Məhkəmə qərarları › İş №1(005)-373/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-373/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-373/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə, təmiz çəkisi - 0,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla 05 aprel 2023-cü il tarixdə həmin narkotik vasitəni daşıyaraq Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım, döngə-1 ünvanında olan 4 saylı evin qarşısına gəlmiş və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 05 aprel 2023-cü il tarixdə, saat 22:30 radələrində həmin ünvanda saxlanılıb Bakı şəhəri Nərimanov rayonu, X12 küçəsi 83 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilərək 06 aprel 2023-cü il tarixdə həmin inzibati binada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə, təmiz çəkisi - 0,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və şalvarının sol yan cibindən üzərində və kənarlarında heroinin izləri olan və üzərində «Capacity 200g» yazısı olan 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 05 aprel 2023-cü il tarixdə, axşam saatlarında öz istifadəsi üçün «Papanin» adlanan ərazidən üzdən tanıdığı, lakin adını, eləcə digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin alıb əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibinə qoymuş və oradan uzaqlaşıb ünvan 6 ünvanın qarşısına gəlmişdir. Həmin gün saat 22:30 radələrində qeyd etdiyi ünvanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərməklə Nərimanov RPİ-nin 16cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları ondan ad, soyad və ata adını soruşmuşlar və o, onlara özünü təqdim elmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib onu 16-cı Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmiyib onlarla birlikdə 16-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində vəkil çağırılmaqla ona təqdim edilmiş və o, təqdim edilmiş müdafiəçiyə etiraz etməyib onun tərəfindən hüquq və vəzifələrini müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar və ona üzərində narkotik vasitə, psixotrop maddə, digər qanunla qadağan edilmiş maddə və ya əşya vardırsa könüllü olaraq təqdim etməyini təklif etmişlər. O da polis əməkdaşlarının bu təklifi ilə razılaşıb əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız, bükümdə olan narkotik vasitə heroini, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli tərəzini, şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları həmin bükümdə nə olduğunu soruşduqda o, bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə, axşam saatlarında öz istifadəsi üçün «Papanin» adlanan ərazidən üzdən tanıdığı, lakin adını, eləcə digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını və narkotik vasitəni özü qəbul etmək üçün saxladığını, satmaq məqsədimin olmadığını bildirmişdir. Eləcə də, 01 ədəd qara rəngi tərəzini narkotik vasitə əldə edərkən çəkisində aldanılmaması məqsədilə üzərində saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədəd tərəzini zərfə qoyaraq qablaşdırdıqdan sonra o, müdafiəçi və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra doğruluğu özünün, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimaov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, «Feyruz» adlı şəxs narkotik vasitələrin saxlaması və istifadəsi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Nərimanov rayonu, 4-cü Aşırım, döngə-1 ünvanında olan 4 saylı evin qarşısında olaacağı həmin vaxt üzərində narkotik vasitə olacağı, əynində olacaq geyim paltarları və xüsusi əlamətləri barədə əməliyyat məlumatı daxil olmuşdur. «Feyruz» adlı həmin şəxsin saxlanılması zərurəti yarandığından bu barədə bölmə rəhbərliyinə raportla məruzə olunmuş və bölmə rəisinin razılığı ilə «təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərar qəbul edib 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaratmaqla «Feyruz» adlı şəxsin saxlanılması üçün Nərimanov rayonu, 4-cü Aşırım, döngə-1 ünvanında olan 4 saylı evin qarşısına getmişlər. Məlumatda göstərilən geyim paltarlarında və xüsusi əlamətləri uyğun gələn şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirərək onun kimliyini soruşmuşlar, o isə bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs onların təklifləri ilə razılaşmış və saat 23:00 radələrində onlarla birlikdə 16-cı PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs gətirməkləri barədə raportla rəhbərliyiə məruzə olunmuş və raport üzrə araşdırmanın davam etdirilməsi bölmənin təhqiqatçısı X6 həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ərazi üzrə 25 saylı Vəkil Bürosundan X7 vəkil qismində dəvət olunmaqla təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunsuz əşya və ya maddə vardırsa, könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd «Mi» markalı mobil telefonu, şalvarın sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü və şalvarının sol yan cibindən 01 ədəd qara rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 05 aprel 2023-cü il tarixdə “Papanin” adlanan ərazidən sifətdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat müqabilində özü qəbul etmək üçün almış və əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarlarına və ayaqqabılarına baxış keçirmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs elektron tərəzini nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda o, tərəzini, aldığı narkotik vasitənin çəkisində satan şəxsin onu aldadıb-aldatmamasını öyrənmək məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitəyə bənzər kütlə və tərəzi təhqiqatçı tərəfindən zərfə qablaşdırılıb götürülmüş, narkotik vasitəyə bənzər kütlə və tərəzi qablaşdırılmış zərf iştirakçıları tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimaov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid Nərimaov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X8 həmin potokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, vəkil X3, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması istintaq hərəkəti həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 23:30 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid1, vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Mi” markalı mobil telefonu, şalvarının sağ yan kiçik cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli olan və spesifik qoxuya malik maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü və şalvarının sol yan cibindən 01 ədəd qara rəngli elektron tərəzini könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat qarşılığında əldə etdiyini, aşkar olunmuş elektron tərəzini isə narkotik vasitəni əldə edərkən çəkisində aldadılmaması üçün üzərində daşıdığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və elektron tərəzi iştirakçıların, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamış, şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparılmış, saat 00:40da başlamış və 01:10-da başa çatdırılmış, axtarış aparılan zamanı “Panasonic FİC-V770” video kamerası vasitəsilə çəkiliş aparılmış, protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 6/1988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.530 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heoindir və üzərində «Capasity 200q» yazısı olan qara rəngli elektron tərəzinin üzərində və kənarlarında heroinin izləri vardır. İz toz şəkilində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 83-87-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-477/2023 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-inin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 06 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqində olan “Maddi sübut hesab etmək haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,530 qram çəkidə narkotik vasitə olan heroinin, 01 ədəd “Capacity 200g” markalı qara rəngli elektron tərəzinin və şəxsi axtarışın gedişatının videogörüntüləri olan 01 ədəd DVD formatlı diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsi, maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,480 qram çəkidə narkotik vasitə olan heroinin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 01 ədəd DVD formatlı diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 108-ci vərəqində olan 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3427 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd CD diskə baxış keçirilərkən, onun əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə - heroinin və şalvarının sol yan cibindən üzərində «Capacity 200g» yazısı olan 01 ədəd qara rəngli elektron tərəzinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və üzərində «Capacity 200g» yazısı olan 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,480 qram narkotik vasitə heroin və üzərində «Capacity 200g» yazısı olan 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar