Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-37/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 mart 2023-cü il tarixdə, saat 16 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik Mail” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən qadın geyimləri satılan “Bershka” mağazasına girmiş və həmin dükanda özünə şalvar seçib əlində tutduğu çantasnı geyim paltarları asılan asılqandan asaraq paltar geyinib-soyunma otağına girmiş Zərərçəkmiş şəxs2 məxsus, içərisində öz adına olan tələbə bileti, şəxsiyyət vəsiqəsi, «Baku kart» kartı, hesabında pul olmayan «Xalq Bank»a aid kart, 20 manat dəyərində qulaqcıq, üstündən istifadə etdiyi 25 manat dəyərində “İnkandes” ətiri, 20 manat dəyərində kosmetik əşyalar və 190 manat nəğd pul olan 30 manat dəyərində qara dəridən olan əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 285 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını talamaq məqsədi ilə təkrarən 21 mart 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik Mail” ticarət mərkəzinin 1-ci mərtəbəsində olan «Zara» qadın geyimləri dükanına girib özünə paltarlar seçərkən çantasını dükanın ortasında olan paltarlar asılması üçün yerə asmış və seçdiyi paltarları geyinib yoxlamaq üçün növbəyə dayanaraq çantasına nəzarəti itirmiş Zərərçəkmiş şəxs1 məxsus, içərisində 65 manat dəyərində «POLO» markalı içərisində 04 ədəd 100 manatlıq, 03 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq əskinaslarla ümumilikdə 560 manat nəğd pul olan pul cüzdanını, əri Şahid Vaqif oğlunun və özünün adlarına və hesabında pul vəsaiti olmayan «Kapital bank»a və «Beynəlxalq bank» aid məvacib kartları, zərərçəkmiş Zərərçəkmiş şəxs1 adına olan «Kapital bank»a aid Birbank Cashback debet kartı, yaşadıqları mənzilin və idarə etdiyi avtomaşının açarları, 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi ilə işlətdiyi 1800 manat dəyərində 01 ədəd yaşıl rəngli «İphone 13» markalı mobil telefon aparatı olan 85 manat dəyərində «MİCHAEL KORS» yazıları olan əl çantasını gizli olaraq taladıqdan sonra, vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirərək elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs1 məxsus «Birbank Cashback» debet kartından istifadə edərək həmin tarixdə «Gənclik Mall» ticarət mərkəzində yerləşən «NEW YORKER” dükanında 01 ədəd idman şalvarı üçün 49.97 manat, corab üçün 13 manat, “Kontakt home” dükanından “Nokia” markalı mobil telefon cihazı üçün 99,99 manat, həmin ticarət mərkəzində “Nokia” markalı mobil telefon chazı üçün 99,99 manat, uşaq corabları üçün 18,99 manat və uşaq paltarları üçün 84,98 manat ödənişi həyata keçirib Zərərçəkmiş şəxs1 məxsus 366,92 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2886,92 manat ziyan vurnaqla oğurluq etmişlir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 mart 2023-cü il tarixdə, saat 19:00 radələrində yenə də «Gənclik Mall» ticarət mərkəzinə gəlmiş, ticarət mərkəzinin birinci mərtəbəsində olan «Bershka» adlı qadın geyim paltarları dükanına girmiş və paltarlara baxırmış, içəridə ondan başqa da müştərilər, satıcılar var imiş. Baxmış ki, piştaxtanın üstündə qara rəngli bir ədəd qadın çantası vardır, lakin həmin çantaya yaxınlaşan yox imiş. Bir müddət kənardan izləmiş, həmin çantaya yaxınlaşan olmadığını görüb o həmin çantanı götürüb dükandan çıxıb tələsik evinə getmişdir, evdə həmin vaxt həyat yoldaşı olmayıb, çantanı evdə açmış, içərisində 180 manat pul, «Xalq bank»a aid bank kartı, Zərərçəkmiş şəxs2 adına şəxsiyyət vəsiqəsi və tələbə bileti var imiş. O çantada olan 180 manat pulu götürüb şəxsi ehtiyaclarına xərcləmiş, çantada olmuş digər əşyalar qalmaqla evdə saxlamışdır. Təkrarən 21 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində «Gənclik Mall» ticarət mərkəzinə gəlmişdir, ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən «Zara» qadın geyim paltarları olan dükana girmiş, dükanda asılqanlarda asılmış qadın geyim paltarlarına baxarkən asılqandan 01 ədəd narıncı rəngdə qadın çantasının asıldığını görüb, həmin vaxt dükanda başqa müştərilər və satıcılar da var imiş, lakin fikir vermiş ki, həmin çantaya yaxınlaşan yoxdur. Çantanın sahibinin orada olmadığını müəyyən etmiş və sonra həmin çantanı götürüb dükandan çıxmışdır. Əvvəlki hadisələr kimi həmin çantanı evinə aparmış, yoldaşı həmin vaxt evdə olsa da o oğurladığı çantanı evdə gizlətmişdir. Çantanın içərisində 01 ədəd yaşıl rəngli «İphone 13» markalı mobil telefon, mənzil və avtomaşın açarları, iki ədəd bank kartları, 61 manat pul var imiş. O çantada olanlara baxmış və 01 ədəd Kəşbek kartı vasitəsilə elə həmin «Gənclik Mall»da olan başqa dükana və Kontakthome dükanına girib qadın və uşaq əşyaları alıb ödənişini etmişdir. Həmin bank kartından pul nağdlaşdırmaq mümkün olmadığından o alış-veriş qaydası ilə kartdan pul çıxarmışdır. Dəqiq tarixini unutmuşdur, bir müddət sonra yenə də gəzə-gəzə «Gənclik Mall»a gəlmişdir, orada olarkən Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb kimliyini soruşmuşlar və adının Gülü olmasını demişdir. Şəxsiyyət vəsiqəsi olmadığını bildirmiş və polis əməkdaşları onu oğurluqlarda şübhəli olduğunu bildirmişlər və onu 18-ci Polis şöbəsinə gətirmişlər. Şöbədə o törətdiyi hadisələri səmimi olaraq etiraf etmiş və oğurladığı əşyalardan qalanlarının evində olduğunu bildirib həmin əşyaları təhqiqatçıya təqdim etmişdir. Kəşbek kartı vasitəsilə ödənişini edib aldığı uşaq və qadın geyim paltarlarını isə ayrı-ayrı adamlara satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 mart 2023-cü il tarixdə saat 19:30 radələrində həyat yoldaşı Şahid və oğlu Ramizlə birlikdə «Gənclik Mall» ticarət mərkəzinə alış-veriş məqsədilə gəlmişdir. Saat təxminən 20:00 radələrində o, «Gənclik Mall» ticarət mərkəzinin 1-ci mərtəbəsində olan «Zara» qadın geyimləri dükanına girmişdir ki, özünə paltar seçsin, oğlu və yoldaşı ticarət mərkəzində olan bara getmişlər. O, özü üçün paltarlar seçərkən çantasını dükanın ortasında olan paltarlar asılması üçün yerə asmışdır. Sonra o, seçdiyi paltarları geyinmə-soyunma otağında yoxlamaq üçün getmiş, həmin vaxt çantası asdığı yerdə olmuş, paltar geyinmə-soyunma otağında növbə olduğundan o, növbəsini gözləmiş, lakin həmin vaxt yadından çıxdığından çantasına nəzarət etməmişdir. Təxminən 5-8 dəqiqə sonra yadına düşmüşdür ki, çantası asılqanda qalıb, qayıtmışdır ki, çantasını götürsün. Həmin vaxt görmüşdür ki, çantası asdığı yerdə yoxdur, o, dükanda olan müştərilərə, asılqanlara baxmış, lakin çantasını tapa bilməmişdir. Dükanın xəzinədarına yaxınlaşıb hadisə barədə məlumat vermiş, xəzinədar inzibatçıya demiş və inzibatçı gəlmiş, o, inzibatçının mobil telefonu ilə yoldaşına zəng edib hadisə barədə məlumat vermiş və yoldaşı da dükana gəlmiş, kamera görüntülərinə baxmışlar və bildirmişlər ki, onun çantasını asdığı asılqandan bir nəfər qadın götürüb aparmış, sonra o, bu barədə Nərimanov RPİ-nin 18-ci PB-nə ərizə və izahat vermişdir. Onun oğurlanmış çantası «MİCHA EL KORS» markalı olmuş, 2022-ci ildə «Las Veqas» dükanından 85 manata almış, çəhrayı-qəhvəyi rənglərdə olmuş, çantanın içərisində «POLO» markalı pul cüzdanı da olmuş, həmin cüzdanı yaxın qohumu Türkiyədən 65 manata almış, cüzdanın içərisində 04 ədəd 100 manatlıq, 03 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq əskinaslarla, həmçinin sayını bilmədiyi manatlıq əskinaslarla bir yerdə qatlanmış vəziyyətdə, həmçinin daim çantasında qatlanmış vəziyyətdə ayrı saxladığı 100 manatlıq əskinasla ümumilikdə 560 manatdan yuxarı nəğd pulu, bunlardan əlavə cüzdanın içərisində yoldaşının və onun «Kapital bank»-a və «Beynəlxalq bank»-a aid məvacib kartları, 01 ədəd hesabında 367 manat pul olan «Kapital bank»-a aid keşbek kartı, çantanın içərisində yaşadığları mənzilin və idarə etdiyi avtomaşının açarları, çantanın içərisində 01 ədəd yaşıl rəngdə, 1800 manata aldıqları «İphone 13» markalı, ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi telefon olmuşdur. Onlar bank kartını yoxlamışlar və müəyyən olunmuşdur ki, kartda olan 367 manat pulun hamısını elə həmin vaxt «Gənclik Mall»da olan dükanlarda və «Kontakt home» dükanında alış-veriş etməklə pulun hamısını xərcləmişlər. Sonda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 mart 2023-cü il tarixdə, saat 16 radələrində Nərimanov rayonu ərazisində yerləşən «Gənclik Mall» ticarət mərkəzinə getmişdir. Orada bir az mağazaları gəzdikdən sonra özünə geyim əşyası almaq üçün “Bershka” mağazasına girmişdir. Mağazaya daxil olan zaman əlində olan əl çantası geyim paltarları asılan asılqandan asmışdır. Mağazada şalvar seçərək geyinmə otağına keçmiş və geyinmə otağından çıxandan sonra yadına düşmüşdür ki, əl çantasını unutmuşdur. Buna görə də, geri qayıdıb əl çantasını asdığı yerə baxanda görmüşdür ki, əl çantası naməlum şəxs tərəfindən oğurlanmışdır. O, əvvəlcə həmin mağazanın kassasına yaxınlaşaraq kamera görüntülərinə baxmalarını xahiş etmiş və onlar kamera görüntülərinə baxanda məlum olmuşdur ki, onun əl çantasını bir nəfər xanım oğurlamışdır. Həmin xanımın ticarət mərkəzindən çıxıb-çıxmadığını müəyyən etmək üçün 1-ci mərtəbədə yerləşən məlumat mərkəzinə yaxınlaşmasını və bu barədə polis əməkdaşlarının iştirakı ilə kamera görüntülərinə baxa biləcəyini bildirdikləri üçün dərhal DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və ilkin olaraq kamera görüntülərinə baxdıqdan sonra onu 18-ci PŞ-nə dəvət etmişlər, PŞ-də hadisə barədə ərizə və izahat vermişdir. Onun əl çantası qara rəngli dəri materialdandır. Oğurlanmış əl çantasını 2022-ci ilin sentyabr ayında 28 Molda yerləşən “Pull Bear” mağazasından 30 manata almışdır. Onun əl çantasının içərisində tələbə bileti, şəxsiyyət vəsiqəsi, “Baku” kart, içərisində pul olmayan “Xalq Bank”-a aid olan kart, 20 manata aldığı qulaqcıq, istifadə olunmuş 25 manata aldığı “İnkandes” ətiri, təxminən 20 manat dəyərində kosmetik əşyalar, 190 manat nəğd pul olmuşdur. Sonda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 28-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 46-47-ci vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, X3 2023-cü ilin mart ayının 18-də Bakı şəhəri Nərimanov rayonu, X11 küçəsində yerləşən «Gənclik Mall» ticarət mərkəzinin «Berchka» qadın geyimləri dükanında vət. Zərərçəkmiş şəxs2 məxsus, həmin ilin mart ayının 21-də həmin ticarət mərkəzinin «Zara» qadın geyimləri dükanından vət.Zərərçəkmiş şəxs1 məxsus, içərilərində müxtəlif qiymətlərlə əşyalar və nəğd pul olan çantaları gizli olaraq talaması fakları ilə əlaqədar Nərimanov RPİ-nin 18-ci Polis şöbəsində toplanmış materiala əlavə edilmiş 02 ədəd «CD-R» disklərində olan videogörüntülərə X3 iştirakı ilə Nərimanov RPİ-nin inzibati binasının 52 nömrəli xidməti otağında “HP 2011x” markalı kompüterdə Azərbaycan Respublikası CPM-nin 85, 51 və 236-cı maddələrinin tələblərinə müvafiq olaraq baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Birinci disk kompüterin disklər üçün yuvasına salındı və diskin yaddaşına köçürülmüş görüntülərin açılması düyməsinə basıldıqda ekranda «WhatsApp Video 2023-03-23» səhifəsi açıldı, həmin səhifənin açılması düyməsinə basdıqda geyim paltarlarının asılqanlarda asılaraq satışa qoyulduğu dükan şəraiti görüntülənir, dükanın orta hissəsində asılqanda qadın paltarları asılmış haldadır və içəridən müştərilər paltarlara baxırlar, ortada olan paltar asılan asılqanın baş tərəfində göy rəngli uzunqol köynəkdə, cins şalvarda saçları açıq halda üzü monitora baxan qadın həmin asılqandakı paltarlara baxır və asılqanda paltarların arasından asılmış qara rəngli çantanı oradan götürüb sol əlində tutduğu geyim paltarlarının alt tərəfinə qoyub oradan uzaqlaşdığı görüntülənir. Baxışda iştirak X6 bildirdmişdir ki, görüntülərdə olan qadın onun özüdür, həmin görüntülər «Gənclik Mall» ticarət mərkəzinin «Zara» qadın geyimləri dükanından çəkilib, həmin çantada 01 ədəd yaşıl rəngli «İphone 13» markalı mobil telefon, mənzil və avtomaşın açarları, iki ədəd bank kartları, 1 ədəd 1 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 5 manatlıq əskinaslarla cəmi 61 manat pul olub, kartların birindən elə ticarət mərkəzinin özündün alış-veriş etmişdir, kartdan çıxardığı puldan başqa qalanlarını polisə qaytarmışdır. Həmin görüntülər ümumilikdə 0.00.14 saniyə davam edir. Baxış keçirildikdən sonra həmin disk kompüterin disklər üçün yuvasından çıxarılmış və öz qabına qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sonra ikinci «CD-R» diski kompüterin disklər üçün yuvasına salınmış və diskdəki görüntülərin açılması düyməsinə basıldıqda ekranda «WhatsApp Video 2023-03-23» səhifəsi açılmışdır, həmin səhifənin açılması düyməsinə basdıqda ekranda dükanın çıxış hissəsi görüntülənir, yuxarı hissədə «EXİT ÇİKİŞ və ox işarəsi var, çıxışın baş tərəfində əlində ağ rəndə, üzərində yazısı olan selofan torba tutmuş bir qadın dayanıb sola baxır, başqa qadın isə kassa tipli pəncərədən nə ilə məşqul olur, baxışda iştirak edən X6 bildirdi ki, əlində torba olan xanım onun özüdür, həmin görüntülər «Gəncli Mall» ticarət mərkəzinin «Stradivarius» qadın geyimləri dükanından çəkilmişdir, çəkiliş başlayan vaxt Gülü Talıbova qarşıda olan paltar geyinmə otağının pərdəsini çəkib başını içəri salır və oradan nəsə götürüb əvvəlcə çıxışa tərəf gedir, sonra geri qayıdanda qara rəngli çantanı sol qolunda tutduğu paltarların altına qoyub oradan çıxır və sifəti görünür, həmin vaxt onun əynində qara rəngli paltarlar var və gödəkçəsinin qollarını geyinməmişdir, çiyninə açmışdır, Gülü Talıbova bildirdi ki, həmin oğurladığı çantanın içərisində bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri və 35 manat pul olmuşdur. Həmin görüntülər ümumilikdə 0.00.18 saniyə davam edir. Baxış keçirildikdən sonra həmin disk kompüterin disklər üçün yuvasından çıxarıldı və öz qabına qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilir. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 9/3762 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1136, 00 manat müəyyən edilir. O, cümlədən 01 ədəd qəhvəyi rəngli, 16x27 sm ölçüdə, zəncirbəndlə açılıb-bağlanan, üzərində “MİCHAEL KORS” yazıları olan çanta - 15 manat, 01 ədəd qəhvəyi rəngli 10x14 sm ölçüdə, zəncirbəndlə açılıb-bağlanan, üzərində “POLO” yazıları olan pul kisəsi - 10,00 manat, 01 ədəd “İphone 13” markalı, yaşıl rəngli mobil telefon (üzlüyü ilə birlikdə) qutusu ilə birgə - 1100,00 manat, 01 ədəd 050 ***-**-** GSM nömrə (dublikat) – 4,00 manat, -01 ədəd Çin istehsallı, qara rəngli, 15x20 sm ölçüdə, zəncirbəndlə açılıb-bağlanan, üzərində “PULL/BEAR” yazıları olan kiçik ölçülü çanta - 7,00 manat. Cinayət işinin 97-ci vərəqəsində olan 1 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 669983 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 atası X8, anası isə X5r. Cinayət işinin 101-103-cü vərəqələrində olan “Maddi sübut hesab etmək haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, 03 ədəd əl çantası, 02 ədəd cüzdan, 01 ədəd yaşıl rəngli «İphone» markalı mobil telefon, Zərərçəkmiş şəxs2 adına olan tələbə bileti, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri, mənzil və maşın açarları, hadisələrin videogörüntüləri ilə olan 02 ədəd DVD formatlı disklərin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarma əlavə edilməsnin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 124-125-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 146-161-ci vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxsin soyadı, adı və atasının adının “Təqsirləndirilən şəxs” kimi oxunması, cinayət işi üzrə hadisələrin videogörüntüləri ilə olan 02 ədəd diskin, 03 ədəd qadın çantalarının, 02 ədəd cüzdanın, 01 ədəd yaşıl rəngli «İphone» markalı mobil telefon aparatının, tələbə bileti, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri, mənzil və avtomaşın açarlarının maddi sübut hesab edilmələri, 02 ədəd diskdən başqa qalanlarının sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, barışmışlar. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş zayanın tam ödənilməsini, sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM- 198.1.) İş üzrə maddi sübut olan - 03 ədəd əl çantasının, 02 ədəd cüzdanın, 01 ədəd yaşıl rəngli «İphone» markalı mobil telefonun, Zərərçəkmiş şəxs2 adına olan tələbə biletinin, bank kartlarının, sürücülük və şəxsiyyət vəsiqələrinin, mənzil və maşın açarlarının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 07 avqust 2023-cü il – 08 fevral 2024-cü il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 03 ədəd əl çantasının, 02 ədəd cüzdanın, 01 ədəd yaşıl rəngli «İphone» markalı mobil telefonun, Zərərçəkmiş şəxs2 adına olan tələbə biletinin, bank kartlarının, sürücülük və şəxsiyyət vəsiqələrinin, mənzil və maşın açarlarının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-37/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-37/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver