Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-369/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, xx.xx.1988-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sürücülük vəsiqəsindən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasına məxsus “BC” kateqoriyalı ********** nömrəli saxta sürücülük vəsiqəsi əldə etmiş, həmin sürücülük vəsiqəsinin saxta olduğunu bilə-bilə 21.05.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 36 ünvanında yerləşən 1 saylı ünvan 4ət” mərkəzinə müraciət edib həmin sürücülük vəsiqəsindən istifadə edərək qeyd olunan sürücülük vəsiqəsi əsasında 21.05.2019-ci il tarixdən 21.05.2020-ci il tarixədək müddətə etibarlı olan “BC” kateqoriyalı AC 089703 nömrəli milli nümunəli sürücülük vəsiqəsi almışdır. Bununla da Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 02 fevral 2018-ci il tarixdə işləmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Moskva şəhərinə getdikdən sonra orada taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib bu məqsədlə sürücülük vəsiqəsi əldə etmək üçün Moskva şəhərində hazırda ünvanını xatırlamadığı X4 Şöbəsinə müraciət etmişdir. Həmin şöbədə hazırda adını və soyadını xatırlamadığı rus milliyyətindən olan polis zabitlərindən birinə yaxınlaşıb sürücülük vəsiqəsi əldə etmək istədiyini bildirmişdir. Polis zabiti ona demişdir ki, pulu versin və sürücülük vəsiqəsini alsın. Zabit sürücülük vəsiqəni ona təhvil vermiş və o, sürücülük vəsiqəsini götürmək barədə hansısa sənədə qol çəkərək polis şöbəsini tərk edib yaşadığı ünvana getmişdir. Bundan sonra Moskva şəhərində fəaliyyət göstərən hazırda ünvanını və adını xatırlamadığı taksi şirkətlərindən birinə müraciət edib müqavilə bağlamış və həmin şirkət tərəfindən ona verilən avtomobillə iki gün müddətində Moskva şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 21.05.2019-cu il tarixdə saat 10 radələrində o, Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsini yerli nümunəyə uyğun vəsiqəyə dəyişdirmək üçün Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 36 ünvanında yerləşən 1 saylı ünvan 4ət” mərkəzinə müraciət etmişdir. Bununla əlaqədar həmin mərkəzdə müvafiq sənədləşdirmə aparıldıqdan sonra Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsi əsasında ona bir il müddətinə «BC» kateqoriyalı AC 089703 nömrəli sürücülük vəsiqəsi verilmişdir. O, həmin sürücülük vəsiqəsini 1 saylı ünvan 4ət” mərkəzindən götürərək oranı tərk etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücülük vəsiqəsinin əldə edilməsi üçün imtahanda iştirak etməmişdir. Ona demişlər ki, ödəyəcəyi 30000 Rusiya rublu dövlət rüsumunun içərisinə vəsiqənin alınması üçün bütün şərtlər daxildir. Heç bir imtahan mərhələsində iştirak etməmişdir. Polis İdarəsinin çağırışına əsasən idarədə olduğu zaman bilmişdir ki, sənəd saxtadır. Vəsiqəni yerli nümunəyə uyğun vəsiqəyə dəyişdirmək üçün “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Təqribən 15 dəqiqə sonra yenisini almışdır. Vəsiqədən istifadə etməmişdir. Sonda yazılı ərizə verərək barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Moskva şəhəri üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin 12.07.2019-cu il tarixli 45/24443 nömrəli məktubunun tərçüməsindən görünür ki, Moskva şəhəri üzrə X3 Nazirliyi, Baş Dövlət İdarəsinin Dövlət Yol hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin imtahan bölmələrinin sürücülük vəsiqəsi formalarının paylanmasına dair məlumatlara əsasən, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına ********** nömrəli sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işi üzrə 17 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 21.05.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 36 ünvanında yerləşən 1 saylı ünvan 4ət” mərkəzinə müraciət edərək Rusiya Federasiyasına məxsus “BC” kateqoriyalı ********** nömrəli saxta sürücülük vəsiqəsi əsasında əldə etdiyi 21.05.2019-ci il tarixdən 21.05.2020-ci il tarixədək müddətə etibarlı olan “BC” kateqoriyalı AC 089703 nömrəli milli nümunəli sürücülük vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30.01.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsininin 12 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsininin 12 oktyabr 2009-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təyin olumuş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) ilə endirilmişdir. 28.01.2016-cı ildə Təqsirləndirilən şəxs cəzasının sonu ilə əlaqədar həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 320.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Nərimanov rayonu, X2 küçəsi 36 ünvanında yerləşən 1 saylı ünvan 4ət” mərkəzinə müraciət edərək Rusiya Federasiyasına məxsus BC kateqoriyalı, ********** nömrəli saxta sürücülük vəsiqəsi əsasında əldə etdiyi 21.05.2019-cu il tarixdən 21.05.2020ci il tarixədək müddətə etibarlı olan BC kateqoriyalı AC seriyalı 089703 nömrəli milli nümunəli sürücülük vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini 21.05.2019-cu ildə törətmiş və onun törədildiyi vaxtdan 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbi ilə xitam verilməsini yazılı formada xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 320.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 saata görə 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut- BC kateqoriyalı AC seriyalı 089703 nömrəli milli nümunəli sürücülük vəsiqəsi iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut- BC kateqoriyalı AC seriyalı 089703 nömrəli milli nümunəli sürücülük vəsiqəsi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 saata görə 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-369/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-369/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver