Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-362/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçi – Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə; xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 fevral 2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən «KFC» restoranında masanın üzərində nəzarətsiz qalan Zərərçəkmiş şəxs8 məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı olan 500 manat dəyərində «Samsung Galaxy A7İ» markalı mobil telefonu masanın üzərindən gizli olaraq götürüb talamaqla Zərərçəkmiş şəxs8 cəmi 504 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 1014 ünvanında yerləşən «28 MALL» Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən masanın üzərində nəzarətsiz qalan Zərərçəkmiş şəxs1 qızma məxsus içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı olan 900 manat dəyərində «İphone 11» markalı mobil telefonu masanın üzərindən gizli olaraq götürüb talamaqla Zərərçəkmiş şəxs1 qızma cəmi 910 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 20 mart 2023-cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən restoranın qarşısında masanın üzərində nəzarətsiz qalan Zərərçəkmiş şəxs2 Hökmuran oğluna məxsus içərisində hər biri 5 manat dəyərində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrə kartları olan 400 manat dəyərində «Redmi Note 8» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 Saleh oğluna məxsus içərisində hər biri 5 manat dəyərində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrə kartları olan 500 manat dəyərində «Redmi Note 9T» markalı mobil telefonları gizli olaraq masanın üzərindən götürüb, həmin mobil telefonları Təqsirləndirilən şəxs2 ilə birlikdə sataraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hökmuran oğluna 410 manat, Zərərçəkmiş şəxs3 Saleh oğluna 510 manat olmaqla cəmi 920 manat maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 05 aprel 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən kafedə masanın üzərində nəzarətsiz qalan, Zərərçəkmiş şəxs4 məxsus içərisində 5 manat dəyərində olan ***-***-**- ** saylı mobil telefon nömrə kartı ilə işlədilən 600 manat dəyərində «Samsung A51» markalı mobil telefonu gizli olaraq talayıb, Təqsirləndirilən şəxs2 ilə birlikdə sataraq Zərərçəkmiş şəxs4 ümumilikdə 605 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cii mərtəbəsində yerləşən qızlar üçün nəzərdə tutulmuş tualetdə güzgünün üzərindi) nəzarətsiz qalan Zərərçəkmiş şəxs5 məxsus içərisində 15 manat dəyərində olan ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 650 manat dəyərində «İphone XS» markalı mobil telefonu Nigar İmaməliyevnm qeyd olunan yerdə ələ keçirməsindən sonra gizli olaraq birgə talayıb, həmin mobil telefonu birlikdə sataraq Zərərçəkmiş şəxs5 ümumilikdə 665 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə 09 aprel 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerələşən «KFC» restoranının qarşısında masanın üzərində nəzarətsiz olan Zərərçəkmiş şəxs6 məxsus içərisində 100 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 300 manat dəyərində «Redmi Note 8» markalı mobil telefonu gizli olaraq talayıb, həmin telefonu Təqsirləndirilən şəxs2 ilə birlikdə sataraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə 11 aprel 2023-cü il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerələşən tualetdə güzgünün üzərində nəzarətsiz olan, Zərərçəkmiş şəxs7 məxsus içərisində 7 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 300 manat dəyərində «Redmi Note 11S» markalı mobil telefonu Təqsirləndirilən şəxs2 gizli olaraq birgə talayıb, həmin mobil telefonu birlikdə sataraq Zərərçəkmiş şəxs7 ümumilikdə 307 manat məbləğində təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 20 mart 2023-cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 4-cü mərtəbəsinə yerləşən restoranın qarşısında masanın üzərində nəzarətsiz qalan Zərərçəkmiş şəxs2 Hökmuran oğluna məxsus içərisində hər biri 5 manat dəyərində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrə kartları olan 400 manat dəyərində «Redmi Note 8» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 Saleh oğluna məxsus içərisində hər biri 5 manat dəyərində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrə kartları olan 500 manat dəyərində «Redmi Note 9T» markalı mobil telefonları gizli olaraq masanın üzərindən götürüb, həmin mobil telefonları Təqsirləndirilən şəxs1lə birlikdə sataraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hökmuran oğluna 410 manat və Zərərçəkmiş şəxs3 Saleh oğluna 510 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 920 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən restoranın qarşısında masanın üzərində nəzarətsiz qalan, Zərərçəkmiş şəxs4 məxsus içərisində 5 manat dəyərində olan ***-***-**- ** saylı mobil telefon nömrə kartı ilə işlədilən 600 manat dəyərində «Samsung A51» markalı mobil telefonu gizli olaraq talayıb Təqsirləndirilən şəxs1lə birlikdə sataraq Zərərçəkmiş şəxs4 ümumilikdə 605 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerələşən qadınlar üçün nəzərdə tutulmuş tualetdə güzgünün üzərində nəzarətsiz qalan Zərərçəkmiş şəxs5 məxsus içərisində 15 manat dəyərində olan ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 650 manat dəyərində «İphone XS» markalı mobil telefonu Təqsirləndirilən şəxs2 qeyd olunan yerdən ələ keçirməsindən sonra gizli olaraq birgə talayıb, həmin mobil telefonu Təqsirləndirilən şəxs1 ilə birlikdə sataraq Zərərçəkmiş şəxs5 ümumilikdə 665 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə 09 aprel 2023- cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanda yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerələşən «KFC» restoranının qarşısında masanın üzərində nəzarətsiz olan Zərərçəkmiş şəxs6 məxsus içərisində 100 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 300 manat dəyərində «Redmi Note 8» markalı mobil telefonu gizli olaraq talayıb, həmin telefonu Təqsirləndirilən şəxs2 ilə birlikdə sataraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə 11 aprel 2023- cü il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən «Gənclik MALL» Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerələşən tualetdə güzgünün üzərində nəzarətsiz olan, Zərərçəkmiş şəxs7 məxsus içərisində 7 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə işlədilən 300 manat dəyərində «Redmi Note 11S» markalı mobil telefonu Təqsirləndirilən şəxs2 qeyd olunan yerdən ələ keçirməsindən sonra gizli olaraq birgə talayıb, həmin mobil telefonu Təqsirləndirilən şəxs1 ilə birlikdə sataraq Zərərçəkmiş şəxs7 ümumilikdə 307 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir il müddətdir ki, tanıyır. Onunla münasibəti onun işlədiyi restorandan başlamışdır. Aralarında yaxın kişi qadın münasibəti olmuşdur. «Gənclik Mall»da şəxsən özü ümumilikdə 2 dəfə telefon oğurluğu etmişdir. Onlardan biri 09 aprel 2023-cü il tarixdə saat 19 radələrində «Gənclik Mall»ın 3-cü mərtəbəsində olan yemək üçün olan ərazidə masaların arasından keçdikdə masada sahibsiz telefon olduğunu görmüşdür. Həmin vaxt ətrafdan heç kimin baxmadığını görmüşdür və «Redmi note 8» markalı telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin telefonu yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən telefon mağazasına Nigarın vəsiqəsinin surətini verərək 130 manat məbləğinə satmışlar. Həmin pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. «Samsung A51» markalı mobil telefonu həminki qaydada masanın üstündə sahibsiz görüb götürmüşdür və eyni qaydada Nigarla birlikdə 20 yanvarda fərqli telefon mağazasına Nigarın vəsiqəsi ilə 130 manata satmışlar və öz ehtiyyacları üçün xərcləmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 «Gənclik Mall»da qadınlar tualetində güzgünün qabağında qoyulan telefonları götürüb çıxmışlar və birlikdə yenidən 20 yanvar metrostansiyasında Təqsirləndirilən şəxs2 vəsiqəsi ilə satmışlar. Bunlardan biri «İphone XS» markalı və «Redmi Note 11S» markalı telefonlar olub. Bunlardan «İphone XS» markalı telefonu 70 manata, «Redmi Note 11S» markalı telefonu isə 200 manata satmışlar. Həmin oğurluqları etdikdən əvvəldən planları olmamışdır. İlk dəfə onun oğurladığını və Təqsirləndirilən şəxs2 ilə birlikdə satmışlar. Telefonları satdıqları mağazaların işçiləri oğurluq olması barədə heç bir məlumatı şübhəsi olmamışdır. 02 fevral 2023-cü il tarixdə Bakı Dəmiryolı vağzalında yerləşən “KFC” restoranına telefon oğurlamaq üçün girmişdir. Orada cavan bir oğlan əlində tutduğu “Samsung Galaxy A7F’ markalı telefonu “KFC” restoranın içərisində olan masaların birinə boş olmadığını bildirməsi üçün öz mobil telefonunu masanın üzərinə qoymuş, yanında olan bir nəfərlə sifariş verməyə getmişlər. O, həmin vaxt ətrafa nəzərat etmiş və heç kimin baxmadığını görüb nəzarətsiz qalan mobil telefonu götürüb oradan tez bir zamanda uzaqlaşmışdır. Oradan çıxan kimi telefonu söndürmüş və içərisində olan mobil nömrə kartını çıxardıb xatırlamadığı yerə atmışdır. Sonradan isə həmin gün “Samsung Galaxy A71” markalı mobil telefonu 20 yanvar metrostansiyası yaxınlığında dəqiq mağazanı xatırlamadığı yerdə öz şəxsiyyət vəsiqəsinin surətini verib öz telefonu adı ilə satmışdır. Həmin telefonun oğurlandığını mağaza işçisi başa düşməsin deyə vəsiqəsinin surətini verib onda əminlik yaratmışdır. 11 mart 2023-cü il tarixdə saat 17:30 radələrində o, tək 28 Mail ticarət mərkəzində olmuşdur. O, oraya vaxt keçirmək üçün getidyini, “28 Mail” ticarət mərkəzinin 4-cü mərtəbəsinə qalxaraq orada olan masaların birində əyləşdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra 6- 7 nəfər cavan uşaqlar onun əyləşdiyi masanın yaxınlığına gələrək özlərinə məxsus əşyaları masa qoymuşlar. Sonra isə onlar yemək sifariş vermək üçün restorana yaxınlaşmışlar. O, uşaqlar getdikdən sonra masada olan, nəzarətsiz qalan əşyalara baxdıqda orada “iPhone” markalı telefonun olduğunu görmüş və ətrafa nəzarət etdikdən sonra heç kimin görmədiyinə diqqət etmiş və telefonu masanın üzərindən götürərək qulağına qoymuşdur. Telefonu qulağına qoymaqda məqsədi ətrafdakı insanları şübhələndirməmək və telefonun ona məxsus olduğunu bildirmək olmuşdur. O, bundan sonra “28 Mall” ticarət mərkəzindən sürətli şəkildə uzaqlaşdıqdan sonra telefona ətraflı şəkildə baxdıqda görmüşdür ki, “iPhone 11” markalı mobil telefondur. O, bir qədər telefonu açmağa cəhd etsə də telefonun icloudda olduğunu görmüş və artıq həmin telefonu baha qiymətə sata bilməyəcəyini başa düşmüşdür. Sonra isə Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən telefon mağazalarının birinə ehtiyyat hissəsi kimi 125 manata satmışdır. O, həmin vaxt ticarət mərkəzinə tək getmiş, həmin oğurluqdan Nigar daxil olmaqla heç kimin məlumatı olmamışdır. Satdığı mağazada da satıcıya telefonun ona məxsus olduğunu bildirmişdir. Onda əminlik yaratmaq üçün isə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. ünvan 6 ünvanda yerləşən “ Gənclik Mail” Ticarət Mərkəzində 20 mart 2023-cü il saat 16:00 radələrində “Redmi Note 9T” markalı və “Redmi Note 8” markalı mobil telefonları mobil telefonları o, eyni üsulla, masanın üzərində nəzarətsiz qalan zaman götürmüş və onlarıda 20 yanvar metro stansiyasında dəqiq xatırlamadığı mağazaya Təqsirləndirilən şəxs2 ilə birlikdə satmışdır. Orada da öz vəsiqəsinin surətini verib mağaza işçisində inam yaratmışlar.Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 1 ilə yaxındır ki, köhnə işlədiyi restorana gəlib-gedərkən tanış olmuşdur. Onunla arasında kişi qadın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1lə birlikdə asudə vaxtlarını mütəmadi olaraq Gənclik Mail ticarət mərkəzində keçirirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 05 aprel 2023-cü il, tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs2 yanında olmadığı vaxt ticarət mərkəzinin 3-cü mərtəbəsində olan yemək üçün ayrılmış masaların yanından keçərkən masaların birində sahibsiz telefon olduğunu görmüş və heç kimin görmədiyinə diqqət etdikdən sonra telefonu masadan götürüb Təqsirləndirilən şəxs2 yanına gəlmiş və onlar birlikdə oradan çıxmışlar. Bundan sonra çöldə olarkən Miramin Nigara telefonu oğurladığını demiş və onlar birlikdə 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən telefon mağazalarının birində “Samsung Galaxy A51” markalı mobil telefonu öz telefonları olduğunu demişlər və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini verərək 130 manata satmışlar. Həmin məbləğdə pulu öz şəxsi ehtiyyacları üçün xərcləmişlər. Onlar pulları qutardıqda yenidən Gənclik Mail ticarət mərkəzinə gedib orada sahibsiz gördükləri telefonları götürmək qərarına gəlmişlər. Onlar 07 aprel 2023-cü il tarixdə Gəncik Mail ticarət mərkəzində olarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ayrılıb tualetə getmişdir və ticarət mərkəzinin 3-cü mərtəbəsində olan tualetə girdikdə bir qızın telefonu güzgünün qarşısında olan taxtaya qoyduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 orada qızın kabinaya girməyini gözləmiş və qız kabinaya girdikdən sonra telefonu həmin taxtanın üzərindən götürüb oradan uzaqlaşmışdır. Yenidən Təqsirləndirilən şəxs1lə birlikdə 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən telefon mağazalarının birinə eyni üsulla yəni, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini verərək “İphone XS” markalı mobil telefonu 70 manata satmışlar. “İphone XS” markalı mobil telefonu bu qədər ucuz qiymətə satmağlarına səbəb telefonun icloud şifrəsini bərpa edə bilməmələri olmuşdur. Onlar yenidən həmin məbləğdə pulu birlikdə şəxsi istifadələri üçün xərcləmişlər. Aralarında pul bölgüsü olmamışdır. Bundan sonra yenidən 09 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yeməkxanada olan masaların arasında gəzərkən masada “Redmi Note 8” markalı telefonu götürmüş və onlar yenidən həmin telefonu 20 yanvarda olan telefon mağazasına 130 manata Təqsirləndirilən şəxs2 vəsiqəsilə satmışlar. Sonuncu dəfə isə 11 aprel 2023-cü il tarixdə Nigar İmamliyeva yenə həmin ticarət mərkəzində tualetdə olarkən orada güzgünün qarşısında olan “Redmi Note 11S” markalı telefonu götürmüşdür. Həmin telefonu isə yenidən 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən mağazaya öz telefonu kimi, öz vəsiqəsilə 200 manata satmışdır. Bildirmişdir ki, onlar telefonları mağazada satarkən alıcılar onlardan telefonun oğurluq olub-olmamasını soruşurmuş lakin, onlar telefonun onlara məxsus olduğunu bildirib satıcılarda şübhə doğurmamaq üçün öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişlər. Bundan əlavə qeyd etmişdir ki, onlar telefonları müxtəlif telefon mağazalarına satmışlar buna səbəbdə alıcıda şübhə yaratmamaq olmuşdur. Bundan əlavə isə bildirmişdir ki, onların telefon oğurlamaları barədə onlardan başqa heç kimin xəbəri olmamışdır. Bildirmişdir ki, onlar 4 ədəd müxtəlif markalı telefonları ümumilikdə 530 manata satmışlar. ünvan 6 ünvanda yerləşən “ Gənclik Mail” Ticarət Mərkəzində 20 mart 2023-cü il saat 16:00 radələrində “Redmi Note 9T” markalı və “ Redmi Note 8” markalı mobil telefonları mobil telefonları Miramin eyni üsulla, masanın üzərində nəzarətsiz qalan zaman götürmüş, bundan sonra isə oradan uzaqlaşıb 20 yanvar metrostansiyasında olan telefon mağazalarından birinə vəsiqələrinin surətini təqdim etməklə satmışlar. Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Hökümran oğlu ifadəsində göstərmişdir ki, o Azərbaycan Universitetinin 2-ci kursunda oxuyur. 20 mart 2023cü il tarixdə saat 16 radələrində dostu bibisi oğlu Cavidan ilə yemək məqsədilə «Gənclik MALL» Ticərət Mərkəzinə gəlmişlər. 3-cü mərtəbədə yerləşən «KFC» kafenin önündə əyləşmişlər, o yemək sifariş vermək üçün getmiş, gedəndə isə özünə məxsus «Redmi Note 8» markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin zaman bibisi oğlu Cavidan da onun mobil telefonunun yanına qoymuşdur. Onlar yemək sifariş verib qayıdanda görmüşlər ki, onun və Cavidanın telefonu masanın üzərində yoxdur. Onlar bu barədə Ticarət Mərkəzinin Mühafizə Xidmətinə müraciət etmişlər, onlar kameranın qeydə aldığı görüntüyə baxıb onların telefonlarının bir oğlan tərəfindən oğurlandığını görmüşdülər.Odur ki, oğurluq barədə 18-ci PŞ-nə müraciət etmişlər. O, əvvəlcə 102 xidmətinə zəng vurub məlumat vermiş, az sonra 18-ci PŞ-dən ona zəng vurub həmin şöbəyə dəvət etmişlər. O da 18-ci PŞ-nə gedib şikayət ərizəsi və izahat yazmışdır. «Redmi Note 8» markalı mobil telefonu 2021-ci il yay aylarında 400 manata almışdır, həmin mobil telefonu ***-***-**-**, ***-***-**-** saylı nömrə kartı ilə işlədirmiş, həmin nömrə kartını isə neçəyə aldığını xatırlamır. Nömrə kartının dublikatını hələ ki, çıxarmışdır, hal-hazırda onu işlədir. Ona Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının 02-də Bakı şəhərində olmuşdur. Həmin tarixdə saat 21:00 radələrində tanışı Məhəmməd ilə birlikdə acdıqları üçün 28 may metro-stansiyasının yaxınlığında yerləşən Bakı dəmir yolunun inzibati binasında yerləşən “KFC” restoranına girmişlər. Həmin restoranda da böyük ticarət mərkəzlərindəki kimi kassada yemək sifariş verib hazır olduqdan sonra yenə kassadan sifarişi götürüb restoranın içərisində olan masalarda əyləşilir. Onlar həmin vaxt restorana girmiş və girişdən sağ tərəfdə yerləşən boş masa olduğunu görüb orada əyləşmək qərarına gəlmişlər. Bundan sonra həmin masanın dolu olduğunu bildirmək üçün o, özünə məxsus “Samsung Galaxy A71” markalı, içərisində ***-***-**-** saylı mobil nömrə ilə işlətdiyi mobil telefonu masanın üzərinə qoymuşdur. Məhəmməd və o, restoranın kassasına yaxınlaşaraq yemək sifariş etməyə getmişlər. Hər ikisi yemək sifariş etdikdən sonra masalarına qayıdıb yeməyin hazır olmağını orada gözləyəcəkmişlər. O, masalarına qayıtdıqda mobil telefonunun orada olmadığını görmüşdür. Bundan sonra Məhəmmədin telefonu ilə onun öz nömrəsinə zəng vurduqda telefonunun sönülü olduğunu görmüşdür. Artıq ona məlum olmuşdur ki, telefonu oğurlanıb. O, “KFC” restoranında restoranın zalına nəzarət edən şəxsə yaxınlaşmış və ona bu məsələ ilə bağlı məlumat vermişdir. Həmin nəzarətçi onunla birgə restoranın kamera görüntülərinin olduğu otağa getmiş və onlar kamera görüntülərinə baxmışlar. Həmin vaxt görüntülərdən açıq aşkar onlara məlum olmuşdur ki, tanımadığı bir şəxs onlar kassaya yaxınlaşdıqda masadan telefonunu götürür diqqət çəkməmək üçün kassaya yaxınlaşır və restorandan çıxaraq üzü 28 may metro-stansiyası istiqamətində uzaqlaşır. Sonradan nəzarətçi orada olan polis əməkdaşına bu barədə məlumat vermiş və onu bir müddət sonra DYPNİ-nin təhqiqatçısı tərəfindən idarəyə çağırılmışdır və orada anasının iştirakı ilə ərizə izahatı alınmışdır. Sonradan isə telefonunu oğurlayan şəxsin Nərimanov rayon polisi tərəfindən başqa oğurluq əməllərinə görə tutulduğunu bilmişdir. O, ilkin izahatında telefonu ilk aldığı məbləği yəni 1.200 manat göstərmişdir. Hazırda isə telefonun işlənməsini nəzərə alıb 500 manat olmasını bildirir. Bildirmişdir ki, mobil nömrəni 4 manata almışdır. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall ticarət mərkəzidir. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Hadisə yerinə baxış keçirilməsi barədə” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu Gənclik Mall ticarət mərkəzidir. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2023-cü il tarixli, 9/2956 saylı rəyindər görünür ki, Analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında zərarın təsviri hissəsində göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə zsxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiymətləri ayrı-ayrılıqda nəzəri zsydada təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd 2022-ci ildə alınmış və həmin vaxtdan da istifadə edilmiş, “Samsung A51” -arkalı mobil telefon - 200,00 manat; -01 ədəd 2020-ci ildə alınmış və həmin vaxtdan da istifadə edilmiş “İphone XS” markalı -obil telefon - 400,00 manat; -01 ədəd 2021-ci ildə alınmış və həmin vaxtdan da istifadə edilmiş «Redmi Note 8» -arkalı mobil telefon - 180,00 manat; -01 ədəd 2022-ci ildə alınmış və həmin-markalı mobil telefon - 300,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 13 aprel 2023-cü il tarixli tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:30-da tutulmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 9/1000 saylı rəyindər görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung A71” markalı, 128 Gb yaddaş tutumlu, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 280,00 manat 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4,00 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 15 aprel 2023-cü il tarixli qərarlardandan görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, 4(005)-536/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 13 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-574/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddəti 20 may 2023-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 2 gün (xx.xx.2023-xx.xx.2023) şübhəli şəxs qismində saxlanılması azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 qıza məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-362/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-362/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver