Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-371/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Adı qalmaqalda hallanan Eldar İsmayılovla baqlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən aqır cinayətdir!” başlığı altında təmsil etdiyi Gələcək Azərbaycan Partiyası (GAP) adından bəyanat yazmaqla, kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla barəmdə yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, dövləti sabotaj etmək, yüksək çinli məmurların himayəsi altında Bakının mərkəzində, strateji bir yerdə ərazisi zəbt etməklə orada qanunsuz tikinti aparmaq cinayətlərini törətməkdə ittiham edən, ona töhtan atan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 - ci maddəsində təsbit olunan cinayət əməli törətməsi faktı tanınsın və barəsində müvafiq hökm çıxarılması; ona vurduğu ağır mənəvi ziyana görə Gələcək Azərbaycan Partiyasından və X3 xeyrimə 50 000 (əlli min) manat tutulması; “Adı qalmaqalda hallanan Eldar İsmayılovla baqlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən aqır cinayətdir!” başlığı altında Gələcək Azərbaycan Partiyası (GAP) adından yayılan bəyanatın saytlardan və fasebook sosial şəbəkəsindən silinməsi, əhatəli təkzib verilməsi və Eldar İsmayılovdan üzr istənilməsi öhdəliyi Gələcək Azərbaycan partiyasının (GAP) qanuni təmsilçisi və sədri X4 üzərinə qoyulması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, X7 barəsində “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında bəyanat yazmaqla onu ağır cinayətdə günahlandırmış, bu azmış kimi, həm də barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, konkret vəzifəli şəxslərin himayəsi altında Bakının mərkəzində ərazi zəbt edərək orada tikinti aparma cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, həmin bəyanatı 4 aprel 2022-ci ildə qanuni təmsilçisi və sədri olduğu Gələcək Azərbaycan Partiyası (GAP) alından kütləvi nümayiş etdirilən internet resursunda - partiyanın rəsmi feysbuk səhifəsində dərc etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məsələyə aydınlıq gətirmək üçün qeyd edir ki, 12 fevral 2022-ci il tarixdə saat 12:04-də “BAKU.WS” saytına istinadla onlarla saytda barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlığı altında bədxahları tərəfindən təşkil olunmuş və başdan ayağa böhtan olan qərəzli informasiya tirajlanıb. Bu məsələ barədə saytlara qarşı Nəsimi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Yazı müəllifləri olan fiziki şəxslər barədə məlumat olmadığı üçün məhkəmə şikayətimi icraata qəbul etmədi. Bundan sonra, bir sıra saytların rəhbərlərinə yazı müəllifinin kim olması və onun sayta hansı məsul əməkdaşın yerləşdirdiyi barədə sorğu göndərmiş, qənaətbəxş cavab almadığı üçün Ombudsmana şikayət göndərmişdir. Nəticədə yazını ilkin dərc edən BAKU. VVS MMC-nin direktoru Orxan Məmmədov müəyyən edildi, haqqında inzibati protokol tərtib edilərək məhkəməyə göndərildi və o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 500 manat cərimələndi. Barəsində şikayət etdiyim azsiyaset.com, pravda.az, pia.az və s. saytlardan isə Ombudsmanın tələbi ilə böhtan yazı çıxarıldı. Qarayaxma kompaniyasının əsas təşkilatçəlarından olan O.Məmmədov barəsində hüquqi müstəvidə mübarizəni davam etdirir. Bu yaxınlarda tanışlarından biri ona zəng edərək bildirdi ki, barəsində Gələcək Azərbaycan Partiyasının (GAP) kəsgin bəyanatını oxuyub. İnternetdə axtarış edib tapmışdır ki, Gələcək Azərbaycan Partiyasının (GAP) aşağıda qeyd etdiyim linklər üzrə bir sıra saytlarda və sosial şəbəkələrdə barəsində “Adı qalmaqalda hallanan Eldar İsmayılovla baqlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən agır cinayətdir!” başlığı a tında böhtan bəyanat yayaraq məni ağır cinayətdə günahlandırıb: Məsələdən xəbər tutan kimi Gələcək Azərbaycan Partiyası (GAP) barədə müfəssəl məlumat əldə etmək istəmişdir. İnternet resurslarında bu partiyanın adı çəkilsə də sədrinin Ağasif Şakiroğlu adlı şəxs olmasından başqa, ünvanı, əlaqə vasitələrə və s. barədə heç bir bilgi tapmaq mümkün olmadı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin elektron poçtuna sorğu göndərərək Gələcək Azərbaycan Partiyasının hüquqi ünvanı, qanuni təmsilçisinin və sidrinin adı, soyadı, ata adı barədə məlumat almışdır. 11 fevral 2023-cü ildə həmin ünvana Azərpoçtun 73 saylı filialından sifarişli qaydada cavabdeh X5 (Gələcək Azərbaycan Partiyasının (GAP) canuni təmsilçisi və sədri) yazılı sorğu göndərmişdir. Sorğuda onun göndərilməsinin səbəbi barədə müfəssəl məlumat verməklə konkret olaraq yazdığı suallara aydınlıq gətirməsini, həmçinin həmin bəyanatın onlayn media subyektlərindən, sosial şəbəkədən çıxarılmasını və məndən üzr istənilməsini bildirmişdir. Sorğunu qanunvericiliyin tələblərinə görə ən geci 7 iş günü ərzində cavablandırmalı olduğu halda cavabdeh vəzifəli şəxs X7 hərəkətsizlik nümayiş etdirdi. Onu ağır cinayətdə təqsirləndirən böhtan bəyanat isə onlayn media subyektlərində və Feysbuk sosial çəbəkəsində hələ də yayımlanmaqda davam edir. Nərimanov Rayon Məhkəməsinə yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin Gələcək Azərbaycan Partiyasının sədri və qanuni təmsilçisi cavabdeh X4 üzərinə qoyulması tələbi ilə iddia ərizəsi göndərmişdir. X7 ona sorğusuna qanunvericiliyin tələbləri səviyyəsində cavab təqdim etməyib. Lakin məhkəməyə göndərdiyi məktubda (təqdim olunur) sual lazimi cavablandırıb: “Məsələnin mahiyyətinə gəldikdə isə, qaldırılmış suallara cavab olaraq bildiririb ki; Məlum bəyanat iddiaçı X2 Azərbaycan Respublikasında fəaliyyət göstərən, dövlətçiliyə xidmət edən bir sıra müstəqil media orqanlarını və onların baş redaktorlarını əsassız olaraq məhkəməyə verməsi və müstəqil mətbuatı boğmağa xidmət edən əməllərini ictimai qınağa gətirərək milli dövlətçiliyimizə mümkün bednam əməldən iddiaçını yayındırmaq məqsədilə qəbul edilmişdir. Təşəbbüs 4 aprel 2022-ci il tarixində Gələcək Azərbaycan Partiyasının İdarə heyətinin toplantısında 'Siyasi Partiyalar" haqqında qanunun verdiyi hüquq və səlahiyyətlər daxilində şəxsən mənim təşəbbüsüm əsasında müzakirəyə çıxarılmışdır;Müzakirə əsasında X1 sədri olaraq müstəqil Azərbaycana xidmət edən müstəqil media quruluşlarının ictimai müdafiəsinin təşkil edilməsi məqsədilə partiya adından bəyanat vermək, çıxış etmək səlahiyyəti mənə verilmiş və məlum bəyanat "Siyasi Partiyalar haqqında" Azərbaycan Respublikası qanunu əsasında tərəfimdən tərtib edilmişdir; Partiya adından tərtib edilmiş məlum bəyanat mənim tapsırıgımla səlahiyyətli nümayəndəm X8 tərəfindən Gələcək Azərbaycan Partiyasının Facebook sosial şəbəkəsində mövcud olan rəsmi səhifəsində paylasılmışdır. Mətbuatda çox böyük ehtimal məlum bəyanatı rəsmi Facebook hesabımızdan götürərək tirajlamısdır. Hansı ki, burada da qeyri-adi bir məsələ yoxdur. Məhkəmə şikayətinin əsaslı olduğunu müəyyən edərək iddiasını təmin etdi. Nərimanov Rayon Məhkəməsinin hakimi cənab Ramin Quliyevə ünvanladığı, imzası və GAP-ın möhürü ilə təsdiq etdiyi bu məktubun sonunda qeyd olunur: “...Əgər bəyanatda şərəf ləyaqətin alçaldılması kimi hallar varsa iddiaçı tərəf buyurub xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Əks halda qaldırdığı məsələləri bir siyasi partiyanın fəaliyyətinə müdaxiləyə cəhd kimi qiymətləndirir: siyasi partiyanın sərbəst fəaliyyətinə müdaxilə kimi qəbul edirik." Məktubun məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şkayət verdiyi X7 bəyanatın mətnini şəxsən özü yazmışdır, partiyanın rəsmi Facebook səhifəsində vermişdir, şəxsini ağır cinayətdə təqsirləndirməyini və barəsində yazdıqlarını qanuni hesab edir. Onun fikrincə siyasi partiya vətəndaşa qarşı internet resurslarında və kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən, heç bir konkret fakta söykənməyən, onun imicinə, şəxsiyyətinə, mənafeyinə, ləyaqətinə zərbə vuran böhtan xarakterli istənilən qanunsuz bəyanatları qəbul edə, yaya bilər. Bəyanatın mətni belədir. "Azsiyaset.com", "Pravda.az", “Konkret.az” və digər saytlarda, Fasebook sosial şəbəkəsində X4 qanuni təmsilçisi və sədri olduğu Gələcək Azərbaycan Partiyası (GAP) adından barəsində 14 fevral 2022-ci ildən bəri yayımlanan Adı qalmaqalda hallanan Eldar İsmayılovla baqlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən aqır cinayətdir!” başlıqlı böhtan mənə dərin mənəvi ziyan vurmuş, 75 yaşlı, 2ci qrup əlil olaraq onu həddən artıq əsəbiləşdimiş, qanını qaraltmış, və səhhətimə mənfi təsir göstərməkdədir. Şəxsiyyətimi aşağılayan, onu ictimaiyyət arasında gözdən salan böhtana görə ona dəyən mənəvi ziyanı 50.000 manat həcmində qiymətləndirir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. X6 şikayətində X4 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, lakin Cinayət Məcəlləsinin böhtana görə cinayət məsuliyyəti müəyyən konkret maddəsini (147.1 və ya 147.2) qeyd etməmiş, bununla da CPM-in 293.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-371/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-371/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver