Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-360/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oglunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu. Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Şərur rayonu, Dizə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışları X3 və X5 ilə bir qrup şəxs halında birləşərək, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında ictimai yer hesab edilən yaşayış binalarının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub sonuncunun birgə yaşadıqları məhəllədə dostaları ilə birlikdə siqaret çəkməsini və möhkəm səslə danışmasını bəhanə edərək yumruq və təpik zərbələri endirərək yerə yıxıb müqavimətini qırmaqla, bir qrup şəxs halında birləşdiyi şəxslərlə sağlamlığa az ağir zərər vurmaya aid olan, sol əlinin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı, yüngül zərər vurmaya aid olan sağ göz ətrafının ağlı qişaya qansızına ilə müşayiət olunan hematoması, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ-alın gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı xəsarətləri yetirib, nəticədə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, CM-nin 127.2.3 maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 23 radələri olardı, o və qardaşı Mirheydər ilə əvvəllər yaşadıqları ünvanda, binaların arasında olan parkdan keçən zaman orada çoxlu şəxslərin olduğunu, həmin şəxslərin mübahisə edib söyüş söydüklərini görmüşlər. O da həmin yerə yaxınlaşaraq onlara demişdir ki, söyüş söyməyin, burada qadın-uşaq var. Sonradan adını bildiyi, əsas söyüş söyənlərdən biri olan Fuada söyüş söyməməsini demiş, lakin sonuncu onun bu sözünə qulaq asmayıb yenə söyüş söydüyü üçün ona xəbədarlıq etmişdir ki, bir də söyüş söysə onu vuracaq. Fuad isə vurmayanın var yoxuna söymüş ondan sonra Təqsirləndirilən şəxs də onun üz nahiyyəsinə bir dəfə vurmuşdur. Ondan sonra orada olanların hamısı bir-birinə qarışdığını və ona görə də, kimin-kimi vurmasını bilmədiyini bildirmişdir. O, Fuadi yerə yıxılan zaman təpikləməmiş, hadisə yerinə sonradan gəlmiş, o gəldikdə artıq mübahisə başlamışdır. Fuadı bir dəfə vurduqdan sonra, qardaşı onu hadisə yerindən uzaqlaşdırmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları Şahid2, Məmmədli Məhbubə Hicran qızı, X6 və Şahid3 ilə birlikdə onun yaşadığı binanın həyətində olan oturacaqlarda oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman dostu Anar Babayev ayağını oturacağın altına uzatmış, Zərərçəkmiş şəxs məhlədə olduqları üçün ona ayağını aşağı salmasını bildirmişdir bu zaman məhlədə olan əvvəllər tanımadığı anket məlumatlarını bilmədiyi təxminən 25-30 yaşı olan Orxan adlı şəxs onlara yaxınlaşıb dostu Anarı yanına çağıraraq ona ayağını oturacağa qoyduğu üçün irad bildirmişdir. Bu zaman Fuad, Anar və Raci həmin şəxsə yaxınlaşmış həmin şəxsi yanında sonradan adlarının Emin, Təqsirləndirilən şəxs və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslərdə var idi. Həmin şəxslər ilə onun arasında sözlü mübahisə baş vermiş, daha sonra söhbət zamanı Emin adlı şəxs Zərərçəkmiş şəxs "padnoşka" verib yıxmaq isdəmiş lakin sonuncu yıxılmamışdır. Bu zaman Emin onun sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Həmin an yanında olan tanışı Məhbubə Məmmədlidə sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra Mirnəzir onun üzərinə gəlmiş Zərərçəkmiş şəxs isə onu əli ilə itələmişdir və həmin an Mirnəzir onun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş və o, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Yerdə olan zaman Mirnəzir və Emin və adlarını bilmədiyi digər şəxslər onun bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. Daha sonra tanışı Xəyalə 102 xidmətinə zəng etmiş bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları Şahid2, Məmmədli Məhbubə Hicran qızı, X6 və X4 ilə birlikdə Fuadın yaşadığı binanın həyətində olan oturacaqlarda oturub rayona getməklə bağlı söhbət edirmişlər. Bu zaman Orxan adlı şəxs və yanında adlarını xatırlamadıgı şəxslər yaxınlaşıb onlara demişdir ki, aranızdan bir nəfər şəxs söhbət etməyə gəlsin. Bu zaman Fuad, Anar və o durmuşdur ki, görsünlər nə məsələdir. Üzü qaraja tərəf gedərkən digər bisetkadan Nofəl adlı şəxs onları öz yanına çağırmışdır. Onlar bisetkaya keçmişlər, orada da adam çox olub. Onlara demişlər ki, qızlı oğlanlı oturub söhbət edirsiz, Fuad demişdir ki, “öz məhləmizdi özümüz bilərik, sizdən soruşası deyilik”. Fuada demişlər ki, “biznən normal danış, bu nə danışıqdır”. Həmin an oraya Xəyalə gəlmişdir və demişdir ki, bu nədir “bir nəfəri çagırmısız, ama bu qədər adam qoyun sürüsü kimi yıgışmısız, bir nəfərə bu qədər adam”. Ondan sonra ara qarışmış, dava-dalaş başlamışdır. Hadisədə Xəyalənin üstünə gəldiklərindən Fuad qabağa keçmiş və Mirnəzir Fuadı üz nahiyyəsindən yumruqla vurmuşdur. Fuad yerə yıxılandan sonra Mirnəzirin onun vurmasını xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları X6, Məmmədli Məhbubə Hicran qızı, Zərərçəkmiş şəxs və Şahid3 ilə birlikdə Fuadın yaşadığı binanın həyətində olan oturacaqlarda oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman Anar ayağını oturacağın altına uzatmış bu zaman Fuad məhlədə olduqları üçün ona ayağını aşağı salmağını bildirmişdir bu zaman məhlədə olan əvvəllər tanımadıqları anket məlumatlarını bilmədiyi Orxan adlı təxminən 25-30 yaşı olan şəxs onlara yaxınlaşaraq dostu Anan yanına çağırıb ona ayağını oturacağa qoyduğu üçün irad bildirmiş bu zaman Anar Fuad və Raci həmin şəxsə yaxınlaşdılar həmin şəxsi yanında sonradan adının Emin, Nofəl, X1 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslərdə var idi. Həmin şəxslər ilə onların arasında sözlü mübahisə baş vermiş daha sonra söhbət zamanı Emin adlı şəxs Fuada “padnoşka" verib yıxmaq isdmiş lakin Fuad yıxılmamışdır bu zaman Emin Fuadın sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Onuda qeyd etmişdir ki, həmin an Faudın yanında olan tanışı Məhbuba Məmmədlidə sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra isə Mirnəzir Fuadın üzərinə gəlmiş Fuad isə onu əli ilə itələmiş və həmin an Mirnəzir Fuadın sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş və Fuad yerə yıxılmışdır, yerdə olan zaman Mirnəzir və Emin və adlarını bilmədiyi digər şəxslər Fuadın bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. Daha sonra 102 xidmətinə zəng elmiş bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 10 iyun 2021-ci il tarixdə, saat 23 radələrində məhəllədə olduğu zaman görmüşdür ki. Zərərçəkmiş şəxs tanımadığı şəxslərlə mübahisə edir. Şahid1 onları sakitləşdirmək məqsədilə Zərərçəkmiş şəxs və mübahisə etdiyi şəxsləri yanına çağıraraq onlardan nə baş verdiyini soruşmuş və həmin uşaqlar Nofələ demişlər ki, Zərərçəkmiş şəxs qızla besedkada oturub qızla qeyri-etik hərəkətlər etmişlər və bunu görən məhlə uşaqları onlara iradlarını bildirmiş və bunun üstündə onların arasında mübahisə yaranmışdır. Həmin vaxtı Şahid1 Zərərçəkmiş şəxs harada yaşadığını soruşmuş, sonuncu isə həmin məhlədə yaşadığını demişdir. Bir az sonra həmin uşaqlar arasında mübahisə daha da qızışmış, bir-birləri ilə daha da aqressiv mübahisə etməyə başlamış, səhv etmirə Mirnəzir və ya Emin Zərərçəkmiş şəxs demişlər ki, “səni vuraram" Zərərçəkmiş şəxs də demişdir ki, «vurmayanın anasını» həmin vaxtı ona əl atmışlar. Şahid1 aralarına girərək onları ayırmışdır. Onlardan ayırdıqda Zərərçəkmiş şəxs onun sifətindən itələmiş və toplaşmış şəxslərin arasına keçmişdir, ondan sonra Şahid1 onlara yaxınlaşmamışdır. Şahid1 Zərərçəkmiş şəxs yerə yıxıldığını görməmiş və ona vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 iyun 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında ptotokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə saat 00:10-da şübhəli olan şəxs qismində tutulmuşdur. 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 07 iyul 2021-ci il tarixli 401 №-li məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol əlin İİ-İİİ barmaqlarının distal Falanqalarının qapalı sınığı, sağ alın-gicgah nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı, sağ göz ətrafının hematoması, sağ gözün ağlı qişasına qansızına küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən 10 iyun 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş 23 may 2022-ci il tarixli 18/401 №-li məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol əlinin İİ-İİİ barmaqlarının distaq falanqalarıNİn qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı sağlamlığa AZ AĞİR zərər vurmaya, sağ göz ətrafının ağlı qişaya qansızına ilə müşayiət olunan hematoması ümumilikdə və eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ-alın gicgah nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi müəyyən olunmamışdır. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edimişdir. xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında ptotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq edilməsi və zorun tətbiq edilməsi hədəsi ilə xuliqanlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini və cinayəti qismən etiraf edərək peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 (üç) gün (16-18 iyun 2021-ci il, xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməli (CM- 68.1.1-1. 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş ARBİTRİUM Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 127.2.3 maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 35 iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq ARBİTRİUM Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-360/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-360/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver