Məhkəmə qərarları › İş №1(005)-37/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-37/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-37/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixanada yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdə saat 07:20 radələrində etibarnaməsi olmadan idarə etdiyi AD N 485347 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X2 mülkiyyətində olmaqla ƏN-İ № 789439 nömrəli etibarnamə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyinə verilmiş texniki cəhətdən saz vəziyyətdə olan «Kia Optima» minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə metronun «Koroğlu» stansiya istiqamətindən Babək prospekti istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanda yerləşən «Saat Qülləsinin» qarşısına düşən yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci madddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməyib idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə eyni hərəkət istiqaməti üzrə ondan qarşıda hərəkətdə olan Şahid2 ƏN-İV № 587618 nömrəli etibarnamə əsasında 40 km/saat sürətlə idarə etdiyi AC N 808056 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan «Volvo XC90» minik marşalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissə ilə toqquşdurmuş, nəticədə Şahid2 «Volvo XC90» minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək yolun hərəkət hissəsinin sağ kənarında təmizlik işləri aparan Zərərçəkmiş şəxs1 dəyərək ehtiyatsızlıqdan ona sağ iç və bayır topuqların qapalı, az yerdəyişmiş sınığı, sol baldır ətrafı yumşaq toxuma əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmçinin «Kia Optima» minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4700 manat, «Volvo XC90» minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən isə sahibi Zərərçəkmiş şəxs2 1720 manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 05 fevral 2020-ci il tarixdə saat 07 radələrində “KİA OPTİMA” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanında olan tanışı ilə Koroğlu metrostansiyasından üzü Nərimanov rayonu istiqamətinə hərəkət edən zaman qarşıda hərəkətdə olan nömrəsi və markası ona sonradan məlum olan “VOLVO” markalı avtomobil yolun sağ hərəkət zolağında dayanmışdır. Həmin avtomobil yolun kənarında adam düşürdüyü üçün onun arxa qapısı açıq idi. O, idarə ediyi avtomobili saxlaya bilməyib həmin avtomobilə toxunmuşdur. Həmin zaman o, avtomobili saatda 60 km sürətlə idarə etmişdir. Qəza baş verən zaman o başından xəsarət almışdır. Üzü həmin an qan içində idi. Ona görə də, orada olan polis əməkdaşları onu taksiyə mindirib yola salmışlar ki, həkimə getsin. Həmin vaxtı o, orada kiminsə xəsarət almasını görməmişdir. ‘‘KİA OPTİMA” markalı avtomobili o, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “020 Rent a car” adlanan maşın icarə yerindən Sərxan adlı şəxsdən 1 günlük 50 manata götürmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 05.02.2020-ci il tarixdə ünvan 2 ünvanda aidiyyəti üzrə təmizlik işləri aparırmış. O, hər gün həmin sahədə yolun kənarında təmizlik işləri aparır. Saat təxminən 07:15 radələrində Heydər Əliyev prospektində orta yolda sarı xəttin üzərində yolun kənarını təmizləyirmiş. Həmin vaxtı markasını və nömrəsini və sahibini tanımadığı avtomobil qəflətən onu vurmuşdur. O, həmin vaxt huşunu itirmişdir. Huşu özünə gəldiyi zaman o, xəstəxanada idi. Xəstəxanada ona məlum olmuşdur ki, onun sağ ayağı topuq nahiyəsindən 2 hissədən sınıb, sol aşağı isə ciddi şəkildə əzilmişdir. Hadisə onun belə yadına gəlir ki, sonradan markasını bildiyi “Volva” markalı avtomobil onu vurduqdan sonra digər avtomobildə həmin avtomobili vurmuşdur. O, “Volva” markalı avtomobilin sürücüsü Şahid2 şikayətçidir. Onun sonradan Şahid2 idarə etdiyi avtomobili vuran şəxsdən heç bir şikayəti yoxdur. Çünki, yenə bildirmişdir ki, Şahid2 idarə etdiyi avtomobillə onu vurduqdan sonra digər avtomobil onun avtomobilini vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 08 fevral 2020-ci il tarixdə ona məlum olmuşdur ki, 05 fevral 2020-ci il tarixdə Şahid2 onun etibarnamə əsasında vermiş olduğu ‘‘VOLVO” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 07:20 radələrində Nərimanov rayonu, H.Əliyev prospektdə saat olan binanın qarşısında hərəkət edən zaman ondan sol hərəkət zolağı ilə hərəkət edən digər avtomobil onun idarə etdiyi avtomobilin sol arxa tərəfindən vurmuşdur. Zərbə nəticəsində idarə etdiyi avtomobilin sağ qabaq hissəsi yolun kənarında təmizlik işi aparan qadına dəymiş və qadın zərbə nəticəsində az ağır xəsarət almışdır. "xxxx" MMC-nin vermiş olduğu zərər aktından görünür ki, avtomobilə 1.720 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 03 fevral 2020-ci il tarixdə X13 onun işlətdiyi "xxxx"yə gəlmiş və icarəyə avtomobil götürmək istədiyini bildirmişdir. Bu səbəbdən aralarında müqavilə bağlanmışdır. Aralarında bağlanılan müqaviləyə əsasən X13 03 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixə kimi olan müddət ərzində “KİA OPTİMA” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 50 manat hesabı ilə 500 manat qarşılığında icarəyə götürmüşdür. Həmin avomobili X2 ona vermiş olduğu etibarnamə əsasında icarəyə vermişdir. 05 fevral 2020-ci il tarixdə naviqasiya ilə baxan zaman ona məlum olmuşdur ki, icarəyə verdiyi “KİA OPTİMA” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev prospekti, saat qülləsinin qarşısında dayanmışdır. Daha sonra onlar naviqasiya vasitəsi ilə müəyyən etmişlər ki, avtomobili cərimə meydançasına aparmışlar. O da cərimə meydançasına getmiş və avtomobilin vuruq vəziyyətdə olduğunu görmüşdür. "xxxx" kiçik müəssisəsinin vermiş olduğu zərər aktından məlum olmuşdur ki, avtomobilə 4.700 manat məbləğində maddi zərər dəymişdir. Hal-hazırda avtomobili icarəyə verdiyi X7 şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 05 fevral 2020-ci il tarixdə saat 07 radələrində idarə etdiyi avtomobillə yaşadığı Zabrat qəsəbəsindən çıxıb Zərərçəkmiş şəxs2 uşaqlarını şərq bazarının yanından götürüb məktəbə aparmaq üçün evdən çıxmışdır. Təxminən saat 07:20-də Nərimanov rayonu, H.Əliyev prospekti ilə sağ hərəkət zolağı ilə saatda 80 km sürətlə hərəkətdə olan zaman həmin prospektdə saat olan binanın qarşısında bir nəfər qadının yolun sağ kənarında yolu süpürdüyünü görmüşdür. Ondan sol hərəkət zolağı ilə başqa avtomobil hərəkət etdiyi üçün sol hərəkət zolağına keçə bilməmiş və qəza işığını yandırıb sürətini azaltmış və avtomobili 40 km sürətlə idarə edən zaman arxadan gələn ağ rəngli “KİA OPTİMA” markalı avtomobil onun idarə etdiyi avtomobilin sol arxa tərəfindən vurmuşdur. Zərbə nəticəsində idarə etdiyi avtomobilin sağ qabaq hissəsi həmin qadına dəymiş və qadın asfaltın üzərinə yıxılmışdır. O, dərhal avtomobildən yerə düşmüşdür. “KİA OPTİMA” markalı avtomobili idarə edən şəxs də avtomobili saxlayıb yerə düşmüş, həmin qadını ətrafdakı şəxslərin köməkliyi ilə yerdən qaldırmışlar. Köməyə gələn adamlar təcili tibbi yardıma zəng etmişlər və təcili yardım maşını həmin qadını xəstəxanaya aparmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 xəstəxana ilə bağlı hər bir maddi xərclərini qarşılamış və gündəlik baş çəkmişdir. Cinayət işinin 8-14-cü vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 05.02.2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Saat qülləsinin qarşısıdır. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt-beton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 15 metr, işlək hissəsinin eni 15 metr, ehtiyat hissəsinin eni 2 metr, hərəkət zolaqlarının sayı 3, yolun işlək hissəsində üfüqi nişanlanma xətti, işlək hissəyə sağdan və soldan səki, ehtiyat hissədən sonra sağdan və soldan isə yaşayış binası birləşdiyi, həmin sahənin nizamlanma üsuluna görə nizamlanmayan sahəyə aid olması müəyyən edilmişdir. Hadisə yerində “KİA OPTİMA” markalı avtomaşının yolun hərəkət hissəsində yola perpendikulyar vəziyyətdə dayanması, “VOLVO” markalı avtomaşının yolun sağ hərəkət hissəsində düzünə dayanması, yolun sağ hərəkət zolağında 2.6 metr uzunluğunda “KİA OPTİMA” markalı avtomaşına aid tormoz izi müəyyən edilmişdir. Hadisə yerindən hər iki avtomaşına aid şüşə qırıqları və avtomobil yağı aşkar edilmişdir. Cinayət işinin 28-ci vərəqində olan AC seriyalı 485347 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, **-XK-*** dövlət qeydiyyat nişanlı, «KİA OPTİMA» minik markalı avtomobilin sahibi X4r. Cinayət işinin 29-cu vərəqində olan etibarnamədən görünür ki, X9 “KİA OPTİMA” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini "xxxx" MMC-yə vermişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbayan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 12.02.2020-ci il tarixli, 116 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 qizinin bədən səthində aşkar edilmiş xəsarətlər: sağ iç və bayır topuqların qapalı, az yerdəyişmiş sınığı, sol baldır ətrafı yumşaq toxuma əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.02.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlaığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Cinayət işinin 56-57-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 27 fevral 2020-ci il tarixli protokoldan görünür ki, **-KX-*** dövlət nömrə nişanlı “VOLVO XC-90” markalı, buraxılış ili 2005-ci il olan minik avtomobilinin arxa sol və ortaya yaxın bufer hissəsi, arxa sol stop farası, buferin üzərində olan radar zədələnib. Cinayət işinin 58-ci vərəqində olan "xxxx" MMC-nin 25 fevral 2020-ci il tarixli zərər aktından görünür ki, X5 məxsus “VOLVO XC-90” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə cəmi 1720 manat vəsait tələb olunur. “Maddi sübut kimi tanıma haqqında” 27 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “VOLVO XC-90” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 65-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 03.03.2020-ci il tarixli, 016-20881-1220 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 66-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 28 mart 2020-ci il tarixli protokoldan görünür ki, **-XK-*** dövlət nömrə nişanlı, 2014-cü il buraxlışı olan “KİA OPTİMA” minik markalı avtomobilin qabaq buferi, qabaq sağ-sol faraları, ön padpresi, ablisovkası, duman faraları, su və konsisioner radiatorları, sağ qanadı zədələnmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 28 mart 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “KİA OPTİMA” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 96-cı vərəqində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid1 tərəfindən imzalanmış 29 mart 2020-ci il tarixli Qəbzdən görünür ki, ona məxsus “KİA OPTİMA” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Bununla bağlı hər hansı şikayəti, yaxud tələbi yoxdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan "xxxx" Kiçik Müəssisəsinin 29 mart 2020-ci il tarixli zərər aktından görünür ki, "xxxx" MMC-yə məxsus “KİA OPTİMA” minik markalı **- XK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə cəmi 4700 manat vəsait tələb olunur. Cinayət işinin 123-125-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 may 2020-ci il tarixli, 8/353 nömrəli rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən göstərilən şəraitdə “Kia Optima” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili nəqliyyat vasitəni idarə elmək hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən göstərilən şəraitdə “Volvo XC-90” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin təsdiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 130-131-ci vərəqlərində olan “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” 14 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu halda Nərimanov RPİnin İŞ-nə təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin 138-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 07 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07.06.2020-ci il tarixdə saat 15:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 151-152-ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 193-198-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 4(005)-681/2020 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 199-201-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 09 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 206-cı vərəqində olan Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.08.2019-cu il tarixli, AZ-İV seriyalı, 325407 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 25.07.2019-cu il təvəllüdlü X8 valideynləri X11 və X3r. Cinayət işinin 207-ci vərəqində olan Ağdam rayon İHB-nın Qiyaslı kənd İƏD-si üzrə nümayəndəsi T.Əliyev tərəfindən verilmiş Xasiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 208-219-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş X8 adına olan doğum haqqında şəhadətnamənin kserosurətində X6 Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 1(005)-37/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 01.06.2021-ci il tarixli məktubundan görünür ki, 30.05.2021-ci il tarixdə saat 21:00 radələrində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə başlanılmış 1(005)-37/2021 nömrəli cinayət işi ilə əlaqədar axtarışda olan Qafarov X10 rayonu, Şərifzadə küçəsi 196 ünvanının qarşısında müəyyən edilib tutularaq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və üzərində narkotik maddə aşkar olunduğuna görə araşdırılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü - sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmənin əvvəli 30.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) İş üzrə maddi sübut olan - “KİA OPTİMA” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X12 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - “VOLVO XC-90” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 30.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - “KİA OPTİMA” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X12 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - “VOLVO XC-90” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar