Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-371/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının əvvələrindən 09 yanvar 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədilə ilə özünə məxsus, yaşadığı ünvan 3 ünvanının yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra tanışı fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs həmin mənzildə kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 30 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa o, 2023-cü ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün özünə məxsus olan, əvvəlcədən yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi ünvan 3 ünvanında görüşdürərək 130 manat məbləğində gəlir əldə etmək məqsədi ilə 350 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs təxminən 10-15 dəfə müxtəlif kişi müştərilərlə həmin ünvanda cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmiş, sonuncu dəfə isə Şahid1 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 220 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 130 manat olmaqla, ümumilikdə 350 manat pul alıb qeyd olunan ünvanda cinsi əlaqədə olmalarını təşkil edərək tamah niyyəti ilə Zərərçəkmiş şəxs fahişəliyə cəlb etmiş, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 yanvar 2024-cü il tarixdə saat 20:00-da ünvan 3 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Təqsirləndirilən şəxs, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs, onun müştərisi Şahid1 aşkar edilmiş, Şahid1 Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda cinsi əlaqədə olmağa görə verdiyi 350 manat pul Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xeyli vaxtdır tanımışdır. Onunla əvvəllər işlədiyi universitetdən tanış olmuşdur. Tanış olduqdan sonra bir-birləri ilə tez-tez mobil telefon əlaqəsi saxlamışlar. Aynurə ilə telefonla danışdığı zaman onun fahişəliklə məşğul olduğunu bilmişdir. Həmçinin o da özünün fahişəliklə məşğul olduğunu bildirmişdir. Vaxt keçdikcə fahişəliklə məşğul olmaqla maddi ehtiyaclarını qarşılaya bilməmişdir. Bu zaman ətrafında olan qadınları pul qarşılığında tanışı olan müştərilərlə görüşdürmək qərarına gəlmişdir. Bundan sonra Aynurəyə bu barədə deyib onu öz müştərilərinə təqdim etməyə başlamışdır. Aynurəni yaşadığı ünvan 5 ünvanında müştərilərə təqdim etmiş və müştərilərdən həm mənzilə görə, həm də onlara qadın təşkil etdiyinə görə əlavə pul almışdır. 2023-cü ilin yanvar ayının əvvəlindən Aynurəni müştərilərə təqdim etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində tanışı Şahid1la telefonla danışdığı zaman Nəsibə cinsi əlaqədə olması üçün ona qadın və mənzil təşkil edə biləcəyini bildirmişdir. Nəsibə cinsi əlaqədə olacağı qadına 220 manat, mənzil və qadın təşkil etdiyinə görə isə özünə 130 manat pul verməlidir. Nəsib razılaşdıqdan sonra Nəsibi öz evinə dəvət etmişdir. Bundan sonra rəfiqəsi Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Ona müştəri olduğunu müştəri ilə cinsi əlaqədə olacağı halda ona 220 manat pul verəcəyini, qalan 130 manatı isə ona müştəri təşkil etdiyinə və evdə cinsi əlaqədə olmaları üçün şərait yaratdığına görə özünə götürəcəyini bildirmişdir. O da razılaşıb qeyd etdiyi ünvana gəlmişdir. Aynurə gəldikdən bir müddət sonra Nəsib oraya gəlmişdir. Aynurə və Nəsibi tanış etmişdir. Bundan sonra Nəsib 350 manat pul vermişdir, işin sonunda həmin pulun 220 manatını Aynurəyə verməli imiş. Nəsib və Aynurə mənzilin yataq otağında cinsi əlaqədə olmuşlar. Bir neçə dəqiqə sonra mənzilin qapısı döyülmüşdür. Qapını açdıqda mülki geyimli bir neçə şəxslər qapıda xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra mənzilə baxış keçirilməsi haqqında qərarı göstərərək mənzilə baxış keçirtmək istədiklərini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmişdir. Polis əməkdaşları mənzilin bütün otaqlarına baxış keçirtmişlər. Baxış keçirdikdən sonra bir qədər sorğu-sual etmişlər. Sorğu zamanı Nəsib adlı şəxsə pul müqabilində intim xidmətlər göstərməsi üçün qadın təşkil edəcəyini və yaşadığı mənzili həmin qadınla intim xidmətlərdən istifadə etmək üçün şərait yaradacağını bildirib, qadını dəvət etdiyinə görə 220 manat, mənzilə görə isə 130 manat, ümumilikdə 350 manat Nəsibdən pul aldığını demişdir. Aynurə və Nəsibdə dediklərini təsdiq etmişlər. Bundan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə polis əməkdaşları Nəsibdən aldığı 350 manat pulu təqdim etməyi təklif etmişlər. Üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinazlarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bu barədə hal şahidlərinin də iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və tərəflərindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ixtisasca həkimdir. Uzun müddət ki, ixtisası üzrə müxtəlif klinikalarda işləmişdir. Təqsirləndirilən şəxs bir tanışı vasitəsilə təsadüfən 1 ildir ki, tanımışdır. Nubarın pul müqabilində qadınları fahişəliyə cəlb etdiyini və Nərimanov rayonunda yerləşən evini cinsi əlaqədə olmaq üçün pul müqabilində satlıq icarəyə verdiyini tanış olduqdan sonra bilmişdir. Bir gün Nubar zəng edərək onun çoxlu kişi tanışları olduğunu, pul qarşılığında həmin şəxslərlə yaşadığı mənzildə görüşdürə bilcəyini bildirmişdir. Maddi ehtiyaclarına görə onunla razılaşmışdır. Onunla aralarında olan razılaşmaya əsasən Nubar 350 manat pul müqabilində müştərilərinə təqdim etməli idi. Nubar həmin puldan 220 manatını verməli, qalan pulu isə müştəri ilə cinsi əlaqədə olmağı üçün mənzil təşkil etdiyinə görə və onu müştəriyə təqdim etdiyinə görə isə qazanc olaraq onun özünə 130 manat götürməli olduğunu demişdir. Bundan sonra hazırda yaşadığı ünvanda olduğu zaman Nubar əlaqə saxlayıb yaşadığı ünvan 5 ünvanına dəvət edərək müştərilərə təqdim etməyə başlamışdır. Hər dəfə o, mənzilin yataq otağında müştəri ilə görüşüb cinsi əlaqədə olmuşdur. Müştəri də hər dəfəsində ona görə və cinsi əlaqədə olmaqları üçün həmin mənzili təşkil etdiyinə görə Nubara 350 manat pul vermişdir. Nubar da oradan 220 manat pul vermişdir. Hər dəfəsində Nubar özünə qazanc olaraq həmin puldan 130 manat götürmüşdür. Nubar onu ümumilikdə 10-15 dəfə yaşadığı mənzildə fahişəliyə cəlb etmişdir. xx.xx.2024-cü il tarixdə Nubar zəng vuraraq kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 350 manat pul alacağını, həmin puldan 220 manat yenə verəcəyini, qalan pulu isə əvvəlki qaydada özünə götürəcəyini bildirmişdir. Bu təkliflə razılaşdıqdan sonra Nubarın yaşadığı mənzilə getmişdir. Bir neçə dəqiqə sonra mənzilə Nəsib adlı şəxs gəlmişdir. Həmin mənzildə Nubar tanışı olan Nəsib adlı şəxsə təqdim etmiş və Nəsibdən 350 manat pul almışdır, işin sonunda Nubar həmin puldan 220 manatını verməli imiş. Qalan pulu isə Nubar mənzil təşkil etdiyinə və müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli imiş. Bundan sonra Nəsib adlı şəxslə həmin mənzilin yataq otağında cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra mənzilin qapısı döyülmüşdür. Qapını Nubar açmışdır. Bir neçə dəqiqə sonra mülki geyimli şəxslər Nubarla birlikdə olduqları otağa daxil olmuşlar. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq polis əməkdaşları Baş İdarəyə dəvət etmişlər. Bundan sonra Baş İdarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid1 verdiyi 350 manat pulu təqdim etsin. Həmin vaxt Nubar üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinazlarını təqdim edərək Şahid1 tərəfindən verilmiş pul əskinazı olduğunu bildirmişdir. Təqdim olunmuş pul əskinazları iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Hər hansı bir şikayət və irad olmadığı üçün protokolun doğruluğu tərəflərindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Baş İdarədə izahat verib oranı tərk etmişlər. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki tanımışdır. Onunla aralarında normal münasibət olmuşdur. 09 yanvar 2024-cü il tarixdə Nubarla mobil telefon vasitəsilə danışdıqları zaman Nubar cinsi əlaqədə olmağı üçün qadın təşkil edə biləcəyini və həmin qadınla cinsi əlaqədə olmağı üçün mənzil şəraiti yarada biləcəyini bildirmişdir. Ondan qiyməti soruşduqda o cinsi əlaqədə olacağı qadına 220 manat, qadın və ev təşkil etdiyinə görə isə özünə 130 manat ümumilikdə 350 manat pul istəmişdir. Onunla razılaşmışdır. Bundan sonra Nubar onu Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 13A, mənzil 34 ünvanına dəvət etmiş, o da həmin ünvana getmişdir. Həmin ünvanda onu Nubar qarşılamışdır. Mənzildə Nubar onu Aynurə adlı qadınla tanış etmişdir. Nubarla razılaşdıqları kimi 350 manat pul vermişdir. Onun dediyinə görə işinin sonunda həmin pulun 220 manatını Aynurəyə verəcəkdir. Nubarın cinsi əlaqədə olmağı üçün təqdim etdiyi Aynurə adlı qadınla birlikdə Nubarın yaşadığı mənzilin yataq otağına keçmişdir. Mənzilin yataq otağında Aynurə ilə cinsi əlaqədə olmuşdur. Bir neçə dəqiqə sonra mənzilin giriş qapısı döyülmüşdür. Qapını Nubar açmışdır. Bir neçə nəfər mülki geyimli şəxslər vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Nubara mənzilə daxil olma və baxış keçirilməsinə dair qərarı təqdim etmişlər. Nubar adlı qadın mənzilə baxış keçirilməsinə könüllü razı olmuş və polis əməkdaşlarını içəri dəvət etmişdir. Baxış keçirildiyi zaman polis əməkdaşları şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir qədər onlarla sorğu sual etmişlər. Şifahi sorğu zamanı Nubar onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq pul müqabilində intim xidmətlər göstərməsi üçün qadın təşkil edəcəyini və yaşadığı mənzili həmin qadınla intim xidmətlərdən istifadə etmək üçün şərait yaradacağını bildirmiş, qadını dəvət etdiyinə görə 220 manat, mənzilə görə isə 130 manat ümumilikdə 350 manat məndən pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə Nubarın dediklərini bir daha təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Həmin idarədə olduqları zaman Təqsirləndirilən şəxs 350 manat pulu təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da aldığı 350 manat pulu polis əməkdaşlarına təqdim etmiş və həmin pullar qablaşdırılaraq zərfə qoyulmuşdur. Bu barədə hal şahidlərinin də iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır. Onunla tədbirlərin birində qonşusu Xədicə vasitəsilə tanış olmuşdur. Xədicə hazırda vəfat etmişdir. Nubarla münasibətləri normal olmuşdur. Təxminən 2023-cü ilin əvvəllərindən Nubarın evi olan Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 13A, mənzil 34 ünvanına münasibəti olan qadınları aparmış və həmin mənzildə qadınlarla cinsi əlaqədə olmuşdur. Nubar özü çox zaman Xətai rayonu, Əhmədli qəsəbəsində anasının yanında yaşamışdır. Həmin mənzil bildiyinə görə ona məxsus olsa da, əksər hallarda özü orada yaşamışdır. Nubarın evinə özünün münasibətdə olduğu qadınları aparıb orada cinsi əlaqədə olduqda Nubara 30 manat pul vermiş, yaxud ona şirniyyat məhsulları almışdır. Onun evinə getdikdə Nubar qarşılayıb yola salmışdır. Cinsi əlaqədə olduğu müddətdə isə özü evdə olmuşdur. Bir neçə dəfə Nubar pul müqabilində cinsi əlaqədə olmaq üçün ona qadın təşkil etmişdir. Həmin qadınların adlarını hazırda xatırlamır. Həmin qadınları Nubar özü təşkil etmiş və həmin qadınlarla 50-60 manat pul müqabilində görüşüb cinsi əlaqədə olmuşdur. Təxminən bu qaydada 2023-cü ilin sonlarına qədər Nubarın təklif etdiyi bu xidmətlərdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazası ilə üzbə-üz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmişlər. Orada hüquq və vəzifələri izah olunmuşdur. Baş İdarədə digər hal şahidinin Şahid7 olduğunu bilmişdir. Polis əməkdaşları qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklərini bildirmişlər. Bundan sonra özü və Emil saat təxminən 19:30 radələrində polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 13A, mənzil 34 ünvanına yollanmışlar. Təxminən saat 20:00 radələrində polis əməkdaşları həmin mənzilin qapısına yaxınlaşaraq qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs açmışdır. Polis əməkdaşları vəsiqələrini həmin şəxsə göstərərək DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək həmin ünvana baxış keçirməli olduqlarını izah etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və o bununla bağlı ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları içəri daxil olub mənzilə baxış keçirtmişlər. İştirakları ilə mənzilin bütün otaqlarına baxış keçirilmişdir. Baxış zamanı mənzildə bir neçə fotoşəkil çəkilmişdir. Baxış zamanı mənzilin yataq otağında yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuşdur. Həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid1, qadının isə Zərərçəkmiş şəxs olması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək Zərərçəkmiş şəxs uzun müddətdir tanıdığını, onu pul qarşılığında fahişəliyə cəlb etdiyini, 09 yanvar 2024-cü il tarixdə Şahid1la mobil telefon vastəsilə danışdığı zaman Nəsibə cinsi əlaqədə olması üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil təşkil edə biləcəyini bildirmiş, Nəsibi həmin mənzilə dəvət etdiyini, Şahid1 350 manat pul qarşılığında Zərərçəkmiş şəxs təqdim etdiyini, həmin pulun 220 manatının Aynurəyə çatacağını, 130 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürəcəyini, Şahid1 qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid1 və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri polis əməkdaşları Baş İdarəyə dəvət etmişlər. Bundan sonra Baş İdarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şahid1 ona verdiyi 350 manat pulu təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinazlarını təqdim edərək Şahid1 tərəfindən verilmiş pul əskinazı olduğunu bildirmişdir. Təqdim olunmuş pul əskinazları iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baş İdarədə iştirakçılar ilə birlikdə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Hər hansı bir şikayət və irad olmadığı üçün protokolun doğruluğu tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 digər Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid4, Şahid9, Şahid8 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid4, Şahid9, Şahid8 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Həmçinin Şahid5 isə teleqram ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkilləri Şahid8, Şahid9, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 və hal şahidləri Şahid6 və Şahid7 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs zor tətbiq etməklə nəzarətində saxladığı qadınları ünvan 6 ünvanında intim xidmətlər göstərməsi üçün kişilərə təqdim etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupu tərəfindən, qəbul olunmuş qərar əsasında xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 7 ünvanında yerləşən mənzilə daxil olundu və baxış keçirildi. Mənzilin giriş qapısında Təqsirləndirilən şəxs xidməti vəsiqələr və mənzilə daxil olma və baxış keçirilməsinə dair qərar təqdim olundu. Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə könüllü olaraq razılıq verdi. Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə keçirilən baxış zamanı mənzilin yataq otağında 1 kişi və 1 qadın müəyyən edildi. Sorğu zamanı kişinin Şahid1, qadının isə Zərərçəkmiş şəxs olduğu məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində tanışı Şahid1la mobil telefon vasitəsi ilə söhbət edərkən sonuncuya pul müqabilində intim xidmətləri göstərməsi üçün qadın təşkil edə biləcəyini və yaşadığı mənzildə qadının intim xidmətlərindən istifadə üçün şərait yarada biləcəyini bildirmiş, qadını dəvət etdiyinə görə 220 manat, mənzil sahəsini istifadəyə verdiyinə görə 130 manat, ümumillikdə 350 manat pul istəmiş, razılaşdıqdan sonra Şahid1 həmin mənzilə dəvət etmiş Şahid1 350 manat pul aldıqdan sonra Zərərçəkmiş şəxs ona təqdim etmiş və mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün istifadəyə vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs intim xidmətləri göstərməsi üçün Şahid1 aldığı 350 manat pulun 130 manatını qazanc götürməyi qalan 220 manatını isə Zərərçəkmiş şəxs verməyi sonuncu ilə razılaşdırmışdır. Sorğu zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək sonuncunun əvvəllərdə dəfələrlə onu pul qarşılığında intim xidmətlər göstərməsi üçün kişi müştərilərə təqdim etmişdir. Sorğu zamanı Şahid1 Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək əvvəllərdə Təqsirləndirilən şəxs onu yaşadığı mənzilə dəvət etdiyini və aldığı pul müqabilində intim xidmət göstərməsi üçün qadın təqdim etdiyini və bu məqsədlə yaşayış sahəsini istifadəyə verdiyini bildirmişdir. Mənzilə baxış zamanı ayfon 14 pro markalı mobil telefon vasitəsi ilə foto şəkillər çəkildi. Müvafiq sənədləşdirmə üçün şəraitin olmamasının nəzərə alınaraq Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət olundular. Təqsirləndirilən şəxs təklif olundu ki, Şahid1 aldığı 350 manat məbləğində pulu təqdim etsin. Təqsirləndirilən şəxs özündə olan 3 ədəd D 05657913, C 041863735, A 98784655 serialı 100 manatlıq 2 ədəd A 06181614, A 02229931 seriyalı 20 manatlıq və 1 ədəd A 27445713 serialı 10 manatlıq pul əskinaslarını təqdim etdi. Təqsirləndirilən şəxs əməliyyat qrupuna təqdim etdiyi pul əskinasları zərfə qoyuldu qablaşdırıldı və 16 saylı möhürlə möhürləndi. Baş İdarədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olundu. Cinayət işinin 42-43-cü vərəqlərində olan “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş 350 manat məbləğində pul vəsaitlərinin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, maddi sübut kimi tanınmış 350 manat məbləğində pul vəsaitlərinin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. Cinayət işinin 80-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 116,118, 34 saylı mənzil mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 92-ci vərəqində olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 82 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 100-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 350 (üç yüz əlli) manat pul cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 27 (iyirmi yeddi) iş saatına görə cəmi 162 (yüz altmı iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 350 (üç yüz əlli) manat pul cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olduğundan dövlət nəfinə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatına görə cəmi 162 (yüz altmı iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-371/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-371/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver