Məhkəmə qərarları › İş №1(005)-365/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-365/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-365/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızını katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 7,195 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da ünvan 2 ünvanında yerləşən “103” adlı yeməkxananın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-nin BMCMİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 7,195 qram psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda 4,005 qram və 3,190 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 fevral 2022-ci il tarixdə “103” adlanan “rent a car” ofisində dostları ilə əyləşmiş, tort yeyib çay içirmişlər. Birdən içəriyə əməliyyatçılar daxil olmuş, onları yerə uzadıb üstlərini yoxlamış, sonradan ofisdə bütün əşyalarıdivanları, stolları dağıdaraq bütün ofisi axtarmağa başlamışlar. Lakin heç nə tapa bilməmişlər və əlavə olaraq ofisin kamera görüntülərini ələ keçirmişlər. İttiham aktında onların ofisin çölündə yaxalandığı qeyd olunsa da, onlar həmin vaxtı çöldə olmamış, ofisin içərisində əyləşib çay içirmişlər. Daha sonra Baş İdarəyə aparılmış, lakin orada şəxsi axtarış zamanı cibindən psixotrop maddəni çıxararaq təqdim etmişdir. Çünki prosedur belə olmalı imiş. Bildirmişdir ki, heç vaxt narkotik vasitə və yaxud psixotrop maddə istifadə etməmiş, onların satışı ilə məşğul olmamışdır. Belə ki, dindar adamdır, namaz qılır və ümumiyyətlə narkotik vasitə, psixotrop maddə, içki və sair kimi zərərli vərdişlərdən uzaqdır. Hətta yaşadığı kənd yerində belə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsinə qarşı həmişə mübarizə aparmışdır. Buna görə də düşməni çoxdur. Dindirmə protokolu və ya digər sənədləri ona İstintaq Təcridxanasında olduğu zaman təqdim eləmişlər, ona kimi nəyə imza etdiyini bilməsə də, təzyiq altında imza etmiş, ittihamı qəbul etmişdir. İstintaq zamanı hər şeyi etiraf etdiyi üçün artıq nəsə deməyinin mənası olmadığını bildirmiş, lakin hər bir halda narkotik vasitələr və yaxud psixotrop maddələrlə ümumiyyətlə heç bir zaman əlaqəsinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “103” adlanan yer kafe deyil, “rent a car” ofisi kimi fəaliyyət göstərir. Hadisə zamanı ofisin içərisində 7 nəfər olmuşlar və onlar tort yeyib çay içirmişlər. Əməliyyatçılar ofisə daxil olan zaman onları yerə uzatmış, ittihamda deyildiyi kimi çöldə yox, ofisin içərisində axtarış aparmışlar. Onun üzərini 4 nəfər yoxlamış, lakin üzərindən narkotik vasitə və yaxud psixotrop maddə tapmamışlar. Axtarış zamanı üzərində sadəcə 1 ədəd mənzilin açarı və telefon olmuşdur. Üst geyimləri asılqandan asılmış, onların da bir-bir kimə məxsus olmasını soruşmuşlar, lakin üst geyimlərdən də heç nə aşkarlanmamışdır. Müdafiəçini yalnız şəxsi axtarış zamanı görmüşdür. Şəxsi axtarış zamanı da o, cibindən qeyd olunan maddələri prosedura uyğun qaydada deyildiyi kimi çıxararaq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə X9, X5, X2 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid13, Şahid9, Şahid11 və Şahid12 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin şəxslərin ünvan 4 ünvanında yerləşən “103” adlı yeməkxanada olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 22:00 radələrində sözü gedən yeməkxananın qarşısında xarici görünüşləri Rauf Salehova, Nizami Musayevə, Elvin Qurbanova və Təqsirləndirilən şəxs oxşar şəxslərin və onların yanında daha şəxsiyyətləri sonradan məlum olan Şahid15, Şahid14 və Şahid16 olmaları müəyyən olunmuş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Rauf Salehova, Nizami Musayevə, Elvin Qurbanova və Təqsirləndirilən şəxs üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə BMCMİ-nə getmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə BMCMİnin inzibati binasına gəlmişlər. Baş İdarədə Rauf Salehovun, Nizami Musayevin, Elvin Qurbanovun və Təqsirləndirilən şəxs üzərilərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları, qəbul etmələri və satışı ilə məşğul olmalarında şübhəli olmaları ehtimal edildiyindən onların üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, bundan sonra Rauf Salehovu, Nizami Musayevi, Elvin Qurbanovu, Təqsirləndirilən şəxs, Şahid15, Şahid14 və Şahid16 Baş İdarənin akt zalına aparmışlar. Orada təhqiqatçı Rauf Salehova, Nizami Musayevə, Elvin Qurbanova və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət edilmiş və həmin şəxslərə təqdim olunaraq etirazlarının olub-olmaması soruşulmuşdur. Bu zaman həmin şəxslər vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra Rauf Salehova, Nizami Musayevə, Elvin Qurbanova və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərilərinə şəxsi axtarış, həmçinin Şahid14, Şahid16 və Şahid15 üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı izah olunmuşdur. Həmin şəxslər etiraz etməmiş, bundan sonra video çəkiliş başlanılmış və təhqiqatçı ilkin olaraq Rauf Salehova üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Daha sonra digər şəxslərin də üzərinə şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış başlanılmış və ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü, açarları, mobil telefonu və tibbi maskanı təqdim etmiş, sonuncunun təqdim etdiyi 02 ədəd bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş və bükümlər açıldıqda psixotrop maddə metamfetamin aşkar olunnuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 28 fevral 2022-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm qablaşdırılıb götürülsə də, açarlar, tibbi maska özünə qaytarılmış, həmçinin sonuncunun üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Bundan sonra digər şəxslərin də üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı 4 nəfər – X9, X5, X2 və Təqsirləndirilən şəxs barəsində daxil olmuşdur. Əməliyyat məlumatında qeyd olunmuşdur ki, şəxslər narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Üzərlərindən narkotik vasitə çıxsa da, bildiyi qədər onların bu vasitələrin satışı ilə məşğul olması istintaqda öz əksini tapmamışdır. Əməliyyat qrupunda 13 nəfər olmalarının səbəbi qeyd olunan 4 şəxsin idmançı kimi və gümrah görünmələri idi. Lakin onlar hadisə yerinə yaxınlaşdıqda qeyd olunan şəxslərin yanında əlavə 3 nəfərin də olmasını müəyyən etmişlər. Onların da üzərində qanunsuz əşya olması ehtimalını düşünərək onları da digər 4 nəfərlə birlikdə cəmi 7 nəfər olmaqla Baş İdarəyə dəvət etmişlər. Qeyd olunan şəxslərin heç biri saxlandığı zaman müqavimət göstərməmiş, bütün göstərişlərə tabe olmuşdur. Şəxsi axtarış və baxışın hadisə yerində aparılmamasının səbəbləri çox olmuşdur. Belə ki, hadisə yeri həm yolun kənarı olmaqla dar sahə idi, həmçinin orada yaxından keçən avtomobil yolunda avtomobillər sürətlə hərəkət etdiyi və hadisə zamanı hava soyuq və küləkli olduğu üçün şəxsi axtarış və baxış həmin şəxslər Baş İdarəyə gətirildikdən sonra həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid6, Şahid7, Şahid10, Şahid11 və Şahid13 Əlibala oğlu şahid X4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2, Şahid3, Şahid4, Şahid8, Şahid9, Şahid12, Şahid14, Şahid15 və Şahid16 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və mənzil açarlarını, şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu və 01 ədəd tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri 28 fevral 2022-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş mənzil açarları və 01 ədəd tibbi maska iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1242 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasi DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan dörd ədəd zərfdə: - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,005 qram, 3,190 qram, ümumi təmiz çəkisi 7,195 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahi İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-288/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuş, 22 yanvar 2016-cı il tarixdə cərimə bank hesabına tam şəkildə ödənilmişdir; Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 aprel 2022-ci il tarixli, 1860 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ramana qəsəbəsi, Yeni Ramana küçəsi 2 saylı evdə qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı X10, oğlu – 2009-cu il təvəllüdlü X6, 2010-cu il təvəllüdlü qızı X7, 2013-cü il təvəllüdlü oğlu X8 və 2018-ci il təvəllüdlü X3 ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 19 aprel 2022-ci il tarixli, 90 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana küçəsi 2 saylı evdə qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. AZ-İV № 188918 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Təqsirləndirilən şəxs 13 avqust 2018-ci il tarixdə anadan olmuş X13, AZ İİ № 240542 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, 17 yanvar 2009-cu il tarixdə anadan olmuş X6, AZ İİİ № 101247 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, 24 may 2013-cü il tarixdə anadan olmuş X8 və AZ İİ № 589516 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, 15 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 adlı övladları vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 10 mart 2022-ci il tarixli, 112/MEŞ nömrəli, canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 14 mart 2022-ci il tarixli, 811/K nömrəli, maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisitalar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 01 mart 2022-ci il tarixli, 1038 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 17 may 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD diskin sübut kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,095 qram qalmış psixotrop maddə metamfetaminin sübut kimi tanınması və təqsirləndirilən şəxsi tanış etdikdən sonra DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələr, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - himayəsində dörd azyaşlı övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş psixotrop maddənin qalıq çəkisi – 7,095 qram çəkidə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar