Məhkəmə qərarları › İş №1(005)-363/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-363/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-363/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanlarda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədon satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 0,726 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla 06 yanvar 2025-ci il tarixdə Nərimanov rayonu, Rasim Muxtarov küçəsi 15 ünvanının qarşısına daşımış, 06 yanvar 2025-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin əməkdaşları tərəfindən saat 21:20-da ünvan 4 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən siqaret qutusunun içərisindən 01 bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 0,726 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, 06 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 4 saylı qarşısında olarkən 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdilər. Ona üzərində qanunla qadağan əşyanın olub olmadığını, varsa təqdim etməyini təklif etdilər. Bu təklifdən sonra o əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisindən 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etdi. Həmin psixotrop maddə tanımadığı iran vətəndaşından whatsap vasitəsi ilə danışaraq, ona bildirmiş olduğu ünvandan şəxsi istifadəsi üçün götürmüşdür. Bunun üçün həmin şəxs ondan pul istəməmişdir. Sonra həmin büküm polis əməkdaşı tərəfindən qablaşdırıldı, o, polis əməkdaşlar tərəfindən imzalandı, möhürləndi və götürüldü. Daha sonra onu polis əməkdaşları Nərimanov RPİ-nin 16-cı PŞ-nə apardılar. Ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olundu. Orada aşkar edilmiş bükümə yenidən baxış keçirildi. Üzərindən aşkar edilmiş bükümü özü istifadə etmək məqsədilə əldə etmişdir. Narkotik vasitələri və psixotrop maddəni ona satan şəxsin əlaqə vasitələrin xatırlamır. Saxlanılan zaman ona qarşı polis əməkdaşları heç bir qanuna zidd hərəkətə yol verməyiblər. Son olaraq törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2025-ci il tarixdə təxminən saat 16 radələrində polis şöbəsində xidmətdə olarkən, mötəbər və qərəzsiz mənbədən “Sərxan” adlı şəxsin qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldu. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından bu barədə şöbənin rəhbərliyinə məruzə edildi və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edildi və müvafiq əmr verildi. Bundan sonra əməliyyat qrupunun üzvü Nərimanov RPİ-nin 16-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə həmin şəxsin müəyyən edilib yaxlanması məqsədi ilə 06 yanvar 2025-ci il tarixdə 21-00 də piyada olaraq ünvan 5 ünvanın qarşısına gəldikdə küçənin tin tərəfində əvvəllər tanımadıqları bir nəfər diqqəti cəlb etdiyindən, ona yaxınlaşıb özlərini təqdim etdilər. Sonra həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə o, özünü “Selin” adı ilə təqdim etdi. Onlar onun qanunsuz olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu bildirdikdən sonra üzərinə videoçəkiliş vasitəsilə yoxlama keçirəcəklərini dedilər və sonra həmin yerdə onun üzərinə video çəkilişlə yoxlama aparıldı. Ona üzərində qanunsuz saxlanılan əşya və yaxud narkotik vasitə vardırsa onların təqdim edilməsi təklif edildi və o, əynindəki gödəkcəsinin cibindən markası bilinməyən ağ rəngli siqaret qutusunu çıxardaraq onlara təqdim etdi. Siqaret qutusu açıldıqda, içərisində 01 ədəd rəngli gümüşü rəngli kağız büküm aşkar edildi və həmin büküm açılaraq içərisinə baxış keçirildi. Bükümün içərisində ağ rəngli, kristalşəkilli maddə olduğunu gördülər. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə metamfetamin olduğunu, onu İranlı bir şəxsin vasitəsi ilə əldə etdiyini bildirdi. Aşkar edilmiş maddə büküm boş zərfə qoyularaq qablaşdırıldı və üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra yoxlamanın nəticəsi ilə bağlı protokol tərtib edilməsinə həmin yerdə lazımı şəraitin olmadığını nəzərə alaraq ona Nərimanov RPİ-nin 16-ci PŞ-yə getməsi təklif olunmuşdur. O, təklifi qəbul etdikdən sonra birlikdə 16-ci PŞ-nə getmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu, onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət edildi, həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş əşyaya videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə yoxlama keçirərkən, eləcə də təhqiqatçının kabinetində həmin maddənin təqdim edilməsi zamanı ona qarşı hər hansı bir zor, güc və təziq göstərilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid2 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir və digər Şahid1 ifadəsi ilə eyni məzmunlu olmaqla təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2025-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 07 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/26/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...3) Təqsirləndirilən şəxs (imza) yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,726 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir. Məhkəmədə tədqiq olunan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə” 08 yanvar 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilmişdir, zərf bağlı vəziyyətdə olmuşdur. Zərfin üzərində 03 ədəd üzərində Azərbaycan respublikası DİN yazılmış Zərflər üçün 218 № möhürlə möhürlənmiş vəziyyətdədir. Zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza Şahid1, imza Şahid2 yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olmasını bildirməsi əksini tapmışdır. Məhkəmədə tədqiq olunan “DVD disklərindəki görüntülərə baxış keçirilməsi barədə” 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qeyri-qanuni əldə edilməsində, daşımasında, saxlamasında şübhəli bilinərək Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində ünvan 6 ünvanın qarşısında dayandığını gördükləri, ona yaxınlaşdıqları, özlərini ona təqdim etdikdən sonra ona özünü təqdim etməsini bildirdiyi, o, özünü “Selin” adlı şəxs kimi təqdim etməsi və bundan sonra ona üzərində olan hər hansı bir qeyri qanuni əşya və predmet varsa könüllü təqdim olunması təklif olunduğu, həmin şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən könüllü olaraq 01 ədəd ağ rəngli siqaret qutusunu çıxardaraq təqdim etdiyi və həmin siqaretin içərisinə baxış zamanı onun içərisində ağ gümüşi rəngli kağıza bükülmüş içərisində kristalşəkilli, ağ rəngli psixotrop maddəyə bənzər maddənin olduğu, təqdim edilən həmin maddəni Təqsirləndirilən şəxs və onların iştirakı ilə boş, ağ rəngli zərfə qoyularaq 218№li möhürlə möhürlənməsi və üzərinin iştirakçılar tərəfindən imzalanması, qeyd olunandan savayı onun üzərindən başqa heç bir əşya aşkar edilmədiyi, özünü “Selin” ləqəbi ilə təqdim edən Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu, iranlı bir şəxsin vasitəsi ilə özünün istifadəsi üçün əldə etdiyini bildirdiyi əks olunmuşdur. 2-ci DVD diskində olan görüntülərdə Nərimanov RPİ 16-cı PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsinə dair görüntülərdən görünür ki, polis əməkdaşı Şahid1 06 yanvar 2025-ci il tarixdə saat 21:20 radələrində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs olan zaman onun saxlanıldığı, üstünün yoxlanıldığı üzərindən 01 ədəd siqaret qutusuna bükülmüş 01 ədəd gümüşü kağıza bükülmüş ağ rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək 01 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi bildirilərək təqdim olunduğu, təqdim olunan 01 ədəd zərfə zərfə baxış keçirildiyi, zərf bağlı vəziyyətdə olduğu, zərfin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 218 nömrəli möhürlə möhürləndiyi, zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar, Şahid1, imza Şahid2 sözləri yazıldığı imzaların olduğu, daha sonra ondan aşkar edilmiş maddənin götürülməsi ilə bağlı DVD diskində olan görüntülərə baxış keçirildyi, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olmasını bildirməsi əks olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X6 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 08 yanvar 2025-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimolyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 309/8 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə müəyyən edilmiş 3500 manat cərimə cəzasını tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,726 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,676 qram çəkidə metamfetamin saxlanılması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına verilmişdir. Həmçinin şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ siyahının 118-ci bəndində isə metamfetamin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,726 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06 yanvar 2025-ci il-08 yanvar 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsetməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 2 nömrəli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafiq olaraq xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Qalan hallarda isə (CM-in 56.2-ci maddəsində göstərilən qaydada həbsxanada cəzaçəkməyə məhkum edilmiş qadınlar istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar istisna olmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,676 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün (xx.xx.2025-xx.xx.2025) müddət ona təyin olunmuş cəzadan çıxılsın Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,676 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar