Məhkəmə qərarları › İş №1(005)-366/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-366/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-366/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, X2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Honda Civic" minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində “Gənclik” metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətinə doğru saatda 60-70 km sürətlə avtobuslar üçün nəzərdə tutulmuş (sağ) zolaqda hərəkətdə olarkən «X9» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı; «X9» Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli; «X9» Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin 4-cü hissəsininin tələblərinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda avtomobili düzünə idarə etməməli; «X9» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələblərə əməl etməyib, qeyd olunan yol hərəkət qaydalarını pozması nəticəsində idarəetməni itirərək əvvəlcə ikinci (sol) zolaqda dayanan “BMW 328İ markalı avtomobilin yan hissəsinə, daha sonra onun qarşısında dayanan “Skoda Rapid" markalı avtomobilin arxa sağ yan hissəsinə dəydikdən sonra onun idarə etdiyi “Honda Civic” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin aşması, həmin avtomaşının qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən, sağlamlığa AZ AĞİR zərər vurmaya xarakterik xəsarət almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023cü il tarixdə X1 hər gün sonuncuya 20 manat ödəmək şərti ilə “Honda Civic” markalı **-EZ-*** qeydiyyat nişanlı avtomobil almış, sürücülük hüququ olmadığından avtomobilin dəyəri tam ödənilənədək atası X5 adına nəqliyyat vasitəsindən istifadə etməsinə dair etibarnamə almış, həmin avtomobil ilə taksi fəaliyyəti göstərmək məqsədi ilə atasının adından “Uber” taksi proqramından qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman saat təxminən 17:50 radələrində mobil telefonuna “Uber" taksi proqramından daxil olmuş məlumata əsasən “Gənclik" metrostansiyası yaxınlığında onu gözləyən, adını sonradan bildiyi müştəri - Zərərçəkmiş şəxs avtomaşının qabağa sağ oturacağına əyləşdirib, onun xahişi ilə “Azadlıq" metrostansiyası istiqamətinə yola düşmüş, saat təqribən 18:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində “Gənclik” metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətində istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq avtobus üçün nəzərədə tutulmuş zolaqda hərəkət etmiş, daha sonra idarəetməni itirib yolun sol zolağında dayanmış “BMW 328İ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan hissəsinə, daha sonra onun qarşısında dayanan “Skoda Rapid" markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə onun idarə etdiyi avtomobil aşmışdır. Avtomaşında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs xəsarət almışdır. Əlavə olaraq göstərmişdir ki, “Skoda Rapid" markalı avtomobil zərbənin təsirindən qabağında durmuş “Kia Ceed” markalı **-XG-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Əməlindən peşmandır. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:50 radələrində mobil telefonunda olan taksi proqramı vasitəsi ilə Nərimanov rayonunda yerləşən “Gənclik" metrostansiyasının yaxınlığından “Azadlıq" metrostansiyasının yaxınlığına getmək üçün taksi sifariş vermişdir. Sifarişi qəbul olunandan sonra gəlmiş tünd göy rəngli “Honda Civic” markalı üzərində taksi nişanı olan avtomobilin qabağ sağ oturacağında əyləşmişdir. Yolda olarkən saat təxminən 18:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində “Gənclik” metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətində adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs avtobuslar üçün nəzərdə tutulan zolaqda avtomobili idarə edərkən idarəetməni itirib, əvvəlcə ikinci (sol) zolaqda dayanan “BMW 328İ” markalı avtomobilin yan hissəsinə, daha sonra onun qarşısında dayanan “Skoda Rapid” markalı avtomobilə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda Civic” markalı avtomobil aşmışdır. Zərərçəkmiş şəxs avtomaşında olarkən xəsarət almışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs qeyd etmişdir ki, o, avtomobilə əyləşdiyi zaman təhlükəsizlik kəməri taxmamış və hadisə olan zaman burnu ilə avtomobilin ciıaz panelinə dəymişdi. Avtomobil aşandan sonra o, avtomobilin qapısı açılmadığı, şüşəsi isə enmədiyi üçün Təqsirləndirilən şəxs köməyi ilə avtomobili sürücü qapısından tərk etmişdir. Ondan sonra orada olan tanımadığı şəxslər Zərərçəkmiş şəxs su verib, təcili tibbi yardımı çağırmışlar. O isə təcili tibbi yardımından imtina edərək, telefon vasitəsi ilə dostlarını çağırıb onlarla Semaşko adına xəstəxanaya getmişdir. Orada müayinə aldıqdan sonra Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişən qapalı sınması müəyyən edilmişdir. Ona dəymiş xəsarətə görə maddi yardım göstərilməyib. Hal-hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Ceəd” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində üzü “Gənclik" metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətində ikinci zolaqda qırmızı işıqda dayandığı zaman arxadan gələn ‘Honda Civic” markalı avtomobil ondan arxada dayanan “Skoda” markalı avtomobilə deyrrişdir. Həmin “Skoda” markalı avtomobil zərbənin təsirindən onun avtomobilinin arxa hissəsinə dəymişir. “Honda Civic" markalı avtomobildə əyləşən sərnişin xəsarət almışdır. Başqa keç kim xəsarət almamışdır. İbtidai istintaq zamanı dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində üzü “Gənclik” metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətində ikinci zolaqda qırmızı işıqda dayanmışdır. Bu zaman arxadan gələn “Honda Civic” markalı avtomobil onun avtomobilinin sağ yan hissəsinə dəyib keçib, qarşıdakı avtomobilə dəyərək aşmışdır. Hadisə nəticəsində Şahid1 avtomobilinin sağ yan güzgüsü qırılmış və sağ yan hissəsi sürtülmüşdür. “Honda Civic” markalı avtomobildə əyləşən sərnişin xəsarət almışdır. Başqa keç kim xəsarət almamışdır. İbtidai istintaq zamanı dindirilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində özünə məxsus olan “Skoda Rapid" markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində üzü “Gənclik" metrostansiyası istiqamətindən Məmməd Araz küçəsi istiqamətində ikinci zolaqda qırmızı işıqda dayanmışdır. Bu zaman arxadan gələn “Honda Civic” markalı avtomobil ondan arxada dayanan “BMW” markalı avtomobilə dəydikdən sonra Şahid2 avtomobilinin arxa sağ yan hissəsində dəydi, zərbənin təsirindən o, qarşıda dayanan “Kıa” markalı avtomobilə dəymişdir. Həmin “Honda” markalı avtomobil Şahid2 avtomobilinin arxa sağ yan hissəsində dəydikdən sonra aşmışdır. “Honda Civic” markalı avtomobildə əyləşən sərnişin xəsarət almışdır. Başqa keç kim xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti M.Araz küçəsi istiqamətində baş vermişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/49801 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11n Nərimanov rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 343 M saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına tərtib edimiş sənəddə qeyd edilən xəsarət - burun sümüyünün yerdəyişən qapalı sınığı - küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbə olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X11 tərəfindən verilmiş № 3077, 09 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının 05 mart 2024-cü il tarixli 8/396 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Honda Civic” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X9" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Sürücü Təqsirləndirilən şəxs avtomobili 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yolda düzünə idarə etməsi şəraitində onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. “Qətimkan tədbiri seçilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-50/2-3493 və Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16/2- 23829/2024 nömrəli sorğulara cavab məktublarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 1663 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 23 fevral 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlər ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. “X9” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “X9” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. “X9” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38- 1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi, zərərçəkmişlə barışması ona dəyən zərəri ödəməsini, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallara əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar