Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-374/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Abşeron Vəkil bürosunun vəkili X6 və Femida Vəkil Bürosunun vəkili X3 oglunun iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, "xxxx" QSC-də tikinti şöbəsinin asistantı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs oğlu 14 mart 2022-ci il tarixdə saat 18:50-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mazda CX-5” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətinə doğru saatda 60 km sürətlə hərəkət edərkən Bakı şəhəri Nərimanov rayonu X22 küçəsi 79 ünvanda yerləşən “Gənclik" avtomobil dayanacağının qarşısında “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyada 2000-ci il təvəllüdlü X5 vuraraq Nəzrin Rüstəmovaya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə- beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol epidural hematoması, beynin ağır dərəcəli əzilməsi, baş beynin ödemi, sağ baldırın qapalı sınığı, sağ tərəfli hemotoraks xəsarətlərini yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs oğlunun ehtiyatsızlığından Nəzrin Rüstəmova aldığı xəsarətlər kompleksi nəticəsində baş vermiş beyin ödemi zərərçəkmiş X4 24 mart 2022-ci il tarixdə saat 13:22-də “X21" sağlamlıq mərkəzində ölümünə səbəb olmuşdur. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna CM-in 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 14 mart 2022-ci il tarixdə saat 18:50-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mazda CX-5” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətinə doğru saatda 60 km sürətlə hərəkət edərkən Bakı şəhəri Nərimanov rayonu X22 küçəsi 79 ünvanda yerləşən “Gənclik" avtomobil dayanacağının qarşısında maşının qabağına Nəzrin Rüstəmova birdən çıxmış və o maşını saxlaya bilməmiş, onu vurmuşdur. Maşından düşüb N.Rüstəmovanı xəstəxasnaya aparmış, 10 gün sonra N.Rüstəmova xəstəxanada rəhmətə getmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əvvəlki məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi qismində dinirilmiş X8 ifadəsində bildirmişdir ki, o, xx.xx.2000-ci il tarixdə İmişli rayonunda anadan olmuş X4 atasıdır. Onun qızı Nəzrin Rüstəmova onunla eyni ünvanda qeydiyyatda olsa da Nəzrin təhsil aldığına görə Bakı şəhərində yaşamışdır. Belə ki, qızı Nəzrin Rüstəmova Bakı şəhərində yerləşən Qərb Universitetində 3-cü kursda təhsil almışdır. Qızı Nəzrin Bakı şəhərində Gənclik metrosunun ərazisində kirayə yaşamışdır. 15 mart 2022-ci ildə onun həyat yoldaşının ad günü olduğu üçün Nəzrin həmin günü tezdən İmişli şəhərinə gəlməli idi. X12 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə ona polis əməkdaşı 14 mart 2022-ci ildə axşam tərəfi telefon vasitəsilə məlumat vermiş və bu məlumatı eşidən kimi o Bakı şəhərinə gəlmişdir. Nəzrin hadisədən sonra Bakı şəhərində yerləşən X17 aparılmış və orada müalicə almış, daha sonra həmin tibbi mərkəzdən "City Hospital" Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir. 24 mart 2022-ci il tarixdə qızı Nəzrin Rüstəmova müalicə aldığı “City Hospitalda" vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs oğlu və onun ailə üzvləri ona dəyən maddi və mənəvi zərəri ödəmişlər, onunla barışmışdır, ona qarşı şikayət, iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi işləmədiyi üçün “Hyundai Sonata” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomaşın ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 18-40 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Azadlıq prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində yolun sağ hissəsi ilə hərəkətdə olan zaman ünvan 5 ünvanında yerləşən “Gənclik” avtomobil dayanacağının qarşısında bir nəfər qadın piyadanın avtomaşın tərəfindən vurularaq yerdə uzandığını gördükdə o, dərhal idarə etdiyi avtomaşını sol tərəfə sürərək dayandırmış və hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerinə yaxınlaşdıqda ona məlum olmuşdur ki, “Mazda CX-5 minik” markalı **-MY-*** dövlət nömrə nişanlı avtomaşın yolu keçən piyada qadını vurmuşdur. Həmin vaxt avtomaşının cavan sürücüsü qorxduğundan özünü itirmiş vəziyyətdə idi. O, hadisə yerində olan sürücüyə demişdir ki, TTYS-na məxsus olan avtomaşın gec gələ bilər və həmin vaxta qədər o, yaralı piyadanı xəstəxanaya apara bilər. Bundan sonra o, idarə etdiyi avtomaşını hadisə yerinə yaxın yerə sürmüş və ətrafda olan şəxslərin köməkliyi ilə yaralı piyada qadını idarə etdiyi avtomobilin arxa oturacağına yerləşdirmişlər və sonra dərhal avtomobili idarə edirək yaralı piyada qadını KTM-ə aparmışdır. Orada yaralı piyadanı xəstəxanaya qəbul etdikdən sonra o, çıxıb getmişdir. (iş vərəqə 119-121) Həmçinin Şahid məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X18 Nərimanov rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, X4 meyitinin məhkəmə tibbi müayinəsi zaman aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin coxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol epidural hematoma, beynin ağır dərəcəli əzilməsi, baş beynin ödemi, sağ baldırın qapalı sınığı, sağ tərəfli hemotoraks həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə yolu soldan sağa doğru keçən piyadanı hərəkətdə olan avtomaşının ön qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilməsi istisna edilmir, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbağa əlaqəlidirlər. X2 ölümünə səbəb-qeyd olunan xəsarətlər kompleksi nəticəsində baş vermiş baş beynin ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 13:22-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X2 adına tərtib edilmiş ******* saylı xəstəlik tarixinin kserosurətində onun spirtli içki və narkotik maddələr qəbul edib etməməsi barədə heç bir qeydiyyat yoxdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu 14 mart 2022-ci il tarixdə ayıq olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna BC kateqoriyalı vəsiqə verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun adına BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan AR DİN BƏSİİ xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-009 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsinin videogörüntüləri olan xx.xx.2022-ci il tarixli 003-5550-1222 nömrəli məktubla daxil olmuş 01 ədəd “DVD" diskə və Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-009 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin videogörüntüləri olan xx.xx.2022-ci il tarixli 003-6349-1222 nömrəli məktubla daxil olmuş 02 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə tərəfimdən baxış aparılmış və bu barədə protokollar tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 14 mart 2022-ci il tarixdə saat 18:50-də idarə etdiyi “Mazda CX-5" minik markalı 10-MY- 199 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətinə doğru hərəkət edərkən Bakı şəhəri. Nərimanov rayonu, X22 küçəsi 79 ünvanda yerləşən “Gənclik” avtomobil dayanacağının qarşısında idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyada 2000-ci il təvəllüdlü X5 vurmuşdur. “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekpertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında “Mazda CX-5" minik markalı 10-MY- 199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu neçə metrdir? Təqdim edilən məlumatlara görə, piyada hərəkətə başlayanda və ya hərəkət üçün təhlükə yarananda, nəqliyyat vasitəsi hadisə yerindən neçə metr məsafədə olmuşdur? sualları qoyulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1032 nömrəli rəyindən görünür ki, “Mazda CX-5" markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsisin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu (Sd) 34,9 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən (Sa) 283 metr aralı məsafədə olmuşdur. (ekspertiza xərci 85 manat təşkil edir) xx.xx.2022-cu il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayotu X10, “Mazda CX-5" minik markalı **-MY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə “Mazda CX-5" minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə, saat 15:05-dən saat 16:40-dək baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, avtomaşın ag mirvari rəngli olmaqla universal tiplidir, mühərrik nömrəsi “PE30703209”dir. Avtomobilin mühərrik hissəsinin örtüyünün (kapotun) üstünün sol hissəsi batıqdır, qabaq sol ön fənəri sınmışdır, qabaq sol qanad batıq olmaqla əzilmiş, ön buferin sol tərəfi çatlamışdır. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 iş üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən iş üzrə kompleks məhkəmə videotexniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 29 avqust 2022-ci il tarixli, 8/2181-4/1208 saylı rəyində göstərilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd optik diskdə olan videoyazıdakı görüntülərə görə piyadanın iti sürətlə qaçmağa başladığı andan vurulma anına kimi keçən müddət t =2,366 san təşkil edir. Məhkəmə tərəfindən verilən məlumatlara əsasən: 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. (ekspertiza xərci 250 manat təşkil edir) Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək təkrar yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı əsasında təkrar və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2821 saylı rəyində göstərilmişdir ki, 1-ci variant ittiham tərəfin təklif etdiyi suallar üzrə: məhkəmə tərəfindən verilən məlumatlara əsasən 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.2-ci variant. Məhkəmənin müəyyən etdiyi hallar üzrə: 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3-4. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. (ekspertiza xərci 128 manat təşkil edir) Məhkəmə iclasında dindirilmiş xx.xx.2022-ci il tarixli, 8/2821 saylı rəyi vermiş ekspert X11 verilən suallara cavab olaraq bildirdi ki, rəydə məhkəmənin qərarında göstərilən hadisənin mexanizmi əks olunan suallardan kənara çıxmamaq şərti ilə cavablar vermişdir. Qərarda qoyulan hər üç hal üzrə suallara cavablar verilmişdir. Lakin ekspert olaraq müstəqil şəkildə o hesab edir ki, sürücü üçün təhlükə anı piyadanın qoşa bütöv xəttdən vurulanadək 4 metr qaçışla hərəkət etdiyi vaxtdan yaranır, bu halda sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsində cinayət hadisəsi olmadığı üçün həmin əsasla Təqsirləndirilən şəxs oğluna CM-in 263.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan və zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi və həmin hadisəyə dair verilmiş ekspert rəyləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmetini nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlar təşkil edir. Yol-nəqliyyat hadisəsi ekspertizasının təyini zamanı müəyyənləşdirilməli olan məlumatlar yol-nəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar göstərilir. Piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1032 nömrəli və müstəntiqin yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən hadisənin mexanizmi aşağıdakı şəkildə təsvir edilmişdir: “Yol asvalt örtüklüdür, düzdür, üfüqü profillidir və qurudur. Yolda tormoz izi yoxdur. Hadisə baş vermiş yol birtərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi yolun cəmi eni 28 metr təşkil edir. Avtomaşın texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomaşında sərnişin olmamışdır. Sürücünün avtomaşını idarə etməyə hüququ olmuşdur. Hadisə baş verən zaman sürücü avtomobili saatda 60 km sürətlə ayıq vəziyyətdə hərəkət etdirmişdir. Həmin yolda maksimum sürət həddi saatda 60 km-dir. Sürücü Təqsirləndirilən şəxs oğlunun hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol kənarında dayandığı yerdən yolu soldan sağa doğru keçməyə başladığı andan yaranmış, həmin andan piyada adi yerişlə vurlanadək 25 metr məsafə qət etmişdir. 2000-ci il təvəllüdlü piyadanın adi yerişlə hərəkət sürətinin orta həddi cədvəldən qəbul edilsin. Lakin məhkəmə istintaqı zamanı hadisə yerinin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs oğlu üçün təhlükə piyadanın qoşa bütöv xəttin üzərindən hərəkət hissəsinə daxil olduğu andan yaranmışdır. Piyada qoşa bütöv xəttdən vurulanadək 4 metr qaçışla hərəkət edərək zolaqları ayıran qırıq-qırıq xəttdən 1 metr sağda vurulmuşdur. Bundan başqa ibtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisəsi ekspertizası zamanı piyadanın adi yerişlə hərəkət etməsi göstərilsə də, bu hal özlüyündə iş materiallarında olan hər hansı sənədə əsaslanmadan qəbul edilmiş, videogörüntüdən göründüyü kimi piyada yolu qaçışla hərəkət edərək zolaqları ayıran qırıq-qırıq xəttdən 1 metr sağa keçərkən vurulmuşdur. Hadisə yerinin görüntülərini əks etdirən CD diskə baxış keçirilən zaman piyadanın adi yerişlə deyil, qaçması müəyyən olunduğundan və bu şərt hadisənin mexanizmini dəyişdirdiyindən məhkəmənin xx.xx.2022-cu il tarixli qərarı ilə cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert qarşısında -Hadisənin müdafiə tərəfin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Göstərilən şəraitdə sürücü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Video-texniki ekspertizası yolu ilə hərəkət üçün təhlükə yarandığı andan, yəni piyadanın sürücünün hərəkəti istiqamətində soldansaga keçmək məqsədi ilə hərəkət hissəsində dayandığı yerdən iti sürətli qaçışla hərəkətə başladığı andan piyadanın vuruldugu ana qədər keçən vaxt müəyyən olunaraq həmin məlumata əsasən sürücü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun uyğunsuzluq olmuşdurmu? sualları qoyulmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 8/2181-4/1208 saylı rəyində göstərilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd optik diskdə olan videoyazıdakı görüntülərə görə piyadanın iti sürətlə qaçmağa başladığı andan vurulma anına kimi keçən müddət t =2,366 san təşkil edir. Məhkəmə tərəfindən verilən məlumatlara əsasən: 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. (ekspertiza xərci 250 manat təşkil edir) Həmçinin, ittiham tərəfin vəsatəti və məhkəmənin öz təşəbbüsü ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən əlavə və təkrar məhkəmə yol-nəqiyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2821 saylı rəyində göstərilmişdir ki, 1-ci variant ittiham tərəfin təklif etdiyi suallar üzrə: məhkəmə tərəfindən verilən məlumatlara əsasən 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.2-ci variant. Məhkəmənin müəyyən etdiyi hallar üzrə: 1-2. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3-4. Mazda CX5 markalı, 10MY199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. (ekspertiza xərci 128 manat təşkil edir) Məhkəmə iclasında dindirilmiş ekspert Togrul Abbasov bildirdi ki, ona verilən suallara yəni hadisənin mexanizmi əks olunan suallardan kənara çıxmamaq şərti ilə cavadlar vermişdir.Yəni Hadisənin ibtidai istintaq orqanının məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında göstərildiyi şəraitdə, əlavə olaraq sürücü Təqsirləndirilən şəxs oğlu üçün təhlükənin piyadanın soldan sağa doğru adi hərəkətlə yolun hərəkət zolağına daxil olması anında yaranması, bu zaman nəqliyyat vasitəsinin piyadanın vurulma yerindən 283 metr məsafədə olması, həmçinin iş materiallarında olan hadisənin baş verilməsini əks etdirən videogörüntüdən göründüyü kimi, onunla eyni istiqamətdə hərəkət edən avtomobil məhz həmin piyada ilə bağlı öz hərəkətini dayandırsada, buna baxmayaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətini davam etdirməsi şəraitində sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Sualına hadisənin piyadanın vurulma yerindən 283 metr məsafədə olması götürülsə Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin sürücü Təqsirləndirilən şəxs oğlu üçün təhlükə piyadanın qoşa bütöv xəttin üzərindən hərəkət hissəsinə daxil olduğu andan yaranması, piyadanın qoşa bütöv xəttdən vurulanadək 4 metr qaçışla hərəkət edərək zolaqları ayıran qırıq-qırıq xəttdən 1 metr sağda vurulması nəzərə alınsa Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Lakin ekspert olaraq müstəqil şəkildə o hesab edir ki, hadisənin təhlükə anı piyadanın qoşa bütöv xəttin üzərindən hərəkət hissəsinə daxil olduğu andan yaranmış, piyada qoşa bütöv xəttdən vurulanadək 4 metr qaçışla hərəkət edərək zolaqları ayıran qırıq-qırıq xəttdən 1 metr sağda vurulmuş və o hesab edir ki, bu halda sürücü Təqsirləndirilən şəxs oğlunun hadisənin qarşısını almağa texniki olmamışdır. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.1-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Həmin qaydalar “yol” termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CPM-in 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. CPM-in sübutlara dair normalarından aydın olur ki, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, yəni məlumatlar, sənədlər, əşyalar, ekspert rəyi cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar isə cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalı, həmçinin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik sübutların mötəbərliyini əsas şərt kimi göstərmiş, bu şərtin pozulmasının nəticələrini müəyyən etmişdir ki, bu da öz növbəsində CPM-in 9.2-ci maddəsində göstərilən nəticələrə səbəb olur (yəni, cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılması, onun gedişində qəbul edilmiş qərarların ləğvi, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmini piyadının hərəkət sürəti və təhlükənin yaranma anı ilə piyadanın vurulması anına qədər keçən vaxt baxımından düzgün təsvir etməmişdir. Məhz bu səbəbdən həmin mexanizm əsasında verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə, hadisə yerinin görüntülərini əks etdirən CD diskdə olan məlumatlara əsasən ibtidai istintaqın müəyyən etdiyi hərəkət mexanizminə dəyişiklik etmiş və müəyyən edilən mexanizmə əsasən keçirilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının 29 avqust 2022-ci il və 19 oktyabr 2022-ci il tarixli rəyləri (sürücü üçün təhlükə yaranan andan piyadanın vurulmasına qədər olam məsafə hissəsində) baş vermiş yol-nəqliyyat hadisəsi mexanizmini tam təsvir etməklə, sürücünün baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olmaması nəticəsinə gəlmişdir. Məhkəmə, ekspert rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə belə bir qənaətə gəlir ki, hazırki cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təhlükə yarandığı anda sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsində göstərildiyi kimi, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək imkanı olmamışdır. Məhkəmə bu nəticəyə gələrkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 22,7 metr aralı məsafədə olması, yəni piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafə onun mövcud şəraətə uyğun tam dayanma yolundan kiçik olmasını nəzərə alır. Ona görə də sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Beləliklə, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs oğlunun CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair topladığı sübutlarla, yəni yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə cinayət hadisəsinin baş verməsi öz təsdiqini tapmır. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunan əsaslandırılmamış, düzgün olmayan mexanizm əsasında verilmiş ekspert rəyləri ilə yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs oğlunun təqsiri müəyyən edilmişdir. Lakin, məhkəmə iclasında araşdırılan sübutlar, o cümlədən hadisə yerinin görüntülərinə baxış keçirilən zaman həmin mexanizmin düzgün olmadığı aşkar edilmişdir. Məhz buna görə də məhkəmə, düzgün olmayan mexanizm əsasında verilmiş ekspert rəyininin mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə nəzərə alır ki, “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli, 2629 nömrəli Sərəncamının 3.4-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsi təmin olunmalıdır. Göründüyü kimi, yol-nəqliyyat hadisələri ilə bağlı videogörüntülərin əldə olunaraq iş materiallarına əlavə edilməsi vacib hal kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, bu görüntü formal olaraq iş materiallarına əlavə edilməməli və hadisənin baş verməsinin mexanizminin müəyyən olunmasında həmin görüntülərdən istifadə olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı təyin edilmiş və əldə edilmiş, həmçinin məhkəmənin iş materiallarına əsasən müəyyən etdiyi yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəylərini məhkəmə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə ittihamın qiymətiləndirilməsi baxımından mötəbər sübut kimi üstün hüquqi qüvvəyə malikdir. Həmin sübutlara əsasən isə təqsirləndirilən şəxsin baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmaması, həmçinin onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Bütün bunlar isə baş vermiş hadisənin cinayət hadisəsi olmasını istisna edir. Məhkəmə qeyd edir ki, CPM-in 7.0.1-ci maddəsinə əsasən cinayət hadisəsi - cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Cinayət hadisəsinin olması dedikdə, cinayət təqibi başlanması üçün faktın (hadisənin) olması, yəni ictimai təhlükəli hərəkət və hərəkətsizliyin həqiqətdə mövcud olması başa düşülür. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı toplanmış, həmçinin məhkəmə iclasında araşdırılmış sübutlar, ittihama qiymət verilməsi baxımından yetərli olmaqla yanaşı baş vermiş yol-nəqliyyat hadisəsində hər hansı cinayət hadisəsinin mövcud olmasını istisna edir . CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən cinayət hadisəsi olmadıqda çıxarılır. CM-in: 3-cü maddəsinə əsasən yalnız CM-lə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən CM-lə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bir daha vurğulayır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna verilən ittihamın əsasını təşkil edən ibtidai istintaq zamanı verilmiş yolnəqliyyat hadisələri ekspertizasının rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə istintaqı zamanı əldə edilmiş və mötəbər sübut kimi qiymətləndirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2181-4/1208 nömrəli və xx.xx.2022-ci il tarixli 8/2821 nömrəli rəylərinə əsasən isə sürücü Təqsirləndirilən şəxs oğlunun baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmaması, bununla da baş vermiş yol-nəqliyyat hadisəsində cinayət hadisəsinin olması istisna olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, 14 mart 2022-ci il tarixdə saat 18:50-də Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətinə piyada X4 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin ictimai təhlükəli nəticələri ilə Təqsirləndirilən şəxs oğlunun hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunmur. Buna görə də baş vermiş yol-nəqliyyat hadisəsində cinayət hadisəsi istisna olunduğundan Təqsirləndirilən şəxs oğluna CM-in 263.2-ci maddəsi ilə bəraət verilməlidir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 263.2-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar mənbələrinin mötəbərliyi üzrə şübhəli olduğundan, məhkəmə istintaqında baş vermiş hadisənin cinayət hadisəsi olmadığı sübut olunduğundan, Təqsirləndirilən şəxs oğluna həmin maddə ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübütlara dair məhkəmə qeyd edir ki, maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-009 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin videogörüntüləri olan xx.xx.2022-ci il tarixli 003-5550-1222 nömrəli məktubla daxil olmuş 01 ədəd “DVD” disk və Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6- 009 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin videogörüntüləri olan xx.xx.2022-ci il tarixli 003-6349-1222 nömrəli məktubla daxil olmuş 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri olan 463 (dörd yüz altmış üç) manat dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlunun cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Femida vəkil bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 35 iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış 03 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri olan 463 (dörd yüz altmış üç) manat dövlət büdcəsi hesabına aid edilsin. Təqsirləndirilən şəxs oğluna cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. X3 oglu tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-374/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-374/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver