Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-377/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 1969, ev 2, mənzil 7 saylı ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 9 may 2024-cü il tarixdə, axşam saatlarında Xaçmaz rayonundan şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 160 manata hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,920 qr, 0,914 qr, 0.940 qr və 0,11 qr olmaqla, ümumi çəkisi 2,884 qr olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşımış, 15 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanışı Şahid4 30 manata 1 ədəd bükümdə təmiz çəkisi 0,11 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satmış, 18 may 2024-cü il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 1969, bina 2 saylı ünvanın qarşısında Nərimanov RPİ-nin NBM-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs İlham oğlu saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına dəvət edilmiş və orada 18 may 2024-cü il tarixdə saat 19:35-də üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibindən 3 ədəd ağ rəngli kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.920 qr, 0,914 qr və 0.940 qr olmaqla, ümumi çəkisi 2,774 qr olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunmazdan təxminən 10 gün əvvəl, 09 may 2024-cü il tarixdə, axşam saatlarında Xaçmaz şəhərində Etibar adlı bir cavan oğlanla rastlaşmış və ondan 160 manata kibrit qutusunda çəkisini xatırlamadığı narkotik vasitə marixuana almışdır. Bundan sonra həmin kibrit qutusunda olan marixuananı bir istifadəlik büküm formasında təxminən 1 qram çəkidə olmaqla bükümlərə ayırmış, sonra əvvəllər də bir neçə dəfə narkotik vasitə satdığı Şahid4 tutulmazdan təxminən 3-4 gün əvvəl Nərimanov rayonu ərazisində 1 bükümü 30 manata satmışdır. Bundan sonra 18 may 2024-cü il tarixdə, saat 18 radələrində Nərimanov rayonu, X11 küçəsi 1969 məhəllə, ev 2 saylı yaşayış binasının qarşısında olduğu vaxt mülki geyimdə olan 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, Nərimanov rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitə satışında şübhəli olduğunu deyərək onu özləri ilə Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra üzərində dövriyyəsi qadağan olunan əşya varsa könüllü təqdim etməsi təklif olunduqda, əynində olan gödəkcənin sağ yan cibində saxlayıb daşıdığı narkotik vasitə marixuana olan 3 ədəd kağıza bükülmüş bükümü masa üzərinə qoyaraq, polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra gödəkcəsinin sol yan cibindən özünə məxsus olan C10 markalı mobil telefonu və əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd 100 manat və 05 ədəd 1 manatlıq pul əskinaslarını masanın üzərinə qoymuşdur. Bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı Etibar adlı şəxsdən 160 manata kibrit qutusunda aldığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2024-cü il tarixdə, saat 15:30 radələrində Nərimanov RPİ-nin əməliyyat rabitə qrupunun operatoru Şahid2 ilə birlikdə xidməti işləri ilə əlaqədar ünvan 6 ünvanın qarşısında olduqları vaxt, orada sonradan şəxsiyyətini müəyyən etdikləri Şahid4 özünü şübhəli aparması və uzaqlaşmaq istəməsi diqqətlərini cəlb etdiyinə görə ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ondan isə özünü təqdim etməsini deyib danışdırdıqda, onlar ilə rabitəsiz danışması onun narkotik vasitənin təsiri altında ola bilməsi ona qarşı şübhələrini artırmış və ona görə onu özləri ilə Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. Nərimanov RPİ-nin təhqiqatçısı Tuqay Mehdiyev tərəfindən Şahid4 üzərində hər hansı cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunduqdan sonra, Şahid4 əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd üzəri qırmızı və qara rəngli “Elite Roll” yazılmış qutunu çıxartmış və qutunun içərisindən 01 ədəd “Roll-et” yazılmış, yarıya qədər çəkilmiş siqaretə bənzər kütləni masanın üzərinə qoymuşdur. Şahid4 sorğu-sual zamanı həmin yarıya qədər çəkilmiş siqaretə bənzər kütlənin içərisində olan narkotik vasitə marixuana bükümünü 4-5 gün əvvəl “Həbib” adlı şəxsdən 30 manata özünə qəbul etmək üçün aldığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən götürülərək, zərfə qoyulub qablaşdırılmış və bu barədə sənədləşmə aparılmışdır. Şahid4 qeyd etdiyi “Həbib” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olduğu aydın olmuşdur. Həmin tarixdə, saat 18:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nərimanov rayonu, X12 küçəsi 1969, bina 2 ünvanın qarşısında olduğunu aşkar edib, ona yaxınlaşıb özlərini təqdim etmiş və onu özləri ilə Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. Baş təhqiqatçı Tuqay Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd ağ kağızdan olan bükümləri, gödəkçəsinin sol yan cibindən isə Redmi C10 markalı mobil telefonu, çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu-sual zamanı təqdim etdiyi həmin 3 ədəd bükümlərdə olan narkotik vasitə marixuananı 8-10 gün əvvəl Xaçmaz rayonunda ancaq adının “Etibar” olduğunu bildiyi şəxsdən 160 manata istifadə etməsi və satmaq məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə marixuanadan təxminən 4-5 gün əvvəl Şahid4 1 bükmünü 30 manata satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə marixuananın olduğu 03 ədəd bükümlər zərfə qoyularaq möhürlə möhürlənmiş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməliyyat rabitə qrupunun operatoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ-in Kriminalistik Təhqiqatlar qrupunun inispektor-kriminalisti Şahid3 ifadəsində göstərmişdir ki, 18 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Tuqay Mehtiyevin xidməti iş otağında Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Nərimanov RPİ-nin əməliyyat rabitə qrupunun operatoru Şahid2 tərəfindən Nərimanov RPİ-nə dəvət edilmiş Şahid4 üzərinə baxış keçirilməsində onlar ilə birlikdə iştirak edərək keçirilən baxışda “Panasonic” markalı video aparat ilə çəkiliş aparmışdır. X6 tərəfindən Şahid4 üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunduqdan sonra, Şahid4 əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd üzəri qırmızı və qara rəngli “Elite Roll” yazılmış qutunu çıxartmış və qutunun içərisindən 01 ədəd “Roll-et” yazılmış, yarıya qədər çəkilmiş siqaretə bənzər kütləni, sonra idman gödəkçəsinin sağ yan cibindən qara rəngli pul kisəsini və onun içərisindən 6 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarını masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid4 üzərinə axtarış aparılmasına baxmayaraq, başqa əşya aşkar olunmamışdır. Şahid4 üzərindən aşkar edilmiş cəmi 11 (on bir) manat olan pulları evinə ərzaq alması üçün atasının ona verdiyini bildirmişdir. Şahid4 sorğu-sual zamanı həmin yarıya qədər çəkilmiş siqaretə bənzər kütlənin içərisində olan narkotik vasitə marixuana bükümünü təxminən 4-5 gün əvvəl “Həbib” adlı şəxsdən 30 manata özünə qəbul etmək üçün aldığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən götürülərək, zərfə qoyulub qablaşdırılmış və bu barədə sənədləşmə aparılmışdır. Şahid4 qeyd etdiyi “Həbib” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin tarixdə yəni, 18 may 2024-cü ildə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaxalanaraq Nərimanov RPİ-nin inzibati binasına dəvət edilmişdi və baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində cinayət xarakterli hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd ağ kağızdan olan bükümləri, gödəkçəsinin sol yan cibindən isə Redmi C10 markalı mobil telefonu, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 100 (yüz) manat və 05 ədəd 1 manatlıq pul əskinazları çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu-sual zamanı təqdim etdiyi həmin 3 ədəd bükümlərdə olan narkotik vasitə marixuananı 8-10 gün əvvəl Xaçmaz rayonunda ancaq adının “Etibar” olduğunu bildiyi şəxsdən 160 manata istifadə etməsi və satmaq məqsədilə aldığını və təxminən 4-5 gün əvvəl Şahid4 1 bükmünü 30 manata sadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə marixuananın olduğu 03 ədəd bükümlər təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulmuş, Nərimanov RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “44” nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 35-36-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Tuqay Mehtiyev, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və əməliyyat rabitə qrupunun operatoru Şahid2, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun inspektor-kriminalisti Şahid3, vəkil X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasinda, xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olundu. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu və daha sonra isə gödəkçəsinin sol yan cibindən özünə məxsus Redmi C10 markalı mobil telefonunu və əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 100 manat pul əskinası və 05 ədəd 1 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoydu. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi gödəkcəsinin sol və sağ çibiərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi qara rəngli cins şalvarının sol, sağ yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd ağ rəngli kağıza bükülmüş büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 03 ədəd ağ rəngli salfetə bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümü 8-10 gün bundan öncə Etibar adlı şəxsdən 160 manata aldığını bildirmişdir. Etibar adlı şəxsi hardan tanıdığı soruşulduqda o da Xaçmaz rayonuna getdiyində tanış olduğunu bildirmişdir. Bundan sonra Şahid4 onun üzərindən çıxan 01 ədəd üzərinə “Roll-et” yazılmış, yarıya qədər çəkilmiş siqaretə bənzər kütlənin ondan aldığı soruşulduqda o da Şahid4 4-5 gün bundan öncə 30 manata 01 ədəd büküm “marixuana”nın ona satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan 03 ədəd ağ rəngli kağıza bükülmüş bükümü ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 03 ədəd büküm zərfə qoyularaq zərfin ağızı Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş “44” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2024-cü il tarixli, 3-16-16/2-7/781 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs imza Təqsirləndirilən şəxs..." yazı və imzalar olan zərfdə 3 (üç) ədəd ağ rəngli kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.920 qr, 0,914 qr və 0,940 qram olmaqla, ümumi çəkisi 2,774 qram olan bitki mənşəli kütlələr (kannabis bitkisindən) kustaq üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata tədim edilmiş Şahid4 götürülmüş marixuana ilə Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 132-136-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-690/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 18 may 2024-cü il tarixdən, saat 18:40-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 169-cu vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 2,774 qram narkotik vasitə-qurudulmuş marixuananın maddi sübut kimi tanınması və qalıq çəkisi 2,624 qramın isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİnin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 177-ci vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X7 icraatında istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatlar Nərimanov Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 5(005)- 1349/2024 saylı qərarına əsasən "xxxx" MMC-dən götürülmüş, üzərində "xxxx" və 9920/2024 yazılmış 01 ədəd “CD” diskinə istintaq zərurəti ilə əlaqədar Nərimanov RPİ-nin MSY-də istintaq otağında “HP” markalı kompüterdə baxış keçirtmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Həmin disk “HP” markalı kompüterin DVD oxuyucu vasitəsi ilə açıldıqda 01 ədəd SMS_Tarixcesi_**********0309_557225,01 ədəd SMS_Tarixcesi_**********0311_55722 5,01 ədəd Zenglerin_Detallasmasi_**********2947,01 ədəd Zenglerin_Mexsusluq_Tarixceleri _20206, RDF formatlı fayl aşkar olundu. 01 ədəd SMS_Tarixcesi_**********0309_557225, fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək olan müddət ərzində olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu təsdiqini tapmışdır. 01 ədəd SMS_Tarixcesi_**********0311_557225, adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu təsdiqini tapmışdır. Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 xx.xx.2024-cü il tarixli 3500 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 205-215-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İmran oğlunun üzərinə xx.xx.2024-c il tarixli “şəxsi axtarış və götürmə aparılması haqında” 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs İmran oğlunun istifadəsində olmuş “Redmi C 10” markalı ***-***-**-** nömrəli mobil telefonu və "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskin iş üzrə maddi sübut kimi tanınması, həmin diskin cinayət işinə əlavə edilməsi və “Redmi C 10” markalı ***-***-**-** nömrəli mobil telefonun Nərimanov RPİ-nin saxlanc anbarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibindən 3 ədəd ağ rəngli kağız kəsiyi bükümdə bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 18 may 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.). İş üzrə maddi sübut olan - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs İmran oğlunun istifadəsində olmuş “Redmi C 10” markalı ***-***-**-** nömrəli mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 2,624 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs İmran oğlunun istifadəsində olmuş “Redmi C 10” markalı ***-***-**-** nömrəli mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-377/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-377/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver