Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-364/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonunun, Moranlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə ona yüksək məbləğdə təqaüd artırılmasını vəd verib, təqdim etdiyi bank hesab kartına sonuncu tərəfindən 14 fevral 2022-ci il tarixdə saat 14:19-də Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsində yerləşən “Bizim” marketdə quraşdırılmş “eManat” aparatında 700 manat və 19 fevral 2022-ci il tarixdə saat 09:36-da ünvan 2 ünvanında quraşdırılmış “eManat” aparatından 1000 manat, ümumilikdə 1700 manat pulunun köçürülməsinə nail olaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs1 1700 manat ziyan vurmaqla, öz vədinə əməl etməyib aldığı pulları qaytarmamaqla, dələduzluq etmişdir. Bundan sonra o, tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə ona yüksək məbləğdə təqaüd artırılması vədini verib, təqdim etdiyi bank hesabı kartına Zərərçəkmiş şəxs2 oğlu Elnur Namazov tərəfindən onun hesab kartından 17 aprel 2022-ci il tarixdə, saat 15:00-da ünvan 3 ünvanından 1200 manat pulun köçürülməsinə nail olaraq qeyd olunan məbləğdə pul vəsaitini ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat ziyan vuraraq, öz vədinə əməl etməyib aldığı pulları qaytarmamaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən 2021-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 2021-ci ildə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 5 saylı ASAN xidmətində olan zaman əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 ilə rastlaşmış, Rəna ona sosial yardım almasını və təqaüdün artırılmasında ona köməklik etməsini dedikdə sonuncu ona 1700 manat qarşılığında təqaüdün 100 manat artırılacağını köməklik edə biləcəyini bildirdikdə Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. 14 fevral 2022-ci il tarixdə saat 14:19-da Bakı şəhəri Binqəqədi rayonu, X4 küçəsində yerləşən “Bizim” marketdəki “eManat” aparatından 700 manat, 19 fevral 2022-ci il tarixdə saat 09:36-da ünvan 4 ünvanında olan “eManat” aparatından 1000 manat onun hesab kartına göndərmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 xalası qızı olan Zərərçəkmiş şəxs2 da pensiyasının artırılmasına yalandan vəd verərək ondan da 1200 manat pul götürmüş, lakin həmin şəxslərə heç bir iş düzəltməmiş, aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda o, törıtdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam ödəməsini, onlarla barışdığını, həmçinin həm birinci qrup əlil olmasını, şəkərli diabet, onkoloji xəstəliklərinin olmasını, himayəsində serebral iflic xəstəliyi olan uşağının olmasını göstərərək ona qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, o, 2021-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə telefonla danışarkən aldığı pensiyanın artırılmasına köməklik edə biləcəyini soruşduqda sonuncu ona 1700 manat müqabilində köməklik edə biləcəyini bildirdikdə o, Təqsirləndirilən şəxslə razılaşmışdır. 14 fevral 2022-ci il tarixdə saat 14:19-da Bakı şəhəri Binqəqədi rayonu, X4 küçəsində yerləşən “Bizim” marketdəki “eManat” aparatından 700 manat, 19 fevral 2022-ci il tarixdə saat 09:36-da ünvan 4 ünvanında olan “eManat” aparatından 1000 manat onun hesab kartına göndərmişdir. Həmçinin xalası qızı Zərərçəkmiş şəxs2 da pensiyanın artırılması məqsədilə 1200 manat pul almışdır. Bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs heç bir iş düzəltmədiyindən o, eləcədə xalası qızı Zərərçəkmiş şəxs2 hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında videokanfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs1 onun yanında təqaüdün artırılması barədə dediyindən ona da köməklik etməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə danışdıqdan sonra ona Təqsirləndirilən şəxs kart hesabını göndərmişdir. 17 aprel 2022-ci il tarixdə oğlu X6 Əliyevin kart hesabına 1200 manat pul göndərmişdir, lakin bir müddət keçməsinə baxmayaraq təqaüdün artırılmasına heç bir köməklik göstərilmədiyindən o, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. Cinayət işinin 20-21-ci vərəqələrində olan ərizə və qəbzdən görünür ki, X1 Laçın Səxavət oğluna 1000 manat 700 manat göndərmişdir. Cinayət işinin İ cildinin 37-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 1200 manat göndərmişdir. Cinayət işinin 54-57-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 ünvanda oğlu Elnur Namazov tərəfindən hesab kartından Təqsirləndirilən şəxs hesab kartına 1200 manat pulu göndərmişdir. Cinayət işinin 116-117-ci vərəqlərində olan xəstəli tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hipertoniya, şəkərli diabet, keçici tranzifor serebral, arterial hipertoniya, ürəyin zədələnməsi, qarışıq hiperlipidemiya xəstəlikləri mövcuddur. Cinayət işinin 118-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlilik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əlildir. Cinayət işinin 138-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixli alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 73-1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 151-161-ci vərəqlərində olan Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 73-1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, eləcə də digər Zərərçəkmiş şəxs2 videokanfrans vasitəsilə dindirilərkən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamalarını, himayəsində serebral iflic xəstəliyi olan uşağının olması, özünün birinci qrup əlil olmasını, həmçinin şəkərli diabet, onkoloji xəstə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən hallar olduğunu, ağırlaşdıran halların olmadığını, yəni Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılığını bildirməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamalarını, himayəsində serebral iflic xəstəliyi olan uşağının olması, özünün birinci qrup əlil olmasını, həmçinin şəkərli diabet, onkoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona xidmət etmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1 -ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesab kartına 14 fevral 2022-ci il saat 14:19-da Bakı şəhəri, Binəqədi rayonu X4 küçəsində yerləşən “Bizim” marketdə olan “emanat” aparatından 700 manat və 19 fevral 2022-ci il tarixdə saat 09:36-da ünvan 4 ünvanda olan “emanat” aparatından 1000 manat və Zərərçəkmiş şəxs2 oğlu Elnur Namazov tərəfindən Təqsirləndirilən şəxs bank hesab kartına 17 aprel 2022-ci il tarixdə saat 15:00-da 1200 manat pulun köçürülməsi barədə olan qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində 6 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən müəyyən yerlərə getməmək kimi vəzifələr qoyulsun. Sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesab kartına 14 fevral 2022-ci il saat 14:19-da Bakı şəhəri, Binəqədi rayonu X4 küçəsində yerləşən “Bizim” marketdə olan “emanat” aparatından 700 manat və 19 fevral 2022-ci il tarixdə saat 09:36-da ünvan 4 ünvanda olan “emanat” aparatından 1000 manat və Zərərçəkmiş şəxs2 oğlu Elnur Namazov tərəfindən Təqsirləndirilən şəxs bank hesab kartına 17 aprel 2022-ci il tarixdə saat 15:00-da 1200 manat pulun köçürülməsi barədə olan qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(005)-364/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-364/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver