Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-361/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 23 mart 2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısına gəldikdən sonra, binanın şifrə ilə təhciz edilmiş blok qapısının binanın hər hansı sakini tərəfindən açılmasından istifadə edərək, binaya qanunsuz daxil olub, binanın 6-cı mərtəbəsindəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 290 manat dəyərində 26 düyünlü “Fiat” markalı və 1 ədəd 450 manat dəyərində 28 düyünlü “Salyut” markalı velosipedləri gizli olaraq talayıb, binadan çıxmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 740 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 25 mart 2021-ci il tarixdə saat 09:40 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısına dəldikdən sonra, binanın şifrə ilə təhciz edilmiş blok qapısının binanın hər hansı sakini tərəfindən açılmasından istifadə edərək, binaya qanunsuz daxil olub, binanın 11-ci mərtəbəsindəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 450 manat dəyərində 28 düyünlü “Aurus” markalı velosipedi gizli olaraq talayıb, binadan çıxmaqla Zərərçəkmiş şəxs1 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 25 mart 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanında yerləşən binanın qarşısına gəldikdən sonra, binanın şifrə ilə təhciz edilmiş blok qapısının binanın hər hansı sakini tərəfindən açılmasından istifadə edərək, binaya qanunsuz daxil olub, binanın 4-cü mərtəbəsindəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 600 manat dəyərində 28 düyünlü “Steels” markalı velosipedi gizli olaraq talayıb, binadan çıxmaqla Zərərçəkmiş şəxs4 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 31 mart 2021-ci il tarixdə saat 14:30 radələrində ünvan 3 ünvanının açıq olan qapısından həyətə qanunsuz daxil olub həyətdə olan Zərərçəkmiş şəxs3 məxsus 130 manat dəyərində 28 düyünlü “Adidas” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 130 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 04 may 2021-ci il saat 15 radələrində ünvan 4 ünvanında yerləşən binanın qarşısına gəldikdən sonra, binanın şifrə ilə təhciz edilmiş blok qapısının binanın hər hansı sakini tərəfindən açılmasından istifadə edərək, binaya qanunsuz daxil olub, binanın 9-cu mərtəbəsindəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 850 manat dəyərində 29 düyünlü markasız velosipedi gizli olaraq talayıb, binadan çıxmaqla Zərərçəkmiş şəxs5 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında narkotik vasitə almaq üçün maddi imkanı zəif olduğundan çoxmərtəbəli yaşayış binalarından velosiped oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, başına papaq, üzünə tibbi maska taxıb və bir neçə kəsici aləti çantaya yığıb 23 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Sərhəd Xidmətinə aid 17 mərtəbəli yaşayış binasına gəlmişdir. Yaşayış binasına giriş kodlu qapıdan oduğu üçün o, qapının qarşısında bir qədər aralıda dayanıb gözləmişdir ki, kimsə bloka daxil olanda o da bloka daxil olsun. Bir qədər gözlədikdən sonra tanımadığı şəxs qapını açıb içəri daxil olduqda qapı bağlanmamış bloka daxil olmuşdur. Həmin vaxt saat artıq 16:30 radələri olmuşdur. Bloka daxil olduqdan sonra piyada olaraq dəhizə baxa-baxa mərtəbələrə qalxmağa başlamışdır. Həmin vaxt 6-cı mərtəbədə dəhlizdə “Fiat” və “Salyut” markalı velosipetlər görmüşdür. O, həmin velosipedləri götürüb 6-cı mərtəbədən düşüb binanı tərk etmişdir. Oradan taksi ilə Sabunçu bazarına gəlib oğurladığı velosipedləri tanımadığı şəxsə hər birini 50 manata satmışdır. Əldə etdiyi 100 manatı öz şəxsi ehtiyacına xərcləmişdir. Yenə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, birinci dəfə velosiped oğurladığı Sərhəd Xidmətinə aid yaşayış binasına gedib yenidən oradan velosiped oğurlasın. Bu məqsədlə yenə başına papaq, üzünə tibbi maska taxıb 25 mart 2021-ci il tarixdə səhər saat 09:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Sərhəd Xidmətinə aid 17 mərtəbəli yaşayış binasına gəlmişdir. Binaya giriş kodlu qapıdan olduğu üçün eyni qaydada qapının qarşısında bir qədər aralıda dayanıb gözləmişdir ki, kimsə bloka daxil olanda o, da bloka daxil olsun. Bir qədər gözlədikdən sonra tanımadığı şəxs qapını açıb içəri daxil olduqda o, da tez qapı bağlanmamış bloka daxil olmuşdur. Bloka daxil olduqdan sonra piyada olaraq dəhizə baxa-baxa mərtəbələrə qalxmağa başlamışdır. Həmin vaxt 11-ci mərtəbədə dəhlizdə “Aurus” markalı velosiped görmüş və həmin velosipedi götürüb 11-ci mərtəbədən düşüb binanı tərk etmişdir. Oradan taksi ilə Sabunçu bazarına gedərək həmin velosipedi tanımadığı şəxsə 50 manata satmışdır. O, həmin gün, yəni 25 mart 2021-ci il tarixdə axşam saatlarında yenə başına papaq, üzünə tibbi maska taxıb Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Sərhəd Xidmətinə aid 17 mərtəbəli yaşayış binasına gəlmişdir. Binaya giriş kodlu qapıdan oduğu üçün eyni qaydada qapının qarşısında bir qədər aralıda dayanıb gözləmişdir ki, kimsə bloka daxil olanda o, da bloka daxil olsun. Bir qədər gözlədikdən sonra tanımadığı şəxs qapını açıb içəri daxil olduqda o da tez qapı bağlanmamış bloka daxil olmuşdur. Bloka daxil olduqdan sonra piyada olaraq dəhlizə baxa-baxa mərtəbələrə qalxmağa başlamışdır. Həmin vaxt 4-cü mərtəbədə dəhlizdə “Steels” markalı velosiped görmüş və həmin velosipedi götürüb 4-cü mərtəbədən düşüb binanı tərk etmişdir. Oradan velosipedi sürərək Sabunçu rayonuna gəlmiş, gecə saatlarında qarşısına çıxan tanımadığı şəxsə həmin velosipedi 30 manata satmış və əldə etdiyi vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra 31 mart 2021-ci il tarixdə günorta saatlarında yenidən qərara gəlmişdir ki, velosiped oğurlayıb satıb pul əldə etsin. O, piyada olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi ilə hərəkətdə olarkən həyət evlərinin birinin həyətində velosiped olduğunu görmüşdür. O, ətrafda heç kimin olmadığını görüb tez həyətə daxil olub “Adidas” markalı velosipedi götürüb oranı tərk etmişdir. Oradan velosipedi sürüb Sabunçu bazarına gəlmiş və onu tanımadığı şəxsə 30 manata satmışdır. Əldə etdiyi 30 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 04.05.2021-ci il tarixdə F.Yusifov küçəsində hündür mərtəbəli yaşayış binasından bir ədəd markasını bilmədiyi velosiped oğurlamış və həmin velosipedi sataraq maddi ehtiyacları üçün xərcləmişdir. Həmin velosipedi oğurlayan zaman blokda quraşdırılmış müşahidə kamerasında qeydə alınmış şəxs özüdür və həmin diskə baxış zamanı səmimi etiraf etmişdir ki, velosipedi oğurlayaraq blokdan çıxaran şəxs özüdür. Belə ki, binaya giriş kodlu qapıdan oduğu üçün o, qapının qarşısında bir qədər aralıda dayanıb gözləmiş, tanımadığı şəxs qapını açıb bloka daxil olanda o, da bloka daxil olmuşdur. Yekunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, bir müddət əvvəl özünə təzə vəziyyətdə, 29 ölçüdə, 850 manat dəyərində markasını bilmədiyi velosiped almışdır. Həmin velosipedi həmişə yaşadığı evin blokunda olan dəhlizdə açıq vəziyyətdə saxlamışdır. Sonuncu dəfə velosipedi 04.05.2021ci il tarixdə səhər saatlarında görmüş, lakin həmin gün saat 15 radələrində velosipedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə bu barədə məlumat vermişdir. O, həyacanlı olduğu üçün DİN-in 102 xidmətinə velosipedin dəyərinin 1500 manat olduğunu və digər əşylarının da oğurlandığını bildirmişdir. Lakin, onun oğurlanmış velosipedinin dəyəri 850 manatdır və ona məxsus digər əşyalar oğurlanmamışdır. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 25 mart 2021-ci il tarixdə özünə məxsus olan 26 düyünlü “Adidas” markalı velosipedi yaşadığı evin həyətində saxlamışdır. Hər dəfə velosipedi lazım olanda idarə edib həyətdə qapının qarşısında saxlayır. 31 mart 2021-ci il tarixdə saat 11 radələrində həyətə çıxanda görmüşdür ki, velosipedi həyətdə yoxdur. O, bir qədər ətrafı axtarsa da, velosipedi tapa bilməmişdir. Artıq velosipedin oğurlanmasına əmin olduqdan sonra mobil telefonu üzərində olmadığı üçün əmisi oğlu Əlifəddinə demişdir ki, velosipedin oğurlanması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat versin. Bundan sonra o, Nərimanov RPİ-nin 17-ci PŞ-yə gedib ərizə ilə müraciət etmişdir. Velosipedin oğulanması nəticəsində ona 130 manat maddi zərər dəymişdir. Velosipedi 220 manata alsa da, velosipedin bir qədər köhnəlməsini nəzərə alaraq velosipedin hazırki qiymətini 130 manat kimi dəyərləndirmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəyən ziyanın ödənildiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə özünə təzə vəziyyətdə 600 manata 28 düyünlü “Steels” markalı velosiped almış, həmin velosipedi özü istifadə etdikdən sonra yaşadığı evin dəhlizində açıq vəziyyətdə saxlamışdır. Sonuncu dəfə velosipedini 25 mart 2021-ci il tarixdə saat 20 radələrində yerində görmüşdür. Bundan sonra 26 mart 2021-ci il tarixdə saat 13 radələrində isə velosipedinin yerində olmadığını aşkar etmişdir. Velosipedinin yerində olmadığını gördüyü üçün bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-yə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirirək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, şəxsi vəsaiti hesabına 26 düyünlü “Fiat” markalı və 28 düyünlü “Salyut” markalı velosiped almışdır. Həmin velosipedi oğlu istifadə etdikdən sonra yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin qarşısındakı dəhlizdə saxlamışdır. Sonuncu dəfə 19 mart 2021-ci il tarixdə həmin velosipedlər saxladığı yerində olmuş və bundan sonra şəxsi işi ilə bağlı rayona getmişdir. 26 mart 2021-ci il tarixdə geri qayıdanda isə velosipedlərin dəhlizdə saxladığı yerində olmadığını görmüşdür. O, velosipedin yerində olmadığını gördükdə DİN-in 102 xidmətinə zəng edib velosipedinin oğurlanması barədə məlumat vermişdir. O, 28 düyünlü “Salyut” markalı velosipedin oğlu tərəfindən idarə olunmasını zənn etdiyindən ilkin olaraq bu barədə şikayət etməmişdir. Lakin, sonradan “Salyut” markalı velosipedin də oğurlanmasını bilmiş, işləri olduğundan bu barədə məlumat verməmişdir. 26 düyünlü “Fiat” markalı velosipedin dəyəri 290 manat, 28 düyünlü “Salyut” markalı velosipedin dəyəri isə 450 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 740 manat maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirirək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 1 il əvvəl özünə təzə vəziyyətdə 28 düyünlü “Aurus” markalı velosiped almış, həmin velosipedi hər dəfə istifadə etdikdən sonra yaşadığı binanın 11-ci mərkətəbəsindəki mənzilin qarşısındakı dəhlizdə saxlamışdır. Sonuncu dəfə həmin velosipedi 19 mart 2021ci il tarixdə yerində görmüş və bundan sonra rayona getmişdir. 26 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evə gələn zaman velosipedinin dəhlizdə saxladığı yerində olmadığını görmüşdür. O, velosipedin yerində olmadığını gördükdə DİN-in 102 xidmətinə zəng edib velosipedinin oğurlanması bardə məlumat vermişdir. Velosipedin oğulanması nəticəsində ona 450 manat maddi zərər dəymişdir. O, ilkin verdiyi məlumatda ola bilsin ki, səhv göstərmiş, lakin ərizə və izahatında isə velosipedin dəyərinin düzgün olaraq 450 manat olduğunu göstərmiş, çünki həmin velosipedi 450 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 31 mart 2021-ci il tarixdə saat təxminən 16:50 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs3 ondan xahiş etmişdir ki, yaşadığı evin həytində özünə məxsus velosiped oğurlanması barədə üstündə telefonu olmadığı üçün DİN-in 102 xidmətinə zəng edib məlumat versin. O, da həmin gün DİN-in 102 xidmətinə zəng edib velosipedin oğurlanması barədə məlumat vermişdir. Bundan sonra əmisi oğlu Zərərçəkmiş şəxs3 özü Nərimanov RPİ-nin 17-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurlanmış velosiped ona yox, əmisi oğlu Zərərçəkmiş şəxs3 məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X2 əməliyyat qrupu və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs5 məxsus velosipedin oğurlanması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, Dostluq MTK binasının 9-cu mərtəbəsidir. Baxışda məlum oldu ki, velosiped blokun dəhlizində açıq vəziyyətdə saxlanılmışdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hər hansı əşya götürülmədi. Hadisə yerinin, yəni blokun dəhlizində quraşdırılmış videokameranın görüntüsü çəkilərək götürüldü; “Diskin yaddaşında olan video görüntüyə baxış keçirilməsi barədə” 05 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis baş-leytenantı X2 icraatında olan vətəndaş Zərərçəkmiş şəxs5 şikayət ərizəsi əsasında toplanmış material üzrə 04.05.2021-ci il tarixdə baş vermiş oğurluq faktı əsasında ünvan 5 ünvanda quraşdırılmış videomüşahidə kamerasından götürülmüş və hadisə anını qeydə alan görüntüyə xidməti iş otağında kompyuter vasitəsilə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, bir nəfər təxminən 170 sm hündürlüyündə, əynində qara rəngli gödəkçə və qara papağı olan, 35-38 yaşlarında olan kişi velosipedi götürərək blokdan çıxır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 25.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05.05.2021-ci il tarixdə Bakı Şəhəri Xətai RPİ tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən məsuliyyətə cəlb olunaraq həbs olunmuşdur; “Təqdim edilmiş CD-R diskində olan görüntüyə baxış keçirilməsi haqqında” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynov icraatında olan ********* nömrəli cinayət işi üzrə Nərimanov RPİ-nin 17ci PŞ-dən daxil olmuş CD-R formatlı diskə Nərimanov RPİ-nin MSY-də Təqsirləndirilən şəxs Mirzə oğlunun iştirakı ilə “HP” markalı kompyuterdə baxış keçirmişdir. Diskə baxış zamanı müyyən edildi ki, videogörüntü bir hissədən ibarətdir. Diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Mirzə oğlu 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən hündürmərtəbəli binanın blokundan markası məlum olmayan velosipedlə çıxır. Baxış zamanı Təqsirləndirilən şəxs Mirzə oğlu müdafiəçisinin iştirakı ilə bildirir ki, 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən hündürmərtəbəli binanın həyətindən çıxan şəxs odur, həmçinin velosipedi oğurladıqdan sonra həmin yerdən uzaqlaşır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, 02 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mirzə oğlu ilə ifadənin yerində yoxlanması istintaq hərəkətini keçirmişdir. Bundan sonra müstəntiq tərəfindən “Təqsirləndirilən şəxs! Siz istintaq zamanı verdiyiniz ifadənizdə 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasından velosipedi oğurladığınızı göstərmisiniz. Bu barədə nə göstərə bilərsiniz?” sualına təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Mirzə oğlu göstərdi ki, 04.05.2021-ci il tarixdə təxminən saat 15 radələrində Nərimanov rayonu, F.Yusifov küçəsində hündür mərtəbəli yaşayış binasının qarşısından keçən zaman binanın blokuna daxil olmuş və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə ətrafa baxmış və kiminsə olmadığını görüb oğurluq etmək məqsədi ilə binanın 9-cu mərtəbəsinə qalxmışdır. Həmin mərtəbədə mənzilin qarşısına qoyulmuş bir ədəd velosipedi götürərək getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mirzə oğlundan söylədiklərini əyani şəkildə göstərə biləcəyini soruşduqda sonuncu bildirdi ki, hadisənin baş verdiyi yeri əyani şəkildə göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs Mirzə oğlu hadisənin baş verdiyi yeri, yəni Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasının qarşısını və mənzilin qarşısında qoyulmuş velosipedin yerini göstərdi. İfadənin yerində yoxlanılması zamanı fraqmentlərin “Samsung” markalı mobil telefonla şəkilləri çəkilərək protokola əlavə olundu; “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X2, əməliyyat qrupunun, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanması barədə etdiyi şikayət əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 52A ünvanın 4cü mərtəbəsidir. Baxış zamanı müəyyən olundu ki, naməlum şəxs və ya şəxslər ona məxsus yaşadığı evin blokundan açıq vəziyyətdə olan velosiped oğurlamışdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hər hansı əşya və ya dəlil aşkar edilmədi; “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X2 əməliyyat qrupunun, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus velosipedin oğurlanması barədə etdiyi şikayət əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 52 ünvanın 6-cı mərtəbəsidir. Baxış zamanı məlum oldu ki, velosiped dəhlizində açıq vəziyyətdə qalmışdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hər hansı əşya və dəlil aşkar edilmədi; “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X2 əməliyyat qrupunun, Zərərçəkmiş şəxs4 Mirzəağa oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs4 Mirzəağa oğlunun şikayət ərizəsi əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri ünvan 6 ünvanın 4-cü mərtəbəsidir. Baxışda məlum oldu ki, naməlum şəxs və ya şəxslər ona məxsus yaşayış evinin blokundan açıq vəziyyətdə olan velosipedi oğurlamışdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli əşya və dəlil aşkar olunmadı; Velosiped mağazasının müdiri Vəliyev Vüqar tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli arayışdan görünür ki, “Stels” markalı 28-lik velosipedin yenisinin hazırki bazar qiyməti 450 manat, ikinci əl velosipedin hazırki bazar qiyməti isə 300 manat dəyərindədir; “Təqdim olunmuş fotoşəkillərə baxış keçirilməsi haqqında” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X3 icraatında olan olan ********* saylı cinayət işi əlaqədar Nərimanov RPİ-nin 17-ci PŞ-yə təqdim edilmiş 04 ədəd fotoşəkillərə Nərimanov RPİ-nin inzibati binasında, xidməti otağında Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı hər 04 ədəd fotoşəkillərdə bir nəfər əynində gödəkçə, başında papaq, üzündə tibbi maska və çiynində çanta olan şəxsin 23.03.2021-ci il tarixdə, 25.03.2021-ci il tarixdə əlində velosiped Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 52A saylı yaşayış binasının dəhlizində hərəkətdə olması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, həmin fotoşəkillərdə əynində gödəkçə, başında papaq, üzündə tibbi maska və çiynində çanta olan şəxs özüdür. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, 25.03.2021-ci il tarixdə qeydə alınmış görüntüdə arxasında olan şəxsi tanımır, təsadüfən binanı tərk edərkən binadan çıxan şəxsdir; “İfadənin yerində yoxlanılması haqqında” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Mirzə oğlunun ifadəsini yerində yoxlamışdır. Təqsirləndirilən şəxs Mirzə oğluna Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 52A ünvanından və ünvan 7ması cinayəti ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində göstərməsi təklif olundu və ona izah olundu ki, ifadənin yerində yoxlanlması istintaq hərəkətinin həyata keçrilməsi zamanı fotoçəkiliş aparılacaqdır. Təqsirləndirilən şəxs Mirzə oğlu Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 52A ünvanından və ünvan 7ması ilə əlaqədar ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini dedi. Bundan sonra Təqsirləndirilən şəxs Mirzə oğlu ilə Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 52A ünvanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bildirdi ki, 2021-ci ilin mart ayında narkotik vasitə almaq üçün maddi imkanı zəif olduğundan qərara gəlmişdir ki, çox mərtəbəli yaşayış binalarından velosiped oğurlayıb satıb pul əldə etsin. Bu məqsədlə başına papaq, üzünə tibbi maska taxıb və bir neçə kəsici aləti çantaya yığıb 23 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Sərhəd Xidmətinə aid 17 mərtəbəli yaşayış binasına gəlmişdir. Yaşayış binasına giriş kodlu qapıdan olduğu üçün qapının qarşısında bir qədər aralıda dayanıb gözləmişdir ki, kimsə bloka daxil olanda o da bloka daxil olsun. Bir qədər gözlədikdən sonra tanımadığı şəxs qapını açıb içəri daxil olduqda tez qapı bağlanmamış bloka daxil olmuşdur. Həmin vaxt saat artıq 16:30 radələri idi. Bloka daxil olanda piyada olaraq dəhizə baxa-baxa mərtəbələrə qalxmağa başlamış, 6-cı mərtəbədə dəhlizdə “Fiat” və “Salyut” markalı velosiped görmüş, həmin velosipedləri götürüb 6-cı mərtəbədən düşüb binanı tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirdi ki, 25 mart 2021-ci il tarixdə səhər saat 09:40 radələrində həmin binaya gəlmiş, binaya eyni qadada daxil olmuş, bloka daxil olanda piyada olaraq dəhlizə baxa-baxa mərtəbələrə qalxmağa başlamışdır. Həmin vaxt 11-ci mərtəbədə dəhlizdə “Aurus” markalı velosiped görmüş və həmin velosipedi götürüb 11-ci mərtəbədən düşüb binanı tərk etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin gün, yəni 25 mart 2021-ci il tarixdə saat təxminən 23 radələrində yenidən həmin binaya gəlmiş və binaya eyni qadada daxil olaraq dəhizə baxabaxa mərtəbələri qalxmağa başlamış və 4-cü mərtəbədə dəhlizdə “Steels” markalı velosiped görmüş, həmin velosipedi götürüb 4-cü mərtəbədən düşüb binanı tərk etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olundu ki, 31 mart 2021-ci il tarixdə ünvan 8 ünvanında etdiyi oğurluqla bağlı ifadəsində göstərdiyi xüsusatları göstərsin. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs bildirdi ki, 31 mart 2021-ci ii tarixdə piyada olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi ilə hərəkətdə olarkən həyət evinin açıq olan qapsından həyətdə qapının yanında velosiped olduğunu görmüş, o, əfrafda heç kimin olmadığını görüb tez həyətə daxil olub “Adidas” markalı velosipedi götürüb həyəti tərk etmişdir. Oradan velosipeedi sürüb Sabunçu bazarına gəlmiş və orada tanımadığı şəxsə 30 manata satmışdır; Velosiped mağazasının müdiri Vəliyev Vüqar tərəfindən verilmiş arayışdan görünür ki, ikinci əl 28 Salyut markalı velosipedin dəyəri 350-450 manat, 26 Fiat markalı velosipedin dəyəri 250-350 manat, 28 Aurus markalı velosipedin dəyəri 370-450 manat, 28 stels markalı velosipedin dəyəri 450-650 manat, 28 Adidos markalı velosipedin dəyəri 100-150 manat, 29 markasız velosipedin modeldən asılı olaraq dəyəri ***-**** manatdır; “Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 may 2021-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış və oğurluğun görüntüsünü əks etdirən 1 ədəd disk sübut kimi qiymətləndirilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-367/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07.12.2021-ciil tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti və ya protesti verilməmiş, həmin hökm 03 sentyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, göstərişlə birlikdə həmin tarixdə icra olunması üçün Ədliyyə Nazirliyi enitensiar Xidmətin bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrnin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.2 və 177.2.3-cü maddələrində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə barışmasını, onlara vurulmuş zərəri ödəməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs4 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-367/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 23 mart-04 may 2021-ci il tarixlərdə törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-367/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı (CM-66.5), cəzaçəkmə müddətinin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-367/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-361/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-361/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver