Məhkəmə qərarları › İş №1(005)-370/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-370/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-370/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qubadlı rayonu Zilanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 01 (bir) övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu Zilanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu Böyükşor qəsəbəsi E.İsaqzadə küçəsi 9-cu köndələn küçəsi Metereologiya institutunun yataqxanasında yaşayan barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,317 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olanmetamfetamini əldə edib üzərində saxlamaqla 23 may 2025-ci il tarixdə ünvan 1 ünvanına daşımış, 23 may 2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq M.ünvan 4 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,317 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, qeyd etmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 6 ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirmişdirlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamini (şüşə) könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şalvarının cibindən aşkar olunan şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Son olaraq törətdiyi əməldən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və himayəsində bir nəfər övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ilə Nərimanov Rayon Polis İdarəsinin inzibati ərazisində xidmət aparan zaman ünvan 7 ünvanının qarşısında olarkən bir nəfər adını sonradan bildiyi “Rəfayıl" adlı şəxs onları görüb özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, video kamera çəkilişi ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu həmin madəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. X3 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir və digər Şahid1 ifadəsi ilə eyni məzmunlu olmaqla təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 may 2025-ci il tarixli protokoldan və CD formatlı diskə baxış zamanı müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 8 ünvanın qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar vardırsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir əşya və maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisinə polis əməkdaşları və müdafiəçi tərəfindən baxış keçirilmişdir. Baxış zamanı şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisindən spesifik qoxuya malik, ağ rəngli kristallik maddə aşkaredilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə psixotrop maddə olan şüşə adı ilə tanınan metamfetamindir, həmin şüşəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “20 yanvar” dairəsi yaxınlığında üzdən tanıdığı adını və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik qoxuya malik, ağ rəngli maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 219 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 23 may 2025-ci il tarixli 3-16-16/2-6/1934/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 219” dairəvi möhür əksi olan, “Həziyev (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,317 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimmkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, özünə məxsus “Redmi” markalı telefonu qəbul etmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası bitib və qeydiyyatdan çıxarılıb. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanınma haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,317 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,267 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 3130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən X5 xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər cinayət əməli törətməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (23 may-25 may 2025-ci il tarixlər) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır olması nəzərə alınmalıdır. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış Nərimanov Rayon Polisinin Saxlanc yerinə saxlanılması üçün təhvil verilmiş 0,267 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 02 (iki) ədəd CD-R disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi hər iş saatı üçün 11 (on bir) manat olmaqla 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (23 may-25 may 2025-ci il tarixlər) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 06 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,267 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD-R formatlı disk inayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi hər iş saatı üçün 11 (on bir) manat olmaqla 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar