Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-367/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, Corat bağları - 2338D ünvanında müvəqqəti qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əcnəbi, Rusiya Federasiyası vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi şəxsin yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq, «Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirməli olması» barədə qanunun tələblərinə riayət etməyib xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olsa da xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayəti, X6 Dövlət Müfəttişliyi tərəfindən verilmiş 99 22 624941 nömrəli sürücülük vəsiqəsini dəyişdirməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə, saat 02:08 dəqiqədə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Volkswagen Golf» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsi istiqamətində yolun hərəkət hissəsinin soldan birinci hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə, nəqliyyat vasitəsini «stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalı olduğu halda və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan qanunun tələblərinə riayət etməyərək idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq idarə etdiyi avtomobilın qabaq sağ hissəsi lə həmin yolayarıcına Ak.H.Əliyev küçəsi ilə 50-60 km/saat sürətlə işıqforun yaşıl işığında daxil olan Zərərçəkmiş şəxs qanuni əsaslarla idarə etdiyi «Toyota Prius» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan «Toyota Prius» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ bazu sümüyünün aşağı 1/3-nin oynaqdaxili qapalı, qəlpəli, yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmava aid, həmin avtomobilin sərnişini Şahid2 isə sol gicgah nahiyəsinin səthi əzilmiş yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər vurulmasına səbəb olmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsini 11 aprel 2023-cü il tarixdə dəyişdirib Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi almışdır. 29 oktyabr 2022-ci ildə X4 idarə elmək üçün etibarnamə ilə «VOLKSWAGEN GOLF» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 02:05 radələrində idarə etdiyi avtomobil ilə qəza törətmişdir. Həmin vaxt avtomobildə tanışları Emil, Ülvi və Süleyman olmuşdur. Qəza nəticəsində «Toyota Prius» markalı avtomobilin sol qanadı ilə bufer hissəsi toqquşmuşdur. Zərbənin təsirindən «Toyota Prius» markalı avtomobil fırlanaraq yol kənarındakı səki üzərində olan məhəccərə, simit satışını həyata keçirən arabanı aşırıb yol nişanına dəyərək dayanıb. Hadisə zamanı «Toyota Prius» markalı avtomobilin sürücüsü xəsarət aldığından hadisə yerinə təcili yardım maşını çağırılmış və sürücünü xəstəxanaya aparmışlar. Hadisə zamanı avtomobilində olan sərnişinlər xəsarət almamışlar. Hadisə baş verən ünvanda işlək vəziyyətdə olan işıqfor olmuşdur və o, işıqforun qırmızı işığında yol kəsişməsinə daxil olduğundan yol-nəqliyyat hadisəsi baş vermişdir. Fikirli olduğundan işıqforun qırmızı işığını gec görmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin dekabr ayının 16-a keçən gecə, təxminən saat 02:00 radələrində o, ünvan 2 ünvanından çağırış əsasında tanımadığı iki nəfər sərnişin götürmüşdür. O, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkət edirmiş. Yolda maşınlar az olmuşdur. Sərnişinlərdən biri qabaqda, ikincisi isə arxada sağda əyləşmişdir. Səməd Vurğun küçəsi ilə Ak.H.Əliyev küçələrinin kəsişməsinə çatmazdan əvvəl o, adəti üzrə kəsişməyə çatan ərəfədə gecə vaxtı işıqla işarə vermiş, lakin S.Vurğun küçəsindən onun hərəkət zolağına başqa maşın gəlməsini görməmişdir. Kəsişmənin qarşısında onun hərəkət zolağında olan piyada keçidi zolağında sol tərəfindən S.Vurğun küçəsi ilə kəsişməyə tərəf təxminən 80 km/saat sürətlə qara rəngli «Volkswagen Golf» markalı avtomobilin gəldiyini görmüşdür. O, kəsişməyə daxil olmaqla toqquşmadan yayınmaq üçün hərəkət istiqamətində sükanı sağa döndərmiş, lakin buna baxmayaraq həmin “Volkswagen Golf” markalı avtomobilin qabaq hissəsi ilə onun idarə eldiyi avtomobilin sol qabaq hissəsindən vurub və toqquşmanın təsirindən o, idarəetməni itirərək maşını yol kənarında olan dəmir reşotkaya, sonra da sement arabasına dəyərək dayanmışdır. Onun idarə etdiyi avtomobili vuran «Volkswagen Golf» minik markalı avtomobil isə fırlanaraq əks istiqamətində dönüb yolun ortasında dayanmışdır. «Volkswagen Golf» markalı avtomobilin onun yoluna çıxmasını piyada keçidi zolağında olanda görmüşdür. Həmin vaxt «Volkswagen Golf» markalı avtomaşınla aralarındakı məsafə təxminən 5-6 metr olmuşdur. O, hadisənin qarşısını almaq üçün sükanı sağa burmuşdur, lakin tormoz etməmişdir. Buna baxmayaraq toqquşmadan yayına bilməmişdir. Onun idarə etdiyi avtomobili vuran «Volkswagen» markalı avtomaşın işıqforun qırmızı işığında hərəkət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ilkin olaraq ona məhkəmə hazırlıq iclasına qədər 3000 manat ödəniş edilmişdir və o da qarşılığında ona dəyən zərər ödənildiyindən notarial qaydada ərizə ilə müraciət edərək şikayətinin olmamasını bildirmişdir. Lakin hazırda onun qolu yaxşı deyil və əlavə 2000 manat pula ehtiyacı var. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 16 dekabr 2022-ci il tarixli, 2/32587 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ülfət oğlu xx.xx.2022-ci il tarixdə saat 04:20-də ayıq olmuşdur və alkoqol qəbulu əlamətləri olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 canlı şəxsin ekspertizasının 24 dekabr 2022-ci il tarixli 1362 nömrəli rəyindən görünür ki, Şahid2 aşlar edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin səthi əzilmiş yaraları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 16 dekabr 2022ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və sağlamığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 canlı şəxsin ekspertizasının 29 dekabr 2022-ci il tarixli 1392 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ bazu sümüyünün aşağı 1/3-nin oynaqdaxili qapalı, qəlpəli, yerdəyişən sınığı (metalloostesintez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2023-cü il tarixli 8/226 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Volkswagen Qolf» markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən hərəkət üçün təhlükənin yaranma anı, həmin andan toqquşma yerinə kimi “Volkswagen Qolf» markalı avtomobilin qət etdiyi məsafə və yaxud həmin anda “Toyota Prius” markalı avtomobilin toqquşma yerindən olduğu məsafə verilmədiyindən, “Toyota Prius” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə təqdimat aparılmır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 128 manat təşkil edir. “01 ədəd DVD formatlı diskin yaddaşına köçürülmüş görüntülərə baxış keçirilməsi haqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, diskin ilk səhifəsini açan zaman müəyyən edilmişdir ki, həmin kamera S.Vurğun və H.Əliyev küçələrinin kəsişmə üzrə ərazilərini əhatə edir. Kamera görüntülərində X5 hadisə vaxtı idarə etdiyi “Volkswagen Qolf» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkəti və toqquşmalarının görüntüləri aşkar edilməmişdir. Görüntünün sonunda S.Vurğun küçəsinin “Olimpik Star” istiqamətində H.Əliyev küçəsininin hərəkət istiqamətində sağ tinində toqquşmuş avtomobillərin dayanmış halda görüntüləri vardır. Görüntülərin aşağı hissəsində hadisənin tarixi və başlanma vaxtı xx.xx.2022 02:07:59 göstərilib, bitmə tarixi və vaxtı isə xx.xx.2022 02:10:00 başa çatır. Diskin ikinci səhifəsini açan zaman müəyyən edilmişdir ki, kamera həm S.Vurğun, həm də H.Əliyev küçələri ilə hər iki istiqamətdə avtomobil yolunu göstərir. Hər iki istiqamət üzrə avtomobillər tək-tük ötürlər. Hadisənin tarixi və başlanma vaxtı 02:07:59, sonda isə 02:10:00 göstərilmişdir. Görüntülərin 02:08:39-cu vaxtında H.Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin kəsişməyə 25-30 metr qalmış uzaq işıqla yandırıbsöndürməklə işarə etməsi görüntülənmişdir, avtomobil 3 zolaqlı avtomobil yolunun mərkəzdən 1 və 2-ci zolaqlarını ayıran xəttin üstü ilə hərəkətdə olmaqla görüntülərin 02:08:41-ci dəqiqəsində həmin avtomobil H.Əliyev küçəsində, kəsişməyə çatmamış piyada keçidi zolağının üstündədir və hərəkətini davam etdirməklə piyada keçidi zolağından sonra hərəkət istiqamətində sükanı bir qədər sağa bursa da, 02:08:42-ci dəqiqədə kəsişmənin orta hissəsindən “Olimpik Star” istiqamətində piyada keçidi zolağından 2 metr məsafədə toqquşma baş vermişdir. “Volkswagen Qolf» markalı avtomobil S.Vurğun küçəsi ilə “Olimpik Star” istiqamətində hərəkətdə olarkən göstərilmişdir. Həmin avtomobil 3 zolaqlı avtomobil yolunun orta zolağı ilə kəsişmə istiqamətində hərəkətdə olarkən soldan 1-ci zolaqla markası və nömrəsi bilinməyən avtomobil, qarşısında isə “Qalenvagen” markalı avtomobillər hərəkət edir. “Volkswagen Qolf» markalı avtomobil solunda olan avtomobili görüntünün 02:08:41-ci dəqiqəsində qarşıda olan piyada keçidi zolağından 3 metr məsafədə “Qalenvagen” markalı avtomobili sol tərəfdən ötmüşdür və sol hərəkət zolağı ilə kəsişməyə doğru hərəkət etmişdir, sürəti azaltmadan, istiqamətini dəyişmədən 02:08:42-ci dəqiqədə sağından kəsişməyə çıxan “Toyota Prius” markalı avtomobillə toqquşmuşdur. Toqquşma vaxtı H.Əliyev küçəsi ilə hərəkət edən avtomaşınlar üçün işıqforun yaşıl işığı yanır, S.Vurğun küçəsi ilə hərəkət edən avtomaşınlar üçün isə işıqforun qırmızı işığı yanır. Toqquşmadan əvvəl S.Vurğun küçəsi ilə “Volkswagen Qolf» markalı avtomobillə eyni istiqamətdə hərəkət edən “Qalenvagen” markalı avtomobil və digər avtomobillər piyada keçidinə az qalmış işıqforun qırmızı işığında dayanırlar, “Volkswagen Qolf» markalı avtomobil isə dayanmadan gəldiyi sürətlə də kəsişməyə girir. Toqquşma vaxtı hər iki istiqamət üzrə digər avtomobillər yoxdur. Toqquşmadan sonra “Volkswagen Qolf» markalı avtomobil yolun ortasında fırlanaraq dayanmışdır, “Toyota Prius” markalı avtomobil isə yol kənarında olan dəmir reşotkadan keçir və toqquşmadan sonra “Volkswagen Qolf» markalı avtomobildən sərnişinlərlə birlikdə sürücülər düşüb digər avtomobilə tərəf getmişlər. Görüntülərə baxış zamanı “Volkswagen Qolf” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 bildirdi ki, toqquşduğu avtomobili yalnız toqquşan vaxt görmüşdür, işıqforun qırmızı işığının yanmasına fikir verməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli, 8/1287 ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Volkswagen Qolf” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Toyota Prius” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillərin hərəkət sürətlərini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 128 manat təşkil edir. “Maddi sübut hesab etmək haqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, “TŞ6-012” nömrəli kameradan xx.xx.2022-ci il tarixli, saat 02:08-dən 02:10-dək olan görüntülərlə bağlı olan 01 ədəd “DVD” formatlı diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin cinayət işinin materiallarına əlavə edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-367/2023 saylı, 17 avqust 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gətirilmişdir. **********918 nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-367/2023 nömrəli, xx.xx.2023cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin iş materiallarında olan ifadələri, müvafiq ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2ci hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixiədək həbsdə saxlanıldığı, 08 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayətə (CM-nin 263-1.1) görə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs isə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 256 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 01 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixindən 13 sentyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 08 gün müddət nəzərə alınaraq onun üzərində, qəti olaraq 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 256 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-367/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-367/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver