildə Zərərçəkmiş şəxs1 satıldığını öyrənmişdir. İstintaq orqanında bu barədə məlumatının ümumiyyətlə olmadığını, Zərərçəkmiş şəxs1 adlı şəxsi əvvəllər tanımadığını, həmin şəxsin yaşadığı mənzili aldığı dövrdən bu günədək mənzilinə gəlmədiyini bildirmişdir. Bunları bildikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb məsələnin nədən ibarət olmasını maraqlandıqda, sonuncu narahat olmamasını, həmin qadının həqiqətəndə qeyd olunan mənzili əvvəllər aldığını, ancaq sonradan Zərərçəkmiş şəxs1 mənzili satmaq qərarına gəldiyindən elə özləri ondan mənzili geri aldıqlarını demişdir. Bundan sonra Nərimanov rayon prokuroruluğuna dəvət edib ifadəsi alınmışdır, ifadəsi alındıqdan sonra yenidən heç nədən narahat olmamışdır. İfadəsi alındıqdan təxminən 10-15 gün sonra əvəllər tanımdağı, sonradan adını bildiyi Elmira adlı qadın onun telefonuma zəng etmişdir. Telefona cavab verdikdən sonra Elmira adlı qadın onun evinin yanında olduğunu demiş, o da düşüb həmin qadınla görüşmüşdür. Həmin vaxt Elmiranın yanında tanımadığı bir oğlan olmuşdur. Elmira ona yaşadığı mənzili Nofəlin ona satdığını, ona köməklik etməsini demişdir. O, bu barədə məlumatı olmadığını və bununla əlaqədar Təqsirləndirilən şəxslə əlaqə saxlamasını demişdir. Bundan sonra özü Təqsirləndirilən şəxslə əlaqə saxlamış, sonuncu ona həmin mənzilin pulunu qadına qaytardığını demişdir. O, bu barədə dedikdə Elmira ondan mənzilin sənədlərini verməsini istəmiş, o da bundan imtina etmiş və bundan sonra Elmira çıxıb getmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə anası Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanında olan 3 otaqlı mənzili satdıqdan sonra Səbail rayonu, ünvan 8vanda yerləşən 1 otaqlı mənzilə köçmüşlər. Həmin mənzil anası Elmira tərəfindən alınmışdır. Mənzilə köçdükdən bir müddət sonra bacısı həmin mənzildən köçmüşdür. 2020-ci ilin mart ayında «Ayna Sultanova» heykəlinin yanında bir ev tikildiyini görmüşlər. Bir-neçə gün sonra 2020-ci ilin mart ayında anası ona birlikdə «Ayna Sultanova» heykəlinin yaxınlığında olan binada mənzil almaq istədiyini demiş, o da anası ilə birlikdə inşa edilən binanın ofisinə getmişlər. Həmin günə kimi şirkətin adını, onun ofisinin yerləşdiyi yeri və şirkətin rəhbəri barədə məlumatı olmamışdır. Orada anası onun yanında şirkətin müdiri Nofələ 102000 manat pul verdikdən sonra sonuncu ilə birlikdə tərtib edilmiş müqaviləyə hər ikisi imza etmişlər. Bundan sonra Nofəl onları təbrik edib binada mənzil aldıqlarını demişdir. Bundan sonra anası və komendant birlikdə binaya girib baxmışlar. Həmin vaxt onların mənzilinin aşağı mərtəbədə yerləşən mənzillə eyni ölçüdə olması və mənzillərinin 7-ci mərtəbədə olacağı bildirilmişdir. Həmin vaxt anası Elmira Xırdalan şəhərində yerləşən mənzili Nofələ məxsus şirkətdən aldığını və sonuncunu həmin vaxtdan tanıdığını bildirmiş və bundan sonra çıxıb getmişlər. Bir müddət sonra anası Elmira ona Nofəlin onların xəbəri olmadan Xırdalan şəhərində yerləşən mənzillərini başqa şəxsə satdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvəllər anası Zərərçəkmiş şəxs1 Əsəddulla qızı və qardaşı Şahid2 ilə birilkdə yaşamışdır. 2015-ci ildə pullar devalvasiya olduğundan anası əmlak almaq qərarına gəlmiş və bununla əlaqədar anası «Azərbaycan Beynəlxalq Bank»da hesabında olan 50000 manatdan artıq pulu çıxararaq birlikdə mənzil axtarmağa başlamışlar. Onlar Abşeron rayonu, Xırdalan şəhəri, Baku-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış kompleksini görüb bəyənmişlər. Bundan sonra binanın mühafizəsindən və komendantından binanı inşa edən şirkətin ofisinin yeri barədə maraqlanmış və binanın "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edildiyini öyrənmişlər. Daha sonra həmin kooperativin ofisinin yerləşdiyi yerə gəlmişlər. Orada buketlərə baxdıqdan sonra inşa edilən binanın «C» korpusunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 78,99 kv.m olan mənzili bəyənmişlər. Bundan sonra anası Elmira 47000 manatdan bir az artıq pul ödəmiş və orada anası ilə kooperativin rəhbəri Təqsirləndirilən şəxs müqavilə bağlamışlar. Müqavilə bağladıqdan sonra anasına müqavilənin surətini və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyə arayışı verilmişdir. Mənzili aldıqdan sonra anası ilə birlikdə ara-bir 2015, 2016, 2017 və 2018-ci ilin yaz-yay aylarında həmin mənzilə baxmaq üçün bina inşa edilən ünvana getmiş, lakin binada pilləkənlar və lift olmadığından özlərinə məxsus mənzilə baxa bilməmişlər. 2018-ci ilin avqust ayında anası Elmira yaşadıqları ünvan 6 ünvanında olan 3 otaqlı mənzili satdıqdan sonra Səbail rayonu, ünvan 8vanda yerləşən 1 otaqlı mənzilə köçmüşlər. Həmin mənzil anası Elmira tərəfindən 2007-2008-ci illərdə alınmışdır. Mənzilə köçdükdən bir müddət sonra 2019-cu ilin mart ayında ailə qurmuş və başqa ünvana köçmüşdür. 2020-ci ilin mart ayında anası ona mənzil almaq istədiyini deyərək ona "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 9 ünvanında inşa edilən binada evə baxmasını demişdir. O, anası və qardaşı ilə birlikdə 2020-ci il mart ayında "xxxx" MTK-ti tərəfindən inşa edilən binanın birinci mərtəbəsində yerləşən mənzillərə baxdıqdan sonra binanın yeri xoşuna gəldiyindən anasına həmin yerdə mənzil almasını demişdir. Bundan sonra anası və qardaşı "xxxx" MTK-nin yerləşdiyi ofisə getmiş və orada anası 102000 manat pul verərək onun üçün "xxxx" MTK tərəfindən inşa edilən binada mənzil almışlar. Bundan sonra anası onlara məxsus Xırdalan şəhərində yerləşən mənzili təmir etmək istəmiş və həmin vaxt anasına həmin mənzilin Təqsirləndirilən şəxs tərəfindən başqa adama satılması məlum olmuşdur. Bundan sonra anası ilə Təqsirləndirilən şəxs arasında narazılıq yaranmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 16-17-ci vərəqələrində olan 08 aprel 2015-ci il tarixli, 343 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Zərərçəkmiş şəxs1 (ALİCİ) ilə "xxxx" MTK-nın sədri X4 (SATİCİ) arasında bağlanmışdır. Həmin müqavilənin predmeti "xxxx" MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbə, 2 otaqlı mənzildir. Cinayət işinin İ cildinin 18-ci vərəqində olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən 78,99 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri 47394.00 (qırx yeddi min üç yüz doxsan dörd) manat Zərərçəkmiş şəxs1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Cinayət işinin İ cildinin 19-cu vərəqində olan "xxxx" MTK tərəfindən verilmiş 08 aprel 2015-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2015-ci il tarixli 343 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün ödəniş 47394.00 (qırx yeddi min üç yüz doxsan dörd) manatdır. Həmin etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Cinayət işinin İ cildinin 28-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, AR-İİ 154077 nömrəli etibarnamədən görünür ki, sənədləşdirmə işləri aparmaq və bununla əlaqədar bütün hərəkətləri etmək səlahiyyəti "xxxx" Mənzil Tikinti Kooperativi adından X2 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin İ cildinin 29-cu vərəqində olan xx.xx.2016-cı il tarixli, ƏN-İ 563631 nömrəli etibarnamədən görünür ki, X6 öz əmlakını idarə etmək, həmin əmlaklara dair bütün əqdləri bağlamaq və digər səlahiyyətləri Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin İ cildinin 48-49-cu vərəqələrində olan 30 avqust 2018-ci il tarixli, 165 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Zərərçəkmiş şəxs2 (ALİCİ) ilə "xxxx" MTK-nın sədri X1 (SATİCİ) arasında bağlanmışdır. Həmin müqavilənin predmeti "xxxx" MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cü mərtəbə, 2 otaqlı mənzildir. Cinayət işinin İ cildinin 50-ci vərəqində olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən 78,9 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri 39450.00 (otuz doqquz min dörd yüz əlli) manat Zərərçəkmiş şəxs2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Cinayət işinin İ cildinin 99-cu vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Mənzil-Tikinti Kooperativində həmtəsisçi olmaqla nizamnamə kapitalında 200 paya sahibdir. Cinayət işinin İ cildinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 29-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli Protokoldan görünür ki, "xxxx" MMC-dən 5854 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla rayon prokurorluğuna daxil oİmuş bir ədəd elektron məlumat daşıyıcısında (diskdə) olan məlumatlara baxış keçirilmişdir. CD disk standart ölçülü olmaqla üz qabığı ağ rəngdədir. Diskdə yazılmış fayllar Dell markalı xidməti kompyuterin “CD” oxuyucusunda nəzərdən keçirildi və müəyyən edildi ki, diskdə ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılan telefon danışıqlarının tarixçəsi və sms yazışmalarının mətnləri olan fayllar vardır. Diskdə olan fayllar oxunduqda ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olduğu, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlək olduğu müxtəlif şəxslərə qarşılıqlı olaraq zənglər edildiyi təsdiq edilmişdir. Diskdə olan fayllar oxunduqda ***-***-**-** mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs1 məxsus olduğu, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci tarixədək işlək olduğu müxtəlif şəxslərə qarşılıqlı olaraq zənglər edildiyi təsdiq edilmişdir. Diskdə olan telefon məlumatlarına baxış keçirilən zaman müəyyən edildi ki, 2019 və 2020-ci illər ərzində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 dəfələrlə qarşılıqlı olaraq bir-birinə zəng etmişlər və danışmışlar, müxtəlif yerlərdə, o cümlədən "xxxx" MTK-nın və "xxxx" MTK-nın yerləşdiyi ünvan 10 ünvanında görüşdükləri, xx.xx.2020-ci il tarixdə saat 14:30-15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən “Qələbə” dairəsinin yanında «Baku Mall»un yaxınlığında görüşdükləri təsdiq olunsmuşdur. Cinayət işinin İİİ cildinin 121-122-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-891/2022 saylı qərarından görünür ki, vəsatətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəlinin 04 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin cinayət əməlinin xx.xx.2018-ci ildə törədilməsini nəzərə alaraq hesab edir ki, hazırki ittiham üzrə həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti - 2 (iki) il keçdiyindən, o, həmin maddə ilə təqsirli bilinsə də, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayətə görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Azərbaycan Respublikası CPM-nin: 39.1.1, 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 44.2-ci maddəsi tələb edir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1-ci maddəyə əsaəsn bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 308.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə və azadlıqdan məhrum etmə əsas cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan, yəni 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə həbsdədir. Lakin, ********* nömrəli cinayət işi üzrə icraatın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun xx.xx.2022-ci il tarixdən hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi1 keçirilmiş 23 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 75 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) iş saatına görə 450 (dörd yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 75 (yetmiş beş) iş saatına görə 450 (dörd yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar