Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-360/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdə, saat 06 radələrində hamiləliyin 38-40-cı həftəsində olarkən ünvan 3 ünvanında fəaliyyət göstərən “Sabirabad otel” kimi tanınan “NRS” kafe-mehmanxanasının 9 nömrəli otağının sanitar qovşağında yerləşən unitazın üzərində yarımçıq oturmuş halda təbii doğuş nəticəsində dünyaya gətirdiyi, nəfəs almağa başlamaqla yaşamaq qabiliyyəti olan qadın cinsli yeni doğulmuş uşağı unitazın içərisindən götürərək göbək ciyəsini əli ilə dartıb qopartdıqdan dərhal sonra sərbəst həyat tərzi keçirtmək istəyi ilə yeni doğduğu uşağa baxa bilməyəcəyi ilə əlaqədar qəsdən öldürmək məqsədilə həmin uşağı sanitar qovşağında olan zibil vedrəsinə baş nahiyyəsi aşağı istiqamətdə tullamaqla yeni doğulmuş uşağa dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan təpə ənsə nahiyəsinin dərialtı baş beynin, beyincik, hər iki yan mədəcik qişalarının başın dərialtı yumşaq toxumasının iç səthinin qansızması xəsarətini yetirmiş, lakin uşağın ölməyib ağladığını görüb tezliklə niyyətinə nail olmaq üçün səsini kəsmək və ölümünü sürətləndirmək məqsədilə uşağı zibil vedrəsindən götürərək ağ rəngli sellofan torbanın içərisinə qoymaqla torbanın ağzını düyünlədikdən sonra növbəti dəfə həmin zibil vedrəsinə tullayaraq uşağa sellofan torbada asfiksiya (oksigen çatışmazlığı) ilə hər iki ağciyərin səthi oval qansızmaları xəsarətlərini yetirmiş və həmin xəsarətlərdən başın küt travması nəticəsində baş beyinə, beyinciyə və hər iki yan mədəciyə qansızma ölümünə səbəb olmaqla yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürmüş və cinayətin izini itirmək məqsədilə uşağın meyitini 31 mart 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 88 saylı binanın yaxınlığına aparıb, orada yolunun kənarına atmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 121-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildə işləmək üçün Şirvan şəhərindən Bakı şəhərinə köçmüş və bir müddət müxtəlif restoranlarda ofisiant işlədikdən sonra müxtəlif gecə klublarında pul qarşılığında kişilərlə görüşərək cinsi əlaqədə olmağa başlamışdır. Təxminən 2 ildir ki, Ziya Bünyadov prospektində “Santral” adlanan yerin yaxınlığında yerləşən “Sabirabad” adlı oteldə həm qalmış, həm də 50-80 manat pul qarşılığında müxtəlif kişilərlə görüşərək cinsi əlaqədə olmuşdur. Həmin otelə günlük 30 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmin pul vəsaitini otelin administratoruna vermişdir. Cinsi əlaqə zamanı görüşdüyü şəxslər qoruyucu vasitələr işlətməmişdir. Cinsi əlaqədən sonra hamilə qaldığı vaxtlar hamiləliyini müxtəlif vaxtlarda dərman preparatları vasitəsilə pozmuşdur. Qeyd edilən hadisəyədək 1 dəfə onun uşağı təbii doğuşla sağ dünyaya gəlmişdir. Belə ki, 2020-ci ilin noyabr ayının 3də “20 Yanvar” metrostansiyasında olan zaman ağrıları tutduğu üçün həmin gün Respublika Kliniki Xəstəxanasında uşağı doğulmuşdur. O, həmin vaxt uşaqdan imtina edərək həmin uşağı xəstəxanadan götürməkdən imtina etmişdir. Hazırda da həmin uşağın cinsiyyəti ona məlum deyildir. 2021-ci ilin iyul-avqust aylarında bədənində baş verən dəyişiklikdən yenidən hamilə olduğunu başa düşmüşdür. Gün ərzində 4-5 müxtəlif şəxslə cinsi əlaqədə olduğu üçün və həmin vaxt qoruyucu vasitələrdən istifadə edilmədiyindən hansı şəxslə cinsi əlaqə zamanı hamilə qaldığını bilməmişdir. Axırıncı dəfə hamilə olmağı barədə nə görüşdüyü şəxslərə, nə də ki, tanışlarına bildirməmişdir. Bir müddət sonra hamilə olduğu üçün qarnı böyüməyə başlamış, bu barədə tanışları ondan soruşduqda onlara kista xəstəliyi olduğu üçün qarnının böyüdüyünü demişdir. Hamiləliyi ilə əlaqədar heç bir xəstəxanaya və ya həkimə müraciət etməmişdir. Bundan sonra təxminən 2022-ci ilin mart ayının ortalarında “Ruhi” adlı rəfiqəsi ilə uşağın abort edilməsində ona köməklik göstərməsi üçün əlaqə saxlamışdır. Həmin vaxt onun uşağı artıq böyük olduğundan abort vasitəsi ilə götürülməsi mümkün olmadığından rəfiqəsi “Ruhi” uşağın abort edilməsində adını bilmədiyi həkimin ona köməklik göstərə bilməyəcəyini demişdir. 29 mart 2022-ci il tarixdə, axşam saat 23:00 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında tanış olduğu adını xatırlamadığı bir kişi ilə 1 saatlıq cinsi əlaqədə olmaq üçün Xətai rayonunda yerləşən “Araz” adlanan otelə getmişdir. 30 mart 2022-ci il tarixdə, gecə 01:00 radələrində həmin şəxslə 30 manat qarşılığında 1 dəfə təbii yolla və oral qaydada cinsi əlaqədə olduqdan sonra oradan ayrılaraq mütəmadi qaldığı “Sabirabad” adlanan otelə getmişdir. Orada adını bilmədiyi otelin administratoruna 30 manat ödəniş etdikdən sonra həmişə gecələdiyi 9 nömrəli otağa getmişdir. Həmin gün gecə saat 04:00 radələrində qarnında ağrılar olmağa və cinsiyyət orqanından qan gəlməyə başlamış, həmin ağrılar artdığından o, otağın içərisində yerləşən sanitar qovşağına gedərək unitazın üzərində oturmuşdur. Ağrıları həddən artıq çoxaldığı üçün artıq onda təbii doğuşun baş verdiyini başa düşmüş və sanitar qovşağında olan unitazın üzərinə yarımçıq formada oturmağa davam etmişdir. Orada təxminən 30-40 dəqiqə ərzində güc verdikdən sonra uşaq baş gəlişi ilə doğulmağa başlamış və o, yarımçıq oturduğundan uşaq doğularaq təxminən 15-20 sm hündürlükdən baş nahiyəsi aşağı vəziyyətdə unitazın içərisinə düşmüş və ağlamağa başlamışdır. Uşaq sağ doğulmuş və ağlamışdır. O, doğuşu başa çatdırdığı üçün uşağın göbək ciyəsini əli ilə dartaraq qopartmış və uşağı unitazın içərisindən götürərək sanitar qovşaqda olan boz rəngli, içərisində işlənmiş salfetka qalıqları olan zibil vedrəsinə başı aşağı vəziyyətdə atmışdır ki, uşaq orada ölsün və oteldən çıxara bilsin. Bundan sonra uşağın göbək ciyəsinə bitişik uşaqlıq yolunda olan cifti əli ilə dartaraq çıxarmış və otaqda olan hamam xalatına bükərək ağ rəngli polietilen sellofan torbaya qoyaraq yatağın yanında yerləşən tünd qəhvəyi rəngli şkafın arxasında gizlətmişdir. Həmin vaxt yaşamasını istəmədiyi, onun tərəfindən dünyaya gətirilmiş və sanitar qovşaqda olan zibil vedrəsinə atdığı uşaq ağlamağa davam etmişdir. Uşaq təxminən 15-20 dəqiqə ərzində zibil vedrəsinin içərisində qalmış və ağlamağa davam etmişdir. Uşağın səsini digər şəxslər eşidib otağa gəlməsinlər deyə o, uşağı həmin zibil vedrəsindən çıxararaq hamam otağında olan ağ rəngli sellofana qoymuş və ağzını bir dəfə düyünləmişdir ki, həm uşağın səsi gəlməsin, həm də uşaq həmin sellofanda havasızlıqdan ölsün. Uşağı sellofan torbaya qoyaraq zibil qutusuna tullayan zaman uşaq hələ də, ağlamağa davam etmişdir. Bundan sonra qanaxması olduğu üçün hamam otağında dəsmalla bədəninin üzərində və yerdə olan qanı sildikdən sonra həmin dəsmalı da yatağın üzərinə tullamışdır. Təxminən 1 saat keçmiş uşağın səsi kəsildikdən sonra onun öldüyünü görüb uşağı sellofanla birlikdə zibil vedrəsindən götürərək ağzını bir dəfə də düyünlədikdən sonra ona məxsus qara rəngli, üzərində “23” yazıları olan qara bel çantasına qoymuşdur. Uşağı qeyd edilən bel çantasına qoymaqda məqsədi onun meyitini xəbərsiz oteldən çıxarmaq olmuşdur. Bundan sonra ağrıları olduğundan o, həmin gün, yəni 30 mart 2022-ci il tarixdə axşam saat 20:00 radələrinə kimi otelin 9 nömrəli otağında yatmışdır. Uşağın doğulmağı barədə nə tanışlarına, nə də ki, otelin işçilərinə məlumat verməmişdir. Axşam saat 20:00 radələrində o, içərisinə uşaq meyitini qoyduğu bel çantasını da götürərək meyitini atmaq üçün Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığına gəlmişdir. 30 mart 2022-ci il tarixdə, axşam saat 21:00 radələrində “Vasmoy bazarı” adlanan yerdə avtobus dayanacağının arxasında yerləşən, adını xatırlamadığı aptekdən doğuş zamanı yaranan qanaxmanın dayanması üçün satıcının məsləhəti ilə “oflaksasin” adlı dərman preparatını almış və aptekdən çıxdıqdan sonra həmin dərman preparatını qəbul etmişdir. Bir müddət “Neftçilər” metrostansiyası yaxınlığında gəzişdikdən sonra o, 31 mart 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində 17 saylı uşaq poliklinikasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində yolda olan zaman poliklinikanın qutaracağından Q.Qarayev prospektinə çıxan piyada yol ilə bel çantasına qoyduğu uşaq meyitini aptekdən dərman alarkən verilən üzərində “dokta” yazıları olan ağ rəngli polietilen sellofana yerləşdirərək ağzını düyünləmiş və “Anatolia” restoranın divarının yanına atmışdır. Həmin gündən sonra o, küçələrdə qalmış və “Sabirabad” otelinə getməmişdir. Əlavə olaraq bildirmişdir ki, 31 mart 2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 88 saylı binanın yaxınlığına onun tərəfindən uşağın atılması barədə heç kimə məlumat verməmiş, 30 mart 2022-ci il tarixdə “Sabirabad” adlanan otelin 9 nömrəli otağında onun tərəfindən bioloji anası olduğu körpə dünyaya sağ şəkildə doğulmuş, həmin uşaq onun tərəfindən qidalandırılmamış, həmin uşağın sağ qalmasını istəməmiş, çünki həmin uşaq sağ qalsaydı, o, yaşadığı həyat tərzini davam etdirə bilməyəcəkdi və bu səbəbdən uşağı doğduqdan sonra uşağın ölməsi və ağlamaq səsinin dayanması üçün uşağı sanitar qovşaqda olan zibil vedrəsinə atmışdır. Onun həmin vaxt yenidoğulmuş uşağı qidalandırmaq imkanı olmuş, lakin həmin uşağı qidalandırmamışdır ki, uşaq ölsün. Onun tərəfindən yeni doğulmuş uşağın göbək ciyəsi bağlanmamış, o, həmin zaman uşağın sağ qalmasını istəmədiyi üçün qulluq etməmiş, uşaq doğulduqdan sonra ağladığı üçün o, uşağı zibil vedrəsinə atmış və uşağın səsi digər otaqlara yayılmasın deyə o, sanitar qovşağın qapısını bağlamış, təxminən 15-20 dəqiqə sonra uşaq ağlamağa davam etdiyi üçün uşağı ağ rəngli sellofan torbaya qoyaraq həmin sellofanın ağzını bir dəfə düyünləmiş, həmin vaxt uşaq sağ olmuş və ağlamağa davam etmiş, bu səbəbdən digər otaqlarda olan müştərilər və otelin işçiləri onun səsini eşitməmişdir. O, həmin vaxt uşağın onun həyat tərzinə zidd olmasına görə yəni, günün əksər saatlarında müxtəlif kişilərlə görüşə bilməyəcəyini, uşağa baxa bilməyəcəyini düşündüyü üçün onun sağ qalmasını istəməmiş, bu səbəbdən uşaq doğulduqdan sonra onu birbaşa zibil vedrəsinə tullamış, uşağın ağlamaq səsi davam etdiyi üçün o, uşağı sonradan ağ rəngli sellofana qoymuşdur. Bir qədər sonra həmin uşaq ölmüşdür. O, məcbur qaldığı üçün həmin uşağın sağ qalmasını istəməmişdir. Hamiləliyi ilə bağlı hər hansı həkimə və ya tibb müəssisəsinə müraciət etməmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami rayon Mənzil Kommunal STSnin xadiməçisi Şahid1 ifadəsində göstərmişdir ki, onun vəzifəsi hər gün səhər saat 06:00dan 18:00-a qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Neftçilər” metrostansiyasının qarşısından “Diqlas” ticarət mərkəzinə qədər olan yolun kənarları, səkiləri və yola bitişik keçidlərdə olan zibillərin təmizlənməsindən ibarətdir. Həmin ərazidə ona iş yoldaşı X1 göstərmişdir. 31 mart 2022-ci il tarixdə, səhər saat 06:00-da qeyd edilən ərazini təmizləməyə başlamış və ərazidə olan zibilləri yığışdırmışdır. O, saat 11:00-da yenidən həmin ərazini təmizləməyə başlamışdır. Təxminən saat 14:00 radələrində 17 saylı poliklinikanın yaxınlığında olan zaman iş yoldaşı Mehriban onun yanına gələrək onu çay içmək üçün çağırmışdır. Həmin vaxt o, Mehribanla əraziyə atılmış zibilləri yığışdırayığışdıra Q.Qarayev prospekti 88 ünvanına doğru getmiş, Q.Qarayev prospekti 88 ünvanında yerləşən 17 saylı poliklinikanın qurtacağından Q.Qarayev prosperktinə çıxan piyada yolundan keçən zaman, piyada yolunun “Anatolia” adlanan restoranın divarına bitişik ərazidə ağ rəngli sellofan torba görmüş və onun zibil olduğunu düşünüb həmin zibili götürmək istəmişdir. Sellofana yaxınlaşıb əlinə götürən zaman ağır olduğundan sellofanın ağzını açaraq içərisində nə olduğuna baxmaq istəmişdir. Sellofanı açan zaman orada uşaq meyitinin olduğu müşahidə etmiş və dərhal Mehribana bildirmişdir. Bundan sonra polisə məlumat vermək üçün Mehribanla ərazidə polis axtarmağa başlamışlar. Q.Qarayev prospektində yerləşən “Anatolia” restoranın qarşısında X7 xidməti maşınını görüb dərhal həmin avtomaşına yaxınlaşaraq uşaq meyitini tapmaqları barədə məlumat vermişdir. Bir qədər sonra həmin əraziyə polis əməkdaşları gəlmişlər. O, uşaq tapılan həmin yerdən səhər saat 06:00 radələrində zibilləri götürmüşdür. Həmin sellofan torba piyada yolunun “Anatolia” restoranının divarının yaxınlığında ağzı bir dəfə düyünlənmiş formada olmuş, həmin sellofan torbanın ağzını açaraq baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə X7 Patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Əlahiddə X7 Patrul bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. Alayın müvafiq əmri ilə “Nefçilər” metrostansiyası ətrafında olan ərazilərin ictimai asayişin təmin edilməsi o və xidmət yoldaşı Şahid3 həvalə olunmuşdur. 31 mart 2022-ci il tarixdə saat 15:45-də xidmət yoldaşı polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Anatolia” restoranın qarşısında 99-AP- 552 dövlət qeydiyyat nişanlı xidməti avtomaşınla xidmət apararkən ərazidə təmizlik işləri ilə məşğul olan Nizami Kommunal STS-nın 2 nəfər xanım işçisi onlara yaxınlaşaraq 17 saylı uşaq poliklinikasının qarşısındakı yolu Q.Qarayev prospektinə birləşdirən piyada yolunda uşaq meyitinin olduğunu bildirmişlər. Onlar dərhal həmin yerə gələrək qeyd edilən yerdə ağ rəngli sellofan torbanın içərisində yeni doğulmuş qadın cinsli uşaq meyiti olduğunu görüb Nizami rayon Polis İdarəsinə məlumat vermişlər. Bir qədər sonra həmin əraziyə Nizami RPİ-nin polis əməkdaşları gəlmişlər. Həmin ərazidə özünü şübhəli aparan hər hansı şəxs görməmişdir. Ağ rəngli sellofan torbanın həmin əraziyə kim tərəfindən qoyulması barədə məlumatı olmamışdır. Həmin sellofan torba piyada yolunun “Anatolia” restoranının divarının yaxınlığında ağzı bir dəfə düyünlənmiş formada idi. O və xidmət yoldaşı həmin sellofan torbaya toxunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 2072 ünvanında yerləşən «Sabirabad» mehmanxanasında xadiməçi işləyir. Mehmanxanaya “Samir” adlı şəxs rəhbərlik edir, inzibatçı isə Bəşirdir. O, axşam saat səkkizdən səhər saat səkkizə qədər gecə növbəsində işləmişdir. Onunla gecə növbəsində ofisiant Turan və inzibatçı Qulam işləmişdir. Onun vəzifə öhdəliklərinə dəhlizlərin və boş nömrələrin təmizlənməsi daxildir. Onun gecə növbələri zamanı bir neçə dəfə kişilərlə intim xarakterli xidmətlərin göstərilməsi üçün yüngül əxlaqlı qadınların otelə gəlməsini görmüşdür. “Nəzrin” kimi tanınan Təqsirləndirilən şəxs ilə tanış olmamış və onun adını bilməmiş, bir neçə dəfə gecə növbəsində o, öz nömrəsini tərk etmiş və onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs həmişə otelin 9 nömrəli otağında qalmasını görmüş və hər dəfə o gedəndən sonra otaq pis vəziyyətdə olmuş, döşəmədə günəbaxan qırıntıları, boş içki şüşələri və digər zibil olmuşdur. 30 mart 2022-ci ıl tarixdə, saat 19:30 radələrində o, işə gəlmiş, paltarını dəyişmiş və nömrələri yığışdırmağa başlamışdır. Təxminən axşam saat 21:00-da onunla işləyən ofisiant Turalla birlikdə o, 9 nömrəli otağa gəlmiş, otaq pis vəziyyətdə olmuş, giriş və yataq otağında kafel döşəmədə qana bənzəyən qırmızı rəngli ləkələr, günəbaxan qırıntıları və digər zibillər olmuş və otağı təmizləməyə başlamışdır. Zibili yığışdıraraq o, girişdə və yataq otağında döşəməni qırmızı qanabənzər ləkələrdən yaş əski ilə təmizləmişdir. O, yataq otağını yığışdırarkən çarpayıda mələfənin və dəsmalın qanabənzər maye ilə ləkələndiyini görmüş, o, mələfəni və dəsmalı qara rəngli böyük polietilen zibil paketinə qoymuş, çünki mehmanxananın rəhbərliyi nömrələrdə olan həddindən artıq çirkli və ya kirlənmiş əşyaları atmağı tapşırmışdır. Bundan sonra o, çarpayının sol tərəfində olan tumbanın təxminən 40- 50 santimetr qabağa çəkildiyini hiss etmiş və o, tumbanı divara tərəf itələmək üçün yaxınlaşdığı zaman qulplarına düyün vurulmuş şəffaf polietilen paketi görmüş, paketi qaldırarkən onun dibində ağ rəngli mehmanxana xalatını müşahidə etmişdir. Onun üzərində çoxlu qırmızı rəngli qanabənzər ləkələr olmuş, paketdəki xalatın üzərinə isə müxtəlif zibillər yığılmışdır. O, paketi Turala göstərmiş və Tural həmin paketi tullamağı bildirmiş və o da paketi götürüb onu əvvəl atdığı mələfə və dəsmal olan böyük paketin içərisinə qoymuş və bütün bunları mehmanxananın ərazisində yerləşən zibil konteynerinə atmışdır. Bundan sonra qalan nömrələri təmizləmiş və səhər evinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, 9 nömrəli otaqda paketdən və döşəmədə ləkələrdən başqa qəribə heç nə aşkar etməmiş, yalnız görmüşdür ki, qonaqlara verilən iki dəsmaldan biri yoxdur və fikirləşmiş ki, dəsmal onun tumbanın arxasında aşkar etdiyi polietilen paketə qoyulmuş, döşəmədə qanabənzər qırmızı ləkələri, paketi, qanabənzər maye ilə ləkələnmiş dəsmal və mələfəni yalnız Tural görmüş, sonra isə o, bu ləkələri yumuş, paketi və dəsmalı isə tullamışdır. Onun mehmanxananın müştəriləri barədə heç bir məlumatı olmamış, çünki o, müştərilərin tərk etdiyi boş nömrələri təmizləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar-fevral ayından etibarən Nərimanov rayonunda yerləşən ‘‘Sabirabad otel" adlanan “NRS” mehmanxanasında xidmətçi vəzifəsində işləmiş, iş yerində xidmətçi olaraq vəzifələri mehmanxananın otaqlarında qalan müştərilərin sifarişlərini aparmaq, həmin sifarişlərin otaqlardan götürülməsi olmuş, o, həmin mehmanxanada gecə smenində işləmiş və iş saatı axşam 20:00-dan səhər 08:00 əhatə etmiş, Təqsirləndirilən şəxs “Nəzrin” kimi tanımış və adının Şəbnəm olması barədə sonradan öyrənmişdir. Təqsirləndirilən şəxs mehmanxananın daimi müştərisi olmuş, o, mehmanxanada işləməyə başladığı müddətdən Təqsirləndirilən şəxs müştəri olaraq müxtəlif vaxtlarda tək şəkildə mehmanxanada gecələmək üçün gəlmiş və daimi 2-ci mərtəbədə yerləşən 9 nömrəli otaqda qalmış, həmin zaman onun tərəfindən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs qaldığı 9 nömrəli otağa sifarişlər aparılmış, 30 mart 2022-ci il tarixdə, saat 20:00-da mehmanxanada işləməyə başlamış, həmin zaman onunla gecə növbəsində mehmanxananın administratoru Qulam, xadimə işləyən Tatyana olmuş, 30 mart 2022-ci il tarixdə hazırda nömrəsini xatırlamadığı otağa sifariş aparan zaman “Nəzrin” kimi tanıdığı Təqsirləndirilən şəxs gecələdiyi 9 nömrəli otağın qapısı açıq olduğundan həmin otaqda Nəzrinin olmadığını, artıq tərk etdiyini düşünüb xadimə işləyən Tatyanaya həmin otağı təmizləməsini bildirmiş, o, sifarişi təhvil verib qayıtdıqda Tatyana 9 nömrəli otağı təmizləmiş, həmin otağa daxil olduqda solda yerləşən stulun üzərində olan qabları və günəbaxan tumlarının qalıqlarını götürən zaman içəri otaqda işləyən Tatyana onu yanına çağıraraq bildirmişdir ki, “Nəzrin” kimi tanıdığı Təqsirləndirilən şəxs yatağının üzərində qana bulaşmış hamam dəsmalı və yatağının üzərində olan örtükdə qana bənzər ləkə olduğunu müşahidə etmiş, o, həmin qan ləkələrinin qadın xəstəliyi ilə əlaqədar olduğunu düşündüyü üçün Tatyanaya həmin dəsmalı atmasını, yataq örtüyünü də dəyişməsini bildirmiş, təxminən 5 dəqiqə sonra Tatyana yenidən ona səslənərək yatağın yanındakı şkafın arxasında ağ rəngli sellofanın içərisində qanabənzər ləkələr olan ağ rəngli hamam xalatının olduğunu bildirmiş, həmin xalatı da eyni qaydada qadın xəstəliyi baş verməsi səbəbindən olduğunu düşünüb ona zibil qutusuna atmağı tapşırmış, bundan sonra otağın təmizliyini Tatyana davam etdirmiş, həmin vaxtdan hazıradək Təqsirləndirilən şəxs “Sabirabad” otelində görməmiş, Şəbnəmin hamilə olması barədə məlumatı olmamış və qarın nahiyəsində hər hansı dəyişikliyin baş verməsi barədə fikir verməmiş, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs hər-hansı qarşı cins nümayəndəsi ilə otelə gəlməmiş, mehmanxanaya müştəri qismində gələn şəxslərin vəsiqələri alınaraq gecələr o və Qulam tərəfindən, gündüz isə Bəşir və Ramin tərəfindən “NRS” mehmanxanası müştərilərin qeydiyyat jurnalı yazılmış dəftərə qeydlər aparılır. Təqsirləndirilən şəxs qeydiyyatının hansı səbəbə aparılmadığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla heç-bir ədavət və düşmənçiliyi olmamış, Şəbnəmi “Nəzrin” kimi tanımış, Təqsirləndirilən şəxs ona öz adını “Nəzrin” kimi tanıtmış, Şəbnəmi 2020-ci ilin oktyabr ayında Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında kafelərdə olan zaman tanımış, Şəbnəmlə daimi kafelərdə qarşılaşdıqları üçün münasibəti yaranmış və dostlaşmış, Təqsirləndirilən şəxs ilə əsasən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, 13 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ona yazaraq hamilə olduğu üçün həkim lazım olduğunu, uşağı abort etdirmək istədiyini bildirmiş, o, Şəbnəmə hazırda adını və nömrəsini xatırlamadığı həkimin nömrəsini ataraq həmin həkimə müraciət etməsini bildirmiş, Şəbnəm isə ona həkimlə onun əlaqə saxlamasını demiş, bu səbəbdən o, həkimə zəng edərək tanışının hamilə olduğunu, uşağını abort etdirmək istədiyini bildirən zaman həkim ondan neçə həftəlik uşaq olduğunu soruşduğu üçün Təqsirləndirilən şəxs bu barədə soruşmuş, Təqsirləndirilən şəxs isə, həmin vaxt ona dəqiq bilmədiyini, 4-5 aylıq hamilə olduğunu demiş, o, buna təəccüblənərək bildirmişdir ki, “artıq həmin uşağı abort etmək olmaz”. Həkim həmin uşağı abort olunmasının qanunla qadağan olduğunu deməsini Şəbnəmə bildirmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs ona 100 manat pulu olduğunu, həkimdən xahiş etməyini istəmiş, lakin o, həkimdən bu barədə xahiş etməmiş, çünki 4-5 aylıq uşağın abort olunmasının qanunla qadağan olması barədə məlumatlı olmuş, həkimin nömrəsini Şəbnəmə atmış və özünün onunla əlaqə saxlamasını bildirmiş, 2022-ci ilin mart ayının 24-ü o, narahat qaldığı üçün Təqsirləndirilən şəxs yazaraq həkimə müraciət edibetmədiyini soruşmuş, Şəbnəm ona pulu olmadığı üçün həkimə getmədiyini bildirmiş, bundan sonra baş verən hadisələr barədə məlumatı olmamış, onun Təqsirləndirilən şəxs ətrafı barədə məlumatı olmamış, sadəcə onu “Nəzrin” kimi tanımış və Şəbnəm əxlaqsız həyat tərzi sürdüyündən “Neftçilər” metrostansiyasi yaxınlığında müxtəlif kimi kişilərlə pul qarşılığında görüşmüşdür. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla heç-bir ədavət və düşmənçiliyi olmamış, Şəbnəmi “Nəzrin” kimi tanımış, ona öz adını “Nəzrin” kimi tanıtmış, Şəbnəmi 2020-ci ilin oktyabr ayında Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında həmin vaxt icarə əsasında işlətdiyi kafeyə gələn müştəri kimi tanımış, həmin vaxt “Nəzrin” kimi tanıdığı Təqsirləndirilən şəxs daimi həmin kafeyə gələrək yemək yediyi üçün onunla münasibəti yaranmış, mövcud pandemiya şəraiti ilə əlaqədar həmin kafeni bağlamış, bir müddət işləməmiş, amma Şəbnəmlə münasibəti qalmış və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ara-sıra hal-əhval tutmaq üçün danışmış, təxminən 2022-ci ilin yanvar ayında o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanında yerləşən “Ordubad” adlanan kafeni icarəyə götürüb işlətməyə başlamış, həmin vaxt Şəbnəm yenidən onun işlətdiyi kafeyə yemək üçün müştəri qismində gəlmiş, Şəbnəm, ümumiyyətlə, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının ətrafında piyada gəzərək müxtəlif kişilərlə qarşılıqlı razılıq əldə olunduqdan sonra onlarla pul qarşılığında cinsi əlaqədə olmuş, bu barədə Şəbnəm özü ona demiş, Şəbnəmin hansı ünvanda yaşaması barədə məlumatı olmamışdır. 2022-ci ilin mart ayının sonlarında Şəbnəm yenidən onun işlətdiyi kafeyə gələn zaman onun qarnının böyüməsini görüb Şəbnəmdən hamilə olub-olmadığını soruşmuş, həmin vaxt Şəbnəm ona hamilə olduğunu bildirmiş. Şəbnəm həmin gün kafedə yemək yedikdən sonra kafeni tərk etmiş, təxminən 5-6 gün sonra, yəni 2022-ci ilin aprel ayının əvvəlində Şəbnəm yenidən yemək üçün onun işlətdiyi kafeyə gəlmiş, həmin vaxt o, Şəbnəmin qarnının artıq şiş olmadığını görüb ondan doğuş edib-etməməsi barədə soruşmuş, Şəbnəm isə ona rəfiqəsinin evində olan zaman ağrısının tutduğunu, rəfiqəsi ilə birlikdə xəstəxanaya gedərək orada doğuş etdiyini və həmin uşağı dövlətə təhvil verdiyini bildirmiş, o. Şəbnəmin dediklərinə inanmış, çünki əvvəllər Şəbnəm kafedə olan vaxt söhbət zamanı əvvəlki övladını dünyaya gətirdikdən sonra xəstəxanada uşaqdan imtina etdiyini demiş, bu səbəbdən o, Təqsirləndirilən şəxs yeni dünyaya gətirdiyi övladını da dövlətə təhvil verməsinə inanmış və həmin vaxtdan sonra Şəbnəmi görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospektində “Dakar” dairəsindən “Vasmoy” bazarı adlanan ərazisi istiqamətində yerləşən “Anatolia” adlanan restoranın sol divarının kənarında qalan Q.Qarayev prospekti ilə 17 saylı uşaq poliklinikası arasında yerləşən piyada yoludur. Həmin yol torpaq örtüklü olmaqla uzunluğu 15 metrdir və Q.Qarayev prospekti 88 ünvanında yerləşir. Piyada yolunun Q.Qarayev prospekti istiqamətində sol tərəfində hasarlanmış boş torpaq sahəsi, sağ tərəfində isə “Anatolia” restoranın hasarıdır. “Anatolia” restoranın divarının yanında ağ rəngli üzərində “dokta” yazıları olan polietilen sellofanda yenidoğulmuş qadın cinsli uşaq meyiti vardır. Həmin sellofanın ağzı açıqdır. Meyit bükülmüş vəziyyətdə üzü yuxarı vəziyyətdədir, paltarsızdır, sellofanın içərisində qanabənzər ləkələr və yenidoğulmuş uşağın nəcisi vardır. Göbək bağı meyitin üzərindədir, uzunluğu 9 sm-dır. Meyit üzərində gözlə görünən hər-hansı xəsarət yoxdur. Meyit daxili və xarici müayinə olunması üçün MTE və PA ETT birliyinin Nizami rayon şöbəsinə göndərildi. Baxış zamanı yenidoğulmuş uşağın qoyulduğu ağ rəngli üzərində “dokta” yazıları olan polietilen sellofan götürüldü. Bununla da hadisə yerinə baxış başa çatdı. “Meyitə baxış keçirilməsi haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, təşrih masasının üzərində iç-içə qoyulmuş ağ rəngdə sellofan paketlər və onların içində bir ədəd uşaq meyiti aşkar edildi. Uşaq yeni doğulmuş olub qadın cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Bədənin uzunluğu 49,0 sm-dir. ümumi çəkisi 2900 qr-dır. Meyit əllədikdə soyuqdur. dəri örtüyü (əsasən qarın, bel nahiyəsi və aşağı ətraflar olmaqla) qəhvəyimtil-tünd yaşılımtıl rəngli hissəvi qurumuş nəcislə (mekonium) bulaşmışdır və bədən səthi boyunca əsasən bel, çanaq və büküşlər (qoltuq, qasıq) olmaqla ağımtıl rəngli yağlı konsistensiyalı pendirəbənzər maddə ilə örtülüdür. Bunlardan başqa meyitin sağ çənə bucağı, sol budun ön səthi, sağ aşıq-baldır oynağı proyeksiyasının ön səthində qırmızımtıl rəngli qanabənzər ləkələr vardır və bu ləkələri təmizlədikdə müvafiq sahələrdə hər hansı bir xəsarət aşkar edilmir. Meyitin dəri örtüyü qırmızımtıl rəngdədir, meyit ləkələri əsasən bədənin arxa və sağ yan səthlərində olmaqla göyümtül-bənövşəyi rəngdə olmaqla yaxşı inkişaf etmişdir, əllə təzyiq etdikdə rəngi avazımır. Meyitin sol əl barmaqlarının dırnaq yataqları bənövşəyimtil rəngdə olmaqla sianotikdir, sağ əl və ayaq barmaq dırnaqlarında sianoz çox zəif ifadə edilir, əl dırnaqlarının sərbəst kənarları dırnaq yatağı səviyyəsindən uzun, ayaq dırnaqları isə dırnaq yatağı səviyyəsindədir. Meyitin əzələ qacıması adətən yoxlanılan bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Başın dairəvi ölçüsü 33.0 sm-dir. Sarları qara rənglidir, saçları 2-3 sm uzunluqdadır, başı dairəvi formadadır, gözləri göz qapaqları ilə örtülüdür, gözlərin qüzehlı qişası qara rəngdədir, göz qapaqlarının selikli qişası solğun çəhrayı rəngdədir. Xarici qulaq və burun keçəcəkləri sərbəstdir, ifrazat və yad cisim qeyd olunmur. Burun sümük və qığırdaqları, eləcə də üzskelet və kəllə tağı sümükləri əllədikdə tamdır. Ağzı qapalıdır, dodaqları zədəsizdir, hər iki çənədə dişlər yoxdur, dili öz yerindədir, çəhrayımtıl rəngdədir. Damağın və dodağın selikli qişası solğun çəhrayı rəngdədir. Boynu bədənə müvafiqdir, patoloji hərəkətlilik qeyd olunmur. Döş qəfəsi silindrikdir. simmetrikdir, əllədikdə qabırğalarda sınıq hiss olunmur. Döş qəfəsinin dairəvi ölçüsü 31.5 sm-dir. Onurğa sütununda patoloji əyrilik yoxdur, əllədikdə fəqərələrdə sınıq hiss olunmur. Qarnı döş səviyyəsindədir, əllədikdə yumşaqdır. Göbək həlqəsindən 9.2 sm uzunluqda bağlanmamış göbək ciyəsinin güdülü vardır. Göbək ciyəsi nəm, sürüşkən-şirəli, həlməşiyə bənzər olmaqla yumşaq konsistensiyalıdır və həlqə ətrafında demarkasion xətt izlənmir. Göbək ciyəsi güdülünün sərbəst ucunun kənarı qeyridüz xətvari olmaqla girintili-çıxıntılıdır (nahamardır) və kəsilmə ucuna yaxın yerləşmiş tünd qırmızımtıl rəngli qansızmalı sahə görünür. Xarici cinsiyyət üzvləri qadın tipli düzgün inkişaf etmişdir, böyük cinsiyyət dodaqları bir qədər şişkindir və onlar kiçik cinsiyyət dodaqlarının üzərini tam qapayır. Arxa keçəcəyi nəcislə bulaşmışdır. Ətraf sümükləri və skelet qığırdaqları əllədikdə tamdır. Meyit üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti yoxdur. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qara rəngli bel çantasına baxış zamanı müəyyən olundu ki, həmin çanta 1 böyük cibdən və 1 kiçik ölçülü cibdən ibarət olmaqla üzərində ürək və “babe” təsviri ilə qara rənglidir. Çantanın içinə baxış keçirdikdə üzərin “MAC” yazıları olan qara rəngli qab müəyyən edildi. Həmin qabın içərisinə baxış keçirdikdə qadın kosmetika ləvazimatları aşkar edildi. Daha sonra çantanın içərisində 1 ədəd qara rəngli tibbi maska, üzərində “alo baby” yazı təsvirləri olan salfet, 1 ədəd qara rəngli daraq, 1 ədəd qara rəngli telefon qulaqlıqları, 1 ədəd qara rəngli telefon adaptoru, qadın saç tutacaqları və 1 ədəd göy rəngli «Xiaomi Redmi 9A» markalı mobil telefon müəyyən edildi. Həmin mobil telefon iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Baxış iştirakçısı Təqsirləndirilən şəxs mobil telefonun kilid kodunun 1763 olduğunu bildirdi. Baxış zamanı çantada hər hansı qan izi aşkar edilmədi. “Mobil telefona baxış keçirilməsi barədə” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Xiaomi Redmi 9A» markalı mobil telefon mavi rənglidir. Mobil telefon "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrə ilə yüklüdür. Mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər istifadəçilərə məxsus mobil telefon nömrələri arasında danışıqların qeydə alınması müəyyən edildi. Qeyd edilən zənglərdən iş üçün əhəmiyyət kəsb edən hər hansı danışıq müəyyən olunmadı. Mobil telefonun menyusuna baxış zamanı «Mesajlar» bölümünə daxil olarkən ***-***-**-** mobil telefon nömrəsindən şahid Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə «Zəhmət deyilsə açardın telefonu» məzmunlu sms göndərilib. Baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. Mobil telefonun menyusuna baxış zamanı “WhatsApp” sosial şəbəkəsinin tətbiqi proqramına daxil olarkən “Nəzrin” adlı hesablara baxış zamanı şahid Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə münasibət qurma və cinsi əlaqə təklifi məzmunlu yazışmalar olması görünür. “Nəzrin” adı hesabla “Okus Yasamal” adlı ***-***-**-** mobil telefon nömrəli hesab arasında gecə qalmaq şərti ilə cinsi əlaqədə olmaq müqabilində 100 manat, 1 saat ərzində 2 dəfə cinsi əlaqədə olmaq müqabilində isə 50 manat təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. “Nəzrin” adı hesabla “İsa Klent” adlı ***-***-**-** mobil telefon nömrəli hesab arasında cinsi əlaqədə olmaq müqabilində 30 manat təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. “Nəzrin” adı hesabla “Fəqan Dost” adlı ***-***-**-** mobil telefon nömrəli hesab arasında 1 dəfə cinsi əlaqədə olmaq müqabilində 30 manat, 2 dəfə cinsi əlaqədə olmaq müqabilində 50 manat, gecə qalmaq şərti ilə cinsi əlaqədə olmaq müqabilində 100 manat təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. “Nəzrin” adı hesabla “Qoca 06 Klent” adlı ***-***-**-** mobil telefon nömrəli hesab arasında 2 dəfə cinsi əlaqədə olmaq müqabilində 50 manat təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. “Nəzrin” adı hesabla ***-***-**-** mobil telefon nömrəli hesab arasında 1 dəfə cinsi əlaqədə olmaq müqabilində 30 manat, 2 dəfə cinsi əlaqədə olmaq müqabilində 50 manat təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. Şahid Təqsirləndirilən şəxs istifadə etdiyi “Nəzrin” adlı hesabla müxtəlif şəxslərə məxsus hesablarla söhbət apararkən pul müqabilində cinsi əlaqədə olmasını və yalnız otellərdə görüşdüyünü bildirir. Baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. Mobil telefonun menyusuna baxış zamanı “İnstagram” sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman “nezrin198” adlı şahid Təqsirləndirilən şəxs istifadəsində olan hesab ilə müxtəlif hesablar arasında münasibət qurma və cinsi əlaqə təklifi məzmunlu yazışmalar olması görünür. “nezrin198” adlı hesabla “melanxolik» adlı hesab arasında 30 manat müqabilində cinsi əlaqədə olma təklifi məzmunlu yazışmalar olması müəyyən edildi. Baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. Mobil telefonun menyusuna baxış zamanı “Messenger” sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman “Nezrin Nezrin” adlı şahid Təqsirləndirilən şəxs istifadəsində olan hesaba daxil olan zaman “Cavidan Nemanli” adlı hesab arasında 03 aprel 2022-ci il tarixdə danışıqlar olması müəyyən edildi. “Cavidan Nemanli” adlı hesabdan “Nezrin Nezrin” adlı hesaba “Uşağı neynədin?”, “Nezrin Nezrin” adlı hesabdan “Cavidan Nemanli” adlı hesaba «Həll etdim. Hərşey yaxşıdı, amma biraz qanaxmam var hələkim olmaq olmaz mənə», “Cavidan Nemanli” adlı hesabdan “Nezrin Nezrin” adlı hesaba «Hə?», “Nezrin Nezrin” adlı hesabdan “Cavidan Nemanli” adlı hesaba «Hə, canımı qurtardım», “Cavidan Nemanli” adlı hesabdan “Nezrin Nezrin” adlı hesaba «Lap yaxşı», «Amma böyük günah işlədin, bilirsənmi?», “Nezrin Nezrin” adlı hesabdan “Cavidan Nemanli” adlı hesaba «Uşağı tullamadımki çölə, dövlətə verdim», “Cavidan Nemanli” adlı hesabdan “Nezrin Nezrin” adlı hesaba «Hə, bu yaxşıdı», “Nezrin Nezrin” adlı hesabdan “Cavidan Nemanli” adlı hesaba «Analar var doğur atır çölə, yada zibilliyə, mən doğdum dövlətə verdim» məzmunlu yazışmalar olması müəyyən edildi. Mobil telefonun menyusuna baxış zamanı «Google Chrome» internet brauzerinə daxil olan zaman brauzerin axtarış yerində intim məzmunlu axtarışların aparıldığı müəyyən edildi. Baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. Mobil telefonun menyusuna baxış zamanı «Qalereya» bölümünə daxil olan zaman intim məzmunlu videoların olması müəyyən edildi. Baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. Mobil telefonun menyusunda digər bölmələrə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmədi. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması və baxış keçirilməklə götürmə aparılması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi 9 nömrəli otaq mehmanxananın 2-ci mərtəbəsində pilləkənlərlə qalxdıqdan dərhal sonra müştərilərin istifadəsi üçün təmiz hamam dəsmalları və xalatlarının qoyulduğu şkafla üzbəüz yerləşir. Otağın qapısı tünd qəhvəyi rəngli olmaqla üzərində qızılı rəngdə “9” nömrəsi yazılmışdır, dəstəyi gümüşü rənglidir. Dəhlizdə yerləşən müştərilər üçün hamam xalatları və dəsmallarının qoyulduğu şkaf divara bərkidilmişdir, qapıları yoxdur, 4 rəflidir, rəflərdə təmiz hamam dəsmalları və xalatları vardır. 9 nömrəli otağa daxil olduqda yerdə üzərində naxışları olan krem rəngli kafel vardır, giriş qapısından sağ tərəfdə 1 ədəd qəhvəyi rəngli divan, divanın üzərində ağ rəngli üzərində qara naxışları olan örtük, 3 ədəd eyni rəngli döşək, divanın arxasında olan açıq sarı divar kağızı yapışdırılmış divarda 1 ədəd portret, giriş qapısından divarda 1 ədəd televizor, girişdən sol divarın qarşısında 1 ədəd stol, stolun üzərində ağ rəngli örtük, 2 ədəd boşqab, ətrafında 2 ədəd stul vardır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin otaqda olan divanı göstərərək 31 mart 2022-ci il tarixdə doğuş baş verdikdən sonra onda baş verən qanaxmanı ağ rəngli dəsmalla silərək həmin divanın altında gizlətdiyi bildirdi, qeyd edilən divanın altına baxış zamanı oradan Təqsirləndirilən şəxs qeyd etdiyi üzərində qanabənzər ləkələr olan ağ rəngli hamam dəsmalı müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Girişdən düzünə və sağ divarın arasında yataq otağına açılan qəhvəyi rəngli qapı vardır. Həmin qapıdan içəri daxil olduqda otağın divarlarında çəhrayı rəngli divar kağızı vardır. Yataq otağında 1 ədəd 2 nəfərlik çarpayı, çarpayının hər iki yanında qəhvəyi rəngli 2 gözlü 30 sm hündürlükdə dolab vardır. Çarpayının üzərində ağ rəngli mələfə, 2 ədəd yastıq və 2 ədəd hamam dəsmalı vardır. Yataq otağına baxış zamanı Təqsirləndirilən şəxs yatağın sol tərəfində qoyulmuş dolabı göstərərək sanitar qovşaqda doğuş etdikdən sonra əli ilə dartıb çıxardığı ciyəni hamam xalatına bükərək ağ rəngli sellofana qoyduqdan sonra dolabın arxasında gizlətdiyini bildirdi. Qeyd edilən yerə baxış keçirilsə də, orada hər hansı predment aşkar edilmədi. Yataq otağının giriş qapısından düzünə divarda 1 ədəd pəncərə vardır, pəncərənin aşağısında divara bərkidilmiş, ağ rəngli radiator vardır. Həmin pəncərənin sol tərəfində qapısı ağ rəngli sanitar qovşaq vardır. Sanitar qovşağa daxil olduqda döşəmə və divarlara kafel vurulmuşdur, divarlar ağ yaşıl, döşəmə boz rənglidir, sanitar qovşaqda düzünə 1 ədəd ağ rəngli unitaz vardır, unitazın hündürlüyü 40 smdir, unitazın sağın 1 ədəd ağ rəngli əlüzyuyan, əlüzyuyanın altında boz rəngli zibil qutusu, unitazın solunda isə divara bərkidilmiş çimmək üçün istifadə edilən axarsu kranı vardır. Sanitar qovşağa baxış zamanı Təqsirləndirilən şəxs orada olan ağ rəngli unitazı göstərərək bildirdi ki, həmin unitazın üzərində yarımçıq halda oturaraq uşağı dünyaya gətirmiş, göbək bağını əli ilə qopartdıqdan sonra sanitar qovşaqda olan əlüzyuyanın yanında qoyulmuş boz rəngli zibil vedrəsinə uşağı başı aşağı vəziyyətdə tullamış, uşaq ağlamağa davam etdikdə isə uşağı zibil vedrəsindən götürərək ağ rəngli sellofana qoyaraq yenidən həmin zibil vedrəsinə başı aşağı tullamışdır. Sanitar qovşağa baxış zamanı hər-hansı iş üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilmədi. Bununla da baxış və götürmə aparılması istintaq hərəkəti başa çatdırıldı və şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti davam etdirildi. İştirakçılarla birlikdə ünvan 3 ünvanında yerləşən “NRS” mehmanxanasından şübhəli şəxsin təklifi ilə avtomaşınlarla aptekin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti 102C ünvanına çatdıqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində “Pətək aptek” yazıları olan apteki göstərib aptekdən doğuş zamanı yaranan qanaxmanın dayanması üçün satıcının məsləhəti ilə “oflaksasin” adlı dərman preparatını aldığını, aptekdən çıxdıqdan sonra həmin dərman preparatını qəbul etdiyini, bir müddət “Neftçilər” metrostasiyası yaxınlığında gəzişdiyini bildirdi. Müəyyən edildi ki. Təqsirləndirilən şəxs göstərdiyi aptek Bakı şəhəri, Nizami rayonunda yerləşən “Vasmoy bazarı” adlanan yerdə “Dakar” dairəsindən “Xalqlar Dostluğu” metrostansiya istiqamətində olan yolun bazarın qarşısında yerləşən avtobus dayanacağının arxasında yerləşir. Həmin aptekin üzərində “Pətək” yazıları yazılmışdır. Giriş qapısı şüşəlidir, aptekə daxil olduqda döşəmə boz rənglidir, giriş qapısından düzünə satıcının dayandığı vitrin yerləşir, aptekin sağ və sol divarlarında dərman preparatları qoyulmuş şüşəli rəflər vardır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs “Anatolia” adlanan restoranın divarının yanında olan piyada yolunu göstərib bel çantasına qoyduğu uşaq meyitini aptekdən dərman alarkən verilən üzərində “dokta” yazıları olan ağ rəngli polietilen sellofana yerləşdirərək ağzını düyünlədiyini və “Anatolia” restoranın divarının yanına atdığını bildirdi. Təqsirləndirilən şəxs göstərdiyi yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Dakar” dairəsindən “Vasmoy” bazarı adlanan ərazisi istiqamətində yerləşən “Anatolia” adlanan restoranın sol divarının kənarında qalan Q.Qarayev prospekti ilə 17 saylı uşaq poliklinikası arasında yerləşən piyada yoludur, həmin yol torpaq örtüklü olmaqla uzunluğu 15 metrdir və Q.Qarayev prospekti 88 ünvanında yerləşmişdir. Piyada yolunun Q.Qarayev prospekti istiqamətində sol tərəfində hasarlanmış boş torpaq sahəsi, sağ tərəfində isə “Anatolia” restoranın hasarı olmuşdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd etdiklərini əyani olaraq nümayiş etdirmişdir. Bununla da istintaq hərəkəti başa çatdı. “Şahid ifadəsinin yerində yoxlanılması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərməsi təklif olunarkən sonuncu ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə yerində göstərib təsvir edə biləcəyini bildirdi. Bununla əlaqədar istintaq hərəkəti iştirakçıları ilə birlikdə şahid X2 göstərdiyi ünvana, yəni ünvan 9hmanxanasının qarşısına gəlindi və orada Şahid4 hadisə yerində ifadəsini davam etdirərək bildirdi ki, onun otelin 9 nömrəli otağa gəlməsi, otağın girişində və yataq otağında döşəmədə qırmızı qanabənzər ləkələr olduğu yeri, otaqdan olan mələfəni və dəsmalı qara rəngli böyük polietilen zibil paketinə qoyub atması, çarpayının sol tərəfində olan tumbanı divara tərəf itələmək üçün yaxınlaşdığı zaman qulplarına düyün vurulmuş şəffaf polietilen paketi görmüş, paketi qaldırarkən onun dibində ağ rəngli mehmanxana xalatını müşahidə etməsi ilə bağlı ifadəsinin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha yerində təsdiq edərək əyani surətdə təsvir etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı əşya, predmet aşkar edilmədi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-178/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin 04 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “NRS” mehmanxanasının müştərilərin qeydiyyat jurnalı sıra nömrəsi, müştərilərin adı, gəldiyi və getdiyi tarix və saat, göstərilən xidmət növü, gün sayı və xidmət haqqı olan qrafalardan ibarət olmaqla, bütün səhifələri eyni cədvəl formasında tərtib edilmişdir. 29 aprel 2022-ci il tarixdən aprel 2022-ci il tarixədək qeydiyyatı aparılmış müştərilərin ad və soyadları sırasında Təqsirləndirilən şəxs adı aşkar edilmədi. Jurnalın zəruri səhifələrinin kserosurətləri çıxarılaraq protokola əlavə edildi. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “NRS” mehmanxanasında 8 ədəd mehmanxananın müxtəlif hissələrinə nəzarət etmək üçün quraşdırılmış video kameraların çəkdiyi görüntülər vardır. Həmin görüntülərə baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkçə, qara şalvar və belində qara bel çantası olmaqla, 30 aprel 2022-ci il tarixdə saat 02:27-də “NRS” mehmanxanasının pilləkənlə üzbəüz yerləşən 9 nömrəli otağına tək daxil oldu. Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkçə, qara şalvar və belində qara bel çantası ilə siqaret çəkərək 30 aprel 2022-ci il tarixdə saat 20:54-də qeyd olunan həmin otaqdan tək çıxmaqla üzbəüz yerləşən pilləkənlərlə aşağıya doğru düşərək oteldən çıxmışdır. Qeyd edilən müddət ərzində həmin otağa heç kim daxil olmadı. İş üçün əhəmiyyətli kəsb edən videogörüntü hissələri 05 ədəd “DVD” disklərə köçürülərək protokola əlavə edilmişdir. Bununla da baxış başa çatdı. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 07 aprel 2022-ci ila tarixli, 2880 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Vahid qızı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. “CD diskə baxış keçirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, qadın cinsli yeni doğulmuş uşaq meyitinin aşkarlandığı əraziyə yaxın Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanının yerləşən videogörüntülər müəyyən olundu. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa xüsusat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 11 aprel 2022-ci il tarixli, xx/xx-5209 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 aprel 2022-ci il tarixli, 16/1-377 id nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 25 aprel 2022-ci il tarixli, PHŞ/1.1.3-2-2022-540 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs barədə tərtib edilmiş xəstəlik tarixinin surəti göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Təqsirləndirilən şəxs 04 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə təcili yardım vasitəsi ilə Azərbaycan Respublikası Klinik Xəstəxanasına gəlmişdir. xx.xx.2019-cu il tarixdə, saat 20:45 radələrində 400 qram çəkidə qız övladı dünyaya gətirmişdir. Maddi imkanı olmadığı üçün uşağın atası ondan imtina etdiyinə görə o da uşaqdan imtina etmiş və uşağın körpələr evinə verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 26 aprel 2022-ci il tarixli, 60 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş meyit vaxtında (hamiləliyin 38-40-cı həftəsində), yetkin (dölün boyu 49 sm, çəkisi 2900 qr), yaşamaq (həyat) qabiliyyəti olan, diri doğulmuş qadın cinsli yeni doğulmuş olmuşdur. Qadın cinsli yeni doğulmuş meyitində baş beynin, beyincik, hər iki yan mədəcik qişalarının və başın dərialtı yumşaq toxumasının iç səthinin qansızması, hər iki ağciyərin səthinin qansızmaları olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yaranmasına görə ölümdən az əvvələ uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və hər iki ağciyər səthinin qansızmaları istisna olmaqla baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədir. Qadın cinsli yeni doğulmuşun ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə, beyinciyə və hər iki yan mədəciyə qansızma olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 32-36 saat əvvələ uyğun gələ bilər. Meyitin daxili müayinəsinə (ağciyərlər və həzm traktında olan havanın miqdarı və yayılma dərəcəsi) əsasən demək olar ki, ekspertizaya təqdim edilmiş qadın cinsli yenidoğulmuş meyit doğulduqdan sonra az müddət (dəqiqələrlə ifadə edilir) yaşamışdır. Yeni doğulmuşda hər iki ağciyərin səthi oval formalı qansızmalarının (Tardye ləkələri) olmasını nəzərə alaraq demək olar ki, bunlar asfiksiya (oskigen çatışmazlığı) prosesinin daxili əlaməti kimi qiymətləndirilir və təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsində bildirdiyi şəraitdə, yəni “... ağ rəngli sellofan torbaya qoyub ağzını bir dəfə düyünləmişdir...” zamanı yaranması istisna edilmir. Bu yeni doğulmuşun ölümü ilə dolayı səbəbli əlaqəlidir, hansıki, onun baş beyinə qansızma nəticəsində yaranan ölümünü sürətləndirməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 22 aprel 2022-ci il tarixli, 1437 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli USM nəticəsinə və mamaginekoloqun baxışına əsaslanaraq, Təqsirləndirilən şəxs doğuş etmişdir. Doğuşun müddəti 10 gündən çox 42 günə qədər vaxtda olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 aprel 2022-ci il tarixli, 22/341 R saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd polietilen kəsiyi üzərində olan, 01 (bir) ədəd ağ rəgnli hamam dəsmalı üzərində olan və 04 (dörd) ədəd pambıq tampon vasitəsilə uşaq meyitinin səthindən götürülmüş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir; təqdim edilmiş 01 (bir) ədəd polietilen kəsiyi üzərində olan qan nümunəsi yeni doğulmuş qadın cinsindən olan uşaq meyitinə məxsusdur; təqdim edilmiş 01 (bir) ədəd ağ rəngli hamam dəsmalı üzərində həm yeni doğulmuş qadın cinsindən olan uşaq meyitinə və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunəsi mövcuddur; təqdim edilmiş 04 (dörd) ədəd pambıq tampon vasitəsilə uşaq meyitinin səthindən götürülmüş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur; yeni doğulmuş qadın cinsindən olan uşaq meyiti ilə Təqsirləndirilən şəxs arasında 99,99 % ehtimalla bioloji valideyn-bioloji övlad qohumluq əlaqəsi mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 21 aprel 2022-ci il tarixli, 1958 nömrəli Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 18 aprel 2022-ci il tarixli, 965 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində müəyyən olunur ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. İdrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), tədqiqi zamanı hər-hansı kənaraçıxma halları müəyyən edilmir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs 20 mart 2022-ci il tarixdə cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təlükəsizliyini tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22 maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs başqalarının hiss və yaşantılarına qarşı biganəlik, mənəvi keyfiyyətlərin və dəyərlərin aşağı səviyyədə olması, əxlaqsız həyat tərzinə meyillilik, inadkarlıq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd olunan hadisəni törədən zaman Təqsirləndirilən şəxs psixi-emoisonal sferasında hər hansı mühüm dəyişiklik yaranmamış, qeyd olunan əməli törədərkən Təqsirləndirilən şəxs maraq və məqsədləri onun davranışlarını müəyyən etməklə istiqamətləndirə bilərdi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 121-ci maddəsi ilə ona yenidən ittiham elan olunması, iş üzrə hadisə yerindən götürülmüş ağ rəngli polietilen sellofan torba, 01 ədəd ağ rəngli hamam dəsmalı, 04 ədəd pambıq tampon vasitəsi ilə uşaq meyitinin səthindən götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs götürülərək 2 ədəd pambığa hopdurulmuş ağız suyu nümunəsi, yeni doğulmuş qadın cinsli uşağa məxsus qurudulmuş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 ədəd çanta, 1 ədəd göy rəngli “Xiaomi Redmi 9A” markalı mobil telefon, “NRS” kafe-mehmanxanasının video-müşahidə kameralarından götürülmüş 05 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və DVD diskin cinayət işində saxlanılması, dəsmal, çanta, mobil telefon, qan nümunələri və ağız suyu nümunələri Nizami Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 121-ci maddəsinə əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 121-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 121-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 121-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş ağ rəngli polietilen sellofan torba, 01 ədəd ağ rəngli hamam dəsmalı, 04 ədəd pambıq tampon vasitəsi ilə uşaq meyitinin səthindən götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs götürülərək 2 ədəd pambığa hopdurulmuş ağız suyu nümunəsi və yeni doğulmuş qadın cinsli uşağa məxsus qurudulmuş qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan 1 ədəd çanta və 1 ədəd göy rəngli “Xiaomi Redmi 9A” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır (CPM-in 132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 121-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş ağ rəngli polietilen sellofan torba, 01 ədəd ağ rəngli hamam dəsmalı, 04 ədəd pambıq tampon vasitəsi ilə uşaq meyitinin səthindən götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs götürülərək 2 ədəd pambığa hopdurulmuş ağız suyu nümunəsi və yeni doğulmuş qadın cinsli uşağa məxsus qurudulmuş qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan 1 ədəd çanta və 1 ədəd göy rəngli “Xiaomi Redmi 9A” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatı üçün cəmi 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-360/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-360/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver