Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-366/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) – X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli. VTB (Azərbaycan) ASC-də işləyən, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhər Xətai rayonu. N.Tusi küçəsi ev 57, mənzil 71-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığna az ağır zərər vurmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Tucson” minik markalı, Az **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 08 yanvar 2022-ci il tarixdə, saat 13:30-da 40-45 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətinə yolun sağ kənarından sola doğru 1-ci hərəkət zolağı ilə idarə edərkən 37.5 metr məsafədə piyada X2 yolu sağdan sola keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığından və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və sürücü Təqsirləndirilən şəxs həmin tələbləri yerinə yetirməklə yol-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olsa da, onun tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozması Ak. Həsən Əliyev küçəsi 577-599 ünvanının qarşısında piyada Rəhman Hüseynzadəni avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş R.N.Hüseynzadənin üzün yumşaq toxumalarının əzilməsi, alt çənənin və əng sümüyünün alveol hissəsinin sınıqları, üst çənədə solda 4- 5-6-7-8-9-10, alt çənədə soldan 3-4-5 dişlərin travmatik çıxığı, alt çənədə ön kəsici dişin yarısından sınması, üst çənədə ön kəsici dişin laxlaması, baş beyin sirkələnməsi, sol qaşüstü nahiyəsinin və hər iki dodağın əzilmiş-cırılmış yaralarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində idarə eldiyi “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə hərəkət edib sol tərəfə dönüb Həsən Əliyev küçəsi istiqamətinə doğru hərəkətini davam etdirib piyada zolağının qarşısından əks istiqamətə piyada keçidindən avtomaşını saxlamış və piyada yolu keçdikdən sonra həmin istiqamətə sağdan birinci zolaqla 40-45 km/saat sürətlə hərəkətini davam etdirmişdir. O, hərəkətdə olarkən qarşıda yolun sağ tərəf səkidə bir cavan oğlanın dayandığını görmüş, həmin piyada yolu keçib tunelin başlanğıc hissəsinə səkiyə qalxıb dayanmış vəziyyətdə olmuşdur. O, hərəkətini davam etdirərkən həmin cavan oğlanı görürmüş və piyada səkidən yolun hərəkət hissəsinə daxil olub təxminən 2-2.5 metr məsafə qət etdikdə piyadanı görüb dərhal əyləcdən istifadə etmişdir. Lakin buna baxmayaraq həmin piyadanı avtomobilin ön hisəssi ilə vurmuş və piyada yerə yıxılmışdır. Bundan sonra avtomaşını saxlayıb yanında oturan həyat yoldaşı ilə birgə avtomaşından düşüb piyadaya yaxınlaşıb köməklik göstərməyə çalışmışlar. Daha sonra TTYS çağırılmış, bir müddət sonra piyada X17 aparılmış və onlarda taksi ilə piyadanın arxasınca getmişlər. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində Nərimanov rayonu Həsən Əliyev küçəsində yolu sağdan sola keçib tunelin sağ hissəsində olan səkidə dayanmışdır. Qarşısında bir nələr piyadanın yolu keçməsini görmüş, həmin piyada yolu keçdikdən sonra o, soldan gələn avtomaşınların uzaqda olmasını görüb hərəkət hissəyə daxil olub yolu sağdan sola doğru iti addımlarla keçməyə başlamışdır.Bu zaman baş nahiyəsindən xəsarət alıb yerə yıxılmış, ayılanda xəstəxanada olduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, o, yolu keçərkən Koroğlu Rəhimov küçəsi istiqamətindən hərəkədə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə, saat 13:30 radalərində Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küçəsində oğlu Rəhman Hüseynzadə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş, nəticədə oğlu az ağır dərəcəli bədən xəsarəti almışdır. Belə ki, oğlunun hazırki və sonrakı müalicəsi üçün 14.050 manat vəsait lazımdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs onlara dəymiş zərəri tamamilə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində həyat yoldaşı Aygünün idarə etdiyi “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə imişlər. Avtomaşını Aygün idarə edirdi, o isə onun yanında sağ qabaq oturacaqda əyləşmişdir. Həyat yoldaşı Aygünün idarə etdiyi avtomaşınla tunelə tərəf yaxınlaşanda qarşılarına bir uşaq qəflətən çıxdı. Uşaq qəflətən yola çıxdığından Aygün avtomaşında əyləcdən istifadə etsə də, avtomaşını saxlaya bilmədi və uşaq avtomaşının qabaq hissəsinə dəyib yerə yıxıldı. Bu zaman Aygün dərhal avtomaşını saxladı və onlar avtomaşından düşüb piyada uşağa yaxınlaşıb təcili ona köməklik edib təcili yardım çağırmışlar və bir müddət sonra piyadanı X17 aparmışlar. Onlar isə taksi ilə onların arxasınca xəstəxanaya getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 08 yanvar 2022-ci il tarixli, 2/1058 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. AC seriyalı, 346666 nömrəli sürücülük vəqisəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. Sürücülük vəsiqəsinin verilmə tarixi xx.xx.2016-cı ildir və xx.xx.2026-cı ilə qədər etibarlıdır. AB № 622237 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, **-LL-*** dövlət qeydiyyat nişanlı, KMHJTB1BOBU258987 ban nömrəli, 2000 sm3 mühərrikli, ağ rəngli “Hyundai Tucson” minik markalı avtomaşın X11 məxsusdur. xx.xx.2019-cu il tarixdə X12 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, **-LL-*** dövlət qeydiyyat nişanlı, KMHJTB1BOBU258987 ban nömrəli, 2000 sm3 mühərrikli, ağ rəngli “Hyundai Tucson” minik markalı maşının idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X16 18 yanvar 2022-ci il tarixli, 49 №-li rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər - yumşaq toxumalarının əzilməsi, alt çənənin və əng sümüyünün alveol hissəsinin sınıqları, üst çənədə solda 4- 5-6-7-8-9-10, alt çənədə soldan 3-4-5 dişlərin toravmatik çıxığı, alt çənədə ön kəsici dişin yarısından sınması, üst çənədə ön kəsici dişin laxlaması, baş beyin sirkələnməsi, sol qaşüstü nahiyəsinin və hər iki dodağın əzilmiş-cırılmış yaraları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür. Dərəcəsinə görə sağlamlğının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. “Diskə baxış keçirilməsi haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-017 nömrəli kameralarının xx.xx.2022-ci il saat 13:30-dan 13:32-dək olan müddətədək olan videogörüntülərə baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda gündüz hava şəraitində ünvan 1 ünvanın qarşısında “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin K.Rəhimov küçəsi istiqamətindən Atatürk küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən tunelin giriş hissəsində yolu sağdan sola keçən piyadanı qarşı hissəsi ilə vurması, daha sonra dayanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 29 mart 2022-ci il tarixli, 016- 37045-1222 nömrəli məktubundan görünür ki, DİN-in Baş X19 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 346666 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 8/406 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Hyundai Tucson” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, iş üzrə “Hyundai Tucson” minik markalı, AZ **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsinin nəzərə alınması, iş üzrə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi piyadanın vurulmasına dair video görüntünü əks etdirən 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Aydln qızı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 17 may 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) – X4 və zərərçəkmiş şəxs X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə tam barışmışlar. Belə ki, təqsirləndirilən şəxs onlara dəymiş maddi və mənəvi ziyanı tam ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkənlə və onun qanuni nümayəndəsi ilə tam barışıq əldə etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X6 ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs X6 arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - «Hyundai Tucson» markalı, Az **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut - « Hyundai Tucson » markalı, Az **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayətinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-366/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-366/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver