Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-376/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş Gülməmmədov Rövşən Xəlil oğlunun nümayəndəsi və vəkili- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Gülməmmədov Rövşən Xəlil oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş Gülməmmədov Rövşən Xəlil oğlu, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Gülməmmədov Rövşən Xəlil oğlu şikayətini onunla əsaslandırmışdır ki, qızı Gülməmmədova Qəribə Rövşən qızı ilə barəsində xüsusi icraat qaydasında şikayət verilən şəxs X4 arasında nikahın pozulması 2019-cu ilin oktyabr ayının 29-da, 333 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində alınmışdır. Nikahın pozulmasına dair şəhadətnamənin surətini ərizəyə əlavə etmişdir. Onların arasında nikah pozulduqdan sonra barəsində xüsusi icraat qaydasında şikayət verilən şəxs X4 mütəmadi olaraq onun və qızının mobil telefonlarına zəng etməklə onu nalayiq ifadələrlə təhqir edir və qızının barəsində həqiqətə uyğun olmayan əsassız olaraq onu yüngül həyat tərzi keçirməsi barədə məlumatlar yaymaqla məşğul olur. Qeyd edir ki, X4 qeyri-hüquqi, hüquqa zidd hərəkətlərə yol verərək Bakı şəhəri ərazisində cəmiyyətdə, çoxsaylı insanlar dairəsində onun haqqında böhtan xarakterli, təhqir xarakterli, nalayiq sözlər yayaraq şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətinə qəsd edən həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqda davam edir. O, bu cür məlumatları həmçinin vatsap şəbəkəsi vasitəsi ilə hətta onun özünə, ailə üzvlərinə də göndərmiş, onun ünvanına nalayiq sözlər yazmışdır. Şahidlər isə X8, X2 və X6 baş vermiş hadisəni təsdiq edə bilərlər. Bundan əlavə onu nalayiq ifadələrlə təhqir etməsinə dair audio səsin yazılmasına dair 1 ədəd disk də vardır ki, həmin diski də ərizəyə əlavə etmişdir. X4 bu hərəkətləri ilə ona qarşı Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ona görə də X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalı və barəsinə hər maddə ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və cəzalar tam toplamaqla ona qəti olaraq 1 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Gülməmmədov Rövşən Xəlil oğlunun nümayəndəsi və vəkili X7 verilmiş şikayəti tam müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək, iş materiallarını araşdıraraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Vasif Tanrıverdiyev ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda , yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə məhkəmə yuxarıda sadalananları və qanunvericiliyin tələbləri baxımından hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Gülməmmədov Rövşən Xəlil oğlunun xüsusi ittiham qaydasında şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Gülməmmədov Rövşən Xəlil oğlunun xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-376/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-376/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver