Məhkəmə qərarları › İş №1(005)-368/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-368/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-368/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20, Paşayev Nadir Sabir oğlunun və Zərərçəkmiş şəxs21, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək törətdiyi son dələduzluq əməli Bakı şəhəri Xətai rayonu ərazisində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan göründüyü kimi, o, tanışı Zərərçəkmiş şəxs24 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs24 xx xxxxx 2020-ci il tarixdə öz adına olan karta köçürmüş olduğu 2500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 101 saylı ünvanda yerləşən “Beynəlxalq Bank”a aid bankomatdan çıxardıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsə 2500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə qeyd edir ki, davam edən cinayət ümumi məq-sədə yönələn bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən, hərəkətsizliklərdən ibarət olan və birlikdə vahid cinayəti təşkil edən əməldir. Davam edən cinayətin başa çatdığı yer cinayət qanunu ilə nəzərdə tutul-muş son əməlin törədildiyi yer hesab olunur. Təqsirləndirilən şəxs ümumi məqsədə yönələn bir sıra eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət dələduzluq əməlləri davam edən cinayət olmaqla, son əməl Bakı şəhəri Xətai rayonu ərazisində törədilmişdir. Yəni, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan dələduzluq əməli həmin rayonun ərazisində başa çatmışdır. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. CPM-in: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-777/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Hazırda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müəyyən olunmuş əsaslar, həmçinin CPM-in 155-ci madəsində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığından məhkəmə hesab edir ki, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli, həmçinin Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmalıdir. Qeyd olunanlara əsasən və CPM-in 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılsın. Qərarın icrası Təqsirləndirilən şəxs həbsdə saxlanılmasına dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar