Məhkəmə qərarları › İş №1(005)-375/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-375/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-375/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyava Aytac İmamhüseyin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, evli və 04 övladı olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ”polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun qohumu Qasımov Sakit Taleh oğlunun sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmət keçməməsi üçün yararsız alacağı barədə yalan vəd verib aldadaraq, "xxxx" tərəfindən verilmiş “4169-7388-9765-8112” nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs tərəfindən ünvan 2 ünvanında olan zaman “Birbank“ mobil tətbiqi proqramı vasitəsi ilə 17 fevral 2023-cü il tarixdə 4000 manat, 19 fevral 2023-cü il tarixdə 1000 manat, 28 mart 2023-cü il tarixdə 200 manat, 30 mart 2023-cü il tarixdə 800 manat pulun göndərilməsinə nail olaraq,vahid niyətlə əhatə olunan qəsdlə 6000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun qohumu X2 Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Bayramlı kənd icra nümayəndəsinin köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, "xxxx" tərəfindən verilmiş “4169-7388-9765-8112” nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs tərəfindən ünvan 2 ünvanında olan zaman "Birbank“ mobil tətbiqi proqramı vasitəsi ilə 27 fevral 2023-cü il tarixdə 5500 manat pulun göndərilməsinə nail olaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 5.500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində tanışı Ceyran onunla əlaqə saxlamış, Elnarə adlı iş yoldaşının olduğunu, əvvəllər poliklinikada bir yerdə işlədiyini bildirmişdir və onun yenidən işə düzəlməsi, həmçinin Elnarənin qohumunun hərbi xidmətdə yararsız olması ilə bağlı arayış almaq üçün Bakı şəhərində bu işi görə biləcək adamı varsa onunla danışmasını və Şəmkir rayon Hərbi Komissarlığında tanışının olub-olmadığını soruşmuşdur. O da Ceyrana bu barədə tanışları ilə maraqlanıb məlumat verəcəyini demişdir. Bundan 1 gün sonra Elnarə onunla əlaqə saxlayaraq Ceyranın tanışı olduğunu söyləmişdir. qohumu Qasımov Sakit Taleh oğlunun xəstə olduğunu, həkim komissiyasından keçirərək tibbi sənədlərin özündə olduğunu, eşitdiyinə görə Şəmkir rayonunda hərbi xidmət yararsız kimi işlərin həll edildiyini, bu işdə köməklik etməyini ondan xahiş etmişdir. Sakit Qasımovun xəstəliklə əlaqədar olaraq hərbi xidmətə yararsız kimi işinin həll olunması işini görəcəyi halda ona 6000 manat pul göndərəcəyini bildirmişdir. O da X10 tibbi sənədlərini ona göndərməsini istəmişdir. Daha sonra Talehlə Gəncə şəhərində görüşüb Sakit Qasımova məxsus tibbi sənədləri götürmüşdür. Bundan sonra X12 hərbi xidmətə yarasız alınması işinin həll edilməsi üçün “Kapital Banka”a məxsus plastik kart hesabına 4000 manat, sonra 1000 manat, daha sonradan 200amant, 800 manat pul göndərmişdir. Bundan sonra o, Sakit Qasımova məxsus tibbi sənədləri Şəmkir rayon Hərbi Komissarlığında işləyən tanışlarına göstərmişdir. Elnarəyə bu barədə məlumat vermiş və Sakit Qasımovdan 2023-cü ilin iyun ayında hərbi xidmətlə çağırışla bağlı həkim komissiyasından keçək istəməsi barədə ərizə almışdır. Bundan sonra Sakit Qasımovun 2023-cü ilin iyun ayında 18 yaşı tamam olacağı üçün həmin günü gözləməyə başlamışlar. Həmçinin Elnarə ona Sakit Qasımovun işindən əlavə X6 rayonu Bayramlı Kənd icra nümayəndəsi kimi işə düzəlməsi məsələsini də bildirdiyi üçün bu işlə də, maraqlanmışdır. Elnarə ona Fərqanə Abdullayevanm işinə görə ona 5.500 manat pul verəcəyini, həmin puldan 500 manatının onun zəhmət haqqısı olduğunu, 5000 manatı pulu isə işin həlli üçün istəsə kiməsə verməyini, istəsə tanışı həll edərək özümün götürməyini demişlər. Buna görə də, o, bir neçə tanışı ilə X5 rayonu Bayramlı Kənd İcra Nümayəndəsi kimi işə düzəlməsi ilə maraqlanan zaman bu işin pul ilə həll olunmadığını, işə düzəlmək üçün ərizə ilə müraciət etmək lazım olduğunu, bundan sonra müraciət etmiş namizədlər arasında müsabiqə olduğunu və namizədlərin müsabiqə yolu ilə seçildiyini bildirmişlər. Elnarə qohumu X4 Kənd icra nümayəndəsi kimi işə düzəlməsi ilə bağlı “Kapital Banka”a məxsus kart hesabına 27 fevral 2023-cü il tarixdə 5500 manat göndərmişdir. Fərqanə Abdullayevanın işi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Fərqanənin müsabiqədə iştirak etməsi üçün ilkin olaraq ərizə verməli olduğunu, hansı sahə üzrə hazırlaşmaq lazım olduğunu başa salmışlar. Sonra Elnarə ilə əlaqə saxlayaraq bu barədə bildirmişdir. Lakin Fərqanə müsabiqədən keçməmişdir. Ümumilikdə almış olduğu 11.500 manat puldan heç kimə verməyib sonradan səhhəti ilə bağlı yaranan problemə görə müalicəsinə xərcləmişdir. Maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 04 övladının və həyat yoldaşının olmasını bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 15 ilə yaxındır ki, X3 tanımışdır. Ceyranla münasibəti normal olduğu dövrdə X13 İşlər üzrə Komitənin sədri Mübariz Qurbanlının bacısı oğlu Kərimin həyat yoldaşı ilə rəfiqə olduğunu ona demişdir. Ceyran Mustafayeva ilə 2023-cü ilin yanvar ayında aralarında olan telefon danışıqlarından birində Ceyrandan ilk dəfə xahiş etmişdir ki, Şəmkir rayonu, Bayramlı kəndində yaşayan xalası nəvəsi Qasımov Sakit Taleh oğlu xəstədir və Sakit Qasımovu sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmət keçməməsində kömək etsin. Ceyranla aralarında olan söhbət zamanı Şəmkir rayonu, Bayramlı kəndində yaşayan xalası qızı X2 Şəmkir rayonunda işə düzəltməsini xahiş etmişdir. Ceyran 2023-cü ilin fevral ayının 15-də onun istifadəsində olan mobil telefon nömrənin “Whatsapp” proqramına ismarıc yazaraq bildirmişdir ki, Sakit Qasımovun əsgərlik məsələsi ilə bağlı zəng etmiş, əsgərliklə bağlı Kərim 6000 manat istəmişdir, istəyirsə Kərimin telefon nömrəsini ona versin. Bundan sonra Ceyran da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini ona vermiş o da zəng edib qohumlarının işləri ilə bağlı danışmışdır. Sakitin əsgərlik məsələsi ilə bağlı ondan 6000 manat pul alacaqdır. Daha sonra xalası qızı Fərqanənin anket məlumatları olan “CV”-ni, diplomunu və şəxsiyyət vəsiqəsinin surətinin şəkilini çəkib Kərimə göndərmişdir. Bir müddət sonra Ceyran onunla mobil telefon nömrəsi ilə əlaqə saxlayıb demişdir ki, Kərimin onun xalası qızı Fərqanəni Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Bayramlı kənd icra nümayəndəsinin köməkçisi işinə düzəldə biləcəyini və buna görə də 5500 manat pul istədiyini demişdir, ona qısa müddət ərzində göndərdiyi bank hesabına köçürməlidir. Pulları Təqsirləndirilən şəxs bank hesabına köçürmüşdür. Bundan bir müddət sonra həm Sakitin əsgərlik məsələsi ilə bağlı və həm də Fərqanənin işi bağlı maraqlanmaq üçün Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng etdikdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng çatmadığını görüb Ceyranla telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxsla danışa bilmədiyini demişdir. Ceyran da Kərimə zəng etdiyini, lakin Kərimin telefon zənglərinə cavab vermədiyini demişdir. O, Təqsirləndirilən şəxs üzdən görməmiş, yalnız mobil telefonla danışmışdır. Beləliklə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ona 11.500 manat ziyan vurduğunu söyləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin iclasında dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs 2000-ci ildən tanıyır və Elnarə ilə birlikdə Bakı şəhəri 3 saylı Qadın Məsləhətxanasında işləmişdir. 2023-cü ildə Elnarə istifadəsində olan mobil nömrəsinə zəng edib onunla söhbət edən zaman ona Şəmkir rayonunda yaşayan bir nəfər oğlan qohumunun səhhəti ilə bağlı əsgərlikdən saxlatmaq istədiyini, bu işdə köməklik etmək istədiyini bildirmişdir. Bu məqsədlə Şəmkir rayon Hərbi Komissarlığında tanışının olub olmadığını ondan soruşduqda Elnarəyə tələbə yoldaşı Könül adlı qadının həyat yoldaşı kimi tanıdığı və polisdə işləyən Kərimlə danışıb nəticəsi barədə xəbər verəcəyini demişdir. Təqsirləndirilən şəxsla telefonla danışmış və Təqsirləndirilən şəxs Şəmkir rayon Hərbi Komissarlığında tanışının olub olmadığını, bir nəfər rəfiqəsinin qohumunu xəstəliyi ilə əlaqədar əsgərlikdən saxlada bilib bilməyəcəyini soruşanda isə Təqsirləndirilən şəxs ona bu işin mümkün olduğunu, buna görə 6000 manat pul lazım olduğunu dedikdə sonra Təqsirləndirilən şəxs demişdir ki, telefon nömrəni rəfiqəsinə verəcək, rəfiqəsi özü əlaqə saxlayacaqdır. Təqsirləndirilən şəxs razılıq verdiyi üçün sonuncunun mobil telefon nömrəsini Еlnarəyə verərək Təqsirləndirilən şəxs polis əməkdaşı kimi və tələbə yoldaşının həyat yoldaşı kimi təqdim etmişdir. Elnarəyə demişdir ki, Kərim uşağın əsgərlik keçməməsi ilə bağlı 6000 manat pul istəyir. Elnarə isə ona demişdir ki, Kərimlə özü danışıb həmin məbləği aşağı etdirəcək. O, Elnarədən xahiş etmişdir ki, onu pul işinə qatmasın. Bir neçə gün sonra Elnarə onunla telefonla danışan zaman Təqsirləndirilən şəxsla danışdığını və hətta qohum olduqlarını ona demişdir. Dəfələrlə Elnarə ilə mobil telefon nömrəsi ilə zəngləşib danışmış, lakin Elnarə qohumunun işi barəsində ona heç nə deməmişdir. Bir dəfə Elnarə ona zəng edib Kərimlə 5 gündür ki, əlaqə saxlaya bilmədiyini, Kərimi tapmağını ona deişdir. Bundan sonra Elnarə ona Təqsirləndirilən şəxs ümumilikdə 11.500 manat pul verdiyini. Kərimin nə oğlanın əsgərlik məsələsini, nədə ki, xalası qızını Şəmkir rayonunda İcra Nümayəndəliyinə işə düzəltmədiyini bildirmişdir. Həmin söhbət zamanı ona məlum olmuşdur ki, Elnarə Kərimə 11500 manat pulu Kərimin bank kartına köçürmüşdür. Elnarə ilə Təqsirləndirilən şəxs arasında olan söhbətlərin heç birində o, iştirak etməmiş, Kərimlə Elnarə öz aralarında hər iki iş barəsində söhbət etmişlər. Onun bu işlərin heç birində marağı olmamışdır. Məhkəmədə tədqiq edilən Axundzadə X7 Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi faktı ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən müxtəlif tarixli və məbləğli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına müxtəlif vaxtlar və məbləğlərdə pul köçürmələri etmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü şəkildə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlmişdir. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Diskə baxış keçirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Qasımov Sakit Taleh oğlunun sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmət keçməməsi üçün yarasız olması ilə əlaqədar görülməli işlər və pul barədə Zərərçəkmiş şəxs ilə danışaraq onun etibarından sui-istifadə edərək yalan vədlər vermişdir. Məhkəmədə tədqiq edilən zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə təqdid edilən "xxxx" ASC-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən 2878 manat məbləğində, yəni cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsində ödəniş etmişdir. Məhkəmədə təqdid edilən “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 04 övladı və həyat yoldaşı vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.2-ci maddəsinə əsasən eyni əməlllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.4-cü maddəsinə əsasən eyni əməlllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında ödəniş etməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut hesab edilmiş 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlərin surəti və 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Bakı şəhəri 16 saylı» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut hesab edilmiş 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlərin surəti və 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Bakı şəhəri 16 saylı» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Bakı şəhəri 16 saylı» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar