Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-37/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2 maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-37/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2 maddələri ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, 02 fevral 2022-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşı tərəfində quraşdırılmış və həmin ASC-yə məxsus hər birinin dəyəri 70 manat olan, ümumi 140 manat dəyərində 2 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapaqlarını və hər birinin dəyəri 60 manat olan, ümumi 120 manat dəyərində 2 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağının çərçivələrini, yəni ümumilikdə 260 manat dəyərində əmlakı quraşdırıldığı yerdən söküb hadisə yerindən kənarda yerləşən yaşıllıq sahədə gizlətməklə talayıb, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumi 260 manat dəyərində ziyan vurmaqla kanalizasiya xətlərinə münasibətdə oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım gizli olaraq talama məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşı tərəfində quraşdırılmış və həmin ASC-yə məxsus hər birinin dəyəri 70 manat olan, ümumi 140 manat dəyərində 2 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapaqlarını və hər birinin dəyəri 60 manat olan, ümumi 120 manat dəyərində 2 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağının çərçivələrini, yəni ümumilikdə 260 manat dəyərində əmlakı quraşdırıldığı yerdən söküb oğurlamaq istəyərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəaliyyət göstərən "xxxx" ASCnin mühafizəçisi tərəfindən tutulub saxlanıldığı üçün, onun cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək kanalizasiya xətlərinə münasibətdə oğurluq cinayətini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir ki, tanıyırdı və aralarında normal münasibəti olmuşdur. Çörək pulu qazanmaq üçün o, metal yığıb satmaqla məşğul olur. Belə ki, maddi imkanı olmadığı üçün 2022-ci ilin fevral ayının 2-də metal qapaqları oğurlayıb satmağı qərara almışdır. Bu məqsədlə də axşam saat 21 radələrində təkbaşına "xxxx" zavodunun qarşısına gəlmiş, həmin zavodun qarşısındakı ərazidə yerləşən quyuların üzərində olan iki ədəd kanalizasiya quyusunun qapağını yerindən çıxarmış, daha sonra həmin quyuların kranşteynlərini də söküb kənara qoymuşdur. Bundan sonra həm qapaqlar və həm də quyuların kranşteynləri ağır olduğu üçün apara bilməyib bir qədər kənarda ağaclıq hissədə gizlədərək üzərinə lazımsız əşyalar yığmışdır ki, görən olmasın, sonradan gəlib aparsın. Həmin vaxtdan quyu qapaqları və quyuların kranşteynləri həmin yerdə qalmışdır. 07 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Xəyyamla təsadüfən rastlaşmış və ikilikdə çayxanada əyləşib söhbət etməyə başlamış, çayxanada ikilikdə söhbət edərkən Xəyyam da maddi imkansızlığı barədə ona məlumat verdiyi üçün ona "xxxx" zavodunun qarşısında boşluq ərazidə kanalizasiya quyuları olduğunu demiş və həmin quyuların qapaqlarını birlikdə söküb satmağı ona təklif etmişdir. Həm də fikirləşmişdir ki, quyu qapaqlarını birlikdə söküb götürəndən sonra gizlətdiyi quyu qapaqlarını və quyuların kranşteynlərini də götürüb aparsın. Xəyyam onun fikri ilə razılaşdığı üçün çayxanadan çıxıb birlikdə "xxxx" zavodunun qarşısındakı boşluq əraziyə getmiş, orada Xəyyamla köməkləşib kanalizasiya quyularının qapaqlarını çıxarmış və sonra isə quyuların kranşteynlərini sökmək istədikdə zavodun gözətçisi gəlmiş və onların oğurluq elmək istədiyini görmüşdür. Həmin vaxtı Xəyyamın yanından uzaqlaşıb çıxıb getmiş, Xəyyamı isə gözətçi saxlamışdır. 08 fevral 2022-ci il tarixdə günorta radələrində «Ulduz» metrosunun yaxınlığındakı ərazidə dayanarkən polis əməkdaşları tərəfindən saxlanılmış və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra səmimi olaraq etdiyi oğurluq barədə məlumat vermiş və hadisədən 4-5 gün əvvəl söküb kənarda gizlətdiyi 2 ədəd kanalizasiya quyularının qapaqlarını və quyuların kranşteynlərini gizlətdiyi yerləri polis əməkdaşlarına bildirmişdir. Göstərmişdir ki, yalnız istifadəsiz dəmir qırıntıları yığıb satmaqla məşğul olur, ilk dəfə idi ki, kanalizasiya quyularının qapaqlarını və quyuların kranşteynlərini oğurlamağı qərarlaşdırmış, bu cəhdi də baş tutmamışdır. Xəyyama yalnız kanalizasiya quyularının qapaqları və quyuların kranşteynlərini oğurlamağı bildirmiş və birlikdə oğurlamağı ona təklif etmişdir. Həmin kanalizasiya quyularının qapaqlarını və quyuların kranşteynlərini oğurladıqdan sonra əvvəlcə oğurladığı qapaqları və kanalizasiya quyularının qapaqlarını və kranşteynlərini də özü ilə götürüb aparmalı olmuşdur. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin nəzdində olan «X3» QSC-nin Hüquq Şöbəsinin hüquqşünası işləyir. 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "xxxx" ASC-nin mühafizəçisi Şahid1 xidmətdə olan zaman iki nəfər tanımadığı şəxslərin inzibati binanın qarşısında yerdə qurlaşdırılmış kanalizasiya quyularının iki ədədinin örtüyünün götürərək gövdələrini sökdüklərini görüb həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərin qeyd olunan örtükləri gövdələri ilə birlikdə oğurlamaq istədiklərindən tam əmin olduqdan sonra həmin şəxsləri gələcəkdə polis orqanlarına təhvil vermək məqsədilə saxlamağa çalışmışdır. Həmin şəxslərdən biri əvvəllər tanımadığı adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 heç bir müqavimət göstərmədən mühafizəçiyə təslim olmuş, onunla birlikdə oğurluq hadisəsini törədən digər şəxs adı sonradan məlum olan Təqsirləndirilən şəxs2 təslim olmadan qaçıb həmin yerdən getmişdir. Mühafizəçi Şahid1 əvvəl hadisə barədə cəmiyyətin rəhbərliyinə məlumat vermiş, sonra hadisə ilə əlaqədar polisə məlumat vermişdir. Hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları gəlmişdir. Polis əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirmiş və mühafizəçi hadisə yerində saxladığı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına təhvil vermiş və sonra Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gedərək hadisə barədə rəsmi ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, qeyd olunan hadisədən başqa oğurluq hadisəsini törətməyə cəhd etmiş şəxslərdən biri Təqsirləndirilən şəxs2 bir neçə gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə işlədiyi cəmiyyətin qarşısında qurlaşdırılmış 2 ədəd kanalizasiya quyularının örtüklərini gövdələri ilə birlikdə yerindən söküb oğurladıqdan sonra kənarda olan ağacların arasında gizlətmişdir ki, sonradan rahat vaxt gəlib həmin yerdən götürüb satmaq üçün aparsın. Lakin bu barədə polisdə məlumat əldə olunduğundan Təqsirləndirilən şəxs2 oğurlayaraq gizlətdiyi örtüklər gövdələri İlə birlikdə polis əməkdaşları tərəfindən gizlənildiyi yerdən götürülmüşdür. Qeyd olunan oğurluq hadisəsini işlədiyi cəmiyyətdə xidmət aparmış mühafizəçi Şahid1 müəyyən edib cinayətin başa çatdırılmasına imkan verməmişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs2 şikayətçi olmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin direktorudur. Cəmiyyət əvvəllər zavod olaraq fəaliyyət göstərsə də, hazırda fəaliyyət göstərmir. Həmin zavodda əvvəllər polad lövhələrin ştamplanması həyata keçirilmişdir. 08 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin qarşısında səkidə yerləşən və zavodun balansında olan quyuların qapaqlarının gövdəsi ilə birlikdə sökülüb oğurlandığı barədə zavodun mühafizəçisi tərəfindən məlumat almışdır. Bundan sonra həmin yerə getdikdə orada olan iki ədəd quyu qapaqlarının gövdəsi ilə birlikdə sökülüb oğurlandığını, digər iki quyunun qapağının yerində olmadığını və gövdəsinin isə sökülməsinə cəhd edildiyini aşkar etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-18-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən "xxxx" zavodunun qarşısındakı piyada səkisidir. Zavodun binası dörd mərtəbədən ibarətdir. Giriş qapısı iri metal qapıdır. Zavodun qarşısı beton örtüklü səkidir. Səkinin üzərində 4 ədəd quyu düzəldilmişdir. Cinayət işinin 24-26-cı vərəqələrində olan “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən "xxxx" zavodunun qarşısında yerləşən hasara alınmış torpaq ərazidir. Həmin ərazi mişar daşından hörülmüş hasarla 3 tərəfdən əhatələnmişdir, bir tərəfi isə açıqdır. Təqsirləndirilən şəxs2 həmin ərazidə iri gövdəli ağac tərəfi göstərib bildirdi ki, oğurlanmış qapaq və kranşteyn həmin ağacın dibindədir. Cinayət işinin 73-cü vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 108-109-cu vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞnin müstəntiqi Hüseyn Nuriyevin ********* nömrəli cinayət işi üzrə təqsirlənidirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətinin əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin X2 azad edilməsi qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan “Təqsirləndiirlən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 143-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/3028 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 260 (2x130m) manat müəyyən olunur. - 1 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağı 70 manat, 2 ədədi 140 manat, -1 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağının çərçivəsi 60 manat, 2 ədədi 120 manat. Cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin 150-152-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bahadr oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvlinin 08 sentyabr 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 177-185-ci vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif olunması və toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş 4 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağı və 2 ədəd çuqun materialdan olan D400 markalı kanalizasiya quyusunun qapağının çərçivəsinin sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün "xxxx" ASC-yə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 211-212-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 11 may 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-227/2023 nömrəli qərarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1869/2022 saylı, 03 noyabr 2022-ci il tarixli hökmünün məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdna məhrum etmə cəzasının 9 (doqquz) ilə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 il müddətə azadlıqdna məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarın 18-ci bəndində göstərilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(103)-227/2023 nömrəli qərarına əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməli həmin məhkumluğun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(103)-227/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(103)-227/2023 nömrəli qərarı ilə müəyyən edilmiş 17 iyun 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan - 04 ədəd çuqun materialdan olan “D400” markalı kanalizasiya quyusunun qapağı və 02 ədəd çuqun materialdan “D400” markalı kanalizasiya quyusunun qapağının çərçivəsinin zərərçəkmiş şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 51 (əlli bir) iş saatına görə 306 (üç yüz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(103)-227/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablansın, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - 04 ədəd çuqun materialdan olan “D400” markalı kanalizasiya quyusunun qapağı və 02 ədəd çuqun materialdan “D400” markalı kanalizasiya quyusunun qapağının çərçivəsinin zərərçəkmiş şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 51 (əlli bir) iş saatına görə 306 (üç yüz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-37/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-37/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver