Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-368/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında illizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünün şəxsi nüfuzundan istifadə edərək yaxın tanışları vasitəsilə qızı X2 «Asan xidmət» mərkəzlərindən birinə işə qəbul etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq və 12 aprel 2022-ci il tarixdə aralarında natarial qaydada borc müqaviləsi bağlamaqla, yaranmış etibardan sui-istifadə edərək, həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən Bakı şəhəri 9 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs 2500 manat pul vəsaitini alaraq, ələ keçirmiş və cinayət əməlini davam etdirərək, sonuncunu qızı Zəhra Məmmədovanın işə qəbul imtahanından keçməsinə görə əlavə 100 manat pul vəsaiti lazım olduğuna inandırmaqla aldadıb, 11 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qızı Zəhra Məmmədova vasitəsilə yaşadıqları ünvan 3 ünvanından mobil telefon vasitəsilə onun verdiyi bank hesabına 100 manat pul vəsaiti köçürməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 2 600 manat pul vəsaitini ələ keçirərək, dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kəmalə xanım adlı tanışı vardır və Kəmalə xanım ilə danışıq vaxtı ona demişdir ki, «Səfayə adlı rəfiqəsi vardır, qızı «Asan xidmət»də işləyir, onun qızının dövlət qulluğuna imtahandan keçməsinə kömək edə bilərmi». O, Kəmalə xanıma söz verməmiş, demiş ki, adam vardır, onunla danışsın, sonra deyər. Həmin vaxt özünün müalicəsi üçün pula ehtiyacı var imiş, istəmiş ki, həmin pulu alsın və müalicəsini etsin. Qazi olduğundan da «Asan-xidmət»ə gedib Səfayə xanımın qızının işə düzəldilməsini xahiş etsin. Kəmalə xanımın məsləhəti və xahişi ilə Səfayə xanımın qızının «Asan-xidmət»ə işə qəbul olunması üçün iki dəfəyə ondan cəmi 2 600 manat pul almışdır, həmin pulu öz şəxsi ehtiyacına xərcləmişdir, lakin sonradan iş alınmadıqda onun pulunu qaytara bilməmişdir. Sonra da əməliyyat olunmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onunla şirniyyat mağazasında işləyən Kəmalə adlı şəxslə həmsöhbət olarkən qızı X1 «Asan Xidmət» Mərkəzində könüllü kimi çalışdığını və işə düzəldə bilən olsaydı, onu «Asan Xidmət» Mərkəzində işə düzəltmək fikrinin olduğunu bildirmişdir. Bundan bir müddət sonra Kəmalə ona bildirmiş ki, tanışı Kənan adlı şəxs, qızı Zəhranı «Asan Xidmət» Mərkəzində işə düzəldə bilər. O da Kəmaləyə inandığı üçün razılıq vermiş və bundan bir neçə gün sonra Kəmalə ona zəng edərək bildirmiş ki, Kənanla danışmışdır, Kənan bildirmişdir ki, «hara istəsə qızını orada işə düzəldə bilər». Səhəri gün Kənan onun işlədiyi şirniyyat mağazasına gələrək ona boş iş yerlərinin siyahısını göstərmiş və təklif etmişdir ki, «bu yerlərdən hansını istəyirsizsə, qızınızı ora düzəltməkdə köməklik edəcəm». O isə Kənana təklif etmiş ki, qızını Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən «Asan Xidmət» Mərkəzinə işə düzəltməkdə köməklik etsin. Kənan bu işlərin düzəlməsi üçün 2500 manat pul alacağını və həmin pulun notarial qaydada borc müqaviləsi əsasında alacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə 9 saylı notariat ofisində borc müqaviləsi bağlamaqla həmin ünvanda Kənana 2 500 manat pul vermişdir. Bundan bir müddət sonra Kənan işin düzəlməsi üçün əlavə olaraq 1500 manat pul lazım olduğunu bildirib, o, pulu olmadığını bildirəndə Kənan demişdir ki, 1500 manat pulu o verər, iş düzələndən sonra ona qaytararlar. Təxminən 2 ay sonra Kənan, qızı Zəhraya zəng edərək imtahan vermək üçün 100 manat pul vermək lazım olduğunu demiş və qızı Zəhrada özünə məxsus olan kart vasitəsi ilə Kənanın kartına 100 manat pul göndərmişdir. Kənan 2-3 aya kimi qızı Zəhranın işə düzələcəyinə söz versə də, həmin müddət bitdikdən sonra qızının işə düzəlmədiyini görüb Kənandan aldığı pulu geri qaytarmasını tələb etmiş, lakin Kənan verdiyi vədə əməl etməmiş və aldığı 2600 manat pulu qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ödəniş haqqında heç bir tələbinin olmadığını və gələcəkdə də heç bir tələbinin olmayacağını qeyd etmiş, lakin təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, əvvəllər isə 1, 3, və 5 saylı “Asan xidmət” Mərkəzlərində könüllü olaraq işləmişdir. 2022-ci ilin aprel ayında anası ona bildirmiş ki, «Kənan adlı qazi var, onun işlə təmin olunmağına köməklik edə bilər.». Daha sonra anası ona «WhatsApp» vasitəsilə siyahı göndərərək boş iş yerləri olduğunu bildirib ondan hansı yerləri istədiyini soruşmuşdur. O da Daşınmaz Əmlak məsələləri üzrə xidmət uyğun olduğundan siyahıda onu seçmişdir. Sonra ona lazım olan, yəni tibbi arayış, məhkumluq haqqında arayış, yaşayış yerindən arayış, 4 ədəd tərcümeyi hal, 6 ədəd 3,4 şəkil, sivi sertifikatlarının və diplomun surətini və s sənədləri toplayaraq Kənanla 8 saylı poliklinikada görüşüb ona vermişdir. Kənan həmin gün ona bildirmişdir ki, 15 gün ərzində iş həll olunacaq. Bir müddət keçəndən sonra Kənan ona zəng vuraraq bildirib ki, «imtahanda sənə köməklik olunması üçün əlavə 100 manat pul verməlisən» və onun «WhatsApp» nömrəsinə kart nömrəsi atmış, o da 100 manatı Kənanın göndərdiyi karta ataraq çeki çəkib Kənana atmışdır. Kənan bildirmişdir ki, «imtahana get birincidən alınmasa, ikinci imtahana hazırlaşarsan, əgər o da alınmasa bir daha hazırlaşarsan». O və anası buna etiraz edib Kənana anasının verdiyi pulu geri istəmişlər. Kənan bildirmişdir ki, «adamla danışar ki, pulu geri versin, amma siz düz etmirsiz». Kənan işin böyük qisminin həll olunduğunu, sonda razılaşmayıb pulu geri almalarının düzgün olmadığını demişdir. Səhəri gün Kənan zəng vurub bildirmişdir ki, «siz razılaşmadığınız üçün pulu verdiyi adam hissə-hissə pulu karta qısa müddət ərzində köçürüb geri qaytaracaq.». Kənan polisdə tutulub çıxandan sonra zəng edib əvvəlcə 100 manat verə biləcəyini, sonra isə hissə-hissə ödəyəcəyini bildirmiş, lakin onlar Kənanın bu qaydada ödəniş etməsi ilə razı olmamışlar, pullarını bir dəfəlik istəmişlər. Kənana verilən pulu onlar faizə götürübmüşlər və faizləri də hər ay ödəyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla birlikdə şirniyyat sexində işləyib. Eyni zamanda Mələk adlı xanımda onlarla birlikdə işləyirmiş. Mələk deyirmiş ki, «əri Kənan qazidir və əli hər yerə çatır, sözünü yerə salan yoxdur, kim istəsə istədiyi yerə işə düzəldə bilər». O Kənanı dəfələrlə görmüşdür, Kənan özündə elə fikir formalaşdırıbmış və onlar elə fikirləşirmişlər ki, Kənan istədiyi şəxsi istədiyi işə düzəldə bilər. Belə ki, dəfələrlə yanlarında kimlərləsə telefonla danışaraq hər hansısa bir iş haqqında danışırmış. Bu səbəbdən onlar onu iş görən şəxs kimi tanıyırmışlar. 2022-ci ilin aprel ayında Kənana bildirmiş ki, iş yoldaşları Səfayə xanımın qızı ali təhsilli qızdır o, özünə iş axtarır. Kənan bildirmiş ki, «mən onu işə düzəldə bilərəm». O bu sözləri Səfayə xanıma demiş və səhəri gün Səfayə Kənanla iş yerlərində görüşmüşlər. Səfayə onun yanında Kənana bildirmişdir ki, qızı könüllü olaraq “Asan Xidmət”də işləyib, təcrübəsi və sertifikatları var, imkan olsa qızını ora düzəltməyi xahiş etmişdir. Kənan Səfayənin qızını işə düzəldəcəyinə söz verib çıxıb getmişdir. Həmin gün Kənan əlində siyahı ilə gələrək Səfayəyə bildirmiş ki, “Asan Xidmət”də siyahıda olan yerlər boşdur və qızın seçsin, onu seçim etdiyi yerə düzəldər. Təxminən iki gün sonra Kənan təkrar gəlmiş, Səfayə ona bildirmiş ki, qızı Daşınmaz Əmlakda işləmək istəyir. X9 həmin işin müqabilində 2500 manat pul istəmişdir. Bundan sonra o xəbər tutmuş ki, Səfayə Kənana 2500 manat pulu qızını işə düzəlməsi üçün verib. Səfayə və Kənan onun yanında 2500 manata sövdələşmə etsələr də, Səfayənin Kənana pul verməsinin şahidi olmamışdır. Cinayət işinin 53-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 56-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn xx.xx.2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 66-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxsn xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-99 vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Hüseynovun 10 may 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 100-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 111-ci vərəqində olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli Arayışdan görünür ki, X5 04 aprel 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 13 aprel 2016-cı il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 213 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Cinayət işinin 112-ci vərəqində olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli Arayışdan görünür ki, X4 26 mart 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 13 aprel 2022-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1933 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Cinayət işinin 113-cü vərəqində olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli Arayışdan görünür ki, X6 26 mart 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 13 aprel 2022-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1932 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ödəniş haqqında heç bir tələbi yoxdur. Pul haqqında gələcəkdə də heç bir tələbi olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı övladının olmansını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməli və üzərində qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-368/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-368/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver