Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-378/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 06 mart 2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi Daewoo Nexia markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə metronun «20 yanvar» stansiyasının yaxınlığına gedəcəyini bəhanə gətirib müştəri qismində arxa oturacaqda əyləşmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 30/12 ünvanına çatarkən avtomobili saxladaraq Zərərçəkmiş şəxs 50 (əlli) manat pulu olduğunu qeyd edib həmin puldan yol haqqı olan 5 (beş) manatı çıxması imkanını soruşub Zərərçəkmiş şəxs qaytarmalı olduğu 45 (qırx beş) manat pulu alıb avtomobildən düşüb qaçaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü verilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06.03.2021-ci il tarixdə saat təxminən 14 radələrində o, Suraxanı rayonu, Ramana qəsəbəsində idi. Maddi vəziyyəti pis olduğundan pul əldə etmək yolu axtarırdı. Fikirləşmişdir ki, bir taksi avtomobilinə əyləşsin, düşəndə ondan 50 manata xırda istəsin və sürücü ona xırda verəndə pulu götürüb qaçsın. Həmin vaxt orada yolun kənarında taksilər dayanan yerin yaxınlığında Daewoo Nexia markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı taksinin dayandığını görmüşdür. Öz cinayət əməlini həyata keçirmək məqsədi ilə o, həmin taksiyə yaxınlaşaraq hansı istiqamətə getdiyini soruşmuşdur. Əvvəllər görmədiyi və tanımadığı sürücü metronun «20 Yanvar» stansiyası istiqamətinə getdiyini bildirmişdir. O, da həmin istiqamətə getdiyini bildirmiş və sürücünün razılığı ilə müştəri kimi arxa oturacaqda əyləşmişdir. Qabaq oturacaqda isə başqa bir tanımadığı sərnişin oturmuşdur. Bundan sonra onlar yola düşmüşlər. ünvan 2 ünvanın qarşısından keçdikdə o, sürücüyə orada yolun kənarında taksini saxlamasını bildirmişdir. Taksi sürücüsü də taksini yolun kənarında saxlamışdır. O, nə qədər gediş pulu ödəyəcəyini soruşduqda taksi sürücüsü 5 manat ödəyəcəyini bildirmişdir. Həmin vaxt o, taksi sürücüsünə yalandan üzərində 50 manat olduğunu bildirərək qalıq 45 manat pulunun olmasını sorğu etdikdə o, 45 manat pulunun olduğunu bildirmiş və 45 manatı ona uzatmışdır. O, dərhal həmin 45 manat pulu sürücünün əlindən alaraq maşının arxa qapısını açıb maşından düşərək oradan qaçmışdır. Avtomobilin sürücüsü də onun ardınca qaçmağa başlamışdır. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onu tutub saxlayaraq onu 16-cı PB-yə gətirmişlər. Bölmədə o, etdiyi əməli səmimi etiraf etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, 06.03.2021-ci il tarixdə saat təxminən 14 radələrində o, Suraxanı rayonu, Ramana qəsəbəsində tanışı olan Şahid1 ilə görüşüb işləri ilə əlaqədar olaraq birlikdə onun idarə etdiyi avtomaşını ilə metronun «20 Yanvar» stansiyası istiqamətinə yola düşmüşlər. Lakin həmin vaxt Ramanada onun əvvəllər tanımadığı sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun idarə etdiyi maşına yaxınlaşaraq hansı istiqamətə getmələrini soruşmuşdur. O, da Təqsirləndirilən şəxs metronun «20 Yanvar» stansiyası istiqamətinə getdiklərini bildirdikdə o da həmin istiqamətə getdiyini bildirərək müştəri qismində maşının arxa oturacağına əyləşmişdir. Belə ki, o, maşını idarə edərək ünvan 2 ünvanın qarşısında olduqda Təqsirləndirilən şəxs orada maşını saxlamağını bildirmişdir. O da maşını yolun kənarında saxladıqdan sonra Təqsirləndirilən şəxs gediş pulunun nə qədər olacağını soruşduqda, o, da ona bildirmiş ki, gediş pulu 5 manatdır. Təqsirləndirilən şəxs üzərində 50 manat olduğunu bildirərək onda ona qaytarmalı olacağı 45 manat pulun olmasını soruşmuşdur. O da ona 45 manat pulunun olduğunu bildirərək ona 45 manat pulu verdikdə o, 45 manat pulu onun əlindən alaraq maşının qapısını açıb maşından düşərək oradan qaçmışdır. O, da maşından düşərək həmin şəxsin dalınca qaçaraq yüksək səslə dayanmasını bildirməyinə baxmayaraq o, qaçmağında davam edirmiş. Lakin qarşıda dayanan polis əməkdaşları bunu görərək dərhal həmin şəxsin dalınca qaçaraq onu tutub saxlamışlar. Bundan sonra onlar birlikdə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gəlmişlər. Son olaraq yazılı ərizəni məhkəməyə təqdim edib, ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06.03.2021-ci il tarixdə saat təxminən 14 radələrində o, Suraxanı rayonu, Ramana qəsəbəsində tanışı olan Zərərçəkmiş şəxs ilə görüşüb işləri ilə əlaqədar olaraq birlikdə Adilin idarə etdiyi Daewoo Nexia markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə metronun «20 Yanvar» stansiyası istiqamətinə yola düşmüşlər. Lakin həmin vaxt Ramanada əvvəllər tanımadığı sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Adilin idarə etdiyi maşına yaxınlaşaraq hansı istiqamətə getmələrini soruşmuşdur. Adil də Təqsirləndirilən şəxs metronun «20 Yanvar» stansiyası istiqamətinə getdiklərini bildirdikdə o, da həmin istiqamətə getdiyini bildirərək müştəri qismində maşının arxa oturacağına əyləşmişdir. Adil maşını idarə edərək ünvan 2 ünvanın qarşısında olduqda Təqsirləndirilən şəxs orada maşını saxlamağını bildirmişdir. Adil də maşını yolun kənarında saxladıqdan sonra Təqsirləndirilən şəxs gediş pulunun nə qədər olacağını Adildən soruşduqda, o, da ona bildirmiş ki, gediş pulu 5 manat olacaqdır. Təqsirləndirilən şəxs üzərində 50 manat olduğunu bildirərək Adildən ona qaytarmalı olacağı 45 manat pulun olmasını sorğu etmişdir. Adil də ona 45 manat pulunun olduğunu bildirərək ona 45 manat pulu verdikdə o, 45 manat pulu Adilin əlindən alaraq maşının qapısını açıb maşından düşərək oradan qaçmışdır. Adil də maşından düşərək Təqsirləndirilən şəxs dalınca qaçaraq yüksək səslə dayanmasını bildirməyinə baxmayaraq o, qaçmağında davam edirmiş. Lakin qarşıda dayanan polis əməkdaşları bunu görərək dərhal həmin şəxsin dalınca qaçaraq onu tutub saxlamışlar. Bundan sonra onlar birlikdə 16-cı Polis Bölməsinə gəlmişlər. Məhkəmə iclasına Şahid2 və Şahid3 şahid qismində dəvət edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Şahid2 və Şahid3 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini məhkəmə zalında elan etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 45 manat pulu könüllü olaraq təqdim etmiş və həmin pulu taksi sürücüsünün əlindən alıb qaçdığını bildirmişdir. Sonuncu tərəfindən könüllü təqdim edilən 02 ədəd 20 manatlıq əskinazlar və 01 ədəd 5 manatlıq əskinas maddi sübut kimi götürülmüşdür. Tutma haqqında 06.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CN-nin 29, 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin semçilməsi barədə 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 08.03.2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 08.04.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilən 02 ədəd 20 manatlıq əskinaslar (A89788483, B********) və 01 ədəd 5 manatlıq əskinas (C********) öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və həmin əskinasların Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. 08.04.2021-ci il tarixli qəbzdən görünür ki, 02 ədəd 20 manatlıq əskinaslar (A89788483, B********) və 01 ədəd 5 manatlıq əskinas (C********) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 09.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Nərimanov RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 09.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Cəfərov X4 Rayon Məhkəməsinin 10.07.2014-cü il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, AR Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. İş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 25.08.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli iş üzrə icraat təzələnmişdir. Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 25.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə istintaqa gələrək barəsində axtarış elan edilməsi haqqında qərardan məlumatının olmamasını və bu barədə məlumat alan kimi dərhal könüllü olaraq istintaq orqanına gəlib təhvil olmasını bildirmişdir. Sübutların qiymətləndirilməsi haqqında 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 29., 180.1-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş, barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, pul əskinaslarının zərər çəkmiş şəxs tərəfindən təhvil alınmasının nəzərə alınması və s. qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 1(005)-378/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin məhkəməyə ünvanladığı Aİ/61938 nömrəli, 23.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış işi nəticəsində 23.10.2021-ci il tarixdə tutularaq saxlanılması üçün AR ƏN PX-in 3 saylı İT-na təhvil verilməsi məqsədi ilə Nərimanov RPİ-nin MSY-nə yerləşdirilmişdir. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin N. Cəfərov barəsində vermiş olduğu 25.11.2021-ci il tarixli arayışdan görünür ki, Cəfərov X4 şəhəri İ. Səmədzadə küçəsi 25 saylı evdə ata və anası ilə birgə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi yazılı ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir, ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (ağırlaşdıran hallar müəyyən edilməmişdir) , habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 23.10.2021-ci il tarixdən 07.12 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 16 (on altı) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Eyni zamanda Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınan 02 ədəd 20 manatlıq əskinaslar və 01 ədəd 5 manatlıq əskinasın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 23.10.2021-ci il tarixdən 07.12 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 16 (on altı) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 03 (üç) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan 02 ədəd 20 manatlıq əskinaslar və 01 ədəd 5 manatlıq əskinasın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-378/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-378/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver