Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-367/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi iştirakları ilə, 05 avqust 1983-cü ildə Ağsu rayonu, Cəbrayıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmayan, Ağsu şəhəri, Ş.Qurbanov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış sahəsi ünvanında kirayə yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istiladə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində 800 manat məvacibi olan məsləhətçi vəzifəsinə düzəldəcəyinə və Zərərçəkmiş şəxs1 anası Validə Zülfüqarovanın xəstəliyi ilə bağlı pensiyasını bərpa edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib onu aldadaraq bu məqsədlə əvvəlcə Zərərçəkmiş şəxs1 anası Validə Zülfüqarovanın pensiyasının bərpa edilməsi üçün 03 noyabr 2021-ci il tarixdə, saat 12:59:43-də Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 400 manat pul vəsaitini, sonra Zərərçəkmiş şəxs1 özünün işə düzəlməsi ilə bağlı 08 noyabr 2021-ci il tarixdə, saat 13:10-da ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən onun "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 820 manat və həmin tarixdə, saat 13:14:16-da ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən onun "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 1.180 manat pul vəsaitini, eyni məqsədlə 11 noyabr 2021-ci il tarixdə, saat 14:18də ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən onun "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 1.000 manat pul vəsaitini və sonuncu dəfə Zərərçəkmiş şəxs1 anası Validə Zülfüqarovanın pensiyasının bərpa edilməsi üçün 12 noyabr 2021-ci il tarixdə, saat 13:19:36-da Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən onun "Kapital Bank“ ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 200 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsindən qəbul edib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3.600 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sosial yardım düzəldəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs2 qızı Şahid adına olan "xxxx" ASC-yə aid hesab nömrəsindən mobil bank tətbiqi vasitəsilə Şahid tərəfindən 01 noyabr 2021-ci il tarixdə, saat 13:40:56-da ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu Zərərçəkmiş şəxs2 məxsus 600 manat pul vəsaitini, Zərərçəkmiş şəxs2 tərəfindən 02 noyabr 2021-ci il tarixdə, saat 16:26-da Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küpəsi 24 ünvanında yerləşən "xxxx" ASC-nin “Gəncə” filialına məxsus ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 600 manat pul vəsaitini, 2021-ci ilin noyabr ayının ortalarında ünvan 6 ünvanda yerləşən “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 600 manat pul vəsaitini, 03 dekabr 2021-ci il tarixdə, saat 15:08:49-da Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 600 manat pul vəsaitini, 04 dekabr 2021-ci il tarixdə, saat 14:37:11 -də Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüş olduğu 600 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsindən qəbul etmiş, bundan sonra eyni məqsədlə 05 dekabr 2021-ci il tarixdə ünvan 8 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 nağd şəkildə 600 manat pul vəsaitini və 400 manat dəyərində qadın qızıl üzüyünü Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 4.000 manat ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 10 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış sahəsi ünvanında kirayədə yaşayır. İlk rəsmi nikahdan onun iki yetkinlik yaşına çatmayan uşağı, qeyri rəsmi nikahda olduğu X1 isə himayəsində bir azyaşlı uşağı var. Psixi cəhətdən sağlamdır və heç bir psixiatrik qeydiyyatda deyil. 2004-cü ildən 2005-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olmuş və fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. Belə ki, evlərdə təmir işləri görmüşdür. 2020-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə araşdırması aparılan cinayət işinin icraatına xitam verilmiş və bundan başqa o, heç bir cinayət törətməmiş, həmçinin onun məhkumluğu olmamışdır. 2021-ci ildən tikinti-təmir işləri olmadığından “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Bakı şəhərində, Respublikanın digər rayonlarında taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin yayında onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə mobil telefon nömrəsini unutduğu nömrədən internet səhifələrindən birində tanış olduğu Vəfa ona zəng edib Kürdəmir postundan onu və xalası Zərərçəkmiş şəxs2 qarşılayıb avtomobili ilə onları Bakı şəhərinə aparmağını xahiş etdikdə o, həmin gün Ucar rayonunda olduğu üçün Vəfaya onları Bakı şəhərinə apara biləcəyini deyib onları gecə vaxtı Kürdəmir postundan götürüb Bakı şəhərinə gətirmişdir. Həmin günə qədər o, nə Vəfanı, nədə ki, Zərərçəkmiş şəxs2 görməmişdir və elə həmin günü də onların hər ikisi ilə Kürdəmir Bakı yolunda avtomobilində tanış olmuşdur. Bakı şəhərinə çatdıqdan sonra Vəfanı və Zərərçəkmiş şəxs2 Laçının Bakı şəhərində yaşadığı “Bakı” əyləncə mərkəzi ilə üzbəüz olan evinə aparmış, səhəri günü həmin evdə oturub yemək yeyib çay içmişlər. Beləliklə də Vəfa və onun xalası Laçınla tanış olmuşdur. Bir neçə gün sonra Vəfanı “Bakı Beynəlxalq” avtovağzalından taksi ilə Gəncə şəhərinə yola salmışdır. Bundan sonra Laçına məxsus çaydanı təmir etdirib çaydanı Laçının yaşadığı evə aparıb təhvil verəndə Laçın onu öz evinə çay içməyə dəvət etmişdir. Beləcə də Laçınla söhbət zamanı Laçına ondan xoşu gəldiyini dedikdə Laçın ona dost kimi onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Beləliklə də həmin gündən sonra Laçınla münasibətləri yaranmış və Laçınla telefon əlaqəsi saxlamağa başlamışdır. İlk görüşdən sonra bir neçə gün sonra Zərərçəkmiş şəxs2 Ucar rayonunda qarşılayıb avtomobili ilə onu Bakı şəhərinə gətirmiş və 3-4 saat Laçınla birlikdə “Ağ” oteldə qalmışlar və sonra isə oteldən çıxıb Laçını qızı Ayselin yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evinə gətirmişdir. Beləliklə də Laçınla tez-tez görüşməyə başlamış, o, Laçının evinə, Laçın da onun evinə, bəzən isə otelə gedib gəlməyə başlamışlar. Zərərçəkmiş şəxs2 dedikləri həqiqətə uyğun deyil. Laçının qızı Ayseli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltmək üçün Laçından 8000 manat pul istəməmişdir. Zərərçəkmiş şəxs2 sosial yardım düzəltmək üçün 3600 manat pul və qızıl üzüyünü Laçından almamışdır. Laçın ona 1800 manat pulu başqa şəxslərə sosial vardım düzəltmək üçün vermişdir. Belə ki, Laçın 1800 manat pulun ona çatan pul olduğunu, özünün isə pul aldığı şəxslərdən öz qazancını götürdüyünü ona demişdir. Laçınla onun münasibəti çox yaxın olduğundan Laçın ona xərcləmək üçün hissə-hissə 300-400 manat pulu bəzən özü vermiş, bəzən isə Laçın onun "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürmüşdür. Laçının özünə sosial yardım düzəltmək adı ilə Laçından 3600 manat pul və 400 manat dəyərində qızıl üzüyünü almamış və Laçın bu barədə yalan danışır. Laçının ona verdiyi qızıl üzüyü Laçından aldıqdan sonra 2021-ci ilin sonlarına yaxın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində qızıl alqı-satqı mağazasında 80 manata satmış və həmin pulu ikisinə xərcləmişdir. Bundan başqa həmin ərəfədə Laçın onu Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Belə ki, istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş və zəng edən şəxs ona Təhminə olduğunu və telefon nömrəsini Laçından aldığını demişdir. Bu danışıq 2021-ci ilin noyabr ayının ilk günlərində olmuşdur. Telefonda olan söhbət zamanı Təhminə işə düzəlmək üçün ona zəng etdiyini deyəndə o, Təhminəyə demişdir ki, özü haqqında olan məlumatları yazıb “Whatsapp” vasitəsi ilə ona göndərsin. Elə həmin gün Təhminə özünə məxsus məlumatları yazıb onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Təhminəyə onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəldə biləcəyini, aylıq əmək haqqı 800 manat olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltmək üçün 5000 manat pul lazım olduğunu dedikdə Təhminə ona o qədər pulunun olmadığını, 3000 manat pulu əvvəlcədən ona verəcəyini, 1000 manat pulu isə iş düzəldikdən sonra verəcəyini demişdir. Bundan başqa Təhminə anası Validə Zülfiiqarovanın xəstəliklə bağlı pensiya aldığını, lakin hazırda anasının pensiyasının verilmədiyini və kəsildiyini deyib ondan anasına kömək etməyini xahiş etdikdə Təhminəyə 1000 manat pula anasının pensiyasını bərpa edə biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə X2 xəstəliklə bağlı aldığı pensiyasının bərpası ilə əlaqədar Göygöl rayonundan “MilliÖn” terminalından onun adına olan 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə 400 manat göndərmişdir. Təhminə öz işinə görə xx.xx.2021-ci il tarixdə 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə 2000 manat, xx.xx.2021-ci il tarixdə “MilliÖn” terminalından 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə 1000 manat pul göndərmişdir. Pulları Bakı şəhərində müxtəlif bankomatlardan qəbul etmiş və hər dəfə qəbul edəndə bu barədə Təhminə xanıma zəng edib məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə isə Təhminə anası Validə Zülfiiqarovanın xəstəliklə bağlı aldığı pensiyasının bərpası ilə əlaqədar “MilliÖn” terminalından 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə 600 manat pulun qalan 200 manat hissəsini göndərmişdir. Pulları çıxardığı bankomatları dəqiq xatırlaya bilmir. Təhminədən pul alsa da, nə Təhminənin anasının pensiyasını nə bərpa bərpa etmiş, nədə ki, Təhminənin özünü vəd verdiyi işə düzəldə bilməmişdir. Təhminədən aldığı 3600 manat pulu öz ehtiyaclarına xərcləmişdir.Təhminənin və anasının pensiyasının bərpası ilə bağlı hər hansı vəzifəli şəxsə pul verməmişdir. 5404 0852 3829 0250 saylı "xxxx" ASC-yə məxsus elektron pul kartını o, naməlum şəraitdə itirdiyi üçün təqdim edə bilmir. Təhminə düz deyir. Elçin adlı şəxsin adından onun özü Təhminənin telefonunun “Whatsapp” proqramına mesaj yazmışdır.Ancaq Təhminənin onu tanımaması üçün Elçin adından mesaj yazmışdır ki, Təhminəni işə düzəlməsinə görə inandıra bilsin. Elçin adı ilə Təhminəyə mesaj yazan da onun özü olmuş və bu onun uydurması olmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyinin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olsa da, ünvan 12-də ailəsi ilə birlikdə yaşayır. Hazırda subaydır və heç bir yerdə işləmir. 2021-ci ilin noyabr ayının 1-də tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 uzun illərdir ki, onun ailəsi tanışdır. Zamiq həmin ərəfədə ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Uzun müddət işsiz olduğu üçün iş axtarırmış və həmin vaxt Laçın xala ilə söhbət əsnasında Laçın xala ona bildirmişdir ki, onun Zamiq adlı tanışı var və Zamiq özü Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində məsul vəzifədə işləyir və Zamiqin imkanı var ki, hər hansı bir şəxsi həmin nazirlikdə müəyyən işə düzəltsin. Bundan sonra o, Laçın xaladan xahiş etmişdir ki. Zamiqi onunla tanış etsin. Laçın xala Zamiqə məxsus mobil telefon nömrəsini ona bildirərək özünün onunla danışmağını demişdir. Laçın xaladan Zamiqin nömrəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Zamiqə zəng edib Zamiqə bildirmişdir ki, onun telefon nömrəsini ona Laçın xala verib və işə düzəlmək üçün müraciət etmişdir. Zamiq isə ona bildirmişdir ki, o, özü haqqında olan məlumatları ona yazıb “Whatsapp” vasitəsi ilə ona göndərsin. Elə həmin gün özünə məxsus məlumatları yazıb Zamiqə məxsus ***-***-**-** mobil telefon nömrəsində işləyən “Whatsapp” proqramına göndərmişdir. Həmin gün axşam Zamiq ona zəng edərək bildirmişdir ki, ona məxus məlumatları oxumuş və onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldə bilər. Zamiq ona bildirmişdir ki, onu aylıq əmək haqqısı 800 manat olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltməsi üçün 5000 manat pul lazım olacaq. Zamiqə həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan sonra Zamiq onu qeyd etdiyi işə düzəltməsi üçün odan 3000 manat pulu əvvəlcədən verməyini, 1000 manat pulu isə iş düzəldikdən sonra ona verəcəyini bildirmişdir. Bundan başqa, o, Zamiqə bildirmişdir ki, anası Validə Zülfüqarova xəstəliklə əlaqədar pensiya alır, lakin hazırda anasının pensiyası verilmir və bununla əlaqədar Zamiqdən hər hansı bir köməklik göstərə bilib bilməyəcəyini soruşmuşduqda Zamiq bildirmişdir ki, 1000 manat müqabilində anasının pensiyasını yenidən bərpa edə bilər. 1000 manat pul verə bilməyəcəyini Zamiqə bildirdikdən sonra Zamiqin həmin işi 600 manat müqabilində düzəldəcəyi barədə Zamiqlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə, saat 12:59-da anası Validə Zülfüqarovanın xəstəliklə bağlı aldığı pensiyasının bərpası ilə əlaqədar Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marektdə quraşdırılmış “Milliön” terminalından Təqsirləndirilən şəxs adına olan 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə Zamiqlə razılaşdığı 600 manat pulun 400 manat hissəsini göndərmişdir. Elə həmin gün Zamiq ona məxsus mobil nömrəsində işləyən “Whatsapp” proqramına göndərdiyi 600 manat pulu əldə etdiyini yazmışdır. xx.xx.2021-ci il tarixdə, saat 13:14də Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində işə düzəlməyi üçün ünvan 3 ünvanında yerləşən “Neptun” marketdə yerləşən “Milliön” terminalından Təqsirləndirilən şəxs adına olan 5404 0852 3829 0250 saylı "xxxx" da olan hesab nömrəsinə 2000 manat pul göndərmişdir. Elə həmin gün Zamiq ona məxsus mobil nömrəyə zəng edərək 2000 manat pulu əldə etdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 14:18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəlməyi üçün ünvan 3 ünvanında yerləşən “Neptun” marketdə yerləşən “Milliön” terminalından Təqsirləndirilən şəxs adına olan 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə 1000 manat pul göndərmişdir. Elə həmin gün Zamiq ona məxsus mobil nömrəyə zəng edərək 1000 manat pulu əldə etdiyini bildirmişdir. Beləliklə Zamiq ilə razılaşdığı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəlməyi üçün Zamiqə verməli olduğu 3000 manat pulu Zamiqə öz istəyi ilə ona məxsus hesab nömrəsinə köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 13:19-da anası Validə Zülftiqarovanın xəstəliklə bağlı aldığı pensiyasının bərpası ilə əlaqədar Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” terminalından Təqsirləndirilən şəxs adına olan 5404 0852 3829 0250 saylı "xxxx"-da olan hesab nömrəsinə Zamiqlə razılaşdıqları 600 manat pulun qalan 200 manat hissəsini göndərmişdir. Elə həmin gün Zamiq ona məxsus mobil nömrədə işləyən “Whatsapp” proqramına göndərdiyi 200 manat pulu əldə etdiyini yazmışdır. Bundan sonra Zamiq ona bildirmişdir ki, təxminən 1 həftə sonra o, həm onun, həm də anasının işini düzəldəcək. Yuxarıda göstərilən müddət ərzində o, Təqsirləndirilən şəxs özünü görməmişdir, Zamiqlə yalnız telefon vasitəsi ilə danışmışdır. Təxminən bir həftə sonra Zamiq ona zəng vuraraq hazır olmağını və onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəvət olunacağını bildirmişdir. Lakin bu hal bir neçə dəfə təkrarlansa da, onu heç kim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəvət etməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 11:47-də ***-***-**-** mobil telefon nömrəsindən onun işlətdiyi “Whatsapp” proqramına mesaj gəlmiş və həmin mesajın mətnində həmin şəxs Elçin müəllim olduğunu, Elçin müəllim kimi özünü təqdim edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlar şöbəsində işlədiyini və ona yaşayış yerindən arayış almağını bildirmişdir. O, dərhal həmin mobil telefon nömrəsinə zəng etsə də, həmin mobil telefon nömrəsindən heç kim cavab verməmişdir. Elçin müəllim kimi özünü təqdim etmiş şəxs tərəfindən ondan istənilən arayışı o, hazırladıb ona yenidən zəng etsə də, Elçin yenə də ona cavab verməmişdir. Bundan sonra həmin mobil telefon nömərsindən ona məxsus “Whatsapp" proqramına eyni məzmunlu mesajlar yazaraq gözləməyini və qısa müddətdə onu nazirliyə dəvət edəcəyini bildirmişdir. Bundan sonra o, özünü Elçin kimi təqdim edən şəxsin də Təqsirləndirilən şəxs olduğu qənaətinə gəlmişdir, çünki Zamiq onunla heç vaxt telefon vasitəsi ilə danışmamışdır və onunla yalnız mesaj ilə danışmışdır. xx.xx.2021-ci il tarixdə Zamiq ona məxsus mobil telefon nömrəsində işlədilən “Whatsapp” proqramına səsli mesaj yollayaraq sabahı gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 10:00-da “Nizami” metrostansiyasının yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında olmağını bildirmişdir. Zamiqin bildirdiyi vaxt, yəni xx.xx.2021-ci il tarixdə, saat 10:00-da “Nizami” metrostansiyasının yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısına gəlmiş və ilk dəfə Təqsirləndirilən şəxsla həmin yerdə görüşmüşdür. Zamiq həmin yerdə ona bildirmişdir ki, o yaxınlıqda yerləşən kafelərin birində oturub təxminən bir saat gözləsin ki, onu həmin nazirlikdən çağıracaqlar. Lakin o, saat 13:00-dək yaxınlıqda yerləşən “Qoç-Ət” kafesində oturub ona nazirlikdən gələcək zəngi gözləsə də, ona heç kim zəng etməmişdir. Bundan sonra Zamiqə zəng etmiş və əvvəlcə Zamiq telefona cavab verməsə də, sonradan Zamiq onun zənginə cavab verdikdə Zamiqdən nə üçün onu aldatdığını sorşduqda Zamiq ona cavab verməyərək telefon danışığını kəsmiş və sonra ona məxsus mobil telefon nömrəsində işləyən “Whatsapp” proqramına yazaraq onun pulunu qaytaracağını bildirmişdir. Bundan sonra dəfələrlə Zamiqə zəng edib pulunu tələb etsə də, Zamiq pulu qaytaracağına söz versə də, onun pulunu qaytarmamışdır. Bundan sonra o, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gedərək Təqsirləndirilən şəxs barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ona ümumilikdə 3600 manat ziyan vurmuşdur. İlkin izahat və ifadəsində o, Təqsirləndirilən şəxs "xxxx" hesabına köçürtdüyü ödəmə terminallarının adlarını səhv saldığı üçün səhv qeyd etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 12:59:43 saniyədə Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 400 manat, xx.xx.2021-ci il tarixdə, saat 13:10 saniyədə ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 820 manat və həmin tarixdə saat 13:14:16 saniyədə ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə 1.180 manat, xx.xx.2021-ci il tarixdə, saat 14:18 saniyədə ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 1.000 manat. xx.xx.2021-ci il tarixdə, saat 13:19:36 saniyədə Göygöl rayonu, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 200 manat köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 13:14 radələrində ünvan 3 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı ilə yox. məhz həmin ünvanda yerləşən “eManat” terminalı ilə 820 manatı Təqsirləndirilən şəxs bank hesabına köçürtmüşdür. Odur ki, həmin “eManat” terminalının səhvən həmin tarixdə “MilliÖn” terminalı kimi səhvən qeyd etdiyi nəzərə alınmalıdır. Ödənişləri onun istintaqa təqdim etdiyi qəbzlər də təsdiq edə bilər. Zərərçəkmiş şəxs1 məhkəmədə ona dəyən \ərərin tam ödənilməsini,onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda evlidir və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun ailəvi dostu olmaqla həm də qızı Şahid rəfiqəsidir. Təqsirləndirilən şəxs ilə o, bacısı qızı Vəfanın vasitəsilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onun bacısı qızı ilə həmin ərəfədə ailə qurmaq niyyətində olsa da, daha sonra onların evlilik məsələsi baş tutmamışdır. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs özünü ona və ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edib həmin nazirliklə bağlı yarana biləcək bütün məsələlərin həllində, həmçinin işə düzəlmək üçün kim müraciət etsə, bu məsələdə kömək etmək imkanının olduğunu demişdir. Zamiqə onun qızı Şahid işə düzəltmək istədiyini dedikdə Zamiq qızı ondan Ayseli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq əmək haqqısı 800 manat olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltməsi üçün 8000 manat pul istəmiş, lakin Zamiqlə razılaşmadıqda Zamiq ona 3600 manata sosial yardım düzəldə biləcəyini dedikdə Zamiqin bu təklifi ilə razılaşmış və Zamiqə 3600 manat pulu hissə-hissə ödəməyə başlamışdır. Belə ki, o, ilk dəfə qızı Şahid 600 manat vermişdir ki, qızı özünə məxsus "xxxx" bank tətbiqi vasitəsilə Zamiqə pul göndərsin. Qızı Aysel də xx.xx.2021-ci il tarixdə, saat 13:40:56 radələrində Təqsirləndirilən şəxs məxsus “Kapital Bank’' ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 600 manat köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 16:26 radələrində o, Gəncə şəhərində yerləşən "xxxx" ASC-nin ödəmə terminalından Zamiqin "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 600 manat göndərmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Gəncə şəhərində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə yenidən Zamiqin “Kapital Bank" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 600 manat, xx.xx.2021-ci il tarixdə, saat 15:08:49 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” ödəmə terminalında "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 600 manat və xx.xx.2021-ci il tarixdə, saat 14:37:11 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” ödəmə terminalından "xxxx" ASCyə aid 5404 0852 3829 0250 hesab nömrəsinə 600 manatı göndərmişdir. Sonuncu dəfə o, 600 manat pulu və 400 manat dəyərində qadın qızıl üzüyünü xx.xx.2021-ci il tarixdə Zamiqə ünvan 14 ünvanın qarşısında vermişdir. Bundan başqa o, bu barədə qızı Ayselin rəfiqəsi Təhminəyə danışdıqda Təliminə ondan xahiş etmişdir ki, Zamiqlə danışıb onu da işə düzəltməsini Zamiqdən xahiş etsin. Zamiqə məxsus mobil telefon nömrəsini Təhminəyə bildirib Təhminənin özünün Zamiqlə danışmağını demiş, daha sonra Təhminə özü Zamiqin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Zamiqlə danışmış və danışıq zaman Zamiq Təhminəyə onu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq əmək haqqısı 800 manat olan “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltməsi üçün Təhminədən 5000 manat pul istəmişdir. Təhminə Zamiqə həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki. Zamiq Təhminənin işə düzəltməsi üçün Təhminədən 3000 manat pulu əvvəlcədən, 1000 manat pulu isə iş düzəldikdən sonra Zamiqə verməli olduğunu Təhminəyə deyib. Təqsirləndirilən şəxs Təhminənin anası Validə Zülfüqarovanın xəstəliyi ilə bağlı pensiyasının bərpa edilməsi üçün Təhminədən 600 manat, Təhminəni işə düzəltmək adı ilə isə Təhminədən 3000 manat pul alıb qaytarmamışdır. Daha sonra ona məlum olmuşdur ki. Zamiq Hüsyenov istər Təhminənin anasına pensiyanı və istərsə də Təhminənin özünə işə düzəltmək üçün almış olduğu 3600 manat pulu alıb qaytarmamışdır. Bu barədə ona Təhminənin özü danışmış və Təhminə Zamiqdən pulu alıb qaytarmaqda ona köməklik etməsini ondan xahiş etdikdə o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib Zamiqə Təhminədən almış olduğu 3600 manat pulu qaytarmasını xahiş edəndə Zamiq Təhminənin pulunu qaytaracağına vəd versə də, nə Təhminənin, nədə ki onun 3600 manat pulunu və 400 manat dəyərində üzüyünü qaytarmayıb onlara qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona sosial yardım düzəltməsi üçün ondan qızı Şahid "xxxx" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə həmin bankda olan hesab nömrəsindən xx.xx.2021-ci li tarixdə, saat 13:40:56 saniyədə Zamiqə məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə göndərdiyi ona məxsus 600 manat pulu, özünün xx.xx.2021-ci il tarixdə, saat 16:26 radələrində ünvan 15 ünvanında yerləşən "xxxx" ASC-nin “Gəncə” filialından Zamiqə məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürtdüyü 600 manat pulu, 2021-ci ilin noyabr ayının ortalarında ünvan 6 ünvanda yerləşən “MilliÖn” terminalı vasitəsilə "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürtdüyü 600 manat pulu. xx.xx.2021-ci il tarixdə, saat 15:08:49 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” terminalı vasitəsilə "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürtdüyü 600 manat pulu, xx.xx.2021-ci il tarixdə, saat 14:37:11 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” terminalından "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə köçürtdüyü 600 manat pulu və xx.xx.2021-ci il tarixdə ünvan 17 ünvanın qarşısında 600 manat pulu və 400 manat dəyərində üzüyünü ələ keçirmişdir. Bununla da Zamiq ona ümumilikdə 4.000 manat ziyan vurmuşdur. Qızı Ayselin köçürtdüyü pul ona məxsusdur və ziyan ona dəymişdir və bu nəzərə alınmalıdır. Onu Təqsirləndirilən şəxsla tanış etmiş bacısı qızı Vəfa hazırda ailəsi ilə birlikdə Qazaxıstan Respublikasında yaşadığı üçün Azərbaycanda yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Vahiq qızı ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 1, mənzil 32-də kirayə yaşayır. Hazırda evlidir, himayəsində bir azyaşlı uşağı var və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun anası, Zərərçəkmiş şəxs1 isə rəfiqəsidir. Təqsirləndirilən şəxs ilə onun anası Zərərçəkmiş şəxs2 xalası qızı Vəfanın vasitəsilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onun xalası qızı ilə həmin ərəfədə ailə qurmaq niyyətində olsa da, daha sonra onların evlilik məsələsi baş tutmamışdır. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs özünü anasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edib həmin nazirliklə bağlı yarana biləcək bütün məsələlərin həllində, həmçinin işə düzəlmək üçün kim müraciət etsə, bu məsələdə kömək etmək imkanının olduğunu deyəndə anası da Zamiqə onu işə düzəltmək istədiyini dedikdə Zamiq onun anasından onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq əmək haqqısı 800 manat olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pensiya Siyasəti Şöbəsində məsləhətçi vəzifəsinə işə düzəltməsi üçün 8000 manat pul istəmişdir. Bu barədə ona anası danışmışdır. Lakin onun anası Zamiqlə razılaşmadıqda Zamiq anasına 3600 manata sosial yardım düzəldə biləcəyini dedikdə Zamiqin bu təklifi ilə anası razılaşmış və onun anası Zamiqə 3600 manat pulu hissə-hissə ödəməyə başlamışdır. Belə ki, ilk dəfə anası ona 600 manat vermişdir ki, o, özünə məxsus "xxxx" bank tətbiqi vasitəsilə Zamiqə pul göndərsin və o da xx.xx.2021-ci il tarixdə, saat 13:40:56 radələrində Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5404 0852 3829 0250 hesab nömrəsinə anasına məxsus 600 manat pulu köçürtmüşdür. Bundan sonra anası özü Təqsirləndirilən şəxs "xxxx" da olan bank kesabına 600 manat bir, 2021-ci ilin noyabr ayının ortalarında Gəncə şəhərində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə 600 manat bir, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” ödəmə terminalından 600 manat bir və xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Panda” marketdəki “MilliÖn” ödəmə terminalından 600 manat da bir göndərmişdir. Sonuncu dəfə anası 600 manat pulu və 400 manat dəyərində qadın qızıl üzüyünü xx.xx.2021-ci il tarixdə Zamiqə onun yaşadığı evin yaxınlığında ünvan 14 ünvanın qarşısında vermişdir. Bundan başqa onun rəfiqəsi Təhminəni Təqsirləndirilən şəxs aldadıb Təhminəni işə düzəltmək və Təhminənin anasının pensiyasını bərpa etmək adı ilə Təhminədən ümumlikdə hər iki iş üçün 3600 manat pul alıb qaytarmamışdır. Bu barədə ona anası və rəfiqəsi Təhminə danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs hesab kartına Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən “Neptun” marketdəki terminaldan 3.000 AZN pul göndərmişdir. Baxış süni işıqlanma şəraitində keçirildi. Baxış zamanı 02 ədəd fotoşəkil çəkildi. “CD diskin götürülməsi, CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazıları və “Whatsapp" proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri olan 01 ədəd “CD” disk Zərərçəkmiş şəxs1 götürülmüş və baxış aparılmışdır. “Baxış keçirilməsi haqqında” 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış gündüz vaxtı, açıq havada aparıldı. Baxışa başlamazdan əvvəl Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs ona social yarım düzəltmək adı ilə ondan 3.600 manat pul və 400 manat dəyərində ona məxsus qadın qızıl üzüyünü alıb verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Pulun 3.000 manatını o, onlayn pul terminalları vsaitəsilə ödəsə də, 600 manat pulu və qızıl üzüyü Təqsirləndirilən şəxs ünvan 19 ünvanında həyətdə vermişdir. Hadisə yeri ünvan 20 ünvanında yerləşən bina evinin həyətidir. Həmin ünvanda hündürmərtəbəli yaşayış binaları və fərdi həyət evləri, eyni zamanda ictimai iaşə obyektləri yerləşir. Pulun və qızıl üzüyün verildiyi yer asphalt örtüklü yoldan sağ tərəfdə yerləşən binanın qarşısıdır. Hadisə yerinin baxışı zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və dəlil götürülmədi. Baxış zamanı Zərərçəkmiş şəxs2 onu da bildirdi ki, Təqsirləndirilən şəxsla onu bacısı qızı Vəfa tanış edib. Təqsirləndirilən şəxs tərəfindən aldandığını bildikdən sonar Təqsirləndirilən şəxs pulunu tələb etsə də, pulunu qaytarmamışdır. “Götürmə və baxış aparılması haqqında” 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, götürməyə başlamazdan əvvəl Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək və anasının təqaüdünü düzəltmək adı ilə ondan ümumilikdə 3600 manat pul almışdır və o, həmin məbləğdə pulu Zamiqin "xxxx" ASC-də olan 5404 0852 3829 0290 hesab nömrəsinə Göygöl rayonunda və Bakı şhəərində yerləşən terminallardan pul köçürmüşdür və həmin pulların köçürülməsini təsdiq edən pul qəbzlərinin kserosurətlərini istintaqa təqdim edə bilər. İstintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs1 “MilliÖn” elektron ödəmə terminalına aid xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, “eManat” elektron ödəmə terminalına aid xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli köçürmə əməliyyatını təsdiq edən 05 ədəd qəbz götürülmüşdür. Zərərçəkmiş şəxs1 təqdim etdiyi həmin qəbzlərdən göründüyü kimi xx.xx.2021-ci il tarixdə, saat 12:59:43-də Göygöl rayonu, S.Vurğun küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış elektron pul terminalından Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesabına 400 manat, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında olan “Neptun” marketdəki “MilliÖn” termianalndan Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesabına 1180 manat, həmin tarixdə, saat 13:10-da eyni ünvanda olan “eManat” terminalından 820 manat, xx.xx.2021-ci il tarixdə, saat 14:18-də Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanda olan “Neptun” marketdəki terminaldan Təqsirləndirilən şəxs bank hesabına 1000 manat və xx.xx.2021-ci il tarixdə, saat 13:19:31-də isə Göygöl rayonu, S.Vurğun küçəsində olan “Oba” marketdən Zamiq Hüsenovun bank hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci madddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq saat 16:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1474/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmaqla ibtidai istintaq müddəti həddində, yəni 05 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Götürmə aparılması haqqında” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, götürmə istintaq hərəkətləri başlanmazdan əvvəl X6 bildirdi ki, sosial yardım düzəltməsi üçün Təqsirləndirilən şəxs ondan 3600 manat pul və 400 manat dəyərində qadın qızıl üzüyünü almışdır. Pulun 3000 manat hissəsini o, Zamiqin "xxxx" ASC-də olan 5404 0852 3829 0250 hesab nömrəsinə "xxxx" ASC-yə aid mobil bank tətbiqi və Gəncə şəhərində yerləşən terminaldan köçürmüş və həmin köçürmə əməliyyatlarını təsdiq edən qəbzlərin kserosurətlərini təqdim edə bilər. İstintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Rabitəbank” mobil bank tətbiqinə aid xx.xx.2021-ci il tarixdə, "xxxx" ASC-nin Gəncə filialına aid xx.xx.2021-ci il tarixli “MilliÖn” ödəmə termianlına aid xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli olmaqla ümumilikdə 016 ədəd qəbzin surətləri götürüldü. Köçürmə əməliyyatlarını təsdiq edən həmin qəbzlərdən göründüyü kimi Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 3000 manat köçürülmüşdür. Həmin qəbzlərdə 5404 0852 3829 0250 hesab nömrəsi və Təqsirləndirilən şəxs qeyd edilmişdir. "xxxx" ASC-yə aid mobil bank tətbiqi ilə onlayn ödənşlər olan 02 ədəd qəbz rus dilindən Azərbaycan dilinə tərcümə edildi. “CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında” 20 may 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə səs yazıları 104 ədəd faylda və “Whatsapp” proqramı vasitəsilə icra edilmiş icmarıc mətnləri 28 faylda yerləşdirilmişdir. CD diskdə olan diktorların səsləri dinlənildi və diktorlar “A” və “B” hərfləri ilə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd CD diskdə olan diktorların səslərini dinlədildikdən sonra bildirmişdir ki, 01 ədəd CD diskdə olan nitqlər onun özünə və Zərərçəkmiş şəxs1 məxsusdur. Belə ki, Təqsirləndirilən şəxs bildirdi ki, baxış protokolunda “A” hərfi ilə qeyd edilən kişi diktoru onun özüdür və “B” hərfi ilə qeyd edilmiş qadın diktoru isə Zərərçəkmiş şəxs1dır. Təqsirləndirilən şəxs onu da bildirdi ki, Zərərçəkmiş şəxs1 və onun danışdıqları zamanı adını çəkdikləri Elçin müəllimin adında şəxs əslində mövcud deyildir və Elçin müəllimi Zərərçəkmiş şəxs1 aldatmaq üçün onun özü tərəfindən uydurulmuş adıdır və Elçin müəllimin adında Zərərçəkmiş şəxs1 məhz onun özü ismarıc yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs onu da bildirdi ki, CD diskdə olan ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıclar onun özü və Zərərçəkmiş şəxs1 tərəfindən icra edilmişdir, səs yazıları və ismarıclar reallığı əks etdirir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunması və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, 01 ədəd CD diskin cinayət işi üzə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-621/2022 saylı, 28 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 05 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3600 manat pul onun həyat yoldaşı X3 tərəfindən tam qaytarılmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan cinayət işinin xitam edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3600 manat pul və 1 ədəd 400 manat qiymətində qızıl üzük onun həyat yoldaşı X3 tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan cinayət işinin xitam edilməsini xahiş etmişdir. AZ-İ № 929170 nömrəli və AZ-İİ 158631 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, himayəsində 2 övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51- 3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Maddi sübut kimi 01 ədəd CD diski cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 19 (on doqquz) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 (beş) ay 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 2 (iki) il, 3 (üç) ay 22 (iyimi iki) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut Zərərçəkmiş şəxs1 götürülmüş səs yazıları və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı”vasitəsilə icra edilmiş ismarıclar olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-367/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-367/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver