Məhkəmə qərarları › İş №1(005)-37/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-37/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-37/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X17 oglunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 nümayəndələri və vəkilləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Nümayəndə2 və Nümayəndə1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oglunun Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1980-cı ildə Cəbrayıl rayonu Böyükmərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "xxxx" internet domeninin sahibi, vəkil işləyən, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonu Böyükmərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə; xx.xx.1981-cı ildə Cəbrayıl rayonu Böyükmərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin qanuni təmsilçisi və eyni adlı internet saytının baş redaktoru, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonu Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X19 xüsusi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onu xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu ağır cinayət törətməkdə ittiham edən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X6 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri və barələrində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X18 və X1 təsisçisi və redaktoru olduqları kütləvi informasiya vasitələrində barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmamasına baxmayaraq guya həyat yoldaşı F.A.Yusifovaya iki ədəd sağlamlığa ağır zərər vuran xəsarət yetirməyi, onu bıçaqlamağı, həmçinin guya prokurorluq orqanı tərəfindən hadisəni ört-basdır etdirməyi və onun azadlıqda qalıb ortalıqda gəzməyinin cəmiyyətdə narahatlıq yaratması barədə yalan məlumatlar dərc etdirərək, onu açıq-aşkar ağır cinayət törətməkdə ittiham edərək həmin yazılarda onu təhqir etmiş, alçaltmış, əsassız ittiham etmişlər. Belə ki, Adəm və Xəyyam Məmmədov qardaşları tərəfindən dərc edilmiş xəbər tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. "xxxx" xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli əsassız yazının bəzi hissələrini diqqətə çatdırır: “Gömrük məmuru arvadını bıçaqladı” Dövlət Gömrük Komitəsinin istintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin sabiq rəisi və hazırda AR Vəkillər Kollegiyasının üzvü vəkil Ceyhun Yusifov həyat yoldaşı F.A.Yusifovaya iki ədəd sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Əldə olunmuş məlumata görə ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəmnində baş vermişdir.” “Araşdırma zamanı müəyyən edilmişdir ki, F.A.Yusifova əri X14 məxsus olan “MERCEDES BENZ 220” markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobili ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə üzü metronun Əhmədli stansiyasına doğru hərəkət etdikləri zaman, aralarında ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı ünvan 3 ünvanının qarşısında olan işıqforda naməlum şəraitdə F.A.Yusifova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan qarının ön divarının 2 ədəd daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yaraları xəsarəti almışdır.” “Onun bu törətdiyi dəhşətli hadisə Xətai rayon prokurorluğu tərəfindən ört-basdır edildiyi iddia olunur. Belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır. Sabiq gömrük məmurunun aqibəti barədə Baş Prokurorluğunun mövqeyi ictimaiyyətdə maraq doğurur.” Həmçinin “qafqazaz.com” xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli əsassız yazının məzmunu da qeyd olunan yazı ilə eynilik təşkil etməkdədir. Göründüyü kimi Adəm və Xəyyam Məmmədovlar onun barəsində eyni məzmunlu əsassız və şərəf-ləyaqətini alçaldan xəbər tipli yazını dərc etməyə və yaymağa davam edirlər. Məhkəmə tərəfindən onlar qanuna müvafiq formada cəzalanmadıqca onun şərəf və ləyaqətini alçaltmağa davam edəcəklər. Həmin xəbərlərin ilkin dərc olunma mənbəyi olan qanunla.az internet saytının ünvanı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin “Bir pəncərə” elektron sistemində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 42, mənzil 15 qeyd olunmuşdur. Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin media reyestrində yoxlanış edildiyi zaman hər iki saytın reyestrdə qeydiyyata alınmadığı görünür. Barəsində yayılmış əsassız xəbərin tirajlandığı mənbə məhz bu iki internet saytıdır. Həmin saytlarda xəbər dərc olunduqdan sonra 30-dan çox xəbər saytında, facebook, instagram və tiktok kimi sosial şəbəkələrdə həmin xəbər dərc olunmağa və yayılmağa davam etdi. Hətta hazırki xüsusi ittiham şikayəti tərtib olunarkən də bu məzmunlu xəbərlərin yayılmağı davam edir. Barəsində yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olması və yayılmış məlumatın ona qarşı təhqir və ağır cinayət törətməkdə ittiham olunmaqla böhtan cinayətlərinin törədilməsini əsaslandırdıqdan sonra saytların Adəm və Xəyyam Məmmədova məxsusluğu lazımi sübutlarla göstəriləcəkdir. O, 15 ildən artıqdır ki, peşəkar vəkil kimi fəaliyyət göstərir, fəaliyyət göstərdiyi müddətdə dəfələrlə il ərzində ölkədə ən çox bəraət almış vəkil kimi tanınmışdır. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara düzgün hüquqi yardım göstərmək olmuşdur. Lakin bu yayılan xəbər açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdir. Nəzərə alınsa ki, vəkillik peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kompaniyası olduğu başa düşülür. Dərc olunan xəbər yazısının başlığı belə öz başına bu tərkibi yaratmaqdadır. Başlıqda “Gömrük məmuru arvadını bıçaqladı” ifadəsi qeyd olunmuş, onun foto-şəkli yerləşdirilmişdir. Qeyd edir ki, xəbər saytında təsvir olunan fakt tamamilə əsassızdır. O, nəinki həmin epizod üzrə, hətta ümumiyyətlə heç bir vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamış və barəsində heç bir hökm çıxarılmamışdır. Lakin, Adəm və Xəyyam Məmmədovlar hardan əldə olunduğu bəlli olmayan, imza və tarix hissələrinin üzəri örtülmüş, mahiyyət etibarı ilə bir kağız parçası olan başlama qərarını da öz saytlarında dərc edərək oxucularda çaşqınlıq yaratmağa çalışmışlar. Bu isə açıq-aşkar onun şəxsi nüfuzuna zərər vurmaq məqsədi ilə törədilmiş böhtan cinayətidir. Bundan əlavə həmin şəxslər onu cəmiyyətin gözündə cinayət törətmiş, öz həyat yoldaşını bıçaqlamış, hətta bu faktı hüquq-mühafizə orqanlarında ört-basdır etmiş şəxs kimi təqdim edərək onu təhqir etmişlər. Bu günki gündə onun və ailəsinin barəsində bu tip əsassız xəbərlərin yayılması onun həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Ailə üzvləri yayılmış bu xəbərdən ağır formada sarsılmış, azyaşlı övladı təhsil aldığı məktəbdə bu əsassız xəbəri digər şəxslərdə görərək mənəvi təsirlənmiş, əsəb stress keçirtmiş və travma almışdır. Hətta yaşlı anası bir yas mərasimində xəbərin yayılmasının şahidi olmuş, səhhətində bunla bağlı ciddi problemlər yaranmış və hətta yas mərasimi dağılmışdır. Görünür Adəm və Xəyyam Məmmədovlar üçün bir vəkili ailə üzvləri üzərindən təhqir və böhtanla qaralamaq olduqca asan bir addım kimi başa düşülür. Göründüyü kimi xəbər tipli yazıda onun keçmiş gömrük məmuru olmağı xüsusilə qeyd olunmuşdur. Həmçinin yerləşdirilmiş foto şəkildə də onun gömrük əməkdaşı formasında olduğu görünür. Həmin xəbər tipli yazılar yalnız onun vəkillik fəaliyyəti ilə əlaqədar deyil, həm də keçmiş gömrük əməkdaşı olan zaman yaranan dostluqlarını da zədələyir. CM-nin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə bildirir ki, onun törətmədiyi ağır bir cinayətdə ittiham olunmağı cinayət işləri üzrə tanınmış bir vəkil kimi nüfuzdan salınmağına və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, o, heç bir vaxt elə bir hadisə ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb olunmamış, həmçinin, barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Belə olan halda onun ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirir ki, "xxxx" internet saytındakı xx.xx.2024-cü il tarixdəki xəbər 5525, xx.xx.2024-cii il tarixdəki xəbər 4029, “qafqazaz.com” saytında xx.xx.2024-cü il tarixdəki xəbər 5587, xx.xx.2024-cü il tarixdəki xəbər 3300 nəfər tərəfindən oxunmuşdur və bu say durmadan artmaqdadır. Həmçinin digər saytlar da bu xəbərləri tirajlamağa və yaymağa da davam edir. Şikayətdə də qeyd edildiyi kimi Adəm və Xəyyam Məmmədovlar həmin məzmunlu xəbəri özləri də onun sosial şəbəkə hesablarında yeni paylaşdığı şəklini də istifadə edərək dərc edib yaymağa davam edirlər. Adəm və Xəyyam Məmmədovların əməllərindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış xəbər tipli yazıda həm onun həyat yoldaşını bıçaqlamağına dair əsassız ittihamın olması, həm də “belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır” ifadəsi, sanki onun residivist bir cinayətkar kimi tirajlanması onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır.Barəsində bu əsassız xəbər tipli yazı dərc olunduqdan sonra ona saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar ondan soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Bu əməllər nəticəsində ona mənəvi ziyanla yanaşı, ağır maddi ziyanda dəymişdir. Belə ki, xəbər yayılmazdan əvvəl müqavilə bağlamaq üzrə olduğu onlarla vətəndaş onunla müqavilə bağlamaqdan imtina etmişdir. Hazırda “Google” axtarış sistemində axtarış etdikdə “Ceyhun Yusifov” adının yanında savadlı hüquqşünas, peşəkar vəkil, deputat namizədi kimi sözlərin yanında öz həyat yoldaşını bıçaqlayan bir şəxs olmağı görüntüsünü yaradan məhz Adəm Məmmədovdur. Bu isə onun bütün ictimaiyyət qarşısında şərəf və ləyaqətinin alçaldılmasına səbəb olur. Adəm Məmmədovla onun arasındakı münasibətlər uzun müddətdir gərgindir. X22rdaşı olan Xəyyam Məmmədovla onun arasında heç bir vaxt bir gərginlik olmamış, münasibətləri normal olmuşdur. Onun da bu qaralama kompaniyasına qoşulmasında səbəbkar Adəm Məmmədovun israrları və təhrikləri olmuşdur. Adəm Məmmədovla aralarındakı gərgin münasibətdən Vəkillər Kollegiyasının məlumatı olmuş, bu məsələ ilə bağlı şifahi söhbətlər aparılmışdır. 2020-ci ildə parlament seçkiləri zamanı o, 18-ci Nərimanov-Nizami seçki dairəsi üzrə öz namizədliyini vermiş, dairə üzrə ən çox səs toplayan 2-ci namizəd olmuşdur, həmin dövrdə də Adəm Məmmədov davamlı olaraq onun seçki təbliğat və təşviqat kompaniyalarına maneçilik törətməyə çalışırdı. Adəm Məmmədovun hazırda barəsində bu tip əsassız xəbərləri yaymaqda əsas məqsədlərindən biri də onun gələcək seçkilərdəki namizədliyinin qarşısını almaqdır. Belə ki, onun ən təbii hüququ olan seçmək və seçilmək hüququ ilə əlaqədar şəxsi paxıllıq hissi ilə çıxış edən Adəm Məmmədov onu bu yollarla namizədlikdən imtina etdirməyə çalışır. Göründüyü kimi bu xəbərin yayılması onun indiki hüquqi vəziyyətini pisləşdirməkdən əlavə gələcək perspektivli planlarının da qarşısını almaqdadır. O, növbəti parlament seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı publik açıqlama vermişdir. Həmçinin vəkil Adəm Məmmədovun ona qarşı qaralama kompaniyasına başlamağındakı səbəb onun Adəm Məmmədovun qarşı tərəfi olduğu məhkəmə işlərində prinsipial iştirak etmə ehtimalı ilə bağlı olmuşdur. Həmin vətəndaşlardan biri Fidan Abbasovadır ki, həmin epizod da X2 vəkili olduğu müddətdə onu aldadaraq iddiadan imtina etdirməsi ilə bağlıdır. Digər bir epizod isə jurnalist Anar Məmmədovun azad peşə fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır, həmin şəxslərlə onun müqavilə bağlama ehtimalının yaranması belə Adəm Məmmədovu ciddi narahat etmişdir. Aşağıda isə "qanunla.az” və "qafqazaz.com” internet saytlarının Adəm və Xəyyam Məmmədovlara məxsus olması və onlar tərəfindən idarə olunmaları əsaslandırılmışdır. İlk başda "qanunla.az” internet saytının “haqqımızda” bölməsində saytın təsisçisinin Adəm Məmmədov, baş redaktorunun isə Xəyyam Məmmədov olduğu qeyd olunmuşdur. Həmçinin AR Dövlət Vergi Xidmətinin "Bir pəncərə” sistemində "Qanunla.az” MMC-nin ********** VÖEN ilə qeydiyyata alındığı və qanuni təmsilçisinin də Xəyyam Məmmədov olduğu nəzərə çarpır. Həmçinin domen ünvanının Adəm Məmmədovun adına məxsus olmasına dair çıxarış da mövcuddur. Belə ki, internet web saytlarının açılması üçün ən vacib komponentdir. Domen veb-saytın internet üzərindəki adı və ya ünvanıdır. Həmin domen olmadan internet resursuna giriş mümkün deyildir. Müvafiq axtarış sistemində domen adının axtarıldığı zaman ingilis hərfləri ilə "Adam Mammadov” qeydi görünməkdədir. Digər sayt olan “qafqazaz.com” internet saytının Adəm və Xəyyam Məmmədovla, həmçinin onlara məxsus olan "xxxx" internet saytı ilə əlaqəsini sübut edən bir sıra faktlar mövcuddur. Hər iki saytın “haqqımızda” bölməsindəki məlumat tamamilə eyni məzmunludur. Həmçinin qafqazaz.com internet saytının facebook səhifəsinin əlaqə məlumatlarında qanunla.az internet saytının gmail adresi qeyd olunmuşdur. Bundan əlavə qafqazaz.com saytı ilə qanunla.az saytının ikonları (kiçik xarakteristik simvol) eynilik təşkil etməkdədir. Bundan əlavə "qafqazaz.com” saytının youtube kanalı hissəsinə daxil olduqda da "xxxx" internet saytının youtube kanalı açılmaqdadır. Həmçinin hər iki saytın whatsapp nömrələri də eynidir (+994 50 353 39 18). “Qafqazaz.com” saytının facebook profilində də ardıcıl olaraq “qananla.az” saytının xəbər və videoları paylaşılmışdır. Bununla da hər iki saytın Adəm və Xəyyam Məmmədovlar tərəfindən idarə olunduğu açıq-aşkar görünməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində açıq-aşkar göstərilmişdir ki, heç kəs məhkəmə hökmü olmadan cinayətdə təqsirli sayıla bilməz. Lakin Adəm və Xəyyam Məmmədovlar konstitusion normaları belə nəzərə almırlar. Həmin məlumatların yayılması nəticəsində onun şərəf və ləyaqətinə olduqca ağır zərər vurulmuş və cəmiyyət içində nüfuzdan salınmışdır. Onların bu əməlləri Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində qadağan edilmiş əməllərə uyğun gəlir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tələbinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsi şərəf və ləyaqətini ləkələyən və ya onu nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayəti hesab olunur. Eyni məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma ayrıca təsbit olunaraq böhtan atma cinayətinin xüsusi və ağır formasıdır. Bu cinayətlər subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Beləliklə, Adəm və Xəyyam Məmmədovlar ona böhtan almaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə onların onun haqqında əsassız saydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Həmçinin, X19 xüsusi ittiham qaydasında şikayətinə əlavə şikayət ilə müraciət edərək qeyd etmişdir ki, 22 iyul 2024-cü il tarixdə Adəm Məmmədov “Detektiv TV” adlı youtube kanalında “Vəkil Ceyhun Yusifovun həyat yoldaşı tanınmış vəkil Adəm Məmmədova müraciət etdi. ŞOK AÇİQLAMA.” adlı video açıqlama yaymışdır. Belə ki, həmin video açıqlamada Adəm Məmmədov xüsusi ittiham şikayətində ona və qardaşına istinad olunan bütün cinayət xarakterli əməlləri etiraf etmişdir. Keçən məhkəmə prosesində olduğu kimi Adəm Məmmədov video açıqlamasında da mahiyyətdən tam uzaq, pafoslu cümlələr istifadə edərək işin nəzər nöqtəsindən yayındırılmasına çalışmışdır. Həmin video buraxılışda Adəm Məmmədov yayılan böhtan xarakterli məlumatı müdafiə etmiş və həqiqət olduğunu əsassız olaraq sübut etməyə çalışmışdır. Olduqca maraq doğuran haldır ki, keçən məhkəmə prosesində Adəm Məmmədov və vəkili hazırki xüsusi ittiham şikayətində Cinayət Məcəlləsinin 148-ci maddəsinə (təhqir) dair heç-bir halın olmadığını qeyd edirdilər. Belə X30 törətdiyi təhqir cinayətini təkrarlamaq üçün hazırki video materialı çəkib yaymışdır. Həmin videodakı təhqir, böhtan və digər xarakterli əməllərin törədildiyi dəqiqə və saniyələr yüksək dəqiqliklə sadalanmışdır: 1:53. Videonun qeyd olunan dəqiqə və saniyəsində Adəm Məmmədov yayılan əsassız xəbərlərdəki cinayət işinin nömrəsi və imzasının üstü göy rəngli kağız parçası ilə örtülmüş dırnaqarası başlama qərarını kameralara göstərir. Maraq doğuran hal ondan ibarətdir ki, Adəm Məmmədovun əlində olan "başlama qərarının" yuxarı və aşağı hissələrində göy rəngli, qatlanmış kağız parçası görünmür. X29 həm məhkəmə prosesində, həm də bu uzun video çıxışdakı mövqeyi xəbərin qafqazaz.com saytında ilkin yayılması və qanunla.az-ın o rəyə istinad edərək xəbəri paylaşmasından ibarətdir. Bu zaman haqlı olaraq sual meydana gəlir. Xəbəri ilkin yayan qafqazaz.com saytı idisə bu zaman "başlama qərarı" üzərində heç bir dəyişiklik edilməmiş formada Adəm Məmmədovun əlinə necə keçib. Bu açıq-aşkar bunu göstərir ki, xəbəri ilkin yayan məhz Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovdur. 3:05. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində 1 saata yaxın davam edən təkcə özünün 37 dəqiqə çıxış etdiyi məhkəmə iclasının “tələm-tələsik” adlandıraraq məhkəməyə hörmətsizlik etmiş, bu video materialı yayaraq cəmiyyətdə məhkəmə və hakim barəsində çaşdırıcı proses həyata keçirmişdir. 3:59. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində Ceyhun Yusifovu işarə edərək “üzgözünü cırır” ifadəsini işlədir. Azərbaycan dilinin frazeologiya lüğətində “üz-gözünü cırmaq” ifadəsi “şivən qoparmaq”, “özünə əl qatmaq” ifadələri ilə sinonimlik təşkil etdiyi görünür. Göründüyü kimi Adəm Məmmədov onu bir daha təhqir edir, cəmiyyətin onu “şivən qoparmaq” “üz-gözünü cırmaq” ifadələri ilə eyniləşdirir. 4:18. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində bir daha onun guya Adəm Məmmədova qısqanclıq etdiyini bunun da hamı tərəfindən bilindiyini qeyd edir. Bununla da Adəm Məmmədov onun peşəkar vəkillik fəaliyyətinə kölgə salmağa çalışır. 9:06. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində özünü müdafiə etmək məqsədi ilə yaydıqları xəbərlərdə Ceyhun Yusifovun təqsirləndirilən şəxs qismində cəlb olunmağı ilə bağlı heç bir ifadə qeyd etmədiyini bildirir. X30 xəbərlərin başlığında olan bıçaqladı ifadəsini tam qavramayıb. 12:04. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində Ceyhun Yusifovu işarə edərək "insani keyfiyyətləri olmaya bilər, mən o barədə demişəm də, deyirəm də və onu çox adam da bilir" ifadəsini işlətmişdir. İnsani keyfiyyətlərinin olmadığını dedikdə Adəm Məmmədov onu sözün əsl mənasında ağır formada təhqir etmişdir. Nəzərə alınsa ki, əxlaq, dürüstlük, şərəf, ləyaqət və namus hər biri insani keyfiyyətdir. Adəm Məmmədov bu sözüylə onda bunların heç birinin olmadığını deyir. Bu epizod xüsusi ittiham şikayətində qeyd olunan təhqir və böhtan cinayətlərinin yeni bir təzahürüdür. Göründüyü kimi Adəm Məmmədov onu təhqir etməyə davam edir. Hesab edir ki, Adəm Məmmədovun bu təhqiri də xüsusi ittiham şikayətinə baxılan zaman ayrıca epizod kimi nəzərə alınmalıdır. 14:17. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində onu işarə edərək “bu insan bizə qarşı səlib yürüşünə çıxmışdır” ifadəsini işlədir. X25 təhqir edərkən dini inanclarını da hədəf alır, əsrlər öncə müsəlmanların qətliamları ilə yekunlaşan xaç-səlib yürüşləri ilə onun vəkillik fəaliyyətini eyniləşdirir. Bu isə açıq-aşkar onun dini inanclarını hədəf alan ağır təhqirlərdən növbətisidir. 17.44. Adəm Məmmədov videonun qeyd olunan dəqiqə və saniyəsində onu işarə edərək “düşüncəsində, əsəblərində o qədər problem var ki” ifadəsini işlədir. Göründüyü kimi bir daha Adəm Məmmədov onu öz publik açıqlamaları ilə təhqir edir və cəmiyyətin gözündən salmağa çalışır. Göründüyü kimi Adəm Məmmədov xüsusi ittiham şikayətinə əlavə olunmuş xəbər tipli yazılarda barəsində dərc etdiyi təhqir və böhtanlardan əlavə hazırda da həmin tipli hərəkətlərinə davam edir. Hesab edir ki, bu ictimai bəyanat xüsusi ittiham şikayətinə baxılarkən mütləq surətdə nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən X19 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, bildirmişdir ki, xüsusi ittihamla bağlı şikayətdə bütün xüsusatlar ətraflı qeyd olunub, hazırda məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər onun barəsində özlərinə məxsus olan Qanunla.az və Qafqazaz.com saytlarında bu və ya digər formada münasibətlərdən istifadə edərək 2024-cü ilin təxminən iyun-iyul aylarında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə iştirakı ilə bağlı seçkilərə başlayan dövrdə, həmçinin nənəsinin rəhmətə getməsi ilə bağlı keçirilmiş 3 mərasimi zamanı kütləvi şəkildə qohumları tərəfindən bu xəbərlə bağlı çaşqınlıq yaranmışdır. Qohumları demişlər ki, saytlarda xəbər yayılıb ki, guya o ağır cinayət törətmişdir. Bundan sonra müvafiq olaraq çıxarılmış Xətai Rayon Polis İdarəsinin qərarı yayılmışdır. Onu da nəzərə çatdırır ki, onların arasında kifayət qədər qarşı tərəflə gərginlik olmuşdur. Adəm Məmmədovla münasibətləri yaxşı olmasa da Xəyyam Məmmədovla münasibəti pis olmamışdır. Bundan sonra xüsusi ittiham qaydasında şikayət vermişdir. Qarşı tərəf yenə də öz əməlini davam etdirərək bildirir ki, o ağır cinayət törətmişdir. Guya onlar bunu sübut edəcəklər. Bununla da onlar onun barəsində şər böhtan atmağa başlamışlar. Məsələ bundan ibarətdir ki, qarşı tərəfin münasibəti ona qarşı həmişə pis olmuşdur. 2014-cü illərdən onlar bir çox işlərdə qarşı tərəf olmuşlar və çoxunu da o qazanmışdır. Bundan sonra onları barışdırmışlar. Münasibətləri çox da isti olmasa da pis olmamışdır. Bundan sonra şəxs ona qarşı çıxan şəxslərin yanında yer almış, ailə həyatına, şəxsi həyatına aid işlərə qarışmışdır. Onun heç kimin ölüsü ilə işi yoxdur. Onun davası hüquqladır. Bu şəxs barışıq əldə etmək əvəzinə ona qarşı hücuma keçmişdir. Onun mübarizəsi Adəm Məmmədovladır. Qardaşı da ona qoşulmuşdur. Adəm Məmmədov hər yerdə göstərir ki məhkəmə ona heç nə edə bilməz. Barəsində olan məlumat ilkin olaraq Qanunla.az saytında çıxmışdır. 2 gün sonra eşitmişdir ki, Qafqazaz.com saytında məlumat yayılmışdır. Qanunla.az və Qafqazaz.com saytları hər ikisi Adəm Məmmədova məxsusdur. Odur ki, X6 və X4 əməllərində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, Xəyyam Məmmədova səhhəti ilə bağlı verilən cəzanı məhkəmənin mülahizəsinə, Adəm Məmmədov barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 nümayəndələri və vəkilləri Nümayəndə2 və Nümayəndə1 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X6 və X4 əməllərində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, Xəyyam Məmmədova səhhəti ilə bağlı verilən cəzanı məhkəmənin mülahizəsinə, Adəm Məmmədov barəsində ən ağır cəza verilməsini qanuna məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X18 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Qafqazaz.com saytını onun adına deyil, lakin Qanunla.az saytının təsisçisidir. O, ümumiyyətlə sayta heç bir məlumat yerləşdirə bilmir. Bu xəbərdən onun məlumatı olmamışdır. Qafqazaz.com saytını idarə edən adminlər bir neçə saytdan istifadə edirlər. Ceyhun Yusifov barədə məlumatın Qanunla.az saytında dərc olunmasını sonradan bilmişdir. Qanunla.az saytı bu məlumatı Qafqazaz.com saytından götürmüşdür. Ceyhun Yusifov onun düşməni ola bilməz. Ümumiyyətlə o nə addım atmışdır, Ceyhun Yusifov da eyni addımı atmışdır. Əslinə onu özünə nümunə kimi qəbul edirsə yaxşı bir haldır. Amma qarşı tərəf sağlam bir rəqabət aparmalıdır. Ailəsi haqqında işi araşdırılan zaman görür ki, qarşı tərəfin vəkili Asim müəllimdir. O çıxdığı işlərin çoxunda qarşı tərəf kimi bunları görür. Bu da o deməkdir ki qarşı tərəfin ona qarşı ədavəti vardır. O, həmkarının fəaliyyətinə heç vaxt kölgə salmamışdır. Ceyhun Yusifov xüsusi biri deyil ki, ona paxıllıq etsin. Qanunla.az saytını Azər, İlqar Şirinov və Vüqar idarə edir. X1 isə oranın direktorudur. Onun fəaliyyətinin dayandırılması vəkil sirrinin pozulması ilə bağlı olmuşdur. Qarşı tərəf sübut etməlidir ki, Qafqazaz.com ona məxsusdur. Müstəntiq qərarında nə yazıbsa Qanunla.az saytı da olduğu kimi yazılanları ora köçürüb. Böhtan o halda ola bilər ki olmayan bir hadisə yazılsın. Bir də ki, Qanunla.az saytında deyilmir ki, Ceyhun Yusifov məhkum olunmuşdur və ya təqsirləndirilən şəxsdir. Hesab edir bu ona atılan böhtanın bir hissəsidir. Onun bu işdən məlumatı olmamışdır. O, ümumiyyətlə Qafqazaz.com saytının təsisçisi deyil. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Qanunla.az saytının direktorudur. Ceyhun Yusifov barəsində olan məqalə Qafqazaz.com saytına istinad olunaraq Qanunla.az saytında dərc edilmişdir. Bundan işdən əvvəl Ceyhun Yusifovu tanıyırdı. Ceyhun Yusifovla arasında heç bir problem, ədavət olmamışdır. Yazı getdikdən sonra onun məlumatı olmuşdur. Həmin məlumatları adminlər qoymuşdur. O həftədə, ayda bir dəfə saytlara baxıb nəzarət edir. Bu məlumatı yayımlanandan bir neçə saat sonra görmüş, baxmışdır ki, maraqlı məlumatdır və heç kim ittiham olunmur. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi1 işdə hər hansi sübut olmadığından Adəm Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X4 müdafiəçisi Müdafiəçi4 çıxışında bildirmişdir ki, hazırki şikayətə əsasən məlumat ilkin mənbə olaraq Qanunla.az saytında dərc olunub. Məlumat əslində Qafqazaz.com saytında yayılmışdır. Bu işin ilk başdan bu məhkəməyə verilməsi qanunsuz olmuşdur. Xüsusi ittihamla bağlı Ali Məhkəmənin Plenum qərarına əsasən ilk mənbə olaraq məlumat harada yayılıbsa həmin saytın qeydiyyatda olduğu yerə aiddir. Bu cinayətə görə məsuliyyəti yalnız böhtana görə məlumatı yayan şəxs daşıyır. Hazırki işdə hər hansı sübut təqdim edilməmişdir. Yalnız ehtimal və fərziyələr əsasında verilmiş şikayətdir. Təqsirləndirilən şəxslər tərəfindən bu xəbərin yayılmasını heç nə sübut etmir. Fərz olunsa ki, xəbər müdafiə etdiyi şəxs tərəfindən yayılıb, yayılan xəbər nədir: Xətai RPİ-nin müstəntiqi Tofiq Namazov tərəfindən qərar qəbul olunmuş və Ali məhkəmənin Plenumunun qərarına əsasən istinadən verilən yayılan xəbər cinayət tərkibini yaratmır. X24 tərəfindən qəbul olunmuş qərara əsasən yayılan məlumat olmuşdur. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Yəni fərz edilsə ki, məlumat onun müdafiə etdiyi şəxs tərəfindən yayılıbsa burada birbaşa qəsddən söhbət gedə bilməz. Qərarda yazılıb ki, Fərqanə Yusifova xəstəxanaya daxil olarkən əri tərəfindən bıçaqlanmasını bildirmişdir. 3 saylı kliniki xəstəxana tərəfindən sorğuya cavab verilmişdir ki, xanım xəstəxanaya daxil olarkən əri tərəfindən bazarstorun yanında bıçaqlanmasını bildirmişdir. Bu halda hansı bilə-bilə yalan məlumat yayılmışdır. Qafqazaz.com saytı müdafiə etdiyi şəxsə məxsus deyildir. Yayılan məlumatda da deyilir ki, “Sabiq gömrük məmurunun aqibəti barədə Baş Prokurorluğunun mövqeyi ictimaiyyətdə maraq doğurur” qeyd olunub, deyilmir ki, şəxs cinayət məsuliyyətinə cəlb edilib, sadəcə ictimaiyyətdə maraq doğurub. Bütün qeyd olananlara əsasən bəraət hökmü qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, "xxxx" xəbər portalında və “qafqazaz.com” xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli əsassız və həqiqəti əks etdirməyən yazılar qeyd olunmuş, bununla da X18 və X21 oglu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. X6 və X21 oglunun törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan: "xxxx" xəbər portalında və “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli yazı dərc olunmuşdur. “Gömrük məmuru arvadını bıçaqladı” Dövlət Gömrük Komitəsinin istintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin sabiq rəisi və hazırda AR Vəkillər Kollegiyasının üzvü vəkil Ceyhun Yusifov həyat yoldaşı Yusifova F.A qızına iki ədəd sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Əldə olunmuş məlumata görə ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəmnində baş vermişdir.” “Araşdırma zamanı müəyyən edilmişdir ki, F.X11 məxsus olan “MERCEDES BENZ 220” markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobili ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə üzü metronun Əhmədli stansiyasına doğru hərəkət etdikləri zaman, aralarında ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı ünvan 3 ünvanının qarşısında olan işıqforda naməlum şəraitdə Y.F.A qızı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan qarının ön divarının 2 ədəd daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yaraları xəsarəti almışdır.” “Onun bu törətdiyi dəhşətli hadisə Xətai rayon prokurorluğu tərəfindən ört-basdır edildiyi iddia olunur. Belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır. Sabiq gömrük məmurunun aqibəti barədə AR Baş Prokurorluğunun mövqeyi ictimaiyyətdə maraq doğurur.” Həmçinin “qafqazaz.com” xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli əsassız yazının məzmunu da yuxarıda qeyd olunan yazı ilə eynilik təşkil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) X4 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli, 4/1722 saylı rəyindən görünür ki, Qanunla.az” xəbər portalında xx.xx.2024-cü il tarixli “Gömrük məmuru arvadını bıçaqladı başlıqlı və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı başlıqlı yazılarda yer almış məlumatlar, eləcə də, “Onun bu törətdiyi dəhşətli hadisə Xətai rayon prokurorluğu tərəfindən ört-basdır edildiyi iddia olunur. Belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır. Sabiq gömrük məmurunun aqibəti barədə AR Baş Prokurorluğunun mövqeyi ictimaiyyətdə maraq doğurur” kimi məlumatlar hər hansı hüquqiəsaslandırıcı sənəd və ya mənbə olmadan paylaşıldığı təqdirdə aid edildiyi şəxsin şərəf və ləyaqətini ləkələyən məlumat hesab olunur. (Ekspertiza xərci 350 manat təşkil edir.) İşdə olan Azərbaycan Respublikası Medianın İnkişafı Ağentliyinin verdiyi 30 iyul 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" və “qafqazaz.com” veb-saytları barədə “Media Reyestri” informasiya sistemində hər hansı qeyd mövcud deyildir. Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, X12 özü-özünə bıçaq xəsarəti yetirməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan müəyyən olunmuşdur ki, X12 özü-özünə bıçaq yetirməsi faktı onun öz ifadəsi, ərizəsi, digər şahid ifadələri, ekspertiza rəyləri, istintaq eksprementi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, X20 heç kimdən xidməti və ya sair cəhətdən asılı olmamış, heç kim onunla amansız rəftar etməmiş, ləyaqətini mütəmadi olaraq alçaltmamış və hədə qorxu gəlməmiş, sonuncu keçmiş əri X8 ondan boşanmaqdan fikrini daşındırmaq üçün, Ceyhun Yusifovu qorxutmaqdan ötrü özü-özünə iki dəfə bıçaq xəsarəti yetirmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 228 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X15 müraciəti əsasında vəkil X6 barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasında araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə "Milli TV”- nin “Youtube” kanalında yayımlanmış "Vəkil Adəm Məmmədov məhkəmədə haqqında qaldırılmış ittihama aydınlıq gətirdi. Adəm Məmmədov: Vəkil Ceyhun Yusifovun həyat yoldaşı yanıma gəldi” başlıqlı videomüsahibəsində vəkil A.M.Məmmədov ona müraciət edən vətəndaşın hansı işlə əlaqədar və hansı məzmunda müraciət etməsi barədə ictimai şəkildə məlumat verərək, peşə vəzifələrindən biri olaraq qorumalı olduğu vəkil sirrini yaymaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 7-ci maddəsinin İV hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 15-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 17-ci maddəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 13, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.7 və 2.13-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Bu səbəbdən, Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, vəkil A.M.Məmmədovun vəkillik fəaliyyəti 3 (üç) ay müddətinə dayandırılmışdır. Eyni zamanda, ərizəçi X15 müraciətində göstərilən - "xxxx" və “qafqazaz.com” internet saytlarında onun barəsində guya əri Ceyhun Yusifovun onu bıçaqlamasına dair əsassız, həqiqətdən uzaq və şər-böhtan xarakterli xəbərləri və məlumatları yayan və sifariş edən şəxsin vəkil Adəm Məmmədov olması, həmin şəxsin bununla onun əri ilə aralarında olan gərgin vəziyyəti bəhanə edərək həm ona, həm də ərinə qarşı təzyiq göstərməyə çalışması xüsusatlarına dair Komissiyaya hər hansı müvafiq mötəbər təsdiqedici sübutlar təqdim edilmədiyindən, qeyd edilən məlumatlara Rəyasət Heyəti tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Xüsusi ittihamçı X19 məhkəmə iclasının gedişində X13 və X5 qarşı mülki iddia ərizəsi verərək təqsirləndirilən şəxslərdən müştərək qaydada 30.000 manat maddi, 20.000 manat mənəvi zərər tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli yazı dərc olunmuşdur. AR Dövlət Vergi Xidmətinin "Bir pəncərə” sistemində "Qanunla.az” MMC-nin ********** VÖEN ilə qeydiyyata alınmış və qanuni təmsilçisi Xəyyam Məmmədovdur. Həmçinin domen ünvanının Adəm Məmmədovun adına məxsus olmasına dair çıxarış da mövcuddur. Belə ki, internet web saytlarının açılması üçün ən vacib komponentdir. Domen veb-saytın internet üzərindəki adı və ya ünvanıdır. Həmin domen olmadan internet resursuna giriş mümkün deyildir. Müvafiq axtarış sistemində domen adının axtarıldığı zaman ingilis hərfləri ilə "Adam Mammadov” qeydi görünməkdədir. Digər sayt olan “qafqazaz.com” internet saytı Adəm və Xəyyam Məmmədovla, həmçinin onlara məxsus olan "xxxx" internet saytı ilə əlaqəsini sübut olunur. Belə ki, hər iki saytın “haqqımızda” bölməsindəki məlumat tamamilə eyni məzmunludur. Həmçinin qafqazaz.com internet saytının facebook səhifəsinin əlaqə məlumatlarında qanunla.az internet saytının gmail adresi qeyd olunmuşdur. Bundan əlavə qafqazaz.com saytı ilə qanunla.az saytının ikonları (kiçik xarakteristik simvol) eynilik təşkil etməkdədir. Bundan əlavə "qafqazaz.com” saytının youtube kanalı hissəsinə daxil olduqda da "xxxx" internet saytının youtube kanalı açılmaqdadır. Həmçinin hər iki saytın whatsapp nömrələri də eynidir (+994 50 353 39 18). “Qafqazaz.com” saytının facebook profilində də ardıcıl olaraq “qananla.az” saytının xəbər və videoları paylaşılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslər onlara qarşı verilmiş xüsusi ittiham üzrə şikayətdə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ekspert rəyinə, işdə olan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X18 və X9 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif edilir. Müəyyən edilir ki, "xxxx" xəbər portalında və “qafqazaz.com” xəbər portalında “Gömrük məmuru arvadını bıçaqladı” başlığı ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Azərbaycanda tanınmış vəkil arvadını bıçaqladı” başlıqlı xəbər xarakterli yazılar və həmin yazılarda işlədilmiş ifadələr və hərəkətlər həm təhqir həm də böhtan hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1- ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxslərin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X18 və X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Məhkəmə qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində deyilir: “1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.

2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, X18 və X9 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 şəxsə ağır xəsarət yetirmə cinayət əməlini törətməkdə ittiham edərək ona böhtan atmışlar və xəbər saytlarında ifadə etdikləri qanunsuzluqları sübuta yetirə bilməmişlər. Buna görə də, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, təqsirləndirilən şəxs X21 oglunun ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini,səhhətini (beyinə"Subaraxnoidal qansızma") cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən X21 oglunun cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, X21 oglunun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X5 islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, təqsirləndirilən şəxs X26 oglunun ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən X26 oglunun cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə, cəzanı ağırlaşdıran və yüngülləşdirilən hallarla yanaşı, Adəm Məmmədovun cinayətdə aktiv rolunu, “Vəkil Ceyhun Yusifovun həyat yoldaşı yanıma gəldi” başlıqlı videomüsahibəsində vəkil A.M.Məmmədov ona müraciət edən vətəndaşın hansı işlə əlaqədar və hansı məzmunda müraciət etməsi barədə ictimai şəkildə məlumat verərək, peşə vəzifəsindən irəli gələn qorumalı olduğu vəkil sirrini yaymaqla vəkillik fəaliyyətinin 3 (üç) ay müddətinə dayandırılmasını onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və qeyd edir ki, onun bu cinayəti bir daha törətməsi sübut olunmaqla yanaşı gələcəkdə də bu kimi əməlləri törətməsinin qarşısının alınması ilə əlaqədar ona təyin olunmuş cəza ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olmalıdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, X26 oglunun cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil, cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X13 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Adəm Məmmədovun törətdiyi cinayət əməlinə tənqidi yanaşmaması da onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə islah oluna biləcəyini istisna edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən: Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə mülki iddia ərizəsi təqdim edilməsinə baxmayaraq, mülki iddianın kimə qarşı verilməsi, yəni mülki cavabdeh barədə məlumatlar qeyd edilməmişdir. Qeyd edilən Məcəllənin 259.0.12-ci maddəsinə görə, belə olan halda yuxarıda göstərilən tələblərə riayət edilmədən verilmiş iddia ərizəsi baxılmamış saxlanılır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 148-ci maddəsi ilə ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası, CM-nin 147.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X4 aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. İslah işləri cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 147.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 148-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X13 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 cəzasının əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. X18 barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. X18 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat X18 və X3 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Xüsusi ittihamçı X8 X13 və X5 qarşı mülki iddia ərizəsi baxılmamış saxlanılsın və xüsusi ittihamçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar