Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-373/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sabirabad rayonu, Narlıq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 10 fevral 2025-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu,T.Şıxəliyev küçəsi ilə Qarabağ küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun əlində saxladığı içərisində 78 manat pul olan 120 manat dəyərində üzərində “Viktoria secret” yazıları olan əl çantasını dartıb ələ keçirib hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 198 manat dəyərində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə pula ehtiyacı olduğundan saat 07:30 radələrində Nərimanov rayonu,T.Şıxəliyev küçəsində olarkən bir nəfər qadının oradan yolla keçdiyini görmüşdür. Qadının çantasın götürüb, qaçmağı düşünmüşdür. Təxminən 50-60 metr arxasınca getdikdən sonra ətrafda heç kimin olmadığı vaxt, arxa tərəfdən həmin qadına yaxınlaşıb, çantasını əli ilə dartıb götürmüş və oradan qaçıb uzaqlaşmışdır. Həmin qadın qışqırmağa və kömək istəməyə başladığını gördükdə təxminən 80-100 metr qaçdıqdan sonra polis tərəfindən tutulacağını düşünüb fikrini dəyişmiş və qadının çantasını yerə atıb oradan uzaqlaşmış. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, çantadan heç nə götürməmişdir, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:55 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman yaşadığı ünvanın qarşısında naməlum bir şəxs ona yaxınlaşaraq qəfildən əlindəki çantanı götürüb qaçmışdır. O, həmin vaxt qorxduğundan qışqırmış və sonra həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Lakin həmin şəxsi gözdən qaçırmışdır. Bir qədər sonra bir nəfər tanımadığı şəxs çantanı gətirib ona verib demişdir ki, qaçan şəxs çantanı yerə tullamışdır. Oğurlanan çanta “Victoria secret” bredinə məxsusdur və iki il əvvəl 120 manata almışdır. Çantası oğurlanan zaman içərisində 78 manat pul olmuşdur. Həmin şəxs ona çantanı qaytaran zaman çanta açıq vəziyyətdə olmuş, lakin içərisindən heçnə götürülməmişdir. Çantanı götürdükdən sonra bu barədə həyat yoldaşına məlumat vermiş və sonra 102 xidmətinə zəng vurub şikayət etmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 482 nömrəli raportdan aydın olur ki, Daxili İşlər Nazirliyinin 102 Xidmətinə bir nəfər şəxsin Zərərçəkmiş şəxs Şücayət qızını itələməsi və çantasını alaraq qaçması və daha sonra çantanı geri qaytarması barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eskpertizasının 13 fevral 2025-ci il tarixli 648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,542 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-178/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs souncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 62-ci maddələri ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq olunan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1, 66.5, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq olunan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2025 il tarixli, 3-28-29/2- 2688/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinədə olub. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eskpertizasının 14 mart 2025-ci il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı X1mur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Ə.P.Qəhramanov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş,həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı X1mur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulatot X2 15 fevral 2025-ci il tarixli, 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinootdlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittham elan edilmiş hissədə əməlinə hissəvi xitam verilmiş və Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq olunan cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, 01 ədəd “Viktoria secret” markalı əl çantası maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər məhkum olunması, həmçinin eyni məzmunlu cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmişdən oğurlamış olduğu çantanı ona qaytararaq barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, həmçinin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan - 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “Viktoria secret” markalı əl çantasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün (xx.xx.2025-xx.xx.2025) müddət ona təyin olunmuş cəzadan çıxılsın Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. İş üzrə 01 ədəd “Viktoria secret” markalı əl çantasının maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işinin materiallarında olan - 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-373/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-373/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver