Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-38/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbyacan Reüspublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Fuğanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama nəqsədi ilə 02 iyul 2020-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən «Dərnəgül Tikinti Malları» bazarında Zərərçəkmiş şəxs1 idarə etdiyi «Qaz 3302 111 Yük» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan, daxilində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan, 300 manat dəyərində bir ədəd «Samsung A5» modelli, **********00990 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 cəmi 310 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 avqust 2020-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən, Dərnəgül bazarı adlanan ərazidə yerləşən «Sabirabad» otelin arxasında, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan, daxilində 8 manat dəyərində ***-***-**-** nömrəsi olan 150 manat dəyərində bir ədəd «İphone 5S» **********53390 İMEİ kodlu və bir ədəd 200 manat dəyərində «Samsung Prime» modelli mobil telefonları gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 cəmi 358 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 507-ci məhəllədə yerləşən daş sexindən Zərərçəkmiş şəxs3 məxsus, daxilində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan, 100 manat dəyərində sensor ekran və «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd (16GB) «Samsung Galaxy J5» markalı «SM- J530FM» modelli «**********52448 və **********52446» İmei kodlu mobil smartfonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 cəmi 110 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 70 ünvanında yerləşən «Dərnəgül Tikinti Malları» bazarında fəaliyyət göstərən dəmirçi sexinin qarşısından Zərərçəkmiş şəxs4 məxsus, daxilində hər birinin 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** nömrələr olan bir ədəd 360 manat dəyərində «Xiaomi» modelli, **********16926 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs4 cəmi 380 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1969 ünvanda yerləşən mərmər sexindən Zərərçəkmiş şəxs5 məxsus, daxilində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan, bir ədəd 350 manat dəyərində «Samsung A10S» modelli, **********14845 və **********14843 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs5 cəmi 360 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadzadə prospektində yerləşən «Kəpəz Alçı» firmasının fəhlələrinin istirahət etmələri üçün nəzərdə tutulmuş otaqdan masa üzərindən, Zərərçəkmiş şəxs6 məxsus daxilində 5 manat dəyərində ***-***-**-** nömrəsi olan, bir ədəd 150 manat dəyərində «Samsung A10» modelli, **********21173 və **********21171 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs6 cəmi 155 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında «Tikinti materialları» bazarında yerləşən ofisdən Zərərçəkmiş şəxs7 məxsus, daxilində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan, bir ədəd 1.000 manat dəyərində «İphoneX» modelli, **********58823 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs7 cəmi 1.010 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında «Tikinti materialları» bazarında yerləşən taxta satışı mağazasında taxtalar üzərinə qoyulmuş Zərərçəkmiş şəxs8 məxsus, daxilində hər biri 10 manat ***-***- **-** və ***-***-**-** nömrələr olan, bir ədəd 420 manat dəyərində «Redmi Note7» modelli, **********06503 və **********76508 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs8 cəmi 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2021-ci il tarixdə saat 13 rədələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında yerləşən «Tikinti materialları» bazarında yerləşən sexdən Zərərçəkmiş şəxs9 məxsus, daxilində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan, bir ədəd 440 manat dəyərində «X13 7» modelli, **********03561 və **********23568 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs9 cəmi 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, mobil telefonlar oğurlayıb satıb, əldə olunmuş pul ilə ehtiyaclarını ödəməyi qərara alıb, bir neçə şəxsin mobil telefonlarını gizli olaraq oğurlamışdır. Belə ki, 08 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Nərimanov rayonu, Ziya Bünyadov 507-ci məhəllədə yerləşən, hamının sərbəst girib-çıxa bildiyi daş sexindən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus bir ədəd «Samsung J5» modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında həmin telefonu adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə 70 manata satmışdır. 12 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 70 ünvanında yerləşən «Dərnəgül Tikinti Malları» bazarında fəaliyyət göstərən dəmirçi sexinin qarşısından əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 məxsus bir ədəd «Xiaomi» modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə həmin telefonu 100 manata satmışdır. 10 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1969 ünvanda yerləşən mərmər sexindən əvvəllər tanımadığı Sərdar Flüseynova məxsus bir ədəd “Samsung A10S” modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə həmin telefonu 80 manata satmışdır. 23 noyabr 2020ci il tarixdə saat 14 radələrində Nərimanov rayonu, Z.Bünyadzadə prospektində yerləşən «Kəpəz Alçı» firmasının fəhlələrinin istirahət etmələri üçün nəzərdə tutulmuş otaqdan masa üzərindən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 məxsus bir ədəd “Samsung A10” modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra həmin telefonu «20 Yanvar» metrostansiyasının yaxınlığında adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə 50 manata satmışdır. 04 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında “Tikinti materialları” bazarında yerləşən ofisdən əvvəllər tanımadığı hazırda adını bildiyi Zərərçəkmiş şəxs7 məxsus bir ədəd “İphoneX” modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra Beyləqan rayonunda olarkən Daşburun qəsəbəsində tanımadığı yoldan keçən şəxsə həmin telefonu 100 manata satmışdır. 20 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında “Tikinti materialları” bazarında yerləşən taxta satışı mağazasında taxtalar üzərinə qoyulmuş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs8 məxsus bir ədəd “Redmi Note7” modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə 60 manata həmin telefonu satmışdır. 04 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında yerləşən “Tikinti materialları” bazarında yerləşən, hamının sərbəst girib-çıxa bildiyi sexdən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs9 məxsus «X13 7» modelli mobil telefonu gizli yolla talayıb oğurlamış, sonra həmin telefonu Sumqayıt şəhərində bazarın qarşısında adının Rauf bildiyi şəxsə 120 manata satmışdır. Qeyd olunan cinayət hadisələrini tək törətmiş, törətdiyi cinayət hadisələri barədə heç kimə deməmiş, telefonları satarkən telefonların özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Oğurladığı telefonların daxilində olmuş nömrələri isə çıxarıb xatırlamadığı ünvanlarda sındırıb atmışdır. İttiham üzrə qalan hissədə özünü təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəyən ziyanı qismən ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “QAZEL” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma fəaliyyəti ilə məşğul olur. 02 iyul 2020-ci il tarixdə yük aparmaq üçün “Dərnəgül Tikinti” malları bazarına gedib, saat 12:00-da avtomobildən düşüb malları anbardan avtomobilə yükləmişdir. Saat 12:45-də avtomobilə əyləşdikdə avtomobilin salonunda «Samsung A5» modelli mobil telefonunu aşkar etməmiş və başa düşmüşdür ki, telefonu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 310 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, işlədiyi şirkətə məxsus «Mercedes» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, sürücü kimi laminat və taxta materialların daşınması ilə məşğul olur. 31 avqust 2020-ci il tarixdə saat 17:00-da “Dərnəgül bazarı” adlanan ərazidə yerləşən «Sabirabad» otelin arxasındakı qaraja gəlmiş, özünə məxsus dəyəri 150 manat olan, bir ədəd «İphone 5S» və dəyəri 200 manat olan bir ədəd «Samsung Prime» modelli mobil telefonlarını salonda qoyub avtomobildən düşüb bir qədər aralanmışdır. Avtomobilin yük hissəsinə yük yükləndiyi üçün diqqəti fəhlələrdə və yükdə olmuşdur. Avtomobilə qayıtdıqda salonda olmuş mobil telefonlarının yerində olmadığını görüb başa düşmüşdür ki, telefonları oğurlanıb. Ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 358 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Nəsib oğlu ifadəsində bildirmişdir ki, o, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 507-ci məhəllədə daş sexində fəhlə işləyir. 08 sentyabr 2020-ci il tarixdə saat 19:20-də özünə məxsus “Samsung J5” modeli mobil telefonu sexdə qoyub palçıq düzəltmək üçün sexdən bir qədər aralanmışdır. Təxminən saat 19:30-da kənarda palçıq düzəldib sexə qayıtdıqda telefonunu görməmişdir. Telefonun daxilində olan nömrəyə zəng etsə belə, nömrəyə zəng çatmamışdır. Başa düşmüşdür ki, telefonu oğurlanmışdır. “Samsung J5” modelli mobil telefonun dəyəri 300 manat, daxilində olmuş ***-***-**-** nömrənin isə dəyəri 10 manat olmuşdur. Ümumilikdə ona oğurluq hadisəsi nəticəsində 310 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 Nəsib oğlu hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 10 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində işlədiyi Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1969 ünvanda yerləşən mərmər sexində fəhlələrin paltarlarını dəyişmək üçün nəzərdə tutulmuş otaqda «Samsung 10S» markalı mobil telefonunu qoyub, işləri ilə məşğul olmuşdur. Saat 13:10-da telefonunu götürmək üçün otağa keçdikdə telefonunu tapa bilməmişdir. Başa düşmüşdür ki, telefonu oğurlanıb. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 360 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs5 hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, Nərimanov rayonu, Z.Bünyadzadə prospektində yerləşən «Kəpəz Alçı» firmasında fəhlə işləyir. 23 noyabr 2020-ci il tarixdə saat 14 radələrində işdə olarkən özünə məxsus, «Samsung A10» modelli mobil telefonu fəhlələrin istirahət etmələri üçün nəzərdə tutulmuş otaqda masa üzərinə qoyub yük boşaltmağa başlamışdır. Bir neçə dəqiqədən sonra telefonunu götürmək üçün otağa keçdikdə telefonunu tapa bilməmiş və başa düşmüşdür ki, telefonu oğurlanıb. Telefonu 380 manata alsa da hadisə baş verən tarixə dəyəri 150 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 155 manat ziyan dəymişdir. Belə ki, 150 manat telefonun dəyəri, 5 manat isə telefonun daxilində olmuş nömrənin dəyəri olmuş, nömrədə kontur olmamışdır. Sonda Zərərçəkmiş şəxs6 hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, o, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanında yerləşən “Tikinti malları” bazarında taxta materialların alqı-satqısı ilə məşğul olur. 04 dekabr 2020-ci il tarixdə saat 15:30-da özünə məxsus «İphoneX» modelli mobil telefonu bazarda işlədiyi ofisdə qoyub taxta məhsullarını yola salmaq üçün həyətə çıxmışdır. Saat 16:00-da ofisə qayıtdıqda telefonunu aşkar etməmiş və ***-***-**-** nömrəsinə zəng etdikdə nömrə sönülü olduğunu müəyyən etmişdir. Artıq mobil telefonunun oğurlandığını başa düşüb, bu barədə DİN-nin 102 məlumat xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 1.010 manat ziyan dəymişdir. Belə ki, mobil telefonunun dəyəri 1.000 manat, daxilində olan nömrənin dəyəri isə 10 manat olmuşdur, nömrədə kontur olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, o, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında yerləşən «Tikinti materialları» bazarında qardaşına məxsus açıq havada yerləşən sexdə nəzarətçi işləyir. 04 yanvar 2021-ci il tarixdə sat 12:30-da sexdə olarkən özünə məxsus «X137» modelli mobil telefonu sexdə masa üzərində qoyub işlə məşğul olmuş və bir qədər diqqəti yayınmışdır. Bir neçə dəqiqə sonra sexə qayıtdıqda telefonunu tapa bilməmişdir. Başa düşmüşdür ki, telefonu oğurlanıb. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 450 manat ziyan dəymişdir. Belə ki, oğurlanmış telefonun dəyəri 440 manat, daxilində olan mobil nömrənin dəyəri isə 10 manat olmuşdur. Sonda Zərərçəkmiş şəxs9 hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında yerləşən «Tikinti materialları» bazarında özünə məxsus “VAZ-2102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 yanvar 2021-ci il tarixdə saat 11:30-da bir nəfər 40-45 yalarında, əvvəllər görmədiyi və tanımadığı kişi bazarda avtomobilinə əyləşərək onu Ziya Bünyadov prospektində düşürtməyi sifariş vermişdir. Başqa bir sifarişi olduğunu və boş olmadığını deyib, həmin şəxsdən avtomobildən düşməsini xahiş etmişdir. Həmin şəxs də avtomobildən düşüb getmişdir. Sonradan söhbət əsnasında ona məlum olmuşdur ki, həmin müddətdə bazarda sexdə işləyən Zərərçəkmiş şəxs9 mobil telefonu oğurlanmış və Səxavət telefonunun məhz həmin şəxs tərəfindən oğurlanmasında şübhələnir. Həmin şəxsi diqqətlə nəzərdən keçirməmiş, ona görə də onun xarici əlamətlərini təsvir etməkdə çətinlik çəkir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş, 05.05.2022-ci il tarixli məktubdan görünür ki, vət. Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 yerini müəyyən edib, məhkəməyə gətirilməsini təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş, 22.04.2022-ci il tarixli məktubdan görünür ki, Şahid1 qeyd edilən ünvanda yaşamaması səbəbindən müəyyən edilərək məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 19-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02.07.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 8 ünvanda yerləşən “Dərnəgül Tikinti Materialları” bazarının daxilidir. Hadisə yeri, yolun sol tərəfi inşaat malları satılan mağazanın qarşısıdır. Cinayət işinin İ cildinin 21-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 02 iyul 2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış HK-1-1459 saylı materiala əlavə edilməsi üçün 01 ədəd diskin yaddaşında olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 02.07.2020-ci il tarixdə saat 12:10 radələrində naməlum şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomobilə daxil olmuş və orada olan mobil telefonu oğurlayaraq əynində olan şalvarın sol cibinə qoymuşdur. Cinayət işinin İ cildinin 41-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 31.08.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Dərnəgül qəsəbəsi, bazar adlanan ərazidir. Vət. Yusifov həmin yerdə həyətdə maşın saxladığını qeyd etmişdir. Bildirir ki, maşının qapılarını açıq vəziyyətdə qoymuş, içərisində olan mobil telefon oğurlanmışdır. Cinayət işinin İ cildinin 60-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 08.09.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti, 502-ci məhəllədə yerləşən təmir sexinin qarşısıdır. Zərərçəkmiş şəxs3 özünə məxsus “Samsung J5” markalı mobil telefonun təmir sexinə qoymuş qayıdanda telefonunun orada olmadığını bildirmişdir. Cinayət işinin İ cildinin 80-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 12.09.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 9 ünvanda yerləşən “Dərnəgül Tikinti Malları” bazarında yerləşən dəmirçi sexidir. Hadisə yeri yaxınlığında hər hansı müşahidə kameralarına rast gəlinmir. Cinayət işinin İ cildinin 118-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24.11.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti, Dərnəgül şosesi “Kəpəz Alçı” firmasının sexidir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs6 şifahi olaraq bildirmişdir ki, 23.11.2020-ci il tarixdə qeyd olunan ünvanda olan zaman özünə məxsus “Samsung A10” markalı mobil telefonu sexdə olan masanın üzərinə qoyaraq işi ilə məşğul olmuş, bir neçə dəqiqədən sonra həmin telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Cinayət işinin İ cildinin 137-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 04.12.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 8 ünvanda yerləşən “X3” bazarında yerləşən ofisdir. Hadisə yerinə hər hansı müşahidə kameralarına rast gəlinmədi. Cinayət işinin İ cildinin 156-cı vərəqində olan 20.12.2020-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs8 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti materialları bazarında taxta satış mağazasının qarşısıdır. Hadisə yerinə hər hansı müşahidə kameralarına rast gəlinmədi. Cinayət işinin İ cildinin 176-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04.01.2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs9 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti materialları bazarında olan taxta satış sexidir. Cinayət işinin İİ cildinin 50-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 98-99-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 119-cu vərəqində olan “Əşyanın könüllü təqdim edilməsi haqqında” 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, bu gün X8 01 ədəd gövdəsi qara rəngli, ekranın yuxarı orta hissəsində və gövdəsinin arxa hissəsində “Samsung” sözləri yazılmış bir ədəd mobil telefonu təqdim edərək həmin telefonu 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə aldığını bildirmişdir. Mobil telefona baxış keçirdikdə müəyyən edilmişdir ki, telefonun markası “Samsung” modeli “SM-J530FM”, İMEİ kodu **********52448 və **********52446-dır. Baxış zamanı iş üçün başqa hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 146-151-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli, 4(005)-520/2021 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin istintaq müddəti həddində, yəni 10 avqust 2021-ci il tarixədək müəyyən edilməsi, həbsetməninin əvvəlinin 28 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 188-189-cu vərəqələrində olan “Diskə əlavə baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işinə əlavə olunmuş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş 01 ədəd DVD diskə əlavə baxış keçirilmişdir. Baxış zamanı DVD diskdə bir ədəd qovluq, qovluğa daxil olduqda 49 saniyə davam edən videoçəkilişin olduğu müəyyən edildi. Videoçəkiliş nəzərdən keçirildikdə yol kənarında «Qaz 3302 111 Yük» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayanması, avtomobilin arxa hissəsində 3-4 nəfər şəxsin tikinti materiallarını avtomobilin yük hissəsinə yükləməyə cəhd göstərmələri, bir nəfər əynində qara rəngli qısa qol köynək və qara rəngli şalvar olan şəxsin cəld avtomobilin salonunun sol tərəfdən qapısını açıb salondan nə isə götürüb, hadisə yerindən dərhal uzaqlaşması qeyd olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, avtomobilin qapısını açan şəxs onun özüdür. 02 iyul 2020ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən «Dərnəgül Tikinti Malları» bazarında olarkən əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Qaz 3302 111 Yük» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan gizli olaraq bir ədəd «Samsung A5» modelli mobil telefonu talayıb oğurlamış, sonra Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında adının Fariz bildiyi telefon alqı-satqı dükanında işləyən şəxsə 70 manata satıb öz ehtiyaclarını ödəmişdir. Cinayət işinin İİ cildinin 191-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2021-ci il tarixli, 5/634-9/3757 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd (16GB) “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli “**********52448; **********52446” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Aparılmış sənədlərin texniki ekspertizasının tədqiqatının nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 16GB yaddaş tutumlu, “Samsung Galaxy J5” markalı, “SM-J530FM” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, istifadədə və işlək vəziyyətdə olması, hazırki vəziyyəti, üzərində rəng qopuqları, cızıqlar olması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 100,00 (yüz) manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 197-210-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd (16GB) “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli “**********52448; **********52446” imei kodlu mobil smartfonun iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 qaytarılması, Nərimanov RPİ-nin 17-ci PŞdən daxil olmuş 01 ədəd DVD diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 226-cı vərəqində olan 12.07.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 Nəsib oğlu özünə məxsis olan bir ədəd (16GB) “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli “**********52448; **********52446” imei kodlu mobil smartfonu təhvil almışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 13.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Nəsib oğlunun 16.03.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Cəbrayılın azad olunmasına görə” İ-11463 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X9 Azərbaycan Respublikasının Prezidenti tərəfindən adı çəkilən medalla təltif edilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Xocavəndin azad olunmasına görə” İ-18766 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X9 Azərbaycan Respublikasının Prezidenti tərəfindən adı çəkilən medalla təltif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, iş üzrə 6 zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin övladı X4 44 X7 iştirakçısı olması və müvafiq medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 11 (on bir) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd (16GB) “Samsung Galaxy J5” markalı “SM- J530FM” modelli “**********52448; **********52446” imei kodlu mobil smartfonun qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə cəmi 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 11 (on bir) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 10 ay 16 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd (16GB) “Samsung Galaxy J5” markalı “SM- J530FM” modelli “**********52448; **********52446” imei kodlu mobil smartfonun qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 53,65 (əlli üç manat altmış beş qəpik) manat X5 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə cəmi 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-38/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-38/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver