Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-362/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, əvvəllər məhkum olmayayn, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Yusifov küçəsi ev 49 mənzil 11 qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəyə olan tələbatını təmin etmək üçün 27 aprel 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 35 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin İ siyahılarına daxil edilmiş narkotik vastə hesab edilən, xeyli miqdarda olmaqla 0.374 qram heroin üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış və xx.xx.2024-cü ildə saat 01:45-də Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlayaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirmiş və orada şəxsi axtarış zamanı ona məxsus olan göy rəngli bel çantasının ön çibindən “Prima” markalı siqaret qutusunda olan 1 ədəd şəffaf rəngli selofan bükümdə xeyli miqdarda 0,374 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Bu səbəbdən narkotik vasitələrdən asılılığı yaranmışdır. Narkotik vasitələrə olan asıllığını təmin etmək üçün pul müqabilində alıb istifadə edir. 27 aprel 2024-cü ildə yenə narkotik vasitə istifadə etməyə tələbatı yaranmışdır. Həmin tarixdə saat 22 radələrində bir neçə dəfə narkotik vasitə aldığı “Şamaxinka" adlanan yerə gedərək adını bilmədiyi, lakin bir neçə dəfə narkotik vasitə heroin aldığı şəxsə 35 manat ödəyərək, ondan bir ədəd şəffaf selofan kağıza bükülmüş narkotik vasitə heroni almışdır. Həmin narkotik vasitəni götürüb oradan uzaqlaşaraq ünvan 5 ünvanında yerləşən “Montin” otelin qarşısına gəlmişdir. 28 aprel 2024-cü ildə saat 01:45 radələrində “Montin” oteli qarşısında gəzən zaman onu mülki geyimdə iki nəfər saxlayıb özlərini Nərimanov RPİ CAŞ-nin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik istifadəçisi olduğundan şübhələndiklərini bildirib yoxlama aparılması üçün Nərimanov RPİ-nə getməyi təklif etmişlər. Polis darəsində şəxsiyyətini yoxlayandan sonra bildirmişlər ki, üstündə axtarış aparılacaqdır. Ona vəkil təqdim olunmış, etirazı olub-olmaması aydınlaşdırılmışdır. Bundan sonra təhqiqatçı ona şübhəli şəxsin hüquqlarını izah etmişdir. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs üstündə saxladığı əşyaları təqdim etmək təklif olunmışdur. Göy rəngli bel çantasının ön cibindən “Pirima” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. “Pirima” markalı siqaret qutusu təhqiqatçı tərəfindən açılanda içərisində selofandan hazırlanmış bir ədəd kiçik bağlamada 35 manata aldığı narkotik müəyyən olunmuşdur. Təhqiqatçı həmin bağlamada olan maddə barədə soruşanda narkotik vasitə heroin olmasını bildirmişdir. Bağlamanı təhqiqatçı açanda qəhvəyi rəngdə ‘‘heroin'' aşkar olmuşdur. Heroini xx.xx.2024-cü ildə "Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 35 manata aldığını söyləmişdir. Təhqiqatçı onun üstündən tapılmış siqaret qutusundakı selofana bükülmüş heroini zərfə qablaşdırmış, zərfi möhürləmiş, şəxsi axtarışda iştirak edənlər və Nəsrin zərfi imzalamışdır. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib edilmişdir. Narkotik vasitəni alanda dəqiq miqdarını bilməmişdir. Narkotikdən istifadə edənlər çet deyib alırlar. O da 1 çet heroin almışdır. Narkotiklərin satışı ilə məşğul olmur. O etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Nərimanov RPİ-nin CAŞdə kiçik inspektor vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə xidməti ərazidə törədilmiş cinayətlərin açılması, profilaktikası, axtarışda olan şəxslərin tutulması və istintaq orqanına təqdim edilməsi, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, ictimai asayişin mühafizəsi və s. daxildir. xx.xx.2024-cü ildə gecə saat 02 radələrində şöbənin baş əməliyyat müvəkkili Şahid1 ilə xidməti ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, ictimai qaydanı pozan, axtarışda olan şəxslərin müəyyən olunması üçün müşahidə aparmışdılar. Saat 01:45-də Ağa Nemətulla küçəsində «Montin» otelinin qarşısında olan bir qadından şübhələnmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan özünü təqdim etməyi xahiş etmişlər. Həmin qadın Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Ondan gecə nə üçün otelin qarşısına gəlməsini soruşmuşlar. Nəsrin aydın cavab verməmiş, onun danışığı, tələffüzü narkotik vasitənin təsiri altında olmasında şübhə yaratdığından yoxlama aparılması üçün Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə getmək təklif olunmuş, o etiraz etməmişdir. Polis idarəsinə çatandan dərhal sonra Təqsirləndirilən şəxs saxlanılması barədə raportla məruzə edib yoxlama aparılmasına icazə istəmişdir. Araşdırmanın aparılması Təhqiqat şöbəsinin təhqiqatçısı Mirsənan Ağalarova həvalə edildiyindən Təqsirləndirilən şəxs ona təqdim olunmuşdur. Təhqiqatçı şəxsi axtarışda iştirak etmək üçün qadın cinsindən olan polis nəfərini, çəkiliş aparmaq üçün ekspert-kriminalisti və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişdir. Vəkil gələndən sonra şəxsi axtarışa başlanılmışdır. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs müraciət edərək üstündə, bədənində saxladığı qanunsuz əşyaları təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs özünə məxsus göy rəngli çantasından bir ədəd «Prima» siqaret qutusunu, sonra 1 ədəd adapteri, 6 manat pul və 1 ədəd kosmetik vasitəni çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şəxsi axtarışda iştirak edən qadın polis nəfəri Şahid3 Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına göstəriş vermişdir. Şahid3 əlavə axtarış aparmış, lakin əlavə heç bir predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı siqaret qutusunun içinə baxış keçirəndə qutuda 3 ədəd siqaret və şəffaf selofan büküm aşkar olunmuşdur. Nəsrin Məmmədzacəyə həmin bükümlə bağlı sual verdikdə o bükümdə «kakos» olmasını, özünün istifadəsi üçün «Şamaxinka» deyilən ərazidə tanımadığı şəxsdən 35 manat müqabilində almasını izah etmişdir. Təhqiqatçı aşkar olunmuş şəffav selofan bükümdə olan narkotik vasitəyə oxşar kütləni zərfə qablaşdırmış, zərfi möhürləmiş və iştirak edənlərə imza etdirmişdir. Bundan sonra şəxsi axtarış protokolu tərtib edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış prosesinin videogörüntülərinə baxış keçirilməsi haqqında" 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özünə məxsus çantasından 1 qutu «Prima» siqaretini çıxardıb təqdim etməsi, qutuya baxış keçirilərkən içərisində şəffav selofan bükümdə qəhvəyi rəngli maddənin olması, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə «kakos» olmasını, «Şamaxinka» adlanın ərazidə tanımadığı şəxsdən 35 manata öz istifadəsi üçün almasını izah etməsi əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2346 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd selofan bükümdəki maddənin 0,374 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmiş və tədqiqata 0,05 qram sərf edilməklə, qallığı 0,324 qram heroin qablaşdırılmış və möhürlənmiş vəziyyətdə polis əməkdaşlarına təhvil verilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi-0,374 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,324 qram. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 29 aprel 2024-cü il tarixli, 2762 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların təhlil, bir-biri ilə müqayisə edilməsi, cinayət təqibinə hissəvi xitam əmələ hüquqi qiymət verilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,374 qram narkotik vasitə-heroinin və şəxsi axtarış prosesinin videogörüntülərinin olduğu 01 ədəd CD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,374 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, cinayəti etiraf etməsini və peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (28 aprel-29 aprel 2024-cü il 1 sutkadan çox,) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,324 qram olan narkotik vasitə-heroin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi şəxsi axtarış prosesinin videogörüntülərinin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,324 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən «ARBİTRİUM» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-362/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-362/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver