Məhkəmə qərarları › İş №1(005)-369/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-369/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-369/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2ayış evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 01 aprel 2023-cü il tarixdə, saat 22:20 radələrində “B1, B, C1, C” kateqoriyalı BA 428671 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə ilə idarə etdiyi **-EY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik Mall” adlı ticarət mərkəzinin qarşısında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi istiqamətinə doğru yolun hərəkət hissəsinin üçüncü zolağı ilə saatda 40- 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.3 üfıqi nişanlanma xətlərini kəsib keçməli olduğu halda, həmin tələblərə əməl etməyib, qeyd olunan yol hərəkəti qaydaların pozması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ünvanında yerləşən “Gənclik Metrostansiyası”nın çıxışı olan istiqamətdən “Gənclik Mail” adlı ticarət mərkəzi istiqamətinə doğru piyada olaraq yolun hərəkət hissəsini soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxsr qızını idarə etdiyi avtomobilinin ön sağ hissəsi ilə vurmuş və həmin yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxsr qızma ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol qamış sümüyünün medial kondilusunun az yerdəyişmiş bitişmiş qapalı sınığı, döş qəfəsinin qarının küt travması, hər iki dizin sıyrığı xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyə “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 01 aprel 2023-cü il tarixdə, saat 22:20 radələrində etibarnamə əsasında idarə etdiyi **-EY- *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi istiqamətinə doğru Vaqif prospekti istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ünvanında yerləşən “Gənclik Metrostansiyası”nın yaxınlığında “Gənclik Mall” adlı ticarət mərkəzinin qarşısında olan yolun hərəkət hissəsinin üçüncü zolağı ilə saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən, qeyd etdiyi “Gənclik Mall” adlı ticarət mərkəzinin qarşısından üzü Koroğlu Rəhimov küçəsi istiqamətinə doğru hərəkət edərkən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ünvanında yerləşən “Gənclik Metrostansiyası”-nın çıxışı olan istiqamətdən F.X.Xoyski prospekti ünvanında yerləşən “Gənclik Mall” adlı ticarət mərkəzi olan istiqamətinə doğru təxminən 35-40 yaşlarında piyada olaraq yolun hərəkət hissəsini soldan sağa doğru keçmək istəyən qadını təxminən 5 saniyə vaxt müddətində yolun hərəkət hissəsində gördükdən sonra idarə etdiyi avtomobili nə qədər əks tərəfə sükanı döndərərək əyləci sıxsada, lakin avtomobilin ön sol hissəsi və sol yan güzgüsü ilə həmin qadını vurmuşdur. Zərbənin təsirindən həmin qadın yolun hərəkət hissəsinin üzlüyü olan asfalta yıxılaraq uzanılmış vəziyyətdə qalmışdır. Bundan sonra o dərhal avtomobili saxlayaraq həmin qadına yaxınlaşaraq onunla maraqlanmış və xəsarət aldığını görmüşdür. Bu zaman dərhal TTY zəng edərək çağırmış və bundan biraz keçdikdən sonra hadisə yerinə TTY gəldi və həmin qadına ilkin tibbi yardım göstərərək onu X9 aparmışlar. Qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi onun tərəfindən törədilsədə, özünü günahkar hesab etmir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu etiraf etmişdir. Lakin Zərərçəkmiş şəxs görmədiyi üçün vurmuşdur. O, Zərərçəkmiş şəxs avtomobilin sağ tərəfi ilə vurmuşdur. Həmin ərazidə piyada keçidi olsa da, Zərərçəkmiş şəxs avtomobil üçün nəzərdə tutulmuş yoldan keçmişdir. Zərərçəkmiş şəxs müalicəsi üçün ödənişlər edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı təcili tibbi yardıma və 102 xidmətinə zəng etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuran zaman 30-40 km/saat sürətlə getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs “Gənclik Mall” adlı ticarət mərkəzinə gedirdi. Təqsirləndirilən şəxs avtomobili texniki cəhətdən saz vəziyyətdə idi. Verilmiş mülki iddianı qəbul etmir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxsr qızı ifadəsində göstərmişdir ki, 2023-cü ildə Bakı şəhəri, Nərimanov metro stansiyasının yaxınlığnda qutabxanada qutabçı işləyirdi. xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən evinə getmək üçün Nərimanov metro stansiyasının yanında 17 saylı marşrutda işləyən avtobusa minmişdir ki, “Gənclik” metro stansiyasının yanında “Gənclik Mall” ticarət mərkəzinin qarşısında həmin avtobusdan düşüb Binəqədi qəsəbəsinə işləyən 133 nömrəli marşrutda işləyən avtobusa minmişdir. “Gənclik” metro stansiyasının yanında “Gənclik Mall” ticarət mərkəzinin qarşısında əks tərəfdə həmin avtobusdan düşüb “Gənclik Mall” ticarət mərkəzinin qarşısında son dayanacağı olan 133 nömrəli avtobusa minmək üşün yolu keçən zaman avtomaşınların hərəkət etdiklərini görüb qoşa xəttin üstündə dayanmışdır ki, avtomobillər keçəndən sonra yolu keçsin. O qoşa xəttin üstündə dayanıb avtomaşınların keçməsini gözlədiyi zaman stadionun sol tərəfində olan yoldan gələn “Toyota Prius” markalı avtomaşının Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsinə sağa dönüb qoşa xəttin üstündə sürətlə onun üzərinə gəldiyini görmüşdür. O qaçmağa macal tapmamış həmin avtomaşın onu vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Bundan dərhal sonra yaxınlıqda olan polis işçiləri onun yanına gəlib kömək etmişlər və təcili-tibbi yardım maşını çağırmışlar. Bundan sonra onu X9 aparmışlar. Müayinədən sonra məlum olmuşdur ki, sağ qolu dirsək hissəsdən yerindən çıxmış, sol ayağı sınmış, sol çini əzilmişdir. Uzun müddət müalicə olunsa da, hələlik müsbət nəticə yoxdur. Hadisə baş verən zaman yanında heç kim olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsinə almış olduğu xəsarətlərlə əlaqədar müalicə olunmağı üçün “Toyota Prius” markalı avtomaşının sürücüsü tərəfindən ona bir dəfə reseptdə göstərilən dərmanların alınması üçün cəmi 100 (yüz) manat pul verilmişdir. Baş vermiş hadisədən ağır simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol qamış sümüyünün medial kondilusunun az yerdəyişmiş bitişmiş qapalı sınığı, döş qəfəsinin qarının küt travması, hər iki dizin sıyrığı xəsarətləri almışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 13.000 manat məbləğində maddi (işini itirməyinə görə 10.000 manat əldən çıxmış fayda, bu günkü günədək müalicələrinə görə və yola xərclədiyi 3.000 manatdan çox vəsait borc hesabına) və ən azı 2.000 manat mənəvi ziyan (çəkdiyi əzab və iztirablara görə) olmaqla 15.000 manat ziyan dəymişdir. Həmin məbləğin onların xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X6 çıxış edərək bildirmişdir ki, ona verilmiş tibbi sənədlər əsasında rəy vermiş və həmin rəyi də müdafiə edir. X6 ilk dəfə tibbi sənədlər əsasına ekspertizanın keçirildiyini bildirmişdir. Növbəti dəfə isə təhqiqatçının qərarı əsasında canlı şəxsin iştirakı əsasında keçirilmişdir. Bu zaman baxış keçirilmiş, müayinə aparılmışdır. Rentgen müayinəsi zamanı sınıq aşkar edilmişdir. Təcrübəyə əsasən birinci dəfə müayinə zamanı sınıq aşkar edilmir. Daha sonra müayinə edildikdən sonra sınıq aşkar edilir. Zərərçəkmiş şəxsin mütəmadi olaraq müalicəyə gedib-gəlməsi aşkar edilmişdir. Zərərçəkmiş şəxsin əsas müalicəsi, yəni sümük qırılması qala-qala başqa müalicə aparılmışdır. Travmatologiya qarşısında bununla bağlı sual qoyulmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ayağındakı sınıq həmin günün nəticəsi ola bilər. Tibbi nöqteyi nəzərdən bir neçə ay sonra sınığın fəsadları ortaya çıxa bilər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəstənada olarkən ağrıları var idi. İşdə olan 05 avqust 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ünvanında “Gənclik Metrostansiyası”nın yaxınlığında yerləşən “Gənclik Mall” adlı ticarət mərkəzinin qarşısında baş vermişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/9867 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İşdə olan sürücülük vəsiqəsinin surətindəh görünür ki, Təqsirləndirilən şəxs “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən-xx.xx.2032-ci il tarixə kimi verilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobil X1 adına qeydiyyatdan keçmişdir. İşdə olan etibarnamıdən görünür ki, X3 **-EY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilə dair Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 19 fevral 2024-cü il tarixli 04/29/79M saylı rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsr qızının almış olduğu xəsarətlər - ağır simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol qamış sümüyünün medial kondilusunun az yerdəyişmiş bitişmiş qapalı sınığı, döş qəfəsinin qarının küt travması, hər iki dizin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının 07 may 2024-cü il tarixli 8/802-/840 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, **-EY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən 03 aprel 2024-cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə qeydiyyatda yoxdur. “Cinayət törədən şəxsin tutulması haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1 maddəsində göstərilən digər şəxs zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci və 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia vermişsə mülki iddiaçı qismində tanına bilər. CM-in: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə cəzanı yüngülləşdirən hallar mövcud deyildir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxsr qızına ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol qamış sümüyünün medial kondilusunun az yerdəyişmiş bitişmiş qapalı sınığı, döş qəfəsinin qarının küt travması, hər iki dizin sıyrığı xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi işdə olan ödəniş qəbzləri nəzərə alınmaqla təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş maddi zərərə görə 2.500 (iki min beş yüz) maddi ziyan zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsr qızına ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol qamış sümüyünün medial kondilusunun az yerdəyişmiş bitişmiş qapalı sınığı, döş qəfəsinin qarının küt travması, hər iki dizin sıyrığı xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilmə ilə bağlı ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 500 (beş yüz) manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2.500 (iki min beş yüz) manat maddi, 500 (beş yüz) manat mənəvi zərər, cəmi 3.000 (üç min) tutulub Zərərçəkmiş şəxs ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar