Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-369/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 5,71 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla 13 iyun 2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış, 13 iyun 2025-ci il tarixdə saat 02:00 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısına saxlanılaraq, ünvan 3erləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində video çəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxardığı siqaret qutusunu içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 5,50 qram və 01 ədəd siqaret formalı qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,21 qram olmaqla ümumi təmiz çəkisi 5,71 olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olsa da, ünvan 5 ünvanında qardaşı və anası ilə birlikdə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Plov” restoranında ofisiant kimi işləyir. İş vaxtı günorta saatlarında başlamaqla 23:00-da başa çatır. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə ay əvvəl arabir narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Tutulduğu vaxtdan sonra isə narkotik vasitələrdən istifadə etmir. xx.xx.2025-ci il tarixdə istifadə etmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində narkotik sözü yazaraq axtarış etmiş və qarşısına çıxan səhifədə olan xarici mobil nömrə ilə “Whatsapp Messenger” proqramı vasitəsi ilə əlaqə saxlayaraq istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxsin ona göndərdiyi kart hesabına 50 manat pul köçürdükdən sonra narkotik vasitənin qoyulduğu yerin məkanı üzrə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsinə narkotik vasitənin qoyulduğu yerə gedərək saat 01:30 radələrində siqaret qutusunun içərisində gizlədilmiş 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd siqaret formasında bükülmüş bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanı götürüb əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2025-ci il saat 02 radələrində ünvan 2 ünvanının qardaşına məxsus minik avtomobilinin içərisində olarkən Nərimanov RPİ-nin Post patrul Xidməti Bölüyünün əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişlər. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğu üçün polis əməkdaşlarından yayınıb oradan qaçaraq uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onu saxlamış, şübhəli hərəkətlərinə görə sorğu-sual etməyə başlamışlar. O polis əməkdaşlarına qurudulmuş marixuana istifadəçisi olduğunu, hazırda da üzərində qurudulmuş marixuana olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı siqaret qutusunu və sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm və 01 ədəd siqaret formasında olan kağız bükümdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümlərin içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, o və iştirakçılar zərfin üzərini imzalamışlar. Əvvəlki məhkəmə iclasında qeyd olunan narkotik vasitələrin ona məxsus olması, lakin bir ədəd bükümdə 5,50 qram deyil, daha az çəkidə narkotik vasitə qurudulmuş marixuanın olması, siqaret bükümündə olan narkotik vasitənin avtomobilindən, digər bükümün isə şəxsi axtarış zamanı üzərindən aşkar olunması barədə həyəcanlı olduğuna görə fərqli ifadə versə də, qeyd edir ki, hazırkı ifadəsi doğrudur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki, psixi və ya digər formada zorakılıq, təzyiq və ya təsir göstərilməmişdir. Əməlindən səmimi olaraq peşmandır. Barəsində cəza təyin olunarkən işləyərək ailəsini dolandırmasının, əməlindən peşmanlıq keçirməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il gecə saatlarında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında özünü narkotik vasitələrin dövriyyəsində şübhəli apardığı üçün Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və raportla rəhbərliyə müraciət edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə xidməti otaqların birindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı siqaret qutusunu və sol yan cibindən həmin 01 ədəd “Honor” markalı mobil telefonu çıxarıb masanın üzərinə qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm və 01 ədəd siqaret formasında büküm aşkar edilmişdir. Kağız bükümdən yaşıl rəngli bitki mənşəli kütlənin olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan bitki mənşəli kütlənin şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin digər qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Sonra aşkar olunmuş bükümlər bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid - Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün Şahid1 ilə 13 iyun 2025-ci il tarixdə inzibati ərazidə AP6970 çağırışlı avtopatrul avtomobili ilə gecə növbəsində xidmətdə olarkən saat 02 radələrində ünvan 2 ünvanında yad avtomobilin qaranlıq yerdə dayanmasını görüb oraya yaxınlaşmışlar. Bir nəfər kişi cinsli şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs hərəkətlərindən, suallara cavab verməkdən yayınmaq istəməsindən onlarda şübhə yaramış və qaçaraq oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman bu şəxsi arxasınca qaçaraq yaxalamış və Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Sorğu əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyinə görə bu barədə qanuni tədbir görülməsi üçün ərazi üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar və şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və raportla şöbənin rəhbərliyinə məruzə etdikdən və Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikdən sonra xidmətə davam etmək üçün əraziyə geri qayıtmışlar. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Nə o, nə də Həbibulla şəxsi axtarışda iştirak etməmişdir. Verilən suallara cavabında qeyd etmişdir ki, gecə növbəsində xidmətdə olduğuna görə demək olar ki, teztez narkotik vasitə və ya psixotrop maddələrin istifadəçiləri ilə rastlaşır və oxşar hadisələrin şahidi olur. Hadisələrin çoxluğu ilə əlaqədar əvvəlki məhkəmə iclasında bu hadisəni digər hadisə ilə qarışıq salıb fərqli ifadə versə də, hazırkı ifadəsi düzgün və dəqiqdir. Bu şəxsə qarşı heç kəs hər hansı fiziki və ya psixi zorakılıq etməmişdir. O və Həbibulla Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib raportla rəhbərliyə məruzə etdikdən sonra xidməti davam etdirmək üçün əraziyə qayıtmışlar, ona görə də şəxsi axtarışda Təqsirləndirilən şəxs üzərindən konkret olaraq hansı miqdarda narkotik vasitə aşkar olunması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid - Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Babayev X1 Turxan Cəmil oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində olan gümüşü rəngli siqaret kağızına bükülmüş yaşıl rəngli ot halında kütləni və 01 ədəd papiros formasında bükülmüş ot halında kütləni təqdim edərək, onların narkotik vasitə hesab olunan “marixuana” olduğunu, həmin gün tanımadığı şəxsdən 50 manata əldə edib üzərində saxladığını bildirmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, görüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/873 nömrəli rəyindən görünür ki, təqdim edilmiş kağız paketdə siqaret qutusunda bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 5,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bir ədəd siqaret formasında, qəhvəyi rəngli kağız bükülüdə tütün ilə qarışıqda təmiz çəkisi 0,21 qram narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 5,71 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3574 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,71 qram narkotik vasitə olan qurudulmuş marixuana, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 5,61 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən qurudulmuş marixuananın aşağı həddi 5 qram olduqda xeyli, 500 qram olduqda külli, aşağı həddi 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclasında ondan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını, lakin bir ədəd bükümdə 5,50 qram deyil, daha az çəkidə narkotik vasitə qurudulmuş marixuanın olmasını, siqaret bükümündə olan narkotik vasitənin avtomobilindən, digər bükümün isə şəxsi axtarış zamanı üzərindən aşkar olunmasını bildirsə də, sonrakı ifadələrində məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək əməlini səmimi olaraq etiraf etmişdir. CPM-in 126.6-cı maddəsinin imperativ tələbinə görə, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsasını təşkil edə bilər. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan əvvəlki ifadəsi şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin bir-birinə uyğun olan ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, digər istintaq sənədləri, məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə təkzib olunmaqla, etirafedici ifadələri işdəki bu dəlillərlə tam uzlaşmaqla sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu məhkəmə istintaqı zamanı bütün ifadələrində təsdiq etmiş, ilkin ifadələrində yalnız həmin narkotik vasitənin çəkisinin az olduğunu bildirməklə cinayət məsuliyyətindən azad olunmaq istəmişdir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı əldə olunmuş sübutlarla müəyyən olunur ki, sözügedən narkotik vasitə Təqsirləndirilən şəxs tərəfindən müdafiəçisinin də iştirak etdiyi şəxsi axtarış istintaq hərəkəti aparılarkən təqdim edilmiş, onun və digər şəxslərin yanında baxış keçirilməklə narkotik vasitə boş zərfə qoyulmaqla, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış halda olan narkotik vasitənin çəkisi məhkəmə-bioloji ekspertizasının tədqiqatı nəticəsində müəyyən edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan ekspertiza rəyi ilə tanış olmuş, lakin rəyə dair hər hansı etiraz irəli sürməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs həmin ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs istinad edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Cəza təyini zamanı nəzərə alınan hallar: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. İş materiallarına əsasən onun azadlığının faktiki olaraq xx.xx.2025-ci saat 02:00 radələrindən məhdudlaşdırıldığı müəyyən olunduğuna görə həmin vaxtdan tutulmuş hesab edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 saatdan artıq müddətdə tutulduğuna görə bu müddət 2 gün kimi nəzərə alınmalıdır.) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə bağlı cəza təyin edilərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin növünün qurudulmuş marixuana olması və kütləsinin isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan xeyli miqdarın aşağı həddinə yaxın olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun törədiyi cinayət əməlinə tənqidi münasibət bəsləməsi, əməlindən səmimi peşmançılıq keçirməsi, məhkumluğunun olmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması şəxsiyyətinin müsbət xarakterizə olunduğunu deməyə və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah oluna biləcəyi qənaətinə gəlməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs kimi tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhərinin (iş yeri nəzərə alınmaqla) ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 iyun 2025-ci ildən 14 iyun 2025-ci ilədək tutulduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 00:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,61 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 72 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-369/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-369/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver