Məhkəmə qərarları › İş №1(005)-36/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-36/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-36/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, 01 (bir) övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, fərdi tikilmiş evdə kirayədə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə 13 mart 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Selcan” qadın gözəllik salonuna müştəri kimi daxil olduqdan sonra gözəllik salonunda olan saxlanc yeri kimi istifadə edilən dolabın içərisində pul kisəsinin saxlandığına əmin olmuş, gözəllik salonunda işləyən şəxslərin başının işə qarışıq olmasından istifadə edərək əmlakın sahibinin və ya kənar şəxslərin olmadığı hiss etmədikləri şəraitdə saxlanc kimi istifadə edilən dolabı qanunsuz açıb daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs1 qızma məxsus içərisində 770 manat nəğd pul, şəxsiyyət vəsiqələri, bir ədəd hesabında pul olmayan «Kapital» banka aid bankomat kartı və bir ədəd hesabında pul olmayan «Leo» banka aid kartı olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 785 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə 28 mart 2024-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Sabinetdo” adlı qadın gözəllik salonuna həmin salonda dırnaq ustası kimi işçiyə tələb olunması barədə yazılmış elanla bağlı müraciət etdikdə gözəllik salonunda işləyən Zərərçəkmiş şəxs2 xidmət etdiyi müştəridən aldığı pulu stolun üstündə saxladığı əl çantasındakı pulqabıya qoyduğunu görmüş, Zərərçəkmiş şəxs2 başının işə qarışıq olmasından istifadə edərək əmlakın sahibinin hiss etmədiyi şəraitdə stolun üstündə olan əl sumkasım açaraq içərisində 470 manat məbləğində nağd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Vergi Xidməti tərəfindən verilmiş Vöen Şəhadətnaməsi, hesabında pul olmayan bir ədəd «Leo» bank kartı və bir ədəd «Kapital» banka aid kartı olan 20 manat dəyərində qırmızı rəngdə dəri materialdan olan pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 490 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 16 ünvanında yerləşən “Selcan” qadın gözəlik salonuna xidmətlərdən istifadə üçün getmiş, həmin vaxt “Selcan” qadın gözəlik salonunda əyləşib növbə gözləyən zaman orada işləyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 pul kisəsini dolaba qoymasını görmüşdür. Zərərçəkmiş şəxs1 müştəriyə başının qarşıdığını və gözəllik salonunda olan digər şəxslərin başının qarışıq olmasını, ona fikir vermədiklərini görüb tez dolabı açaraq orada olan pul kisəsini götürüb tez salondan çıxıb getmişdir. O, salonun arxa hissəsində olan məhəlləyə keçərək oğurladığı pul kisəsini açıb içərisində olan pulu götürmüş, şəxsiyyət vəsiqələrinin və 2 ədəd bank kartlarını isə gözəllik salonunun yaxınlığında hazırda xatırlamadığı yerə tullayaraq oradan uzaqlaşmışdır. Pul kisəsində 400 manat məbləğində pul olduğunu bildirmişdir. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində özünə iş axtarmaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “Sabinetta” adlı qadın gözəllik salonuna getmişdir. Salonda əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 yaxınlaşıb ona dırnaq ustası olduğunu və salonun giriş hissəsində olan elanla bağlı gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ona demişdir ki, iş barədə salonun müdiri ilə danışmaq lazımdır. Salonun müdiri ilə telefonda danışıb, razılaşmış və səhər gələcəyini bildirib sağollaşmışdır. Amma salonu tərk etməyib, kimisə gözlədiyini deyib salonda əyləşmişdir. Svetlana müştəriyə xidmətini davam edib tamamladıqdan sonra müştəri 70 manat ödəniş pulunu ona vermiş və Svetlana həmin pulu onun əyləşdiyi divanın üstündə olan əl çantasının içərisinə qoymuşdur. Svetlananın pul kisəsini oğurlamaq qərarına gəlmiş və düşünmüşdür ki, onun diqqətini hansısa yolla yayındırsın. Svetlana müştərini yola saldıqdan sonra ondan xahiş etmişdir ki, ona içmək üçün 1 stakan su versin. Svetlana onun xahişi ilə 1 stəkan suyu ona vermiş, həmin vaxt pul kisəsini oğurlamaq üçün heç cür imkanı olmamış, sonra boya qoyduğu qabı salonun giriş hissəsində olan əlyuyanın içərisinə qoymaq üçün həmin tərəfə getmişdir. Həmin vaxt dərhal divanın üstündə olan çantanın içərisindən pul kisəsini oğurlamış və sonra tələsik Svetlana ilə sağollaşıb həmin salondan çıxıb getmişdir. Oğurladığı pul kisəsini açaraq içərisinə baxan zaman görmüşdür ki, orada şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları, başqa sənədlər və hansısa məbləğdə pul vardır. Oğurladığı pulları saydıqda 150 manat məbləğində olduğunu bilmiş, sonradan oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi tələbatlarına xərcləmişdir. Sənədləri isə tullamışdır. Məhkəmənin sualına cavab olaraq o, bildirmişdir ki, əldə etdiyi həmin məbləğləri şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 məxsus pul qabının içərisində qızıl görməmişdir, qızılı götürmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən şiddət və təzyiqə məruz qalmamışdır. Həmçinin o, bildirmişdir ki, maddi ehtiyacının olması səbəbilə oğurluq etmək məcburiyyətində qalmış, peşman olmasını, himayəsində bir yetkinlik yaşına çaymayan övladının olmasını nəzərə alınmasını və barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, dolanışıq məqsədilə ünvan 3 ünvanda yerləşən «Sabinetto» adlanan qadın salonunda saç ustası işləyir. 28 mart 2024-cü il tarixdə saat təxminən 21 radələrində salona bir nəfər qadın gəlmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Güldanə ona demişdir ki, küçədə salonun giriş hissəsində salonun müdiri tərəfindən dırnaq ustasının lazım olması ilə bağlı qoyduğu elanla bağlı gəlib və salonda dırnaq ustası kimi işləmək istədiyini bildirmişdir. O, həmin vaxt istifadəsində olan mobil telefonla salonun müdiri Arifə xanıma zəng vurub dırnaq ustası kimi işləmək üçün Güldanənin salona gəldiyini bildirmiş və sonra mobil telefonu Güldanəyə vermişdir ki, özü müdirlə iş barədə danışsın. Güldanə telefonla Arifə xanımla danışmış və sonra telefonu ona qaytarmışdır. Güldanə ona bildirmişdir ki, Arifə xanımla danışıq zamanı razılaşıb və sabahı günü gəlib qiymətlə bağlı söhbətini edəcəkdir. Bundan sonra Güldanə ona demişdir ki, onun rəfiqəsi bir azdan işlədiyi salonun qarşısına gələcəkdir. Güldanə ondan xahiş etmişdir ki, rəfiqəsi gələnə kimi onun salonda gözləsin. O, etiraz etməmişdir. Güldanə otaqdakı divanda əyləşmişdir. Sonra müştəriyə xidmətini davam edib tamamladıqdan sonra müştəri 70 manat ödəniş pulunu alıb divanın üstündə olan özünə məxsus əl çantasının içərisindəki pul kisəsinin içərisinə qoymuş və sonra çantanı divanın üstünə qoymuşdur. Müştərini yola saldıqdan sonra Güldanə ondan xahiş etmiş ki, ona içmək üçün 1 stakan su versin. O, 1 stakan su vermiş və suyu içdikdən sonra Güldanəyə salondan çıxacağımı bildirmişdir. Bundan sonra boya qoyduğu qabını əlyuyanın içərisinə qoyub geri qayıtdıqda salonda olan Güldanə tələsik hərəkət edib onunla sağollaşıb salondan çıxmışdır. Güldanənin tələsik hərəkət etməsi onda şübhə yaratmış və dərhal divanın üstündə qoyduğu çantanın içərisinə baxmışdır. Çantanın içərisində pul kisəsini tapmamışdır. O, Güldanəni tutub saxlamaq məqsədilə dərhal onun arxası ilə salondan çıxmış, lakin hansı istiqamətə getdiyini bilmədiyi üçün tapa bilməmişdir. Güldanənin oğurladığı ona məxsus 1 ədəd 20 manat dəyərində qırmızı rəngdə dəri materialdan olan pul kisəsinin içərisində 470 manat məbləğində nəğd pul, ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Vergi Xidməti tərəfindən verilmiş “VÖEN” Şəhadətnaməsi, hesabında pul olmayan 1 ədəd «LEO» banka aid kart və 1 ədəd «Kapital» banka aid kart olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, dolanışıq məqsədilə gündəlik ünvan 4 ünvanda yerləşən «Selcan» adlanan gözəllik salonuna iş öryənmək üçün gedir və salonda olan işlərə köməklik edir. xx.xx.2024-cü il tarixdə mən qeyd olunan salona saat təxminən 16 radələrində gətmişdir. Həmin vaxt salonda lazeroloq Gülnur xanım, kassa aparatında əyləşən Səidə xanım və bir neçə nəfər tanımadığı müştərilər olmuşlar. Sonuncular salona gəldikdə özünə məxsus olan 1 ədəd 15 manat dəyərində qara rəngli dəri materialdan olan pul kisəsini salonun zal otağında olan işçilərin əşyaları yığdığı şkafın 1-ci dolabına qoymuş, həmin vaxt qeyd olunan pul kisəsinin içərisində ona məxsus olan 770 manat məbləğində nəğd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, qızına məxsus şəxsiyyət vəsiqəsi, «Kapital» banka aid və «Leo» banka aid kart olmuşdur. Həmin gün qadın salonuna 1 nəfər əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs gəlmiş, həmin vaxt salonun zalında oturmuş, Güldanə salona daxil olduqda ondan nə lazım olduğunu soruşmuş, Güldanə bildirmişdir ki, lazer etdirmək üçün gəlmişdir və lazer otağının boşalmasını gözləyəcəkdir. Bundan sonra Güldanə bir neçə dəqiqə ayaq üstə gözləyib, sonra salonun işçilərinin əşyaları qoyduğu şkafın yanında olan oturacağa əyləşib həmin yerdə gözləmişdir. Bir neçə dəqiqə keçmiş salona başqa tanımadığı qadın müştərilər gəlmişdir. Həmin vaxt Güldanəyə diqqət yetirməmişdir. Bir az keçmiş pul kisəsindən pul götürmək üçün əşyaları yığdığı şkafın 1-ci dolabını açdıqda görmüşdür ki, pul kisəsi yerində yoxdur. Bundan sonra salonu axtarsa da pul kisəsini tapa bilməmiş və salonun içərisində olan müşahidə kamerasındakı görüntülərə baxmışlar. Zal otağının görüntülərinə baxdıqda məlum olmuşdur ki, ona məxsus pul kisəsini salona gəlmiş Güldanə adlı qadın həmin şkafın yanında oturacaqda əyləşən zaman oğurlamışdır. Pul kisəsinin içərisində olan özünə məxsus 770 manat nəğd pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, «Kapital» banka aid və 1 ədəd özünə məxsus hesabında pul olmayan «Leo» banka aid kartı oğurlamışdır. Oğurluq hadisəssinin baş verməsi nəticəsində ona ümumilikdə 785 manat dəyərində maddi zərər vurulmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Aytəkinin işlətdiyi ünvan 4 ünvanda yerləşən «Selcan» adlanan gözəllik salonunun kassa aparatında əyləşərək müştərilərin xidmətlə bağlı ödənişlərini qəbul edərək hesabatı aparır. xx.xx.2024-cü il tarixdə saat təxminən 17.24 radələrində işlədiyi qadın salonuna 1 nəfər əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs gəlmişdir. Həmin vaxt onun və salonda işləyən Gülnarın başı qarışıq olduğu üçün Güldanənin pul kisəsini necə oğurladığını görməmişdir. Zərərçəkmiş şəxs1 puı kisəsini tapa bilməməsi barədə məlumat vermiş və onlar da slonun kameralarına baxaraq Güldanə adlı xanımın pul kisəsini götürərək salondan çıxdığını müəyyən etmişlər. Sonra Nərimanov rayon 17-ci Polis Şöbəsinə gedərək hadisə barədə rəsmi ərizə ilə müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmçinin şkafın dolablarının kilidi olmadığından işçilər tərəfindən sərbəst açıb bağlanmaqla istifadə olunur. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmişlər və bu barədə heç bir məlumat verməmişdir. Şahid1 və Şahid2 ibtidai istinaq zamanı verdikləri ifadələri elan edilmişdir və ittihamda qeyd olunan xüsusatlar bir daha öz təstiqini tapmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 5vanında oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 785 (yeddi yüz səksən beş) manat dəyərində əşyalarının oğurlanması faktı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 16 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 6 ünvanında oğurluq olması faktı ilə müraciət edilmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus pul kisəsindən 400-500 manat məbləğdə pul oğurlanması faktı yaşadığı ünvan 7 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında 15 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Məmmədova X1 rayonu, F.Yusifov küçəsi 16 ünvanından oğurluq etməsi ilə bağl ifadəsini bir daha hadisə yerilərini göstərərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən “Diskə baxış keçirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş bir ədəd DVD diskinə köçürülmüş 1 ədəd videogörüntüdə 13 mart 2024-cü il tarixdə saat 7 radələrində ünvan 1 ünvamnda yerləşən “Selcan” qadın gözəllik salonunda baş vermiş oğurluq hadisəsi anını fiksə edilmişdir. Belə ki, videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, qeydə alınmış görüntü 11:23 dəqiqəni əhatə edir. Görüntüyə baxış zamanı kameranın görüntü dairəsi qadın salonun daxilini göstərir. Görüntünün əhatə dairəsinin sağ tərəfində bir nəfər qadın kresloda əyləşmiş və özünü qabaq stoluna tərəf söykəmiş vəziyyətdədir. Görüntüdə bir nəfər əynində qırmızı geyimli qadın salonun digər otağına keçir, görüntünün 01 dəqiqəsində kresloda əyləşmiş qadın söykəndiyi qabaq stolunun bağlı rəfini açmağa cəhd edir, lakin ətrfada olan adamların onu görəcəyindən ehtiyat edib dayanır. Həmin vaxtı görüntünün sol hissəsində əksi təsvir olunan iki qadından biri otağı tərk edir, digər ikinci qadının arxası isə salonda sağ tərəfdə kresloda əyləşmiş qadına tərəfdir. Həmin vaxtı görüntünün sol hissəsində olan qadının arxasının kresloda əyləşmiş qadına tərəf olmasından istifadə edən sonuncu qadın söykəndiyi stolun bağlı rəfini dərhal açır və orada olan pulqabmı götürüb sinəsində tərəf aparır və paltarının içərisində gizlədərək cəld salonu tərk edib gedir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüyə baxıb kresloda əyləşmiş əksi təsvir olunan şəxsin özü olduğunu bildirərək göstərmişdir ki, 13 mart 2024cü il tarixdə saat 17 radələrində həmin gözəllik salonuna lazer korreksiyası üçün getmiş, həmin vaxt gözəlik salonunda əyləşib növbə gözləyən zaman orada işləyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1nm pul kisəsini dolaba qoymasını görmüşdür. Pula ehtiyacı olduğu üçün Gülnarın dolaba qoyduğu pul kisəsini oğurlamaq qərarına gəlmiş və bu məqsədlə əyləşdiyi yerdən durub dolabın yanında əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 salona gəlmiş müştəriyə başının qarşıdığını və gözəllik salonunda olan digər şəxslərin başının qarışıq olmasını, ona fikir vermədiklərini görüb tez dolabı açaraq orada olan pul kisəsini götürüb sonra tez salondan çıxıb həmin yerdən aralaşmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nizami RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 avqsut 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(007)-394/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutaraq hesablamaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza - 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan (xx.xx.2017 - X2) övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 18-ci bəndində qeyd olunmuşdur ki, əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qərarın 19-cu bəndində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndində yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən dvd görüntü, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 16 ünvanında yerləşən “Selcan” gözəllik salonundan 13 mart 2024-cü il tarixdə, həmçinin 28 mart 2024-cü il tarixdə, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 47A ünvanında yerləşən “Sabinetdo” adlı gözəllik salonundan gizli yolla oğurluq etdiyini etiraf etmiş, təqsirləndirilən şəxsin etirafı cinayət işinin materiallarında olan protokollar, zərərçəkmiş şəxslərin və şahidlər ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli hökm ildə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi, lakin, yenidən eyni məzmunlu cinayət əməli törətməsi onun islah yoluna heç bir şəkildə qədəm qoymaması kimi qiymətləndirilir və onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – hadisənin görüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatına görə 510 (beş yüz on) manat və qanunvericiliyə edilmiş dəyişiklikdən sonrakı müddətdə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saata görə 110 (yüz on) manat, ümümilikdə 620 (altı yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. İş üzrə maddi sübut – hadisənin görüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatına görə 510 (beş yüz on) manat və qanunvericiliyə edilmiş dəyişiklikdən sonrakı müddətdə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saata görə 110 (yüz on) manat, ümümilikdə 620 (altı yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar