Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-36/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmış, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs X1 olan, faktiki etibarnamə əsasında X10 istifadəsinə verilmiş «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə, saat 04:10-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Dəmirçizadə küçəsi istiqamətində “narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş halda, yəni narkotik vasitənin təsiri altında sağ zolaqla hərəkət edərkən, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, sağ zolaqla idarə edərkən qarşıda yolayrıcına daxil olduqdan sonra sola doğru manevr etmiş, bu zaman onunla eyni istiqamətdə sol zolaqla düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 60-70 km/saat sürətlə idarə etdiyi X2 olan «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ehtiyatsızlıqdan «Toyota Prius» markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin qançırı və sıyrığı, alt dodağın selikli qişasına qansızma, burun çəpərinin, hər iki dizin, sağ baldırın sıyrıqları, başın sıyrıntıları, döş qəfəsinin, dizlərin, çənənin küt travması, yumşaq toxumaların əzilməsi ilə müşayiət olunan dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan, həmçinin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs3 təpə nahiyəsinin sıyrıntıları ilə müşayiət olunan dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan, digər sərnişin Zərərçəkmiş şəxs1 alın nahiyəsinin çapılmış yarası, alın sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-hərəkəti qaydalarını pozmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən yayınaraq qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 oktyabr 2022-ci il tarixdə, saat 04:00 radələrində tanışı Mircavada məxsus «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun razılığı ilə Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Dəmirçizadə küçəsi istiqamətində hərəkətdə olduğu zaman Ə.Ağaoğlu küçəsinin kəsişməsində svetoforun qırmızı işığında dayanmış, daha sonra yaşıl işıq yanan kimi hərəkət zolağını dəyişmiş, bu zaman onunla eyni istiqamətdə sol zolaqda düzünə hərəkətdə olan “Toyota Prius” minik markalı avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra o, ətrafda toplaşan insanların köməyi ilə avtomobildən çıxarılmışdır. Özünü yaxşı hiss etmədiyi üçün əraziyə gələn Post Patrul Xidmətinin əməkdaşları tərəfindən o, yol kənarında əyləşdirilmiş və ona su verilmişdir. Hadisədən sonra o, şok vəziyyətində olduğu üçün yol nəqliyyat hadisəsi zamanı kimlərin xəsarət almasını görməmişdir. Bilmişdir ki, X38 Stansiyasının avtomobilləri digər xəsarət alan şəxsləri xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə gələn X38 Stansiyasının avtomobili onu da xəstəxanaya aparmışdır. O, avtomobili idarə edərkən spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hadisədən sonra hadisə yerindən qaçmamışdır. Özü də xəsarət alan şəxslərlə birlikdə xəstəxanaya aparılmışdır. Xəstəxanada həddən çox adam olmuş, ona baxan olmadığı üçün təxminən 40 dəqiqə - 1 saat sonra o, xəstəxanadan çıxaraq evinə getmiş, səhəri gün ağrıları olduğu üçün həkimə gedərək yoxlanmışdır. Hadisədən təxminən 15 gün sonra müstəntiq ona zəng vuraraq Polis İdarəsinə dəvət etmiş, daha sonra müstəntiq ilə hadisə yerinə gedərək hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Onun işi müstəntiqin icraatında olduğu dövrdə o, müdafiəçi ilə təmin edilməmiş, müstəntiq onu aldadaraq bütün sənədlərə imza çəkdirmişdir. Belə ki, müstəntiq hər dəfə onu idarəyə dəvət edərək müxtəlif sənədlərə imza çəkməsini tələb etmiş, həmin sənədlərin sığortadan pul alınması üçün lazım olduğunu bildirmişdir. Buna görə də, o müstəntiqin təqdim etdiyi bütün sənədlərə oxumadan imza çəkmiş, lakin həmin zaman yanında müdafiəçi olmamışdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ittiham elan olunduğundan xəbərsiz olmuşdur. Məhkəmədən ona bildiriş gəldikdə məlum olmuşdur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə birlikdə həmin Məcəllənin 264-cü maddəsi ilə də ittiham elan edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olsa da, o, həmin zaman narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitələrin təsiri altında olmamış, hadisə baş verən zaman ayıq olmuş və hadisə yerindən qaçmamışdır. Hazırda yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərlə barışmış, sonuncuların ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün narkotik vasitə və ya alkoqoldan istifadə etməmiş, sərxoş olmamışdır. Hadisə baş verdikdən sonra ondan hər hansı formada analiz götürülməmiş, alkoqol sərxoşluğunun yoxlanılması məqsədi ilə həkim müayinəsindən keçirilməmişdir. Ona maraqlıdır ki, ibtidai istintaqı aparan müstəntiq onun narkotik vasitənin təsiri altında olması qənaətinə necə gəlmişdir. Hadisə baş verdikdən sonra əraziyə gələn Post Patrul Xidməti Bölüyünün və X41 İdarəsinin əməkdaşlarına hadisənin onun tərəfindən törədildiyini bildirmiş, lakin özünü yaxşı hiss etmədiyi üçün X38 Stansiyasının avtomobili ilə xəstəxanaya aparılmışdır. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmadığını, həmçinin hadisənin baş verdiyi gün narkotik vasitədən istifadə etmədiyini və hadisə yerindən qaçmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə gecə saatlarında yaxın rəfiqəsi Aysel ona zəng vuraraq qalmağa yerinin olmamasını bildirmiş, buna görə də o, həyat yoldaşı Nazirlə birlikdə Ayseli götürmək üçün “28 may” metrostansiyasının yanına getmişlər. Həmin əraziyə çatdıqda Aysel və yanındakı Orxan adlı şəxs adını sonradan öyrəndiyi Əhliman adlı şəxsin idarə etdiyi avtomobildən düşmüşlər və o, həyat yoldaşı, Aysel və Orxan adlı şəxs “Toyota Prius” minik markalı taksiyə əyləşmişlər. Bu zaman Orxan Əhlimana 20 manat verməli olmuş, lakin 100 manata xırda tapmadıqları üçün, Orxan yanacaq doldurma məntəqəsində 100 manatı xırdalamış və 20 manat Əhlimana vermişdir. Daha sonra “Toyota Prius” minik markalı taksi ilə yolu davam etmişlər. Taksi ilə bir qədər hərəkət etdikdən sonra Əhliman idarə etdiyi avtomobil ilə onların əyləşdiyi taksini ötmüş və irəlidə hərəkət etmişdir. Bir qədər sonra isə Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Dəmirçizadə küçəsi istiqamətində hərəkətdə olduğu zaman Ə.Ağaoğlu küçəsinin kəsişməsində Əhliman idarə etdiyi avtomobil ilə anidən hərəkət zolağını dəyişmiş, bu zaman onların əyləşdiyi “Toyota Prius” minik markalı avtomobilin sürücüsü avtomobili saxlaya bilməmiş və nəticədə hər iki avtomobil toqquşmuşdur. Bundan sonra onun huşu getmiş və gözlərini xəstəxanada açmışdır. Yol-nəqliyyat hadisəsi zamanı o, başının alın hissəsindən və qollarından xəsarətlər almışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, sadəcə hadisənin baş verdiyi anı görmüş, sonrasında isə özündə olmamış, buna görə də hadisədən sonra ərazidə nələr baş verməsi, Əhlimanın hadisə yerindən qaçıb-qaçmaması barədə məlumatı olmamışdır. O, xəstəxanada ayılmış, həmin zaman, yəni xəstəxanada olduğu vaxtda Əhlimanı görməmişdir. Hadisədən sonra müstəntiq onu sadəcə olaraq sənədlərə imza çəkdirmək üçün Polis İdarəsinə dəvət etmişdir. O, müstəntiq tərəfindən verilmiş sənədlərə imza çəksə də, Əhlimanın hadisə yerindən qaçması barədə hər hansı izahat yazmamışdır. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə, saat 04:00 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman 28 may metrostansiyasının yaxınlığından sifariş qəbul etdiyi üçün, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sözü gedən ünvana getmiş və həmin ünvanda tanımadığı 2 nəfər qadın və 2 nəfər kişi avtomobilə əyləşmişdir. O, avtomobili idarə edərkən Çapayev küçəsində iki zolaqdan ibarət avtomobil yolunun sol zolağında 60-70 km/saat sürətlə hərəkət etmişdir. Qeyd olunan küçənin Ə.Ağaoğlu küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcısına çatdıqda sfetoforun yaşıl işığının tələbinə əsasən yol ayrıcısına daxil olub hərəkətini düzünə davam etdirdiyi zaman onunla eyni istiqamətdə, ondan bir qədər irəlidə lakin sağ zolaqda hərəkətdə olan Mercedes markalı avtomobilin sürücüsü qəfil hərəkət zolağını dəyişərək, sola dönmək üçün sola manevr etdiyindən idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı o və avtomobildə olan sərnişinlər xəsarət almışlar. Hadisədən sonra o, avtomobilində huşu getmiş xanım sərnişinə kömək etməyə çalışdığından ətrafa diqqət edə bilməmişdir. Hadisə yerinə X38 avtomobilləri dəvət edilmiş, o ikinci gələn X38 avtomobili ilə xəstəxanaya aparılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, xəsarət almış, həmçinin idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən dərhal sonra görmüşdür ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı Mercedes markalı avtomobilinin sürücüsü avtomobilin içərisində qalmış, ətrafdakı insanlar sürücünü avtomobildən çıxararaq həmin şəxsin ətrafına toplaşmışlar. Lakin daha sonra sürücünün harda olduğunu bilməmişdir. Məhkəmə iclasında ittiham tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, o, Mercedes markalı avtomobilin sürücüsünün qaçmasının şahidi olmamışdır. Xəstəxanada eşitmişdir ki, sürücü Əhliman adlı şəxs qaçmışdır. Cinayət işinin materiallarında olan izahatının sonundakı imza onun olsa da, həmin izahat onun qeyd etdikləri əsasında yazılmamış, o, həmin izahatı oxumamış, ümumiyyətlə “Mercedes Benz E220” minik markalı avtomobil dayandıqdan sonra həmin avtomobilin sürücüsü olan əvvəllər tanımadığı, lakin bir ayağı olmayan, narkomana bənzər şəxs avtomobildən enib hadisə yerindən qaçmağa cəhd etmişdir” kimi izahat verməmiş, heç yerdə belə bir qeyd yazmamışdır. Həmçinin, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, dəfələrlə Əhliman adlı şəxslə əlaqə yaratmağa çalışsa da, lakin işi aparan müstəntiq ona bildirmişdir ki, Əhliman qaçıb gizlənmiş, sonuncu barəsində axtarış verilmişdir. Müstəntiq tərəfindən Əhliman adlı şəxsin mobil nömrəsi ona verilməmişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 131-132-ci vərəqələrində olan Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsindən görünür ki, o, 2022-ci ilin oktyabr ayının 10-da təxminən saat 04 radələrində qeyri-rəsmi yaşadığı X22 ilə birgə rayondan gəldiklərini və tanışı Aygünə zəng edib Bakı şəhərində qalmağa yerlərinin olmadığından onları kirayə qaldığları evə aparılmasını xahiş etdiklərini bildirmişdir. Aygün razı olduqdan sonra Nazirlə birlikdə onları 28 May ərazisindən qarışladıqlarını və kirayədə qaldıqları evə aparmaq üçün Nazirlə birlikdə 28 May ərazisində “UBER” taksi xidmətinə zəng edib «Toyota Prius» markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı taksi çağırdıqlarını və Aygün həmin taksinin arxa sağ oturacağına, Nazir arxa oturacağda ortada, sürücünün arxasında isə Aysel əyləşdiyini və o, isə orada olan Mercedes markalı taksi avtomobilində tanışı Əhlimanın yanında əyləşdiyini, onunla getmək istədiyini, lakin sonradan fikrini dəyişib həmin avtomobildən yolda YDM-də düşüb Aygün, Nazir, Aysel olan «Toyota Pirus» avtomobilinə mindiyini və birlikdə NZS adlanan qəsəbəyə yollandıqlarını bildirmişdir. Sürücü sonradan adını bildiyi Mircavad adlı şəxs sol zolaqla normal sürətlə avtomaşını idarə etmişdir. O, şəhəri tanımadığından hərəkət zamanı hansısa yol kəsişməsinə çatdıqda sərnişini olduğu avtomobilin sürücüsü kəsişməni düzünə keçmək üçün hərəkətinə davam etdirib yol ayrıcına daxil olduğunu bildirmişdir. Bu zaman onlarla eyni istiqamətdə onlardan bir az irəlidə sağ zolaqla hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mcrsedes Benz» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəfil hərəkət zolağını dəyişərək sola tərəf dönmə əməliyyatını həyata keçirərək sərnişini olduğu avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşduğunu bildirmişdir. Toqquşma zamanı yaranmış zərbənin təsirindən o, sərnişin olduğu avtomobilin sürücüsü, Aygün bədən xəsarətləri aldığı üçün hadisə yerinə çağırılmış X38 həkimləri tərəfindən Kliniki- Tibbi Mərkəzə aparıldığını və onlara ilkin tibbi yardım göstərildiyini, həmin yol-nəqliyyat hadisəsində X7 heç bir xəsarət almadığını bildirmişdir. Onun baş nahiyəsində sıyrıq xəsarətləri olmuşdur. Aysel heç bir xəsarət almamış və hətda ona hadisə yerinə gəlmiş həkimlər tərəfindən heç bir tibbi yardım edilmədiyini bildirmişdir. Sərnişin olduğu “Mercedes Benz markalı” **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Prius avtomobili tərəfindən təqib edilmədiyini bildirmişdir. O, “Mercedes Benz markalı” **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb Prius avtomobilinə mindiyini, həmin sürücüyə gediş haqqını borclu qaldığını və oradan gəlib yolda YDM-də dayandırdığını və 100 manat pul xırdalatdırıb həmin Mercedes markalı avtomobilin sürücüsünə verdiyini və sonra o, həmin avtomobildən düşüb Prius avtomobilinə əyləşdiyini və onlar öz yoluna hərəkətə başladıqlarını, sonra həmin Mercedes markalı avtomobilin onların arxasınca nə üçün gəldiyini bilmədiyini, amma təqib etmədiyini, yol kəsişməsində önə keçərək onların olduğu taksiyə çatsa da Mercedes qəfil dönmə hərəkətə başladığını və toqquşma baş verdiyini bildirmişdir. O, ciddi bir xəsarət almadığını sürücü Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona qarşı heç bir iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş mülki iddiaçı X23 ifadəsində göstərmişdir ki, “Toyota Pirus” minik markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, maddi vəziyyəti ilə bağlı həmin avtomobili gündəlik 25 manat ödəmək şərti ilə sürmək üçün Zərərçəkmiş şəxs2 etibarnamə əsasında vermişdir. 26 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Mahmud ona zəng edərək onun avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verdiyini, nəticədə avtomobilə ziyan dəydiyini bildirmişdir. Bundan sonra Mahmud ona avtomobilinin şəkillərini atmışdır. Daha sonra Mahmud xəsarət aldığı üçün xəstəxanaya aparıldığını bildirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilin qabaq hissəsi tam sıradan çıxmış, avtomobilinə ziyan dəymişdir. İlk əvvəl o, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş avtomobilin sığortasının olub-olmaması ilə maraqlanmış, daha sonra sığortasının olduğunu öyrənmişdir. Servis tərəfindən onun avtomobilinə dəymiş ziyan 5815 manat məbləğində dəyərləndirilmiş, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilcəkdir. Lakin həmin məbləğ hələ də ona verilməmişdir. Belə ki, o sığortadan pulunu alması üçün məhkəmənin yekun qərarı verilməlidir. O, bir necə dəfə Polis İdarəsinə avtomobilin sənədlərini təqdim etmək üçün dəvət edilmişdir. O, dəfələrlə müstəntiq ilə əlaqə saxlayaraq yol-nəqliyyat hadisəsini törətmiş şəxsin mobil nömrəsini istəsə də, lakin müstəntiq ona bildirmişdir ki, həmin şəxs axtarışdadır və tapılmır. Buna görə də, o yol-nəqliyyat hadisəsini törətmiş şəxsi tapa bilməmişdir. Onun avtomobilinə dəymiş 5815 manat ziyandan 5000 manatı sığorta şirkəti tərəfindən ödəniləcəyi üçün, qalıq 815 manat məbləği və 240 manat cərimə meydançasına verilən məbləği Təqsirləndirilən şəxs tələb edir. İttiham aktının siyahısında mülki iddiaçı qismində göstərilmiş X16 və Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cinayət işinin İ cildinin 170-173-cü vərəqələrində olan mülki iddiaçı X10 istintaqa verdiyi ifadəsindən görünür ki, X5 məxsus 1994-cü il buraxılışlı “Mercedes Benz E220” minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ƏN-Vİİİ 346951 nömrəli baş etibarnamə ilə xx.xx.2023-cü il tarixə qədər ona etibar olunmuşdur. O, həmin avtomobili sahibindən 8.800 manata aldığını, lakin maddi vəziyyəti ilə bağlı avtomobili BDYPİ-də adına keçirə bilmədiyini bildirmişdir. Həmin avtomobil İbrahimov Əlhüseyinin adına olmasına baxmayaraq ona məxsus olduğunu bildirmişdir. Gecə saatlarında pul qazanmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində uzun illər tanıdığı qonşusu Təqsirləndirilən şəxs Əhmrah oğlu ona zəng edərək, onu yaşadığı evdən götürüb Xocahəsən qəsəbəsinə aparmasını xahiş etdiyini bildirmişdir. O, Əhlimanın yaşadığı ünvan 2 ünvanın qarşısına getdikdən sonra, tanımadığı, lakin sonradan adının Şahid olduğunu öyrəndiyi şəxslə avtomobilinə oturduqdan sonra o, avtomobili işə salıb hərəkətə başladığını bildirmişdir. Sonra 28 may metrosu tərəfə gəlmişlər, orada sonradan adını bildiyi Orxan adlı şəxsi avtomobilə götürdüklərini və yolda YDM-nə döndüklərini, gediş haqqı kimi 100 manatı həmin yerdə xırdaladığını və Əhlimana verdiyini, sonra o, avtomobildən düşüb “Prius” taksi avtomobilinə əyləşdiyini bildirmişdir. Həmin vaxtı Əhliman ona müraciət edərək, ondan avtomobilini idarə etməsini xahiş etdiyini bildirmişdir. Əhlimanın bir ayağı amputasiya olunduğundan ona yazığı gəldiyi və ona əlavə ödəniş edəcəyini bildirdiyi üçün avtomobili saxlayıb yerə enmiş, özü avtomobilin arxa sərnişin oturacağına oturduğunu, Əhliman isə avtomobilin sükanı arxasına oturaraq avtomobili idarə edərək hərkətə başladığını bildirmişdir. O, sərxoş olmamış və sürücülük vəsiqəsi olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə 28 May metrostansiyası istiqamətindən üzü Ə.Dəmirçizadə küçəsi istiqamətinə sağ zolaqda hərəkət etmişlər. Qeyd olunan küçənin Ə.Ağaoğlu küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcısına daxil olduqdan sonra Əhliman qəfil hərəkət zolağını dəyişərək sola tərəf döndüyündən onlarla eyni istiqamətdə sol zolaqda düzünə hərəkətdə olan “Toyota Prius” minik markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə sərnişini olduğu və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşduğunu bildirmişdir. Toqquşma zamanı yaranmış zərbənin təsirindən içərisində olduğu avtomobil əks istiqamətli hərəkət yoluna çıxaraq bir qədər irəlidə yolun kənarında üzü 28 May metostansiyası istiqamətində dayanmışdır. Toqquşma zamanı zərbə onun oturduğu tərəf qapısına dəydiyindən qapının açılmadığını bildirmişdir. Bu səbəbdən ətrafda olan tanımadığı şəxslər ona köməklik edərək qapını açdıqlarını və o, avtomobildən yerə endiyini bildirmişdir. O, avtomobildən yerə endiyi zaman Əhlimanın taksi çağıraraq hadisə yerindən yayınmağa çalışdığını, lakin yadisə yerinə gəlmiş PPXB əməkdaşları onu saxlayaraq, onlardan hadisə yerində dayanaraq təhqiqatçının gəlməsini gözləməsini tələb etdiklərini bildirmişdir. Hadisə zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan bir neçə sərnişin xəsarət aldıqları üçün PPXB əməkdaşları hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişlər. TTYS-nin həkimləri hadisə yerinə gəldikdən sonra Əhliman, hadisə yerindən yayınmaq üçün xəsarət aldığını bildirərək, xəstəxanaya getmək istədiyini qeyd etdiyindən TTYS-nin həkim briqadası Əhlimanı TTYS-nin avtomobili ilə xəstəxanaya aparmışlar. O, isə Şahid ilə birlikdə hadisə yerində dayanaraq, həmin ünvana gəlmiş təhqiqatçı tərəfindən aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. Hadisə nəticəsində heç bir xəsarət almadığını və heç bir tibb müəsssisinə müraciət etmədiyini, bədəni üzərində heç bir xəsarət olmadığından məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Əhmrah oğlunun narkotik vasitə istifadəçisi olduğunu hətda əvvəllər narkotik vasitələrdən istifadə etməsi səbəbindən məhkum olunduğunu bildiyini demişdir. Hadisə zamanı və ya hadisədən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və ya alkoqoldan istifadə etmədiyini bildirmişdir. Yol-nəqliyyat qəzası zamanı onun avtomobili tam deformasiya olduğundan o, avtomobili satmaq qərarına gəlmişdir. 2022-ci ilin dekabr ayının sonunda həmin avtomobili o, avtomobil metalom sexinə 1060 manata satmışdır. Nəticədə ona 7.740 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan ödənilməmişdir. Cinayət işinin İ cildinin 134-136-cı vərəqələrində olan Şahid istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə şəxsi işi ilə bağlı görüşmüşdür. Həmin günü saat 04 radələrində o, Təqsirləndirilən şəxs Əhmrah oğlu ilə birlikdə Nəsimi rayonunda yadında qalmayan ünvana getmək istədiklərini bildirmişdir. Əhliman taksi sifarişi etdiyini və “Mercedes Benz E220” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəldiyini və onlar avtomobilə əyləşdiklərini bildirmişdir. Sonra adını bildiyi sürücü Mircavad Ağayev avtomobili idarə etməyə başlamışdır. 28 may metrosu tərəfə gəldiklərini və orada əvvəllər tanımadığı sonradan adını bildiyi Orxan adlı oğlan onların avtomobilinə əyləşdiyini və yolda YDM-də həmin oğlan onların avtomobildən düşüb Prius avtomobilə əyləşdiyini və onlar hərəkətlərini davam etdiklərini bildirmişdir. Bundan sonra Əhliman sürücü Mircavad adlı oğlandan avvtomobili ona idarə etmək üçün verməsini xahiş etmişdir. Mircavad etiraz etməmiş və Əhliman sükan arxasına əyləşmiş, sürücü isə keçib arxa oturacağa oturmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə 28 May metrostansiyası istiqamətindən üzü Ə.Dəmirçizadə küçəsi istiqamətində sağ zolaqda hərəkət etdiyini bildirmişdir. Qeyd olunan küçənin Ə.Agaoglu küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcısına daxil olduqdan sonra Əhliman qəfil hərəkət zolağını dəyişərək sola tərəf döndüyündən onlarla eyni istiqamətdə sol zolaqda düzünə hərəkətdə olan “Toyota Prius” minik markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə sərnişini olduğu, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşduğunu bildirmişdir. Toqquşma zamanı yaranmış zərbənin təsirindən içərisində olduğu avtomobil əks istiqamətli hərəkət yoluna çıxaraq bir qədər irəlidə yolun kənarında üzü 28 May metostansıyası istiqamətində dayandığını bildirmişdir. Bundan sonra o və avtomobilin sürücüsü Əhliman avtomobildən yerə endiklərini bildirmişdir. Avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində olan X10 oturduğu tərəfin qapısı əzilməsi səbəbindən açılmadığından ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə onun qapısını açıb onu avtomobildən çıxartdıqlarını bildirmişdir. Bundan dərhal sonra Əhliman ona müraciət edərək, bədənindən əziklərin olmasında özünü pis hiss etdiyindən xəstəxanaya getmək istədiyini bildirsə də, o, ondan hadisə yerində dayanıb, polisin gəlməsini gözləməli olmasını bildirmiş və Əhliman hadisə yerində qalmışdır. Həmin zaman hadisə yerinə gələn PPXB əməkdaşları ondan sürücünün kim olduğunu soruşmuşlar, o, da həmin polis əməkdaşlarına sürücünün Əhliman olduğunu bildirmişdir. Toyota Prius avtomobilində olan Aygün adlı qadın, sürücü, sərnişin Zərərçəkmiş şəxs3 xəsarət aldığını bildirmişdir. Bundan sonra PPXB əməkdaşları Əhlimana yaxınlaşaraq ona hadisə yerində dayanaraq təhqiqatçının gəlməsini gözləməsini tələb etmişlər. Hadisə zamanı Toyota Prius markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan bir necə sərnişin xəsarət aldıqları üçün PPXB əməkdaşları hadisə yerinə TTYS-nın həkim briqadasını dəvət etmişlər. TTYS-nın həkimləri hadisə yerinə gəldikdən sonra Əhlimanı həkim briqadasının avtomobili ilə xəstəxanaya aparmışlar. O, isə X29 oglu ilə birlikdə hadisə yerində dayanaraq, həmin ünvana gəlmiş təhqiqatçı tərəfindən aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. Hadisə nəticəsində o, hər hansı bir bədən xəsarəti almadığını və hər hansı bir tibb müəssisəsinə müraciət etmədiyini, MTE-dən keçmək istəmədiyini bildirmişdir. Əhlimanın narkotik vasitə istifadəçisi olduğunu hətda əvvəllər narkotik vasitələrdən istifadə etməsi səbəbindən məhkum olunduğunu bilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs avtomobili idarə edərkən onun narkotik vasitə və yaxud spirtli içdiyini hiss etmədiyini bildirmişdir. Cinayət işinin İ cildinin 5-19-cu vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X24, 26 oktyabr 2022-ci il tarixdə, saat 04:20-də Nərimanov RPİ-nin Məsul Növbətçisindən məlumat alıb Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 24 metr, işlək hissəsinin eni 17 metr, ehdiyat hissəsinin eni 7 metr, ehtiyat hissəsinin/səki/eni 6 metr, ayrıcı zolağın eni 1 metr, hərəkət zolaqlarının sayı 04-dür. Cinayət işinin İ cildinin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 X39 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 135-M saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər - alın nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan, alın sümüyünün qapalı sınığı küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 67-ci vərəqində olan Avtomobil Serfisi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 144 saylı Arayışdan görünür ki, «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğradığından təmirə tam yararsızdır. Həmin avtomobilin bütün hissələri sıradan çıxdığından təmir edilməsi mümkün deyildir. Bu səbəbdən avtomobilin ehtiyyat hissələrinə və təmirə çəkiləcək xərci müəyyən etmək mümkün deyildir. Cinayət işinin İ cildinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 X39 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1148 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sağ gicgah nahiyəsinin qançırı və sıyrığı, alt dodağın selikli qişasına qansızma, burun çəpərinin, hər iki dizin, sağ baldırın sıyrıqları, başın sıyrıntıları, döş qəfəsinin, dizlərin, çənənin küt travması, yumşaq toxumaların əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin İ cildinin 86-cı vərəqində olan Nərimanov RPİ-nin DYPŞ-nin rəisi Hüseyn Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 078-32233 saylı məktubdan görünür ki, X8 məlumatına əsasən, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “B” kateqoriyalı, AD 106006 seriya nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixədək aktivdir. Cinayət işinin İ cildinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 X39 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 138-M saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - təpə nahiyəsinin sıyrıntıları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin İ cildinin 100-101-ci vərəqələrində olan Avtomobillərin Texniki Xidmət Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, X17 məxsus olan “Toyota Pirus” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində ziyanın məbləği 5815 manat miqdarında təşkil etməsi müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 8/3194 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E220” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Abbasov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin İ cildinin 157-ci vərəqində olan “İddia ərizəsi” başlıqlı ərizədən görünür ki, X23 iş üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin İ cildinin 158-ci vərəqində olan “Mülki iddiaçı qismində tanınma barədə” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, X13 mülki iddiaçı qismində tanınması qərara alınmışdır. Cinayət işinin İ cildinin 165-ci vərəqində olan “İddia ərizəsi” başlıqlı ərizədən görünür ki, X16 iş üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin İ cildinin 166-cı vərəqində olan “Mülki iddiaçı qismində tanınma barədə” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, X10 mülki iddiaçı qismində tanınması qərara alınmışdır. Cinayət işinin İ cildinin 177-180-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cildinin 209-cu vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. (Diaqnoz: Sol budun aşağı 1/3 amputasiyası). Cinayət işinin İ cildinin 212-213-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 240-cı vərəqində olan “Baxış keçirilməsi haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X20 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 04:10-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına daxil olduqdan sonra qəfil hərəkət zolağını dəyişərək sola doğru döndüyündən avtomobilin sol yan hissəsi eyni istiqamətdə düzünə hərəkətdə olan «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduğu, “Prius” markalı avtomobilin müəyyən qədər getdikdən sonra, “Mercedes” avtomobili zərbədən müvazinətini itirərək əks istiqamətdə yolun kənarına tərəf irəliləyərək dayanmışdır. Təqsirləndirilən şəxs görüntülərdə qeydə alınmış «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun özü tərəfindən idarə edildiyini və ehtiyatsızlıqdan həmin yol-nəqliyyat hadisəsini törətdiyini bildirdi. Cinayət işinin İ cildinin 250-251-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 X39 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 370 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin İİ cildinin 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsinin Ambulator X6 dair xx.xx.2023-cü il tarixli, 2613A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 24-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, 8/1375-4/797 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E220” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəli haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin İİ cildinin 31-43-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prius» **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən maddi sübut kimi tanınması və avtomobillərin faktiki sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-111/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə nəqliyyat vasitəsilərini idarə elmək hüququndan məhrum edilməsi cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirmək yolu ilə və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən sonuncunun 14 yanvar 2020-ci il tarixdən 16 yanvar 2020-ci tarixədək, yəni 2 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə nəqliyyat vasitəsilərini idarə elmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)-2/2022 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 1(006)-111/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 “X36” X37 direktoru Könül Ələkbərov tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 05:25-də 2 saylı X38 Stansiya Briqadasının müşayiəti ilə X32 gətirilmişdir. Xəstənin dediyinə görə “Su Sonası” restoranının qarşısında yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Xəstə müalicədən imtina etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündə göstərilmiş məlumatlar Baş X41 İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Vətəndaş Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə verilmədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə məhdudlaşdırılması müddətinin axımı dayanmış və əlavə cəzası icra olunmamışdır. Məhkəmə istintaqı zamanı hadisənin görüntülərini özündə əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, görüntülər xx.xx.2022-ci il tarixdə, gecə saat 04:09:00 radələrinə məxsusdur. Görüntülərdə dörd yol ayrıcında svetoforların quraşdırılması və svetoforların işlək vəziyyədə olması görünür. Görüntülərin 2:30-cu saniyəsində svetoforun yaşıl işığı yanır, 02:48-ci saniyədə «Mercedes» markalı avtomobil yolayrıcına daxil olaraq qəfil hərəkət zolağını dəyişərək sola doğru döndükdə avtomobilin sol yan hissəsi ilə «Mercedes» markalı avtomobilin gəldiyi istiqamət ilə eyni istiqamətdən düzünə hərəkətdə olan «Toyota Prius» markalı avtomobilin qabaq hissəsi ilə toqquşur, “Prius” markalı avtomobilin müəyyən qədər getdikdən sonra, Mercedes markalı avtomobil isə zərbədən müvazinətini itirərək əks istiqamətdə yolun kənarına tərəf irəliləyərək dayanır. Hadisədən bir qədər sonra hadisə yerinə insanların toplaşdığı müşahidə edilir. Görüntülərdə yol nəqliyyat hadisəsinin baş verməsindən hadisələrin hansı formada cərayan etməsini, sürücü və sərnişinlərin aqibətini müəyyən etmək mümkün olmamış, sadəcə olaraq ətrafda çoxsaylı insanların və avtomobillərin toplaşması müşahidə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.». Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsində nəzərdə tutulan cinayəti 263cü maddədə əksini tapan cinayətdən fərqləndirən cəhət cinayətin subyekti ilə bağlıdır. Cinayət hadisəsi alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə əməl CM-nin 263-cü maddəsi ilə deyil, 263-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə iclasında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da nəqliyyat vasitəsini idarə edən zaman narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş halda olması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə proses iştirakçılarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, ittiham tərəfinin bütün sübutları (zərərçəkmiş şəxslərin ifadələri, “hadisə yerinə baxış haqqında” protokol, ekspert rəyləri, videoçəkilişin əks olunduğu DVD-yə baxış keçirilməsi haqqında” protokol) Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsinə dəlalət edir. Lakin nəqliyyat vasitəsini idarə edən zaman narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş halda olması mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra ondan hər hansı formada analiz götürülmədiyini, sərxoşluğunun yoxlanılması məqsədi ilə həkim müayinəsindən keçirilmədiyini qeyd etmiş, həmçinin, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi “narkomana bənzər şəxs” ifadəsini təkzib edərək ibtidai istintaq zamanı belə ifadədən istifadə etmədiyini bildirmişdir. Bundan başqa yol nəqliyyat hadisəsindən əvvəl də Təqsirləndirilən şəxs ilə birlikdə olan şahid (mülki iddiaçı) X16 ibtidai istintaq zamanı verdiyi ifadəsində “Əhlimanın bir ayağı amputasiya olunduğundan ona yazığı gəldiyi və ona əlavə ödəniş edəcəyini bildirdiyi üçün avtomobili saxlayıb yerə enmiş, özü avtomobilin arxa sərnişin oturacağına oturduğunu, Əhliman isə avtomobilin sükanı arxasına oturaraq avtomobili idarə edərək hərkətə başladığını bildirmişdir. O, sərxoş olmamış və sürücülük vəsiqəsi olmuşdur” ifadəsini qeyd etmişdir. Beləliklə də, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsindən ən geci 48 saat keçməmiş sonuncunun sərxoş olub-olmamasının müəyyən edilməsi üçün həkim müayinəsindən keçməsi və ya analiz verməsi üçün müvafiq tədbirlər görməli olduğu halda, bunu etməmiş, hadisədən 6 ay 8 gün sonra Təqsirləndirilən şəxs barəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsinin Ambulator X6 dair xx.xx.2023-cü il tarixli, 2613A nömrəli rəyinin nəticəsinə əsaslanaraq (Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.) və mülahizələrə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etməsi nəticəsinə gəlmiş, buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası CM-nin 1.1-ci maddəsində Azərbaycan Respublikasının cinayət qanununun bu Məcəllədən ibarət olması, 1.3-cü maddəsində isə cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunların yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibinin əlamətləri CM-nin Ümumi və Xüsusi hissəsinin maddələrində göstərilir. CM-nin Xüsusu hissəsi maddələrinin dispozisiyalarında, bir qayda olaraq müəyyən növ cinayətin obyektiv elementini nəzərdə tutan əlamət təsbit olunur. Maddənin dispozisiyasında törədilən əməllə ziyan vurulan ictimai münasibət göstərilməmişsə, yəni cinayətin obyekti yoxdursa deməli cinayət tərkibi də olmur. Azərbaycan Respublikası CM-in 263-1-ci maddəsində şərh olunan cinayət maddi tərkibli olduğu üçün Azərbaycan Respublikası CM-nin həmin maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verməlidir ki, cinayət başa çatmış hesab olunsun. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası CM-nin qanunçuluq prinsipi adlanan 5-ci maddəsində göstərilir ki, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Təqsirə görə məsuliyyət prinsipi adlanan 7-ci maddədə isə göstərilir ki, yalnız ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayətin anlayışı adlanan CM-nin 14-cü maddəsində isə göstərilir ki, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi cinayət sayılır. İnsan Hüquqları haqqında Avropa Konvensiyasına əsasən 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün, hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməli olmasını nəzərdə tutmuşdur. (Engel Niderlanda qarşı işdə). Hüquq pozuntusunun daxili hüquq sistemində cinayət əməli kimi, intizam xətası kimi və yaxud bunların hər ikisi kimi təsnifləşdirilməsi əsas məsələdir. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. Lakin hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır, bu halda “hüquq pozuntusunun xarakteri” və “mümkün cəzanın xarakteri və ağırlıq dərəcəsi” ön plana keçir. (Veber İsveçrəyə qarşı). Bu halda daxili qanunvericilik normal aydın deyilsə, o halda məsələnin həmin meyarlar əsasında araşdırılması qaçılmazdır. (Ravnsborq İsveçə qarşı). Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs tərəfindən 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edilməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur, bunu təsdiq edəcək hər hansı mötəbər sübut cinayət işinin materiallarına əlavə edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olması şübhə altına düşür. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, Təqsirləndirilən şəxs hadisə zamanı narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsindən 263.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi yerinə baxış, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin istintaqı zamanı sübut mənbəyi ola biləcək maddi obyektlərin, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi üçün zəruri əhəmiyyət kəsb edən istintaq hərəkətidir. Qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:10-da «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsi istiqamətində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerindən qaçması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, toplanmış bütün sübutlarla (zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, videoçəkilişin əks olunduğu DVD-yə baxış keçirilməsi haqqında” protokol, hadisənin görüntülərini özündə əks etdirən disk, X28 xx.xx.2024-cü il tarixli məktubu) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:10-da «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:10-da «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması nəticəsinə gəlmiş ibtidai araşdırma orqanı tərəfindən hadisə yerininin yaxından əks olunduğu kamera görüntülərinə, həmçinin, hadisədən sonra xəsarət almış şəxslərin aparıldığı xəstəxananın kamera görüntülərinə baxış keçirilməli, hadisənin iştirakçısı olmuş və görmüş şəxslərin dairəsi müəyyənləşdirilməli, həmin şəxslər də iş üzrə şahid qismində dindirilməli, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerində olub-olmamasını, olmadığı təqdirdə səbəblərini aydınlaşdırılmalı olduğu halda, bu edilməmiş və iş üzrə hadisə yerində olmamış yol nəqliyyat hadisəsinin digər iştirakçısı olmuş «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisini, hadisə baş verən zaman həmin avtomobilin içərisində olan beş nəfər şəxsdən sadəcə üçünü (onlardan birini isə şahid qismində dindirsə də, proses iştirakçısı kimi tanınmamış), «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan iki nəfər şəxsi dindirməklə kifayətlənmişdir. Halbuki, yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən diskə baxış zamanı yol nəqliyyat hadisəsi baş verdikdən sonra əraziyə xeyli sayda insanların toplaşması müəyyən olunduğu halda, həmin şəxslərin dairəsi müəyyən edilərək şahid qismində dindirilməmişdir. İlk əvvəl məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra onu ətrafdakı şəxslərin avtomobildən çıxardıqlarını, ona əraziyə gəlmiş Post Patrul Xidməti Bölüyünün əməkdaşlarının köməklik göstərməsini, daha sonra isə əraziyə gələn X38 Stansiyasının avtomobili ilə xəstəxanaya aparıldığını qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi “Sürücü Əhlimanın hadisə yerində olmaması” cümləsini təkzib edərək 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun sərnişin qismində əyləşdiyi «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma anını xatırladığını, hadisədən sonra isə huşunun özündə olmadığını, gözlərini xəstəxanada açdığını, Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçıb-qaçmamasını görmədiyini qeyd etmişdir. Həmçinin iş üzrə digər Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi “bir ayağı olmayan, narkomana bənzər şəxs avtomobildən enib hadisə yerindən qaçmağa cəhd etmişdir” ifadəsini təkzib edərək cinayət işinin materiallarında olan izahatının sonundakı imzanın onun olsa da, həmin izahatın onun qeyd etdikləri əsasında yazılmadığını, hadisədən dərhal sonra Mercedes markalı avtomobilinin sürücüsünun avtomobilin içərisində qaldığını, ətrafdakı insanlar sürücünü avtomobildən çıxararaq həmin şəxsin ətrafına toplaşdıqlarını, sürücünün qaçmasının şahidi olmadığını, ümumiyyətlə “bir ayağı olmayan, narkomana bənzər şəxs avtomobildən enib hadisə yerindən qaçmağa cəhd etmişdir” kimi ifadə işlətmədiyini, heç yerdə belə bir qeyd yazmadığını bildirmişdir. Beləliklə də görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verilmiş ifadəsi ilə məhkəmə iclasında verilmiş ifadəsi bir-biri ilə ziddiyət təşkil edir. Həmçinin, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdikləri ifadələr bir-birini tamamlayır. Bundan başqa şahidlər X10 və Şahid ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələrindən də müəyyən olunur ki, 26 oktyabr 2022-ci il tarixdə, saat 04:10-da baş vermiş yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs əraziyə gələn X38 Stansiyasının avtomobili ilə xəstəxanaya aparılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı hadisə baş verən zaman və sonra hadisələrin necə cərayan etdiyini görmüş şəxslərdən X14 (Zərərçəkmiş şəxs1 ilə faktiki nikahda olan şəxs) ibtidai istintaq orqanı tərəfindən ilk əvvəl şahid qismində tanınaraq dindirilsə də, sonradan məhkəməyə məlum olmayan səbəblərdən həmin şəxs məhkəməyə dəvət ediləcək şahidlər sırasında qeyd edilməmiş, X14 məhkəmə proseslərində izləyici qismində zalda iştirak etdiyindən məhkəmə həmin şəxsi əlavə şahid qismində cəlb edə bilməmişdir. Halbuki, X14 «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş, yol nəqliyyat hadisəsindən sonra xəsarət almamış və hadisələrin hansı formada cərayan etdiyini görmüş şahidlərdən biridir. Göründüyü kimi, iş üzrə əhəmiyyət kəsb edən və əmələ düzgün hüquqi qiymət verilməsi üçün əsas olan məsələlərə dair şübhə doğuran hallar, həmçinin təqdim edilmiş mötəbər sübutlarla aradan qaldırılmayan ziddiyətlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 “X36” X37 direktoru Könül Ələkbərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla hadisənin videogörüntülərini özündə əks etdirən disk eyni anda tədqiq edildikdə, yol nəqliyyat hadisəsinin 04:10 radələrində baş verməsi və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 05:25-də 2 saylı X38 Stansiya Briqadasının müşayiəti ilə X32 aparılması müəyyən olunmuşdur ki, bu hal özü özlüyündə faktlar nöqteyi nəzərindən Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamasına dəlalət edir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı işin faktiki halları və sübutların məcmusu ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:10-da «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerində olması, sonuncunu avtomobildən ətrafdakı şəxslərin çıxarması, ona əraziyə gəlmiş polis əməkdaşlarının ilkin yardım göstərməsi, daha sonra isə əraziyə gəlmiş X38 Stansiyasının avtomobili ilə xəstəxanaya aparılması, sonradan tapılmasını yüngülləşdirmək üçün şəxsiyyəti ilə bağlı lazımi məlumatları X32 bildirməklə özünü bəlli etməsi, xeyli müddət sonra isə xəstəxanadan çıxıb getməsi təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda proses iştirakçılarının ifadələri, ekspertiza rəyləri sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsini hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarında ortaya qoyulan mövqedən aydın olur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücü məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayındıqda CM-in 264-cü maddəsi üzrə məsuliyyət mövcud olur. Yayınma belə məqsəd olmadan digər zərurətlə bağlı olduqda isə bu maddə üzrə məsuliyyət istisna edilir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin dispozisiyasından göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxs yol nəqliyyat hadisəsi yerindən qaçdığı halda, həmin maddənin tərkib hissəsi yaranır. Qeyd edilən cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti CM-in 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası CM-nin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs yol-nəqliyyat hadisəsini törətdiyini və hadisə yerindən qaçdığını dərk etməlidir. Sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyini və belə hadisənin Azərbaycan Respublikası CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, həmin şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs xüsusi sosial statusa sahib şəxslər (bir ayağı amputasiya olunmuş İ qrup əlildir) siyahısında olduğundan sonuncunun hadisə baş verən zaman və hadisədən sonra düşdüyü situasiya dəyərləndirilməlidir. Lakin ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən, Təqsirləndirilən şəxs hadisə yerini bilərək və istəyərək tərk etməməsi, sonuncunun hadisə yerinə gəlmiş X38 Stansiyasının avtomobili ilə xəstəxaya aparılması nəzərə alınmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə ittiham elan edilmişdir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları əhatəli şəkildə tədqiq edərək qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayınmamış, sonuncu X38 Stansiyası Briqadasının müşayiəti ilə Zərərçəkmiş şəxs1 aparıldığı xəstəxanaya aparılmış, faktiki olaraq öz şəxsiyyəti barədə məlumat vermiş, daha sonra xəstəxanadan ayrılmışdır. Növbəti olaraq məhkəmə, iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi, iş üzrə toplanmış sübutların kifayət etməməsinə dair mövqeyini onunla əsaslandırır ki, yol-nəqliyyat hadisələri zamanı videogörüntülər mühüm sübutedici əhəmiyyətə malik olmaqla özünün obyektivliyi və cinayət hadisəsinin mövcudluğu, habelə şəxsin təqsirinin olub-olmaması barədə konkret nəticəyə gəlməyə imkan verdiyindən xüsusi önəm kəsb edir. “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamında göstərilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsi təmin edilsin (3.4-cü bənd); yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilsin (5.5-ci bənd). Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində quraşdırılmış kameranın qeydə aldığı görüntülərdə yol nəqliyyat hadisəsi baş verdikdən sonra “Mercedes Benz E220 minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir ayağı amputasiya olunmuş şəxsin, yəni İ qrup əlil sürücü Təqsirləndirilən şəxs düşərək hər-hansı bir formada hadisə yerindən qaçması və ya qaçmağa cəhd etməsi müşahidə edilməmişdir. Beləliklə ibtidai istintaq orqanı tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu məlumdur. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri sırasında «cınayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək də» göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İ qrup əlil olmasını, həmçinin onun zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq cinayət işi üzrə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs həmin maddə üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar olmasa da, sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonunculara dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin tətbiqinə əsas yaradır və bu səbəbdən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş olmaqla, sonuncularla barışığın əldə edilməsini nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökm, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin həmin maddə üzrə cinayət əməlində təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – “Mercedes Benz U220» minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prius» minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin faktiki sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, X23 və X16 iddia ərizəsi başlıqlı ərizələr ilə ibtidai istintaq orqanına müraciət etsələr də, lakin həmin iddia ərizələri nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, iddia ərizələri bir səhvədən ibarət olmaqla, xahiş etdim hissəsində mülki iddia ilə bağlı hər hansı tələb qoyulmamış, buna dair konkret iddia xahiş edilməmiş, X23 və X4 olaraq mülki iddiaçı qismində tanınmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. 184-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, X23 və X16 tərəfindən verilmiş iddia ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizələr geri qaytarılmalıdır. Mülki iddiaçı qismində tanınmış X17 və X11, onların Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökm, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – “Mercedes Benz U220» minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prius» minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin faktiki sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İbtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmış X23 və X16 tərəfindən verilmiş iddia ərizələri onlara geri qaytarılsın. Mülki iddiaçı qismində tanınmış X17 və X11, onların Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-36/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-36/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver