Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-379/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçərmiş şəxs Zərərçəkmiş şəxs4, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə, özünü Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim edib sonuncuya ləğv edilmiş “İİ qrup” əlillik dərəcəsinin bərpa edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 Ağcabədi rayonu ərazisində tanımadığı, şəxsiyyəti istintaqla dəqiqləşdirilməmiş, cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə göndərdiyi 4.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, özünü Dövlət Təhlükəsizliyin Xidmətinin əməkdaşı kimi təqdim edib sonuncuya həmin qurumun Xarici Kəşfiyyat İdarəsinə işə qəbul olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayında ünvan 2 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında aldığı 15.000 manat, 2024-cü ilin yanvar ayında ünvan 4 ünvanında yerləşən “Təbiət” restoranında aldığı 4.000 manat, 2024-cü ilin fevral ayında bank kart hesabına köçürülmüş 4.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 23.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya əri X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təyin ediləcək cəzanın yüngülləşdirilməsi məsələsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 07 aprel 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Aygün Mall” ticarət mərkəzinin yaxınlığındakı parkda olan ictimai-iaşə obyektində aldığı 15.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin işə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs4 17 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 23 saylı Notariat kontorunda öz cinayətkar əməlini pərdələmək üçün borc müqaviləsi bağlamaqla aldığı 15.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib sonuncuya Maliyyə Nazirliyində sürücü vəzifəsinə işə qəbul olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 14 yanvar 2025-ci il tarixdə, saat 20:38 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin 25-ci kilometrliyində yerləşən “Qaradağ” marketin içərisindəki “MilliÖN” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan "xxxx"a məxsus “4169-7388-9977-8231” nömrəli bank kart hesabına köçürdüyü 1.000 manat, 15 aprel 2025-ci il tarixdə saat 13:36 dəqiqədə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisindəki “Oba” marketin içərisində yerləşən “e-Manat” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan "xxxx"a məxsus “4169-7388-9977-8231” nömrəli bank kart hesabına köçürdüyü 4.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 5.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 məxsus özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya övladı X6 Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Birləşməsində zabit rütbəsi alması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 istifadəsində olan “Beynəlxalq Bank”a məxsus banka məxsus “5522-0993-6676-3225” nömrəli bank kart hesabından onun istifadəsində olan "xxxx"a məxsus “4169-7388-0849-1033” nömrəli bank kart hesabına 09 aprel 2025-ci il tarixdə, saat 11:38 dəqiqədə “ABB” mobil tətbiqi vasitəsilə köçürdüyü 3.000 manat, 20 aprel 2025-ci il tarixdə, saat 15:53 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, “Zəfəran” Hospitalının içərisində yerləşən “MilliÖN” ödəniş terminalı vasitəsilə köçürdüyü 3.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 6.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində verdikləri şikayət ərizələri ilə tanış olmuş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayından etibarən tanıyır. Onu dostu Firuddin Ağayevin vasitəsi ilə tanımışdır. Firuddin onu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi tanımışdır. Buna görə də 2023-cü ilin avqsut ayında Firuddin ona zəng edərək tanışı Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək istədiyini və ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, cavab olaraq bunu edə biləcəyini bildirmişdir. Əslində isə onun Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizlik Xidmətində işə düzəltməyə real imkanı olmamışdır. Firuddin onlarla danışdıqdan sonra bildirmişdir ki, onunla görüşüb bu iş barədə üzbəüz söhbət etmək istəyirlər. O da həmin şəxslərlə görüşmək üçün razılıq vermişdir. 2023-cü ilin avqust ayında o, Firuddin və Yaşar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə görüşmüşlər. Görüş zamanı Yaşar ona DTX-ya işə düzəlmək istədiyini bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs1 “yaxşı ki qarşılaşdıqlarını” bildirmişdir. O, Yaşara özünü DTX-nın Nizami rayonu ərazisində yerləşən məxfi idarəsinin əməkdaşı kimi təqdim etmişdir. Onu DTX-nın Xarici Kəşfiyyat İdarəsinə gizir rütbəsində işə düzəldə biləcəyini, ali təhsilli olduğu üçün bir il sonra zabit rütbəsi ala biləcəyini söyləmişdir. Bu işi normalda 35.000 manata həll edə biləcəyini, lakin Firuddin xahiş etdiyi üçün 25.000 manata işi həll edə biləcəyini bildirmişdir. Yaşar ondan qeyd etdiyi məbləği hissə-hissə verməsinin mümkün olubolmamasını soruşmuşdur. O, Yaşara ilkin olaraq sənədlərin hazırlanması üçün 15.000 manat lazım olduğunu, həmin pulu tam formada verməli olduğunu, qalan puluda hissə-hissə ödəməsində heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Yaşar onunla razılaşmışdır. O, Yaşara bu məsələnin uzun proses olduğunu, barəsində bir ilə yaxın müddət araşdırma aparılacağını bildirmişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Bu razılıqdan bir neçə gün sonra eyni məkanda o, Firuddin və Yaşar ilə təkrar görüşmüşlər. Görüş zamanı onlarda özünə qarşı inam yaratmaq üçün Yaşara guya onun DTX-ya düzəlmək üçün müraciət sənədlərinin hazır olmasına və DTX-ya göndərilməsinə dair saxta fotoşəkil göstərmişdir. Bu görüşdən bir neçə gün sonra Yaşar ona zəng edərək 15.000 manat məbləğində olan pulun hazır olduğunu bildirmişdir. O, Yaşarı axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xəzər Üniversitetinin” yaxınlığına dəvət etmişdir. O, həmin əraziyə çatdıqda Yaşar onu həmin yerdə “Şuşa” kafesinin qarşısında gözləyirmiş. O, Yaşara vaxtının olmadığını bildirib idarə etdiyi “Kia” markalı avtomobilə dəvət etmişdir. Yaşar avtomobilə əyləşdikdən sonra ondan 15.000 manat pulu nağd şəkildə götürüb onunla sağollaşaraq oradan ayrılmışdır. Bundan sonra ki müddətdə Yaşar ona işlə bağlı tez-tez zəng etmiş və onlar tez-tez görüşürmüşlər. O, Yaşara hər dəfə barəsində DTX-da araşdırma aparıldığını, atası X9 Federasiyasında işlədiyi üçün həmin ərazidə də yoxlama aparılmalı olduğunu, bunun üçün də əlavə olaraq 6-7 ay müddət lazım olduğunu bildirirmiş. Artıq Yaşarla razılaşdıqları kimi yerdə qalan pulu da verməsini tələb edirmiş ki, guya ki, onun işi tez alınsın. Bu zaman Yaşar ona özünün pulunun olmadığını, atası X14 Federasiyasından qayıtdıqdan sonra verə biləcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Tarif Xanmədov Azərbaycana qayıtmışdır. Yaşar ona zəng edərək pulun bir hissəsinin də hazır olduğunu bildirib görüşmək istədiklərini bildirmişdir. Onlar 2024-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə Zərərçəkmiş şəxs1, Tarif Xanmədov və Firuddin ilə birlikdə görüşmüşlər. Görüş zamanı Yaşar ona 4.000 manat məbləğində olan pulu nağd şəkildə vermişdir. Bundan sonra 2024-cü ilin fevral ayında Yaşar yenidən ona zəng edərək qalan pulun 4.000 manat olan hissəsinin də hazır olduğunu bildirib görüşmək istədiklərini bildirmişdir. Onlar 2024-cü ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə görüşmüşlər. Görüş zamanı Yaşar bank kartı vasitəsi ilə ona 4.000 manat məbləğində pul göndərmişdir. Sonrakı müddət ərzində o, müxtəlif bəhanələrlə Yaşarı inandırırmışdır ki, onun barəsində DTX-da araşdırma aparılır, artıq araşdırma yekunlaşır və onun əmrinin verilməsi məsələsi həll edilir. O, sonuncu dəfə Yaşara onun DTX-ya işə düzəlməsi ilə bağlı əmrinin 10 fevral 2025-ci il tarixdə veriləcəyini bildirmişdir. Bu formada yalan vədlərlə Yaşarı aldatmaqda davam edirmiş. 2025-ci ilin fevral ayının əvvəllərində Firuddin və Yaşar ilə “Təbiət” kafesində görüşən zaman bildirmişdir ki, Maliyyə Nazirliyinin şöbə rəisinə sürücü lazımdır, iş rəsmi dövlət işidir və bu işə görə 1.500 manat əmək haqqı nəzərdə tutulub. Bu zaman Yaşar ona bildirmişdir ki, onun yeznəsi Rüfət var, o, uzun müddətdir ki, işsizdir, ona bu barədə deyim nə desə sənə deyərəm. O, Yaşara bildirmişdir ki, indi sən ona zəng et, gör bu məsələni danış, gör nə deyir. Yaşar Rüfətə zəng edib məsələni ona danışmış və Rüfəti əyləşdikləri “Təbiət” kafesinə dəvət etmişdir. Təxminən 1 saat sonra Rüfət onların yanına gəlmişdir. O, iş barəsində Rüfətə məlumat vermişdir. Rüfət onunla razılaşmışdır. O, Rüfətə bu məsələnin həll edilməsi üçün 5.000 manat pul lazım olduğunu və əgər pul verilərsə, həmin məsələnin təxminən 10 gün ərzində həll ediləcəyini bildirmişdir. Əslində isə onun Rüfəti belə bir işə düzəltmək üçün imkanı olmamış, onu inandırmaq üçün görüş zamanı ondan şəxsiyyət və sürücülük vəsiqələrini almışdır. Bundan sonra onlar kafeni tərk etmişlər. Həmin gün axşam saatlarında Rüfət onun “Whatsapp” mesajlaşma proqramı ilə göndərdiyi bank kartına 1.000 manat pul göndərmişdir. Bundan sonra Rüfətə zəng edib pulun qalan 4.000 manat hissəsini nə vaxt göndərəcəyini soruşmuşdur. Rüfət ona bildirmişdir ki, hazırda pulum yoxdur, tez bir vaxtda tapıb kartına göndərəcək. Rüfət səhəri gün ona qalan 4.000 manat pulu bank kartına göndərmişdir. Lakin onu işə düzəltməsi üçün yalandan dediyi müddət başa çatdığı zaman Rüfət və Yaşar ondan verdikləri pulları geri tələb etməyə başlamışlar. O isə həmin şəxsləri sakitləşdirmək üçün torpaq sahələrini satıb qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Sonda isə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə ələ keçirdiyi pulları öz şəxsi ehtiyacımları üçün xərcləmiş, onlara vəd etdiyi məsələləri həll etmək üçün real imkanı olmamışdır. Həmçinin verilən suallara cavab olaraq həmin şəxslərə istifadəsində olan "xxxx" MMC-yə məxsus, “4169 7388 9977 8231” nömrəli bank kartının məlumatlarını verib pulları qeyd olunan bank kartına göndərmələrini istədiyini və "xxxx" MMC-yə məxsus“***-***-**-**” saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 arvadı Şahid2 vasitəsilə tanımışdır. Əvvəllər ailəli olub boşanmış və ikinci dəfə təxminən 2 ildir ki, Şahid2 ilə ailə qurmuşdur. Zərərçəkmiş şəxs3 Aidənin dayısının qızıdır. Belə ki, 2025-ci ilin əvvəllərində yoldaşı Şahid2 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs3 oğlu X15 Qoşunlarda gizir rütbəsi ilə xidmət edir, ali təhsillidir və zabit rütbəsi almaq istəyir. Ona bu məsələdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O isə cavab olaraq bildirmişdir ki, bu məsələni həll edə bilərəm, mənim nömrəmi verərsən, onunla bu məsələ haqqında söhbət edərik. Bundan sonra Aidə ona Zərərçəkmiş şəxs3 mobil nömrəsini vermişdir. 2025-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ona zəng edərək mobil nömrəni yoldaşı Şahid2 aldığını, oğlunun Daxili Qoşunlarda gizir rütbəsi ilə çalışdığıını, ali təhsilli olduğunu və zabit rütbəsi almasına köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, bu məsələni həll edə bilərəm, mənə övladınızın şəxsiyyət vəsiqəsinin və diplomunun fotoşəkillərini mənə göndərin. Zərərçəkmiş şəxs3 ona övladı Nürəddin Rzalının şəxsiyyət vəsiqəsinin və diplomunun fotoşəkillərini göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ondan bu işin həll edilməsi müqabilində nə qədər pul ödəməli olduğunu soruşmuşdur. O isə Zərərçəkmiş şəxs3 bildirmişdir ki, siz mənim yoldaşımın qohumusuz, buna görə də 6.000 manat müqabilində həll edə bilərəm. Bundan sonra Zərərçəkmiş şəxs3 hazırda 3.000 manat pulunun olduğunu, qalan 3.000 manat hissəsini qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. O isə heç bir problem olmadığını bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs3 istifadəsində olan bank kartının fotoşəkilini göndərib həmin bank kartı hesabına 3.000 manat pul göndərməsini istəmişdir. 09 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 “Birbank” mobil tətbiqi vasitəsilə həmin bank kartına 3.000 manat məbləğində pul göndərmişdir. Pulun qalan 3.000 manat hissəsini 20 aprel 2025-ci il tarixdə həmin bank kartına göndərmişdir. Pulu göndərdikdən sonra ona zəng edərək bu məsələnin təxminən nə qədər müddət ərzində həll ediləcəyini soruşmuşdur. O isə Zərərçəkmiş şəxs3 yola vermək üçün bildirmişdir ki, narahat olmayın, siz mənim qohumumsuz, bu məsələ qısa müddət ərzində öz həllii tapacaq. Əslində isə onun Zərərçəkmiş şəxs3 övladının məsələsinin həll edilməsi üçün real imkanı olmamış, məqsədi sadəcə olaraq onu aldadıb pulunu ələ keçirmək olmuşdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 onu yoldaşı Şahid2 vasitəsilə tanıdığını, ona özünü hər hansı bir qurumun əməkdaşı kimi təqdim etmədiyini, onu sadəcə olaraq ətrafı geniş olan bir şəxs kimi tanıdığı üçün bu məsələnin həll edilməsini ondan xahiş etdiyini, pulu göndərməsini istədiyi istifadəsində olan bank kartının nömrəsini dəqiq xatırlamadığını və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işə düzəlmə məsələlərinin həlli üçün keçirilən görüşlərdə iştirak edən Şahid1 pul vermədiyini bildirmişdir. ilk öncə Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə bildirmişdir ki, 2019-cu il tarixdə əmisi Elman Süleymanovun təşkil etdiyi şənlik məclisində iştirak etmişdir. Həmin məclisdə Zərərçəkmiş şəxs6 ilə tanış olmuşdur. Tanışlıq zamanı ona özünü Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs6 ona hansı qurumda, hansı vəzifədə çalışması barədə suallar verməmişdir. Həmin məclisdə Zərərçəkmiş şəxs6la danışıq zamanı sonuncu ona bildirmişdir ki, əlilliyi ilə bağlı təyin edilmiş pensiya ödənişini ala bilmir, bu məsələdə mənə köməklik edə bilərsənmi? O isə bildirmişdir ki, heç bir problem yoxdur, 1 ay müddətində sizin pensiyanızı bərpa etdirə bilərəm. Həmin məclisdə onunla bir-birilərinə mobil nömrələrini vermişlər. Həmin vaxtdan etibarən o, Zərərçəkmiş şəxs6la vaxt-aşırı telefon vasitəsilə əlaqə saxlayırmış. Alim ona bildirmişdir ki, 2007-ci ildən 2020-ci il tarixədək olan müddət ərzində əlilliklə bağlı pensiya almışdır. Belində olan problemlərlə əlaqədar olaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2020-ci il tarixdə təkrar müayinədən sonra onun həkim komissiyasının rəyinə əsasən əlillik dərəcəsi ləğv edilmiş və buna dair pensiya ödənişi də dayandırılmışdır. Buna görə də pensiya hüququnun bərpa edilməsinə köməklik göstərməsi üçün ondan kömək istəmişdir. O da Zərərçəkmiş şəxs6 aldadaraq bu məsələdə köməklik edə biləcəyini bildirmiş, əslində isə ona əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirmək üçün real imkanı olmamışdır. Onunla ilə aralarında olan telefon danışığı zamanı göstərəcəyi köməklik müqabilində 4.500 manat pul istəmiş və bildirmişdir ki, "mən lazımlı adamı tanıyıram, 4.500 manata sənin pensiyanı düzəldəcək". 2022ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 ona zəng edərək tələb etdiyi pulun hazır olduğunu bildirmişdir. O, Alimə bildirmişdir ki, Bakıdayam, pulu bank kartı vasitəsilə göndər. Alim isə bildirmişdir ki, mənim başım çıxmır, pulu sənə Ağcabədi-Bakı taksi sürücüləri vasitəsilə göndərəcəm. O isə Alimlə razılaşmışdır. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 bu işin guya düzəldilməsi müqabilində ondan tələb etdiyi 4.500 manat pulu Bakı-Ağcabədi işləyən taksi sürücü vasitəsilə göndərmişdir. Belə ki, taksi sürücüsünə həmin pulu verib onunla əlaqə saxlaması üçün mobil nömrəsini həmin sürücüyə vermişdir. Bu barədə ona zəng edib məlumat vermişdir. Həmin gün axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında taksi sürücü ilə görüşüb Zərərçəkmiş şəxs6 ona göndərdiyi 4.500 manat pulu və onun sənədlərini götürmüşdür. Həmin taksi sürücüsünün idarə etdiyi avtomobilin qeydiyyat nişanını və həmin sürücünün mobil nömrəsini, eləcə də anket məlumatlarını bilmir. Pulu və sənədləri götürdükdən sonra Alimə zəng edərək pulu və sənədləri təhvil aldığını, bu məsələni qısa müddət ərzində həll edəcəyini və narahat olmamasını bildirmişdir. Bundan sonra o, tez-tez zəng edərək məsələnin nəticəsi barədə maraqlanırmış. O isə hər dəfə işin həll edilməsi istiqamətində müxtəlif şəxslərlə danışdığını, bu məsələni qısa müddətdə həll edəcəyinə yalan vədlər verərək vaxt qazanmağa çalışırmış. Sonda isə bildirmişdir ki, onun Zərərçəkmiş şəxs6 ləğv edilmiş pensiyasını bərpa etdirmək üçün real imkanı olmayıb, məqsədi onu aldadaraq pulunu ələ keçirmək olub, ondan aldığı puldan hər hansı bir məbləğdə ona pul qaytarmamış, onun inamını qazanmaq üçün özünü DİN-in İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 barəsində olan şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, Aynur Səmədovu onun həyat yoldaşı X3 vasitəsilə tanımışdır. Belə ki, İlham Səmədovla bir neçə il əvvəl tanış olmuş, onunla sıx əlaqəsi olmasa da, ara-ara onunla görüşəndə salamlaşırmış. İlham Səmədov onu geniş əlaqələrə malik olan və problemləri həll edə bilən şəxs kimi tanımışdır. 2022-ci ilin sonlarında İlham Səmədovun BMCMİ tərəfindən saxlanıldığını eşitmişdir. 2024-cü ilin təxminən mart ayının sonlarında İlham Səmədov onun isitfadəsində olan mobil nömrəmə zəng etmişdir. Danışıq zamanı özünü təqdim etmiş və onu tanıyıb-tanımadığını soruşmuşdur. O isə tanıdığını bildirmişdir. Hal-əhval tutduqdan sonra ona bildirmişdir ki, qısa müddət ərzində məhkəməsi olacaq və təxminən eşitdiyinə görə 9-10 il azadlıqdan məhrumetmə cəzası təyin ediləcək. Həmçinin bildirmişdir ki, sənin geniş əlaqələrin var, mənə daha yüngül cəza təyin edilməsi məsələsinə köməklik edə bilərsənmi? O da cavab olaraq bildirmişdir ki, heç bir problem yoxdur, o sahədə işləyən dostlarım var, bu məsələni həll edə bilərəm. İlham Səmədov ona bildirmişdir ki, bu işin müqabilində sənə nə qədər pul verməliyəm. O cavab olaraq bildirmişdir ki, bu məsələni maraqlanıb, sənə deyə bilərəm. Bundan sonra danışıqlarını yekunlaşdırmışlar. Növbəti gün ona yenidən zəng edərək məsələni həll edib-edə bilməyəcəyini soruşmuşdur. O, yalan söyləyərək bildirmişdir ki, tanış adamlarla danışmışam, bu işin müqabilində 15.000 manat pul istəyirlər. İlham Səmədov ilkin olaraq o qədər pula maddi vəziyyətinin imkan vermədiyini bildirsə də, sonradan məcbur olub onunla razılaşmalı olmuşdur, çünki İlham Səmədova bildirmişdir ki, guya hələ ona onun tanışı olduğu hörmət edildiyi üçün bu məsələ 15.000 manata həll edilə bilər. İlham Səmədov onunla telefon danışığı zamanı razılaşmış və bildirmişdir ki, sənin mobil nömrənin yoldaşıma verəcəyəm, adı “Aynur”dur, onunla əlaqə saxlayıb bu işi həll edin. Bu danışıqdan bir neçə gün keçdikdən sonra 2024-cü ilin aprel ayının əvvəllərində İlhamın həyat yoldaşı onun istifadəsində olan “+994-50-203-00-68” saylı mobil nömrəsinə zəng vuraraq özünü təqdim etmişdir. O isə həmin şəxsi tanıdığını və bu məsələnin həll məqsədilə görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. 2024-cü ilin aprel ayının 7-də onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Aygün Mall” ticarət mərkəzinin arxasında yerləşən parkda yerləşən adını dəqiq xatırlamadığı kafedə görüşmüşlər. Görüş zamanı ondan 15.000 manat pulu nağd şəkildə sayaraq götürmüş və məsələnin qısa müddət ərzində həll ediləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, məhkəmə tərəfindən əgər yoldaşı İlham Səmədova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəksə, mən o müddəti 06 ilədək azaltmağa köməklik edə bilərəm. Əslində isə onun belə bir imkanı olmamış, məqsədi onun pulunu ələ keçirmək olmuşdur. Bundan sonra onlar həmin kafedən çıxıb ayrılmışlar. O, Zərərçəkmiş şəxs5 onu aldatdığını başa düşməməsi üçün yalandan bu istiqamətdə guya iş görməyə başlamışdır. Belə ki, ondan vəkillə müqavilə bağlaya bilməsi üçün notorial qaydada etibarnamə verməsini istəmişdir. Aynur ona notariat qaydasında təsdiq edilmiş etibarnamə verdikdən sonra bu məsələnin guya həll edilməsi və İlham Səmədovun hüquqlarının müdafiəsi üçün hazırki müdafiəçisi X12 ilə müqavilə bağlamışdır. 16 aprel 2025-ci il tarixdə İlhamın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 ona narazılıq etməyə başlamışdır. Ona bildirmişdir ki, sənə 15.000 manat pul verdim, sən isə bunun müqabilində heç nə edə bilmədim. Onu aldatdığını başa düşməməsi üçün vəkildən həmin hökmdən apellyasiya şikayəti verməsini istəmişdir. Vəkilin hazırladığı şikayətin elektron nüsxəsini “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs5 göndərmiş və bildirmişdir ki, vəkil hökmdən şikayət verib, narahat olma, danışmışam, bu məsələ həllini tapacaq. Lakin o, şikayət də bir nəticə verməmiş, ona təyin edilmiş cəza qüvvədə saxlanılmışdır. Elə bu hadisədən sonra Zərərçəkmiş şəxs5 başa düşmüşdür ki, onu aldadaraq pulunu ələ keçirmişəm. Bundan sonra ondan pulunu tələb etməyə başlamışdır. O isə maddi vəziyyətinin yaxşı olmadığını bildirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Demək olar ki, hər gün ona zəng edib pulunu geri tələb edirmiş. O da şikayət etməsindən ehtiyat etdiyi üçün 2024-cü ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında onunla görüşmüş və aldığı 15.000 manat pulun 2.000 manat hissəsini geri qaytarmış, qalan hissəsini isə qısa müddət ərzində geri qaytaracağını bildirmişdir. Həmin epizodla son olaraq qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs5 yoldaşı İlham Səmədova təyin ediləcək cəzanı yüngülləşdirmək üçün real imkanı olmayıb, məqsədi onu aldadaraq pulunu ələ keçirmək olmuşdur. X7 bu işdən məlumatı olmamış, ona sadəcə olaraq həmin şəxsin tanışı olduğunu və ona köməklik etmək lazım olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 barəsində olan şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs4 kimin vasitəsilə tanıdığını tam olaraq xatırlamır. 2024-ci ilin iyun ayında Zərərçəkmiş şəxs4 ona zəng edərək mobil nömrəni tanışı “Vəzufə” adlı qadından aldığını, işə düzəlmə məsələsində ona köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O isə bildirmişdir ki, sənin haqqında mənə demişdilər, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov ərazisindəyəm, gəl burada səninlə görüşüb ətraflı söhbət edək. 15 iyul 2024-cü il tarixdə Ülvi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən parkda "Şaurma" adlı kafedə görüşmüşlər. Tanış olduqdan sonra ondan şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Danışıq əsnasında onu "Socar"ın Qaz İxrac İdarəsinin İşə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini, bunun müqabilində ümumilikdə 18.000 manat pul verməli olduğunu bildirmişdir. Ondan ilkin olaraq 15.000 manat pul verməli olduğunu, qalan 3000 manat pulu isə işə qəbul olunması bağlı əmr olduqdan sonra verməli olduğunu, hətta zəhmət haqqı kimi ona əlavə 1000-2000 manat da hörmət etməyini istəmişdir. Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Bir qədər söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. Növbəti gün 16 iyul 2024-cü il tarixdə ona zəng edərək şəxsiyyət vəsiqəni və hərbi biletini gəlib götürməsini istəmişdir. Bundan sonra onunla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən çay evində görüşmüşlər. Söhbət zamanı ona məsələnin öz həllini tapması üçün ilkin olaraq 15.000 manat pulu verməsini istəmişdir. Ülvi isə bildirmişdir ki, mən sizi tanımıram və sizə güvənmirəm, ona görə də təklif edirəm ki, pulu sizə notariat qaydasında borc müqaviləsi bağlayaraq verim. O isə heç bir problemin olmadığını və etiraz etmədiyimi bildirmişdir. O, Ülvinin verdiyi sənədlər əsasında onu qeydiyyatdan keçirdiyini, hər şeyin qaydasında olduğunu, ilkin olaraq 15.000 manat pulu verməsini istəmişdir. Ülvi pulu hazırlayıb xəbər edəcəyini bildirmiş və sənədlərini götürürək oradan uzaqlaşmışdır. 17 iyul 2024-cü il tarixdə səhər saatlarında ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ərazisində olduğunu, ora gəlməsini istəmişdir. Saat təxminən 12 radələrində onunla Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 23 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Ülvi ilkin olaraq verəcəyi 15.000 manat pulu verməsi ilə bağlı notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. O da ona etiraz etməyərək razılaşmışdır. Hətta söhbət əsnasında narahat olmamağını, onu işə düzəldəcəyini də demişdir. Bundan sonra həmin Notariat kontoruna daxil olub rəsmi qaydada borc müqaviləsi bağlamışlar. Zərərçəkmiş şəxs4 15.000 manat pulu sayaraq ona vermişdir. O, həmin pulu ondan təhvil alaraq iki ay müddətində "Socar"ın Qaz İxrac İdarəsinin İşə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə düzələcəyi barədə əmr olacağını bildirmişdir. Bundan sonra bu işin guya həll edilməsi istiqamətində iş görmək üçün onun verdiyi sənədləri əsasında “SOCAR”-ın internet saytında işə qəbulla bağlı keçirilən test imtahanı üçün qeydiyyatdan keçmişdir. Bir neçə gün keçdikdən sonra ona zəng edərək elektron poçt ünvanına bu barədə ismarıc gələcəyini bildirmişdir. Ona sənədlərinin qaydasında olduğunu və bu işin qısa müddətdə alınacağını bildirmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs4 "Socar" tərəfindən işə qəbul ilə bağlı keçirilən test imtahanında iştirak etsə də, imtahandan keçə bilməmişdir. O düşünürmüş ki, Zərərçəkmiş şəxs4 əgər özü gedib imtahandan keçsə, deyərəm ki, sənin işini mən həll etmişəm, yoxsa sən imtahandan keçə bilməzdin. Lakin Zərərçəkmiş şəxs4 imtahandan kəsilmiş və zəng edib bu barədə ona məlumat vermişdir. O da Ülvinin zənglərini açmamış, lakin onu aldatdığını başa düşəcəyindən və bu barədə şikayət edəcəyindən qorxduğu üçün onun zənglərini açmış və ona bildirmişdir ki, xəstə idim, ona görə də zənglərini aça bilmirdim. Həmçinin bildirmişdir ki, sən narahat olma, imtahandan kəsilsən belə, səni tapşıracam, bu məsələ öz həlini tapacaq. Lakin bu yolla o, vaxt qazanmağa çalışmışdır. Əslində isə bu məsələni həll etmək üçün real imkanı olmuşdur. Zərərçəkmiş şəxs4 ona dəfələrlə zəng edib bezdirdiyi üçün ondan aldığı 15.000 manat pulun 1.000 manatını onun göndərdiyi bank hesabına göndərmişdir. Qalan pulu isə hissə-hissə olmaqla qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs4 onun barəsində Bakı şəhəri, Yasamal Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra onu Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsindən dəvət etmişlər. Orada müdafiəçisinin iştirakı ilə ifadəsini məqsədli şəkildə başqa formada vermişdir. Guya ki, o, həmin pulu Ülvidən borc qismində almış, sonradan pulun qaytarılması müqabilində onu işə düzəltməyi təklif etmiş, Ülvi də onunla razılaşmışdır. Yasamal RPİ-də aparılan araşdırma zamanı 1.500 manat pulu Zərərçəkmiş şəxs4 ödəmiş və ona ümumilikdə 12.500 manat verəcəyi qalmışdır. Həmin epizodla son olaraq qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs4 “SOCAR”-a işə düzəltməyə real imkanım olmamış, məqsədi onu aldadaraq pulunu ələ keçirmək olmuşdur. Həmçinin bildirmişdir ki, onu Zərərçəkmiş şəxs4 ilə tanış edən şəxslərə bu işin müqabilində hər hansı bir məbləğdə pul verməmiş və ya hər hansı bir formada razılığı olmamışdır. Zərərçəkmiş şəxs5 əri X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təyin ediləcək cəzanın yüngülləşdirilməsi məsələsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 15.000 manat, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin işə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq 15.000 manat, Zərərçəkmiş şəxs6 özünü Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim edib ləğv edilmiş “İİ qrup” əlillik dərəcəsinin bərpa edilməsi məsələsini müsbət həll edəcəyimə dair yalan vəd verib aldadaraq 4.500 manat, Zərərçəkmiş şəxs3 övladı X6 Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Birləşməsində zabit rütbəsi alması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq ümumilikdə 6.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin şəxslərdən aldığı pul müqabilində hər hansı bir xidmət göstərməmiş, həmin məsələlərin həlli üçün də real imkanı olmamışdır. Məqsədi sadəcə olaraq həmin şəxsləri aldadaraq pulunu ələ keçirmək olmuşdur. Həmin şəxslərdən aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs5 aldığı 15.000 manat pul vəsaitinin 2.000 manat hissəsini, Zərərçəkmiş şəxs4 aldığı 15.000 manat pul vəsaitinin 2.500 manat hissəsini geri qaytarmışdır. X4 ona 10.950 manat borcunun olduğunu və İnara Babayevanın ona olan borcunu qaytaracağı təqdirdə, həmin pulla zərərçəkmiş şəxslərin ziyanını ödəyə biləcəyini qeyd edərək bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bu işin həll edilməsi üçün ümumilikdə 6.000 manat pul aldığını, həmin pulu rəsmi nikahı olmasa da, dini nikah münasibətində olduğu Şahid2 istifadəsində olan "xxxx"a məxsus “4169-7388-0849-1033” nömrəli bank kartına göndərməsini tələb etdiyini, həmin bank kartının rəsmi olaraq Şahid2 adına olsa da, 2025-ci ilin əvvəllərindən etibarən onun istifadəsində olduğunu bildirmişdir. Sonda bütün zərərçəkmiş şəxslərə dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, işsiz olduğu üçün artıq bir neçə müddət idi ki, münasib bir dövlət işi axtarırmış. 2023-cü ilin avqust ayının əvvəllərində atası X8 bu barədə uzun illərdir dostuq etdiyi Şahid1 məlumat vermişdir. Firidun atasına Təqsirləndirilən şəxs adında Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışının olduğunu və onun Dövlət Təhlükəsizlik Xidmətinə əvvəllər işə tanıdığı şəxləri düzəltdiyini, bu barədə onunla danışaraq onlara məlumat verəcəyini bildirmişdir. Bundan sonra Firidun zəng edərək Təqsirləndirilən şəxsla danışdığını, onu işə düzəldə biləcəyini bildirib məsələni dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxsla birlikdə görüşməyi təklif etmişdir. Firidun ilə danışdıqdan 2-3 gün sonra onlar yəni o, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə təxminən saat 17-19 radələrində görüşmüşlər. Görüş zamanı Firidun onunla Əbili tanış etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, Dövlət Təhlükəsizlik Xidmətində işə düzəlmək istəyir. Təqsirləndirilən şəxs da ona Dövlət Təhlükəsizlik Xidmətinin Nizami rayonu ərazisində yerləşən məxfi idarəsində işlədiyini və bu məsələdə köməklik edə biləcəyini, əvvəllər də başqa şəxsləri Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu Dövlət Təhlükəsizlik Xidmətinin Xarici Kəşfiyyat İdarəsinə gizir rütbəsi ilə işə düzəldəcəyini, işə başladıqdan 01 il sonra isə ali təhsilli olduğu üçün zabit rütbəsi alacağını söyləmişdir. O, Təqsirləndirilən şəxs işə düzəltməsi müqabilində nə qədər pul lazım olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs cavab olaraq bu işin görülməsi üçün ümumilikdə 35.000 manat pul lazım olduğunu, lakin Şahid1 yaxın dostu olduğu üçün və xahiş etdiyi üçün bu işi 25.000 manata həll edə biləcəyini bildirmişdir. Həmin məbləğin 15.000 manat hissəsini Dövlət Təhlükəsizlik Xidmətində polkovnik rütbəsində xidmət edən, məxfiçiliyin qorunması üçün adını bildirə bilməyəcəyi şəxsə verilməli olduğunu, 10.000 manat hissəsini isə özünə zəhmət haqqı kimi istədiyini söyləmişdir. O, əvvəllər bu cür işlər görmədiyi üçün qiymətin çox və ya az olmasını bilməmiş, bunu dəqiqləşdirmək üçün Şahid1 bu barədə sual vermişdir. Firidun cavab olaraq qiymətin normal olduğunu, Əbilin ona görə hörmət edib 35.000 manatdan 25.000 manata düşdüyünü vurğulamışdır. O, bundan sonra Təqsirləndirilən şəxs həmin pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir problem olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona işə düzəlmək ilə əlaqədar sənədlərinin ilkin olaraq Dövlət Təhlükəsizlik Xidmətinə göndərilməsi üçün 15.000 manat lazım olduğunu, pulun qalan hissəsini sonradan hissə-hissə verə biləcəyini, bu proseslərin onsuzda bir ilə yaxın müddət alacağını bildirmişdir. Bununla da o, Təqsirləndirilən şəxs ilə razılaşmış və onlar bir-birilərinə mobil telefon nömrələrini verdikdən sonra oradan ayrılmışlar. O, evə gəldikdən sonra bu barədə atasına məlumat vermişdir. Atası da onunla razılaşmışdır. Lakin bu məsələnin həll edilməsi üçün ilkin olaraq Təqsirləndirilən şəxs verməli olduğu 15.000 manat pul vəsaitini düzəldə bilmirmiş. Buna görə də atası Tarif Xanmədovun idarə etdiyi “Toyota Prado” markalı, **-MS-*** qeydiyyat nişanlı avtomobilini satıb Əbilin ondan istədiyi 15.000 manat pul vəsaitini ödəmək qərarına gəlmişdir. İlk görüşdən təxminən 4-5 gün sonra o, Şahid1 və Təqsirləndirilən şəxs yenidən görüşmüşlər. Görüş zamanı Əbil mobil telefonunda onun Dövlət Təhlükəsizlik Xidmətində işə qəbul olması üçün müraciətinə dair bir fotoşəkil göstərək sənədlərin artıq hazır olduğunu bildirmişdir. Bundan sonra onun Təqsirləndirilən şəxs qarşı olan inamı daha da artmışdır. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. 2023-cü ilin avqust ayının sonlarında axşam saatlarında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xəzər” universitetinin yaxınlığında yerləşən “Şuşa” kafesinin qarşısında ikisi təklikdə görüşmüşlər. O, Təqsirləndirilən şəxs oturub çay içməyi təklif etmişdir. Əbil isə vaxtının az olduğunu bildirib idarə etdiyi “Kia” markalı avtomobilə onu dəvət etmişdir. O, avtomobilə əyləşdikdən sonra 15.000 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb götürdükdən sonra tələsdiyini bildirib onunla sağollaşaraq çıxıb getmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq danışır və görüşürmüş. Həmin görüşlər zamanı Təqsirləndirilən şəxs hələ ilkin olaraq altı müddətində guya ki, onun barəsində Dövlət Təhlükəsizlik Xidmətində araşdırma aparıldığını, atasının Rusiya Federasiyasında işlədiyi üçün əlavə olaraq orada da araşdırma aparılması üçün altı ay müddət lazım olduğunu bildirirmiş. Təqsirləndirilən şəxs danışıqları zamanı tez-tez ondan işin gedişi üçün verməli olduğu pulu qalan hissəsini tələb edirmiş. O isə o qədər pulunun olmadığını bildirib yerdə qalan pulu atası Rusiya Federasiyasından qayıtdıqdan sonra verəcəyini bildirmişdir. Atası 2024-cü ilin yanvar ayının əvvəllərində Rusiya Federasiyasından qayıtmışdır. Bundan sonra təxminən 2024-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs ilə danışaraq görüş təyin etmişlər. Onlar yəni o, atası X8, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə görüşmüşlər. Görüş zamanı 4.000 manat məbləğində olan pulu nağd şəkildə kafedə Təqsirləndirilən şəxs təqdim etmişdir. Əbil pulu sayıb götürdükdən sonra atasının Rusiya Federasiyasında olması ilə əlaqədar yoxlama prosesinin əlavə yeddi aya qədər uzana biləcəyini bildirmişdir. Kafedə olan zaman onun mobil telefonuna zəng gəlmiş, Təqsirləndirilən şəxs onların yanında həmin zəng cavab verərək danışmışdır. O, danışıq zamanı guya ki, başqa bir şəxsi işə düzəltdiyini bildirib hətta sevincindən kövrələrək ağlamışdır. Bundan sonra onların Əbilə qarşı olan inanı daha da artmışdır. 2024-cü ili fevral ayının sonlarında Təqsirləndirilən şəxs ilə danışaraq görüş təyin etmişlər. Onlar yəni o, atası X8, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə görüşmüşlər. Görüş zamanı o, verməli olduğu yerdə qalan 4.000 manat pulu Təqsirləndirilən şəxs bildirdiyi bank kartı hesabına göndərmişdir. 2025-ci ilin yanvar ayınadək Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün hələ də barəsində yoxlama aparıldığını düşünürmüş. Lakin artıq 2025-ci ilin yanvar ayından etibarən bu məsələnin hədsiz çox uzandığını düşünmüş və artıq Təqsirləndirilən şəxs qarşı onda şübhə yaranmışdır. O, məsələnin nə yerdə qalması ilə bağlı ona suallar verdikdə artıq hər şeyin hazır olduğunu bildirib 10 fevral 2025-ci il tarixdə yəni, onun doğum günündə əmrinin veriləcəyini bildirmişdir. 2025-ci ilin yanvar ayının ortalarında o, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı kafedə görüşən zaman Təqsirləndirilən şəxs ona Maliyyə Nazirliyində sürücü vəzifəsinin vakant olduğunu, işin rəsmi dövlət işi olduğunu və 1.500 manat haqqı veriləcəyini bildirib ondan tanışlarından iş axtaranın olub-olmadığını soruşmuşdur. Həmin vaxt yeznəsi Zərərçəkmiş şəxs2 iş axtardığını bildiyi üçün bu məsələni Əbil və Firidunun yanında telefon vasitəsi ilə ona bildirib onuda əyləşdikləri kafeyə dəvət etmişlər. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs2 onların yanına gəlmişdir. Onlar Təqsirləndirilən şəxs ilə özləri danışdıqdan sonra razılığa gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs 5.000 manat pul müqabilində 10 gün müddətində yeznəsi Zərərçəkmiş şəxs2 Maliyyə Nazirliyində sürücü vəzifəsinə işə düzəltməli idi. İşin düzəlməsi müqabilində Əbilin Rüfətdən istədiyi 5.000 manat pul vəsaitinin 1.000 manat hissəsini həmin gün axşam Əbilin ona göndərməsini istədiyi bank kartına göndərmiş və ödənişin qəbzinin fotoşəklini Əbilə göndərmişdir. Pulun qalan hissəsini, yəni 4.000 manat pul vəsaitini isə növbəti gün həmin bank kartına göndərmiş və ödəniş qəbzinin fotoşəklini ona göndərmişdir. Bundan sonra onlar Əbildən müsbət bir xəbər alacaqları vaxtı gözləyirmişlər. Lakin 10 fevral 2025-ci il tarixdən sonra da onun işə düzəlmə məsələsilə bağlı Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamış, Təqsirləndirilən şəxs ilə görüşlərinin üzərindən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq yeznəsi Zərərçəkmiş şəxs2 işə düzəldilməsi ilə bağlıda heç bir xəbər verməmişdir. Onlar artıq anlamışlar ki, Təqsirləndirilən şəxs onları aldadır. Artıq onun Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olması ilə bağlı da şübhələri yaranmış və öz əlaqələri vasitəsi ilə Təqsirləndirilən şəxs araşdırmışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi 23.000 manat pul vəsaitini geri qaytarmasını və dəymiş maddi ziyanın ödənilməsini tələb etdikdə, o, torpaq sahəsinin olduğunu, onu satıb pulunu verəcəyini bildirirmiş. Sonda ona vurulmuş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından işdən çıxmışdır. Təqsirləndirilən şəxs tanışı Şahid4 vasitəsi ilə tanımışdır. Vəzufəni də yaxın tanışının vasitəsi ilə tanımışdır. O, Vəzufəyə bir neçə dəfə söhbət əsnasında işsiz olduğunu, hər hansı idarə və müəssisədə iş olarsa xəbər etməsini bildirmişdir. 2024-cü ilin may-iyun aylarında Vəzufə ona bir neçə yerə işə düzəlməyi təklif etmiş, razılaşsalar da, Vəzufə, onu heç bir yerə işə düzəldə bilməmişdir. 2024-cü ilin iyul ayında Vəzufənin vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Belə ki, Şahid4 Əbilin mobil nömrəsini verərək onunla əlaqə saxlamağını istəmişdir. O da Əbilin mobil nömrəsinə zəng etmiş və onun mobil nömrəsini Şahid4 aldığını bildirmişdir. Əbil isə ona bildirmişdir ki, bilirəm, Vəzufə sənin haqqında mənə demişdi, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov ərazisindəyəm, gəl burada səninlə görüşüb ətraflı söhbət edək. xx.xx.2024-cü il tarixdə Əbil ilə Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən parkda "Şaurma" adlı kafedə görüşmüşlər. Tanış olduqdan sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsini və hərbi biletini Əbilin istəyi ilə ona vermişdir. Danışıq əsnasında Təqsirləndirilən şəxs onu "Socar"ın Qaz İxrac İdarəsinin İşə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini, bunun müqabilində ümumilikdə 18.000 manat pul verməli olduğunu söyləmişdir. Əbil ona ilkin olaraq 15.000 manat pul verməli olduğunu, qalan 3.000 manat pulu isə işə qəbul olunması ilə bağlı əmr olduqdan sonra verməli olduğunu, hətta zəhmət haqqı kimi ona əlavə 1.000-2.000 manat da hörmət etməyini istəmişdir. O da Əbillə razılaşmışdır. Bir qədər söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Əbil ona zəng edərək şəxsiyyət vəsiqəsini və hərbi biletini ondan götürməsini istəmişdir. Bundan sonra Əbillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən çay evində görüşmüşlər. Söhbət zamanı ona məsələnin öz həllini tapması üçün ilkin olaraq 15.000 manat pulu verməsini istəmişdir. O isə Əbilə bildirmişdir ki, mən sizi tanımıram və sizə güvənmirəm, ona görə də təklif edirəm ki, pulu sizə notariat qaydasında borc müqaviləsi bağlayaraq verim. Əbil isə heç bir problemin olmadığını və etiraz etmədiyini bildirmişdir. Əbil ona sənədləri əsasında qeydiyyatdan keçdiyini, hər şeyin qaydasında olduğunu, ilkin olaraq 15.000 manat pulu ona təhvil verməsini istəmişdir. O da Əbilə pulu hazırlayıb xəbər edəcəyini söyləmiş və sənədlərini götürürək oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Əbilə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ərazisində olduğunu, ora gəlməsini istəmişdir. Saat təxminən 12 radələrində Əbil ilə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 23 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. O, ilkin olaraq verəcəyi 15.000 manat pulu ona verməsi ilə bağlı əlində sübutu olsun deyə notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. Əbil etiraz etməyərək razılaşmışdır. Hətta söhbət əsnasında ona narahat olmamağını, onu işə düzəldəcəyini söyləmişdir. Bundan sonra həmin Notariat kontoruna daxil olub rəsmi qaydada borc müqaviləsi bağlamışlar. O, 15.000 manat pulu sayaraq Əbilə vermişdir. Əbil də həmin pulu ondan təhvil alaraq iki ay müddətində "Socar"ın Qaz İxrac İdarəsinin İşə qəbul şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə düzələcəyi barədə əmr olacağını bildirmişdir. O da Əbilə inanıb heç bir söz deməmişdir. Aradan iki-üç gün keçdikdən sonra onun elektron poçt adresinə "Socar"ın İnsan Resursları Departamentindən sənədlərinin uyğunluğu və gələcəkdə test imtahanına dəvət olunacağı ilə bağlı bildiriş göndəriləcəyi qeyd edilmişdir. Bu barədə o, Əbilə zəng edərək məlumat vermişdir. Əbil ona sənədlərin qaydasında olduğunu, keçiriləcək imtahanla bağlı da elektron poçt adresinə bildiriş gələcəyini də demişdir. Bir müddət keçdikdən sonra "Socar" tərəfindən işə qəbul ilə bağlı keçirilən test imtahanında iştirak etsə də, imtahandan keçə bilməmişdir. Belə ki, keçirilmiş test imtahınında 40 sualdan 20 suala düzgün cavab vermiş və bu nəticə isə işə düzəlməsi üçün kifayət olmamışdır. Bu barədə Əbilə zəng edərək məlumat vermək istəsə də, onunla əlaqə qura bilməmişdir. O, Əbilin onu aldatdığını başa düşüb ona zənglərinə cavab verməsi üçün sərt şəkildə mesajlar yazmışdır. Sonradan Əbil ona zəng edərək xəstə olduğunu, bu səbəbdən mobil telefonunun bağlı olduğunu söyləmişdir. O isə artıq Əbildən şübhələnməyə başlamışdır. O, danışıq əsnasında Əbilə razılaşmalarına görə test imtahanından kəsilsə də, növbəti müsahibə mərhələsinə çağırılacağını demişdir. Əbil ona narahat olmamasını, işinin həll olunacağını söyləmişdir. Hətta bununla bağlı bir nəfər adını və digər anket məlumatlarını bilmədiyi xanımın səs yazısını da ona "WhatsApp" ani mesajlaşma proqramında göndərmişdir. Həmin səs yazısında bir nəfər xanım Ülvinin işinin hazır olacağını, həmin vəzifənin ona məxsus olduğunu, deyilən vəzifəyə başqa adamın təyin edilməyəcəyini deməsi öz əksini tapmışdır. Aradan bir müddət keçdikdən sonra artıq hər dəfə Əbil ilə əlaqə saxladıqda, o, eyni bəhanələr gətirərək onu aldatmağa başlamışdı. Sonradan isə ümumiyyətlə telefon zənglərinə və mesajlarına cavab vermirdi. Sonda ona vurulmuş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə qayınatası X1 yaxın dostluq münasibətlərində olduğu Elman Süleymanovun təşkil etdiyi şənlik məclisində iştirak etmiş, həmin məclisdə Telman Süleymanovun qardaşı oğlu Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq zamanı Təqsirləndirilən şəxs özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi, konkret olaraq Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim etmişdir. O isə Əbilə həmin qurumda hansı vəzifədə çalışması barədə, ümumiyyətlə, işi ilə bağlı suallar verməmişdir. Həmin məclisdə Təqsirləndirilən şəxsla danışıq zamanı bildirmişdir ki, ona əlilliklə bağlı təyin edilmiş pensiya ödənişini ala bilmir, bu məsələdə kömək edə bilərsənmi? Əbil isə cavab olaraq bildirmişdir ki, heç bir problem yoxdur, 1 ay müddətində sizin pensiyanızı bərpa etdirə bilərəm. Həmin məclisdə onunla bir-birilərinə mobil nömrələrini vermişlər. Həmin vaxtdan etibarən o, Təqsirləndirilən şəxsla vaxt-aşırı telefon vasitəsilə əlaqə yaratmış və ailəvi gediş-gəlişləri olmuşdur. O, 2007-ci ildən 2020-ci il tarixədək əlilliklə bağlı pensiya almışdır. Belə ki, belində olan problemlərlə əlaqədar olaraq ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2020-ci il tarixdə təkrar müayinədən sonra həkim komissiyasının rəyinə əsasən əlillik dərəcəsi ləğv edilmiş və buna dair pensiya ödənişi də dayandırılmışdır. Buna görə də pensiya hüququnun bərpa edilməsinə köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs kömək istəmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığı zamanı göstərəcəyi köməklik müqabilində ondan 4.500 manat pul istəmiş və bildirmişdir ki, "mən lazımlı adam tanıyıram, 4.500 manata sənin pensiyanı düzəldəcək". 2022-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxsla aramızda razılaşdırılmış 4.500 manat məbləğdə pulu hazırlamaq üçün yaşadığı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində saxladığı özünəməxsus 27 baş quzunu Ağcabədi rayonu ərazisində yerləşən mal bazarında satmış, pulu əldə etdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək pulun hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğunu və pulu taksi vasitəsilə ona göndərməsini istəmişdir. O, 2022-ci ilin iyun ayında Ağcabədi rayonunun çıxışında tanımadığı taksi sürücüsünə yaxınlaşaraq içində yüz manatlıq əskinazlarla ümumilikdə 4.500 manat olan bağlamanı ona təqdim etmiş və Təqsirləndirilən şəxs əlaqə nömrəsini taksi sürücüsünə verərək Bakı şəhəri ərazisində həmin bağlamanı sonuncuya verməsini istəmişdir. Bağlamanı Bakı şəhərində Təqsirləndirilən şəxs verməsi üçün taksi sürücüsünə 10 manat ödəniş etmişdir. Həmin gün axşam saatlarında içərisində 4.500 manat olan bağlama taksi sürücüsü vasitəsilə Təqsirləndirilən şəxs çatdırılmışdır. Bundan əlavə həmin taksi sürücüsü vasitəsilə o, xəstəliyi ilə əlaqədar həkim müayinəsi sənədlərini Təqsirləndirilən şəxs göndərmişdir. Həmin gün telefon danışığı əsnasında Təqsirləndirilən şəxs içərisində 4.500 manat məbləğdə pul olan bağlamanı və ona aid tibbi sənədləri taksi sürücüsündən təhvil aldığını bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq Təqsirləndirilən şəxs zəng edərək işin nə yerdə olduğunu soruşsa da, Əbil ona yalan vədlər verərək məsələnin qısa müddət ərzində düzələcəyini, əlillik dərəcəsinin bərpa olunacağını söyləyirmiş. Təqsirləndirilən şəxs onunla dostluq münasibətində olduğuna görə, onunla ailəvi gediş-gəlişləri olduğu görə və özünü DİN-in İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı kimi təqdim etdiyi üçün bu məsələnin həll edilməsinə köməklik göstərəcəyinə inanmışdır. Hər dəfə ona zəng edərək məsələnin nəticəsini soruşsa da, ona məsələnin qısa müddət ərzində düzələcəyini bildirərək narahat olmamasını bildirirmiş. Onunla dostluq münasibətində olduğu üçün, eləcə də onunla aralarında böyükləri olduğu üçün ona tez-tez zəng edib məsələni maraqlanmağa çəkinirmiş. Təqsirləndirilən şəxs 4.500 manat pul və tibbi sənədlərini verdiyi gündən 3 il keçsə də, onun əlillik dərəcəsinin bərpa olunması üçün heç bir köməklik göstərməmişdir. Artıq bu məsələnin çox uzandığını və müsbət nəticə əldə edilmədiyini görüb ona verdiyi 4.500 manat pul vəsaitini və sənədlərini geri tələb etməyə başlamışdır. Lakin yenə də müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. Sonda ona vurulmuş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 Cəlil oğlunun, Şahid2, Şahid3 və X2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan sənədlərə baxış keçirilməsi barədə” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, ********** nömrəli qəbzlə müəyyən edilmişdir ki, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 416973.......8231 nömrəli bank kartı hesabına 1000 manat məbləğində köçürmə həyata keçirilmişdir. ********** nömrəli qəbzlə müəyyən edilmişdir ki, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 416973.......8231 nömrəli bank kartı hesabına 4000 manat məbləğində köçürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs **********778231 nömrəli bank kartının ona məxsus olmasını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-633/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən götürülmüş 02 ədəd CD diskdə təqdim edilmiş məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, “4169 7388 9977 8231” nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartı Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş aparılan mədaxil, məxaric və s. əməliyyatlara dair məlumatlar baxış zamanı isə aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs məxsus “4169 7388 9977 8231” nömrəli bank kartı hesabına 14 yanvar 2025-ci il tarixdə saat 20:38:41 dəqiqədə ödəniş terminal vasitəsilə (yerləşdiyi ünvan barədə məlumat əks edilməyib) 1.000 manat məbləğində köçürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus “4169 7388 9977 8231” nömrəli bank kartı hesabına 15 yanvar 2025-ci il tarixdə saat 13:34:24 dəqiqədə ödəniş terminal vasitəsilə (yerləşdiyi ünvan barədə məlumat əks edilməyib) 4.000 manat məbləğində köçürmə həyata keçirilmişdir. Təqdim edilmiş ödəniş qəbzləri və bank hesabına köçürmə əməliyyatları arasında uyğunluq müəyyən edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus bank kartı hesabına ümumilikdə 5.000 manat köçürdüyü faktı öz təsdiqini tapmışdır. "xxxx" ASC-dən götürülmüş 02 ədəd CD disk və onlara baxış keçirilməsi barədə protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən istintaq orqanına təqdim edilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına köçürmə əməliyyatını özündə əks etdirən 02 ədəd ödəniş qəbzinə 30 may 2025-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 09 aprel 2025-ci il tarixdə saat 11:38 dəqiqədə Zərərçəkmiş şəxs3 istifadəsində olan 5522*******3225 nömrəli bank kartı hesabından 4169*******1033 nömrəli bank kartı hesabına 3.000 (üç min) manat məbləğində köçürmə həyata keçirilmişdir. 20 aprel 2025ci il tarixdə saat 15:53:45 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov 30 ünvanında yerləşən “Zəfəran” Hospitalındakı “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 4169*******1033 (T***** A***** S**** QİZİ) nömrəli bank kartı hesabına 3.000 (üç min) manat məbləğində köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 02 ədəd ödəniş qəbzinə baxış keçirilməsi barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 tərəfindən istintaq orqanına təqdim edilmiş sənəd surətinə 11 iyul 2025-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 ilə (Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti, ev 56, mənzil 48; ŞV: AZE13741274, xx.xx.2013, Yasamal, FİN: xxxxxxx) Təqsirləndirilən şəxs (Bakı, Suraxanı, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, döngə 5, ev14V; ŞV: AZE15285526, xx.xx.2015, ASAN4-1; FİN: xxxxxxx) arasında borc müqaviləsi bağlanmışdır. Belə ki, 17 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində yerləşən 23 saylı notariat kontorunda Təqsirləndirilən şəxs 15.000 manat pul vəsaitini borc olaraq vermişdir. Borc müqaviləsinin surətində borcu verən Zərərçəkmiş şəxs4 və borcu alan Təqsirləndirilən şəxs fotoşəkilləri əks edilmiş və müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin borc müqaviləsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı 15.000 manat pul vəsatini xx.xx.2024-cü il tarixədək qaytarcağını öhdəsinə götürdüyü öz əksini tapmışdır. Borc müqaviləsi 23 saylı notariat ofisinin xüsusi notariusu X5 imzası ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 iyul 2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 29 may 2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 14 iyul 2025-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və sonuncunun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 25 avqust 2025-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və sonuncunun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə ələ keçirdiyi 15.000 manat pul vəsaitinin 1.500 manat hissəsini geri ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyun 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs1 ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs2 ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs6 Tanıverdi oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs4 ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 07 ay 03 gün (22 may – 25 dekabr 2025-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 ay 03 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 01 il 02 ay 06 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 09(doqquz) ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 35 iş saatına görə 385 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-379/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-379/2025
25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver